Məhkəmə qərarları › İş №1(100)-464/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-464/2022

04.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-464/2022 04.11.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə) Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu (məruzəçi hakim), X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas X8, müdafiəçi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 və Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində, Ağdam rayonu Çəmənli kəndində, yaşadıqları evin yataq otağında, anası Zərərçəkmiş şəxs atası Şahid1la rəsmi nigahda olmasına baxmayaraq istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonun “Whatsapp” ani mesajlaşma mübadilə sistemi ilə başqa şəxslə, yəni Ağdam rayonu Şükürağalı kənd sakini Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Elgünüm, ürəyimmm, haralardasan” və digər yazdığı mesaj yazışmalarını görüb onun bu qeyri etik hərəkətlərindən hirslənərək qisas almaq məqsədi ilə evin mətbəxindən götürdüyü zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs vurub insan həyatı üçün təhlükəli olan nazik bağırsağın, piyliyin, müsariqənin zədələnməsi, qarının ön divarının daxilə keçən deşilmiş-kəsilmiş yarası xəsarətini yetirib qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmənin hazırlıq iclasında müdafiəçi X6 məhkəməyə yazılı vəsatət təqdim edərək məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan ibtidai istintaq zamanı kobud pozuntuya yol verildiyindən cinayət işi Azərbaycan Respublikasının CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququ pozulduğundan, ittiham aktı bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun tərtibolunmadığından məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını məhkəmədən xahiş etmişdir. Müdafiəçi vəsatətini onunla əsaslandırmışdır ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan ibtidai istintaq zamanı kobud pozuntularına yol verilmişdir. Belə ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamda ittihamaktının təsviri hissəsində ittihamın mahiyyəti öz əksini tapsa da, nəticəvi hissəsində təqsirləndirilən şəxsin nədə ittiham olunması qeyd edilmədiyindən, başqa sözlə ona ittiham verilmədiyindən,cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə kollegiyası müdafiəçinin vəsatəti ilə bağlı cinayət prosesi tərəflərinin fikirlərini dinləyib hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Azərbaycan Respublikasının CPM-nin 289-cu maddəsinin tələblərinə tam əməl edilmədiyindən, ittiham aktının nəticəvi hissəsində qeyd edilmiş ittiham üzrə təqsirləndirilən şəxsin nədə ittiham olunduğu, nədən müdafiə olunmalı olduğu bilinmədiyindən onun müdafiə hüququ kobud şəkildə pozulduğundan, Ağdam RPŞ-nin istintaq bölməsinin müstəntiqi polis kapitanı X10 tərəfindən məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntusuna yol verildiyindən və ədalətli məhkəmə araşdırılmasının aparılmasına imkan verən təminatların ibtidai istintaq zamanı gözlənilmədiyindən iş üzrə icraata xitam verib prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikasının CPM-nin 1.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona yönəlmişdir ki, heç kəs qanunsuz və ya zərurət olmadan prosessual məcburiyyət tədbirlərinə, insan və vətəndaş hüquq və azadlıqlarının digər məhdudiyyətlərinə məruz qalmasın. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın (bundan sonra Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı ümumi hüquqi mövqeyə əsasən, şəxs cinayət təqibi orqanı tərəfindən onun barəsində məhz faktiki araşdırma aparıldığı andan müdafiə hüququna malikdir və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan təminatlar təkcə məhkəmə baxışı mərhələsinə deyil, həm də ondan əvvəlki və sonrakı mərhələlərə tətbiq edilir. Azərbaycan Respublikasının CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikasının CPM-in 303.3.1 və 303.3.6-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), habelə cinayət işi üzrə ittiham aktının CPM-in 289-cu maddəsinin tələblərinə uyğun olmaması kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CPM-nin 289-cu maddəsinin tələblərinə tam əməl edilməmiş, təqsirləndirilən şəxsə elan edilmiş ittihamda ittihamın təsviri hissəsində ittihamın mahiyyəti öz əksini tapsa da, ittihamın əsasını təşkil edən nəticəvi hissəsində təqsirləndirilən şəxsin nədə ittiham olunması qeyd edilməmiş,ona ittiham verilməmişdir. Halbuki, Azərbaycan Respublikasının CPM-nin 289.3.1-ci maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm halların göstərilməsi məcburidir. Beləki, Azərbaycan Respublikasının CM-nin 223.2 və 223.3-cü maddələrinə əsasən bu Məcəllənin 223.1-ci maddəsində nəzərdə tutulmuş sübutlar olduqda müstəntiq şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında əsaslandırılmış qərar çıxarır və şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti və maddi hüquq normasının göstərilməsi imperativ xarakter daşıyır. Yuxarıda qeyd edilən hallar, yəni cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti və s. digər hallar ittiham aktında həmin şəxsin təqsirləndirilən şəxs qismində cəlb etmə qərarından fərqli şəkildə müəyyən edilə bilməz, ittiham aktı cinayət işi üzrə ibtidai istintaqın qurtarmasını və onun nəticələrini özündə əks etdirməlidir. Yəni sadalanmış hallar CPM-in ittiham aktını tərtib edən şəxs üçün müəyyən etdiyi imperativ normadır və bu tələbin pozulması CPM-nin 303.3.6-cı maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılması üçün əsas hesab edilir.Buhal«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiysındadaözəksinitarmışdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin «a» alt bəndi təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququnun olmasını ehtiva edir. İttihamın mahiyyətinin aydın olması və ümumilikdə Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən hüquqlar mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd olunanlar konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir. (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ozerov Rusiyaya qarşı” iş üzrə 18 may 2010-cu il, “Pfayfer və Plankl Avstriyaya qarşı” iş üzrə 25 fevral 1992-ci il, “Bulut Avstriyaya qarşı” 22 fevral 1996-cı il, “Kolozza İtaliyaya qarşı” 12 fevral 1985-ci il tarixli qərarları). Lakin Ağdam RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Murad Behbudov tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxsə elan edilmiş ittihamın məzmunu göstərilsə də Cinayət Qanununun hansı hansı maddəsi ilə ittiham verildiyiqeyd edilməmiş,ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Ağdam rayon prokuroru da bu pozuntunun aradan qaldırıliması üçün səlahiyyəti həddində heç bir hərəkət etməmişdir. Belə ki, ittiham aktından göründüyü kimi ittiham aktının nəticəvi hissəsində yalnız təqsirləndirilir ondan ötrü ki o, xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində, Ağdam rayonu Çəmənli kəndində, yaşadıqları evin yataq otağında, anası Zərərçəkmiş şəxs atası Şahid1la rəsmi nigahda olmasına baxmayaraq istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonun “Whatsapp” ani mesajlaşma mübadilə sistemi ilə başqa şəxslə, yəni Ağdam rayonu Şükürağalı kənd sakini Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Elgünüm, ürəyimmm, haralardasan” və digər yazdığı mesaj yazışmalarını görüb onun bu qeyri etik hərəkətlərindən hirslənərək qisas almaq məqsədilə evin mətbəxindən götürdüyü zavod üsulu hazırlanmış soyuq silahhesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs vurub insan həyatı üçün təhlükəli olan nazik bağırsağın, piyliyin, müsariqənin zədələnməsi, qarının ön divarının daxilə keçən deşilmiş-kəsilmiş yarası xəsarətini yetirib qəsdən sağlamlığına ağır zərər vurması qeyd olunmuşdur. Göründüyü kimi ittiham aktının nəticə hissəsində, təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının CM-nin hansı maddəsi ilə ittiham elan olunması göstərilməmiş, təqsirləndirilən şəxs nədə ittiham olunduğunu, nədən müdafiə olunmalı olduğunu bilməmiş, bu barədə dərhal və ətraflı məlumatlandırılmamış, bununla da onun müdafiə hüququ kobud formada pozulmuşdur. Azərbaycan Respublikasının CPM-nin 292.3-cü maddəsinə əsasən ittiham aktına və onun əlavələrinə dəyişikliklər edildiyi halda ittiham aktı yalnız sonuncu redaksiyada verilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında presedent qismində istinad etdiyi “X9rşı” 05 mart 2013-cü il tarixli qərarına əsasən, Konvensiyanın 6-cı maddəsinin 3 “a” və “b” yarımbəndləri bir-biri ilə əlaqəlidir və ittihamların xarakteri və səbəbi barədə məlumatlı olmaq hüququ təqsirləndirilən şəxsin öz müdafiəsini hazırlamaq hüququ baxımından qiymətləndirilməlidir. Azərbaycan Respublikasının CPM-nin 91.5.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) onun hüququdur. Lakin hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə hansı maddə ilə ittiham verilməsi göstərilmədiyindən, təqsirləndirilən şəxsin ittihamın mahiyyətinin nədən ibarət olmasını, nədə ittiham olunduğunu, nədən müdafiə olunmalı olduğunu bilməsində, həmçinin öz müdafiəsi üçün düzgün dəlillər irəli sürməsini çətinləşdirməklə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Qanunla həmin hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadığı, təqsirləndirilən şəxsin müdafiə hüququ pozulduğu (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) və ittiham aktı Azərbaycan Respublikasının CPM-in 289-cu maddəsinə uyğun tərtib edilmədiyi halda CPM-in 303-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməli olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) və ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə görə məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Məhkəməhesabedirki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə qanuni həll edilməsi mümkün olmayan qanun pozuntusunayolverildiyindən məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması, həmçinin cinayət işi üzrə ibtidai istintaqı aparmış Ağdam rayon prokuroru kiçik ədliyyə müşaviri X5 və Ağdam rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis kapitanı X10 tərəfindən yol verilən qanun pozuntusuna görə barələrində xüsusi qərar çıxarılmalıdır. Qeyd olunanlardan başqa məhəkəmə hesab edirki, Təqsirləndirilən şəxs barəsində Ağdam rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçildiyindənvə həbs qətimkan tədbirininmüddəti xx.xx.2022ciiltarixdəbitdiyindən, Azərbaycan Respublikasının CPM-nin 303.5-ci maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verildikdə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarıldıqda qətimkan tədbiri məsələsi həll olunmalı olduğundan, CPM-nin 306.2-ci maddəsinin tələbləri qaydasında Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilməsi üçün nəzərdə tutulan hüquqiəsaslar aradan qalxmadığından dəyişdirilmədən saxlanılmaqla həbs qətimkan tədbiri 01 ay müddətinə uzadılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, işi üzrə ittiham aktı Cinayət Porosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə uyğun tərtib olunmamaqla məhkəməyə təqdim edildiyindən,ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin hüquqları süni şəkildə məhdudlaşdırılmaqla pozulmuş vəgöstərilən pozuntunun məhkəmədə aradan qaldırılması mümkün deyildir. Azərbaycan Respublikasının Cinayət Porosessual Məcəlləsinin 303.3.1 və 303.3.6 maddələrinə əsasən, cinayət işi üzrə ittiham aktının Cinayət Porosessual Məcəlləsinin 289-cu maddəsinin tələbinə uyğun olmaması kobud qanun pozuntusudur və bu pozuntuya yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 301.1 və 301.1.3-cü maddələrinin mənasına görə məhkəmə baxışı yalnız məhkəməyədək icraat həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntularına yol verilmədən aparıldıqda, keçirilə bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyi müəyyən edildikdə, məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.2-ci maddəsinə görə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinin tələbləri qaydasında təqsirləndirilən şəxsin müdafiə huquqlarının pozulması və ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması hallarına yol verildiyindən və həmin pozuntuların məhkəmənin hazırlıq iclasında aradan qaldırılması mümkün olmadığından, Təqsirləndirilən şəxs barəsindəolanişi üzrə icraata xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 300, 303, 306, 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 vəsatəti təmin edilsin, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə məhkəməyədək icraat zamanı cinayət prosessual qanunvericiliyinin tələbləri pozulduğundan, bu pozuntunun aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Ağdam rayon prokuroruna qaytarılsın. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 01 ay müddətinə uzadılsın. Qərarın surəti təqsirləndirilən şəxsə, müdafiəçiyə, zərərçəkmiş şəxsə və dövlət ittihamçısına göndərilsin. Qərardan apellyasiya şikayəti və apellyasiya protesti verilə bilməz. Sədrlik edən Natiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar