Məhkəmə qərarları › İş №1(100)-465/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-465/2023

19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-465/2023 19.12.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər X4 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X10 katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.1987-ci il tarixdə Qazax şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən külli miqdarda, yəni bir ədəd şəffaf sellofanda ümumi təmiz çəkisi 440,0 qram olan tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroini, həmin siyahılara daxil olan külli miqdarda, yəni bir ədəd sellofan bağlamada ümumi təmiz çəkisi 570,0 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış bitki mənşəli narkotik vasitə qurudulmuş marixuananı və tərkibində ümumi miqdarı 0,5 qram tramadol güclü təsiredici maddəsi olan 5 ədəd ağ qırmızı rəngli güclü təsiredici maddə olan tramadol kapsullarını əldə edib yaşadığı ünvan 1 ünvanında yerləşən evində saxlamış, Qazax rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 may 2023-cü il tarixdə saat 17:34-dən saat 20:15-dək olan vaxt ərzində ünvan 3 ünvanda yerləşən yaşadığı fərdi yaşayış evinə baxış zamanı həmin evin 2-ci mərtəbəsində yerləşən qonaq otağındakı fortepianonun alt hissəsində olan qapaqlı yerin sol tərəfində qara rəngli polietilen torbanın içərisində sellofanın kəsiyinə bükülümüş ümumi təmiz çəkisi 440,0 qram olan tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və tərkibində ümumi miqdarı 0,5 qram tramadol güclü təsiredici maddəsi olan 5 ədəd ağ qırmızı rəngli güclü təsiredici maddə olan tramadol kapsulları, həmçinin həmin yerdə sağ tərəfdə cəhrayı polietilen torbanın içərində ağ rəngli polietilen torbada ümumi təmiz çəkisi 570,0 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış bitki mənşəli narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 ildir narkotik vasitələrdən istifadə etmişdir. Tutulmamışdan 10-15 gün əvvəl Bakı şəhərində əvvəllər tanımadığı İran İslam Respublikası vətəndaşından 300 manata şəxsi istifadəsi üçün 5 ədəd tramadol həbləri, 500 qram narkotik vasitə heroin və 600 qram narkotik vasitə marixuana almışdır. Həmin şəxs onun xarici görünüşündən narkotik vasitə istifadəçisi olduğunu başa düşüb özün yaxınlaşmışdır. Narkotik vasitələri və güclü təsir edən həbləri aldıqdan sonra Qazax şəhərinə qayıtmış və yaşadığı evin 2-ci mərtəbəsində olan fortepianonun altında narkotik vasitələrlə həbləri gizlətmişdir. Həmin narkotik maddələrdən bir neçə dəfə də istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 17 radələrində yaşadığı ünvana bir neçə nəfər gələrək özlərini Qazax RPŞ-nin əməkdaşları kimi təqdim etmiş və yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə saxlaması ilə əlaqədar onun evinə baxış keçirmək istədiklərini bildirmişlər. O, baxış keçirilməsinə hər hansı bir etirazının olmadığını bildirib bu barədə yazılı ərizə vermişdir. Daha sonra polis əməkdaşları evdə narkotik vasitələr və onların prekusorlarının olubolmamasını, əgər varsa təqdim etməsini təklif etmişlər. O da polis əməkdaşlarını evin 2-ci mərtəbəsində yerləşən qonaq otağına dəvət etmiş və həmin otaqda yerləşən fortepianonu göstərərək narkotik vasitələri orada saxladığını bildirib fortepianonun alt qapağını açaraq orada əyləcin solunda yerləşən qara rəngli polietilen torbanı, əyləcin sağında yerləşən çəhrayı rəngli polietilen torbanı və elektron tərəzini təqdim etmişdir. Qara rəngli torbanın içərisinə baxış zamanı 01 (ədəd) qəhvəyi rəngli kütlə olan heroin və 5 ədəd qırmızı-ağ rəngli həb aşkar edilmişdir. O, həmin maddələri şəxsi istifadəsi üçün Bakı şəhərində tanımadığı İran İslam Respublikası vətəndaşından aldığını bildirmişdir. Daha sonra çəhrayı rəngli polietilen torbaya baxış keçirilmiş və içərisindən 2125 manat məbləğində pul vəsaiti ilə marixuana aşkar edilmişdir. O, marixuananı da İran vətəndaşından aldığını bildirmişdir. Elektron tərəzini isə aldığı narkotiki çəkmək üçün əldə etmişdir. Aşkar olunmuş narkotik maddələr və elektron tərəzi polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Daha sonra polis əməkdaşları onun yaşadığı evə baxış keçirmiş, lakin qanunla qadağan edilən digər əşya aşkar edilməmişdir. Baxış başa çatdıqdan sonra onu Qazax RPŞ-ya aparmışlar və müdafiəçisinin iştirakı ilə üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş, lakin qanunla qadağan edilən hər hansı bir əşya aşkar edilməmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o əvvəllər narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamış, yaşadığı evindən aşkar olunmuş narkotik vasitələri və həbləri şəxsi istifadəsi üçün saxlamış, elektron tərəzini isə narkotiki çəkmək üçün əldə etmişdir. Evinə baxış zamanı çəhrayı rəngli sellofandan aşkar edilmiş pul vəsaiti özünə məxsus olmuş və həmin pulları ona anası vermişdir. Şahid4 şəhər sakini kimi tanımış, heç vaxtı sonuncuya narkotik vasitə satmamış və onunla Şahid4 arasında telefon danışığı olmamışdır. Ümumiyyətlə də narkotik vasitələrin satışı ilə məşğul olmamış, saxlanılan zaman və polis şöbəsində olarkən hər hansı bir polis əməkdaşı tərəfindən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməmişdir. Öz istifadəsində olan mobil nömrə ilə Şahid4 istifadəsi olan mobil nömrələrlə əlaqə saxlamadığını halda, telefon danışıqlarına baxış zamanı onun istifadəsində olmuş +99***-***-**-** mobil nömrə ilə Şahid4 istifadəsində olmuş +99***-***-**-** və +99***-***-**-** mobil nömrələr arasında 2023-cü ilin mart-may aylarında mütəmadi telefon danışıqlarının aşkar edilməsini heç nə ilə izah edə bilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi onun qismən etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Qazax RPŞ-nin CABn axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində ona Qazax şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib üzərində və yaşadığı evdə saxlaması, satması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılmasından ötrü ondan, Qazax RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2, RPŞ-nin PPXB-nin tağım komandiri Şahid3, PPXB-nin polis nəfərləri X8 və X2, KTQ-nin baş inspektoru X5 və təhqiqatçısı X3 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra o, əməliyyat qrupu ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Qazax şəhəri, Azadlıq küçəsi, 14 ünvanına getmişdir. Qapını açan Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra narkotik vasitə əldə edib üzərində və yaşadığı evdə saxlaması barədə daxil olmuş əməliyyat məlumat əsasında yaşadığı evə baxış və üzərində şəxsi axtarış keçirilməsi üçün gəldiklərini bildirmişlər. Həmin vaxtı videoçəkilişdən istifadə olunmuşdur. Təqsirləndirilən şəxs evə baxış keçirilməsinə etiraz etməyərək bu barədə yazılı ərizə vermişdir. Təhqiqatçının təklifindən sonra Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxladığını etiraf edərək evin ikinci mərtəbəsində qonaq otağında (zalda) yerləşən fortepianonun altında saxladığını və təqdim etmək istədiyini bildirmişdir. Ona görə onlar evin ikinci mərtəbəsinə qalxmış və Təqsirləndirilən şəxs qonaq otağında olan fortepianonun alt hissəsində yerləşən qapaqlı yerin içərisində sol tərəfdə saxladığı 1 ədəd qara rəngli, sağ tərəfdə 1 ədəd çəhrayi rəngli sellofan torbaları və 1 ədəd elektron tərəzini çıxarıb təqdim edərək sellofan torbaların içərisində narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Qara rəngli sellofan torbaya baxılarkən içərisində 1 ədəd sellofan kəsiyinə bükülü vəziyyətdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə və 5 ədəd həblər olduğu müəyyən edilmişdir. Çəhrayi rəngli sellofan torbaya baxılarkən içərisində 2125 manat pul vəsaiti və ağ rəngli sellofan torbada qurudulmuş halda kəskin iyli, yaşıl rəngli kütlə aşkar olunmuşdur. Daha sonra aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş, heroinin ümumi çəkisinin təxminən 450 qram, marixuananın isə ümumi çəkisinin 500 qram yaxın olması müəyyən edilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs qara rəngli torbanın içərisində narkotik vasitə heroin, çəhrayı təngli torbanın içərisində marixuana, həblərin isə ağrıkəsici olduğunu, həmin maddələri Bakı şəhərində İran İslam Respublikası vətəndaşından alıb yaşadığı evə gətirərək həmin yerdə şəxsi istifadəsi üçün saxladığını, heç kimə satmadığını, elektron tərəzini isə narkotiki çəkmək üçün əldə etdiyini bildirmişdir. Aşkar olunmuş narkotik vasitələr, həblər, elektron tərəzi və pul vəsaiti müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs iştirakı ilə yaşadığı evə baxış keçirilmiş, lakin qanunla qadağa edilən əşya aşkar edilməmişdir. Evə baxış başa çatdıqdan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Qazax RPŞ-ya gətirilmişdir. Polis şöbəsində müdafiəçisinin iştirakı ilə videoçəkiliş altında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin qanunla qadağan edilən əşya aşkar olunmamışdır. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, saxlanılan zaman və polis şöbəsində olarkən Təqsirləndirilən şəxs qarşı hər hansı bir polis əməkdaşı tərəfindən fiziki və psixoloji təsir və ya təzyiq göstərilməmiş, hər hansı bir polis əməkdaşı sonuncunu döyməmiş və xəsarət yetirməmişdir. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələri əldə edib üzərində və yaşadığı evdə saxlaması, satması və qəbul etməsi barədə daxil olmuşdur. Təqsirləndirilən şəxs evindən aşkar olunmuş narkotik vasitələri və həbləri şəxsi istifadəsi üçün əldə etdiyini bildirsə də, narkotik vasitələrin iki növdə olması, həblərin aşkar edilməsi, çəkisinin külli miqdarda olması və tərəzinin aşkar edilməsi Təqsirləndirilən şəxs yalan danışdığını və sonuncunun həmin maddələri satış məqsədi ilə əldə etməsini təsdiq edir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Qazax RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 və RPŞ-nin PPXB-nin tağım komandiri Şahid3 ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq edərək Şahid1 ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitələrdən istifadə etmiş, hal-hazırda barəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi olduğu üçün tutulmuşdur. Təqsirləndirilən şəxs qardaşı ilə dostluq münasibətində olmuş, Təqsirləndirilən şəxsla da münasibəti oradan yaranmışdır. O, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsini bilməmiş və bu barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs qardaşı da narkotik vasitələrdən istifadə etməmişdir. İbtidai istintaq zamanı polis şöbəsində olsa da müstəntiqə ifadə verməmişdir. Onun istifadəsində 050/***- ***-**-** mobil nömrələr olmuşdur. O, həmin mobil nömrələr vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə əlaqə saxlamamışdır. İfadəsinin davamı olaraq Şahid4 bildirmişdir ki, cinayət işinin istintaq materiallarında olan ifadəsinin altındakı əlyazma və imza ona məxsus olsa da, o, həmin məzmunlu ifadə verməmiş, Təqsirləndirilən şəxs narkotik almamış, ifadəsində göstərilənləri müstəntiq özü yazmış, o da imza etmişdir. Həmin ifadəyə qol çəkərkən də ifadəsini oxumamışdır. Təqsirləndirilən şəxsla onun arasında telefon danışığı olmamış, ola bilsin ki, o Təqsirləndirilən şəxs nömrəsi ilə sonuncunun qardaşı ilə danışmış, lakin Təqsirləndirilən şəxs qardaşının öz mobil nömrəsi olmuşdur. Şahid4 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Şahid4 həmin ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitə olan marixuana istifadə etsə də, son 1 ildir narkotik vasitə heroindən istifadə edir. Narkotik vasitəyə olan tələbatını ödəmək üçün narkotik vasitəni Qazax şəhər sakini Təqsirləndirilən şəxs almışdır. Belə ki, o, əvvəlcədən Müşviqə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə özünə məxsus ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrdən zəng edərək razılaşmış və sonuncunun yaşadığı Qazax şəhəri, Azadlıq küçəsində yerləşən evinin qarşısına getmişdir. Evinin qarşısında Təqsirləndirilən şəxs pulu verdikdən sonra sonuncu narkotik vasitəni vermişdir. O, narkotik vasitəni çetin miqdarından asılı olaraq 10, 20 və 30 manat pula almışdır. Sonuncu dəfə isə bu ilin may ayının əvvəllərində saat 13 radələrində Müşviqdən 20 manatlıq narkotik vasitə olan heroin almışdır. Belə ki, həmin vaxt o, ***-***-**-** saylı mobil telefon nömrəsindən Müşviqin telefon nömrəsinə zəng edərək 20 manat pulu olduğunu bildirmiş və narkotik vasitə olan heroin istəmişdir. Onlar razılaşdıqdan sonra o, yaşadığı Qazax rayonu, Qazaxbəyli kəndindəki evindən təxminən 15 dəqiqəyə Qazax şəhərinə yola düşərək Təqsirləndirilən şəxs yaşadığı evinin qarşısına gəlmiş və sonuncuya zəng etmişdir. Müşviq həyətə çıxıb onunla görüşmüş, o, 20 manat pulu Müşviqə vermiş, sonuncu isə 1 ədəd ağ sellofan kəsiyində narkotik vasitə olan heroin vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid4 nəyə görə sonuncunun qardaşının öz mobil nömrəsi olduğu halda özünün Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəsinə zəng etməsini, nəyə görə Təqsirləndirilən şəxs narkotik vasitə almadığı halda ibtidai istintaq zamanı narkotik vasitəni məhz sonuncudan almasını göstərməsini və ibtidai istintaq zaman verdiyi ifadəsini oxumadan imza etməsini, o cümlədən öz istifadəsində olan mobil nömrələrlə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə əlaqə saxlamadığını bildirdiyi halda, telefon danışıqlarına baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrə ilə onun istifadəsində olmuş +99***-***-**- ** və +99***-***-**-** mobil nömrələr arasında 2023-cü ilin mart-may aylarında mütəmadi telefon danışıqlarının aşkar edilməsini heç nə ilə izah edə bilməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 7/684-6/2734 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs fərdi yaşayış evdən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə...” yazı və imzaları olan 1 ədəd sellofan bağlamada təmiz çəkisi 570,0 qram bitki mənşəli kütlə, bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs.…fərdi yaşayış evindən aşkarlanan narkotik vasitəyə bənzər kütlə, tərəzi və həblər...” yazı və imza olan ağ rəngli kağız zərfdə 1 ədəd şəffaf sellofanda təmiz çəkisi 440,0 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 5 ədəd ağ qırmızı rəngli kapsul güclü təsir edən maddə tramadol olub, 5 ədəd həbdə tramadol güclü təsiredici maddəsinin ümumi miqdarı 0,5 qram təşkil edir. Həmin zərfdə olan 1 ədəd gümüşü rəngli elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğundan onların çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ). Tramadol 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Qeyd: heroinin təmiz çəkisi – 440,0 qr., tədqiqata sərf edildi – 0,05 qr., qalıq – 439,95 qram. Marixuananın təmiz çəkisi – 570,0 qr., tədqiqata sərf edildi – 0,05 qr., qalıq – 569,95 qram. Tramadol kapsulunun 5 ədədinin 1 ədədi tədqiqata sərf edildi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 1416 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:55-də Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 11 may 2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs Qazax RPŞ-ya ünvanladığı xx.xx.2023-cü il ərizəsindən görünür ki, o, yaşadığı ünvan 3 ünvanında yerləşən evinə baxış keçirilməsinə etiraz etməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan və həmin protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 nömrəli fərdi yaşayış evinin 2-ci mərtəbəsində fortepianonun aşağı hissəsində 1 ədəd sellofan torbada təmiz çəkisi 570,0 qram narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd şəffaf sellofanda təmiz çəkisi 440 qram narkotik vasitə heroin, 5 ədəd güclü təsir edən maddə olan tramadol həbləri və üzərində narkotik vasitə heroinin izləri olan 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Qazax RPŞ-nin CAB-ın axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 “təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və həmin protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qanunla qadağan edilən hər hansı bir əşya aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “informasiya daşıyıcı olan diskə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş 1 ədəd CD-R diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrə ilə Şahid4 adına olan +99***-***-**-** və +99***-***-**-** saylı mobil nömrələr arasında 2023-cü ilin mart-may aylarında mütəmadi telefon danışıqları aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax RPŞ-nin CAB-ın axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportda göstərilmişdir ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satması, qəbul etməsi, üzərində və yaşadığı ünvan 3 ünvanda saxlaması barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax RPŞ-nin əməliyyat tapşırığına verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitələr və güclü təsir edən maddələr əldə edib yaşadığı ünvan 3 nömrəli fərdi yaşayış evində saxlamış, xx.xx.2023-cü il tarixdə həmin evə baxış zamanı evin 2-ci mərtəbəsində fortepianonun aşağı hissəsində sellofan torbada təmiz çəkisi 570,0 qram narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd şəffaf sellofanda təmiz çəkisi 440 qram narkotik vasitə heroin, 5 ədəd güclü təsir edən maddə olan tramadol həbləri və üzərində narkotik vasitə heroinin izləri olan 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan heroindən 2023-cü ilin may ayında 20 manata Qazax rayon sakini Şahid4 satmışdır. Həmçinin, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələri və güclü təsir edən tramadol həbləri konkret hansı mənbədən, hansı çəkidə, nə zaman əldə etməsini, daha kimlərə satmasını və 2125 manat pulun kimə məxsus olmasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən təqdim edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş X1 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada narkoloji və psixoloji qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax RİH başçısının Qazax ŞİƏDÜN-nin xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 1991-ci il təvəllüdlü arvadı X6, xx.xx.2011-ci il təvəllüdlü Fatimə Qasımova və xx.xx.2013-cü il təvəllüdlü Yusif Qasımovla birlikdə ünvan 1 ünvanında yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş AZE seriyalı, 12955596 və 12955572 nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü qızı Fatimə Qasımova və xx.xx.2013-cü il təvəllüdlü oğlu Yusif Qasımov adlı övladları vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evinə baxış zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 439,95 qram heroin, 569,95 qram marixuana, 4 ədəd tramadol kapsulu və elektron tərəzi maddi sübut kimi tanınaraq Qazax RPŞ-nin saxlanc anbarına məsul saxlanca verilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək yaşadığı evinə baxış zamanı aşkar edilmiş narkotik vasitə heroinin və marixuananın, tramadol həblərinin və elektron tərəzinin özünə məxsus olmasına baxmayaraq, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, heç kimə narkotik vasitə satmadığını, həmin maddələri də satış məqsədi ilə deyil, məhz şəxsi istifadəsi üçün əldə etdiyini, Şahid4 ilə onun arasında telefon danışığının olmadığını və sonuncuya narkotik vasitə satmadığını göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ifadələrində əməliyyat məlumatının Təqsirləndirilən şəxs narkotik vasitələri əldə edib üzərində və yaşadığı evdə saxlaması, satması və qəbul etməsi barədə daxil olmasını, Təqsirləndirilən şəxs evindən aşkar olunmuş narkotik vasitələri və həbləri şəxsi istifadəsi üçün əldə etməsini bildirməsinə baxmayaraq, narkotik vasitələrin iki növdə olması, həblərin aşkar edilməsi, narkotik vasitələrin çəkisinin külli miqdarda olması və tərəzinin aşkar edilməsi sonuncunun yalan danışdığını və həmin maddələri satış məqsədi ilə əldə etməsini təsdiq edir. Həmçinin, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, bir neçə dəfə Təqsirləndirilən şəxs çetinin miqdarından asılı olaraq 10, 20 və 30 manat pula narkotik vasitə almış, sonuncu dəfə isə bu ilin may ayının əvvəllərində saat 13 radələrində Təqsirləndirilən şəxs 20 manatlıq narkotik vasitə olan heroin almışdır. Eyni zamanda iş materiallarında olan əməliyyat tapşırığına cavab məktubunda da göstərilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitələr və güclü təsir edən maddələr əldə edib yaşadığı ünvan 3 nömrəli fərdi yaşayış evində saxlamış, həmçinin Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan heroindən 2023-cü ilin may ayında 20 manata Qazax rayon sakini Şahid4 satmışdır. O cümlədən iş materiallarında olan “informasiya daşıyıcı olan diskə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş 1 ədəd CD-R diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrə ilə Şahid4 adına olan +99***-***-**-** və +99***-***-**-** mobil nömrələr arasında 2023-cü ilin mart-may aylarında mütəmadi telefon danışıqları aşkar edilmişdir. Habelə iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən, yəni marixuanadan suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Göründüyü kimi Təqsirləndirilən şəxs heorindən və güclü təsir edən tramadol həblərindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyinin aşkar edilməsi öz təsdiqini tapmamışdır. Bundan başqa, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitə almadığını, sonuncu ilə aralarında telefon danışığının olmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilənləri müstəntiqin yazdığını, həmin ifadəyə qol çəkərkən də ifadəsini oxumadığını göstərsə də, o, nəyə görə sonuncunun qardaşının öz mobil nömrəsi olduğu halda özünün Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəsinə zəng etməsini, nəyə görə Təqsirləndirilən şəxs narkotik vasitə almadığı halda ibtidai istintaq zamanı narkotik vasitəni məhz sonuncudan almasını göstərməsini və ibtidai istintaq zaman verdiyi ifadəsini oxumadan imza etməsini, o cümlədən öz istifadəsində olan mobil nömrələrlə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə əlaqə saxlamadığını halda, telefon danışıqlarına baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrə ilə onun istifadəsində olmuş +99***-***-**-** və +99***-***-**-** mobil nömrələr arasında 2023-cü ilin mart-may aylarında mütəmadi telefon danışıqlarının aşkar edilməsini heç nə ilə izah edə bilməmişdir. Şahid4 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində cinayət işinin istintaq materiallarında olan ifadəsinin altındakı əlyazma və imza nümunəsinin ona məxsus təsdiq etmişdir. Həmçinin, iş materiallarında olan xx.xx.2023-cü il tarixli “informasiya daşıyıcı olan diskə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş 1 ədəd CD-R diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrə ilə Şahid4 adına olan +99***-***-**-** və +99***-***-**-** saylı mobil nömrələr arasında 2023-cü ilin mart-may aylarında mütəmadi telefon danışıqları olmuşdur. Şahid4 istifadəsində olmuş +99***-***-**-** mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrə arasındaki sonuncu danışıq xx.xx.2023-cü il tarixdə saat 16:45-dən saat 17:07-dək davam etmişdir. Həmin gün saat 16:45-də Şahid4 istifadəsində olmuş +99***-***-**-** mobil nömrənin antena dairəsi Qazax rayonu Qazaxbəyli kəndi ərazisini, saat 16:51-də Qazax rayonu, Heydər Əliyev 97 ilə Azadliq küçəsinin kəsişməsini, Qazax rayonu şəhidlər xiyabanını, saat 17:03-də yenə də həmin ünvanı göstərir. Elə həmin gün Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrənin antena dairəsi saat 17:07-də Qazax rayonu, Heydər Əliyev 97 ilə Azadliq küçəsinin kəsişməsini, Qazax rayonu şəhidlər xiyabanını göstərir. Göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmamışdan bir gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə Şahid4la telefon vasitəsi ilə mütəmadi əlaqədə olmuş və saat 17 radələrində hər iki şəxsin mobil nömrələrinin antena dairəsi eyni ünvanda olmuşdur. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, sonuncu dəfə isə bu ilin may ayının əvvəllərində saat 13 radələrində Müşviqdən 20 manatlıq narkotik vasitə olan heroin almışdır. Belə ki, həmin vaxt o, ***-***-**-** saylı mobil telefon nömrəsindən Müşviqin telefon nömrəsinə zəng edərək 20 manat pulu olduğunu bildirmiş və narkotik vasitə olan heroin istəmişdir. Onlar razılaşdıqdan sonra o, yaşadığı Qazax rayon Qazaxbəyli kəndindəki evindən təxminən 15 dəqiqəyə Qazax şəhərinə yola düşərək Təqsirləndirilən şəxs yaşadığı evinin qarşısına gəlmiş və sonuncuya zəng etmişdir. Müşviq həyətə çıxıb onunla görüşmüş, o, 20 manat pulu Müşviqə vermiş, sonuncu isə 1 ədəd ağ sellofan kəsiyində narkotik vasitə olan heroin vermişdir. Belə olan halda məhkəmə tərkibi məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 həbsdə olmasını və barəsində Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsi ilə cinayət işinin olmasını nəzərə alıb, onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq, həmin ifadəni təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirməyə xidmət edən, işin faktiki hallarına uyğun olmayan, qeyri-obyektiv ifadə kimi qəbul edir və ittihamın həllində Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini iş materiallarında olan Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəyə dair məlumatlar əks olunmuş informasiya daşıyıcı olan diskdəki məlumatlarla və digər iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ittihamın həllində əsas götürülməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni bir ədəd şəffaf sellofanda ümumi təmiz çəkisi 440,0 qram olan tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda, yəni bir ədəd sellofan bağlamada ümumi təmiz çəkisi 570,0 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış bitki mənşəli narkotik vasitə qurudulmuş marixuananı və tərkibində ümumi miqdarı 0,5 qram tramadol güclü təsiredici maddəsi olan 5 ədəd ağ qırmızı rəngli güclü təsiredici maddə olan tramadol kapsullarını əldə edib yaşadığı ünvan 1 ünvanında yerləşən evində saxlaması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarın, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 14-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilibtörədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olubolmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Həmin Qərarın 22-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 240-cı maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olub-olmamasını müəyyən edərkən məhkəmələr maddələrin güclü təsir edən və ya zəhərli olub-olmamasını, avadanlığın belə maddələr hazırlamaq, emal etmək üçün nəzərdə tutulub-tutulmadığını araşdırmalıdırlar. Bunlara dair nəticə müvafiq ekspert rəyinə əsaslanmalıdır. CM-in 240.2 və 240.3-cü maddələrində nəzərdə tutulan tövsifedici əlamətlərə yuxarıda şərh verilmişdir (narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan hissədə). 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ siyahısına əsasən heroin və marixuana narkotik vasitə hesab olunur; heroinin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram və ondan yuxarı, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 2 qramdır; qurudulmuş marixuananın xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 5 qram və ondan yuxarı, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 500 qramdır. Hazırkı cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli, 7/684-6/2734 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin ümumi təmiz çəkisi 440,0 qram və marixuananın ümumi təmiz çəkisi 570,0 qram olmaqla, ayrı-ayrılıqda külli miqdar təşkil edirlər. Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Hazırkı cinayət işinin materiallarından görünür ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar CPM-in tələblərinə uyğun olaraq təqdim edilmiş və “əməliyyat-axtarış tədbiri haqqında qərarın qanuniliyinin yoxlanılması barədə” Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə məhkəmə nəzarəti qaydasında yoxlanılaraq qanunauyğun hesab edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Avropa İnsan Hüquqları Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində İstintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Yuxarıda sadalanlara əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı evinə baxış zamanı evin 2-ci mərtəbəsində yerləşən qonaq otağındakı fortepianonun alt hissəsində olan qapaqlı yerdən ayrı-ayrılıqda iki növ narkotik vasitələrin, yəni bir bağlamada heroin, bir bağlamada isə marixuananın aşkar edilməsi, heroinlə marixuananın çəkisinin ayrı-ayrılıqda külli miqdar təşkil etməsi, narkotik vasitələrin çəkilərək ayrı-ayrı bağlamalara bükülməsi, həmçinin güclü təsir edən maddəyə aid edilən 5 ədəd tramadol kapsulunun, o cümlədən üzərində heroinin izləri olan tərəzinin aşkar edilməsi faktı Təqsirləndirilən şəxs mənfəət əldə etmək üçün qanunsuz olaraq əldə edib yaşadığı evdə saxladığı külli miqdarda narkotik vasitələri və güclü təsir edən maddələri ayrı-ayrı şəxslərə satış məqsədilə əldə etməsini tam olaraq sübuta yetirir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və ona təyin ediləcək cəzanın əvvəli tutulduğu vaxtdan, yəni 11 may 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 31 (otuz bir) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 186 (bir yüz səksən altı) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 70 (yetmiş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Qazax RPŞ-nin saxlanc anbarına məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs yaşadığı evinə baxış zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 439,95 qram heroin, 569,95 qram qurudulmuş marixuana, 4 ədəd tramadol kapsulu və elektron tərəzi məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 1416 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə növündə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 11 may 2023-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 186 (bir yüz səksən altı) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 70 (yetmiş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Qazax RPŞ-nin saxlanc anbarına məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs yaşadığı evinə baxış zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 439,95 qram heroin, 569,95 qram qurudulmuş marixuana, 4 ədəd tramadol kapsulu və elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar