Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-468/2023 22.12.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu, Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə, X13 və X6 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1967-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Tovuz rayonu, Abulbəyli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyən etdi: İbtidai istinaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamasına görə ittiham verilmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 4,782 qram olmaqla şəffaf sellofan (polietilen) kəsiyi bükümündə qablaşdırılmış, tərkibində kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamış, 05 aprel 2023-cü il tarixdə, saat 19:30-da Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Tovuz şəhəri, H.Əliyev prospektində yerləşən “Şəhər parkı” adlanan parkda saxlanılaraq, ünvan 1 ünvanda yerləşən Tovuz rayon polis şöbəsinə gətirilmiş,Tovuz rayon polis şöbəsinin inzibati binasının birinci mərtəbəsində yerləşən xidməti otaqda həmin tarixdə saat 20:00-dan 20:40-dək olan müddət ərzində onun üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli qış gödəkcəsinin sol yan cibindən bir ədəd şəffaf sellofan (polietilen) kəsiyi bükümündə qablaşdırılmış, ümumi təmiz çəkisi 4,782 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində o, Tovuz rayon Heydər Əliyev prospektində tək dayanan zaman 4 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona üzərində qanunsuz narkotik vasitə saxlamaqda və narkotik vasitəni müxtəlif şəxslərə satmaqda şübhəli olduğunu bildirib onu Tovuz rayon polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməmiş, bundan sonra onu Tovuz rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Tovuz rayon polis şöbəsində polis əməkdaşları onu tanımadığı bir otağa aparmışlar. Aradan bir neçə dəqiqə keçəndən sonra təhqiqat bölməsinin baş təhqiqatçısı Şahid5 ona vəkillərin siyahısı təqdim etmişdir. O, vəkillərin siyahısına baxmış və həmin siyahıdan Tovuz rayon vəkil bürosunun vəkili X2 onun hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. Onun istəyinə uyğun olaraq vəkil X7 onun hüquqlarını müdafiə etməsi üçün ona vəkil təyin edilmişdir. Bundan sonra iki nəfər kənar şəxs hal şahidi qismində dəvət edilmiş, hal şahidlərindən onu tanıyıb tanımadıqları soruşulmuş, hal şahidləri də onu tanımadıqlarını, onu ilk dəfə gördüklərini bildirmişlər. Həmçinin ona hal şahidləri ilə hər hansı bir ədavətinin və düşmənçiliyinin olub olmaması soruşulmuş, o həmin şəxsləri ilk dəfə gördüyünü və əvvəllər həmin hal şahidlərini tanımadığını və heç biri ilə heç bir ədavəti və düşmənçiliyi olmadığını bildirmişdir. Daha sonra vəkilin, hal şahidlərinin və şəxsi axtarışda iştirak edən polis əməkdaşlarının iştirakları ilə onun üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı onun əynində olan boz rəngli qış gödəkçəsinin sol yan cibindən 01 ədəd şəffaf rəngli selofan bükümdə olan qəhvəyi rəngli kütlə aşkar edilmişdir. Həmin sellafon bükümdə olan kütlə açılaraq baxış keçirilmiş və baxış zamanı həmin kütlənin tünd qəhvəyi rəngli, ilkin görünüşdən narkotik vasitə olan “Heroinə” bənzədiyi müəyyən edilmişdir. Daha sonra həmin kütlə onun üzərindən aşkar edilərək götürülmüş bir ədəd şəffaf rəngli selofan bükümdə olan kütlə əçzaçı tərəzisində çəkilmiş və həmin kütlə sellafon bükülü ilə birlikdə 5,04 qram olmuşdur. O, sorğu-sual zamanı şəxsi axtarış zamanı onun üzərindən aşkar edilmiş sellafon bükümdə olan kütlənin ona məxsus olmadığını bildirmişdir. Həmçinin şəxsi axtarış zamanı onun üzərindən 2 ədəd 50 manatlıq, 1 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq, 2 ədəd 1 manatlıq pul əkinasları olmaqla, ümumilikdə 132 manat pul, 2 qutu “Sobraine” siqareti, 1 ədəd “Bakı Metropoliteninə” məxsus “Bakı” kartı, 1 ədəd ”Leobanka” məxsus plastik kart, 1 ədəd və 1 ədəd “Araz” marketə məxsus kart, 1 ədəd alışqan, 1 ədəd “Lorinden” mazı aşkar edilmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş 2 ədəd 50 manatlıq, 1 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq, 2 ədəd 1 manatlıq pul əkinasları olmaqla, ümumilikdə 132 manat pul, 2 qutu “Sobraine” siqareti, 1 ədəd “Bakı Metropoliteninə” məxsus “Bakı” kartı, 1 ədəd ”Leobanka” məxsus plastik kart, 1 ədəd və 1 ədəd “Araz” marketə məxsus kart, 1 ədəd alışqan, 1 ədəd “Lorinden” mazı onun özünə geri qaytarılmışdır. Şəxsi axtarış zamanı o, üzərindən aşkar edilmiş sellafon bükümdə olan narkotik vasitəyə bənzər kütlə onun, vəkilinin, hal şahidlərinin və şəxsi axtarışda iştirak edən iştirakçıların iştirakı ilə 01 ədəd kağız zərfə qoyulub qablaşdırılmış və möhürlənərək zərfin üzəri iştirfkçılar və hal şahidləri tərəfindən imzalanmışdır. Həmin narkotik vasitəyə bənzər kütlə onun olmadığı üçün o, həmin zərfin üzərinə imza etməkdən imtina etmişdir. Həmin narkotik vasitə ona məxsus olmamış, o, heç kimə narkotik vasitə satmamışdır. Ona elə gəlir ki, həmin narkotik vasitəni onun cibinə polis əməkdaşları qoymuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhərindən Tovuz rayonuna narkotik vasitə gətirməsi barədə ona məlumatlar daxil olmuşdur. Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa olunması və qanunsuz olaraq saxladığı narkotik vasitələrin dövriyyədən çıxarılmasının təmin edilməsi üçün xx.xx.2023-cü il tarixdə təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmişdir. Əməliyyat axtarış tədbirlərinin keçirilməsində Şahid4, Şahid3, Şahid2 iştirak etmişlər.Onlar birlikdə Təqsirləndirilən şəxs Tovuz şəhəri Heydər Əliyev prospektində müəyyən edib ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş. Tovuz RPŞ-nə getməsini təklif etmişlər,E. Məmmədov da etiraz etməmişdir. Bundan sonra onlar E. Məmmədovu Tovuz RPŞ-nə gətirmişlər. Təhqiqatçı Şahid5 Təqsirləndirilən şəxs öz istəyi ilə Tovuz rayon vəkil bürosunun vəkili X3 Təqsirləndirilən şəxs müdafiəçisi kimi dəvət etmişdir. Daha sonra şəxsi axtarışda iştirak etməsi üçün iki nəfər hal şahidi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan hal şahidlərinə və Elxana qanunvericiliyə uyğun olaraq hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra vəkilin, iştirakçıların və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan edilmiş hər hansı bir əşyanın olmadığını bildirmişdir.Daha sonra hal şahidlərinin, vəkilin, və baxışda iştirak edən digər iştirakçıların iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli qış gödəkçəsinin sol yan cibindən 01 ədəd şəffaf rəngli selofan bükümdə olan qəhvəyi rəngli kütlə aşkar edilmişdir. Həmin kütlə açılaraq baxış keçirilmiş və baxış zamanı həmin kütlənin tünd qəhvəyi rəngli, ilkin görünüşdən narkotik vasitə olan “Heroinə” bənzədiyi müəyyən edilmişdir. Daha sonra həmin şəffaf selofan bükümdə olan kütlə əçzaçı tərəzisində çəkilmiş və həmin kütlə selofan büküm ilə birlikdə 5.04 qram olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində ətraflı şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 2 ədəd 50 manatlıq, 1 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq, 2 ədəd 1 manatlıq pul əkinasları olmaqla, ümumilikdə 132 manat pul, 2 qutu “Sobraine” siqareti, 1 ədəd “Bakı Metropoliteninə” məxsus “Bakı” kartı, 1 ədəd ”Leobanka” məxsus plastik kart, 1 ədəd və 1 ədəd “Araz” marketə məxsus kart, 1 ədəd alışqan, 1 ədəd “Lorinden” mazı aşkar edilmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş 2 ədəd 50 manatlıq, 1 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq, 2 ədəd 1 manatlıq pul əkinasları olmaqla, ümumilikdə 132 manat pul, 2 qutu “Sobraine” siqareti, 1 ədəd “Bakı Metropoliteninə” məxsus “Bakı” kartı, 1 ədəd ”Leobanka” məxsus plastik kart, 1 ədəd və 1 ədəd “Araz” marketə məxsus kart, 1 ədəd alışqan, 1 ədəd “Lorinden” mazı iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş selofan bükümdə olan 1 ədəd şəffaf rəngli sellafonda olan kütlə bükülü ilə birlikdə 01 ədəd kağız zərfə qoyulub qablaşdırılmış və möhürlənərək imzalanmışdır. Təqsirləndirilən şəxs müxtəlif şəxslərə narkotik vasitə satması barədə məlumat daxil olsa da, bu faktın təsdiq üçün sübütlar müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq zamanı ifadələrində və daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə göstərdikləri halları onunla əsaslandırmışlar ki, təcrübələrində belə halların çox olması, yəni şəxsin barəsində daxil olan məlumatda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması o cümlədən satış məqsədi ilə üzərində saxlaması və daşıması barədə məlumat olsa da, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmamışdır. İş üzrə şahid qismində dindirilmiş və ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş X11 xx.xx.2022–ci il tarixli ifadəsində göstərmişdir ki, «… Tovuz rayonu Abulbəyli kəndində yaşayan Təqsirləndirilən şəxs tanımamış, onu əvvəllər heç vaxt görməmiş, onun Təqsirləndirilən şəxsla hər hansı münasibəti, ədavəti, düşmənçiliyi və qohumluq əlaqəsi olmamışdır.O, 05 aprel 2023-cü il tarixdə saat 20 radələrində “Pandemiya” vaxtı ona yazılmış cərimənin silinib-silinməməsi öyrənmək məqsədilə "Tovuz rayon polis şöbəsinə gəlmişdir. O, Tovuz rayon polis şöbəsinin inzibati binasında olan zaman polis əməkdaşları ondan adını sonradan öyrəndiyi əvvəllər tanımadığı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirəcəklərini və onun da həmin şəxsi axtarışda hal şahidi kimi iştirak etməyini xahiş etmişlər. O,polis əməkdaşları ilə razilaşmış, təhqiqatçı Şahid5 ona Təqsirləndirilən şəxs ilə hər hansı bir qohumluq əlaqəsinin, ədavəti və düşmənçiliyimin olub-olmadığını soruşmuş,o da Təqsirləndirilən şəxsla onun heç bir ədavəti və düşmənçiliyi olmamasını bildirmişdir. Onu ilk dəfədir ki, görmüş, əvvəllər tanımamışdır. O, adını sonradan öyrəndiyi Elxan adlı şəxsin üzərində şəxsi axtarış aparılan zaman hal şahidi kimi iştirak etmişdir. Elxan adlı şəxsin üzərində şəxsi axtarış aparılmamışadan əvvəl ona qanunvericiliyə uyğun olaraq hüquq və vəzifələri izah edilmiş ,daha sonra isə ona və onunla birlikdə şəxsi axtarışda iştirak edən digər hal şahidi X4 hüquq və vəzifələri izah edilmişdir.O, hüquq və vəzifələri ilə tanış olduqdan sonra onun və onunla birlikdə şəxsi axtarışda iştirak edən hal şahidi Elvin Əmiraslanovun, vəkilin və digər iştirakçıların iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan edilmiş hər hansı bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli qış gödəkçəsinin sol yan cibindən l ədəd şəffaf rəngli selofan bükümdə olan qəhvəyi rəngli kütlə aşkar edilmişdir. Həmin kütləyə açılaraq baxış keçirilmiş və baxış zamanı həmin kütlənin tünd qəhvəyi rəngli, ilkin görünüşdən narkotik vasitə olan “Heroinə” bənzədiyi müəyyən edilmişdir. Daha sonra həmin şəffaf selofan bükümdə olan kütlə əçzaçı tərəzisində çəkilmiş və həmin kütlə selofan büküm ilə birlikdə 5.04 qram olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində ətraflı şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun üzərindən 2 ədəd 50 manatlıq, 1 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq, 2 ədəd 1 manatlıq pul əkinasları olmaqla, ümumilikdə 132 manat pul, 2 qutu “Sobraine” Siqareti, 1 ədəd “Bakı Metropoliteninə” məxsus “Bakı” kartı, 1 ədəd “Leobanka” məxsus plastik kart, 1 ədəd və 1 ədəd “Araz” marketə məxsus kart, 1 ədəd alışqan, 1 ədəd “Lorinden” mazı aşkar edilmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş 2 ədəd 50 manatlıq, 1 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq, 2 ədəd 1 manatlıq pul əkinasları olmaqla ümumilikdə 132 manat pul, 2 qutu “Sobraine” siqareti 1 ədəd “Bakı Metropoliteninə" məxsus “Bakı” kartı, 1 ədəd "Leobanka məxsus plastik kart, 1 ədəd və 1 ədəd “Araz” marketə məxsus kart, 1 ədəd alışqan, 1 ədəd “Lorinden” mazı Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümdə olan kütlə 01 ədəd kağız zərfə qoyulub qablaşdırmış və Azərbaycan Respublikası DİN-nin 177 saylı mohürü ilə möhürlənərək zərfin üzərinə iştirakçılar, vəkil, digər hal şahidi və onun tərəfindən imzalanmışdır…» İş üzrə şahid qismində dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş X8 şahid X9 ilə eyni məzmunlu ifadə vermişdir. Eləcə də məhkəmə iclasında dindirilmiş Şahid4, Şahid5, Şahid2 və Şahid3 öz ifadələrində Şahid1 oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 05 aprel 2023-cü il tarixli «Raportdan» görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni saxlaması, gəzdirməsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş «Əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs X5 dövriyyəsi ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 05 aprel 2023cü il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, 05 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Tovuz RPŞ-nin inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli qış gödəkcəsinin sol yan cibindən bir ədəd şəffaf sellofan (polietilen) kəsiyi bükümündə qablaşdırılmış narkotik vasitə olan heroin aşkar edilərək qablaşdırılıb götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə İdarəsinin rayonlararası Narkoloji Dispanserin 12 aprel 2023-cü il tarixli, 628 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Tovuz rayon məhkəməsinin 07 aprel 2023-cü il tarixli 4(062)-20/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 05 aprel 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 21 iyun 2023-cü il tarixli “üzləşdirmə protokolundan” görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1, Şahid4, Şahid5 və Şahid2 arasında üzləşdirmədə dindirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmədə dindirmə zamanı Şahid1, Şahid4, Şahid2 və Şahid5 şahid qismində verdikləri ifadələrində göstərdikləri xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə demişlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində hal şahidlərinin, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə saat 20-00-dan saat 20:40-dək olan müddətdə şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı onun əynində olan boz rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf rəngli sellafon bükümdə olan qəhvəyi rəngli kütlə, sellafon bükümlə birlikdə ümumi çəkisi 5,04 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq əczaçı tərəzsiridə çəkilmiş və götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X12 bölməsinin 06 aprel 2023-cü il tarixli, 16/397 nömrəli rəyindən görünür ki, “Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş şəffaf sellafonda olan kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellafon bükümdə təmiz çəkisi 4,782 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir.Heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən “narkotik vasitələrin” 1-ci siyahısının İ bəndinə daxildir.Heroindən 0,1 qram tədqiqata sərf edildikdən sonra 4,682 qram qalıq qalmışdır. Azərbaycan Respublikası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatirik Ekspertiza Mərkəzi PHŞ Gəncə Regional ambulator Şöbəsinin xx.xx.2023-cü il tarixli 293 saylı ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb biçmək və idarə etmək iqtidarında olmuşdur və hal-hazırda o, öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək qabiliyyətindədir.Təqsirləndirilən şəxs qeyd olunan cinayəti törədərkən anlaqlı olmuşdur.Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir.Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 04 sentyabr 2023cü il tarixli “Sübutların qiymətləndirləməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 4,782 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,682 qram çəkidə narkotik vasitə olan heroin Tovuz rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası medalının İ-19090 №-li vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezdentinin 2021-ci il 24 iyun tarixli 2712 nömrəli Sərənacamı ilə X19 “Xocavəndin azad olunamasına görə” medalı ilə təltif olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası müdalının İ-15582 №-li vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezdentinin 2021-ci il 24 iyun tarixli 2712 nömrəli Sərənacamı ilə X19 “Ağdamın azad olunamasına görə” medalı ilə təltif olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası müdalının İ-8153 №-li vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezdentinin 2021-ci il 24 iyun tarixli 2712 nömrəli Sərənacamı ilə X19 “Cəsur döyüşcü” medalı ilə təltif olunmuşdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs oğlu narkotik vasitə ona məxsus olmadığını bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, özünün ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi, ekspertiza rəyləri, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materiallarla təkzib edildiyindən və işin faktiki hallarına uyğun olmadığından, həmin ifadəyə tənqidi yanaşaraq özünü müdafiə məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən ona verilən suallara cavab olaraq bildirmişdir ki, «o, həmin narkotik vasitəni özü qəbul etmək məqsədi ilə saxlamış, 4,782 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitədən heç kimə satmamış və ümiyyətlə o heç vaxt heç kimə narkotik vasitə və psixotrop maddələri satmamış və heç kimə verməmiş, ona polis əməkdaşları tərəfindən heç bir zor və təzyiq tətbiq olunmamışdır». Məhkəmə Təqsirləndirilən şəxs istintaq orqanı tərfindən elan edilmiş Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş ittihamla aşağıdakı səbəblərə görə razılaşmır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini narkotik maddənin satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirməsində mötəbər, biri-birini tamamlayan sübutlara və işin faktiki hallarına əsaslanmamışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi əldə edib saxlaması nə ibtibai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmasına və satış məqsədi ilə əldə etməsinə dair heç bir möhtəbər dəlil göstərməmişlər. Məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlamasının təsdiq olunmadığını, ibtidai istintaq zamanı ifadələrində və daxil olmuş əməliyyat məlumatında narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə göstərdikləri halları onunla əsaslandırmışlar ki, təcrübələrində belə halların çox olduğunu, yəni şəxsin barəsində daxil olan məlumatda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması o cümlədən satış məqsədi ilə üzərində saxlaması və daşıması barədə məlumat olsa da, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması, əldə etdiyi narkotik vasitənin mənbəyini müəyyən etmək məqsədilə əməliyyat tapşırığı verilmiş və Tovuz rayon Polis Şöbəsindən müvafiq cavab alınmışdır. Həmin məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni aldığı şəxsin şəxsiyyətinin və olduğu yerin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitəni saxlaması və satması barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Göründüyü kimi ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirməsində narkotik vasitəni satış məqsədi ilə saxlamasını ehtmallarla əsaslanmışdır. Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə hesab edir ki, istintaq orqanının topladığı qeyd edilən sübutların heç biri mötəbər, biri-birini tamamlayan, işin faktiki hallarına əsaslanan Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham üzrə yekun nəticəyə gəlməyə imkan verən düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edən sübut kimi qiymətləndirilə bilməz. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən X5 satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən plenumun qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair heç bir möhtəbər sübut olmadığı halda təkcə narkotik vasitənin çəkisinin çox olmasını da ehtimal edib, narkotik vasitəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o, heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasınında da öz əksini tapmışdır. Konvensiyanın 6cı maddəsinin tələblərinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Belə olan halda Təqsirləndirilən şəxs əməli heç bir halda Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs əməli satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə edib saxlama kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin satış məqsədi ilə saxlamasına dair heç möhtəbər sübut yoxdur. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci və 146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə İdarəsinin rayonlararası Narkoloji Dispanserin 12 aprel 2023-cü il tarixli, 628 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 26 aprel 2022-ci il tarixli qanunun 1.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinə dəyişilik edilərək həmin məcəlləyə 234.1-1 maddəsi əlavə edilmişdir (qanun 20 may 2022-ci il tarixdə dərc edilmişdir). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə görə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlama cinayətinin əlamətləri olmadığından ,onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, ekspertiza rəyləri, məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından və o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 4,782 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib saxladığından, onun əməli Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsinə tövsif edilməklə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunması, oğlunun İİ Qarabağ müharibəsi iştirakçısı olmasını onun məsuliyyəti yüngülləşdirilən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan qaydada cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaəsən narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmadır. Azərbaycan Respublikasının CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edil edildiyindən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut hesab edilərək Tovuz rayon polis şöbəsinində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 4,782 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,682 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikasının Narkomanlığa və X5 X10 üzrə Dövlət Komissiyasının Daimi X18 Qrupu tərəfindən həyata keçirilməli, 1 ədəd CD disk və 1 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respubliksının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X12 Bölməsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaəsən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınıb Tovuz RPŞ-nin saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 4,782 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,682 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Tovuz RPŞ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və X5 X10 üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat təşkil Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-468/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-468/2023
22.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver