Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-464/2023 03.10.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və X1 ibarət tərkibdə, X4 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Gəncə şəhərində anadan оlmuş, Аzərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, X14 küçəsi, döngə 3 ev 11 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq, külli miqdarda, yəni ümumi təmiz çəkisi 4,878 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında 20 iyun 2023-cü il tarixdə, gecə saat 03:20-də polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, N.Gəncəvi prospekti ilə Əttarlar küçəsinin kəsişməsində saxlanılaraq, Gəncə şəhəri N.Nərimanov prospekti 179 ünvanında yerləşən Gəncə şəhəri BPİ-nin 4-cü PB-nin inzibati binasına inzibati binasına aparılmış və üzərinə şəxsi axtarış aparılan zaman əynində olan sarı rəngli köynəyin cibindən 01 ədəd şəffaf sellofan kəsiyi bükümündə, ümumi təmiz çəkisi 4,878 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o əvvəllər narkotik vasitə istifadəçisi olmuşdur. xx.xx.2023-cü il tarixdə təxminən saat 19 radələrində Gəncə şəhərində M.P.Vaqif küçəsində yaşadığı evin yaxınlığında yerdən içərisində heroinə oxşar kütlə olan sellofana bükülü tapmış və istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə, gecə saat 03 radələrində Gəncə şəhəri Nizami prospekti ilə Əttarlar küçəsinin kəsişməsində olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini Gəncə şəhər BPİ-nin 4-cü PB-nin əməkdaşları kimi təqdim edib onu Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsində müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış və o, əynində olan sarı rəngli köynəyin cibindən 1 ədəd sellofan bükümdə olan heroini çıxararaq təqdim etmişdir. Bundan başqa o, ifadəsində üzərindən aşkar olunmuş narkotik vasitədən istifadə etmədiyini, şəxsi istifadəsi üçün saxladığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, əməlindən peşman olduğunu bildirmiş və məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etiraf ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar habelə sair iş materialları ilə aşağıda şərh olunan sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvandan yaşayan Elçin adlı şəxsin narkotik vasitə qəbul etməsi, mütəmadi olaraq narkotik vasitələr əldə edib üzərində gəzdirməsi, saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat müvəkkili Şahid1 ilə birgə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin gün saat 03:20-də Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Gəncəvi küçəsi ilə Əttarlar küçəsinin kəsişməsində yolun kənarında olmasını müəyyən edərək ona yaxınlaşıb özlərini təqdim edib qanunsuz olaraq narkotik vasitə əldə edib üstündə saxlamaqda şübhəli olduğunu bildirmiş və üzərinə baxış keçirtmək məqsədi ilə onu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində onun üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki sarı rəngli köynəyin cibindən bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş kütləni könüllü olaraq təqdim etmişdir. Onun təqdim etdiyi kütlənin heroinə bənzər maddə olduğu aşkarlanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni Gəncə şəhəri, X14 küçəsində yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkilərək 5,49 qram olması müəyyən olunmuş və qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” və xx.xx.2023-cü il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokollardan, eyni zamanda məhkəmə istintaqı zamanı nümayiş etdirilmiş video görütündən görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan sarı rəngli köynəyin cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, 5, 49 qram çəkidə narkotik vasitə- heroini çıxarıb könüllü təqdim etmiş, həmin kütlə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 16/640 nömrəli rəyindən görünür ki, tədqiqаtа təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş nakotik vasitə.” sözlər və imzalar olan kağız paketdəki, 1(bir) ədəd iç-içə keçirilmiş şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 4,878 qram maddə, kutsar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 1197 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroindən epizodik istifadə halları olmuşdur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkolоji kabinetdə qеydiyyаtа alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(125)-323/2023 saylı qərarı ilə barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2009-cu il traixli hökmünün surətindən və Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2009-cu il tarxili hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2009-cü il tarixdə Gəncə şəhər Nizami rayon Məhkəməsinin qərarı ilə CM-nin 76.3.1-ci maddəsinə əsasən cəzasının çəkilməmiş qalan 03 (üç) ay 16 (on altı) gün hissəsilə azad edilmişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 4320 nömrəli, Gəncə şəhəri Psixonevroloji Dispanserinin eyni tarxili 4298 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və təhqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 4,878 qram olan heroin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq Gəncə BPİ-nin saxlama anbarına verilmişdir. Məhkəmədə tədqiq edilən doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X3 xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X5 adlı iki uşağı var. Təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və ona CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutalan aşağı həddə cəza təyin olunmasını məqsədə uyğun hesab edir. Məhkəmə, cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124–136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət təqibi orqanı Təqsirləndirilən şəxs əməlini CM-nin 234.1-1-ci maddəsi ilə düzgün tövsif etmiş və həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət işinin materillarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində saxlanılmış, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(125)-323/2023 saylı qərarı ilə barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs narkotik vasitə heroindən epizodik istifadə halları olduğundan narkolоji kabinetdə qеydiyyаtа alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Gəncə BPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 4,878 qram (tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 4,828 qram) olan heroin məhv edilməlidir. Həmçinin, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 32 manat 40 qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə, məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi 10 (on) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil X7 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 20 iyun 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbi qaydasında ərazi nakroloji dispanserində qeydiyyatda alınsın. İş üzrə maddi sübut kimi tanınıb Gəncə BPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 4,878 qram (tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 4,828 qram) olan heroin məhv edilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçi X7 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 36 (otuz altı) manat məbləğində pul köçürülsün. Ekspertiza tədqiqatları zamanı sərf edilmiş 32 manat 40 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-464/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-464/2023
03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver