Məhkəmə qərarları › İş №1(100)-463/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-463/2022

05.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-463/2022 05.11.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlu (sədrlik edən), hakimlər Rüstəmov Elmin İltizam oğlu (məruzəçi hakim) və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi–Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, məhkəmə hazırlıq iclasında sonuncunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham olunmasına dair işə baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilmişdir ona görə ki, o, 07 iyul 2022-ci il tarixdə saat 21 radələrində Ağdam rayon Xındirstan kəndi ərazisində yerləşən rayon polis şöbəsinin inzibati binasında qardaşı Şahid3 tanışı Zərərçəkmiş şəxs tərəfindən döyülərək nalayiq ifadələrlə təhqir olunmasına görə şəxsi münasibətlər zəmnində sonuncudan qisas almaq niyyəti ilə sözügedən mübahisə ilə bağlı Şahid3 xx.xx.2022-ci il tarixli müraciəti əsasında rayon polis şöbəsinin təhqiqat bölməsində HK-1/939 nömrəli material üzrə təhqiqatçı, polis baş leytenantı Şahid1 tərəfindən aparılan araşdırma ilə əlaqədar Zərərçəkmiş şəxs izahat vermək üçün rayon polis şöbəsinə getməsini öyrənib sonuncunun Şahid1 xidməti otağına getməsini müəyyən etdikdən sonra növbətçi hissədə məsul növbətçi, polis polkovnik-leytenantı X1 və post patrul xidməti bölüyünün polis nəfəri Şahid4 yaxınlaşıb Şahid1la işi olması adı ilə onları aldadaraq sonuncunun xidməti otağına buraxılmasına nail olduqdan sonra oraya daxil olub əvvəlcədən alt paltarında gizlətdiyi zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, qatlanan soyuq silah hesab edilməyən cib bıçağını həmin yerdən çıxarıb barmaqlarının arasında saxlamaqla Zərərçəkmiş şəxs yaxınlaşıb onun bədənin müxtəlif nahiyələrinə qəsdən zərbələr vuraraq sonuncuya sol bazu, döş qəfəsinin sol yarsının, sol bel nahiyəsinin deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin ön səthinin 2 ədəd, sol bazu aşağı 1/3-nin arxa bayır səthinin, sol qoltuqaltı nahiyənin, döş qəfəsinin sol yarsının arxa səthinin 2 (iki) ədəd, sol bazu oynağının arxa səthinin, sağ bazunun yuxarı 1/3-nin ön səthinin deşilmişkəsilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər, qaraciyərin zədələnməsi ilə müşayət olunan qarının ön divarının daxilə keçən deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməklə zərərçəkmiş şəxsin qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə tərkibi cinayət prosesi tərəflərinin iştirakı ilə hazırlıq iclasında həll edilməli olan məsələləri müzakirə edərək onlara dair aşağıdakı nəticələrə gəlmişdir: -Məhkəməyə daxil olmuş cinayət işinə baxılması Gəncə Ağır Cinayətlər Məhkəməsinə aiddir; Məhkəmə cinayət işinin materiallarını öyrənib, belə qənaətə gəlir ki, cinayət işi üzrə ibtidai araşdırma aparılarkən istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsində göstərilən kobud qanun pozuntusuna yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməli və cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, iş materiallarında olan “təqsirləndirilən şəxsin ekspertiza təyin olunması haqqında qərarla tanış edilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə ibtidai istintaq aparmış müstəntiq Murad Behbudov müdafiəçi Azər Şəkəralıyevın iştirakı ilə təqsirləndirilən Təqsirləndirilən şəxs saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Gəncə şəhərində yerləşən 2 saylı istintaq təcridxanasında cinayət işi üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının təyin olunmasına dair qərarla tanış etmiş, ona müvafiq hüquqlarını elan etmişdir. X3 Cinayətlər Məhkəməsinin sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı istintaq təcridxanasından alınmış xx.xx.2022-ci il tarixli xx/xx-5978 saylı arayışla müəyyən edilmişdir ki, istər iş üzrə ibtidai istintaq aparmış müstəntiq Murad Behbudov istərsə də müdafiəçi Azər Şəkəralıyev xx.xx.2022-cü il tarixdə ümumiyyətlə Gəncə 2 saylı istintaq təcridxanasına daxil olmamışlar. Belə olan halda sözügedən protokolun uydurma faktlar əsasında tərtib edildiyi, müdafiəçinin də qeyd olunan protokola qanunsuz olaraq imza etdiyi aşkar edilmişdir. Bundan başqa cinayət işinin materiallarında yer almış xx.xx.2022-ci il tarixli əşyanın tanınması haqqında protokolda təqsirləndirilən Təqsirləndirilən şəxs saxlandığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı istintaq təcridxanasında həyata keçirilən istintaq hərəkətinin başlama vaxtı xx.xx.2022-ci il saat 16:20, başa çatma vaxtı isə xx.xx.2022-ci il saat 16:50 olaraq qeyd olunmuşdur. X3 Cinayətlər məhkəməsinin sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı istintaq təcridxanasından alınmış xx.xx.2022-ci il tarixli xx/xx-5978 saylı arayışla müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə müstəntiq Murad Behbudovun və müdafiəçi Azər Şəkəralıyevın 2 saylı istintaq təcridxanasında Təqsirləndirilən şəxsla görüşləri saat 16:20 də başlamış, 16:30-da başa çatmışdır. Analoji olaraq bu protokolun da uydurma faktlar əsasında tərtib edildiyi, müdafiəçinin də qeyd olunan protokola qanunsuz olaraq imza etdiyi məhkəmənin apradığı araşdırma ilə aşkara çıxarılmışdır. Bundan başqa cinayət işinin materiallarında yer almış xx.xx.2022-ci il tarixli “ekspert rəyi ilə tanış olma haqqında”, təqsirləndirilən şəxsin ekspertizanın təyin edilməsinə dair qərarlarla tanış edilməsi haqqında protokollardan görünür ki, iş üzrə ibtidai istintaq aparmış Ağdam RPŞ-nin İB-nin rəisi Niyazi Uzakov müdafiəçi Adil Abışovun iştirakı ilə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlandığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı istintaq təcridxanasında iş üzrə təyin edilərək alınmış məhkəmə lifli materiallar üzrə 09.09 2022-ci il tarixli 6/9265 saylı 5 vərəqədən ibarət rəyi elan etmiş, Təqsirləndirilən şəxs cinayət işi üzrə təyin edilmiş xx.xx.2022-ci il tarixli kompleks məhkəmə fiziki-texniki, bioloji materiallar və məhkəmə soyuq silah ekspertizalarının keçirilməsinə dair qərarlarla tanış etmiş, təqsirləndirilən şəxsə bununla bağlı hüquqlarını elan etmişdir. Hər iki protokolda prosessual hərəkətlərin keçirildiyi yer və tarix qeyd olunsa da, vaxt qeyd olunmamışdır. Gəncə Ağır Cinayətlər məhkəməsinin sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı istintaq təcridxanasından alınmış xx.xx.2022-ci il tarixli xx/xx-5978 saylı arayışla müəyyən olunmuşdur ki, Ağdam RPŞ-nin İB-nin rəisi Niyazi Uzakov və müdafiəçi Adil Abışovun 2 saylı istintaq təcridxanasında təqsirləndirilən şəxslə görüşləri xx.xx.2022-ci il tarxdə saat 12:55-də başlamış 13:00-da başa çatmışdır. Sadə məntiqlə aydın olur ki, yuxarıda qeyd olunan bir neçə prosessual hərəkətin 5 dəqiqə ərzində icra olunması qeyri-mümkündür. Sözgedən protokolların da uydurma faktlar əsasında tərtib edildiyi, müdafiəçinin də qeyd olunan protokola qanunsuz olaraq imza etdiyi məhkəmənin apardığı araşdırma ilə aşkara çıxarılmışdır. Bundan başqa Məhkəmə tərəfindən iş materialları öyrənilərkən müstəntiq Sahil Məmmədli tərəfindən də prosessual qanunvericiliyin tələblərinin pozulması halı aşkar edilmişdir. Belə ki, iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli vəsatətə baxılması haqqında qərardan görünür ki, sözügedən qərar müstəntiq Sahil Məmmədli tərəfindən xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs özünə imza etdirilməklə təqdim olunmuşdur. Azərbaycan Respublikası CPM-in 121.1.4-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərarın surətini dərhal ərizəçiyə göndərməlidir. Bundan başqa cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktı xx.xx.2022-ci il tarixdə tərtib edilmiş və xx.xx.2022-ci il tarixdə Ağdam rayon prokuroru tərəfindən təsdiq edilərək Məhkəməyə göndərilmişdir. X3 Cinayətlər məhkəməsinin sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı istintaq təcridxanasından alınmış xx.xx.2022-ci il tarixli xx/xx-5978 saylı arayışla müəyyən olunmuşdur ki, 2 saylı istintaq təcridxanasında Təqsirləndirilən şəxsla müstəntiq Murad Behbudovla görüşləri xx.xx.2022-ci il tarixdə saat 14:45-də başlamış saat 14:55-də başa çatmışdır. Göründüyü kimi iş üzrə ibtidai istintaqın xx.xx.2022-ci il tarixdə bitməsinə baxmayaraq müstəntiq Murad Behbudovla Təqsirləndirilən şəxs qeyri-prosessual görüşünün məqsədi qeyri-müəyyəndir. Bundan başqa cinayət işinin materiallarında olan bütün məktublar (korrespondensiyalar) Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair” təlimatın tələblərinin kobud surətdə pozulması ilə icra edilmiş, məktubların həqiqətən göndərilib-göndərilmədiyi, göndərilmişsə nə vaxt, hansı yolla (poçtla, kuryerlə və.s) göndərildiyi qeyd olunmamaqla, müvafiq sənədlər (poçt reyestri və ya digər bunu əvəz edən sənəd) iş materiallarına əlavə edilməmiş və göstərilənlər ciddi qeyri müəyyənliyə səbəb olmuşdur. Məhkəmə yuxarıda qeyd olunmuş kobud qanun pozuntuları ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının kostitusiyası insan hüqüq və azadlıqlarını ümumbəşəri yüksək dəyərlər kimi qiymətləndirərək, onların təmin edilməsini dövlətin ali məqsədi elan etmiş, hüquqları gözləməyi qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu kimi təsbit etmişdir. Azərbaycan Respublikasının kostitusiyasının 61- ci maddəsinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə bir daha vurğulayır ki, cinayət işi üzrə təqsirləndirilən şəxsin müdafiə olunmaq hüququ iş üzrə aparılan ibtidai araşdırma zamanı kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası CPM-in 303.3.1-ci maddəsinə əsasən, “təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və cinayət işinin materiallarının ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Odur ki, istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1 maddəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməli və cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.5, 303.1, 303.3.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Ağdam rayon Prokuroruna qaytarılsın.

2. Təqsirləndirilən şəxsin barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılsın.

3. Qərarın surəti təqsirləndirilən şəxsə, zərərçəkmiş şəxsə, müdafiəçiyə və dövlət ittihamçısına göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar