Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-467/2022 23.11.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Mehdiyeva Vəfa Zakir qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X5, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Göygöl Vəkil Bürosunun vəkili X10 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilmişdir ona görə ki, Təqsirləndirilən şəxs, xx.xx.2021-ci il tarixdə saat 16 radələrində X12, Şahid1 və Şahid2 ilə birlikdə Gəncə şəhəri, “Əlillər”-in dairəsinin adlanan yerin yaxınlığında yerləşən adı istintaqa məlum olmayan kafedə nahar edib, spirtli içki qəbul etmiş, daha sonra həmin gün saat 17 radələrində X14 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ƏN-V 574176 saylı etibarnamə əsasında istifadəsində olan **-DB-*** qeydiyyat nömrə nişanlı, VAZ 21063 minik markalı avtomobilin sükanı arxasında sərxoş vəziyyətdə əyləşib, avtomobildə söhbət edərkən Kərəm Alşanovla aralarında yaranmış mübahisə zamanı, sonuncu onu söyüb, nalayiq ifadələrlə təhqir etdikdən sonra ona vurduğu zərbənin nəticəsində dodağının zədələnməsi və üst çənənin sağ tərəfində yerləşən bir dişinin yerində olmaması ilə nəticələnən xəsarət yetirərək avtomaşından yerə düşmüş, özü də avtomobilin sükan arxasından yerə düşüb sözlü mübahisə zamanı yanında olan Şahid1 onları aralaşdıraraq K.Alşanovun qolundan tutub Gəncə şəhəri Nuxa küçəsində yerləşən avtomobil yolu ilə oradan uzaqlaşdıran zaman K.Alşanovun onun ünvanına nalayiq ifadələr işlətməsini və üz nahiyyəsinə yumruqla vurmasını şəxsiyyətinə sığışdırmayaraq qisas almaq niyyətilə yüksək təhlükə mənbəyi hesab edilən idarə etdiyi VAZ 21063 minik markalı avtomobillə Kərəm Alşanov və Şahid1 arxasıyla sürüb, X1 qəsdən ağır zərər vurmaq məqsədilə Gəncə şəhəri, Nuxa küçəsində Şahid1 ilə yan-yana piyada hərəkətdə olan zərər çəkmiş şəxslə yanaşı digər şəxsin həyatı və sağlamlığı üçün də təhlükə törətdiyini dərk edərək ümumi təhlükəli üsulla Kərəm Alşanovu avtomobilin qabaq sağ künc hissəsilə arxadan vurub idarə etdiyi avtomobilin təkərlərinin sonuncunun çanaq-qarın nahiyəsindən keçməklə, K.Alşanova həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən daxili qanitirmə, sağ çanaq sümüklərinin qapalı sınıqları, müsariqə arteriyaların zədələnməsi, peritonarxası hematoma ilə müşaiyyət olunan qarının qapalı travması xəsarətləri yetirib, qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs müdafiəçisi Fuad Əhmədov yazılı vəsatət verərək, iş üzrə verilən ittihamla razı olmadıqlarını, həmçinin hüquqi varisin vəkil təyin edilməsinə əvvəlcədən razı olmadıqlarını, bu barədə ibtidai istintaq zamanı da vəsatətləri olduqlarını, lakin zərərçəkmiş şəxsin yaxın qohumu və qohumu olduğu halda prokurorluğun qərəzli şəkildə zərərçəkmiş şəxsin yaxınlarını hüquqi varis kimi tanıyaraq cəlb etdiyini, bundan əlavə hüquqi varis kimi işə buraxılmış X7 fəaliyyətinin Vəkillər Kollegiyasının 14 oktyabr 2022-ci il tarixli qərarına əsasən dayandırılmasına baxmayaraq 19 oktyabr 2022-ci il tarixdə orderlə işə buraxılmasını, odur ki, kobud prosessual pozuntulara yol verildiyinə görə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclası zamanı dövlət ittihamçısı Müşfiq Rəhimov yazılı vəsatət verərək, cinayət işi üzrə Azərbaycan Respublikası CPM-in 303.3.8-ci maddəsinin tələbləri pozulduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə yol verilmiş vəsatətdə qeyd olunan kobud pozuntuların aradan qaldırılması üçün cinayət işinin məhkəmənin hazırlıq iclasında baxılmasına xitam verilməsini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Məhkəmə cinayət işinin materiallarını nəzərdən keçirib, cinayət prosesi iştirakçılarının vəsatət barədə fikirlərini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 303.3.8-ci maddəsinin tələbləri pozulmuşdur. Ona görə də Təqsirləndirilən şəxs müdafiəçi X9 və dövlət ittihamçısı Müşfiq Rəhimovun vəsatətləri təmin edilməli, ********* nömrəli cinayət işi üzrə qanuni həll edilməsi mümkün olmayan ibtidai istintaq zamanı yol verilmiş kobud qanun pozuntularına görə məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, cinayət işi materiallarından görünür ki, 19 oktyabr 2022-ci il tarixli “vəkilin dəvət olunması haqqında” qərarla (cild 2, iş vərəqə 106-108) zərərçəkmiş şəxs X6 yaxın qohumu və ya qohumu cinayət işi üzrə icraat zamanı ölmüş zərərçəkmiş şəxsin hüquq və vəzifələrinin həyata keçirmək istəklərini bildirmədiklərindən, zərərçəkmiş şəxsin hüquqlarının müdafiəçisi qismində Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X11 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Məhkəmə Kollegiyası ilk öncə onu qeyd edir ki, Azərbaycan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən hadisə nəticəsində ölmüş zərər çəkmiş şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri zərər çəkmiş şəxsin hüquqi varisi hesab olunur. Ölmüş zərər çəkmiş şəxsin yaxın qohumları olmadıqda, digər qohumları, onlar da olmadıqda və ya həmin şəxslər bu Məcəllənin 106.2-ci maddəsinə əsasən hüquqi varis hesab edilə bilmədikdə, bu Məcəllənin 87.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təyin edilmiş vəkil həmin cinayət işi üzrə icraatda zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınır. Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyin həmin maddəsinin məzmunundan görünür ki, həmin Məcəllənin 87.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təyin edilmiş vəkil yalnız zərər çəkmiş şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən zərərçəkmiş şəxsin yaxın qohumu, o olmadıqda və ya həmin şəxs hüquqi varis hesab edilə bilmədikdə, digər qohumları, onlarda olmadıqda və ya həmin şəxslər də bu Məcəllənin 106.2-ci maddəsinə əsasən hüquqi varis hesab edilə bilmədik zərərçəkmiş şəxsin hüquqi varisi qismində təyin edilə bilər. Göründüyü kimi qanunvericilik vəkilin zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmasını öncəki mərhələlərdən aslı etmişdir. Qanun həmin maddəsində nəzərdə tutulmuş tələblərin gözlənilməsi həm zərərçəkmiş şəxsin hüquq və vəzifələrinin təmin edilməsinə, həm də təqsirləndirilən şəxsin hüquqlarının (zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışmaq hüququ kimi) qorunmasına xidmət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 106.4-cü maddəsinə əsasən zərər çəkmiş şəxsin qohumu olan hüquqi varisi cinayət işi üzrə icraatın hər hansı anında müvafiq səlahiyyətləri öz üzərindən götürə bilər. Həmin Məcəllənin 106.6-cı maddəsinə görə zərər çəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi istisna olmaqla, digər hüquqi varisin aşağıdakılara hüququ yoxdur: şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq; xüsusi ittihamçı qismində cinayət təqibindən imtina etmək; zərər çəkmiş şəxsin verdiyi şikayətdən imtina etmək. Həmin Məcəllənin 106.7-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin qohumu olan hüquqi varisi şahid qismində dindirilə bilər. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən X8 və Şahid3 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmaq istəkələri olarsa Gəncə şəhər prokurorluğuna müraciət edə biləcəkləri barədə məktub (cild 1, iş vərəqə 171) göndərilsə də, onların hüquq və vəzifələri izah edilməmiş, bundan başqa zərərçəkmiş şəxsin digər qohumlarının olmasının ibtidai istintaq orqanına məlum olmasına baxmayaraq qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl edilməyərək vəkil Cəfər Hacıyev zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, zərəçəkmiş şəxsin qohumu X4 izahatı alınmış, yəni ibtidai istintaq orqanına zərərçəkmiş şəxsin qohumu məlum olmuş, lakin nə ona, nə də digər qohumlara zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmaq istəklərinin olması barədə müraciət etmək imkanlarının olması izah edilməmiş, onların hüquq və vəzifələri barədə məlumat verilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Vəkillər X2 14 oktyabr 2022-ci il tarixli qərarına əsasən X7 fəaliyyətinin həmin tarixdən dayandırılmasına baxmayaraq X13 19 oktyabr 2022-ci il tarixdə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq işə buraxılmış və səlahiyyətləri dayandırıldığından hazırki iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində prosessual statusa malik olmadığından qanunvericilik müəyyən edilmiş qaydada cinayət işinin materialları ilə tanış olmaq imkanından məhrum olmasına baxmayaraq 27 oktyabr 2022-ci il tarixdə cinayət işinin materialları ilə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanış edilmişdir. Bununla da ibtidai istintaq orqanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.8-ci maddə də nəzərdə tutulmuş kobud qanun pozuntusuna yol vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası CPM-in 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286-cı maddələrinin tələblərinin pozulması kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 13-cü maddəsinə görə bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Beləliklə, məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.8-ci maddəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə qanuni həll edilməsi mümkün olmayan ibtidai istintaq zamanı yol verilmiş kobud pozuntulara görə məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-in 306.2.1-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda və həmin Məcəllənin 306.2.2-ci maddəsinə əsasən isə cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə müraciət etdikdə məhkəmə həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 155.3-cü maddəsinə əsasən həbs qətimkan tədbiri yalnız: bu Məcəllənin 155.1.1-155.1.3-cü maddələrində nəzərdə tutulmuş hərəkətlərin qarşısını almaq məqsədi ilə, 2 (iki) ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə (155.3.1); cinayət prosesini həyata keçirən orqandan gizlənməsinin qarşısını almaq məqsədi ilə, 2 (iki) ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə (155.3.2); əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə (155.3.3) - tətbiq oluna bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyanın 5-ci maddəsinin 1-ci hissəsinin “c” yarımbəndindən, eləcə də “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 4.1.3-cü maddəsindən belə aydın olur ki, şəxsin azadlıqdan məhrum edilməsi üçün onun hüquq pozuntusu törətdiyinə dair əsaslı şübhənin olması zəruridir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi şəxsin cinayət əməlində təqsirli bilindiyi halda qərar verilməzdən əvvəl onun həbsi üçün dörd əsas qəbul edilən səbəb göstərir: təqsirləndirilən şəxsin məhkəməyə gəlməmə riski (“Stöqmüller Avstriyaya qarşı” iş); təqsirləndirilən şəxsin azad olunduğu təqdirdə ədalət mühakiməsinin həyata keçirilməsinə maneə törədəcəyi riski (“Vemhoff Almaniyaya qarşı” iş), digər cinayət əməlləri törədəcəyi riski (“Matznetter Avstriyaya qarşı” iş) və ya ictimai qaydanı pozması riski (“Letelye Fransaya qarşı” iş). “Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Avropa Məhkəməsinin presedentlərinə görə həbs qətimkan tədbirinin tətbiqinə, bir qayda olaraq, cəmiyyətin maraqlarının şəxsin azadlıq hüququndan üstün olduğu halda yol verilir. Bu halda isə şəxsin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur və cəmiyyət üçün təhlükəli olmaqda qalır. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin bitməsini, cinayət işinin mürəkkəbliyini, təqsirləndirilən şəxsin azadlıqda qalacağı halda istintaqdan gizlənməsinə və cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə ibtidai istintaqın normal gedişinə mane olmasına dair kifayət qədər əsas olduğunu, eləcə də onun barəsində həbs qətimkan tədbiri seçilərkən əsas götürülmüş halların aradan qalxmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 23 noyabr 2022-ci il tarixdən 1 (bir) ay müddətinə, yəni 23 dekabr 2022-ci il tarixədək uzadılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.5., 303.1., 303.2., 303.3.1., 159, 306, 448-454-cü maddələrini rəhbər tutub məhkəmə, Qərara alır:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.
2. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri 23 noyabr 2022-ci il tarixdən hesablanmaqla 1 ay müddətinə uzadılsın.
3. Qərarın surəti dövlət ittihamçısına, zərərçəkmiş şəxsə, müdafiəçiyə və təqsirləndirilən şəxsə göndərilsin.
4. Qərardan şikayət və protest verilə bilməz.