Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-465/2025 17.07.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Müslümov Bəhruz Firizman oğlundan ibarət tərkibdə, Quliyev Cahandar Elmar oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin böyük məsləhətçisi Qanuni nümayəndə iştirakları ilə, xx.xx.2009-cu il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam-orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qeyri rəsmi ər-arvad münasibətlərində olduğu Zərərçəkmiş şəxs1 onunla münasibətlərini sonlandırmasından və Zərərçəkmiş şəxs2 ilə qeyri rəsmi ərarvad münasibəti qurmasından hiddətlənərək qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qəsdən xüsusi amansızlıqla öldürmək qərarına gəlmiş və bu məqsədlə 13 sentyabr 2024-cü il tarixdə saat 22 radələrində Azərbaycan Bayrağı küçəsində yerləşən “Əminə” marketin yaxınlığında sonuncuların birlikdə əl-ələ gəzməsini cinayətkar niyyətini həyata keçirmək üçün fürsət bilərək üzərində gəzdirdiyi tiyəsi boz rəngli metaldan hazırlanmış bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik tiyəsinin uzunluğu 150 mm, orta hissədən eni 32 mm, qalınlığı 2,6 mm, dəstəyinin uzunluğu 125 mm, ümumi uzunluğu 275 mm olan kustar üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə onların üzərinə getmiş, lakin Zərərçəkmiş şəxs2 vaxtında cəld hərəkət edərək həmin yerdən qaçaraq uzaqlaşması nəticəsində öz cinayətkar niyyətinə iradəsindən asılı olmayan səbəblərə görə nail ola bilməyərək Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 gözləri qarşısında qəsdən xüsusi amansızlıqla öldürməyə yəni qəsdən xüsusi amansızlıqla həyatdan məhrumetməyə cəhd etmiş, daha sonra Zərərçəkmiş şəxs2 yaxalaya bilmədiyinin fərqinə varıb öz cinayətkar niyyətini həyata keçirmək üçün Zərərçəkmiş şəxs1 üzərinə gedərək həmin bıçaqla sonuncuya qarın nahiyəsinin sol tərəfində, digəri isə göbək nahiyəsində yerləşən, daxilə keçərək qara ciyər və nazik bağırsağın zədələnməsi ilə müşahidə olunan, digər bir ədəd yara döş qəfəsi nahiyəsinin arxa səthinin sol tərəfində yerləşən daxilə keçərək hemopnevmotoraksla müşayiət olunan insan həyatı üçün təhlükəli olduğundan sağlamlığıa AĞİR zərər vurmaya aid edilən, bundan başqa sol kürək nahiyəsində iki ədəd, belində sağda bir ədəd, boyun nahiyəsində solda bir ədəd, sağ said nahiyəsində bir ədəd, sol bazu nahiyəsində iki ədəd, sol said nahiyəsində beş ədəd, sağ bud nahiyəsində üç ədəd deşilmiş-kəsilmiş yaralarla müşaylət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilən ümumilikdə 18 (on səkkiz) ədəd deşilmiş-kəsilmiş yara xəsarətləri yetirmiş, lakin Zərərçəkmiş şəxs1 vaxtında Gəncə şəhər Abbas Səhhət adına Xəstəxanaya aparılıb orada həkimlərin təcili və ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən, Təqsirləndirilən şəxs bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək, Zərərçəkmiş şəxs1 qəsdən xüsusi amansızlıqla öldürməyə cəhd etmiş, yəni sonuncunu qəsdən xüsusi amansızlıqla həyatdan məhrum ctməyə cəhd etməklə, qəsdən iki və ya daha çox şəxsi xüsusi amasızlıqla həyatdan məhrum etməyə cəhd etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 29,120.2.4 və 29, 120.2.7-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə 2 il qeyri-rəsmi ər-arvad münasibətində yaşamışlar. Bu münasibətdən onların 2 yaşlı bir qızları var. O, Bakı şəhərində olarkən Aygünün ona ayrılmaq istməsi barədə heç nə demədən uşağı anasına verib Hüseyn adlı şəxslə birlikdə qaçdığını eşitmişdir. Bundan sonra Aygünün arxasınca Gəncə şəhərinə gələrək onları axtarıb tapmışdır. “İmperial şadlıq sarayı”nın yanında olarkən Aygünlə Hüseyninin yan-yana getdiklərini görüb onalara tərəf qaçan zaman Hüseyn onu görüb qaçmağa başlamışdır. O, əvvəlcə Hüseynə xəsarət yetirmək üçün onun arxasınca qaçmış, lakin ona çata bilmədiyindən yenidən Aygünə tərəf gedib onu tutmuşdur. Əvvəlcə yumruq zərbəsi vuraraq Aygünü yerə yıxmış, sonra isə çoxsaylı bıçaq zərbələri endirmişdir. Həmin vaxt qan görmədiyi üçün ona heç nə olmadığını fikirləşmiş və yerdən qalxdıqdan sonra iki dəfə də zərbə endirmişdir. Bunda sonra yolda olan tanımadığı şəxslər Aygünü avtomobilə mindirib aparmışlar. O, hadisədən sonra təslim olmaq üçün polis şöbəsini axtara-axtara X3 getmiş, orada gördüyü post patrul xidmətinin əməkdaşlarına yaxınlaşaraq törətdiyi cinayəti etiraf etmiş və bıcağı təhvil vermişdir. Bundan başqa o, ifadəsində bıçağı Aygünə xəsarət yetirmək üçün götürdüyünü, onları birlikdə gördükdə isə əvvəlcə Hüseynə xəsarət yetirmək istədiyini, qaçmasa ona da xəsarət yetirəcəyini, onları öldürmək niyyətinin olmadığını, sadəcə xəsarət yetirmək istədiyini və əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla 2 il qeyri-rəsmi ər-arvad münasibətində yaşamışlar və onların bu münasibətdən 2 yaşlı bir qızları var. Murad ona başqa şəxslə evlənəcəyini dediyi üçün əvvəlcədən münasibəti olan Zərərçəkmiş şəxs2la qaçmaq qərarına gəlmişdir. Murad Bakı şəhərində olanda olunla əlaqəsi olmadığı üçün ayrılmaq istməsi barədə heç nə deyə bilməmiş və Hüseynlə birlikdə qaçaraq Gəncə şəhərinə gəlmişdir. Hadisə günü Hüseynlə birlikdə “İmperial şadlıq sarayı”nın qarşından keçərkən yanlarında olan tanımadığı azyaşlı uşaq kiminsə qaça-qaça onlara tərəf gəldiyini demişdir. O, arxaya çevirilib baxanda Muradın əlində bıçaqla onlara tərəf qaçdığını görüb Hüseynə xəsarət yetirəcəyini bildiyi üçün ona qaçmasını demişdir. Murad əvvəlcə Hüseynin arxasınca qaçmış, lakin çata bilmədiyi üçün onun üzərinə gələrək əvvəlcə boynuna, sonra qarnına, qollarına və ayaqlarına çoxsaylı bıçaq zərbələri endirmişdir. Bundan sonra yolda olan tanımadığı şəxslər onlara yaxınlaşıb Muradı uzaqlaşdırmış və onu avtomobillə xəstəxanaya aparmışlar. Bundan başqa o, ifadəsində təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmiş və ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 yoldaşından boşandığını, onu sevdiyini və onunla qaçmaq istədiyi deyəndən sonra onlar birlikdə qaçaraq Gəncə şəhərinə gəlmişlər. Hadisə günü Aygünlə birlikdə “İmperial şadlıq sarayı”nın qarşından keçib yaşadıqları evə tərəf gedərkən yanlarında olan tanımadığı azyaşlı uşaq kiminsə qaça-qaça onlara tərəf gəldiyini demişdir. Aygün geriyə çevrilərək Muradın gəldiyini görüb ona qaçmasını demişdir. Muradın onlara xəsarət yetirmə ehtimalının olduğunu əvvəlcədən bildiyi üçün Aygünün xəbardarlığından sonra qaçaraq oradan uzaqlaşmışdır. Bir qədər binaların arasında gözlədikdən sonra Aygünün arxasınca yenidən hadisə yerinə getmiş və onun xəstəxanaya aparıldığını eşitmişdir. Bundan başqa o, ifadəsində təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmiş və ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğlu, Aygün isə baldızının qızıdır. Aygünün valideyinlərinin sənədləri qaydasında olmadığı üçün onu övladlığa götürmüşdür. Aygünlə Murad birbirlərini sevib evlənmişlər, 2 il ər-arvad münasibətində yaşamışlar və bir qız övladları var. Hadisədən bir müddət əvvəl Aygün küsüb anasının evinə getmiş, 5-6 gün sonra isə uşağını atasına verib Hüseyn adlı şəxsə qoşulub qaçmışdır. O, Aygünün qaçdığını biləndən sonra nəvəsini də götürüb Bakı şəhərinə getmişdir. 1-2 ay sonra Murad Aygünün qaçdığını bilib onun xəbəri olmadan Aygünün arxasınca Gəncə şəhərinə gəlmişdir. O, hadisə barədə sonradan eşitmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadəsi ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya PHŞ-nin Gəncə şəhər şöbəsinin “canlı şəxsin ekspertizası”na dair xx.xx.2024-cü il tarixli 1290 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində on səkkiz (18) ədəd deşilmiş-kəsilmiş yaralar aşkar edildi. Yaralardan biri qarın nahiyəsinin sol tərəfində, digəri isə göbək nahiyəsində yerləşir, daxilə keçərək qaraciyərin və nazik bağırsağın zədələnməsi ilə müşahidə olunur. Bir ədəd yara döş qəfəsi nahiyəsinin arxa səthində, solda yerləşir, daxilə keçərək hemopnevmotoraksla müşahidə olunur. Qeyd edilən yaralar dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. Zərərçəkmiş şəxs1 bədəni üzərində qeyd edilən yaralardan başqa sol kürək nahiyəsində iki ədəd, belində sağda bir ədəd, boyun nahiyəsində solda bir ədəd, sağ said nahiyəsində bir ədəd, sol bazu nahiyəsində iki ədəd, sol said nahiyəsində beş ədəd, sağ bud nahiyəsində üç ədəd deşilmiş-kəsilmiş yaralar aşkar edildi. Qeyd edilən yaralar dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş yaralar deşici-kəsici əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir. Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya PHŞ-nin Gəncə şəhər şöbəsinin “canlı şəxsin ekspertizası”na dair xx.xx.2024-cü il tarixli 1349 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət müəyyən edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi PHŞ-nin “kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizası”na dair xx.xx.2024-cü il tarixli, 714 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Zərərçəkmiş şəxs1 qarşı törətdiyi hərəkətlərin xarakter və mənasını anlaya və dərk edə bilərdi. X4 psixi vəziyyətində hər hansı pozuntu müşahidə olunmur. Təqsirləndirilən şəxs hadisə zamanı öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni cinayət hadisəsini törədən zaman ANLAQLİ olmuşdur. O, hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CMnin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxıl olma. Təqsirləndirilən şəxs qeyri rəsmi ər arvad münasibətlərində olmuş Zərərçəkmiş şəxs1 qarşı etdiyi hüquqazidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra əsəbi psixi emosional halda olmuşdur. Təqsirləndirilən şəxs özündən uydurmağa meyilli deyildir. Təqsirləndirilən şəxs göstərilən cinayət hadisəsini törədərkən əsəbi psixi-emosional halda olmuşdur. O, cinayət hadisəsi törədərkən güclü ruhi həyəcan (fiziolofi affekt) vəziyyətində olmamışdır (keçirməmişdir). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi PHŞ-nin “məhkəmə-tibbi bioloji ekspertizası”na dair xx.xx.2024-cü il tarixli 36 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 maye halda qanın qrup göstəricisi ABO sistemi üzrə A (İİ) betadır. Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd qolu qısa köynək üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A (İİ) beta olduğundan onun özünə məxsus ola bilər. Təqsirləndirilən şəxs məxsus 01 ədəd qolu qısa köynək üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A (İİ) beta olduğundan Zərərçəkmiş şəxs1 qızna məxsus ola bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpsertizası mərkəzinin Gəncə regional bölməsinin “məhkəmə ballistik, məhkəmə trasoloji eksperizası”na dair xx.xx.2024-cü il tarixli, 16/1017/1018 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunan qısaqol köynəyin üzərində olan 10 ədəd “a”, “b”, “c”, “d” zədələri bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş köynəyin üzərindəki zədələrdə zədə yaradan predmentə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmətibbi Ekspertiza və Patololi Anatomiya ETT Birliyinin xx.xx.2024-cü il tarixli 1290 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarətlər ilə təqdim edilmiş köynəyin səthində olan zədələr müqayisə edilərək müəyyən oldu ki, bədəndə yerləşən “Yaralardan biri qarın nahiyyəsinin sol tərəfində, digəri isə göbək nahiyyəsində yerləşir, daxilə keçərək qaraciyərin və nazik bağırsağın zədələnməsi ilə müşahidə olunur. Bir ədəd yara döş qəfəsi nahiyyəsinin arxa səthində solda yerləşir, daxilə keçərək hemopnevmotoraksla müşahidə olunur” və “sol kürək nahiyəsində iki ədəd, belində sağda bir ədəd, sol bazu nahiyyəsində iki ədəd deşilmiş-kəsilmiş yaralar” xəsarətləri ilə köynəyin səthində olan “a”, “b”, “c”, “d” zədələri yerləşmə sahəsinə görə uyğunluq təşkil edir, yəni yuxarıda qeyd edilən zədələr və xəsarətlər üst-üstə düşür. xx.xx.2024-cü il tarixli “paltarlara baxış keçirilməsi və götürülməsi barədə” protokoldan və ona əlavə edilmiş foto şəkillərdən görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs1 əynində olmuş 01 ədəd ağ rəngli, qısa qollu köynək baxış keçirilərək götürülmüşdür. xx.xx.2024-cü il tarixli “şəxsin könüllü gəlməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Gəncə şəhər BPİ-nə gələrək törətmiş olduğu cinayət əməlini etiraf etmişdir. xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi və götürülməsi barədə” protokoldan və ona əlavə edilmiş foto şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xəsarət yetirdiyi 01 ədəd taxta dəstəkli, üzərində alüminium rəngdə 03 ədəd nöqtə işarəsi olan bıçaq və hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd ağ rəngli qısa qollu köynək baxış keçirilərək götürülmüşdür. xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə” protokoldan və ona əlavə edilmiş foto şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları əyani şəkildə göstərərək təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli “zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması barədə” protokoldan və ona əlavə edilmiş foto şəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları əyani şəkildə göstərərək təsdiq etmişdir. Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə“həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli həmin tarixdən hesablanmışdır. Gəncə şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 2 (iki) ay müddətinə, yəni xx.xx.2025-ci il tarixədək uzadılmışdır. Gəncə şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 2 (iki) ay müddətinə, yəni xx.xx.2025-ci il tarixədək uzadılmışdır. Gəncə şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır. xx.xx.2024-cü il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 22:17-də Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi ilə üzü Bayraq meydanı istiqamətində bir nəfər qadın cinsindən, bir nəfər kişi cinsindən olan və yanlarında iki nəfər uşaq olan şəxslər hərəkət edən zaman əynində ağ rəngli qolu gödək yay koftası olan kişi cinsindən olan şəxs arxadan onların üzərinə qaçaraq gəlmiş, bu zaman kişi cinsindən olan şəxs üzü İsaq Cəfərov küçəsi istiqamətində, iki nəfər uşaq üzü Bayraq meydanı istiqamətində, qadın cinsindən olan şəxs isə Metallurq stadionu istiqamətində qaçamışdır. Əynində ağ rəngli qolu gödək yay koftası olan kişi cinsindən olan şəxs isə qadın cinsindən olan şəxsin arxasınca qaçaraq onu yolun kənarında dayanmış ağ rəngli, Hunday markalı və qara rəngli, Mersedes markalı avtomobillərin arasında tutaraq yerə yıxmış və əlində olan bıçağa bənzər əşya ilə bir neçə dəfə zərbə endirmişdir. Bu zaman iki nəfər şəxs onlara yaxınlaşaraq qadını həmin şəxsin əlindən almağa çalışırlar və qadın yerdən qalxır. Əynində ağ rəngli qolu gödək kişi qoftası olan kişi cinsindən olan şəxs İsaq Cəfərov küçəsi istiqamətində hərəkət edir, lakin bir anlıq dayanıb geri qayıdır və qadına çataraq ona bir neçə dəfədə əlindəki bıçağa bənzər əşya ilə zərbə endirdikdən sonra qadın nömrəsi və markası məlum olmayan avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşır. Qadını vuran şəxs isə əlindəki bıçağa bənzər əşyanı belinə qoyaraq İsaq Cəfərov küçəsi istiqamətində qaçır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli ərizələrindən və Gəncə Regional ASAN Xidmət mərkəzinin notariat ofisi tərəfindən təsdiqlənmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxs o, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Yevlax şəhər İcra Hakimiyyəti başçısı Yevlax şəhər 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-9-1/2-579/2024 saylı arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatda olmaqla atası Şahid, anası X2, bacıları Zərərçəkmiş şəxs1, X6, X7, qardaşları X11, X5 və X9 ilə birlikdə ünvan 3 ünvanında yaşamışdır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 4633 saylı və Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 4710 saylı arayışlarından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda durmur. xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd ağ rəngli, qolsuz qadın köynəyi və Təqsirləndirilən şəxs məxsus 01 ədəd ağ rəngli, qolu gödək kişi köynəyi, həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd tiyəsi boz rəngli olan bıçaq iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Gəncə şəhər prokurorluğunun arxivinə təhvil verilmiş, hadisənin görüntülərini əks etdiriən 01 ədəd DVD disk ciayət işinin materiallarına əlavə edilmişdir. Əməlin tövsifi və digər hüquqi məsələlər: Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam olaraq təqsirli bilməyərək ifadəsində bıçağı Aygünə xəsarət yetirmək üçün götürdüyünü, Aygün və Hüseyni öldürmək niyyətinin olmadığını, sadəcə xəsarət yetirərək cəzalandırmaq istədiyini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin ifadəyə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs verdiyi bu məzmunlu ifadə işin faktiki hallarına uyğun olmayan, məsuliyyətini yüngülləşdirməsinə xidmət edən ifadədir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla, o cümlədən hadisənin baş vermə görüntülərini özündə əks etdirən videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs öncə Zərərçəkmiş şəxs2 arxasınca qaçmağa çalışmış, ona çata bilməyəcəyini anladıqdan sonra digər Zərərçəkmiş şəxs1 arxasınca qaçaraq ona çatıb sonuncu əllərini havaya qaldıraraq zərbələrin təsirindən qorunmağa çalışmasına, ondan mərhəmət diləməsinə məhəl qoymadan onu yolun kənar hissəsinə doğru qovaraq, əvvəlcədən əldə etdiyi, əlində olan bıçaqla sonuncunun üzərinə hücum edərək qəsdən baş nahiyəsinə zərbələr endirdikdən sonra Zərərçəkmiş şəxs1 yerə yıxılıb onu vurmaması üçün əli ilə müqavimət göstərməsinə baxmayaraq, zərçəkmiş şəxsə dəfələrlə bıçaq zərbələri endirərək onun bədəni üzərində on səkkiz (18) ədəd deşilmiş-kəsilmiş yaralara səbəb olan xəsarətlər yetirərək sonuncunu qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi zərərçəkmiş şəxsləri öldürmək istəməməsi, sadəcə olaraq bıçaqla xəsarət yetirərək cəzalandırmaq istəməsi barədə xüsusatlar işin faktiki halları ilə öz təsdiqini tapmadığından tam inkar edilir və məhkəmə, onun verdiyi həmin ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşımaqla törətdiyi xüsusilə ağır cinayətin məsuliyyətindən yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır. Həmin xüsusatlar özünün işin faktiki halları ilə təkzib olunan ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Həmin hallar mötəbərliyi şübhə altına alına bilinməyən zərərçəkmiş şəxslərin ifadəsi, videogörüntü və məhkəmə-tibbi ekspertiza rəyləri ilə də öz təsdiqini tapır. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Həmin qərarın 3-cü bəndində isə göstərilmişdir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin qərarın 8-ci bəndində göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Həmin qərarın 11-ci bəndində göstərilmişdir ki, təqsirkar iki və ya daha çox şəxsi öldürməyə görə CM-nin 120.2.7-ci maddəsi ilə o vaxt məsuliyyət daşıya bilər ki, onun hərəkətləri vahid qəsdlə əhatə olunsun və bir qayda olaraq eyni vaxtda törədilmiş olsun. Belə cinayət hərəkəti ayrı-ayrı vaxtlarda da törədilə bilər, bu şərtlə ki, təqsirkarın iki və ya daha çox şəxsi öldürməkdən ibarət niyyəti əvvəlcədən yaranmış olsun. Yuxarıda qeyd olunan plenum qərarından da göründüyü kimi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Aygün Əmiraslanovun ona xəyanət edərək digər şəxslə ailə qurması səbəbiylə onu və faktiki olaraq ailə münasibətlərində olduğu Zərərçəkmiş şəxs2 əvvəlcədən əldə etdiyi bıçaqla öldürmək qərarına gəlmişdir. Lakin iş materiallarından da göründüyü kimi, təqsirləndirilən şəxs ilk öncə Zərərçəkmiş şəxs1 gözü qarşısında faktiki olaraq ər arvad münasibətlərində olduğu Zərərçəkmiş şəxs2 arxasınaca qaçaraq ona çata bilməyəcəyini anladıqdan sonra digər Zərərçəkmiş şəxs1 arxasınca qaçmış və sonuncunun əllərini havaya qaldıraraq zərbələrin təsirindən qorunmağa çalışmasına, ondan mərhəmət diləməsinə məhəl qoymadan dəfələrlə bıçaq zərbələri endirərək onun bədəni üzərində on səkkiz (18) ədəd deşilmiş-kəsilmiş yaralara səbəb olan xəsarətlər yetirərək xüsusi amansızlıqla sonuncunu qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Beləliklə məhkəmə törədilmiş cinayətin bütün hallarının məcmusunu əsas tutmaqla və xüsusilə cinayətin üsulu və alətini, yetirilən xəsarətlərin xarakterini, sayını, yerləşməsini, təqsirkarın şəxsiyyətini, onun zərərçəkmiş şəxslərlə qarşılıqlı münasibətini, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışını tədqiq etməklə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. 20.1-ci maddəsinə əsasən, cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. 20.2-ci maddəsinə əsasən, on dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir. 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 84.1-ci maddəsinə əsasən, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Yetkinlik yaşına çatmayanlara cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məcmuya daxil olan cinayətlərdən birinə görə on il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu halda qəti cəza az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilir. 85.5.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzalarını ümumi rejimli tərbiyə müəssisələrində çəkirlər. 86.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Hazırkı cinayət işinin materiallarından görünür ki, xx.xx.2009-cu il təvəllüdlü Təqsirləndirilən şəxs 14 sentyabr 2024-cü il tarixdə ittiham olunduğu xüsusilə ağır cinayətlər təsnifatına aid əməli törədərkən onun 15 yaşı tamam olmuşdur. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 84.1 və CPM-in 428.2-ci maddələrinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Qərarın 12-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi cəzanı yüngülləşdirən haldır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamasını (CM-nın 59.1.2), könüllü olaraq gəlib təqsirini boynuna almasını (CM-nın 59.1.10), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM 59.1.12), törətdiyi əmələ görə peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini (CM 59.2) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi və əməlində ağırlaşdırıcı halların olmaması ona cəza təyin olunarkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinə əsasən xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə və 120.2.7-ci maddəsinə əsasən iki və ya daha çox şəxsi öldürmə cinayət əməlini törətməyə görə on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulsa da, təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmaması və göstərilən maddələr üzrə cinayət etməyə cəhd etməsi əsas götürülməklə Təqsirləndirilən şəxs cəza təyin edilərkən CM-in 60.1-ci və 63.3-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 85.5.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzalarını ümumi rejimli tərbiyə müəssisələrində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəndə çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə Gəncə şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd ağ rəngli, qolsuz qadın köynəyi özünə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 ədəd ağ rəngli, qolu gödək kişi köynəyi yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd tiyəsi boz rəngli olan bıçaq iş məhv edilməli, hadisənin görüntülərini əks etdiriən 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəflərinə aid olan 63 (altmış üç) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs atası Şahid tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə, məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi 11 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 11 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə Reginal Vəkil Bürosunun hesabına 121 manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 7 (yeddi) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə Gəncə şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd ağ rəngli, qolsuz qadın köynəyi özünə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Təqsirləndirilən şəxs məxsus 01 ədəd ağ rəngli, qolu gödək kişi köynəyi yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd tiyəsi boz rəngli olan bıçaq iş məhv edilsin, hadisənin görüntülərini əks etdiriən 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəflərinə aid olan 63 (altmış üç) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs atası Şahid tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə Reginal Vəkil Bürosunun hesabına 121 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-465/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-465/2025
17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver