Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-461/2025 28.07.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər X7 və Müslümov Bəhruz Firizman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri X8 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Zərdab rayonu, Bıçaqçı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Zərdab rayonu, Bıçaqçı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı X2 həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.4 və 157.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında boşandığı arvadı Zərərçəkmiş şəxs 2015-ci il təvəllüdlü oğlu Şahid4 evdə tək qoyması, 2017-ci il təvəllüdlü qızını isə saxlaması üçün başqa şəxslərə verməsi, aliment ödəməsinə baxmayaraq hər iki uşağını onunla görüşdürməməsi, uşaqlara normal baxmaması və bunları Zərərçəkmiş şəxs irad tutduqda sonuncunun ona “get nə bilirsən et” sözlərini deməsindən sonra əsəbiləşərək qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs öldürmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək məqsədilə 11 mart 2025-ci il tarixdə saat 17 radələrində Bərdə şəhəri, Koroğlu küçəsində fəaliyyət göstərən ovçular mağazasından soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış məişət təyinatlı səyahət bıçağı alaraq, Zərərçəkmiş şəxs yaşadığı, sonuncunun qardaşı Şahid3 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə saat 17 radələrində gələrək aralığında gəlmiş, həyətanı sahəsinin darvazasının bağlı olduğunu gördükdə qonşu həyətin hasarından tullanaraq həyətyanı sahəyə daxil olub Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olmuş, həmin vaxt Zərərçəkmiş şəxs olduğu zal otağına daxil olmaq istədikdə sonuncu qapını tutub onun içəriyə daxil olmasına mane olduqda o, otağın qapısını sındıraraq içəri daxil olmuş, bu zaman həmin otaqda azyaşlı övladları Hakim Təhməzli və Günay Təhməzli, eləcə də eyni anda otaqda olmuş Zərərçəkmiş şəxs qardaşı arvadı Şahid2 qızı və qardaşı uşaqları 2022-ci il təvəllüdlü X9 və 2019-cu il təvəllüdlü X5 gözləri qarşısında müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, sonunculara xüsusi əzab və işgəncə verdiyini dərk edərək və bunu arzulayaraq xüsusi amansızlıqla, eləcə də Zərərçəkmiş şəxs xüsusi ağrılar, yəni çoxsaylı bədən xəsarətləri yetirib zor tətbiq etməklə saçından tutub sağ əlindəki bıçaqla Zərərçəkmiş şəxs döş qəfəsinin arxa səthində-sol və sağ onurğa yanı xətt üzrə 2 (iki) ədəd, döş qəfəsinin sol ön yan divarında ön qoltuq xətti üzrə İV-cü qabırğarası nahiyənin 1 (bir) ədəd, qarının ön divarının daxilə keçən 1 (bir) ədəd (cəmi 4 ədəd), iki tərəfli hemopnevmotoraks, posthemorragik anemiya, hər iki ağ ciyərin, qara ciyərin, diafraqmanın deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən dərəcəsinə görə sağlamlığa Ağır zərər vurmaya aid xəsarətlər və sağ əlin İ-İİ barmaqarası və İİİ əl daraq nahiyəsinin ovuc səthinin, sağ əlin İİ barmağının İ falanqasının ovuc səthinin, sağ saidin yuxarı 1/3-nin ön-bayır səthinin, sağ bazunun aşağı 1/3-nin arxa-bayır səthinin, döş qəfəsinin sol yarısının və sol süd vəzinin arxa-bayır səthinin, döş qəfəsinin sol yarısının ön qoltuqaltı xətt üzrə, döş qəfəsinin sağ yarısının arxa səthinin, döş qəfəsinin sağ yan səthinin, döş qəfəsinin sağ yan səthində-Vİİ qabırğaarası nahiyənin, qarının ön səthinin sağ yarısının 1 (bir) ədəd, göbəyin sol yan səthinin, qarının sağ yarısının ön səthinin (cəmi 12 ədəd) dərəcələrinə görə sağlamlığa yüngül zərər vurmaya aid olan, ümumilikdə 16 ədəd deşilmiş-kəsilmiş xəsarətlərini yetirmiş, sonucu zərbədən sonra bıçağı üzü üstə yerə düşən Zərərçəkmiş şəxs kürək nahiyəsində saxlayaraq onun ölmüş olduğunu düşünərək, uşaqlarını özü ilə götürərək yaşayış evindən getmiş, Zərərçəkmiş şəxs hadisə yerinə gəlmiş qardaşı Şahid3 tərəfindən “Bərdə rayon mərkəzi xəstəxanası” Publik hüquqi Şəxsinə çatdırılaraq həkimlər tərəfindən təcili təxirəsalınmaz ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən o, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olaraq zor tətbiq etməklə Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı zərəçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin faktiki halları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs özünü ona ittiham elan edilmiş Azərbaycan Respublikasının CM-nin 29, 120.2.4 və 157.2-ci maddələri ilə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə əvvəllər evli olmuş, birgə nikahdan iki övladları var. Onlar 2021-ci ildə rəsmi şəkildə boşanmışlar, həmin vaxtdan Aygün uşaqları ilə birlikdə qardaşının evində qalır. xx.xx.2025-ci il tarixdə Aygün ona zəng edib oğlu Hakimin xəstə olduğunu demişdir. Həmin vaxt uşağın yanına gedə bilməsə də onu həkimə aparmaları üçün pul göndərmişdir. xx.xx.2025-ci il tarixdə uşaqlarını görmək üçün Aygünün qardaşının evinə getmiş, lakin Aygün uşaqlara onunla görüşməyə icazə verməmişdir. Sonra Aygünün qardaşı Anarın işlədiyi yerə gedib Aygünün uşaqlara onunla görüşməyə icazə vermədiyini bildirmiş, lakin Anar Aygünlə danışıb onu razı sala bilməmişdir. Bundan sonra DİN-nin 102 zəng mərkəzinə zəng edib məlumat vermiş və bir qədər sonra gələn polis əməkdaşlarının yanında uşaqları ilə görüşmüşdür. Bundan sonra uşaqlarını aparmaq istəmiş, lakin Aygün razı olmamış, həyətin darvazasını bağlayaraq onu evə buraxmamışdır. O, qonşunun həyətinə daxil olub barıdan Aygünün qaldığı evin həyətinə keçmiş, sonra isə evə daxil olmağa çalışmışdır. Aygünün isə evin qapısını arxdan tutub ona mane olmağa çalışmışdır. Bu zaman evin qapısı sınmışdır. O, evə daxil olandan sonra uşaqları üzərinə qaçaraq onları aparmalarını istəmiş, o da uşaqları aparmaq üçün həyətə çıxarmışdır. Aygün uşaqların arxasınca gedib onlara mane olmaq istəyəndə onu tutub getməyə qoymamış və aralarında mübahisə yaranmışdır. Aygün ona əl-qol atanda əsəbləşib onu qorxutmaq üçün aldığı bıçaqla xəsarətlər yetirmişdir. Həmin vaxt məqsədi uşaqlarını götürüb aparmaq olduğundan Aygünün ölüb-ölməməsi ilə maraqlanmamış, uşaqlarını götürüb getmişdir. Hadisə zamanı Aygünün qardaşı Anarın yoldaşı Aygün və iki azyaşlı uşağı orada olmuş, kənarda durub səs-küy salmışlar, lakin onun uşaqları evin həyətində olduqlarından hadisənin şahidi olmamışlar. Bundan başqa o, ifadəsində Aygünü öldürmək niyyətinin olmadığını, bıçağı onu qorxutmaq üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, Aygünü oğlunu evdə tək qoyması, qızını aptekdə qoyması, həmçinin ən əsası oğlunu aparmaq üçün verməməsi və “nə bilirsən elə” sözlərini deməsi onu özündən çıxartmış və onu öldürmək qərarına gəlmişdir. Aygün qardaşının evinə gedərək qapını itələyib sındırmış, bu zaman Aygün pəncərədən çıxıb qaçmaq istəmişdir. O, sol əli ilə uşaqlarını arxaya doğru edib sağ əlindəki bıçaqla Ayünə çoxsaylı bıçaq zərbələri endirmişdir. Həmin vaxt otaqda Aygündən başqa onun azyaşlı oğlu və qızı, eləcə də Anarın arvadı və onun azyaşlı uşaqları olmuşdur. Aygün yerə yıxılıb hərəkətsiz qalanda onun öldüyünə əmin olmuş və uşaqlarını götürüb çıxıb getmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxslə əvvəllər evli olmuşlar, birgə nikahdan iki övladları dünyaya gəlmişdir. 2021-ci ildə rəsmi boşanmışlar. Uşaqları onunla birlikdə qardaşı Anara məxsus evdə qalır. Rəsmi şəkildə boşanmalarına baxmayaraq Yusif ona və ailə üzvlərinə dəfələrlə hədə-qorxu gəlmişdir. xx.xx.2025-ci il tarixdə, hadisədən 1-2 saat əvvəl Yusif polis əməkdaşlarının iştirakı ilə uşaqlarla görüşüb getmişdir. Yusif gedəndən bir qədər sonra yenidən oğlu Hakimə zəng edərək onu və qardaşını öldürəcəyini deyib hədələmişdir. Bundan sonra Yusifin atasına zəng edib bu barədə məlumat vermiş, atası da Yusiflə danışdığını, ona yaxın gəlməyəcəyini bildirmişdir. Hadisə vaxtı o, iki azyaşlı uşağı, qardaşının yoldaşı və onun iki azyaşlı övladı evdə olmuşlar. Yusifin həyətə necə daxil olduğunu bilməmiş, anidən evin giriş qapısını çıxarıb kənara ataraq üzərinə gəlmişdir. Yusifin əlində bıçaq olduğunu görüb pəncərədən çıxıb qaçmaq istəmiş, lakin sonuncu onu tutaraq bıçaqla zərbələr endirib öldürməyə çalışmışdır. Hadisə vaxtı azyaşlı uşaqları yanında olmuş, hətta azyaşlı oğlu Hakim onu vurmaması üçün atasına yalvarmışdır. Həmin vaxt özünü müdafiə edə bilməmiş, sonuncu dəfə boğazını kəsmək istəyəndə əlini qabağa vermiş, bıçaq əllərinin içini kəsmişdir. Bundan başqa o, ifadəsində hadisə günü həyətin darvazasının bağlı olduğunu, Yusifin qonşunun həyətinə keçərək barıdan onların həyətınə daxil olduğunu, evə daxil olmaq üçün onlardan icazə almadığını bildirmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, atası Yusif qapını sındıraraq əlində bıçaqla evə daxil olmuş və anası Aygünü bıçaqlamağa başlamışdır. Hadisə vaxtı o və bacısı Günay anasının yanında olmuş, ikisi də qorxub ağlamışdır. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid5 qızı ifadəsində göstərmişdir ki, atası Yusif anası Aygünü bıçaqlamış, anası ölmüşdür. O, həmin vaxt evdə olmuş və qorxub ağlamışdır. Hadisdən sonra bibisi zəng edib dayısını çağırmış, dayısı gəlib anasını həkimə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 qızı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun baldızıdır. O, yoldaşından boşanandan sonra iki uşağı ilə birlikdə onlarla yaşayır. Hadisə günü o, iki azyaşlı uşağı, Aygün və onun iki azyaşlı uşağı evdə olmuşlar. O, pəncərədən Yusifin barıdan həyətə keçdiyini görüb bu barədə Aygünə demiş, Aygün də qapını arxadan tutub sonuncunun evə daxil olmasına mane olmaq istəmişdir. Həmin vaxt Yusif qapını çərçivəsindən çıxarıb atmışdır. Yusif Aygünün boynundan tutanda qarşısına keçib Aygünü vurmasına mane olmaq istəmiş, lakin əlində bıçaq olduğunu görüb qorxaraq uşaqlarını götürüb kənara çəkilmişdir. Yusif Aygünə çoxsaylı bıçaq zərbələri endirmiş və boğazını kəsmək istəmişdir. Aygünün azyaşlı oğlu Hakim və qızı Günay da orada olmuş, Hakim “ata eləmə, anamı öldürmə” deyərək yalvarmışdır. Hadisə vaxtı uşaqların dördü də qışqırıb ağlamışlar, Aygünün qızı Günay hadisədən sonra da dayanmadan “öldü, öldü” demişdir. Aygün yerə yıxılandan sonra Yusif onlara tərəf gələrək “bunu istəyirdiz?” demişdir. Yusif gedəndəndən sonra yoldaşı Anara zəng edib hadisə barədə məlumat vermiş, Anar gələndən sonra Aygünü xəstəxanaya aparmışlar. Həmin vaxt bıçaq Aygünün kürəyində olmuş, onu yedən qaldırıb xəstəxanaya aparanda kürəyindən çıxıb düşmüşdür. Bundan başqa o, ifadəsində həmin gün Yusifə evə daxil olmağa icazə vermədiklərini, darvaza bağlı olduğunu, qonşunun həyətinə keçib barıdan da onların həyətinə daxil olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısıdır. O, yoldaşından boşanandan sonra iki uşağı ilə birlikdə onlarla yaşayır. Yusiflə Aygün boşanandan sonra həmişə uşaqlara görə mübahisə etmişlər. Belə ki, Yusif uşaqların onunla qalmasını istəmişdir. Hadisədən 10 dəqiqə əvvəl Yusif onun iş yerinə gedib uşaqlarını aparmaq istədiyini demiş, o da anasına zəng edib uşaqları hazırlamasını, Yusifin gəlib aparacağını bildirmişdir. İşdən çıxıb şəhərə gedəndə yoldaşı Aygün zəng edib Yusifin bacısını bıçaqladığını, evə gəlməsini demişdir. O, ev gedəndə Aygünün qan içində yerdə uzandığını görmüş, onu yedən qaldırıb xəstəxanaya aparanda bıçaq kürəyindən çıxıb yerə düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Aydın oğlu ifadəsində göstərmişdir ki, hadisə günü Yusif ona zəng edib Aygünü bıçaqla vurduğunu, uşaqları götürüb apardığını demiş və həbs olunandan sonra uşaqlarına köməklik etməsini xahiş etmişdir. Həmin vaxt Yusif ona Aygünün ölüb-ölməməsi ilə bağlı heç nə deməmişdir. O, Yusifin həmin vəziyyətdə avtomobil idarə etməsindən narahat olduğu üçün onu sakitləşdirməyə çalışmışdır. Məhkəmədə tədqiq edilən “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 12 mart 2025-ci il tarixli haqqında protokoldan, ona əlavə olunmuş fotoşəkillərdən və məhkəmə istintaqı zamanı nümayiş olumuş video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində verdiyi ifadəsini təsdiq edərək ifdəsində göstərdiyi halları əyani şəkildə göstərmişdir. Məhkəmədə tədqiq edilən Məhkəmə Psixiatrik Ekspertiza X13 Şəxsinin 14 mart 2025-ci il tarixli, 181 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazıradək olan dövr ərzində hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O öz hərəkətlərini ölçüb-biçmək və yan onlara hesabat vermək imkanında olmuşdur. Təqsirləndirilən şəxs cinayət cinayət əməlini törətməmişdən əvvəl cinayət əməlini törədən zaman və ondan sonrakı dövrdə, həmçinin hal-hazırda hər hansı xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqəti pozulmasından, kəmağıllıq və sair psixi xəstəliyindən əziyyət çəkməmişdir. O, hal-hazırda da hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlikdən xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ittiham olunan əməl barədə ANLAQLİ hesab edilməlidir. Onun törətmiş olduğu əməl Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman, ona ittiham elan olunan dövrdə cinayət əməlini törədərkən, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və ya onu idarə edə bilmək iqtidarında olmuşdur. Onun törətmiş olduğu əməl Azərbaycan Respublikasının CM-nin 22.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun hal-hazırda tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertdir. Ünsiyyətçilik, emosionallıq, adaptivlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs törətmiş olduğu hüquqa zidd hərkətlərdən əvvəl adi psixi-emosional halda olmuşdur. O cinayhət əməlini törədərkən psixi emosional sferasında hirslilik, aqresiya kimi hallar yaranmışdır. Onun keçirdiyi emosional halın yaranma səbəbi situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs psixi vəziyyətində hər hansı dəyişiklik müşahidə edilmir. Məhkəmədə tədqiq edilən Gəncə şəhər Narkoloji Dispanserinin 19 aprel 2025-ci il tarixli, 626 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzəb çəkmir. Narkomanoya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilən Məhkəmə-Tibbi Ekspertiza və X3 canlı şəxsin ekspertizasına dair 11 aprel 2025-ci il tarixli, 245 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sağ əlin İ-İİ barmaqarası və İİİ əl daraq nahiyəsinin ovuc səthinin, sağ əlin İİ barmağının İ falanqasının ovuc səthinin, sağ saidin yuxarı 1/3-nin ön-bayır səthinin, sağ bazunun aşağı 1/3-nin arxa-bayır səthinin, döş qəfəsinin sol yarısının və sol süd vəzinin arxa-bayır səthinin, döş qəfəsinin sol yarısının ön qoltuqaltı xətt üzrə, döş qəfəsinin sol yarısının ön qoltuqaltı xətti üzrə-İV qabırğaarası nahiyənin, döş qəfəsinin arxa səthində-sol və sağ onurğa yanı xətt üzrə, döş qəfəsinin sağ yarısının arxa səthinin, döş qəfəsinin sağ yan səthinin, döş qəfəsinin sağ yan səthində-Vİİ qabırğaarası nahiyənin, qarının ön səthinin sağ yarısının 2 (iki) ədəd, göbəyin sol yan səthinin, qarının sağ yarısının ön səthinin (cəmi 16 ədəd) deşilmişkəsilmiş yaraları, iki tərəfli hemopnevmotoraks, posthemorragik anemiya, hər iki ağ ciyərin, qara ciyərin, diafraqmanın deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alət (alətlər) təsirindən ola bilsin, bıçaq təsirindən törənmişlər, törənmə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə döş qəfəsinin arxa səthində-sol və sağ onurğa yanı xətt üzrə 2 (iki) ədəd, döş qəfəsinin sol ön yan divarında ön qoltuq xətti üzrə İV-cü qabırğarası nahiyənin 1 (bir) ədəd, qarının ön divarının daxilə keçən 1 (bir) ədəd (cəmi 4 ədəd), iki tərəfli hemopnevmotoraks, posthemorragik anemiya, hər iki ağ ciyərin, qara ciyərin, diafraqmanın deşilmiş-kəsilmiş yaraları törənmə anında həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya, digər xəsarətlər isə sağ əlin İ-İİ barmaqarası və İİİ əl daraq nahiyəsinin ovuc səthinin, sağ əlin İİ barmağının İ falanqasının ovuc səthinin, sağ saidin yuxarı 1/3-nin ön-bayır səthinin, sağ bazunun aşağı 1/3-nin arxa-bayır səthinin, döş qəfəsinin sol yarısının və sol süd vəzinin arxa-bayır səthinin, döş qəfəsinin sol yarısının ön qoltuqaltı xətt üzrə, döş qəfəsinin sağ yarısının arxa səthinin, döş qəfəsinin sağ yan səthinin, döş qəfəsinin sağ yan səthində-Vİİ qabırğaarası nahiyənin, qarının ön səthinin sağ yarısının 1 (bir) ədəd, göbəyin sol yan səthinin, qarının sağ yarısının ön səthinin (cəmi 12 ədəd) deşilmiş-kəsilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Məhkəmədə tədqiq edilən Məhkəmə-Tibbi Ekspertiza və X3 maddi sübutların ekspertizasına dair 28 aprel 2025-ci il tarixli, 178/2025-TBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup qrupu A-beta(İİ), Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup qrupu O-alfa,beta(İ)-dir (şəxsiyyət vəsiqəsinin kserosürətinə əsasən). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar, jaket, köynək, trusik, busqalter, Təqsirləndirilən şəxs məxsus jaket, 01 ədəd bıçaq və hadisə yerindən hopdurularaq götürülmüş 05 ədəd bint kəsiyi üzərindəki ləkələrdə insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tətqiq olunduqda A, H antigenləri, əksər ləklərdə, həmçinin beta aqqluyitinidə alındı. Beləliklə bu qan ləkələri, A-Beta(H)(İİ) qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Ləkələrdə təqsirləndirilən şəxs 0(İ) qruplu Təqsirləndirilən şəxs qanının olması ləkələrdə qalnız qarışıq qanın olduğu halda mümkündür (əgər onda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa). Məhkəmədə tədqiq edilən Məhkəmə-Tibbi Ekspertiza və X3 maddi sübutların ekspertizasına dair 30 aprel 2025-ci il tarixli, 109-MTKŞ/2025 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus qara rəngli köynəyin ön səthində 01 ədəd, arxa səthində 04 ədəd, boz rəngli köynəyin ön səthində 03 ədəd deşilmiş kəsilmiş zədələr aşkar olundu. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdirlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın, busqalterin və alt tumanın üzərində zədə və zədə izləri aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynəyin üzərində zədə və zədə izləri aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı səyahət bıçağıdır və soyuq silah hesab edilmir. Məhkəmədə tədqiq edilən “baxış keçirilməsi və götürmə haqqında” 11 mart 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin 1-ci mərtəbəsində baş vermişdir. Hadisə yerində olan qanabənzər ləkələrdən tamponla götürülmüş 04 ədəd nümunə və 01 ədəd cib bıçağı qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə tədqiq edilən “üzləşdirmə haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları onun üzünə qarşı demişdir. Məhkəmədə tədqiq edilən “baxış keçirilməsi haqqında” 12 mart 2025-ci il tarixli protokoldan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd boz rəngli, uzunqollu köynəyə baxış keçirilmiş və üzərində zədə və ya zədə izləri aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilən “baxış keçirilməsi haqqında” 12 mart 2025-ci il tarixli protokoldan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 02 köynək, 01 ədəd şalvar, 02 ədəd alt paltarı baxış keçirilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilən “əşyanın tanınmasının aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ona təqdim edilmiş bıçaqlardan “3” rəqəmi ilə nömrələnmiş bıçağı göstərərək hadisəni həmin bıçaqla törətdiyini bildirmişdir. Məhkəmədə tədqiq edilən “qanun üzrə vərəsəlik hüququ haqqında” 25 may 2024cü il tarxixli şəhadətnamənin surətindən görünür ki, X1 məxsus Bərdə şəhəri, ünvan 2 ünvanında yerləşən ikimərtəbəli, ümumi sahəsi 104.8 kv. metr olan fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə Xanış Təhməzov vəfat etdikdən sonra vərəsəsi Şahid3 mülkiyyətinə keçmişdir. Məhkəmədə tədqiq edilən Zərdab rayon İcra Hakimiyyəti başçısının Bıçaqcı kənd İƏD üzrə nümayəndəsinin 09 aprel 2025-ci il tarixli, 1-1/2-34/2025 saylı arayışından və xasiyyətnaməsindən görünür ki, Əliyev X10 rayonu, Bıçaqçı kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Ailə tərkibi həyat yoldaşı xx.xx.1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs, oğlu xx.xx.2015-ci il təvəllüdlü Şahid4 və qızı xx.xx.2017-ci il təvəllüdlü Şahid5 qızından ibarətdir. Həyat yoldaşından rəsmi qaydada boşandığı üçün 1 ildən artıqdır ki, Zərərçəkmiş şəxs iki uşağı ilə birlikdə Bərdə rayonunda yaşayır. Məhkəmədə tədqiq edilən Bərdə rayon Məhkəməsin 24 noyabr 2021-ci il tarixli 2(021)-2367/2021 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qızı arasında bağlanmış nikah pozulmuş, birgə nikahlarından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü Şahid4 və xx.xx.2017-ci il təvəllüdlü Şahid5 qızı anası Zərərçəkmiş şəxs yanında saxlanılmış, uşaqlar yetkinlik yaşına çatana kimi Təqsirləndirilən şəxs hər ay hər uşağa 130 manat olmaqla, ümumilikdə 260 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. Məhkəmədə tədqiq edilən Bərdə rayon Məhkəməsin 11 yanvar 2024-cü il tarixli 2(021)-453/2024 saylı qətnaməsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı “aliment” tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2015-ci il təvəllüdlü Şahid4 və xx.xx.2017-ci il təvəllüdlü Şahid5 qızı yetkinlik yaşına çatana kimi Təqsirləndirilən şəxs hər ay hər uşağa 180 manat olmaqla, ümumilikdə 360 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Vahid məlumat axtarış sistemindən çıxarışdan və Zərdab rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli hökmündən görünür ki, Əliyev X10 rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 128-ci maddəsi təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, “08 noyabr -Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 9.1-ci bəndi tətbiq olunaraq ona təyin edilmiş cəzadan azad edilmişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2025-ci il tarixli potokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 20:10-da Zərdab RPŞ-nin növbətçi hissəsinə yaxınlaşaraq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyini və könüllü gəldiyini bildirmişdir. Məhkəmədə tədqiq edilən “şübhəli şəxsin tutulması haqqında” 12 mart 2025-ci il tarixli protokoldan və Bərdə rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(021)-46/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bərdə rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025ci il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən Bərdə rayon Mərkəzi xəstəxanasının 01 aprel 2025-ci il tarixli, 18-1-28/2-671/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Poliklinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında durmur. Məhkəmədə tədqiq edilən Ağdam Ruhi əsəb Dispanserinin 04 aprel 2025-ci il tarixli, 456 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə dispanser müşahidəsində deyil. Məhkəmədə tədqiq edilən “sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi haqqında“ 27 may 2025-ci il tarixli qərardan görünür ki, hadisə yerindən götürülmüş 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs Bərdə RMX-ya daxil olarkən üzərində olmuş və müvafiq qaydada istintaq orqanına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd mavi rəngli cins şalvar, 01 ədəd qısaqol və 01 ədəd uzunqol kofta, busqalter (qadın alt paltarı) və trusik, Təqsirləndirilən şəxs hadisəni törədərkən üzərində olan bir ədəd açıq qəhvəyi rəngli uzunqol jaket iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq Bərdə rayon prokurorluğunun “maddi sübutların saxlanması otağı”nda saxlanılmış, 01 ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək Aygünü öldürmək niyyətinin olmadığını, bıçağı onu qorxutmaq üçün aldığını, hadisə zamanı azyaşlı uşaqlarının orada olmadığını bildirmişdir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində göstərmiş olduğu həmin xüsusatlara tənqidi yanaşır, həmin ifadənin onun öz hüquqlarından istifadə edərək özünü müdafiə etmək, eləcə də xüsusilə ağır cinayətin məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirir və onun ifadəsinin həmin hissələri özünün ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi, zərərçəkiş şəxsin və şahidlərin ifadələri, eləcə də ekspert rəyləri və işin faktiki halları ilə uyğun gəlmədiyindən inandırıcı hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Aygünü oğlunu evdə tək qoyması, qızını aptekdə qoyması, həmçinin ən əsası oğlunu aparmaq üçün verməməsi və “nə bilirsən elə” sözlərini deməsi onu özündən çıxartmış və onu öldürmək qərarına gəlmişdir. Aygünün qardaşının evinə gedərək qapını itələyib sındırmış, bu zaman Aygün pəncərədən çıxıb qaçmaq istəmişdir. O, sol əli uşaqlarını arxaya doğru edib sağ əlindəki bıçaqla Aygünə çoxsaylı bıçaq zərbələri endirmişdir. Həmin vaxt otaqda Aygündən başqa onun azyaşlı oğlu və qızı, eləcə də Anarın arvadı və onun azyaşlı uşaqları olmuşdur. Aygün yerə yıxılıb hərəkətsiz qalanda onun öldüyünə əmin olmuş və uşaqlarını götürüb çıxıb getmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində hadisə vaxtı onun, iki azyaşlı uşağının, qardaşının yoldaşı və onun iki azyaşlı uşağının evdə olduqlarını, Yusifin həyətə necə daxil olduğunu bilmədiyini, anidən evin giriş qapısını çərçivəsindən çıxarıb kənara ataraq üzərinə gəldiyini, onun əlində bıçaq olduğunu görüb pəncərədən çıxıb qaçmaq istədiyini, lakin Yusifin onu tutaraq bıçaqla zərbələr endirib öldürməyə çalışdığını, hadisə vaxtı azyaşlı oğlu Hakimin onu vurmaması üçün atasına yalvardığını və Yusifin evə daxil olmaq üçün onlardan icazə almadığını, qonşunun həyətinə keçərək barıdan onların həyətınə daxil olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid2 qızı ifadəsində hadisə günü Yusifin barıdan həyətə keçdiyini görüb bu barədə Aygünə dediyini, Aygün də qapını arxadan tutub evə Yusifin daxil olmasına mane olmaq istədiyini, həmin vaxt Yusifin qapını çərçivəsindən çıxarıb kənara ataraq evə daxil olduğunu, sonra Aygünün boynundan tutub ona çoxsaylı bıçaq zərbələri endirdiyini, Aygünün azyaşlı oğlu Hakim və qızı Günay da orada olduğunu, Hakim “ata eləmə, anamı öldürmə” deyərək yalvardığını və Yusifin evə daxil olmaq üçün onlardan icazə almadığını, qonşunun həyətinə keçərək barıdan onların həyətınə daxil olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndələrinin iştirakı ilə dindirilmiş şahidlər Şahid4 və Şahid5 qızı ifadələrində ataları Yusif anaları Aygünü bıçaqlayan zaman orada olduqlarını, qorxub ağladıqlarını bildirmişlər. Yuxarıda qeyd olunan hallar təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsinin məhkəmədə qeyri-səmimilik göstərərək özünü müdafiə xarakterli ifadə verməsini bir daha təsdiq edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il 3 nömrəli Qərarının 8-ci bəndində göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Həmçinin həmin qərarda göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olmaqla törədilən eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Şahid3 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətanı sahəsinə qonşu həyətin hasarından tullanaraq daxil olub Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayan Zərərçəkmiş şəxs iradəsi ziddinə otağın qapısını sındıraraq içəri daxil olaraq sonuncunun mənzil toxunulmzazlığı hüququnu pozmuşdur. Beləliklə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs olan keçmiş arvadı Zərərçəkmiş şəxs iradəsinə zid olaraq onun yaşadığı evə girərək qardaşının yoldaşı Şahid2, onun azyaşlı uşaqları, özünün azyaşlı uşaqları Şahid4 və Şahid5 gözləri qarşısında müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, sonunculara xüsusi əzab və işgəncə verdiyini dərk edərək və bunu arzulayaraq xüsusi amansızlıqla, eləcə də zərərçəkmiş şəxsə xüsusi ağrılar, yəni çoxsaylı bədən xəsarətləri yetirib zor tətbiq edərək bıçaqla zərbələr endirdiyinə görə onun əməli cinayət təqibi orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.4 və 157.2-ci maddəsi ilə düzgün tövsif edilmiş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən maddi sübutları, ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsində göstərilir ki, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin sanksiyasının yuxarı həddi 20 (iyirmi) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə məhdudlaşdırıldığından, həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət etməyə cəhdə görə, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə təyin edilə biləcək cəzanın yuxarı həddi 15 (on beş) ildən artıq ola bilməz. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhəmkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna alması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən, onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 9-cü maddəsində məhkəmələrə tövsiyə olunmuşdur ki, CM-in 60-cı maddəsində göstərilən əsaslar olduqda başa çatmış cinayətlərə görə cəza təyin edilərkən bu müddət müvafiq maddənin sanksiyasında göstərilən daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən artıq olmayan müddətlə məhdudlaşmalı, cinayət etməyə cəhdə görə isə dörddə üçün dörddə üçündən çox olmayan müddətə bərabər olmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 63.3 və 60-cı maddələrinə, eləcədə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarına əsasən hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza CM-nin 120.2.4-cü maddəsinin saksiyasında nəzrədə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin, yəni 20 (iyirmi) ilin dörddə üçünün dörddə üçündən yəni, 11 (on bir) il 03 (üç) aydan çox ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin, cinayət işinin materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 12 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bərdə rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 11 mart 2025-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə bərabər həmçinin məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı şübhəli şəxs qismində tutulduğu 11 mart 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut qismində tanınaraq Bərdə rayon prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş 01 ədəd bıçaq məhv edilməli, hadisə zamanı Zərərçəkmiş şəxs üzərində olmuş 01 ədəd mavi rəngli cins şalvar, 01 ədəd qısaqol və 01 ədəd uzunqol kofta, busqalter (qadın alt paltarı) və trusik özüə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, hadisəni törədərkən Təqsirləndirilən şəxs üzərində olmuş bir ədəd açıq qəhvəyi rəngli uzunqol jaket yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29, 120.2.4 və 157.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-nin 29, 120.2.4-cü maddəsi ilə 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 157.2-ci maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu 11 mart 2025-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut qismində tanınaraq Bərdə rayon prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş 01 ədəd bıçaq məhv edilsin, hadisə zamanı Zərərçəkmiş şəxs üzərində olmuş 01 ədəd mavi rəngli cins şalvar, 01 ədəd qısaqol və 01 ədəd uzunqol kofta, busqalter (qadın alt paltarı) və trusik özünə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, hadisəni törədərkən Təqsirləndirilən şəxs üzərində olan bir ədəd açıq qəhvəyi rəngli uzunqol jaket yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, 01 ədəd disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-461/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-461/2025
28.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver