Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-466/2025 02.02.2026 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Müslümov Bəhruz Firizman oğlundan ibarət tərkibdə, Salmanzadə Ülkər Hikmət qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X4, müdafiəçi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 07 avqust 1990-ci ildə Şəmkir rayonu Dəllər- Daşbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şəmkir rayonu Dəllər-Daşbulaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış ,barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PXnin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməyən tarixdə və mənbədən “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”-in İ siyahısının İ və İİ bəndləri, həmçinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ və İİ siyahıları ilə müəyyən edilən, narkotik vasitə olan tiryək, heroin və psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində və idarə etdiyi VAZ 21074 markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində saxlamaqla daşımış, həmin psixotrop maddə olan metamfetamindən bir büküm götürərək qanunsuz olaraq qazanc əldə etmək məqsədilə Şəmkir rayonu, Çaparlı kəndində yaşayan tanışı Şahid12, 09 noyabr 2024-cü il tarixdə, saat 17 radələrində Şəmkir rayonu, Çaparlı kəndinin ərazisində yerləşən “OBA” marketin içərisində olan “E-manat” ödəmə nöqtəsindən sonuncunun onun istifadəsində olan "xxxx" ASC-yə məxsus 4169-7388- 1984-3792 nömrəli kart hesabına 50 (əlli) manat məbləğində pulun göndərilməsi qarşılığında satmış, daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon polis şöbəsinin X18 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində psixotrop maddənin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən Şahid12 10 noyabr 2024-cü il tarixdə, saat 11:50-də Şəmkir rayonu, Çaparlı kəndinin ərazisində yaşadığı evin həyətində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin X18 cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kiçik leytenantı X7 tərəfindən üstü yoxlanılan zaman əynindəki şalvarın sağ yan cibindən bir gün öncə ondan satın aldığı 01 ədəd kağız bükümdə olan bir ədəd şəffaf bükümdə, ümumi təmiz çəkisi 0,283 qram, xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayon polis şöbəsinin Cinayət-axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddə əldə edib üzərində, həmçinin avtomobilində saxlamasında və daşımasında şübhəli bilindiyindən Təqsirləndirilən şəxs 31 yanvar 2025-ci il tarixdə saat 22:20-də Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən aptekin içərisində saxlanılaraq idarə etdiyi Vaz 21074 markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirilərək Şəmkir rayon polis şöbəsinin istintaq bölməsində istintaqı aparılan cinayət işi üzrə bölmənin baş müstəntiqi, polis kapitanı Toğrul Rəhimli tərəfindən üzərinə baxış istintaq hərəkəti keçirilən zaman əynində olan tünd boz rəngli şalvarın sol yan cibindən Şahid12 satmış olduğu xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olan 01 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə, xeyli miqdarda təmiz çəkisi 0,484 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, davam etdirilən istintaq hərəkətləri nəticəsində onun idarə etdiyi Vaz 21074 markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilən zaman avtomobilin yük yerindən 01 ədəd qara rəngli sellofon torbanın içərisində olan 04 ədəd sellofon torbanın içərisindən üzəri yapışqanlı lentlə sarınmış 01 (bir) ədəd qara rəngli polietilen torbada, təmiz çəkisi 770 qram, külli miqdarda maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 03 (üç) ədəd qara rəngli polietilen torbada xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olan, ayrı-ayrılıqda təmiz çəkiləri 1115 qram, 1215 qram, 1110 qram, ümumi təmiz çəkisi 3440 qram, külli miqdarda maddələr xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Bundan başqa cinayət işi üzrə Şəmkir Rayon Məhkəməsinin sabiq hakimi X8, 5(076)-28/2025 nömrəli, 02 fevral 2025-ci tarixli qərarı əsasında Təqsirləndirilən şəxs tutulanadək yaşadığı Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndində yerləşən fərdi yaşayış evində axtarış istintaq hərəkətləri aparılan zaman sonuncunun istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq əldə edib üzərində gəzdirərək həmin fərdi yaşayış evinin yataq otağında olan dolabda gizlətdiyi 01 (bir) ədəd yaşıl, boz rəngli çexolun içərisində, qatlanmayan, tiyə və dəstək hissədən ibarət olub ümumi uzunluğu 300 mm, tiyənin uzunluğu 177 mm, dəstəyinin uzunluğu 123 mm, diametri 30 mm, zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, təyinatı üzrə istifadəyə yararlı, soyuq silah hesab edilən ov bıçağı aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, saxlanıldığı gün atasına dərman almaq üçün aptekə daxil olmuşdur. Dərmanı alıb pulu vermək istəyəndə 7-8 nəfər polis əməkdaşı gəlib arxadan onu tutaraq yerə yıxmışlar. Polis əməkdaşları ona idarə etdiyi avtomobildə narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişlər, o isə avtomobilin atasına məxsus olduğunu, onu çağırıb yanında baxış keçirmələrini istəmişdir. Həmin vaxt qışqırıb aptekin müdirinə “məni tuturlar, atama zəng elə gəlib qoymasın” demiş, eyni zamanda ətrafda təhlükəsizlik kamerası olduğunu bildiyi üçün yüksək səslə iki nəfər şahid çağırıb onların yanında, kameraların altında baxış keçirilmələrini istəmişdir. Bundan sonra aptekin əməkdaşı mühafizə şöbəsinin əməkdaşlarını çağırmışdır. Polis əməkdaşları onu aptekdə saxlayandan sonra kamerların olmadığı əraziyə aparıb avtomobildə döyərək 04 kilo çəkidə narkotik vasitəni götürməsini tələb etmişlər. O, da valideyinlərini və ya kənar şəxslərdən kimlərisə şahid kimi çağırıb onların yanında çəkilişlə baxış keçirmələrini deyib götürməkdən imtina etmişdir. Daha sonra onu polis şöbəsinə aparıb fiziki təzyiq göstərərək verdikləri narkotik vasitəni götürməsini istəmişlər. İki gün, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şöbədə fiziki təzyiqlərə məruz qalmasına baxmayaraq polis əməkdaşları ilə razılaşmamışdır. Sonda evindən narkotik vasitə çıxaracaqlarını deyərək hədə-qorxu gəldikləri üçün məcbur olub onlarla razılaşmışdır. Verilmiş ittihamda saat 22:20-də saxlanıldığı qeyd olunub, lakin o, saat 21 radələrində saxlanılmışdır. Belə ki, aptek saat 22-də bağlanır, 22:20-də saxlanılması mümkün deyil. Saxlanıldığı ərazidə həm daxil olduğu aptekdə, həm yanacaqdoldurma məntəqəsində, həm də "xxxx"də təhlükəsizlik kameraları olduğundan hansı şəraitdə saxlanılması kamera görüntülərinə düşmüşdür. Lakin hadisədən sonra aptekin kamera görüntüləri silinmişdir. O, narkotik vasitə istifadəçisi olsa da heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Samirə ilə 5-6 dəfə birlikdə narkotik vasitə istifadə etmişdir. Birlikdə istifadə etdikləri narkotik vasitəni Samirənin verdiyi pulla narkotik vasitə satan şəxslərdən əldə etmişdir. O, evdən aşkar olunan bıçağı 2016-cı ildə şəhid olmuş dostunun hədiyyə verdiyini, həmin vaxtdan suvenir kimi evdə saxladığını, həmin bıçağın soyuq silah olduğunu bilmədiyini və ondan heç vaxt istifadə etmədiyini bildirmişdir. Sonda məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərişdir ki, o, narkotik vasitə istifadəçisidir. 03 ildir ki, Arzu ilə bir-birlərini tanıyırlar. Onunla bir neçə dəfə birlikdə narkotik vasitə istifadə etmişlər. Birlikdə istifadə etdikləri narkotik vasitəni həmişə Arzu gətirmiş və əvəzində ondan pul almamışdır. Arzu ilə birlikdə tanış kimi narkotik vasitə istifadə etmişlər, sadəcə bir dəfə ondan pul qarşılığında narkotik vasitə almışdır. Belə ki, Arzu onun yaşadığı evə gəlib-getdikcə kənd sakinlərindən kimsə polisə məlumat vermiş və polis əməkdaşları Arzunu izləməyə başlamışlar. Son zamanlar görüşə bilmədikləri üçün sonuncu dəfə Arzunun istifadəsində olan bank kartına 50 manat pul göndərərək ondan narkotik vasitə gətirməsini istəmiş, Arzu da narkotik vasitəni gətirib yaşadığı küçədə bir yerə qoymuşdur. Həmin vaxt Arzudan 50 manat qarşılığında 0.5 qram metamfetamin almışdır. O, Arzunun qoyduğu narkotik vasitəni götürdükdən bir gün sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərişdir ki, o, Arzunu şəxsən tanımır, onun mobil nömrəsini necə əldə etdiyini xatırlamır. Arzu ilə yalnız bir dəfə, o, saxlanılmamışdan 2 gün əvvəl mesajlaşaraq ondan 45 manat dəyərində psixotrop maddə olan metamfetamin istəmiş, Arzu da cavabında onunla əlaqə saxlayacağını bildirmişdir. Arzu ilə danışdıqdan sonra sonuncu Şəmkir rayonu, Çaparlı kəndində psixotrop maddəni qoyduğu yerin məkan göstəricisini göndərmiş, lakin o, həmin yerə gedə bilməmişdir. O, Arzunun istifadəsində olan bank kartına 45 manat pul göndərmişdir. Polis əməkdaşları onu saxlayıb polis şöbəsinə aparandan sonra Arzunun telefonunda mesajlarının aşkar olunduğu müəyyən olmuşdur. Ömər adlı əməliyyatçı Arzunun telefonunda olan mesajlarını, 03 dəqiqə 12 saniyəlik səs yazıları çıxarıb onun özünə göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərişdir ki, o, içkili vəzyyətdə Şadlıq sarayından çıxıb tanımadığı taksiyə minmiş, yolda taksi sürücüsü ona narkotik vasitə təklif etmiş, o, da həmin taksi sürücsündən narkotik vasitə almışdır. Ertəsi gün saxlanılaraq polis şöbəsinə aparılmışdır. Şöbədə izahatı verərkən narkotik vasitə aldığı taksi sürücüsünün adının Arzu olduğunu düşünmüşdür. Hazırki iş üzrə Təqsirləndirilən şəxs isə ilk dəfədir görür, ondan heç vaxt narkotik vasitə almamışdır. İbtidai istintaq zamanı həbs olunmaqdan qorxduğu üçün düzgün ifadə verməmişdir. Şahid9 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyətlər olduğu üçün tərəflərin razılığı ilə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, ifadəsində bildirmişdir ki, o , Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yaşayır. Heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan cinayət işi ilə tanışdır. O, təxminən 1-2 ay olarki, psixotrop maddə hesab olunan metamfetamindən, yəni patıdan isifadə edir. Bununla bağlı onu qeyd etmək istəmişdir ki, Təqsirləndirilən şəxs təxminən 5-6 il olar ki tanıyır. O, onlarla qonşu kənddə yaşayır. Təqsirləndirilən şəxs VAZ 21074 markalı **-RP- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil idarə edir. Təxminən 2-3 ay olar ki o, kənd ərazisində eşitmiş ki, Təqsirləndirilən şəxs psixotrop maddə satır. Ona özünə məxsus ***- ***-**-** nömrəli mobil telefon açılmış Whatsapp sosial şəbəkəsi ilə zəng edərək çəkmək üçün patı lazım olduğunu bildirmişdir. O, isə ona bildirmişdir ki, kəndə gələndə ona çəkmək üçün patı gətirər. Arzuya isə o, onun üçün 10 (on) manatlıq patı gətirməsini bildirirmişdir. O da onunla razılaşmışdır. O, onunla müxtəlif vaxtlarda müxtəlif yerlərdə görüşərək ondan təxminən 10-15 dəfə şəxsi istifadəsi üçün patı almışdır. Arzu həmişə onunla görüşə idarə etdiyi VAZ 21074 markalı **-RP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə tək gəlib. O, hər dəfəsində Arzuya 10 (on) manat pul verib. Sonuncu səfər isə o, Arzudan təxminən 10-12 gün bundan əvvəl eyni qaydada görüşərək patı alımışdır. Onun tutulduğunu eşitdikdən sonra ona məxsus mobil telefon nömrələrini telefonundan silmişdir. Arzu adlı şəxslə o, Whatsapp sosial şəbəkəsi ilə əlaqə saxlayıb. O, Arzuya məxsus mobil nömrəni tutulduqdan sonra silmişdir. Hal-hazırda onun mobil nömrəsini xatırlamır. O, Arzudan təxminən 10-15 dəfə psixotrop maddə hesab olunan metamfetamin almışdır. O, Arzu ilə Whatsapp sosial şəbəkəsi ilə əlaqədə saxlayaraq onunla müxtəlif vaxtlarda və müxtəlif yerlərdə görüşərək şəxsi istifadəsi üçün psixotrop maddə hesab olunan metamfetamin yəni patı almışdır. Hər dəfə psixotrop maddəni alarkən Arzuya 10 manat pul vermişdir. Arzu ilə o, görüşən zamanı onların yanlarında ikisindən başqa heç kəs olmayıb. Sonuncu dəfə isə o, 10-12 gün bundan əvvəl Arzu ilə görüşərək 10 manat dəyərində psixotrop maddə metamfetamin, yəni patı almışdır. Arzu onunla görüşməyə həmişə idarə etdiyi VAZ 21074 markalı **-RP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə tək gəlib. O, aldığı psixotrop maddə yəni metamfetamini çəkmək formasında qəbul edib. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərişdir ki, xx.xx.2025-ci il tarixdə Şəmkir rayonu, Daşbulaq kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə baş əməliyyat müvəkkili Şahid3 əməliyyat məlumatı daxil olmuşdur. Eyni zamanda X18 əməkdaşları tərəfindən saxlanılan Samirə adlı şəxs üzərindən aşkar olunan narkotik vasitəni Arzudan aldığını bildirdiyi üçün Arzunun saxlanılması ilə bağlı əməliyyat tapşırığı verilmişdir. Daxil olmuş məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Şahid3, Şahid5, Şahid2, Şahid4 və Şahid6 əməliyyat qrupuna daxil edilmişlər. Daxil olmuş məlumatın düzgünlüyü yoxlamaq üçün Təqsirləndirilən şəxs yerini müəyyən edərək onu Şəmkir rayonu, Dəllər Cəyir kəndində aptekin qarşısında saxlayıb özlərini təqdim etmiş və polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs saxlanıldığı yer avtomobillərin və insanların intensiv hərəkətdə olduğu yer olduğundan orada üzərinə baxış keçirilməmiş, idarə etdiyi avtomobillə birlikdə polis şöbəsinə aparılmış və orada müstəntiqin iştirakı ilə avtomobilə baxış keçirilən zaman avtomobilin yük yerində, ehtiyyat təkərin yerindən sellofan torba aşkar olunmuşdur. Həmin torbaya baxış keçirən zaman içərisində 04 ədəd qara rəngli, üzəri yapışqanlı lentlə bağlanmış büküm aşkar olunmuşdur. Həmin bağlamaların üçündə tiryəkə, birində də narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Şifahi soruğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitələri Dəllər-Cəyir kənd qəbirstanlığının yaxınlığından tapdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşdığı evə baxış keçirilmiş və baxış zamanı bıçaq və elektron tərəzi aşkar olunmuşdur. Əvvəllər də Təqsirləndirilən şəxs barəsində məlumat daxil olmuş, sonuncu onlar tərəfindən müşahidəyə götürülmüşdür. Bundan başqa o, ifadəsində ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə qarşı heç bir zorakılıq olunmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərişdir ki, ona Təqsirləndirilən şəxs sosial şəbəkələr vasitəsilə narkotik vasitə satması və satdığı narkotik vasitələri müştərilərə Şəmkir-Qazax magistral yolu boyunca yerləşən yol hərəkəti nişanlarının altına yerləşdirməklə çatdırması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat raporta rəhbərliyə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs 31 yanvar 2025-ci il tarixdə, Dəllər-Cəyir kəndində yerləşən aptekin qarşısında idarə etdiyi VAZ 2107 markalı avtomobillə saxlanılaraq polis şöbəsinə aparılmışdır. Polis şöbəsində Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilmiş və avtomobilin yük yerində 04 ədəd qara rəngli sellofan bükümdə narkotik vasitə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitələri kənd qəbirstanlığının yanından tapdığını bildirmişdir. Eyni zamanda X18 əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı Təqsirləndirilən şəxs narkotik vasitə satdığı qadın saxlanılmış və ifadəsində narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Bundan başqa o, ifadəsində ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq olunmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərişdir ki, Təqsirləndirilən şəxs Samirə adlı xanıma narkotik vasitə satması ilə bağlı məlumat olduğundan onun saxlanılması ilə bağlı müstəntiq tərəfindən Şəmkir RPŞ-nin baş əməliyyat müvəkkili Şahid3 əməliyyat tapşırığı verilmiş və həmin əməliyyat tapşırığı əsasında Şəmkir RPŞ-nin CAB-nin rəisi Şahid1, əməliyyat müvəkilləri Şahid3, Şahid6, Şahid4, Şahid2 və ondan ibarət əməliyyat qrupu yardılmışdır. 2025-ci ilin yanvar ayının sonlarında Təqsirləndirilən şəxs özünə məxsus ağ rəngli VAZ 2107 markalı avtomobillə saxlanılaraq polis şöbəsinə aparılmış və istintaq bölməsinin baş müstəntiqi Toğrul Rəhimliyə təhvil verilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin etdikdən sonra avtomobilinə baxış keçirilmiş və avtomobilin yük yerindən, ehtiyyat üçün olan təkərin yerindən 03 kiloqram çəkidə narkotik vasitə olan heroin və 01 kiloqram çəkidə tiryək aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunan narkotik vasitələrin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra sonuncunun yaşdığı evə də baxış keçirilmiş və bıçaq və elektron tərəzi aşkar olunmuşdur. Bundan başqa o, ifadəsində ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə qarşı heç bir təsir, təzyiq olunmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər Şahid6, Şahid2 və Şahid4 şahidlər Şahid1, Şahid3 və Şahid5 ifadələrində göstərdikləri xüsusatları təsdiq edərək onlarla eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərişdir ki, xx.xx.2025-ci il tarixdə, təxminən saat 22 radələrində xidmətdə olan zaman Arzunun idarə etdiyi **-RP-*** nömrəli avtomobilə baxış keçirilmiş və avtomobilin yük yerində, ehtiyyat təkərin yerindən qara rəngli sellofan torbada 03 büküm tiryək, 01 büküm də heroinə bənzər kütlə aşkar olunmuşdur. O, Təqsirləndirilən şəxs saxlanılmasında və üzərinə şəxsi axtarış keçirilməsində iştirak etməmiş, sadəcə avtomobilə baxış keçirilməsində iştirak etmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiq olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid13 oğlu ifadəsində göstərişdir ki, xx.xx.2025-ci il tarixdə, təxminən saat 20 radələrində iş yerində gözünə dəmir parçası düşdüyündən gəlinindən Arzuya zəng edib gözünə tökmək üçün dərman almasını bildirməsini istəmişdir. Gəlini də Arzuya zəng edib dərman almasını bildirmişdir. Təxminən yarım saat sonra ona zəng edib Arzunun aptekdə tutulub aparıldığını, 10 dəqiqə sonra da gəlib avtomobili apardıqlarını bildirmişlər. Bundan sonra qonşularının avtmobili ilə Arzunun saxlanıldığı aptekin olduğu yerə getmiş, həmin vaxt aptekdə heç kim olmamışdır. Avtomobil isə aptekdən təxminən 300 metr aralıda, yolun sağında yerləşən boş sahədə olmuş, yanında da başqa ağ rəngli avtomobil olmuşdur. Həmin avtomobilə yaxınlaşanda iki nəfər şəxsin avtomobildə olduqlarını görüb onlara avtomobilin sahibi olduğunu bildirmiş və oğlunun harada olduğunu soruşmuşdur. Onlar da Arzunu tutub apardıqlarını, birazdan gətirəcəklərini, buralarda durub gözləməsini bildirmişlər. Onlardan Arzunu polis şöbəsinə aparıb-aparmadıqlarını soruşmuş, lakin ona dəqiq cavab verməmişlər. Bundan sonra polis şöbəsinə gedib Arzunun orada olub-olmadığını soruşmuş və ona Arzunun orada olmadığını bildirmişlər. Bir qədər sonra keçmiş polis əməkdaşı olan bibisi oğlu onun yanına gəlmiş və birlikdə Arzunun saxlanıldığı aptekdən 300 metr aralıda durmuşlar. Bibisi oğlu polis əməkdaşlarına yaxınlaşıb Arzunun yerini soruşmuş, onlar da birazdan gətirəcəklərini bildirmişlər. Sonra bibisi oğlu polis şöbəsinə zəng edib Arzunun orada olubolmadığını soruşmuş. Ona da Arzunun şöbədə olmadığını bildirmişlər. Təxminən 3-4 saat orada durub gözləmişlər, onları avtomobillərə yaxınlaşmağa qoymamışlar. Saat 23 radələrində başqa bir avtomobil gəlmiş və içindən 3-4 nəfər tanımadığı şəxslər düşmüşdür. Həmin şəxslərdən birinin adı Şahid1, birinin də adı Elşən olmuşdur. Elşən yaxınlaşıb rəis müavini olduğunu və Arzunu polis əməkdaşlarının saxladıqlarını bildirmişdir. Arzunun saxlanılmasının səbəbini soruşanda “sabah şöbəyə yanıma gələrsən danışarıq” demişlər. Təxminən saat 00 radələrində onlara getməklərinin bildirmişlər, onlar da gözləməyin mənasız olduğunu görüb getmişlər. Ertəsi gün polis şöbəsinə gedib Arzunu görmək istədiyini bildirmiş, lakin 03 gün onu görə bilməmişdir. 03 gün sonra məhkəməyə çıxarıb sanksiya seçib təcridxanaya göndərmişlər. May ayının ortalarına kimi Arzudan heç bir xəbər ala bilməmişlar, sadəcə Gəncə şəhərində təcridxanada olduğunu eşitmişlər. Həmin vaxt ərzində təxminən 10 dəfə rəis Nəvai müəllimin yanına gedib onu Arzu ilə görüşdürməsini xahiş etmiş, lakin hər dəfə bu gün, sabah görüşdürəcəyini deyib uzatmışdır. Bunun da səbəbi Arzunun bədənində və sifətində olan xəsarətlərin sağalmasını gözləmələri olmuşdur. Təxminən 20 gün sonra müdafiəçi ilə müqavilə bağladıqdan sonra vəkil Arzunun yanına getmişdir. Arzunu saxlanılandan təxminən 04 ay sonra görə bilmişlər. Arzu saxlanılandan 15 gün sonra televizorda xəbərlərə baxarkən avtomobilindən 04 kiloqram çəkidə narkotik vasitə aşkar olunduğunu eşitmişlər. İttiham aktında Arzunun 22:20-də saxlanıldığı yazılıb, lakin oğlunun saxlanılması ilə bağlı məlumat vermək üçün ona saat 20:12-də zəng etmişdilər. Azu saxlanıldan sonra gecə saat 02-də əməliyyatçılar həm aptekin, həm YDM-nin, həm də "xxxx"in təhlükəsizlik kameralarının görüntülərini silmişlər. O, Arzunun narkotik vasitə istifadəçisi olduğunu bilmiş və buna görə onu evdə müalicə etdirmişdir. Polis əməkdaşları evə baxış keçirən zaman evdən aşkar olunan bıçağı Arzunun şəhid olmuş əsgərlik yoldaşı 2016-cı ildə hərbi xidmətdən gələndə ona hədiyə vermişdir. Həmin bıçaq dolabda suvenir kimi saxlanılmış, heç vaxt istifadə olunmamışdır. Bundan başqa nəvəsinin oyuncaqlarını yığdıqları qutunun içərisindən sınmış, istifadəyə yararsız tərəzi aşkar olunmuşdur. O, polis əməkdaşlarına həmin tərəzinin nəvəsinin oyuncağı olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərişdir ki, xx.xx.2025-ci il tarixdə, axşam saat 20 radələrində qaynatasına zəng edərək X19 kəndində, 97 nömrəli aptekdə saxlanıldığını bildirmişlər. Bundan sonra qaynatası ilə qaynanası nə baş verdiyini öyrənmək üçün həmin yerə getmişlər. Həmin gün ümumiyyətlə onlara Arzunun harada və necə saxlanılması ilə bağlı heç nə bildirməmişlər. Təxminən 03 gün Arzudan heç bir xəbər ala bilməmişlər. 03 gün sonra, xx.xx.2025-ci il tarixdə polis əməkdaşları gəlib evlərinə baxış keçirmişlər. Polis əməkdaşları evdə olanda istintaqın rəisi X12 avtomobilinə baxış keçirib-keçirmədiklərini, avtomobildən nə aşkar olunduğunu soruşmuş, o da avtomobilə baxış keçirmədiklərini bildirmişdir. Fevral ayının 15-ə kimi Arzuya hansı maddə ilə ittiham verildiyini bilməmişlər. xx.xx.2025-ci il tarixdə xəbərlərə baxarkən Arzunun avtomobilindən 04 kiloqram çəkidə narkotik vasitə aşkar olunmasını eşitmişlər. X14 ifadə verməyə çağırmış, o da gedib ifadə vermişdir. Həmin vaxta kimi müstəntiq ona Arzunun CM-nin 234.1-ci maddəsi ilə ittiham olunduğunu demiş, ifadəsini oxuyanda isə Arzunun CM-nin 234.4.3-cü maddəsi ilə ittiham olunduğunu öyrənmişdir. Xəbərlərdə Arzunu görəndə onun gözündə göyərmələr olmuş, hətta televizordan şəklini də çəkib yazdığı şikayət ərizələrinə əlavə etmişdir. O, Arzunun narkotik vasitə istifadə etdiyini hadisədən sonra bilmişdir. Bundan başqa bildirmişdir ki, evdən tapılan tərəzi işlək vəziyyətdə olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərişdir ki, Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı heç nə xatırlamır. Təqsirləndirilən şəxsi əvvəllər görmüş, lakin hazırda saxlanılması ilə bağlı heç nə yadına gəlmir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İbtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, 31 yanvar 2025-ci tarixdə Şəmkir rayon polis şöbəsində növbədə olduğu zaman ona bir nəfər adının sonradan Təqsirləndirilən şəxs olmasını bildiyi şəxsin narkotik vasitə saxlamaqda şübhəli olduğundan polis şöbəsinə gətirildiyini və həmin şəxsin üzərində şəxsi axtarış aparılan zaman onun da iştirak etməyini bildirmişlər. O, da rəhbərliyin göstərişi ilə müstəntiq Toğrul Rəhimlinin xidməti otağına getmişdir. Orada Təqsirləndirilən şəxs müstəntiq tərəfindən müdafiəçi tutmaq hüquqlarının olması izah edilmiş və ona müdafiəçilərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi tutmaq imkanının olmadığını bildirmiş və dövlət hesabına dəvət olunmuş müdafiəçinin hüquqlarını müdafiə etməsini istəmişdir. Müdafiəçi Akif İsmayılov dəvət olunduqdan sonra müdafiəçinin iştirakı ilə fasiləsiz video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində axtarış aparmışldır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu deyərək əynindəki tünd boz rəngli cins şalvarın sol yan cibində 1 ədəd kiçik həcmli şəffaf sellofan paketi stolun üzərinə qoymuşdur. Həmin sellofan paketin birincisinə baxan zaman içərisində ağ rəngli psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Həmin kütlə kiçik həcimli «Kinlle» markalı tərəzi ilə çəkilmiş və sellofan paketin içərisində olan psixotrop maddə metamfetaminə bənzər kütlənin 0,58 qram olması müəyyən olunmuşdur. Aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlə qablaşdırılaraq Аzərbaycan Respublikası DİN-nin 118 nömrəli möhürü ilə möhürlənmiş və götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən əyindəki boz rəngli cins şalvarın sol yan cibindən üzərində LD yazılmış 7 ədəd siqaret, 1 ədəd yandıran, 11 (on bir) manat 60 (altmış) qəpik (2 ədəd 5 manatlıq, 1 ədəd 1 manatlıq, 3 ədəd 20 qəpik) aşkar edilmişdir. Arzu Əliyevin əynində olan ağ rəngli gödəkçənin sağ yan cibindən 2 ədəd üzərlərinə Samsung və Tecno yazılmış mobil telefon aşkar edilmişdir. Əynində olan boz rəngli şalvarın sağ yan cibində isə 1 ədəd avtomobil açarı və pult aşkar edilmişdir. Aşkar edilmiş 11 (on bir) manat 60 (altmış) qəpik (2 ədəd 5 manatlıq, 1 ədəd 1 manatlıq, 3 ədəd 20 qəpik) və 2 ədəd üzərlərinə Samsung və Tecno yazılmış mobil telefonlar iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq Аzərbaycan Respublikası DİN-nin 118 nömrəli möhürü ilə möhürlənərək və götürülmüşdür. Məhkəmə istintaqı zamanı Şahid11 məhkəmə iclasında iştirak etmədiyi üçün tərəflərin razılığı ilə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, ifadəsində bildirmişdir ki, o, Şəmkir rayonu, Dəllər qəsəbəsi, N.Nərimanov küçəsi, bina 3, ev 18-də yaşayır. Heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan cinayət işi ilə tanışdır. Bununla bağlı onu qeyd etmək istəmiş ki, o təxminən 1-2 ay olarki, psixotrop maddə hesab olunan metamfetamindən yəni patıdan isifadə edir. Təxminən 1-2 ay bundan əvvəl adını xatırlamadığı şəxs ona Şəmkir rayon ərazisində Arzu adlı şəxsin metamfetamin yəni patı satdığını bildirmişdir. O da həmin şəxsdən Arzuya məxsus +7 911 138-48-42 saylı Vatcap sosial nömrəsini vermişdir. O da həmin mobil nömrə ilə ona məxsus ***-***-**-** saylı mobil telefonun Vatcap sosial şəbəkəsi vasitəsi ilə əlaqədə saxlayaraq istifadəsi üçün metamfetamin yəni patı istəmişdir. Arzu ona yarı qram metamfetamini 50 manata satacağını qeyd etmişdir. Bundan sonra o, ona sonuncu rəqəmləri “3792“ nömrəli Kapital banka aid plastik kartı Arzu ona göndərmişdir. O, qəsəbə ərazisində Arzunun ona göndərdiyi sonuncu rəqəmlər “3792“ nömrəli Kapital banka aid plastik karta 20 manat pul göndərmişdir. Pulu göndərdikdən sonra qəbzi Arzuya göndərmiş o isə ona mobil telefon vasitəsi ilə psixotrop maddəni haraya qoymağını barədə şəkil və haradan götürməyi üçün konum göndərib. O, mobil telefon vasitəsi ilə konumun olduğu yerə gedərək metamfetamini, yəni patını götürmüşdür. O, Arzudan təxminən 01 dəfə yuxarıda qeyd etdiyi formada psixotrop maddə metamfetamin yəni patı götürürmüşdür. Arzu ilə xx.xx.2025-ci il tarixdə ona məxsus Vatcap sosial şəbəkəsi ilə mesaj yazaraq metamfetamin yəni patı lazım olduğunu bildirmiş lakin o ona heç bir cavab yazmamışdır. Sonradan isə o, eşitmiş ki, Arzu rayon ərazisində narkotik və psixotrop maddə satışı ilə məşğul olduğu üçün tutulub. Arzu adlı şəxslə o ona məxsus +7 911 138-48-42 saylı Vatcap sosial nömrəsini ilə əlaqə saxlamışdır. Arzu adlı şəxsdən o, bir dəfə patı almışdır. Həmin patıya görə o, Arzuya məxsus sonuncu rəqəmləri “3791“ nömrəli Kapital banka aid plastik karta 20 manat pul göndərmişdir. Qeyd edilən patını ilkin olaraq ona göndərdiyi konum vasitəsi ilə Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndində yerləşən çayın qırağından götürmüşdür. Götürdüyü ərazini o, onlara göstərə bilər. Həmçinin onuda qeyd etmək istəmiş ki, o Arzunu heç vaxt görməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadəsi ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanması və icraata qəbul edilməsi barədə” 11 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Şahid12 Rizavan qızı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının X9 daxil olmuş 11 noyabr 2024-cü il tarixli 16/1068 nömrəli məhkəmə kimyəvi-fiziki ekspertizasının rəyində görünür ki, tədqiqata təqdim olunmuş üzərində Şahid12 üzərində aşkar edilmiş narkotik maddəyə bənzər kütlə yazı və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd kağız bükümdə olan 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,283 qram maddə, kustar üsullu hazırlanmış psixotrop maddə-metamfetamindir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 31 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 22:35 dəqiqədə Şəmkir RPŞ-nin inzibati binasında tutulmuşdur. “Şəxsi axtarış aparılması barədə” 31 yanvar 2025-ci il tarixli protokoldan və video görüntünü özündə əks etdirən DVD diskdən görünür ki, 31 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, axtarış aparılan zamanı Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cins şalvarın sol yan cibində 01 ədəd kiçik həcmli şəffaf sellofan paketdə təmiz çəkisi 0,484 qram psixotrop maddə hesab olunan metamfetamini və əynində olan ağ rəngli gödəkçənin sağ yan cibindən 02 ədəd üzərlərinə “Samsung” və “Tecno” yazılmış mobil telefonları təqdim etmiş, həmin psixotrop maddə hesab olunan metamfetamin və üzərlərini “Samsung“ və “Tecno“ yazılmış mobil telefonlar baxış keçirilərək götürülərək qablaşdırılmışdır. “Baxış və götürmə aparılması haqqında” 31 yanvar 2025-ci il tarixli protokol və video görüntünü özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs məxsus “VAZ 2107” markalı **-RP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə baxış keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs, avtomobilin yük yerindən 01 ədəd qara rəngli sellofon torbanın içərisində olan 04 ədəd sellofon torbanın içərisindən üzəri yapışqanlı lentlə sarınmış 01 (bir) ədəd qara rəngli polietilen torbada, təmiz çəkisi 770 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 03 (üç) ədəd qara rəngli polietilen torbada, ayrı-ayrılıqda təmiz çəkiləri 1115 qram, 1215 qram, 1110 qram, ümumi təmiz çəkisi 3440 qram narkotik vasitə olan tiryəkə baxış keçirilərək götürülüb qablaşdırılmışdır. “Mobil telefona baxış keçirilməsi haqqında” 01 fevral 2023-cü il tarixli protokoldan və video görüntünü özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “TECNO” və “SAMSUNG“ markalı mobil telefonlara baxış keçirilmiş, baxış zamanı Samsun markalı mobil telefon açılmışdır. Telefona U şəklində parol qoyulmuşdur. Telefonda olan “Whatsapp” tətbiqinə daxil olduqda Təqsirləndirilən şəxs istifadəsində olan +7 911 138 48 42 mobil nömrəsinin olması müəyyən edilmşdir. Baxış zamanı +7 999 659 93 91 mobil nömrə ilə yazışmağa daxil olduqda orada zənglərin və səsli mesajların olması müşahidə olunur. Mesajlara daxil olduqda qeyd edilən mobil nömrənin sahibi 31 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs 1-2 saat ərzində 4169- 7388-1984-3792 nömrəli plastik karta 50 manat pul göndərəciyini pulun müqabilində ona konum atmasını bildirmişdir. Təqsirləndirilən şəxs isə nisyə heç kəsə konum atmayacağını bildirmişdir. Həmin şəxs pulu vurduqdan sonra Təqsirləndirilən şəxs konum atdığı məlum olmuşdur. Bundan başqa mobil telefona Elşad usta kimi qeyd edilmiş mobil nömrəsi ***- ***-**-** saylı mobil telefonun sahibi 31 yanvar 2025-ci il tarixdə danışıqda “Ata bideneə 20 əmələ gələrmi vurursanmı ata“ yazılmış mesajlar yazılmışdır. Həmçinin +380 66 200 14 38 saylı mobil nömrənin sahibinin Təqsirləndirilən şəxs 31 yanvar 2025-ci il tarixdə göndərdiyi səsdə bir dənə kart göndərməsini və konum atmasını bildirmişdir. Təqsirləndirilən şəxs isə istifadəsində olan 4169-7988-1984-3792 saylı plastik kartı göndərmiş həmin şəxs isə 31 yanvar 2025-ci il tarixdə Şəmkir şəhəri Qəhrəman marketdən Təqsirləndirilən şəxs məxsus plastik karta 50 manat pul mədaxil etmişdir. Təqsirləndirilən şəxs isə pulun müqabilində konum atmışdır. Həmin şəxs isə Təqsirləndirilən şəxs səs ataraq götürdüyünü bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan “TECNO“ markalı mobil telefon açılmışdır. Telefona 0708 parol qoyulmuşdur. Mobil telefonda ***-***-**-** saylı mobil nömrə vatcap sosial şəbəkəsi açılmışdır. Təqsirləndirilən şəxs digər mobil telefonunda olan +7 911 138 48 42 saylı mobil nömrədən müxtəlif vaxtlarda psixotrop maddələrin qoyuldğu yerin şəkilləri və konumları var idi. Bu barədə protokol tərtib edilərək cinayət işinə əlavə edilmişdir. 01 fevral 2025-ci il tarixli üzləşdirmə protokolundan və video görüntünü özündə əks etdirən DVD diskdən görünür ki, Şahid12 Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda 10, 15, 20 və 50 manat dəyərində psixotrop maddə hesab olunan metamfetamin aldığını Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda Şahid12 10, 15, 20 və 50 manat müqabilində psixotrop maddə hesab olunan metamfetamin satmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının X9 daxil olmuş 01 fevral 2025-ci il tarixli 16/89 nömrəli məhkəmə kimyəvi-fiziki ekspertizasının rəyində görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs əynində olan boz tünd rəngli şalvaların yan cibindən aşkar edilmiş psixotrop maddə hesab olunan metamfetamin“ yazıları və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,484 qram maddə, kustar üsullu hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus avtomobildən aşkar edilmiş 04 ədəd sellofon torbada olan narkotik vasitələr yazılar olan qara rəngli polietilen torbadakı - üzəri yapışqanlı lentlə sarınmış 01 (bir) ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 770 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -Üzəri yapışqanlı lentlə sarınmış 03 (üç) ədəd qara rəngli polietilen torbada ayrıayrılıqda təmiz çəkisi 1115 qram, 1215 qram, 1110 qram, ümumi təmiz çəkisi 3440 qram maddələr xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs əynində olan boz tünd rəngli şalvarın yan cibindən aşkar edilmiş psixotrop maddə hesab olunan metamfetamin“ yazılar və imzalar olan kağız paketdəki metamfetamin ilə üzərində “Şahid12 üzərində aşkar edilmiş narkotik maddəyə bənzər kütlə” yazılar və imzalar olan kağız paketdəki metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus avtomobildən aşkar edilmiş 04 ədəd sellofon torbada olan markotik vasitələr yazılar və imzalar olan qara rəngli polietilen torbadakı, tiryəklər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tiryək, metamfetamin və heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların“ siyahısına əsaslanaraq yoxlanılmış və müəyyən olundu ki: Tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr“-in 1—ci siyahısının İ bəndinə daxildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin“-in 1—ci siyahısının İİ bəndinə daxildir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr“-in 1—ci siyahısının İ bəndinə daxildir. “Cinayət əməlinin tövsif edilməsi haqqında” 02 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsindən tövsif edilməklə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə tövsif edilməklə istinaq davam etdirilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. “Axtarış aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və video görüntünü özündə əks etdirən DVD diskdən görünür ki, 03 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilmiş baxış zamanı fərdi yaşayış evinin yataq otağından 02 ədəd elektron tərəzi, 01 ədəd şüşə boru və 01 ədəd üzərinə “Komando” yazılmış bıçağa baxış keçirilərək götürülüb qablaşdırılmışdır. Dəllər Daşbulaq kəndinin İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Şəmkir rayon, Dəllər Daşbulaq kənd İƏD üzrə nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. Dəllər Daşbulaq kəndinin İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonunun Dəllər- Daşbulaq kəndində yaşayır. Ailə üzvləri: həyat yoldaşı-1997-ci il təvəllüdlü Şahid14 qızı və oğlu- 2019-cu il təvəllüdlü X3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 21 fevral 2025-ci il tarixdə tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. “Baxış keçirilməsi haqqında” 06 mart 2025-ci il tarixli protokoldan DVD diskdən görünür ki, 06 mart 2025-ci il tarixdə “Azercell Telekom“ MMC-dən daxil 3-13-110/1- 16150/2025 nömrəli məktuba baxış keçirilmiş. Baxış keçirən zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan smslərə baxış keçirən zamanı xx.xx.2022-ci il tarixdə saat 18:01:45-də **********97 saylı mobil nömrədən **********05 saylı mobil nömrəyə “Söz deyirəm sen canın varsa 20 manatım var ma onan təşkil eliye bilersenmi çox çəkmək isdemirəm iki nəfərlik sen canın başına dönerem gor naresan yaman a“ məzmunda SMS yazılmışdır. xx.xx.2024-cü il tarixdə saat 22:49:17-də **********64 saylı mobil nömrədən **********05 saylı mobil nömrəyə “X22 andolsun Allaha telefonu qırıb nömrəsini mən götürmüşəm saat 10 keçib çıxa bilmirem vallah aparata 50 dolar pulum var ayqa 1 qram versense“ məzmunda SMS yazılmışdır. xx.xx.2024-cü il tarixdə saat 23:46:46-da **********23 saylı mobil nömrədən **********05 saylı mobil nömrəyə “Ata nolar bakıdan apresden gelmisem ma biraz yem ver qadan alar“ məzmunda SMS yazılmışdır. xx.xx.2024-cü il tarixdə saat 00:58:52-də **********23 saylı mobil nömrədən **********05 saylı mobil nömrəyə “Ata nolar agrıyıram azca duz qos savax pulunu verijem gunorta“ məzmunda SMS yazılmışdır. xx.xx.2025-ci il tarixdə saat 15:02:34-də **********17 saylı mobil nömrədən **********05 saylı mobil nömrəyə “Ay qaqa niye cavab vermirsen vurmusam pulu dedim axı taksi gelir, taksi yazır bir cavab ver vurmusam ne edim qaydımı dala“ məzmunda SMS yazılmışdır. xx.xx.2025-ci il tarixdə saat 20:59:07-də **********17 saylı mobil nömrədən **********05 saylı mobil nömrəyə “Ayqa pulu vurmusam bir söz sadə yazda men sirket taksinenem pul yazir niye bele edirsən“ məzmunda SMS yazılmışdır. Bu barədə protokol tətbiq edilərək “Azercell“ MMC-dən daxil olmuş diskdən SMS-dən çıxarış edilərək cinayət işinə əlavə edilmişdir. Məhkəmə tibbi ekspertizasının 01 fevral 2025-ci il tarixli 60 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının X9 daxil olmuş 06 fevral 2025-ci il tarixli 16/109 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyində görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şəmkir rayonu Dəllər-Daşbulaq kəndində yaşayan Şahid13 oğlunun yaşadığı evdən aşkar edilmiş 2 ədəd elektron tərəzi 1 ədəd şüşə qab“ yazılar və imzalar olan kağız paketdəki, -01 ( bir ) ədəd açıq-boz rəngli kiçik ölçülü elektron tərəzinin üzərindən və 01 (bir) ədəd qara, rəngli qutunun içərisindəki şüşə borunun içərisində metamfetamin izlər vardır, metamfetamin iz şəklində olduğu üçün quru maddəsinin miqdarının hesablamaq və təqdim olunmuş metamfetaminlər ilə müqaisəli tədqiqatını aparmaq mümkün olmamışdır. -01 (bir) ədəd tünd-boz rəngli nisbətən böyük ölçülü elektron tərəzinin üzərində heroinin izləri vardır, heroin iz şəkilində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq və təqdim olunmuş heroin ilə müqaisəli tədqiqatını aparmaq mümkün olmamışdır. “Baxış keçirilməsi haqqında” 14 mart 2025-ci il tarixli protokoldan və video görüntünü özündə əks etdirən DVD diskdən görünür ki, 14 mart 2025-ci tarixdə “Bakcell“ MMC-dən daxil 3-13-110/1-6978/2025 nömrəli məktuba baxış keçirilmiş. Baxış keçirən zamanı Təqsirləndirilən şəxsun istifadəsində olan ********** saylı mobil nömrəyə daxil olan smslərə baxış keçirən zamanı xx.xx.2023-cü il tarixdə saat 00:03:40-da **********12 saylı mobil nömrədən **********58 saylı mobil nömrəyə “Mən getdim evə götürsən gətirif hemenki yerə qoyasan sən canin evin“ məzmunda SMS-lər yazmışdır. Şəmkir Rayon Məhkəməsinin 02 fevral 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay 18 (on səkkiz) gün müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 31 yanvar 2025-ci il tarixdən saat 22:35-dən hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının X9 daxil olmuş 24 fevral 2025-ci il tarixli 16/108 nömrəli məhkəmə soyuq ekspertizasının rəyində görünür ki, tədqiqata təqdim edilmiş (“1” rəqəmi ilə işarələnmiş) bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. -Tədqiqata təqdim edilmiş (“2“ rəqəmi ilə işarələnmiş) bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. Məhkəmə - psixiatrik ekspertizasının 06 fevral 2024-cü il tarixli, 93 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir ruhi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Məhkəmə-narkoloji ekspertizasının 01 may 2025-ci il tarixli 711 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 31 yanvar 2025-ci tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,484 qram psixotrop maddə hesab olunan metamfetamin, avtomobillə baxış keçirilən zamanı aşkar edilərək götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 769,8 qram narkotik vasitə hesab olunan heroin, 1114,8 qram,1214,8 qram və 1109,8 qram narkotik vasitə hesab olunan tiryək, şəxsi axtarış və avtomobilin yoxlanılmasının görüntülərinin yazıldığı 02 (iki) ədəd DVD disk, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilən zaman video çəkilişin yazıldığı 01 (bir) ədəd DVD disk, üzləşdirmədə dindirmə protokolu zamanı video çəkilişin yazıldığı 01 (bir) ədəd DVD disk, Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinə baxış və götürmə aparılan zamanı görüntülərin yazıldığı 01 (bir) ədəd DVD disk, fərdi yaşayış evindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd bıçaq, 2 (iki) ədəd elektron tərəzi, 01 (bir) ədəd şüşə boru, "xxxx" MMC-dən və “Bakcell“ MMC-dən daxil olmuş 02 (iki) ədəd DVD diski şahidlər Şahid10, Şahid9 və Şahid11 dindirilən zamanı zaman video çəkilişin yazıldığı 03 (üç) ədəd DVD disk isə cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmişdir. Bundan başqa ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid12 üzərinə 10 noyabr 2024-cü il tarixdə Şəmkir RPŞ-nin Kür PB-in əməliyyat müvəkkili, polis kiçik leytenantı Telman Rüstəmov tərəfindən üstünün yoxlanılması zamanı üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,233 qram psixotrop maddə olan metamfetamin və üst yoxlanılmasının görüntülərinin yazıldığı 01 (bir) ədəd disk, Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Nurlan Əliquluyev tərəfindən Şahid12 üzərindən aşkar edilmiş və içərisində 01(bir) ədəd kağz bükümdə 01(bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,283 qram olan maddə metamfetaminin olduğu zərfə baxış keçirilərək götürülməsi zamanı video çəkilişin yazıldığı 01 (bir) ədəd disk və Şahid12 təqsirləndirilən şəxs qismində dindirilən zaman video çəkilişin yazıldığı 01 (bir) ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Şəmkir X5 Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi ünvanlanmış cavab məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə Şəmkir rayonu Dəllər-Cəyir kəndində yerləşən 97 nömrəli aptekdən həyacan düyməsi ilə çağırış olması barədə məlumatın üzərindən vaxt müddəti çox keçdiyinə görə X13 Şöbəsində məlumat yoxdur. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 26 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən işgəncələrə və digər qanunsluğa yol verilmədiyi müəyyən olunduğu üçün CPM-nin 39.1-1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. "xxxx" MMC-nin cavab məktubundan görünür ki, "xxxx" MMC-yə aid 51-347-02-05 mobil nömrənin xx.xx.2025-ci il saat 19:55-20:05 radələrində və 22:20 radələrində istifadəsi qeydə alınmadığı üçün əhatə dairəsinə məlumatların təqdim edilməsi mümkün olmamışdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, "xxxx" mağazalarında DVR görüntüləri 30-45 gün müddətində yaddaşda saxlayır. xx.xx.2025-ci il tarixə aid görüntülərin əldə edilməsi mümükün deyildir. Şəmkir Rayon Polis Şöbəsinin sorğuya cavab məktubundan görünür ki, Şəkmir Rayon Polis Şöbəsinin inzibati binasında qurlaşdırılmış videomüşahidə kamerasının yaddaş qurğusu 01 aydan artıq müddət keçdiyindən xx.xx.2025-ci il tarix qurğunun yaddaşından silindiyindən görüntünü təqdim etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, barəsində olan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə özünü təqsirli bilir. Məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5-ci maddəsi üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 1(100)-466/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən xitam verilmişdir. Əməlin tövsifi və digər hüquqi məsələlər: Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək bildirmişdir ki, onu polis şöbəsinə aparıb fiziki təzyiq göstərərək verdikləri narkotik vasitəni götürməyini istəmişlər. İki gün şöbədə fiziki təzyiqlərə məruz qalmağına baxmayaraq polis əməkdaşları ilə razılaşmamışdır. xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək polis şöbəsində saxlanılmışdır. Sonra evindən narkotik vasitə çıxaracaqlarını deyərək hədə-qorxu gəldikləri üçün məcbur olub onlarla razılaşmışdır. O, narkotik vasitə istifadəçisi olmuşdur, lakin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məcbur olub polis əməkdaşları tərəfindən ona verilmiş narkotik vasitəni üzərinə götürdüyünü və videoçəkiliş zamanı narkotik vasitənin özünə məxsus olmasını etiraf etdiyini bildirmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki, narkotik vasitə istifadəçisidir. Narkotik vasitə aldığı taksi şoferinin adının Arzu olduğunu düşünmüş. Məhkəmə iclasına Arzunu birinci dəfə gördüyünü, Arzunun həmin taksi şoferi olmadığını bildirmişdir. O, ibtidai istintaq zamanı tutulmaqdan qorxduğu üçün düzgün ifadə verməmişdir. Lakin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs pul verərək 10-15 dəfə narkotik vasitə aldığını bildirmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs və Şahid9 tərəfindən verilmiş həmin məzmunlu ifadəyə tənqidi yanaşaraq qeyd edilən ifadələrin uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin şahidlərin ifadələri, həmçinin şəxsi axtarış və avtomobilə baxış keçirilməsi istintaq hərəkətinə dair protokolllar və protokollara əlavə edilmiş videoçəkilişlər, təqirləndirilən şəxsin mobil telefonlarına baxış keçirilməsinə dair protokollar, digər istintaq hərəkəti protokollar və DVD disklərdən, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, “Baxış və götürmə aparılması haqqında” 31 yanvar 2025-ci il tarixli protokol və video görüntünü özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs məxsus “VAZ 2107” markalı **-RP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə baxış keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin yük yerindən 01 ədəd qara rəngli sellofon torbanın içərisində olan 04 ədəd sellofon torbanın içərisindən üzəri yapışqanlı lentlə sarınmış 01 (bir) ədəd qara rəngli polietilen torbada, təmiz çəkisi 770 qram, külli miqdarda maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 03 (üç) ədəd qara rəngli polietilen torbada, ayrı-ayrılıqda təmiz çəkiləri 1115 qram, 1215 qram, 1110 qram, ümumi təmiz çəkisi 3440 qram narkotik vasitə olan tiryəkə baxış keçirilərək götürülüb qablaşdırılmışdır. Eyni zamanda “Mobil telefona baxış keçirilməsi haqqında” 01 fevral 2023-cü il tarixli protokoldan və video görüntünü özündə əks etdirən DVD diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan “TECNO” və “SAMSUNG“ markalı mobil telefonlara baxış keçirilmiş, baxış zamanı +7 999 *** ** ** mobil nömrə ilə yazışmağa daxil olduqda orada zənglərin və səsli mesajların olması müşahidə olunur. Mesajlara daxil olduqda qeyd edilən mobil nömrənin sahibi 31 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs 1-2 saat ərzində 4***-*******4-3792 nömrəli plastik karta 50 manat pul göndərəciyini pulun müqabilində ona konum atmasını bildirmişdir. Təqsirləndirilən şəxs isə nisyə heç kəsə konum atmayacağını bildirmişdir. Həmin şəxs pulu vurduqdan sonra Təqsirləndirilən şəxs konum atdığı məlum olmuşdur. Bundan başqa mobil telefona Elşad usta kimi qeyd edilmiş mobil nömrəsi ***-***-**-** saylı mobil telefonun sahibi 31 yanvar 2025-ci il tarixdə danışıqda “Ata bideneə 20 əmələ gələrmi vurursanmı ata“ yazılmış mesajlar yazılmışdır. Həmçinin +380 66 *** ** ** saylı mobil nömrənin sahibinin Təqsirləndirilən şəxs 31 yanvar 2025-ci il tarixdə göndərdiyi səsdə bir dənə kart göndərməsini və konum atmasını bildirmişdir. Təqsirləndirilən şəxs isə istifadəsində olan 4169-7988-1984-3792 saylı plastik kartı göndərmiş həmin şəxs isə 31 yanvar 2025-ci il tarixdə Şəmkir şəhəri Qəhrəman marketdən Təqsirləndirilən şəxs məxsus plastik karta 50 manat pul mədaxil etmişdir. Təqsirləndirilən şəxs isə pulun müqabilində konum atmışdır. Həmin şəxs isə Təqsirləndirilən şəxs səs ataraq götürdüyünü bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan “TECNO“ markalı mobil telefon açılmışdır. Mobil telefonda ***-***- **-** saylı mobil nömrə vatcap sosial şəbəkəsi açılmışdır. Təqsirləndirilən şəxs digər mobil telefonunda olan +7 911 *** ** ** saylı mobil nömrədən müxtəlif vaxtlarda psixotrop maddələrin qoyulduğu yerin şəkilləri və konumları olmuşdur. Eyni zamanda 01 fevral 2025-ci il tarixli üzləşdirmə protokolundan DVD diskdən müəyyən edilmişdir ki, Şahid12 Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda 10, 15, 20 və 50 manat dəyərində psixotrop maddə hesab olunan metamfetamin aldığını Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Bundan başqa “Baxış keçirilməsi haqqında” 06 mart 2025-ci il tarixli protokoldan və video görüntünü özündə əks etdirən DVD diskdən görünür ki, 06 mart 2025-ci il tarixdə “Azercell Telekom“ MMC-dən daxil 3-13-110/1-16150/2025 nömrəli məktuba baxış keçirilmiş. Baxış keçirən zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan smslərə baxış keçirən zamanı xx.xx.2022-ci il tarixdə saat 18:01:45-də **********97 saylı mobil nömrədən **********05 saylı mobil nömrəyə “Söz deyirəm sen canın varsa 20 manatım var ma onan təşkil eliye bilersenmi çox çəkmək isdemirəm iki nəfərlik sen canın basına dönerem gor naresan yaman a“ məzmunda SMS yazılmışdır. xx.xx.2024-cü il tarixdə saat 22:49:17-də **********64 saylı mobil nömrədən **********05 saylı mobil nömrəyə “X22 andolsun Allaha telefonu qırıb nömrəsini mən götürmüşəm saat 10 keçib çıxa bilmirem vallah aparata 50 dolar pulum var ayqa 1 qram versense“ məzmunda SMS yazılmışdır. xx.xx.2024-cü il tarixdə saat 23:46:46-da **********23 saylı mobil nömrədən **********05 saylı mobil nömrəyə “Ata nolar bakıdan apresden gelmisem ma biraz yem ver qadan alar“ məzmunda SMS yazılmışdır. xx.xx.2024-cü il tarixdə saat 00:58:52-də **********23 saylı mobil nömrədən **********05 saylı mobil nömrəyə “Ata nolar agrıyıram azca duz qos savax pulunu verijem gunorta“ məzmunda SMS yazılmışdır. xx.xx.2025-ci il tarixdə saat 15:02:34-də **********17 saylı mobil nömrədən **********05 saylı mobil nömrəyə “Ay qaqa niye cavab vermirsen vurmusam pulu dedim axı taksi gelir, taksi yazır bir cavab ver vurmusam ne edim qaydımı dala“ məzmunda SMS yazılmışdır. xx.xx.2025-ci il tarixdə saat 20:59:07-də **********17 saylı mobil nömrədən **********05 saylı mobil nömrəyə “Ayqa pulu vurmusam bir söz sadə yazda men sirket taksinenem pul yazir niye bele edirsən“ məzmunda SMS yazılmışdır. “Baxış keçirilməsi haqqında” 14 mart 2025-ci il tarixli protokoldan DVD diskdən görünür ki, 14 mart 2025-ci tarixdə “Bakcell“ MMC-dən daxil 3-13-110/1-6978/2025 nömrəli məktuba baxış keçirilmiş. Baxış keçirən zamanı Təqsirləndirilən şəxsun istifadəsində olan ********** saylı mobil nömrəyə daxil olan smslərə baxış keçirən zamanı xx.xx.2023-cü il tarixdə saat 00:03:40-da **********12 saylı mobil nömrədən **********58 saylı mobil nömrəyə “ Mən getdim evə götürsən gətirif hemenki yerə qoyasan sən canin evin “ məzmunda SMS-lər yazmışdır. Bundan Başqa Məhkəmə tibbi ekspertizasının 01 fevral 2025-ci il tarixli 60 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 26 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən işgəncələrə və digər qanunsluğa yol verilmədiyi müəyyən olunduğu üçün CPM-nin 39.1-1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixi təsirə məruz qaldığını və hazırki əməli törətmədiyini iddia etsə də, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs məxsus olan mobil telefonlarda olan SMS mesajların mətinləri, Whatsapp tətbiqindən aparılmış yazışmalar, atılmış konumlar və iş üzrə alınmış şahid ifadələri ilə onun narkotik vastələrin qanunsuz dövriyyəsi ilə məşğul olması öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, DVD disklər və digər sənədlərlə Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda narkotik vasitələri, xeyli miqdarda psixotrop maddəni ayrı-ayrı şəxslərə satış məqsədilə əldə etməsi tam olaraq sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Bundan başqa Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 16-cı bəndində göstərilmişdir ki, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edib-etməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən heroin və tiryək narkotik vasitə, İİ-ci siyahısına əsasən metmafetamin psixotrop maddə hesab olunur; heroinin külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 2 qramdır; heroinin külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 50 qramdır; metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram və ondan yuxarı, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi isə 2 qramdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitə tiryəkin ümumi təmiz çəkisi 3440 qram, heroinin isə ümumi təmiz çəkisi 770 qram olmaqla ayrı-ayrılıqda külli miqdar təşkil edirlər. Psixotrop madda metamfetaminin isə ümumi təmiz çəkisinin 0,484 qram olmaqla xeyli miqdar təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X6 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Avropa İnsan Hüquqları Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Yuxarıda sadalanlara əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi, narkotik vasitələr heroin və tiryəkin çəkisinin külli miqdar təşkil etməsi, həmçinin istifadəsində olan mobil telefona baxış zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair mesajların aşkar edilməsi külli miqdarda narkotik vasitələri ayrı-ayrı şəxslərə satmaq məqsədi tam olaraq sübuta yetirilir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, əməliyyat-axtarış tədbirinin gedişinə dair protokol, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri, DVD diskləri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək birbiri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, CM-nin 59.1.4-ci maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini ağırlaşdıran hal müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirrən halı və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 31 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 128.70 (yüz iyirmi səkkiz manat yetmiş qəpik) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2025-ci il tarixli, 711 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kainetə qediyyata alınması məsləhət görülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Şəmkir Rayon Polis Şöbəsinin saxlama anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,484 qram psixotrop maddə hesab olunan metamfetamin, avtomobilə baxış keçirilən zamanı aşkar edilərək götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 769,8 qram narkotik vasitə hesab olunan heroin, 1114,8 qram,1214,8 qram və 1109,8 qram narkotik vasitə hesab olunan tiryək məhv edilməli, şəxsi axtarış və avtomobilin yoxlanılmasının görüntülərinin yazıldığı 02 (iki) ədəd DVD disk, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilən zaman video çəkilişin yazıldığı 01 (bir) ədəd DVD disk, üzləşdirmədə dindirmə protokolu zamanı video çəkilişin yazıldığı 01 (bir) ədəd DVD disk, Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinə baxış və götürmə aparılan zamanı görüntülərin yazıldığı 01 (bir) ədəd DVD disk, "xxxx" MMC-dən və “Bakcell“ MMC-dən daxil olmuş 02 (iki) ədəd DVD disk, şahidlər Şahid10, Şahid9 və Şahid11 dindirilən zaman video çəkilişin yazıldığı 03 (üç) ədəd DVD disklər iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Fərdi yaşayış evindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd bıçaq, 02 (iki) ədəd elektron tərəzi, 01 (bir) ədəd şüşə boru məhv edilməldir. Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 31 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Şəmkir Rayon Polis Şöbəsinin saxlama anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,484 qram psixotrop maddə hesab olunan metamfetamin, avtomobilə baxış keçirilən zamanı aşkar edilərək götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 769,8 qram narkotik vasitə hesab olunan heroin, 1114,8 qram,1214,8 qram və 1109,8 qram narkotik vasitə hesab olunan tiryək məhv edilsin, şəxsi axtarış və avtomobilin yoxlanılmasının görüntülərinin yazıldığı 02 (iki) ədəd DVD disk, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilən zaman video çəkilişin yazıldığı 01 (bir) ədəd DVD disk, üzləşdirmədə dindirmə protokolu zamanı video çəkilişin yazıldığı 01 (bir) ədəd DVD disk, Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinə baxış və götürmə aparılan zamanı görüntülərin yazıldığı 01 (bir) ədəd DVD disk, "xxxx" MMC-dən və “Bakcell“ MMC-dən daxil olmuş 02 (iki) ədəd DVD disk, şahidlər Şahid10, Şahid9 və Şahid11 dindirilən zaman video çəkilişin yazıldığı 03 (üç) ədəd DVD disklər iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. Fərdi yaşayış evindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd bıçaq, 02 (iki) ədəd elektron tərəzi, 01 (bir) ədəd şüşə boru məhv edilsin. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 128.70 (yüz iyirmi səkkiz manat yetmiş qəpik) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-466/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-466/2025
02.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver