Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-464/2025 31.07.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İbişov İlkin İlqar oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1968-ci il tarixdə Tərtər rayonu, Kəngərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, evli, məhkum olunmamış, Tərtər rayonu, Kəngərli kəndində qeydiyyatda olmaqla həbs edilənədək həmin kənddə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 14 mart 2025-ci il tarixdə saat 10:30 radələrində yaşadığı Tərtər rayonu, Kəngərli kəndindəki fərdi yaşayış evinin həyətində oğlu zərərçəkmiş X11 ilə birlikdə “URAL-432007” markalı 0-424-QQ hərbi nömrə nişanlı avtomobil texnikasının mühərrikini təmir edərkən, oraya gələn qardaşı Şahid1 hər dəfə maddi yardım edərək əlindən gələn köməkliyi etməsinə baxmayaraq ona məxsus bağ sahəsindən zərərçəkmişin ağacları oğurlayıb satdığını bildirməsindən sonra, uzun müddətdir tüfeyli həyat tərzi keçirməsi və ailəyə qarşı etinasız olmasına görə mütəmadi olaraq tənbeh etməsinə baxmayaraq, müsbət nəticə çıxarmamış və öz əmisinin bağ sahəsindən oğurluq etdiyinə görə zərərçəkmişə bir daha irad bildirdikdə ona etinasız yanaşıb saymazyana şəkildə mübahisə və təhqir edərək əlləri ilə fiziki güc tətbiq edib xəsarət yetirməyə çalışan zərərçəkmiş Emin Həsənzadənin bu hərəkətlərinə qarşılıq olaraq özündə yaranmış qəzəb hissini biruzə verərək, avtomobilin təmiri zamanı istifadə etdiyi sağ əlindəki təsərrüfat məişət təyinatlı, dəstəyi olmayan, soyuq silah hesab edilməyən mətbəx bıçağının tiyəsi ilə Emin Həsənzadənin həyat və sağlamlığına, eləcə də yaşamaq və təhlükəsiz yaşamaq konstitusion hüquqlarına qəsd edib sonuncunun döş qəfəsinin ön hissəsinə bir zərbə endirərək ürəyin, ağciyərin yaralanması ilə döş boşluğuna keçən deşilmiş-kəsilmiş bir ədəd yarası, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, baş vermiş kəskin qanitirmə ilə ölümünə səbəb olan bədən xəsarəti yetirməklə Emin Həsənzadəni qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirli bilməmiş, özünü CM-in 124-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Tərtər rayonu, Kəngərli kəndində anadan olmuşdur. 1-ci Qarabağ müharibəsi veteranıdır və 1996-cı il tarixdən yük maşını motorlarının təmiri ilə məşğul olmuşdur. 2025-ci il mart ayının 14-ü gecə mərhum Emin Həsənzadə onun qorxusundan gec gəldiyi üçün evə pəncərədən daxil olmuşdur. Mərhumun gündəlik həyat tərzi ilə bağlı çoxlu borclar yığılmış, O, mərhumun xərclərinə pul çatdıra bilməmiş, borc sahibləri hər gün ondan oğlunun aldığı borcların qaytarılmasını istəmişdir. Hadisə baş verən günün səhəri yoldaşına marketə gedib gündəlik ərzaq məhsulları alıb qayıdacağını demiş, həmin vaxt mərhum oğlu Eminin yatağında olduğunu görmüşdür. Evə qayıdarkən artıq mərhum oğlunun əlində kürək ilə marektin yanında olduğunu görmüş, oğlunu avtombilinə əyləşdirərək özü ilə evlərinə gətirmişdir. Həmçinin ona məlum olmuşdur ki, mərhum Emin Həsənzadə həmin kürək ilə əmisinin bağından oğurluq etmiş və evə gec gəlməsinin səbəbi də məhz onunla bağlı olmuşdur. Mərhum oğurladığı ağacların bir qismini çay evinə satmış, hətta həmin yerə özü əkmişdir. Evə gəldikdən sonra mərhuma, yeməyini bitirərək ona kömək etməsini, işin tez bitməsinin vacib olduğunu demişdir. Emin Həsənzadə yeməyini yedikdən sonra onun yanına gəlmiş və onlar birlikdə işə başlamışlar. O, bütün diqqətini işə cəlb etdiyi üçün mərhumun yanından getdiyinin fərqində olmamış, bir müddət sonra başını qaldırıb mərhumu görmədikdə, artıq Emin Həsənzadənin getdiyini başa düşmüşdür. Sonradan mərhumun maşının axra tərəfində siqarət çəkdiyini görmüş, onu yanına çağırarkən, mərhum onu nalayiq söyüşlərlə təhqir etmişdir. Həmin vaxt əlini yaralamamaq üçün parçaya bükdüyü bıçaqla oğluna tərəf getmiş, oğlu onu yenidən nalayiqlə söyüşlərlə təhqir edərək, yumruq zərbəsi endirməyə çalışmış və buralardan çıxıb gedəcəyini bildirmişdir. Həmçinin mərhum narkotik vasitə istifadəçisi olmuşdur. Mərhum ona yumruq zərbəsi endirdikdən sonra tərəflər arasında əlbəyaxa dava başlamış və oğlunun ona yumruq atmaq istədiyini gördükdə, onun qolunu havada tutmuşdur. Daha sonra mərhum onun əlini aşağı doğru gətirdikdə, əlindəki bıçaq mərhumun sinə nahiyəsinə girmişdir. Mərhum bıçaq zərbəsindən sonra bir-iki addım arxaya gedərək dəmir qoşqunun yanında yerə oturmuşdur. Daha sonra o qardaşlarını yanına çağıraraq köməkli şəkildə mərhumu eyvandakı yatağa aparmış və xəsarətin ciddi olmadığını düşünərək ilkin yardım göstərsə də, sonradan mərhumun vəziyyətinin yaxşılaşmadığını görüb, öz maşını ilə xəstəxanaya çatdırmışdır. Xəstəxanaya çatdıqda mərhuma tibbi yardım göstərilməsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmamış və oğlu Emin Həsənzadə vəfat etmişdir. O, mərhumun öldüyünü öyrəndikdən dərhal sonra polis şöbəsinə getmiş və könüllü olaraq təslim olmuşdur. O iş gördüyü üçün bıçaqı həmin vaxt əlində saxlamış, mərhumun yanına gedərkən bıçağı yerə qoymağa fürsəti olmamışdır. Əlavə olaraq Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq göstərmişdir ki, dəfələrlə oğlu Eminin borcuna görə onun qapısına tanımadığı şəxslər gəlmişdir. Hadisə baş verən vaxt oğlu Emin ona “sən mənə atalıq eləmisən ki?” deyə bildirərək, onu təhqir etmişdir. Həmin vaxt avtomobilin təmiri ilə bağlı ehtiyat hissələrini təmizləmək üçün əlində bıçaq olmuş və bu səbəbdən əlində olan bıçağı ata bilməmişdir. Əvvəllər də aralarında yaranmış mübahisəyə görə mərhun bir neçə dəfə onu vurmaq istəmiş, lakin vurmamışdır. Hadisə vaxtı Emin Həsənzadə ona yumruq atmış, lakin Emin yumruğun dəymədiyini görüb onu qucaqlayan zaman əlində olan bıçaq mərhumun sinə nahiyyəsindən dəymişdir. Baş verən mübahisə zamanı sol əli ilə oğluna şillə vurmuş və daha sonra oğlu onu qucaqlayaraq itələşməyə başlamışlar. Oğluna bıçaqla zərbə endirməmiş, sadəcə əlində olan bıçaq onu itələyən zaman ehtiyatsızlıqdan mərhuma dəymişdir. Onun oğlunu öldürmək niyyəti olmamışdır. Daha sonra ilkin tibbi yardım göstərilməsi üçün oğlunu xəstəxanaya aparmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş, X8 ifadəsində göstərmişdir ki, hadisə baş verən zaman orada olmamış, evdə yemək hazırlamışdır. Daha sonra evin arxasına getmiş və oğlunun yerdə uzandığını görmüşdür. Əri Təqsirləndirilən şəxs oğlu Emini evə gətirərək uzandırmış və ondan şərbət hazırlayıb gətirməsini istəmişdir. Xəstəxanaya birlikdə getmələrinə təqsirləndirilən şəxs icazə verməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş, X8 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslə mərhum arasında əvvələr də mübahisələr olmuş, mərhum mübahisələr zamanı təqsirləndirilən şəxsə qarşı nalayiq ifadələrdən istifadə etmişdir. Həmçinin o ifadə zamanı təqsirləndirilən şəxslə barışdığını və onu bağışladığını bildirmişdir. O mərhumun evə ən tez gecə saat 11, 12 bəzən də daha gec gəldiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Rəfi oğlu ifadəsində göstərmişdir ki, o hadisə zamanı orda olmamış hadisə yerinə daha sonra gəlmişdir. Mərhum xəstəxanaya aparılan zaman onu öz qucağında daşımış və maşına mindirərək xəstəxanaya aparmışdırlar. Əlavə olaraq şahid qismində dindirilmiş Şahid3 Rəfi oğlu məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, mərhum özündən başqa heç kəsi fikirləşməyən, kefinə düşkün biri olmuşdur. Mərhum evə gec gəldiyi zamanlar, təqsirləndirilən şəxs onu danlayar və elədiklərinin düzgün olmadığını ona deyirmiş. Əvvəllərdə təqsirləndirilən şəxslə zərərçəkmiş arasında sözlü mübahisələr olmuş, lakin dava olmamışdır. Hadisə günü o təsadüfi şəkildə əmisigilə getmiş, getdiyi zaman da hər hansı bir sual verməyə fürsəti olmadan köməklik göstərmişdir. O ilk baxışda əmisinin əsəbləşib mərhuma şillə vurduğunu və bunun nəticəsində huşunu itirdiyini düşünmüşdür. Hadisənin bıçaqlanma olduğunu sonradan anlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o hadisə zamanı orda olmuşdur. O hadisənin qəsdən yox, ehtiyatsızlıqdan törədildiyini düşünmüşdür. Təqsirləndirilən şəxs mərhumu yanına çağırmış lakin mərhum gəlməmişdir. Belə olduqda təqsirləndirilən şəxs mərhumun yanına getmiş ona bir şillə vurmuşdur. Bu vaxt bıçaq təqsirləndirilən şəxsin əlində olmuşdur. Əlavə olaraq şahid qismində dindirilmiş Şahid1 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, bildiyinə görə hadisə baş verdiyi gün təqsirləndirilən şəxs mərhumun ağac oğurluğu etdiyini öyrənmiş, buna görə də onu danlamış və bir şillə vurmuşdur. Bu zaman mərhum maşın arxa tərəfinə keçmişdir. Bir müddət keçdikdən sonra təqsirləndirilən şəxs mərhumu yanına çağırmış, lakin o gəlməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs də işini yarımçıq qoyub mərhumun yanına getmişdir. Bu zaman onlar arasında mübahisə başlamış, daha sonra davaya çevrilmişdir. Dava zamanı təqsirləndirilən şəxsin əlində olan bıçaq mərhumun ürəyindən dəymiş və mərhum dəmir qoşqunun yanında yerə yıxılmışdır. Həmçinin o maşının arxa tərəfində olmamış və bıçaqlanma anına şahid olmamışdır. Daha sonra Şahid2 maşının arxa tərəfinə keçmiş və mərhumun paltarının qan olduğunu gördükdə, maşının ön hissəsi olan tərəfə qayıtmışdır. Bundan sonra təqsirləndirilən şəxslə birlikdə maşının arxa tərəfinə, mərhumun yanına getmişlər. Mərhumu gətirib eyvandakı çarpayıya uzatmış, şərbət içirərək özünə gəlməsini gözləmiş, lakin halı daha da pisləşdiyindən maşınla xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əmisi, mərhum Emin Həsənzadə isə əmisioğludur. Hadisə baş verən gün o işdə olmuş, digər əmisi Şahid1 zəng edib ondan hal-əhval soruşduqda, o, onun da əmisioğlu olan mərhum Emin Həsənovun ağac oğurlaması ilə əlaqədar olaraq, qardaşı Muğanın yanına gedəcəyini bildirmişdir. Sonra o da, işdən çıxaraq əmisi Təqsirləndirilən şəxs yanına getmişdir. Əmisi Təqsirləndirilən şəxs evinə çatdıqda, digər əmisi Rəfinin Muğana artıq oğlu Eminin ağac oğurlaması ilə bağlı olanları danışdığını bilmiş, Muğan da həmin vaxt oğlu Eminlə “Ural” markalı avtomobili təmir etmişdir. Muğan qəzəblənib Eminlə mübahisə etməyə başlamış, o, isə Rəfi ilə birlikdə avtomobilin ön hissəsində olan yerdə dayanmışdır. Təqsirləndirilən şəxs oğlu Emini tənbeh edərək, “əmin sənə pis olmayıb, niyə belə hərəkət etmisən? Ayıb deyilmi? Gedib kimnənsə kostyum alırsan, evə gec gəlirsən” deyə bildirmiş, daha sonra əlini Eminin telefonuna ataraq onun bu vəziyyətə düşməyinin səbəbinin mobil telefon olduğunu bildirdikdən sonra, Emini şillə ilə vurmuş, Emin isə maşın arxa hissəsinə getmiş, Təqsirləndirilən şəxs isə onu çağıraraq Eminin arxasınca getmişdir. Muğanla Eminin yanına gedən zaman Muğanın Emini vurmasını hiss etməmiş, əmisi Təqsirləndirilən şəxs ona Eminin sinəsinin qanını silməsini bildirdikdə, Eminin yerdə yıxılıb qaldığını görmüş, yaxınlaşıb əynindəki qanlı qısaqol koftanı və maykanı çıxaranda isə Eminin sinə nahiyəsində 01 bıçaq xəsarəti olduğunu görmüşlər. Muğan da dərhal qaçaraq gəlmiş və Emini köməkli şəkildə götürüb evin giriş qapısındakı eyvandakı çarpayıya uzatmışlar. O, Kamilə Həsənovanı səsləyib su və parça gətirməsini istəmiş, Kamilə çölə çıxıb Eminin bu vəziyyətini görüb gələnədək, o, artıq su və parça gətirmişdir. Onlar Eminin yarasını parça ilə silib, sarısalar da, artıq Eminin vəziyyətinin ağır olduğunu görüb, təcili şəkildə xəstəxanaya aparmışlar. Xəstəxanada olanda isə artıq Eminin vəfat etdiyini öyrənmişdir. Əlavə olaraq Şahid2 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, Muğanla Emin maşının arxa tərəfinə keçdikdə səs-küy gəlmişdir. Onların avtomobilin arxa tərəfində olan mübahisəsi təxminən 2-3 dəqiqə davam etmişdir. Hadisə yerinə gedən vaxt Muğanın əlində bıçaq olduğunu görməmiş, Emin isə ayaqüstə donub qalmışdır. Emin Həsənzadə əmisi Rəfinin ağaclarını oğurlamışdır. Əvvəllər də hər gün Təqsirləndirilən şəxs nə qədər tənbeh etməyə çalışsa da, Emin onu eşitməmişdir. Emin Həsənzadə daimi spirtli içki qəbul etmiş, lakin narkotik vasitə istifadə etməsi barədə məlumatı olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 14 mart 2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, hadisə yerinə baxış keçirilməsi haqqında 14 mart 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Tərtər rayonu, Kəngərli kəndində Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin həyətidir. Hadisə yerinə baxışda iştirak edən Şahid1 bildirdi ki, hadisə həyətdə olan hərbi avtomaşının arxasında baş vermişdir. Baxış zamanı müəyyən edildi ki, fərdi yaşayış evinin göy rəngli dərmir darvazasından həyətə daxil olduqda, 53 metr irəlidə həyətin ortasında „URAL-432007“ markalı O 424 QQ hərbi nömrə nişanlı hərbi texnika vardır. Ön kapotu açıq olan və ətrafında təmir ləvazimatları olan hərbi texnikanın qarşısında, texnikadan 42 metr məsafədə, bir mərtəbəli fərdi yaşayış evi vardır. Şahid1 bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 11 radələrində olduğumuz yerə gəlib Təqsirləndirilən şəxs və Emin Həsənzadə ilə görüşüb, Eminə oğurluq etdiyi barədə irad bildirmiş, daha sonra Təqsirləndirilən şəxs oğlu Emin Həsənzadəyə irad bildirdikdə aralarında mübahisə yaranmış, həmin zaman o, hərbi texnikanın ön hissəsində olmuş, Emin Həsənzadə və Təqsirləndirilən şəxs isə texnikanın arxa hissəsinə gedib orada mübahisə etmişdirlər. Qısa müddət sonra isə Emin Həsənzadə geriyə, yəni sağ arxa hissədə olan lapetin yanına qədər gedib orada yerə yıxılmışdır. Həmin zaman bilmişdir ki, aralarında yaranmış mübahisə əsnasında Təqsirləndirilən şəxs bıçaqla Emin Həsənzadənin sinə nahiyəsinə xəsarət yetirmişdir. Hərbi texnikanın ön hissəsində olan ləvazimatların və ehtiyyat hissələrinin olduğu yerdə 6 ədəd bıçaq aşkar edildi. Tiyəsi metal olan, dəstəyi krem rəngli olmaqla qara mazuta bulaşmış bir ədəd bıçaq, tiyəsi metal olan, dəstəyi krem rəngli olmaqla qara mazuta bulaşmış və dəstəyində eninə kəsiklər olan bir ədəd bıçaq, tiyəsi metal olan, dəstəyi olmayan qara rəngli üzərində iki ədəd deşikləri olan bir ədəd bıçaq, tiyəsi metal olan, dəstəyi olmayan, gümüşü rəngli əsasən digərlərinə nəzərən təmiz olan bir ədəd bıçaq, tiyəsi metal olan, dəstəyi qara rəngli izolent ilə sarılmış bir ədəd bıçaq, tiyəsi köhnəlmiş vəziyyətdə metal olan, dəstəyi qara rəngli plastik olmaqla üzərində iki ədəd şurupu olan bir ədəd bıçaq aşkar edildi. Hərbi texnikanın arxasından sağ istiqamətdə 21 metr məsafədə lapetin olduğu yerə baxış keçirilərkən, lapetdən 1 metr ön hissədə iki ədəd irihəcmli təkər şini, həmin təkərdən 90 sm sağ ön hissədə isə bir ədəd üzərində qanabənzər ləkələr olan boz və ağ rəngli çalarları olan rezin şəpitin sol tayı, eləcə də şəpitdən 1 metr sol hissədə üzərində qanabənzər ləkələr olan bitki və taxta parçası aşkar edildi. Lapetdən 4 metr məsafədə tərpənməz nöqtə kimi əl damı vardır. Şahid1 əli ilə işarə edərək Emin Həsənzadənin yıxıldığı yeri əli ilə işarə etdi. Baxışda iştirak edən Kamilə Həsənova bildirdi ki, hadisə zamanı evin daxilində olmuş, Muğan övladı Emini gətirib evin eyvanına qoymasından xəbəri olmasa da, sonradan ondan su və şərbəst istəyəndə çıxıb eyvana baxanda oğlu Emin Həsənzadənin sinəsi qanlı vəziyyətdə görmüşdür. Hadisə zamanı Emini evin giriş qapısından sağ hissədə eyvanda qoyulmuş çarpayının üzərində olduğunu, sonradan Emin Həsənzadənin xəstəxanaya aparıldıqdan sonra ölüm xəbərini eşidəndən sonra yas məclisinin təşkili üçün həmin çarpayı həyətə düşürülmüşdür. Emin Həsənzadəyə məxsus şəpitin sağ tayının giriş qapısının sağ hissəsində yerdə olduğunu göstərmişdir. Kamilə Həsənova övladı Emin Həsənzadənin hadisə zamanı əynində olmuş və daha sonra özündə saxladığı boz rəngli qısaqol kofta və qara rəngli qolsuz maykanı araşdırmaya təqdim etmişdir. Baxış zamanı boz rəngli qısaqol koftanın və qara rəngli qolsuz maykanın ön hissəsi (ürək nahiyəsi) üzərində bir ədəd kəsik izi və ətrafında qanabənzər ləkələrin olduğu müəyyən edildi. Fərdi yaşayış evinin daxilinə və həyətyanı sahənin digər hissələrinə baxış keçirildi və hər hansı əhəmiyyət kəsb edən hal və ya predmet aşkar edilmədi. Baxış zamanı boz rəngli qısaqol koftanın və qara rəngli qolsuz maykanın ön hissəsi (ürək nahiyəsi) üzərində bir ədəd kəsik izi və ətrafında qanabənzər ləkələrin olduğu müəyyən edildi. Hadisə yerinə baxış zamanı “altı ədəd bıçaq, bir ədəd qara rəngli qolsuz mayka, bir ədəd boz rəngli qısaqol kofta, bir cüt şəpit, üzərində qanabənzər ləkələr olan bitki və taxta parçası” müvafiq qaydada qablaşdırılmaqla götürüldü. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15 mart 2025-ci il tarixli, şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyü Təqsirləndirilən şəxs özünün iştirakı ilə hadisə yerində yoxlanılmaqla dəqiqləşdirilmiş və istintaq hərəkətinin görüntülərini əks etdirən videogörüntü CD diskə köçürülmüş və fotoşəkillərindən fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Məhkəmə Tibbi Ekspertiza və X9” PHŞ-nin 10 aprel 2025-ci il tarixli, 07 nömrəli rəyindən görünür ki, Mərhum E.M.Həsənzadənin meyitinin bədənində xəsarətlər- döş qəfəsinin sol yarısının ürəyin, ağciyərin yaralanması ilə döş boşluğuna keçən 01 (bir) ədə deşilmişkəsilmiş yarası, bel nahiyəsində onurğa üzərinin səthi əzilmiş yaraları, sağ bel nahiyyəsinin, sağ diz oynağının arxa səthinin sıyrıqları, sağ dirsək çuxurunun ön səthinin, sağ bud çanaq oynağının bayır səthinin qançırları vardır. Həmin xəsarətlər həyatidirlər, ölümdən az vaxt əvvəl törənmişlər, qeyd olunan xəsarətlərdən ürəyin, ağciyərin yaralanması ilə döş boşluğuna keçən 01 (bir) ədə deşilmiş-kəsilmiş yara kəsici kənara və iti uca malik alətin, ola bilsin bıçaq təsirindən törənmişdir, bel nahiyəsində onurğa üzərinin səthi əzilmiş yaraları, sağ bel nahiyyəsinin, sağ diz oynağının arxa səthinin sıyrıqları, sağ dirsək çuxurunun ön səthinin, sağ bud çanaq oynağının bayır səthinin qançırları küt əşyanın (əşyaların) törənmişdir, dərəcələrinə görə a) ürəyin, ağciyərin yaralanması ilə döş boşluğuna keçən 01 (bir) ədə deşilmiş-kəsilmiş yaraları canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər; b) bel nahiyəsində onurğa üzərinin səthi əzilmiş yaraları, sağ bel nahiyyəsinin, sağ diz oynağının arxa səthinin sıyrıqları, sağ dirsək çuxurunun ön səthinin, sağ bud çanaq oynağının bayır səthinin qançırları canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. E.M.Həsənzadənin ölümünə səbəb döş qəfəsinin sol yarısının döş boşluğuna keçən deşilmiş-kəsilmiş yaralanması ilə əlaqədar ürəyin, ağ ciyərin yaralanmaları nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. E.M.Həsənzadənin ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun meytinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 2-4 saat olar baş vermişdir. E.M.Həsənzadənin meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqiatı nəticəsində etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. E.M.Həsənzadənin arxa keçəcək möhtəviyyatı olan 01 ədəd tamponun məhkəmə-tibbi tədqiqi zamanı sperma aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Məhkəmə-Tibbi Ekspertiza və X9” X15 02 iyun 2025-ci il tarixli, 302/2025-TBŞ nömrəli məhkəmə-tibbi bioloji ekspertiza rəyindən görünür ki, E.M.Həsənzadənin ABO sistemi üzrə qan qrupu: Abeta (H)/İİ/. Ekspertizaya təqdim edilmiş 01 ədəd bıçağın tiyəsi, bir ədəd taxta hissəsi, bitki qalığı, E.M.Həsənzadəyə məxsus bir ədəd cins şalvar, qolsuz mayka, başmağın sol tayı və bir ədəd qısaqol kofta üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri alındı, aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri Abeta (H)/İİ/ qruplu şəxsə, o cümlədən də E.M.Həsənzadəyə məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş M.Ç.Həsənova məxsus bir ədəd hərbiçi koftası üzərində qan, M.Ç.Həsənova məxsus kəmərli şalvar, əski parçası, E.M.Həsənzadəyə məxsus bir cüt başmağın sağ tayının üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yerinə baxış zamanı hadisə yerindən götürülmüş üzərində qana bənzər ləkələr olan uzunluğu 26 sm olan, gümüşü rəngli tiyəsi, uzunluğu 8 sm olan sarı rəngli dəstəyi olan, ümumilikdə uzunluğu 34 sm ölçüdə 1 ədəd xəncərə əlavə baxış keçirilən zaman baxışda iştirak edən şübhəli şəxs Quluyev Elnur Şahid oğlu ona təqdim olunmuş həmin xəncərlə X2 qoltuqaltı nahiyəsinə vurduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Ədliyyə Nazirliyinin Məhkəmə X4 Regional Bölməsinin” 19 may 2025-cü il tarixli, 16/453 nömrəli məhkəmə-lifli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş E.M.Həsənzadəyə məxsus köynəyin üzərində tapılmış qonur rəngli kimyəvi hamar poliester liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. E.M.Həsənzadəyə məxsus digər geyim əşyalarının üzərində Təqsirləndirilən şəxs məxsus şalvarın və köynəyin tərkib liflərindən yoxdur. Təqsirləndirilən şəxs məxsus köynəyin üzərindən tapılmış boz rəngli təbii liflər cinsi əlamətlərinə görə E.M.Həsənzadəyə məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs məxsus şalvarın və köynəyin üzərində E.M.Həsənzadəyə məxsus digər geyim əşyalarının tərkib liflərindən yoxdur. Parça kəsiyi üzərində Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının təkib liflərindən yoxdur. Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının üzərində 01 ədəd parça kəsiyinin tərkib liflərindən yoxdur. Parça kəsiyi üzərində E.M.Həsənzadəyə məxsus geyim əşyalarının təkib liflərindən yoxdur. E.M.Həsənzadəyə məxsus geyim əşyalarının üzərində 01 ədəd parça kəsiyinin tərkib liflərindən yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Ədliyyə Nazirliyinin Məhkəmə X4 Regional Bölməsinin” 21 may 2025-ci il tarixli, 16/454/455 nömrəli məhkəmə-trasoloji-ballistik ekspertiza rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş 1 ədəd predmet kustar üsulla hazırlanmış, təsərrüfat məişət təyinatlı mətbəx bıçağının hissəsidir, kəsici-deşici xassəyə malik olan bıçaq tiyəsidir, soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş E.M.Həsənzadəyə məxsus olan köynəyin və maykanın üzərində olan (hər birində bir ədəd olmaqla) zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçaq tiyəsinin və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş köynək və maykanın üzərində olan zədələrdə zədə yaradan predmetə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçaq tiyəsinin təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş mərhum E.M.Həsənzadəyə məxsus şalvarın üzərində olan 01 ədəd zədə fiziki qüvvənin təsirindən yaranmağa xarakterik dartılıb-cırılma zədəsidir. Təqdim olunan Təqsirləndirilən şəxs məxsus paltarların üzərində hər hansı mexaniki zədə yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi“ PHŞ X13 Şöbəsinin 30 may 2025-ci il tarixli, 339 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı və ona qədər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də o, ittiham olunduğu əmələ görə ANLAQLİ hesab edilir. Təqsirləndirilən şəxs hadisə zamanı öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda hər hansı xroniki psixi xəstəlikdən əziyyət çəkmir. O, öz hərəkətlərinə cavab vermək, yaxud onlara rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hadisə baş verən zaman əsəbi və aqressiv psixi-emosional halda olmuşdur. Bu hal situasiya ilə əlaqədar yaranmışdır. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, X7 meyitinə baxış keçirilməsi haqqında 14 mart 2025-ci il tarixli protokoldan görünür ki, meyitin xarici müayinəsi zamanı onun bədəni üzərində döş qəfəsinin sol yarısında sol döş vəzindən 5,5 sm solda, sol döş yanı xətt üzrə Vİ-Vİİ qabırğarası nahiyədə çəp boylama istiqamətdə 1,4 x 0,5 sm ölçüdə, qıyvari formalı, kənarları hamar konturlu, yuxarı qurtaracağı küt, aşağı qurtaracağı iti olan yara vardır. Həmin yaranın aşağı qurtaracağında 1,2 x 0,6 sm ölçüdə, qıyvari formalı, kənarları hamar konturlu səthi yara vardır. Bel nahiyəsində onurğa üzərində 0,3 x 0,2 sm, 0,5 x 0,4 sm ölçülərdə, ovalvari formalı, kənarları nahamar konturlu səthi yaralar vardır. Sağ bel nahiyəsində 3,4 x 0,4 sm, sağ diz oynağının arxa səthində 4,0 x 0,7 sm ölçülərdə, zolaqvari formalarda, üzəri ətraf dəri səviyyəsindən aşağı yerləşmiş qurumuş qanla örtülmüş sıyrıqlar vardır. Sağ dirsək çuxurunun ön səthində 2,5 x 2,0 sm, sağ bud-çanaq oynağının bayır səthində 4,5 x 2,0 sm ölçülərdə, qeyri-müəyyən formalı, qırmızımtıl-göyümtül rəngli qançırlar vardır. Meyitin xarici müayinəsi zamanı onun bədəni üzərində yuxarıda qeyd olunan xəsarətlərdən başqa digər xəsarət aşkar edilmədi.Baxış zamanı E.M.Həsənzadənin əynində olmuş 01 ədəd şalvara baxış keçirildi. Baxış zamanı müəyyən edildi ki, cins şalvar zıncirbəndli, göy rəngli, iki yan və iki arxa cibləri olmaqla üzərində qanabənzər ləkələr və mazut ləkələri vardır. Şalvarın sağ yan cibində 01 ədəd 5 manat nominalında pul vəsaiti, bir ədəd göy rəngli alışqan vardır. Şalvarın sağ ayağının bud hissəsinin ön hisssəsində sökülmüş izlər vardır. Trusik göy rəngli olmaqla zədəsizdir. Baxış zamanı meyitə məxsus iki ədəd tampon vasitəsi ilə götürülmüş qan nümunəsi, həmçinin bir ədəd göy rəngli cins şalvar, bir ədəd göy rəngli trusik, bir ədəd 5 manat nominalında pul vəsaiti, bir ədəd göy rəngli alışqan cinayət işinin istintaqı üzrə əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada götürülərək qablaşdırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “götürmə aparılması və götürülmüş əşyaya baxış keçirilməsi haqqında” 14 mart 2025-ci il tarixli, protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan 01 ədəd hərbi geyimə bənzər, üzərində sarı, yaşıl rənglər olan uzunqol kofta, 01 ədəd tünd yaşıl rəngli, üzəri mazutabənzər ləkələrə bulamış və belində yaşıl rəngli kəməri olan yaşıl rəngli şalvarı təqdim etmiş və həmin geyim əşyaları müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “əşyanın tanınmaya təqdim edilməsi haqqında” 16 mart 2025-ci il tarixli, protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisənin törədilməsində istifadə etdiyi bıçağı ona təqdim edilmiş bıçaqların içərisindən tanıyaraq əli ilə əyani surətdə göstərmiş, bıçağı dəstəyinin rəngindən və xarici görünüşündən tanıdığını, tiyəsi metal olan, dəstəyi olmayan, gümüşü rəngli əsasən digərlərinə nəzərən təmiz olan bir ədəd bıçağı göstərib hadisə zamanı Emin Həsənzadəyə xəsarət yetirdiyi bıçağın həmin bıçaq olduğunu bildirmişdir. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, zərərçəkmiş şəxsin hüquqi varisi X8 15 mart 2025-ci il tarixli, eyni zamanda 31 avqust 2025-ci il tarixli ərizələrdən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X8, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “könüllü gəlib təqsirini boynuna alma haqqında” 14 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2025-ci il tarixdə saat 11:30-da rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşlarına oğlu Emin Həsənzadəni bıçaqla xəsarət yetirərək öldürdüyünü və könüllü olaraq təslim olmaq üçün şəxsi iradəsi və heç təsir və ya təzyiq altında olmadan təslim olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tərtər rayonu, Kəngərli kənd İƏD-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, 08 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayonu, Kəngərli kəndində yaşamışdır. Ailə üzvləri anası X10, arvadı X8, övladı X5 ibarət olmuşdur. Yaşadığı müddət ərzində onun haqqında heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində yoxlanılmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17 iyun 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış hadisə yerindən götürülmüş 01 ədəd bıçaq tiyəsi, 02 ədəd taxta parçası, mərhum E.Həsənzadəyə məxsus 01 ədəd qolsuz mayka, 01 ədəd qısaqol kofta, 01 cüt başmaq, 01 ədəd cins şalvar, Təqsirləndirilən şəxs məxsus 01 ədəd uzunqol kofta, 01 ədəd şalvar, E.Həsənzadənin meyitindən götürülmüş 02 ədəd qan nümunəsi, eləcə də, 01 ədəd əski parçası Tərtər rayon prokurorluğunun maddi sübutların və digər əşyaların saxlanılması otağında saxlanılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı iclası zamanı verdiyi ifadədə, özünü ona Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi elan olunmuş ittihamla təqsirli bilmədiyini, lakin CM-in 124-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bildiyini, eyni zamanda arvadının Təqsirləndirilən şəxs oğlu Emin Həsənzadəni öldürmək niyyətinin olmadığını, oğlu Emini oğurluq etdiyi, eyni zamanda müəyyən şəxslərdən borc götürüb vermədiyi və evə gecə gec saatlarda gəldiyi üçün iradını bildirib tənbeh etmək istəyərkən, Eminlə aralarında mübahisə baş verdiyini, o, həmin vaxt avtomobil təmir etdiyi üçün əlində bıçaq olduğunu və bu zaman mübahisənin nəticəsində Eminin ona nalayiq ifadələr işlədərək onu təhqir edib yumruq atdığını, o, isə əli ilə özünü müdafiə etmək üçün yumruğu dəf etdiyini, daha sonra isə Emini itələmək istəyərkən ehtiyatsızlıqdan əlində olan bıçaqın oğlu Eminin sinə nahiyyəsindən dəyməsinə dair göstərdiyi xüsusatlarla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs göstərdiyi sözügedən xüsusatlar, iş üzrə toplanmış çoxsaylı danılmaz sübutlarla (təqsirləndirilən şəxsin istidai istintaq zamanı etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, keçirilmiş çoxsaylı istintintaq hərəkətləri, protokollar, ekspert rəyləri və.s) tamamilə təkzib edilmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi vacib hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Emin Həsənzadə ilə aralarında olan və bir neçə dəqiqə davam edən sözlü mübahisə zamanı belə, qarşısındakı şəxsin onun öz doğma övladı və eyni zamanda əliyalın olmasına, yəni onun üçün hər hansı təhlükə yarada biləcək alət və ya vasitənin olmamasına baxmayaraq, cinayətin aləti hesab olunan bıçağı hələdə əlində saxlamısını məhz onun mübahisə zamanı artıq zərərçəkmişi öldürmək niyyətinin yaranmasını özündə ehtiva edən hərəkətlər kimi qəbul edir. Bundan başqa, Təqsirləndirilən şəxs mərhum oğlu Eminin tüfeyli həyat tərzi keçirməsi, müəyyən şəxslərdən borc alaraq qaytarmaması, pis vərdişlərin aludəçisi olması, Təqsirləndirilən şəxs özünün də ifadəsində qeyd etdiyi kimi mərhumun dəfələrlə borc aldığı şəxslərin Muğana oğlunun onlardan borc alaraq qaytarmamasını deyərək iradlarını bildirməsi özü-özlüyündə Təqsirləndirilən şəxs oğluna qarşı aqresiyya yaratmış, ata olaraq cəmiyyət içərisində biyabır olmasını qüruruna sığışdırmamış, övlad kimi oğluna qarşı atalıq hisslərinin soyumasına gətirib çıxarmış və nəticədə hadisə günü baş vermiş mübahisə zamanı mərhum oğlunun ona qarşı nalayiq ifadələr işlətməsini, ona qarşı saymazyana davranışlar nümayiş etdirməsini, eyni zamanda cəmiyyətdə olan əxlaqi dəyərlərə zidd olaraq ona yumruq atmasını qəbul edə bilməmiş, sonda sözügedən hərəkətlər, Təqsirləndirilən şəxs mərhum oğlunu öldürmək üçün niyyət formalaşdırmış və oğlunun ona qarşı etdiyi hərəkətlər qarşısında əsəblərini cilovlaya bilməyərək, onu qəsdən həyatdan məhrum etməsinə gətirib çıxarmışdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi sözügedən xüsusatlara tənqidi yanaşır və vurğulayır ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi sözügedən xüsusatlar ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd olunan cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında 9 ildən 14 ilədək müddətdə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1 maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3 maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs könüllü könüllü gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8-ci maddəsinə əsasən, əməlindən səmimi peşman olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.1.10-cu maddəsinə əsasən, könüllü könüllü gəlib təqsirini boynuna almasını, Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına, cinayət məcəlləsinin ədalət prinsipinin həyata keçməsinə, cəzanın məqsədlərinə və Təqsirləndirilən şəxs islah olunmasına nail olmaq olar. Eləcə də, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 14 mart 2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tərtər rayon Məhkəməsinin 16 mart 2025-ci il tarixli 4(061)-23/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 14 mart 2025-ci il tarixdən hesablanmışdır. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməklə həbsetmənin əvvəli 14 mart 2025-ci il tarixdən hesablanmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza cidd rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində hər hansı əlavə cəzanın, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə isə əsaslar yoxdur. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Odur ki, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut hesab edilən və Tərtər rayon prokurorluğunda saxlanılan 01 ədəd bıçaq tiyəsi, 02 ədəd taxta parçası məhv edilməli, mərhum E.Həsənzadəyə məxsus 01 ədəd qolsuz mayka, 01 ədəd qısaqol kofta, 01 cüt başmaq, 01 ədəd cins şalvar, Təqsirləndirilən şəxs məxsus 01 ədəd uzunqol kofta, 01 ədəd şalvar, E.Həsənzadənin meyitindən götürülmüş 02 ədəd qan nümunəsi, eləcə də, 01 ədəd əski parçası qanuni sahiblərinə qaytarılmalı, qəbul etməkdən imtina edildikdə isə məhv edilməlidir. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçilərin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində Təqsirləndirilən şəxs vəkil Müdafiəçi 12 (on iki) iş saatı həcmində hüquqi yardım göstərmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 12 (on iki) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına müdafiəçi üçün 132 (yüz otuz iki) manat məbləğində pul köçürülməlidir. Bundan başqa, müəyyən edilmişdir ki, iş üzrə 123 (yüz iyirmi üç) manat 80 (səksən) qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPMnin 197.1, 197.1.6 maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 197.2 maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2 maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1 maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinsin və ona həmin maddə ilə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlanıldığı müddət təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin əvvəli 14 mart 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut hesab edilən və Tərtər rayon prokurorluğunda saxlanılan 01 ədəd bıçaq tiyəsi, 02 ədəd taxta parçası məhv edilsin, mərhum E.Həsənzadəyə məxsus 01 ədəd qolsuz mayka, 01 ədəd qısaqol kofta, 01 cüt başmaq, 01 ədəd cins şalvar, Təqsirləndirilən şəxs məxsus 01 ədəd uzunqol kofta, 01 ədəd şalvar, E.Həsənzadənin meyitindən götürülmüş 02 ədəd qan nümunəsi, eləcə də, 01 ədəd əski parçası qanuni sahiblərinə qaytarılsın, qəbul etməkdən imtina edildikdə isə məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 123 (yüz iyirmi üç) manat 80 (səksən) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-464/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-464/2025
31.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver