Məhkəmə qərarları › İş №1(100)-465/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-465/2024

10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-465/2024 10.12.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Əliyev Natiq Mürsəl oğlu (sədrlik edən), hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu (məruzəçi hakim) və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi - X16 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1989-cu il tarixdə Daşkəsən rayonu, Xoşbulaq kəndində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işsiz, ali təhsilli, əvvəllər məhkum olunmamış, Daşkəsən rayonu, Xoşbulaq kəndində qeydiyyatda olmaqla, Göygöl rayonu, Yeni Qızılca kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən külli miqdarda, yəni ümumi təmiz çəkisi 21,238 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, 18 mart 2024-cü il tarixdə saat 18 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində o, ünvan 1 ünvanında yerləşən Göygöl rayon polis şöbəsinə gətirilmiş, polis şöbəsinin inzibati binasında onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq saxlayaraq daşıdığı bir ədəd üzəri yapışqanlı lentlə sarınmış şəffaf rəngli sellofan bükümün içərisində ümumi təmiz çəkisi külli miqdar hesab edilən 21,238 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, özünü təqsirləndirilən şəxs yox, zərərçəkmiş şəxs kimi hesab etmiş, çünki siqaret çəkmədiyi və narkotik vasitə istifadə etmədiyi halda narkotik vasitə satması mümkün olmamışdır. O, sadəcə olaraq siyasi fəaliyyətinə, yəni AXCP-nin Daşkəsən rayon şöbəsinin sədri olduğuna görə tutulmuşdur. Tutulan zaman üzərinə baxış keçirilməmiş, Daşkəsən postunda azı 20 dəqiqə gözləmiş, üzərində həqiqətən də narkotik vasitə olmuş olsa idi həmin narkotik vasitəni atmağa kifayət qədər imkanı olmuşdur. Ona görə də onun üzərində ümumiyyətlə narkotik vasitə olmamışdır. xx.xx.2024-cü il tarixdə səhər vaxtı uşaqlarını məktəbə aparıb evə qayıtmış, avtomobilini evinin qapısında saxlamış və evə girib paltarını dəyişmişdir. Həmin gün heyvanlarını fermadan yaylağa köçürmək üçün Ağcabədi rayonuna getmişdir. Edən çıxarkən küçədə tanımadığı “Prado” markalı avtomobil görmüş, lakin nə isə bir işi olduğuna görə yenidən evə qayıtmışdır. Daha sonra Ağcabədi rayonuna getmişdir. Yolda onu Prezident Xankəndidən gəldiyinə görə 2-3 saat ləngitmişlər. Ağcabədi rayonuna çatdıqda heyvanların avtomobilə yükləndiyini görüb bacısı ilə əl yükünü götürərək “Kamaz”a minib Daşkəsənə getmişlər. Daşkəsən rayonu ərazisinə çatdıqda səhv etmirsə aralarından birinin adı Tural olan iki nəfər polis əməkdaşı onları postda saxladıb heyvanlar üçün arayış təqdim edilməsini tələb etmişlər. O, Daşkəsən rayonu ərazisindən keçərkən heç vaxt arayış təqdim etmədiyini bildirib indi nə üçün arayış tələb edildiyini soruşmuşdur. Polis əməkdaşı bir qədər aralıda telefonla danışıb onlara “rəis müavininə deyilib, qoy icra hakimiyyətinə təqdim olunsun, sonra əgər buraxılası olsanız buraxılacaqsınız” demişdir. O, bu vaxt Daşkəsən rayon polis şöbəsinin rəis müavini Rəşadət müəllimə iki dəfə zəng etmiş, lakin sonuncu telefonu açmamışdır. Bu zaman səhər vaxtı küçədə gördüyü “Prado” markalı avtomobili xatırladıqda gözlədilməsinin başqa səbəbi olduğunu anlayaraq öz telefonu ilə postu və postdakı polisləri çəkmiş, həmçinin özünü başdan ayağa çəkib üzərində heç nə olmadığını göstərmişdir. Daha sonra o, telefonunu bacısına verib “əgər burada hər hansı başqa bir şey olsa telefona çəkərsən” demişdir. 10-15 dəqiqə keçdikdən sonra Daşkəsən tərəfdən səhər vaxtı gördüyü “Prado” markalı avtomobil gələrək dayanmış və ona yaxınlaşaraq buradan Daşkəsənə hara ilə getmək lazım olduğunu soruşub başı ilə polis əməkdaşına işarə etmişdir. O, həmin vaxt yolu öyrənən şəxsin polisdən hansı adam olduğunu soruşduğunu eşitmişdir. Sual verən şəxs sonra əlini ona tərəf uzadaraq onu göstərmişdir. Bu zaman 4-5 nəfər polis əməkdaşı onu sürüyə-sürüyə avtomobilə tərəf aparmış, lakin avtomobilə mindirə bilməmişlər. Daha sonra polis geyimli əməkdaşlardan biri avtomobilin qapısından girib onu boğmağa başlamış, o isə polislərin əlindən çıxıb bacısına “çək bunları” demişdir. Həmin vaxt Daşkəsən rayon polis şöbəsinin rəis müavini Vüsalın da orada olduğunu görmüş və sonuncuya bacısının telefonu əlindən aldığını demişdir. Onu avtomobilə salmışlar, “Kamaz” da fırlanıb getmişdir. Avtomobildə sürücünün yanında oturan adını bilmədiyi polis əməkdaşı arxada sol tərəfində əyləşmiş əməkdaşa “bunun malını qoyun cibinə” demişdir. Həmin əməkdaş da əlindəki şeyi onun gödəkçəsinin cibinə qoymuşdur. O, cibinə qoyduqları şeyin nə olduğunu bilməmişdir. Yolboyu onunla “sən yaxşı oğlansan”, “sən yaxşı oğlana oxşayırsan”, “Əli Kərimlinin yanından çəkil” kimi söhbətlər edərək ona əvvəlcə 5000 manat, sonra 10000 manat, daha sonra isə 30000 manat, “gəl gedək bankını bağlayaq” kimi təkliflər edərək qarşılığında narkotik vasitəni tapdığını və polis əməkdaşlarına təhvil verməyə gedərkən saxlandığını bildirən məzmunda ifadə verməsini demişlər. O da buna etiraz edərək deməyəcəyini bildirmişdir. Bu vaxt ondan hansı məzmunda ifadə verəcəyini soruşmuşlar, o isə narkotik vasitəni polis əməkdaşları tərəfindən cibinə qoyulduğunu bildirəcəyini demişdir. Ona söyüşlə “belə-belə olsun ki, deyəcəksən” demişlər. O da “belə-belə olsun ki, deməyəcəm” demişdir. Ona “indi görək deyirsən, yoxsa demirsən” demişlər və qabaqdan bağladıqları əlini arxadan qandallamışlar. Onu beldən aşağı soyundurmuşlar, əlini tutub qolunu qaldırmışlar və avtomobildə “bunun cibinə qoyun” deyən adını bilmədiyi əməkdaş arxasından dəyənək ilə vurmağa başlamışdır. Bir qədər sonra həmin şəxs gülərək “qoy bir az bədəni boşalsın yenidən davam edərik” demişdir. O isə “nə edirsinizsə edin, mən o sözü deyəsi deyiləm” demişdir. Ardınca xaya nahiyəsinə dəyənəklə 20-30 dəfə vurmuşlar. Onu tər aparmış və stola yıxılmışdır. Daha sonra onu yenidən döymüşlər və “bədəni bir az soyusun sonra deyəcək” demişlər. Bir qədər sonra onu bir də döyməyə başlamışlar və “deyəcəksən, başqa yolun yoxdur” demişlər. O isə “öldürsəniz də deməyəcəm” demişdir. Polis əməkdaşlarından biri “elektroşoku gətirin, buna elektroşok verək” demişdir. Çölə çıxıb qayıtdıqdan sonra polislərdən biri “bəxtin gətirib ki, elektroşok qalıb” demişdir. O isə “lap barmağımı elektrik yuvasına soxun, lakin mən bu yalanı boynuma alası deyiləm” demişdir. Bunu dedikdən sonra ayaqlarına vurmağa başlamışlar. Polis əməkdaşlarından ən yaşlısı onun sinə və qulaqlarına vurub “özünə hörmət elə” demişdir. Bundan sonra onu aparan avtomobildə sürücünün yanında oturan əməkdaş dəyənəklə bir neçə dəfə döymüş və onu yerə qoyub “qoy bədəni soyusun” demişdir. Bu proses ardıcıl olaraq bir neçə dəfə davam etmişdir. O, yenə həmin yalanı boynuna almayacağını demişdir. Sonra “Prado” markalı avtomobili idarə edən “deyəni belə-belə olsun” demiş, o da “deyəni belə-belə olsun” təkrar etmişdir. Sonra onu arxadakı stoldan digər bir stola keçirmişlər. Stola keçirən zaman bir dəfə onu arxası üstə aşırmışlar. Bu zaman əli qandalla stolun arasında qalaraq şişmişdir. Bir qədər sonra onu qaldırıb yenə döymüşlər və bu proses 4-5 dəfə təkrarlanmışdır. Sonra “şahidləri çağırın” demişlər. Bu proseslər saat 10-11 radələrinə qədər davam etmişdir. Məhkəməyə gələn Şahid3 “bu narkotiki istifadə edirsənsə bizə də ver istifadə edək”, “bizlə birgə çəkərdin” kimi ifadələr demişdir. O isə “narkotik bunlardadır, məndə deyil” demişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, 23 iyul 2023-cü il tarixdən Azərbaycan Xalq Cəbhəsi Partiyasının Daşkəsən rayon şöbəsinin sədri işləmiş, sədr olmamışdan əvvəl həmin partiyanın üzvü olmamış, onu həmin partiyanın Daşkəsən rayon şöbəsinin sədri olmağa heç kəs məcbur etməmiş, siyasi fəaliyyəti ilə bağlı təzyiqlərə məruz qalmış, bununla bağlı Daşkəsən rayon polis şöbəsinə və Daşkəsən rayon prokurorluğuna çağırılmış və orada ona guya camaata AXCP-yə üzv olmağı qarşılığında pul payladığı deyilmiş, lakin o, bunun doğru olmadığını bildirmişdir. Onu Daşkəsən rayon postunda saxlamışlar, Yalqışlaq kəndi həmin postdan qabaqda yerləşmiş, həmin kənddən keçdikdən sonra post gəlmişdir. Ona polis əməkdaşları dəfələrlə zor tətbiq etmiş, bunun nəticəsində üzərində xəsarətləri olmuş, bədəni üzərindəki xəsarətləri ekspertlər sifarişi yerinə yetirdikləri üçün görməmişlər. İki dəfə məhkəmə-tibbi ekspertizadan keçirilmiş, lakin ikisində də xəsarətini xırda olduğu üçün görə bilməmişlər. Təcridxanaya daxil olarkən ona üzərində olan xəsarətləri qeyd etdiklərini bildirsələr də, sonradan öyrənmiş ki xəsarətlər qeyd olunmamış, gizlədilmişdir. Buna baxmayaraq onda həmin xəsarətlərin şəkilləri olmuşdur. Üzərindən aşkar edilmiş narkotik vasitə onun olmadığı üçün həmin narkotik vasitənin özünə məxsus olmasını etiraf etməmiş və ibtidai istintaq zamanı heç bir yerdə etirafedici ifadə verməmişdir. O, nəinki narkotik vasitə, siqaret belə istifadə etməmişdir. O, iki dəfə narkoloji ekspertizadan keçirilmiş, həmin rəylərdən birində bədənində narkotik vasitə olmadığı, digərində isə guya onun passiv narkotik istifadəçisi olduğu qeyd olunmuşdur. Polis əməkdaşları onun ayaqlarına, ayaqlarının altına, xayalarına və sinə nahiyəsinə xəsarətlər yetirmişlər, ona AXCP-dən istefa verməli, Əli Kərimlinin yanından geri durmalı olduğunu demişlər, çəkiliş edəcəklərini, çəkilişdə aşkar olunan narkotik vasitənin özünə məxsus olduğunu etiraf etməli olduğunu və bundan sonra onu buraxacaqlarını demişlər. Daha sonra yenə xoşagəlməz hərəkətlər edəcəyi təqdirdə qeydə alınacaq çəkilişlə onu tutacaqlarını bildirmişlər. Saxlanılmamışdan qabaq Daşkəsən postunda onu təxminən 20 dəqiqə gözlətmişlər. Daşkəsən postunda onu guya rayona gedişlə bağlı icazə almağa görə saxlamışlar. Postda onu narkotiklə bağlı saxlayan yox, digər polis əməkdaşları saxlatmış, həmin polis əməkdaşlarını üzdən tanımışdır. Onu Daşkəsən postunda saxlayan polis əməkdaşlarından birinin adı səhv etmirsə Tural olmuşdur. Tutulandan sonra onun üzərində şəxsi axtarış video çəkiliş ilə deyil, hal şahidlərinin iştirakı ilə aparılmışdır. Ona üzərindən aşkar edilmiş narkotik vasitənin çəkiliş zamanı özünə məxsus olduğunu etiraf etməsi deyilmiş, lakin o, bunu deməyəcəyini bildirdiyi üçün üzərində şəxsi axtarış video çəkilişlə deyil hal şahidlərinin iştirakı ilə aparılmışdır. O, video çəkiliş zamanı narkotik vasitənin özünə məxsus olduğunu etiraf etməyəcəyini dedikdən sonra onu döymüşlər, üzdən tanıdığı, lakin adını bilmədiyi polis əməkdaşı telefonla kiməsə zəng etmiş, danışıq zamanı həmin polis əməkdaşına hal şahidi kimi iştirak etməsi üçün üç nəfər gətirdiklərini, lakin onlardan birinin məhkumluğu olması səbəbindən iştirak edə bilməyəcəyini, digər iki şəxsin də 300 manatdan aşağıya razı olmadıqları deyilmişdir. Bu zaman orada olan qaşı çapıq oğlan “67 manat mənim kartımda var, onu mən atım qalanını da siz düzəldib verin” demişdir. Həmin vaxt saat 10-11 radələri olmuş, 3 nəfər gəlmişdir. Onların arasında hal şahidi qismində iştirak edə bilməyən də olmuş, o, həmin şəxsi tanımışdır. Həmin şəxsin əlində çəlik olmuş və sonuncu otaqdan çıxarkən “rəis nə vaxt desəniz qulluğunuzda hazırıq” demişdir. O, polislərin hal şahidlərinə vermələri nəzərdə tutulan 300 manat məbləği hansı formada ödədiklərini telefonla danışdıqdan sonra otaqdan çıxdıqları üçün bilməmişdir. O, döyülən zaman təhqiqatçı bunu görmüş, hətta arabir otağa girib-çıxmışdır. Müdafiəçisi sonradan gəldiyinə görə onun döyülməyini görməmiş, hal şahidləri də onun döyülməyini görməmişlər. O, utandığına, yaxud çəkindiyinə görə üzərində şəxsi axtarışın video çəkilişlə aparılmasına etiraz etməmiş, sadəcə video çəkiliş zamanı aşkar olunan narkotik vasitənin özünə məxsus olmasını etiraf etməyəcəyini demişdir. Saxlanılan zaman gödəkçəsinin cibinə narkotik vasitə qoymalarına baxmayaraq, polis əməkdaşlarından biri onu cəzalandırmaq üçün kiməsə zəng etmiş və “səndə istifadə olunmamış mal var?” deyə soruşmuş, lakin o, telefonda polisə nə cavab verilməsini bilməmişdir. Danışığı bitirdikdən sonra həmin polis əməkdaşı ona “gör indi səni necə yükləyəcəyik” deyib böyük ölçülü narkotik vasitəni cibinə qoymuşdur. Saxlanılan zaman və şəxsi axtarış zamanı üzərindəki paltarlar eyni olmuşdur. İbtidai istintaq zamanı ona göstərilmiş fiziki və psixoloji zorakılıq ilə bağlı prokurorluğa getmiş, rayon prokuroru Rəsul müəllim onu qəbul etmiş və döyülüb-döyülmədiyini soruşmuş, o da prokurora ayaqlarını göstərmiş, bundan sonra prokuror ona bununla bağlı dəftərxanaya ərizə verməsini demiş, o da ərizə yazaraq vermişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ilkin izahatı ilə məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin izahatında özünü təqsirli bilməklə göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Daşkəsən rayonunda əvvəllər tanımadığı, təsadüfən tanış olduğu bir nəfər şəxsdən pul verərək narkotik vasitə heroin əldə etmişdir. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində şəxsi işi ilə bağlı Göygöl rayonu, Yalqışlaq kəndi ərazisində olan zaman 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib BNMİ-nin əməkdaşları olduqlarını deyərək qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirib onu Göygöl rayon polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməyərək onların avtomobilinin arxa oturacağına əyləşmiş, yanında da polis əməkdaşı əyləşmiş, bu səbəbdən üzərində olan narkotik vasitəni tullaya bilməmişdir. Onu Göygöl RPŞ-yə gətirmişlər və inzibati binada xidməti iş otaqların birində hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş və ona həmin müdafiəçilərdən kimi istəyirsə seçə bilməsi izah olunmuşdur. O təqdim edilmiş vəkillərin siyahısından X8 hüquqlarını dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi Namiq Həsənov ona təqdim edilmiş, daha sonra protokol və digər sənədlər tərtib olunmuş, həmin sənədləri məsuliyyətdən yayınmaq üçün imzalamaqdan imtina etmişdir. Üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, bu barədə qəbul edilmiş qərarla tanış edilmiş, sonra müdafiəçinin və hal şahidlərinin iştirakı ilə üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərində olan əşyaları, eləcə də narkotik vasitə vardırsa çıxararaq masanın üzərinə qoymağı təklif edilmiş, o da məsuliyyətə cəlb ediləcəyindən qorxduğu üçün üzərində olan əşyaları təqdim etməmişdir. Daha sonra polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılaraq əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd on, iki ədəd bir manatlıq pul əsginası, bir ədəd “Samsung” markalı mobil telefon, həmin şalvarın sol yan cibindən bir ədəd üzəri yapışqanlı lentlə sarınmış şəffaf sellofan bükümün içərisində narkotik vasitə olan heroin aşkar edilmişdir. Üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümün içərisindəki narkotik vasitə olan heroin elektron tərəzidə çəkilərək 24,47 qram olduğu müəyyən edilmiş, sonra isə bir ədəd ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmış, o isə məsuliyyətə cəlb edilməkdən qorxduğu üçün imza etməkdən imtina etmişdir. Bundan sonra üzərindən aşkar olunmuş bir ədəd “Samsung” markalı mobil telefon içərisində sübut əhəmiyyəti kəsb edə biləcək məlumatlar olması ehtimal edildiyindən götürülmüşdür. Üzərindən aşkar edilmiş bir ədəd on, iki ədəd bir manatlıq, ümumilikdə on iki manat pul maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Üzərindən aşkar olunmuş narkotik vasitəni xx.xx.2024-cü il tarixdə Daşkəsən rayonunda tanımadığı şəxsdən almışdır. Polis əməkdaşları onu saxlayarkən, həmçinin polis şöbəsinin inzibati binasında olarkən onun hüquq və vəzifələri izah edilmiş, müdafiə hüququ təmin edərək dövlət hesabına onu müdafiəçi ilə təmin etmişlər, ona qarşı heç bir qanunsuz hərəkət edilməmiş, heç bir narazılığı da olmamışdır. İbtidai istintaq zamanı verdiyi izahatı elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, məsuliyyətə cəlb edilməkdən qorxduğuna görə yox, elan edilmiş izahat onun olmadığı üçün imza çəkməkdən imtina etmişdir. O, elan edilmiş izahatı oxumamış, çünki belə bir ilkin izahat verməmiş, özü ibtidai istintaq zamanı iki dəfə ifadə vermiş, həmin ifadələr də iş materiallarında vardır. Cinayət işi materialları ilə tanış olarkən elan edilmiş izahatı görmüş, lakin həmin izahatla bağlı vəsatət verməmişdir. Polis əməkdaşı Şahid5 onu döyməmiş və üzərinə narkotik vasitə qoymamışdır. O, narkotik vasitəni üzərinə götürmədiyi üçün Şahid2 onu uşaqları və ailəsi ilə hədələmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və sonuncu Göygöl rayonu ərazisində saxlanılaraq Göygöl rayon polis şöbəsinə gətirilmişdir. Şöbədə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və narkotik vasitə aşkar edilərək götürülmüşdür. Sonuncuya qarşı heç bir təzyiq-təsir göstərilməmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. İfadəsinin davamı olaraq Şahid5 bildirmişdir ki, əməliyyat məlumatı ona məxsus olmuş, məzmunu Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasından ibarət olmuşdur. Onlar Təqsirləndirilən şəxs Göygöl rayonunda adını xatırlamadığı kəndin ərazisində saxlamışlar və saxlanılan zaman sonuncu tək piyada hərəkətdə olmuş, saxlanılarkən Təqsirləndirilən şəxs heç bir təzyiq göstərilməmiş, sonuncunun üzərində şəxsi axtarış hal şahidlərinin iştirakı ilə foto çəkiliş aparılmaqla həyata keçirilmişdir. Şəxsi axtarış zamanı aşkar olunan narkotik vasitə ilə bağlı Təqsirləndirilən şəxs onlara heç bir etiraz etməmiş, lakin sonuncunun sənədlərə imza çəkib-çəkmədiyini xatırlamır. Təqsirləndirilən şəxs üzərindən bir büküm narkotik vasitə olan heroin aşkar edilmiş, lakin həmin narkotik vasitənin çəkisini xatırlamır. Xatırladığı qədəri ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni tanımadığı şəxslərdən əldə etdiyini bildirmişdir. O, Daşkəsən və Göygöl rayonlarını tanımadığı üçün Təqsirləndirilən şəxs saxlanılan zaman hansı istiqamətdə hərəkətdə olmasını dəqiq deyə bilməmiş, sonuncunun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasını dedikdə narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olmasını nəzərdə tutmuş, əməliyyat məlumatında narkotik vasitənin Təqsirləndirilən şəxs üzərində olması qeyd edildiyi üçün sonuncunun evinə baxış keçirməmişlər. Saxlanılan zaman Təqsirləndirilən şəxs tək olmuş, yanında heç kim olmamış, şifahi sorğu-sual zamanı sonuncu aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu, lakin bundan utandığını bildirmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarışın çəkilişlə aparılmasından utandığı üçün də hal şahidlərinin iştirakı ilə aparılmışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, həmçinin bundan utandığını deyən zaman hal şahidləri orada olmuş, hal şahidlərini kimin dəvət etməsini xatırlamır, Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı əməliyyat tədbiri zamanı “Prado” markalı avtomobildən istifadə etmişlər, Təqsirləndirilən şəxs saxlanılan zaman şərait uyğun olmadığı və təhlükəsizlik üçün sonuncunun üzərinə baxış keçirməyib şöbəyə aparmışlar, saxlanılarkən və polis şöbəsində olarkən Təqsirləndirilən şəxs heç bir fiziki yaxud psixoloji təzyiq-təsir göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili Rəsulov X14 Azər Əli oğlu ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə edildikdən sonra həmin məlumatın yoxlanılması üçün əməliyyat qrupunun yaradılması və əməliyyat-axtarış tədbirinin keçirilməsinə göstəriş verilmişdir. Bundan sonra əməliyyat qrupu olaraq onlar Göygöl rayonuna gəlmişlər. Əməliyyat yolu ilə Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etdikdən sonra adını xatırlamadığı kənddə sonuncuya yaxınlaşıb özlərini təqdim edərək barəsində əməliyyat məlumatı olduğunu bildirib Göygöl rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və sonuncunun əynindəki şalvarının sol yan cibindən narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin özünə məxsus olduğunu bildirmiş, lakin məsuliyyətə cəlb olunmaqdan qorxduğu üçün sənədləri imzalamaqdan imtina etmişdir. İfadəsinin davamı olaraq Şahid2 bildirmişdir ki, əməliyyat məlumatı idarənin digər əməliyyat müvəkkili Şahid5 məxsus olmuş, məzmunu narkotik vasitələrin dövriyyəsi ilə bağlı olmuşdur. Xatırladığı qədəri ilə Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat tədbirində üç nəfər iştirak etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın video çəkilişlə deyil hal şahidlərinin iştirakı ilə aparılmasının səbəbinin xatırlamır, lakin bu zaman fotoşəkillər çəkilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni özü təqdim etməmiş, səhv etmirsə təhqiqatçının özü narkotik vasitəni aşkar etmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu bildirmiş, lakin sənədləşmə protokolu imzalamaqdan imtina etmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmiş, lakin hadisənin üzərindən xeyli vaxt keçdiyindən çəkisini xatırlamır. Şəxsi axtarış aparılarkən iştirak edən təhqiqatçı DİN-in BNMİ-nin QBRŞ-nin əməkdaşı olmuşdur. O, Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı keçirilmiş əməliyyat tədbirində təhqiqatçının iştirak edib-etməməsini xatırlamır, Təqsirləndirilən şəxs saxlamaq üçün yaxınlaşarkən sonuncu tək olmuş, avtomobildə olmamış və yanında heç kimi görməmişlər. O, Göygöl rayonunu tanımadığı üçün Sahibi saxladıqları yerin adını dəqiq bilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heroindən başqa mobil telefon və pul aşkar edilmişdir. O, hal şahidlərinin necə dəvət olunmasını xatırlamır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın video çəkilişlə yaxud hal şahidlərinin iştirakı ilə aparılması barədə seçim onun deyil təhqiqatçının səlahiyyətində olduğu üçün o, şəxsi axtarışın hal şahidlərinin iştirakı ilə aparılmasının səbəbini bilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu bildirərkən və tərtib edilmiş protokola imza etməkdən imtina edərkən hal şahidləri orada olmuşdur. O, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulmasını deməyini xatırlamır. Təqsirləndirilən şəxs yalan danışmış, sonuncu saxlanılarkən və polis şöbəsində olarkən ona qarşı heç bir fiziki yaxud psixoloji təzyiq göstərilməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Şahid3 yanına qonaq getmişdir. Buna görə avtovağzalda olarkən Cahangirə zəng vurub onu qarşılamasını, oradan isə sonuncugilə getməyi demiş, Cahangir də razılaşmışdır. Özü uzun müddətdir Bakı şəhərində yaşadığı üçün Gəncə şəhərinə getməmişdir. Həmin vaxtı mülki geyimli 2-3 nəfər onlara yaxınlaşaraq köməklik etməklərini xahiş etmişlər. Onlar həmin şəxslərdən kim olduqlarını soruşduqda sonuncular polis əməkdaşları olduqlarını demişlər. Onlar polislərdən nə ilə bağlı köməklik edəcəklərini dedikdə sonuncular hal şahidi kimi iştirak etmək lazım olduğunu, yəni gördüklərini və şəxsin üzərindən nə isə aşkar edildiyi təqdirdə demək lazım olduğunu bildirmişlər. Onlar da buna etiraz etməmişdir. Bundan sonra onu və Cahangiri Göygöl rayonuna dəvət edib Göygöl RPŞ-yə aparmışlar. Polis şöbəsində onları təqsirləndirilən şəxsin yanına aparmışlar. Təqsirləndirilən şəxsin üzəri yoxlanılarkən üzərindən kağızın içərisində palçıq rəngində toz aşkar edilmişdir. Kağızı qayçı ilə kəsib içindəkini onlara göstərmişlər. Bundan sonra onlardan görüb-görmədiklərini soruşmuşlar, onlar da gördüklərini demişlər. Daha sonra aşkar edilmiş kütlə çəkilmiş, səhv etmirsə 20-21 qram olduğu müəyyən edilmişdir. İfadəsinin davamı olaraq Şahid4 bildirmişdir ki, narkotik vasitəni Təqsirləndirilən şəxs özü təqdim etməmiş, polislər sonuncunun sol cibindən aşkar etmişlər. Sahibin özü “mənim malım deyil” kimi sözlər demiş, sonuncunun üzərində axtarış edildikdən sonra protokol tərtib olunmuş və onlar nə görmüşlərsə orada yazaraq çıxmışlar. Şahid3 onun dostu olmuş, ailəvi gediş-gəlişi olmuşdur. Sonuncu Gəncə şəhəri, Avtozavod adlanan ərazidə yaşamış, o isə Gəncə şəhəri Dəyirman dairəsi adlanan ərazidə yaşamışdır. Şahid3 evini dəqiq tanımamış, Göygöl rayonunda ofisiant işlədiyi üçün sonuncu ilə avtovağzalda görüşmüş, Cahangir ilə avtovağzalda görüşməmişdən qabaq zəngləşib həmin yerdə görüşmək barədə danışmışlar, lakin o, sonuncunun avtovağzala haradan gəlməsini bilməmişdir. Polis əməkdaşları yaxınlaşan zaman onlar avtovağzalda dönərxananın qarşısında dayanmışlar. Polislər onlara yaxınlaşan zaman ətrafda onlardan başqa digər şəxslər də olmuş, lakin o, polis əməkdaşlarının nə üçün məhz onlara yaxınlaşdığını bilməmişdir. Onları avtomobillə polis şöbəsinə aparmışlar, həmin vaxtı polis əməkdaşları mülki geyimdə olmuş, polis şöbəsinə getdikləri avtomobilin markasını xatırlamamışdır. O, əvvəllər başqa bir iş üzrə heç vaxtı hal şahidi qismində iştirak etməmişdir. Polis şöbəsində Sahibi onlara təqdim edərkən sonuncunun qolunda qandal, əynində pencək, şalvar və köynək olmuşdur. O, Sahibin qolunda qandal görsə də sonuncunun qolunun kiməsə bağlı olub-olmamasını xatırlamamışdır. Üzərindən narkotik vasitə aşkar edildikdən sonra Sahib “mənim deyil” kimi ifadələr işlətmişdir. Bundan sonra o və Cahangir otaqdan çölə çıxmışlar. Sahibin üzərində axtarış aparılarkən video çəkiliş aparılıb-aparılmamasını xatırlamamış, həmin vaxtı o, Sahibə axtarışın video çəkiliş ilə aparılmasının təklif edilməsini də eşitməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini oxuyub imzalamış, həmin ifadəsi doğru yazılmışdır. O, polis şöbəsinə gələndə saatın neçə olmasını xatırlamamış, lakin hava qaranlıq olmuşdur. O, polis şöbəsində Sahibdən narkotik vasitə istəməmiş, polis şöbəsinə gələrkən iki nəfər olmuşlar, üçüncü adam olmamış, onun yanında Sahibə “Allah qapını açsın” kimi ifadə deyilməmiş, narkotik vasitə Sahibin cibindən aşkar edildiyi üçün o, şəxsi axtarış aparılmasına dair protokola imza etmişdir. Sahibin üzərinə baxış keçirilərkən o və Cahangir orada olmuşlar və hər şeyi gözləri ilə görmüşlər. Şəxsi axtarış zamanı təqsirləndirilən şəxsə qarşı heç bir fiziki yaxud psixoloji təzyiq edilməmiş, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş, ibtidai istintaq zamanı da iş materiallarında qeyd olunan məzmunda ifadə verməsi tələb olunmamış, heç kim onu həmin məzmunda ifadə verməyə məcbur etməmişdir. Şahid4 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Şahid4 həmin ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə dostu Şahid3 ilə görüşmək üçün Göygöl rayonuna gəlmiş, saat təxminən 20 radələlərində Cahangir ilə Göygöl rayon polis şöbəsinin qarşısında piyada hərəkət edən zaman polis əməkdaşı onlara yaxınlaşmış, onları polis şöbəsinə dəvət etmiş, bir nəfər şəxsin üzərində şəxsi axtarış aparılacağını, onların da şəxsi axtarışda hal şahidi olaraq iştirak etmələrini istəmişdir. Onlar da şəxsi axtarış prosesində iştirak edə biləcəklərini demişdir. Bundan sonra Göygöl RPŞ-nin inzibati binasına daxil olduqda xidməti iş otağında əvvəllər tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs bildiyi şəxsin üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Otaqda Təqsirləndirilən şəxs ərizəsi əsasında dövlət hesabına dəvət olunmuş, Göygöl vəkil bürosunun üzvü Namiq Həsənov və polis əməkdaşları olmuşdur. Bundan sonra şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış prosesi fotoçəkilişdən istifadə edilməklə həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitəni, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildikdə Təqsirləndirilən şəxs üzərində olan əşyaları məsuliyyətə cəlb edilməkdən qorxduğu üçün təqdim edə bilməyəcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd on, iki ədəd bir manatlıq pul əsginası, bir ədəd “Samsung” markalı mobil telefon, həmin şalvarın sol yan cibindən bir ədəd üzəri yapışqanlı lentlə sarınmış şəffaf sellofan büküm aşkar edilmişdir. Həmin bükümə baxış keçirildikdə bükümün içərisində tünd qəhvəyi rəngli, kəskin spesifiq iyə malik narkotik vasitə olan heroinə bənzər maddə olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümün içərisindəki narkotik vasitə olan heroinə bənzər maddə elektron tərəzidə çəkilərək 24,47 qram olduğu müəyyən edilmiş, bir ədəd ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmışdır. Üzəri iştirakçılar tərəfindən imzalanmış, Təqsirləndirilən şəxs isə məsuliyyətə cəlb edilməkdən qorxduğu üçün imza etməkdən imtina etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd “Samsung” markalı mobil telefon içərisində sübut əhəmiyyəti kəsb edə biləcək məlumatlar olması ehtimal edildiyindən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd on, iki ədəd bir manatlıq, ümumilikdə on iki manat pul maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə bənzər maddəni xx.xx.2024-cü il tarixdə Daşkəsən rayonunda əvvəllər tanımadığı, təsadüfən tanış olduğu şəxsdən alaraq əldə etmiş, kiməsə satmaq və ya vermək niyyəti olmamış, əlavə olaraq narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış hər hansı əşya predmetinin olmadığını, saxlanılarkən ona qarşı heç bir qanunsuz hərəkət olmamışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı onunla eyni otaqda yaxın məsafədə dayanmış, sonuncunun üzərində gözlə görsənən hər hansı xəsarəti olmamışdır. Təqsirləndirilən şəxs cibindən aşkar olunmuş əşyalar çıxarıldığı zaman ona dəqiqliklə baxmış, sonuncunun ciblərinə heç kəs tərəfindən müdaxilə olunmamış, hər hansı narkotik vasitə qoyulmamışdır. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs saxlanılan zaman eləcə də Göygöl RPŞ-yə gətirildikdən sonra ona hər hansı digər polis əməkdaşı və yaxud başqa bir şəxs tərəfindən ona qarşı hər hansı formada fiziki zor tətbiq edilməsini, cibinə hər hansı narkotik vasitə qoyulmasını bildirməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid4 bildirmişdir ki, o, polis əməkdaşlarının təqsirləndirilən şəxsi döymələrini görməmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsində “təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə bənzər maddəni xx.xx.2024-cü il tarixdə Daşkəsən rayonunda əvvəllər tanımadığı, təsadüfən tanış olduğu şəxsdən alaraq əldə etmiş, kiməsə satmaq və ya vermək niyyəti olmamış” bildirməyini xatırlamamış, polis əməkdaşları Cahangirlə onu polis şöbəsinin qarşısında piyada hərəkətdə olarkən deyil, avtovağzalda olarkən polis şöbəsinə hal şahidi qismində iştirak etmək üçün dəvət etmişlər, Sahib onun yanında üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə bənzər maddəni xx.xx.2024-cü il tarixdə Daşkəsən rayonunda əvvəllər tanımadığı, təsadüfən tanış olduğu şəxsdən alaraq əldə etdiyini, kiməsə satmaq və ya vermək niyyətinin olmadığını deməmiş, Sahibin üzərində olan əşyaları məsuliyyətə cəlb edilməkdən qorxduğu üçün təqdim edə bilməyəcəyini də deməmişdir. Onlar otağa daxil olduqdan sonra polis əməkdaşı onlara “baxırsınızmı?” demiş, onlar da baxdıqlarını demişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisənin üzərindən uzun müddət keçdiyi üçün bəzi məqamları dəqiqliklə xatırlamamışdır. Polis əməkdaşı o və Şahid4 yaxınlaşıb onlara kömək lazım olduğunu bildirmiş, onlar nə kömək lazım olduğunu soruşduqda polis şöbədə izah edəcəyini demişdir. Onlar da polis əməkdaşları ilə razılaşıb şöbəyə getmişlər. Şöbədə otağa daxil olarkən Sahib oturmuşdur. Bundan sonra Sahib ayağa qalxmış və polis əməkdaşı sonuncunun sol cibindən kağıza bükülmüş kütlə çıxarmışdır. Kağızın arasında palçıq rəngində toz şəkilli nə isə olmuşdur. Həmin kütlə tərəzi vasitəsilə çəkildikdə 20-21 qram olmasını görmüşdür. Bundan sonra gördükləri barədə sənədə imza edib şöbədən getmişlər. İfadəsinin davamı olaraq Şahid3 bildirmişdir ki, o, Sahibin üzərinə baxışda hal şahidi qismində iştirak etmiş, o, sonuncunun bədəninin görünən nahiyələrində hər hansı bir xəsarət görməmiş, eləcə də Sahibin polis əməkdaşları tərəfindən döyülməsini bildirməsini də eşitməmişdir. Sahibin üzərinə baxış zamanı otaqda mülki geyimli şəxslər olmuş, ancaq o, həmin şəxslərdən hansının vəkil olmasını bilməmişdir. Şahid4 onların evində keçirilən ad günü məclisində iştirak etmək üçün gəlmişdir. O, Göygöl rayonu, Qızılqaya qəsəbəsində yaşamış, Kənanla avtovağzalda görüşmüş, sonuncu ilə bir-birinin evinə gediş-gəlişləri olmuş, Şahid4 avtovağzala yaşadığı Gəncə şəhərindən gəlmişdir. O, görüşməmişdən qabaq Kənanla zəngləşmiş, sonuncu ilə avtovağzalda görüşən zaman da polislər onlara yaxınlaşmışdır. Polis şöbəsində hal şahidi kimi ona hüquqları izah edilmiş, polis əməkdaşı onlara bir nəfərin saxlanıldığını və baxış keçirilərkən hal şahidi kimi iştirak etməklərini bildirmişdir. Sahibin üzərindən narkotik vasitəni polis əməkdaşları çıxarmış və həmin vaxt sonuncunun qolunda qandal olmuşdur. O, üzərindən narkotik vasitə aşkar edildiyi vaxt Sahibin nə dediyini başa düşməmiş, həmin vaxtı Sahib onların üzünə baxaraq gülmüş və üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olmadığını demişdir. O, Sahibin üzərində axtarış aparılmasına dair protokolu imzalamışdır. Sahibin üzərində axtarış aparılan otaqda xeyli adam olmuş, lakin həmin vaxtı orada çəlikli bir şəxsi görməmişdir. O, polis şöbəsinə gələndə saatın neçə olmasını xatırlamamış, lakin hava qaranlıq olmuşdur. Polis şöbəsində o, Sahibə “narkotik vasitə çəkənisən?” kimi bir sual verməmişdir. O, Sahibə qarşı “Allah qapını açsın” kimi ifadə işlədilməsini də eşitməmişdir. O, Sahibin təhqirə məruz qalmasını və döyülməsini görməmiş, sonuncunun üzərində şəxsi axtarış aparılan zaman da vizual olaraq onun polis əməkdaşları tərəfindən döyülməsi hiss olunmamışdır. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşıdır. Onlar “Kamaz” markalı yük avtomobili ilə Göygöl rayonu ərazisindən Daşkəsən rayonu ərazisinə gələrkən polis əməkdaşları avtomobili saxlatmışdır. Həmin polis əməkdaşları Daşkəsən rayonunda işləmiş, biri arıq, hündürboy və gözlərinin rəngi göy, digər polis əməkdaşı isə kök olmuşdur. Sonuncular haraya getdiklərini soruşduqda Sahib mal-qaranı yaylağa apardıqlarını deyib avtomobildən düşərək polislərlə salamlaşmışdır. Həmin vaxtı kök olan polis əməkdaşı kiminləsə telefonla danışaraq onlara “gözlə gəlir” demişdir. Onlar polis əməkdaşının bu sözündən şübhələnmişlər. Bir qədər sonra Sahib mobil telefonunu ona verib təhlükəsizlik şifrəsini demiş və hər hansı bir hadisə olarsa çəkməsini bildirmişdir. Bu zaman o, kənardan iki avtomobilin yaxınlaşdığını görmüşdür. Həmin avtomobillər Sahibə yaxınlaşmış, digər polis əməkdaşı isə onu avtomobildən aşağı düşürüb telefonunu almış və onu vurmuşdur. Onun qol və baş nahiyəsində göyərtilər yaranmışdır. Bu səbəbdən o, baş verənləri çəkilişlə qeydə ala bilməmişdir. Avtomobillə gələn 5-6 nəfər şəxs Sahibi “Prado” markalı avtomobillərinə əyləşdirə bilməmişlər. Sonuncular onları ilk dəfə saxlayan polislərdən kömək etmələrini istəmişdir. Bu zaman arıq, hündürboy və gözlərinin rəngi göy olan polis əməkdaşı Sahibi boğmuş, qardaşının əli boşaldıqdan sonra onu avtomobilə salmışlar. Qardaşını tutduqdan sonra onları buraxmışlar. Sahibi əyləşdirdikləri avtomobil Göygöl rayonu istiqamətində getdiyi üçün onlar qardaşını Göygöl rayon polis şöbəsinə apardıqlarını düşünmüşdür. O, evə gedib mal-qaranı boşaltmış və valideynləri ilə gecə Göygöl rayon polis şöbəsinə getmişdir. Sahibi aparan “Prado” markalı avtomobil şöbənin həyətində olmuşdur. O, həmin vaxt qardaşı Sahib barədə məlumat almaq üçün “102” qaynar xəttinə dəfələrlə müraciət etsə də nəticəsi olmamışdır. Qardaşı Sahib günahsız olmuş, sonuncu nəinki narkotik heç siqaretdən də istifadə etməmişdir. Qardaşına nə qədər işgəncə versələr də narkotik vasitəni üzərinə götürməmişdir. İfadəsinin davamı olaraq Tacirə Məmmədzadə bildirmişdir ki, onlar mal-qaranı Ağcabədi rayonu ərazisindən Daşkəsən rayonu, Xoşbulaq kəndinə aparmışlar. O, Sahib saxlanılan zaman “Kamaz” markalı yük avtomobilinin sürücüsünün adını bilməmiş, polis əməkdaşları tərəfindən döyüldüyü zamanı aldığı xəsarətlə bağlı sənədlərini Göygöl rayon xəstəxanasında ekspertə təqdim etmişdir. Bundan sonra isə ekspert tərtib edilmiş sənədi polis şöbəsinə göndərmişdir. O, Göygöl rayon polis şöbəsinə gedib sənədlərini istədikdə orada işləyən Nizami adlı əməkdaş narahat olmamağını, həmin sənədləri Sahibin işinə əlavə edəcəklərini demişdir. O, Göygöl rayon polis şöbəsinin qarşısında öz mobil telefonu ilə “102” qaynar xəttinə zəng etmişdir. Qardaşı Sahib saxlanan zaman orada iki Daşkəsən rayonunda işləyən polis əməkdaşı olmuş, o, həmin polis əməkdaşlarının adlarını bilməmişdir. Sahib mobil telefonunu ona verməmişdən qabaq “Kamaz” markalı yük avtomobilinin qarşısında dayanmış, çəkiliş aparmış və köçdən gəldiyini demişdir. Bir qədər sonra qardaşı nə isə baş verəcəyindən şübhələnib telefonunu ona vermiş, həmin telefonu da ondan almışlar, hələ də geri qaytarmamışlar. Onun əlindən telefonu alan şəxs məhkəmədə dindirilmiş polis əməkdaşlarının arasında olmamışdır. Polis əməkdaşları çəkiliş etmək istədiyini gördükləri üçün telefonu əlindən almışlar. Təqsirləndirilən şəxs saxlanılan vaxt onun telefonu üzərində olmamış, telefonu Gəncə şəhərində anasıgilin evində qalmışdır. Köçə gedərkən telefona ehtiyac olmadığı üçün üzərində götürməmişdir. O, Sahib saxlanılarkən sonuncunun mobil telefonu ilə heç kimə zəng etməmiş, həmin vaxt Sahibin kiməsə zəng edib-etməməsini də bilməmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, Bərdə rayonunda olarkən Təqsirləndirilən şəxs yeznəsi və qardaşı ona zəng edib mal-qaranı aparmaq istədiklərini demişlər. Bundan sonra o, sonuncuların mal-qarasını yük avtomobilinə yığmışdır. Daşkəsən rayonunun postunda avtomobilini polis əməkdaşları saxlayıb heyvanların aparılması üçün arayış istəmişlər. Bu zaman onlar hamısı avtomobildən aşağı düşmüş, bir qədər sonra Təqsirləndirilən şəxs aparmışlar. O, sonuncunu aparanların kim olduğunu soruşduqda polis olduqlarını demişlər. İfadəsinin davamı olaraq Elsevər Allahverdiyev bildirmişdir ki, mal-qaranı aparmaq üçün arayışı onlardan polis əməkdaşları tələb etmiş, Təqsirləndirilən şəxs aparan polis əməkdaşları onların yük avtomobilini digər polis əməkdaşı saxlatdırdıqdan sonra avtomobillə gəlmişlər, lakin o, sonuncuların hansı istiqamətdən gəldiklərini və hansı avtomobillə gəldiklərini bilməmişdir. Polis əməkdaşları Sahibə yaxınlaşan kimi sonuncunu götürüb aparmışlar. O, həmin vaxt kənarda tanıdığı digər polis əməkdaşları ilə söhbət etmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman orada ondan başqa sonuncunun bacısı da olmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən o, sonuncunun mobil telefonunun kimdə olmasını bilməmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs bacısını saxlamadılar, bacısı yük avtomobilində əyləşmişdi, heç aşağı düşməmişdi. Sadəcə o və Sahib avtomobildən düşmüşdür. Sonuncu aparılarkən bacısı sadəcə Sahibi haraya apardıqlarını soruşmuş, başqa heç nə deməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları apardıqdan sonra o, sonuncunun bacısı ilə mal-qaranı evlərinə aparmışdır. Yolda gedərkən bacısı Təqsirləndirilən şəxs saxlanılma səbəbi ilə bağlı heç kimdən maraqlanmamışdır. Onun Sahibin hansı səbəbdən saxlanması barədə məlumatı olmamışdır. O, polis əməkdaşlarının Təqsirləndirilən şəxs yaxud sonuncunun bacısından mobil telefon götürməsini görməmişdir. O, ümumiyyətlə Sahibin bacısının telefonla çəkiliş etməsini də görməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən nə sonuncuya, nə də ki bacısına fiziki təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra bacısı avtomobildə gedərkən qardaşının saxlanılması barədə yaxınlarına məlumat verməyə çalışdıqda telefonunun olmadığını və polislər tərəfindən götürüldüyünü demişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin xx.xx.2024-cü il tarixli, 16/365 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə bənzər maddə..” sözləri və imzalar olan kağız paketdəki üzəri yapışqanlı lentlə sarınmış 1 (bir) ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 21,238 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. Qeyd: heroinin təmiz çəkisi - 21.238 qr., tədqiqata sərf edildi - 0,01 qr., qalıq - 21,138 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin xx.xx.2024-cü il tarixli, 16/401 nömrəli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs götürülmüş bir ədəd şalvar” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan paketdə olan 1 (bir) ədəd tünd boz rəngli, iki ön cibli, bir ön kiçik cibli və iki arxa cibli şalvarın, ön sol cibində narkotik vasitə heroin izi vardır, heroin iz şəklində olduğundan quru maddəsinin təmiz çəkisini müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim olunmuş şalvarın ön sol cibində narkotik vasitə və psixotrop maddə qalıqları aşkar olunmadı. Tədqiqata təqdim olunmuş şalvarın ön sağ cib, ön sol kiçik cib, arxa sağ cib və arxa sol ciblərində, narkotik vasitə və psixotrop maddə qalıqları aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 746 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroindən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X18 Şəxsin Ambulator məcburinarkoloji tibbi yoxlamasının xx.xx.2024-cü il tarixli, 3735 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Göygöl rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 160 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in xx.xx.2024-cü il tarixli, T 360/2024 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs istər ilkin, istərsə də təkrar məhkəmə-tibbi ekspertizası zamanı bədəni üzərində hər hansı xəsarət və ya onun izi aşkar edilmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 19:35-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2024-cü il tarixdə saat 18:10-da azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 18 mart 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd 10 (on) və iki ədəd 1 (bir) manatlıq pul əsginası, bir ədəd “Samsung” markalı mobil telefon, həmin şalvarın sol yan cibindən bir ədəd üzəri yapışqanlı lentlə sarınmış şəffaf sellofan büküm aşkar edilmişdir. Həmin bükümə baxış keçirildikdə tünd qəhvəyi rəngli, kəskin spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər maddə olması və elektron tərəzidə çəkildikdə çəkisinin 24,47 qram təşkil etməsi müəyyən edilmişdir. Qeyd edilən büküm zərfə qoyularaq DİN-in 72 nömrəli möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalansa da Təqsirləndirilən şəxs məsuliyyətdən qorxduğu üçün imza etməkdən imtina etdiyini bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd “Samsung” markalı mobil telefon içərisində maddi sübut əhəmiyyəti kəsb edə biləcək məlumatlar olması ehtimal edildiyindən götürülmüşdür. Bir ədəd 10 (on) və iki ədəd 1 (bir) manatlıq pul əsginası maddi sübut kimi əhəmiyyət kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs qaytarılmışdır. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə bənzər maddəni xx.xx.2024-cü il tarixdə Daşkəsən rayonunda əvvəllər tanımadığı, təsadüfən tanış olduğu şəxsdən alaraq əldə etdiyini, kiməsə satmaq və ya vermək niyyətində olmadığını, saxlanılarkən də ona qarşı qanunsuz hərəkətlərə yol verilmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “telefona baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd “Samsung A52” markalı mobil telefona baxış zamanı telefonun ekranı açılmadığı üçün içərisində olan məlumatlara baxış keçirmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış və götürmə haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, saxlanılan zaman Təqsirləndirilən şəxs əynində olmuş tünd göy rəngli cins şalvar müvafiq qaydada qablaşdırılaraq sonuncudan götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-nin BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid5 tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Göygöl rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-nin BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid5 tərtib etdiyi xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Göygöl rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli olan Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayonu ərazisində müəyyən edilərək saxlanması hissəsində qanun pozuntusunun aşkar olunmadığı müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-nin BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid5 tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportdan görünür ki, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Göygöl rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli olan Təqsirləndirilən şəxs həmin gün saat 18:10-da Göygöl rayonu, Yalqışlaq kəndi ərazisində saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbiri nəzərə alınmaqla Göygöl RPŞ-nin inzibati binasına gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Göygöl RPŞ-nin xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs müxtəlif şəxslərə narkotik vasitə satması barədə məlumat olsa da, onun narkotik vasitəni konkret olaraq haradan əldə etməsini, digər yerlərdə narkotik vasitə saxlamasını, eləcə də narkotik vasitə satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 21,138 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Göygöl RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin icraatında olmuş 585 C- 24 nömrəli ilkin yoxlama materialından görünür ki, Təqsirləndirilən şəxs DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən fiziki tətbiq edilməsi barədə müraciəti əsasında xidməti araşdırmalar idarəsində araşdırma aparılaraq cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin prokuroru X4 qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Daşkəsən RİH başçısının Zağalı kənd İƏDÜN-nin xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1947-ci il təvəllüdlü atası – X13, 1968-ci il təvəllüdlü anası - X11, xx.xx.1990-ci il təvəllüdlü arvadı – X3, xx.xx.2014-cü il təvəllüdlü oğlu Nihad Məmmədzadə və xx.xx.2015-ci il təvəllüdlü qızı Nuray Məmmədzadə ilə birlikdə Daşkəsən rayonu, Xoşbulaq kəndində yaşayır və yaşadığı yer üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 2 saylı istintaq təcridxanasına daxil olarkən ilkin tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Göygöl RPŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Göygöl RPŞ-nin MSY-nə daxil olan zaman tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü Nihad Abdullayev və xx.xx.2015-ci il təvəllüdlü Nuray Məmmədzadə adlı övladları vardır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində siyasi fəaliyyətinə görə saxlanıldığını, saxlanılan zaman üzərində narkotik vasitə olmadığını, həmin maddəni onun üzərinə polis əməkdaşlarının qoyduqlarını, polis əməkdaşlarının ona qarşı fiziki və psixi zorakılığa yol verdiklərini, onu döydüklərini, ailəsi ilə hədələdiklərini, hal şahidlərini də polis əməkdaşlarının pul qarşılığında dəvət etdiklərini göstərmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs bacısı X5 ifadəsində qardaşının Göygöl rayonu ərazisində polis postunda saxlanıldığını, polis əməkdaşlarının Təqsirləndirilən şəxs fiziki zor tətbiq etməklə özlərinə məxsus avtomobilə mindirdiklərini, həmin hadisəni qardaşına məxsus mobil telefon vasitəsi ilə videoya çəkdiyini, daha sonra polislərdən birinin mobil telefonu onun əlindən aldığını göstərmişdir. Eyni zamanda məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 və Şahid3 ifadələrində Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitə olan heorinə münasibətdə “mənim malım deyil” kimi ifadələr işlədərək həmin maddənin özünə məxsus olmasını inkar etdiyini göstərmişlər. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs, sonuncunun bacısı X5, eləcə də Şahid4 və Şahid3 tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, Şahid4la Şahid3 məhkəməyədək icraat zamanı verdikləri ifadələri, digər şahidlərin ifadələri, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, iş materiallarında olan DİN-nin BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid5 tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportlarda, eləcə də digər ilkin sənədlərdə Təqsirləndirilən şəxs siyasi fəaliyyəti ilə bağlı deyil, məhz qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Göygöl rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu üçün saxlanılması göstərilmişdir. Həmçinin ibtidai istintaq materiallarında ümumiyyətlə Təqsirləndirilən şəxs siyası fəaliyyətlə məşğul olmasına, habelə onun siyasi fəaliyyətinə görə tutulmasına dair hər hansı bir mötəbər sübut yoxdur, müdafiə tərəfi də iddia etdiyi həmin xüsusatla bağlı məhkəmə istintaqı zamanı hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Eyni zamanda iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid5, Şahid1 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs hər hansı bir siyasi fəaliyyətinə görə deyil, məhz narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanıldığını, saxlanılan zaman və polis şöbəsinə gətirilərkən sonuncuya qarşı hər hansı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, heç kimin sonuncunun üzərinə narkotik vasitə qoymadığını, ailəsi ilə hədə qorxu gəlmədiyini, narkotik vasitə olan heroinin şəxsi axtarış zaman Təqsirləndirilən şəxs əynində olan şalvar sol yan cibindən aşkar edildiyini, saxlanılarkən də sonuncunun tək olduğunu göstərmişlər. O cümlədən iş üzrə şahid qismində dindirilmiş Şahid4 və Şahid3 məhkəməyədək icraat zamanı verdikləri ifadələrində şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətində iştirak etdiklərini, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir bükümdə narkotik vasitə olan heroinə bənzər maddənin aşkar edildiyini, şəxsi axtarış zamanı heç kimin Təqsirləndirilən şəxs cibinə narkotik vasitə qoymadığını, heç kimin sonuncunu döymədiyini, ona qarşı psixi zorakılıq hallarına yol vermədiyini, belə bir halların şahidi olmadıqlarını, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə bənzər maddəni xx.xx.2024-cü il tarixdə Daşkəsən rayonunda əvvəllər tanımadığı, təsadüfən tanış olduğu şəxsdən alaraq əldə etdiyini, kiməsə satmaq və ya vermək niyyəti olmadığını, əlavə olaraq narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış hər hansı əşya predmetinin olmadığını, saxlanılarkən ona qarşı heç bir qanunsuz hərəkətlə yol verilmədiyini etiraf etdiyini göstərmişlər. Adları qeyd edilən hal şahidlərinin məhkəməyədək icraat zamanı və məhkəmə istintaqı zamanı verdikləri ifadələrini qarşılıqlı formada müqayisə etdikdə narkotik vasitə olan heroinin şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilməsi, həmçinin sonuncunun üzərinə heç kimin narkotik vasitə qoymaması, Təqsirləndirilən şəxs qarşı heç kimin fiziki və psixi zorakılıq hallarına yol verməməsi hissəsində eynilik təşkil etməsi açıq-aydın görünür. Həmin ifadələr arasında ziddiyyət sadəcə hal şahidlərinin dəvət edilməsi yeri, eləcə də Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olub-olmamasını etiraf etməsi hissəsindədir. Bununla belə məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi və digər xüsusatları ilə əlaqədar həmin şahidlərin məhkəməyədək icraat zamanı verdikləri ifadələri daha doğun olduğu üçün işin hərtərəfli, tam və obyektiv araşdırılmasından ötrü, eləcə də ittihamın həllində Şahid4la Şahid3 məhkəməyədək icraat zamanı verdikləri ifadələri əsas götürülməlidir. Habelə “şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş fotocədvəldən Təqsirləndirilən şəxs bədənin gözlə görünən hissələrində vizual baxdıqda döyülməyə xarakterik zədə və ya xəsarətlərin olması görünmür. Hətta iş materiallarında olan həm ilkin, həm də təkrar məhkəmə-tibbi ekspertizasının rəyləri ilə Təqsirləndirilən şəxs bədəni üzərində tutulan tarixə uyğun zədə və ya xəsarətlərin olması öz təsdiqini tapmamışdır. Eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasından və Göygöl RPŞ-dən daxil olmuş məktublardan görünür ki, Təqsirləndirilən şəxs hər iki quruma qəbul edilərkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar olunmamışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü iddia etsə də həm ilkin, həm də təkrar məhkəmə-tibbi ekspertizasının rəyləri, eləcə də digər tibbi sənədlər ilə onun bədəni üzərində tutulduğunu günə, yəni xx.xx.2024-cü il tarixə uyğun gələn xəsarətin olması öz təsdiqini tapmamışdır. Bundan əlavə, müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Elsevər Allahverdiyev də ifadəsində polis əməkdaşlarının Təqsirləndirilən şəxs yaxud sonuncunun bacısından mobil telefon götürməsini görmədiyini, ümumiyyətlə Təqsirləndirilən şəxs bacısının telefonla çəkiliş etməsini görmədiyini, Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən nə sonuncuya, nə də ki bacısına fiziki təzyiq göstərilmədiyini qeyd etmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 16/401 nömrəli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 (bir) ədəd tünd boz rəngli şalvarın, ön sol cibində narkotik vasitə heroin izi aşkar edilmişdir. Qeyd edilən xüsusatla bağlı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, saxlanılan zaman və şəxsi axtarış zamanı üzərindəki paltarlar eyni olmuşdur. Bundan başqa, iş materiallarından görünür ki, ibtidai istintaq zamanı xx.xx.2024cü il tarixdən etibarən Təqsirləndirilən şəxs müqavilə əsasında müdafiəçisi elə məhkəmə istintaqı zamanı onun hüquqlarını təyinat əsasında müdafiə edən eyni vəkil, yəni Müdafiəçi olmuşdur. Bununla belə, Təqsirləndirilən şəxs müqavilə əsasında müdafiəçiyə malik olmasına baxmayaraq ibtidai istintaq materiallarında nə özünün, nə də ki müdafiəçisinin fiziki və psixi zorakılığa məruz qalması ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qəbul edilmiş qərardan nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində polis əməkdaşları tərəfindən qanunsuzluğa, psixi və fiziki zorakılığa məruz qaldığını göstərsə də iş materiallarında, xüsusilə də həm ilkin, həm də təkrar məhkəmə-tibbi ekspertizasının rəylərində, eləcə də şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokola əlavə edilmiş fotocədvəldə, o cümlədən barəsində tərtib olunmuş digər tibbi sənədlərdə Təqsirləndirilən şəxs fiziki və ya psixi zorakılığa məruz qalması xüsusatı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X7 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə Qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə Qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Avropa İnsan Hüquqları Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı” və “Labita İtaliyaya qarşı” işlər üzrə Qərarlarında göstərmişdir ki, şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Bu araşdırma bu əməli törətməkdə məsuliyyət daşıyan şəxslərin müəyyən edilərək cəzalandırılmalarına imkan yaratmalıdır. Əks halda işgəncənin və qeyri-insani və alçaldıcı rəftarın və cəzanın ümumi şəkildə hüquqi baxımdan qadağan edilməsi fundamental əhəmiyyət kəsb etsə də təcrübədə səmərəsiz olacaq və bəzi işlərdə dövlətin nümayəndələrinin virtual cəzasızlıqdan istifadə edərək nəzarətləri altında olan şəxslərin hüquqlarını tapdalamaları mümkün olacaqdır. Yuxarıda göstərilənlərə əsasən və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent mövqeyi baxımından Təqsirləndirilən şəxs heç bir dəlillə möhkəmləndirilməyən təzyiqlərə və pis rəftara məruz qalmasına dair iddiası öz təsdiqini tapmır, müdafiə tərəfi də həmin xüsusatlarla bağlı fiziki və psixi zorakılığın görünən nəticəsini əks etdirən hər hansı bir mötəbər sübut təqdim edə bilmir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində və məhkəmə istintaqında verdiyi ifadəsində göstərdiyi xüsusatların tam təkzib olunduğunu təsdiq edir. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs və müdafiəçisi məhkəməyədək icraat dövründə məhz təzyiqlərə və pis rəftara məruz qalması, o cümlədən iddia etdiyi digər qanunsuzluqlarla bağlı polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından, eləcə də fiziki və psixi zorakılığa məruz qalması ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qəbul edilmiş qərardan nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etməmişlər. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində, həmçinin məhkəmə istintaqı zamanı verdiyi ifadələrini yoxlayaraq, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatını, habelə Şahid4 ilə Şahid3 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini bir-biri ilə, eləcə də iş üzrə dindirilmiş şahidlərin ifadələri, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş fotocədvəl ilə, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı sonuncunun həmin izahatına imza etməməsinə baxmayaraq, eyni zamanda Şahid4 ilə Şahid3 məhkəməyədək icraat zamanı verdikləri ifadələri ittihamın həllində əsas götürülməlidir. Belə olan halda məhkəmə tərkibi qeyd edir ki, bütün yuxarıda şərh olunanlara əsasən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən məhkəmə istintaqı zamanı verilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokolun, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatının, eləcə də hal şahidlərinin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrinin sübutların siyahısından çıxarılmasına dair vəsatəti əsassızdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram və ondan yuxarı, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi isə 2 qramdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 16/365 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin ümumi təmiz çəkisi 21,238 qram olmaqla külli miqdar təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X7 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Avropa İnsan Hüquqları Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Yuxarıda sadalanlara əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin çəkisinin külli miqdar təşkil etməsi, yəni həmin növ narkotik vasitə üçün Qanunla nəzərdə tutulmuş külli miqdarının aşağı həddindən 10 dəfə çox olması, eləcə də onun üzərindən şəxsi axtarış zamanı heroinin aşkar edilməsinə baxmayaraq məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən onun narkomaniya xəstəliyindən əzab çəkməməsi faktı Təqsirləndirilən şəxs mənfəət əldə etmək üçün qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda narkotik vasitəni ayrı-ayrı şəxslərə satış məqsədilə əldə etməsini tam olaraq sübuta yetirir. Bununla da məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 18 mart 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 180 (bir yüz səksən) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Göygöl RPŞ-nin saxlanc anbarına təhvil verilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 21,138 qram narkotik vasitə olan heroin məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 746 nömrəli və xx.xx.2024-cü il tarixli, 3735 nömrəli məhkəmə-narkoloji ekspertizaların rəyinə əsasən, Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 18 mart 2024-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 180 (bir yüz səksən) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Göygöl RPŞ-nin saxlanc anbarına təhvil verilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 21,138 qram narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar