Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-465/2022 29.12.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Asan Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1975-ci ildə Şəmkir rayonu, Şiştəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Şəmkir rayonu, Şiştəpə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.3, 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə yaşayış sahəsinə qanunsuz olaraq girməklə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə quldurluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 11 may 2022-ci il tarixdə saat 03 radələrində tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını ələ keçirmək məqsədilə Şəmkir rayonu, Şiştəpə kəndində yaşayan bibisi qızı Zərərçəkmiş şəxs pul və qızıl zinət əşyalarına sahib olmaqla evdə tək olmağından istifadə edib sonuncunun əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədilə piyada onun yaşadığı evin yaxınlığına gedərək darvaza qapısı olan hissədən hasarın üzərindən aşmaqla həyətyanı sahəsinə, oradan da evin qapısını açıb içərisinə qanunsuz olaraq girib silah qismində istifadə edilən kustar üsulla hazırlanmış məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağını nümayiş etdirmiş, sonra Zərərçəkmiş şəxs saçından tutub dartaraq fiziki ağrı yetirməklə və bıcağı sonuncunun boğazına yaxınlaşdırmaqla hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək pul tələb etmiş, Zərərçəkmiş şəxs pul qabında cəmi 20 (iyirmi) manat pulunun olduğunu, başqa pulunun olmadığını bildirdikdən sonra pul və digər əşyaları əldə etmək məqsədilə evin içərisini axtarmış, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus olan evin qonaq otağında olan kamodun içərisindən bir ədəd qara rəngli, Çin istehsalı olan “MTC” markalı, “252” model 20,00 (iyirmi) manat dəyərində mobil telefon və evin anbarındakı soyuducunun içərisindən Rusiya Federasiyası istehsalı olan ümumilikdə 5 kiloqram “Bounty, Mars və Snickers” adlı 87,50 manat dəyərində şokoladları götürməklə quldurluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3, 181.2.5-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 181.2.3, 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və cinayət işinə aid məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 10 may 2022-ci il tarixdə saat 19 radələrində Şəmkir rayonu, Şiştəpə kəndində fərdi yaşayış evində yemək yeyib spirtli içki qəbul etmişdir. Həmin tarixdə saat 22 radələrində Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən Xəyal adlı şəxsin işlətdiyi çay evinə getmiş, həmin çay evində pivə içmişdir. O, çay evindən çıxdıqdan sonra öz yaşadığı evə getmişdir. Evdə olan zaman pula ehtiyacı olduğunu düşünmüş, bundan sonra qohumu Zərərçəkmiş şəxs yaşadığı evə gedib ondan pul almaq qərarına gəlmişdir. O, Elmiranın ərinin öldüyünü, oğlanlarının Rusiya Federasiyasında olduğunu bilmişdir. Ona elan edilmiş ittihamda onun Elmiranın evinə gedərkən özü ilə bıçaq götürməsi göstərilsə də, əslində o, üzərində bıçaq yox, avtyorka (vintaçan) da götürmüşdür. O, 11 may 2022-ci il tarixdə saat 03 radələrində Şəmkir rayonu, Şiştəpə kəndində yaşayan dayısı qızı Zərərçəkmiş şəxs fərdi yaşayış evinə getmişdir. Zərərçəkmiş şəxs evinin həyətyanı sahəsində olan darvazanı bərk itələmiş, darvaza açıldıqdan sonra içəri daxil olmuşdur. O, daha sonra isə evin giriş qapısı açıq olduğundan həmin qapıdan evə daxil olmuşdur. Evə daxil olduqdan sonra otaqlara daxil olub otaqları axtarmağa başlamışdır. O, evin içərisində olan qonaq otağına daxil olmuş, qonaq otağına daxil olduqdan sonra sağda yerləşən tumbuçkanın içərisindən “MTC” markalı mobil telefonu götürmüşdür. O, otağı axtaran zaman Zərərçəkmiş şəxs yataq otağının qapısını açdığını görmüşdür. Zərərçəkmiş şəxs onu görən kimi yataq otağına qayıdaraq otağının qapısını arxadan bağlamışdır. Daha sonra Zərərçəkmiş şəxs yataq otağının qapısına təpiklə vurub açmış, Elmiranın yataq otağına daxil olmuşdur. Zərərçəkmiş şəxs onu yataq otağında görən zaman qışqırmağa başlamışdır. Özü ilə gətirdiyi avtyorkanı (vintaçanı) Zərərçəkmiş şəxs göstərmiş və ondan pul tələb etmişdir. Lakin o, həmin avtyorkanı (vintaçanı) Zərərçəkmiş şəxs boğazına dirəməmişdir. Elmira ona yalvararaq qohum olduqlarını deyib çıxıb getməyini demişdir. Sonra gödəkçəsini çıxarıb divanın üzərinə qoymuşdur. O, özü isə stulda əyləşmişdir. Elmira yataq otağında pəncərənin qabağında olan mobil telefonunu götürmüş, ona polisə zəng edəcəyini demişdir. Sonra evin otaqlarını axtarıb pul tapmağa çalışmış, evin otaqlarını axtardıqda hər hansı məbləğdə pul tapmamışdır. O, evin zirzəmisinə baxdıqda orada soyuducunun içərisində şokoladları götürmüş, evi tərk edən zaman Elmira onun gödəkçəsini götürüb otaqdan bayıra tullamışdır. O, yerdə olan gödəkçəsini götürmüş və Zərərçəkmiş şəxs yaşayış evini tərk etmişdir. Evi tərk etdikdən sonra öz yaşadığı evə getmişdir. O, hadisə vaxt özü ilə bıçaq deyil, avtyorka (vintaçan) götürmüş, həmin avtyorkanı (vintaçanı) əlində tutub Zərərçəkmiş şəxs evinə daxil olaraq sonuncunun pul verməsini tələb etmişdir. Lakin həmin avtyorkanı (vintaçanı) Elmiranın boğazına tutaraq ona hər hansı zor tətbiq etməmişdir. Zərərçəkmiş şəxs yaşadığı evdən həqiqətən bir ədəd “MTC” markalı mobil telefon və dəqiq miqdarını və adını bilmədiyi şokoladlar götürmüşdür. Əməlindən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, onun barəsində əvvəlki hökmlərlə təyin edilmiş cərimə cəzasından onun tərəfindən heç bir ödəniş edilməmiş, çünki maddi imkanı olmamışdır. Lakin o, həmin cəzanı çəkməkdən heç vaxt yayınmamış, sadəcə maddi imkanı olmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qohumudur. Ədalət onunla eyni kənddə yaşayır. Onların aralarında heç bir münasibət olmamışdır. O, 11 may 2022-ci il tarixdə saat 03 radələrində Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən fərdi yaşayış evində, yataq otağında olan zaman evin digər otağından səs gəldiyini eşitmiş, yataq otağının qapısını açaraq səs gələn otağa tərəf getmək istəyəndə səs gələn otaqdan bir nəfər şəxsin başını çıxardığını görmüşdür. O, qorxaraq yataq otağına geri qayıtmışdır. O, otağın qapısını kilitləmiş və otağın işığını yandırmışdır. Həmin vaxt çöldə bir nəfər şəxs “mən Ədalətəm” deyə qışqıraraq onun yataq otağının qapısına təpiklə vurmuş, yataq otağının qapısı açılmış, bibisi oğlu Təqsirləndirilən şəxs əlində ona məxsus olan pul qabı ilə onun yataq otağına daxil olmuşdur. Ədalət həmin vaxt sol qolunun iç hissəsindən bıçağı çıxararaq onu qorxutmağa başlamışdır. Ondan pulları verməyini tələb edib, vermədiyi halda onu öldürəcəyini demişdir. Yataq otağında pəncərənin qabağında olan mobil telefonunu götürmək istəmiş, Təqsirləndirilən şəxs ona “hara gedirsən, gəl otur burda” demiş, o, isə Ədalətə paltarlarını düzəltdiyini demiş, pəncərənin qabağında olan mobil telefonunu götürərək yataq otağında olan stulda əyləşmişdir. Qaynı Şahid1 zəng etmək istəmişdir. Lakin Təqsirləndirilən şəxs ona yaxınlaşaraq əlində olan bıçağı onun boğazına dirəyib ondan kimə zəng etdiyini soruşmuşdur. O, ağlayıb qışqıraraq Ədalətə heç kimə zəng etmədiyini demişdir. Ədalət onu öldürəcəyini demişdir. Ədalət onun arxa tərəfinə keçib onun saçından tutaraq bıçağı boğazına tutaraq ondan pul verməyini tələb etmişdir. O, Ədalətə onun əlində olan pul qabında 20 (iyirmi) manat pulu olduğunu demişdir. Ədalət ona “20 manat azdır, səndə daha çox pul var, həmin pulu ver” demiş, Ədalətin həmin vaxt hərəkətlərindən, danışığından və qoxusundan onun çox sərxoş olduğunu hiss etmişdir. Ədalət ona pul vermədiyi halda onu öldürəcəyini demişdir. Sonra Ədalət evin digər otaqlarını axtarmağa başlamışdır. Ədalət evdə pul olduğunu deyərək pulu axtarmağa davam etmişdir. Ədalət evin qonaq otağında olan tumbuçkanın içərisindən onun mərhum həyat yoldaşına məxsus, hazırda isə ona məxsus olan “MTC” markalı mobil telefonu götürmüşdür. Daha sonra zirzəmiyə enərək soyuducuda olan “Baunty”, “Mars”, “Snikers” markalı qarışıq halda olan beş kiloqram şokoladı götürmüşdür. Ədalət həyətə çıxdıqda sonuncuya məxsus olan evdə olan gödəkçəni onun ardı ilə həyətə atmış, Ədalət gödəkçəsini götürdükdən sonra getmişdir. O, daha sonra qonşu İlhaməgilə getmiş, baş verən hadisəni İhaməyə danışmışdır. O, həmin gecə İlhaməgildə qalmış, həmin gün saat 06 radələrində İlhamə ilə birlikdə evinə qayıtmışdır. O, evə qayıtdıqda Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin və digər sənədlərin gödəkçəni atdığı yerdə olduğunu görmüşdür. İlhamə də həmin vaxt həmin sənədləri görmüşdür. O, həmin sənədləri götürüb pəncərənin qarşısına qoymuş, bundan sonra qaynı Şahid1 zəng edib baş vermiş hadisəni ona danışmışdır. Əhəd onun yaşadığı evə gəlmişdir. O, bütün baş verən hadisəni olduğu kimi Əhədə danışmış, Əhəd bu barədə zəng edib Daxili İşlər Nazirliyinin “102 zəng” xidməti mərkəzinə məlumat vermişdir. Hadisə zamanı Ədalət onun sağlamlığına hər hansı xəsarət yetirməmişdir. O, yalnız özü ilə gətirdiyi bıçağı onun boğazına sıxaraq onu öldürməklə hədələmiş, ondan pul verməyini tələb etmişdir. Həmin vaxt saçından tutub dartaraq ona ağrı vermiş, lakin ona konkret olaraq hər hansı bədən xəsarəti yetirməmişdir. Təqsirləndirilən şəxs ona məxsus evə basqın edən zaman yaşadığı evdən mərhum əri X4 məxsus olmuş, hazırda ona məxsus olan bir ədəd “MTC” markalı mobil telefonu və evdə soyuducuda olan Rusiya Federasiyasından oğlunun ona pay göndərdiyi beş kiloqram şokoladı ələ keçirmişdir. O, təqsirləndirilən şəxsdən şikayətçidir və ona ən ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun mərhum qardaşının arvadıdır. Təqsirləndirilən şəxs həmkəndlisidir. 11 may 2022-ci il tarixdə saat 09 radələrində Elmira telefon vasitəsilə onunla əlaqə saxlayaraq 10 may 2022-ci il tarixdə gecə saat təxminən 03 radələrində onun yşadığı evə hücum etdiyini və Elmiraya bıçaq çəkərək sonuncudan pul tələb etdiyini demişdir. O, dərhal hazırlaşb Elmiranın yaşadığı evə getmişdir. O, Elmiradan nə baş verdiyini soruşduqda Elmira ona yaşadığı evdə yataq otağında olan zaman evin digər otağından səs gəldiyini eşitdiyini, həmin otağa tərəf getmək istəyəndə səs gələn otaqdan bir nəfər şəxsin başını çıxardığını gördüyünü demişdir. Elmira qorxaraq yataq otağına geri qayıtdığını, otağın qapısını bağlayıb işığını yandırdığını demişdir. Digər otaqda olan şəxsin “mən Ədalətəm” deyə qışqıraraq onun yataq otağının qapısına təpiklə vurduğunu, yataq otağının qapısının açıldığını demişdir. Elmira ona həmin şəxsin bibisi oğlu Ədalət olduğunu gördüyünü, Ədalətin əlində ona məxsus olan pul qabı olduğunu, Ədalətin həmin vaxt sol qolunun iç hissəsindən bıçağı çıxararaq ondan pul istədiyini, pulları vermədiyi halda onu öldürəcəyini dediyini demişdir. Elmira pəncərənin qabağından telefonunu götürüb kömək üçün zəng etmək istədikdə Ədalətin ona “hara gedirsən, gəl otur burda” dediyini, Ədalətə paltarlarını düzəltdiyini deyərək pəncərənin qabağında olan mobil telefonunu götürərək yataq otağında olan stulda əyləşdiyini demişdir. Elmira ona zəng etmək istədikdə isə Ədalətin ona yaxınlaşaraq əlində olan bıçağı onun boğazına dirəyib ondan kimə zəng etdiyini soruşduğunu, ağlayıb qışqıraraq Ədalətə heç kimə zəng etmədiyini dediyini demişdir. Ədalətin ona onu öldürəcəyini deyərək onun arxa tərəfinə keçərək onun saçından tutub bıçağı boğazına sıxdığını, ondan pul tələb etdiyini, Ədalətə əlində olan pul qabında 20 (iyirmi) manat pulu olduğunu dedikdə Ədalətin ona “20 manat azdır, səndə daha çox pul var, həmin pulu ver” dediyini bildirmişdir. Elmira Ədalətin qoxusundan onun çox sərxoş olduğunu hiss etdiyini demişdir. Sonra Ədalətin evin qonaq otağında olan tumbuçkanın içərisindən “MTC” markalı mobil telefonu, daha sonra zirzəmiyə enərək soyuducuda olan “Baunty, mars, snikers” markalı qarışıq halda olan beş kiloqram şokoladı götürdüyünü demişdir. O, Ədalət həyətə çıxdıqda Ədalətə məxsus onun yataq otağında qalmış gödəkçəni onun ardı ilə həyətə atdığını demişdir. Elmira ona Ədalət çıxıb getdikdən sonra evdə tək qalmağa qorxduğu üçün qonşusu Şahid2 evinə getdiyini bildirmişdir. Sonra o, bu barədə zəng edib Daxili İşlər Nazirliyinin “102 zəng” xidməti mərkəzinə məlumat vermişdir. Elmira ona Təqsirləndirilən şəxs onun yaşadığı evə daxil olaraq bıçaqla onu öldürməklə hədələyərək evdən ona məxsus mərhum əri X3 qalmış bir ədəd “MTC” markalı mobil telefonu və evdə soyuducuda olan Rusiya Federasiyasından oğlunun ona pay göndərdiyi “Baunty, mars, snikers” markalı beş kiloqram şokoladı ələ keçirdiyini demişdir. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş Şahid2 barəsində Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının Şiştəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin iş materiallarına əlavə edilmiş arayışına əsasən Şahid2 hal-hazırda Rusiya Federasiyasında yaşadığından məhkəmədə iştirakının təmin edilməsi mümkün olmamış və məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, Şahid2 tədqiq olunan həmin ifadəsində eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir (iş vərəqə: cild İ, səh. 119-121). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan baxış keçirilməsi barədə 11 may 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisənin baş verdiyi yaşadığı Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən evi göstərmiş, həmçinin Təqsirləndirilən şəxs Sadıq oğluna məxsus AZE ******** saylı şəxsiyyət vəsiqəsini, Təqsirləndirilən şəxs adına olan 85341xxxxxxx qeydiyyat kodlu ödəniş çeklərini təqdim edərək Təqsirləndirilən şəxs onun evinə daxil olaraq pul tələb edən zaman həmin şəxsiyyət vəsiqəsinin evinin həyətinə düşüb qaldığını bildirmişdir (iş vərəqə: cild İ, səh. 7- 15). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 13 may 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs bir ədəd “MTC” markalı mobil telefonu və bir ədəd bıçaq təqdim etmişdir. Təqsirləndirilən şəxs “MTC” markalı mobil telefonu Zərərçəkmiş şəxs yaşadığı evdən götürdüyünü bildirmiş, həmçinin təqdim etdiyi bıçaqdan hadisə zamanı istifadə etdiyini bildirmişdir (iş vərəqə: cild İ, səh. 18-22). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli üzləşdirmə istintaq hərəkətinə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Üzləşdirmədə dindirmə zamanı X2 Ədalət Tağı oğlunun üzünə qarşı ifadə verərək Təqsirləndirilən şəxs onun yaşadığı evə daxil olaraq onu bıçaqla öldürməklə hədələyərək ona məxsus bir ədəd mobil telefonu və beş kiloqram şokoladı ələ keçirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus mobil telefonu və şokoladları ələ keçirdiyini təsdiq etmişdir (iş vərəqə: cild İ, səh. 86-91). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ifadənin yerində yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü yoxlamaq məqsədilə 16 may 2022-ci il tarixdə ifadəsi hadisə yerində yoxlanılan zaman Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən Zərərçəkmiş şəxs Tahir qızına məxsus evi göstərərək 11 may 2022-ci il tarixdə əmlak ələ keçirmək məqsədilə həmin evə gəldiyini, həmin evin giriş qapısı istiqamətdə hasarın üzərindən aşaraq həyətyanı sahəsinə düşdüyünü, həmin yerdən isə evin yataq otağını göstərərək həmin otağa daxil olduğunu, həmin otaqda Zərərçəkmiş şəxs bıçaq göstərərək onu öldürməklə hədələyərək pul tələb etdiyini, evin digər otağını göstərərək həmin otaqdan mobil telefon götürdüyünü, evin həyətyanı sahəsində olan digər tikilinin zirzəmisindən isə miqdarını dəqiq bilmədiyi şokoladları götürdüyünü bildirib hadisənin baş verdiyi yerləri istintaq hərəkətinin iştirakçılarına göstərmiş və ifadəsində qeyd etdiyi xüsusatları bir daha hadisə yerində təsdiq etmişdir. Bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir (iş vərəqə: cild İ, səh. 103-110). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbayacan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Səhiyyə İdarəsinin rayonlararası Ruhi-əsəb dispanserinin 25 avqust 2022-ci il tarixli, 522/174 nömrəli kompleks məhkəmə-psixioloji psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki ruhi (psixi) xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal- hazırda da heç bir xroniki ruhi (psixi) xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq o, hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək, hərəkətlərini idarə etmək və hərəkətlərinin məsuliyyətini dərk etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək, hərəkətlərini idarə etmək və hərəkətlərinin məsuliyyətini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir:- Praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən adi psixi-emosional vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir) (iş vərəqə: cild İ, səh. 172-173). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X6 bölməsinin 09 sentyabr 2022-ci il tarixli, 16/994 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir (iş vərəqə: cild İ, səh. 174-176). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Zərərçəkmiş şəxs barəsində təyin edilmiş məhkəmə tibbi ekspertizanın 16 may 2022-ci il tarixli, 483 saylı rəyindən görünür ki, onun bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh. 100-102). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 sentyabr 2022-ci il tarixli, 9/6100 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd qara rəngli, Çin istehsalı olan “MTC” markalı, “252” model mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmamasını və istifadədə olmasını nəzərə alaraq 2022-ci ilin may ayına olan orta bazar qiyməti təxminən 20,00 manat müəyyən edilir. Qərarda göstərilən tədqiqata təqdim edilməyən Rusiya Federasiyası istehsalı olan ümumilikdə 5 kiloqram “Bounty, mars, Snickers” adlı şokoladların 2022-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 87,50 (5kq x 17,50 manat) manat müəyyən edilir (iş vərəqə: cild İ, səh. 177-179). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, bir ədəd “MTC” markalı mobil telefon və bir ədəd bıçaq iş üzrə sübut əhəmiyyəti kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq Şəmkir RPŞ-yə məsul saxlanca verilmiş, həmçinin Təqsirləndirilən şəxs məxsus AZE ******** saylı şəxsiyyət vəsiqəsi və Təqsirləndirilən şəxs adına olan 85341xxxxxxx qeydiyyat kodlu ödəniş çekləri iş üzrə sübut əhəmiyyəti kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 203- 210). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Orucov X8 rayon Məhkəməsinin 21 fevral 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 29, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 3000 (üç min) misli miqdarında cərimə cəzasına məhkum edilmiş, sonra Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 28 oktyabr 2008-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 67.1, 68.2-ci maddələrinə əsasən 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 2360 manat cərimə cəzasına məhkum edilmiş və xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, bundan sonra Gəncə Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.3.3-cü maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 67.1, 68.2-ci maddələrinə əsasən 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 2360 manat cərimə cəzasına məhkum edilmiş və həmin hökm xx.xx.2015-ci il tarixdə qanuni qüvvəyə minmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən onun məhkum edildiyi Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi xaric edilərək, Cinayət Məcəlləsinin 177.3.3-cü maddəsi həmin Məcəllənin 177.2.1, 177.2.3-cü maddələrinə tövsif edilərək ona təyin edilmiş cəza azadlıqdan məhrum etmə cəzası 05 il müddətinə təyin edilmiş və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir (iş vərəqə: cild İ, səh. 189-190). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild 1, səh. 38-39). Cinayət işinin materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild 1, səh. 82-85). Cinayət işinin materiallarına əlavə edilmiş Şəmkir Rayon İcra hakimiyyəti başçısının Şiştəpə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Orucov X8 rayonu, Şiştəpə kəndində yaşayır və ailəsi yoxdur (iş vərəqə: cild 1, səh.168). Cinayət işinin materiallarına əlavə edilmiş Şəmkir Rayon İcra hakimiyyəti başçısının Şiştəpə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şifahi və yazılı şikayət daxil olmamışdır (iş vərəqə: cild 1, səh.171). Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs şikayətçidir və ona ən ağır cəza təyin edilməsini xahiş edir (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunduğu Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü icra olunması üçün xx.xx.2014-cü il tarixdə Təqsirləndirilən şəxs saxlandığı 2 saylı İstintaq Təcridxanasına göndərilmişdir (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş 15 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015ci il tarixli, 1(088)-111/2015 saylı hökmü ilə təyin edilmiş 2360 manat cərimə məbləği üzrə heç bir ödəniş edilməmişdir (cinayət işinin materialları). Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əmlakını ələ keçirmə məqsədi ilə yaşayış sahəsinə qanunsuz olaraq girməklə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə quldurluq cinayət əməlini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.3, 181.2.5-ci maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən həmin maddələrlə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 181.2.3, 181.2.5-ci maddələri ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pulunu ələ keçirmək üçün onun evinə gedərkən özü ilə bıçaq deyil, avtyorka (vintaçan) götürməsi, həmçinin əlində olan silah qismində istifadə etdiyi əşyanı Zərərçəkmiş şəxs boğazına tutmaması ilə bağlı göstərdikləri məhkəmə tərəfindən onun cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirilir və həmin hallar təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidin ifadələri, maddi sübutlar, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri kimi mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunduğundan və onun inkaredici ifadələri cinayət işinin məhkəmə araşdırması zamanı tədqiq edilən sübutları ilə təkzib edildiyindən məhkəmə təqsirləndirilən şəxsin həmin inkaredici ifadələrini sübut növü kimi qəbul etmir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il tarixli, 13 nömrəli Qərarının 7-ci bəndinin 2-ci cümləsində göstərilmişdir ki, “Quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır”. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.3, 181.2.5-ci maddələri ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Şəmkir rayon Məhkəməsinin 21 fevral 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 29, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 3000 (üç min) misli miqdarında cərimə cəzasına məhkum edildiyi, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 28 oktyabr 2008-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 67.1, 68.2-ci maddələrinə əsasən 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 2360 manat cərimə cəzasına məhkum edildiyi və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2015ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.3.3-cü maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 67.1, 68.2-ci maddələrinə əsasən 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 2360 manat cərimə cəzasına məhkum edilməsi ilə bağlı qeyd edir ki, onun həmin məhkumluqları Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2 və 83-cü maddələrinin şərh edilməsi ilə bağlı xx.xx.2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsində nəzərdə tutulmuş cəzalar toplandıqda məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkum olunduğu Şəmkir rayon Məhkəməsinin 21 fevral 2008-ci il tarixli, Şəmkir rayon Məhkəməsinin 28 oktyabr 2008-ci il tarixli və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2015-ci il tarixli hökmü ilə məhkum olunduğu cərimə cəzasını hazırki vaxtadək ödəməmişdir. Odur ki, onun həmin hər üç məhkumluğu hazırki vaxtadək ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin təhlükəli residivi sayılır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsini nəzərə alınaraq, həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 181.2.3, 181.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş, şəxsiyyətinə uyğun, ədalətli və təhlükəli residivə görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Əvvəllər qəsdən cinayət törətməyə görə iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağından onun əməlində cinayətlərin təhlükəli residivi mövcuddur. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olması Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona Gəncə Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2015-ci il tarixli hökmü ilə təyin edilmiş 2360 manat cərimə cəzası ödənilməsə də, yəni onun üzərində çəkilməmiş cəzası qalmasına baxmayaraq, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 80.1.2-ci maddəsinə əsasən həmin cərimə cəzasından azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 80.1, 80.1.2-ci maddələrinə əsasən, az ağır cinayət törətməyə görə məhkum edilərkən məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən yeddi il keçdikdə cəza çəkməkdən azad olunur. Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 80.2-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı çəkməkdən boyun qaçırma halı müəyyən edilməmişdir. Odur ki, az ağır cinayət törətməyə görə məhkum edilmiş Təqsirləndirilən şəxs oğlunun barəsində olan həmin hökm qanuni qüvvəyə mindiyi xx.xx.2015-ci il tarixdən hazırki tarixədək yeddi ildən çox keçdiyindən həmin hökmlə ona təyin edilmiş cərimə cəzası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək cəza ilə birləşdirilməməlidir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxsc əza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 14 may 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 14 may 2022-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Şəmkir Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan maddi sübutlar – bir ədəd “MTC” markalı mobil telefon sahibi Zərərçəkmiş şəxs qaytarılmalı, bir ədəd bıçaq məhv edilməli, həmçinin Təqsirləndirilən şəxs məxsus AZE ******** saylı şəxsiyyət vəsiqəsi şəxsi işinə əlavə edilməsi üçün saxlanıldığı İstintaq Təcridxanasına göndərilməli, Təqsirləndirilən şəxs adına olan 85341xxxxxxx qeydiyyat kodlu ödəniş çekləri isə cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 81,50 (səksən bir manat əlli qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa, iş üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəmədə mülki iddia qaldırmaq hüququ izah edilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.3, 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 14 may 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar – Şəmkir Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan bir ədəd “MTC” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Zərərçəkmiş şəxs qaytarılsın, bir ədəd bıçaq məhv edilsin, həmçinin Təqsirləndirilən şəxs məxsus AZE ******** saylı şəxsiyyət vəsiqəsi şəxsi işinə əlavə edilməsi üçün saxlanıldığı İstintaq Təcridxanasına göndərilsin, Təqsirləndirilən şəxs adına olan 85341xxxxxxx qeydiyyat kodlu ödəniş çekləri isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 81,50 (səksən bir manat əlli qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə zərərçəkmiş şəxsə, ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəmədə mülki iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Nural Əliyev
Məhkəmə qərarları › İş №1(100)-465/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-465/2022
29.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver