Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-468/2025 05.12.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Müslümov Bəhruz Firizman oğlundan ibarət tərkibdə, Salmanzadə Ülkər Hikmət qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X8, müdafiəçilər Gəncə Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,539 qram narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 22 oktyabr 2023-cü il tarixdə saat 00:30 dəqiqədə Gəncə şəhər BPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq, Gəncə şəhəri, X21 küçəsi 05 ünvanında yerləşən Gəncə şəhər BPİ-yə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əyində olan boz rəngli şalvarın ön sol cibindən 01 ədəd ağ rəngli kağız bükümdə ümumi təmiz çəkisi 0,539 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrar satış məqsədi ilə istintaqa məlum olmayan tarixdə və mənbədən xeyli miqdarda, yəni təmiz çəkisi 1,396 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq satış məqsədi ilə əldə edib eyni məqsədlə 0,236 qram, 0,164 qram, 0,134 qram, 0,143 qram, 0,171 qram, 0,115 qram, 0,138 qram, 0,106 qram, 0,091 qram, 0,098 qram olmaqla hissələr bölüb satışa hazır vəziyyətə gətirərək üzərində saxlayaraq daşımış və Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə, saat 15:40 radələrində Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 750 ünvanında yerləşən “Ulduzlu Gecə” şadlıq sarayının yaxınlığında saxlanılaraq üzəri yoxlanılan zaman əynində olan qara rəngli şalvarın ön sol cibindən 10 (on) ədəd sellofan bükümlərində kimyəvi tərkiblərinə görə eynilik təşkil edən ayrı-ayrılıqda təmiz çəkiləri 0,236 qram, 0,164 qram, 0,134 qram, 0,143 qram, 0,171 qram, 0,115 qram, 0,138 qram, 0,106 qram, 0,091 qram, 0,098 qram olmaqla ümumi təmiz çəkisi 1,396 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2022-ci ildə narkotik vasitə istifadəçisi kimi həbs olunaraq azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sonra 09 ay müddətində müalicə olunmuş. 2023-cü ilin oktyabr ayında yaşadığı binanın həyətində olarkən polis əməkdaşları onu yenidən saxlayıb şöbəyə aparmışlar. Həmin vaxt atası da yanında olmuşdur. Atasına onun avtomobillə kimisə vurduğunu deyib aparmışlar. Müstəntiq onu aldadıb əvvəllər CM-nin 234.1-ci maddəsi ilə tutulduğuna görə indi CM-nin 234.2-ci maddəsi ilə ittiham olunmalı olduğunu, sonra 234.1-ci maddəyə dəyişəcəklərini bildirmişdir. Həmin vaxt o, müstəntiqlə razılaşmamış, sənədlərə imza etməkdən imtina etmişdir. Müdafiəçi ilə müqavilə bağladıqdan sonra prokurorluğa şikayət etmiş. Hazırki iş üzrə saxlanılmamışdan əvvəl 03 gün demək olar ki, evdən bayıra çıxmamışdır. Saxlanıldığı gün Gəncə şəhər Probasiya şöbəsindən İsmayıl adlı icra məmuru zəng edib bəzi sənədlərə imza etməli olduğunu deyərək onu probasiya şöbəsinə çağırmışdır. “Maksim” taksi xidmətindən taksi sifariş edib yoldaşı ilə birlikdə Yeni Gəncə qəsəbəsinə, Probasiya şöbəsinə getmişdir. Oradan çıxandan sonra birlikdə bacısıgilə getməyi planlamışlar, həmçinin son zamanlar onu tək qoymamaq üçün hara getsə ailə üzvlərindən biri də onunla birlikdə gedirdi. Taksidən düşüb probasiya şöbəsinə daxil olanda yoldaşı taksidə qalıb onu gözləmiş. Orada İsmayıl müəllimgil onu ləngitmişlər, əl izini götürəcəklərini deyib onu gözlətmişlər. O, düşünür ki, həmin vaxt onlar polis əməkdaşlarının gəlməsini gözləyirdilər. Barmaq izi götürdükdən sonra bir neçə sənədə imza etdirmişlər. Probasiya şöbəsindən çıxıb taksiyə minib gedəndə yolda Mahir adlı əməliyyatçı idarə etdiyi “Tayota prado” markalı avtomobillə, digər əməliyyatçılar da başqa avtomobillərlə onun olduğu taksinin qabağını kəsib onu düşürüb taksini yola salmağını, onunla işləri olduğunu bildirmişlər. O, yoldaşını taksi ilə evə göndərmiş. Daha sonra onu şöbəyə aparıb fiziki təsir göstərmişlər, hətta qolu da qırılmışdır. Məcbur olub 01 qram narkotik vasitə ilə ittiham olunmağa razı olmuşdur. Prokurorluğa gedəndə polis əməkdaşları tərəfindən döyülüb üzərinə narkotik vasitə qoyulduğunu bildirmişdir. Qolu göyərib şişmişdir. xx.xx.2024-cü il tarixdə, gecə saatlarında narkomaniyanın rəisi Rəşad və əməliyyatçı Şahin MSY-də yanına gəlmişlər. Şahin müəllim atasının Qarabağ əlili olduğunu bildiyini, polis əməkdaşlarının onu saxlamasından xəbəri olmadığını, ona kömək edəcəyini və səhər tezdən buraxdıracağını deyib sənədlərə imza etdirmişdir. Polis əməkdaşları onu döyüb qolunu sındırmışdılar, qolu və başı şişmişdir. MSY-ə daxil olanda da xəsarətləri barədə bildirmiş, lakin orada xəsarətlərini qeydə almamışlar, heç exspertizanın rəyində də fiziki təsirə məruz qalmağı qeyd olunmamışdır. Saxlanılan zaman onun üzərində narkotik vasitə olmayıb, buna baxmayaraq onu narkotik vasitə istifadəçi kimi ittiham etsələr etiraz etməzdi. O, heç vaxt heç kimə narkotik vasitə satmamışdır. Bundan başqa ifadəsində bildirmişdir ki, o, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bilir. Sonda məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərişdir ki, 2024-cü ilin sentyabr ayında Cinayət Axtarış İdarəsinə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılaraq Nizami prospektində yerləşən “Ulduzlu gecə” şadlıq sarayının yanında Təqsirləndirilən şəxs saxlayaraq özlərini təqdim edib, saxlanılmasının səbəbini izah edərək video çəkilişlə üzərinə baxış keçirtmişlər. O, da üzərində olan narkotik vasitəni çıxarıb təqdim etmişdir. Hümbətin üzərindən aşkar olunan narkotik vasitənin neçə bükümdə olması və çəkisinin nə qədər olmasını xatırlamır. Hümbət həmin narkotik vasitəni tapdığını, istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Həmin vaxt video çəkilişi o, aparmışdır. Əməliyyat tədbirində onunla birlikdə Şahid5 və Şahid4 iştirak etmişlər. Hümbəti saxladıqları zaman onun ayağında elektron nəzarət vasitəsi olmasından məlumatları olmamışdır. Hümbət onlar tərəfindən saxlanılan zaman Hümbətə heç bir təsir-təzyiq olunmamışdır. İbtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 hadisədən 02 ildən çox müddət keçdiyi üçün təqsirləndirilən şəxsi və onun saxlanılması ilə bağlı tədbiri xatırlamadığından məhkəmə iclası zamanı tərəflərin razılığı ilə onun ibtidai istintaq zamanı ifadəsi elan edilmiş, ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə idarəyə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə edib üzərində saxlamasında və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsinə qərar alınmış və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Gəncə şəhər BPİ-nin NMB-nin kiçik inspektoru, polis baş serjantı Şahid2 ilə birlikdə Gəncə şəhəri ərazisində Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. xx.xx.2023-cü il tarixdə saat təxminən saat 00:30 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən sosial binaların yaxınlığında olmasını müəyyən etmişlər, tərəflərindən saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinin NMB-nin əməkdaşları olduqlarını deyərək qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamasında, daşımasında və istifadəsində şübhəli olduğunu deyərək Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşaraq idarəyə gəlmişdir. İdarənin inzibati binasında olan zaman Təqsirləndirilən şəxs onun hüquqlаrının müdаfiə оlunmаsı üçün müdаfiəçi ilə təmin оlunmаğındаn ona müdаfiəçilərin siyаhısını təqdim edilmiş və bildirilmişdir ki, həmin müdаfiəçilərdən kimi istəyirsə sеçə bilər, təqdim оlunmuş vəkillərin siyаhısındаn X3 hüquqlаrının dövlət hеsаbınа müdаfiə оlunmаsı üçün sеçmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Müdаfiəçi X4 dəvət оlunаrаq Təqsirləndirilən şəxs təqdim еdilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet varsa təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd ağ rəngli kağız bükümü təqdim etmişdir. Həmin kağız bükümün içərisinə baxış keçirilmiş və içərisindən ilk baxışdan narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ilk baxışdan narkotik vasitə heroinə bənzər kütləni xx.xx.2023-cü il tarixdə saat 16-17 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən Xanımın dükanı adlanan ərazinin yaxınlığında yerdən tapdığını, həmin kütləni tanıdığını və şəxsi istifasindən ötrü üzərində saxladığını və həmin kütlələri heç kəsdən almadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə tərəflərindən şəxsi axtarış keçirilsə də qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd ağ rəngdə kağız bükümdə olan ilk baxışdan narkotik vasitə heroinə bənzər kütlə tərəzidə çəkilmiş və həmin kütlənin kağız büküm ilə birlikdə ümumilikdə çəkisi 0,72 qram olması müəyyən edilmişdir. Daha sonra isə içərisində ilk baxışdan narkotik vasitə heroinə bənzər kütlə kağız büküm ilə birlikdə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş və doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərişdir ki, Təqsirləndirilən şəxs saxlanılması təxminən 02 il əvvəl olduğu üçün hadisəni tam olaraq xatırlamır. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi, üzərində gəzdirməsi və daşıması barədə NMB-ə, Ənvər Rütsəmova məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın düzgünlüyünün yoxlanılması məqsədilə vətəndaşın yerinin sosial binaların yaxınlığında olduğunu müəyyyən edərək Şahid1la həmin yerə gedib onu Gəncə şəhər Baş Polis İdarəsinə dəvət etmişlər. Orada təhqiqat bölməsində üzərinə baxış keçirilmiş və üzərindən heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. O, həm Hümbətin saxlanılmasında, həm də üzərinə baxış keçirilməsində iştirak etmişdir. Baxış zamanı Hümbətin ayağında elektron nəzarət vasitəsinin olub-olmamasını xatırlamır. Təqsirləndirilən şəxs qarşı onlar tərəfindən heç bir təsir-təzyiq olunmayıb. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərişdir ki, hadisədən uzun müddət keçdiyi üçün hadisəni tam xatırlamır, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Gəncə Şəhər Baş Polis İdarəsinə əməliyyat məlumatı daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı ona aid olmamışdır. Əməliyyat məlumatı Hümbətin narkotik vasitənin satışı ilə məşğul olması və istifadəsi ilə bağlı olmuşdur. “Ramada” otelinin yaxınlığında Hümbət maşınla gedərkən onu saxlamışlar. Özlərini təqdim edərək Hümbəti idarəyə aparmışlar. Videoçəkiliş Hümbəti saxladıqları yerdə aparılmışdı. İdarədə vəkilin iştirakı ilə onun üzərinə baxış keçirtmişlər. Hümbətin üzərindən narkotik vasitə aşkar edilmişdir. Narkotik vasitənin hansı növü aşkar edildiyi, miqdarı yadında qalmamışdır. Onlar Hümbətə yaxınlaşan zaman Hümbət əlinin qırıq olduğunu bildirmişdir. Hümbəti saxladıları zaman Hümbətin yanından ailə üzvlərindən heç kim olmamışdır. Təqsirləndirilən şəxs qarşı onlar tərəfindən heç bir təsirtəzyiq olunmamışdır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X11 ifadəsində göstərişdir ki, təqsirləndirilən şəxs onun yoldaşıdır. Yoldaşı Hümbət ayağında qolbaq olduğu üçün hər həftənin bazar ertəsi günü probasiya şöbəsinə gedib hansısa sənədə imza çəkirdi. Hümbət əvvəllər narkotik vasitə istifadəçisi olduğu üçün harasa gedəndə onu tək buraxmırdı, özü də onunla birlikdə gedirdi. xx.xx.2024-cü il tarixdə, təxminən saat 13-14 radələrində Hümbətlə birlikdə taksi ilə probasiya şöbəsinə getmişlər, o, takisdə oturub yoldaşının imza edib gəlməsini gözləmişdir. 20-25 dəqiqə sonra Hümbət gəlib taksiyə minmişdir. Qayıdanda o, arxa oturacaqda oturub telefona baxırdı, “Ramada” sarayın yanından keçəndə avtomobil dayanmış, həmin vaxt başı telefona qarışıdığı üçün avtomobilin nə üçün dayandığını bilməmişdir. Avtomobil dayanan kimi Hümbəti düşürüb başqa hündür avtomobilə mindirib aparmışlar. Həmin şəxslərdən biri də onun oturduğu takisinin sürücüsünə əli ilə işarə edib getməsini bildirmişdir. Taksi sürücüsü də yanacaqdoldurma məntəqəisinin yanında onu düşürüb getmişdir. Sonra qayınatası Qabil Axundova zəng edib məlumat vermişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X14 ifadəsində göstərişdir ki, təqsirləndirilən şəxs onun oğludur. Hümbət xx.xx.2024-cü il tarixdə ona zəng edərək onu Gəncə şəhər Baş Polis İdarəsinə aparmaları barədə məlumat vermişdir. Taksi çağırıb polis idarəsinə getmək istəyəndə gəlini Sevinc zəng edib Hümbəti apardıqlarını bildirmişdir. Gəncə şəhər Baş Polis İdarəsinə gedib Hümbətin orada olubolmadığını soruşmuş, Hümbətin orda olduğunu, lakin görüşməyə icazə olmadığını bildirmişlər. Hümbəti aparmalarının səbəbini soruşmuş, ona bilmədiklərini və sabah yenidən gəlməyini bildirmişlər. Növbəti gün yenidən Gəncə şəhər Baş Polis İdarəsinə, müstəntiqin yanına getmiş, müstəntiq ona oğlunun üzərindən narkotik vasitə aşkar olunduğunu, buna görə saxlanıldığını bildirmişdir. Ondan Hümbəti kimin saxlayıb gətirdiyini soruşduğu zaman müstəntiq Mahirin saxladığını bildirmişdir. Mahir hər dəfə oğluna pul verdiyini deyib ondan pul alırdı. Ona bir dəfə 350 manat, bir dəfə 200 manat, bir dəfə də150 manat vermişdir. Həmin gündən 15-20 gün əvvəl də Mahir işlədiyi yerə gəlib yenə pul istəyəndə iş yoldaşı hər dəfə pul istəməsini ona irad bildirib Mahirə 50 manat verib yola salmışdır. Mahir həmin vaxt ona “gör sənin oğlunun başına nə oyun açacam” demişdir. Mahir 15 gün sonra oğlunu saxlayıb polis idarəsinə aparmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. O, ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə idarəyə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qanunsuz olaraq əldə edib üzərində saxlamasında və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsinə qərar alınmış və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Gəncə şəhər BPİ-nin Cinayət-axtarış İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5 və Gəncə şəhər BPİ-nin CAİnin XMİÜ baş əməliyyat müvəkkili Şahid3 ilə birlikdə Gəncə şəhəri ərazisində Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. xx.xx.2024-cü il tarixdə saat təxminən saat 15:40 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Nizami Gəncəvi prospektində yerləşən “Ulduzlu Gecə” şadlıq sarayının yaxınlığında olmasını müəyyən etmişlər, tərəflərindən saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinin CAİ-nin əməkdaşları olduqlarını deyib, qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamasında, daşımasında və istifadəsində şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet varsa təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın ön sol cibindən bir ədəd şəffaf rəngli sellofon bükümü təqdim etmişdir. Həmin sellofon bükümün içərisinə baxış keçirilmiş, içərisindən 10 ədəd sellofan büküm aşkar olunmuş və içərisindən ilk baxışdan narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ilk baxışdan narkotik vasitə heroinə bənzər kütləni həmin günü yaşadığı küçədə yerdən tapdığını, həmin kütləni tanıdığını, əvvəllər narkotik vasitə istifadəçisi olduğunu və şəxsi istifasindən ötrü üzərində saxladığını və həmin kütlələri heç kəsdən almadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə tərəflərindən şəxsi axtarış keçirilsə də qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş mobil telefon sübut əhəmiyyətinə malik olduğundan tərəflərindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd şəffaf rəngdə sellofon bükümdə olan ilk baxışdan narkotik vasitə heroinə bənzər kütlə tərəzidə çəkilmiş və həmin kütlənin sellofon büküm ilə birlikdə ümumilikdə çəkisi 1,9 qram olması müəyyən edilmişdir. Daha sonra isə içərisində ilk baxışdan narkotik vasitə heroinə bənzər kütlə sellofon büküm ilə birlikdə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş və doğruluğunu imzaları ilə təsdiq etmişdirlər. Daha sonra Təqsirləndirilən şəxs ilə birlikdə Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasında getmiş və idarədə olan zaman Təqsirləndirilən şəxs hüquqlаrının müdаfiə оlunmаsı üçün müdаfiəçi ilə təmin оlunmаğındаn ötrü Təqsirləndirilən şəxs müdаfiəçilərin siyаhısını təqdim edilmiş və Təqsirləndirilən şəxs bildirilmişdir ki, həmin müdаfiəçilərdən kimi istəyirsə sеçə bilər, Təqsirləndirilən şəxs təqdim оlunmuş vəkillərin siyаhısındаn X9 hüquqlаrının dövlət hеsаbınа müdаfiə оlunmаsı üçün sеçmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Müdаfiəçi X15 dəvət оlunаrаq Təqsirləndirilən şəxs təqdim еdilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumatları vardır, hal-hazırda narkotik vasitə satdığı şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, saxlanılan zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd ağ rəngli sellofana bükülmüş narkotik vasitə olan heroinə bənzər kütlə və üzərində olan 01 ədəd “Kgtel” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Aşkar olunan kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 1.9 qram olmuşdur. “Cinayət törətkməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 15:40-da şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə-kimyəvi ekspertizasının 17 sentyabr 2024-cü il tarixli 16/976 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərindən imzalar olan kağız paketdəki 01(bir) ədəd sellofan bükümdə olan 10(on) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,236 qram, 0,164 qram, 0,134 qram, 0,143 qram, 0,171 qram, 0,115 qram, 0,138 qram, 0,106 qram, 0,091 qram, 0,098 qram, ümumi təmiz çəkisi 1,396 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, kimyəvi tərkiblərinə görə eynidirlər. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 18 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuşdur. Gəncə Şəhər Məhkəməsinin 4(125)-288/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində, yəni 16 dekabr 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli tutulduğu gündən, yəni 16 sentyabr 2024-cü il tarixdən hesablanmışdır. “Video görüntüyə baxış keçirilməsi haqqında” 23 sentyabr 2024-cü il tarixli protokoldan və DVD diskdən görünür ki, Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4, Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5 Hüseyinağa oğlunun, Gəncə şəhər BPİ-nin CAİ-nin XMİÜ baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələrinin az öncə izah edildiyini və hüquq və vəzifələrə dair bildirişin ona təqdim edildiyi bildirilir. Daha sonra ona üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın ön sol cibindən bir ədəd sellofan bükümü təqdim etmiş. Həmin bükümün içərisinə baxış keçirildikdə 10 ədəd sellofan büküm aşkar olunmuş. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilmir. Təqsirləndirilən şəxs üzərindən “Kgtel” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu bildirir.Daha sonra sellofan bükümə baxış keçirilir və həmin büküm açılır və içərisindən ilk baxışdan tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ilk baxışdan narkotik vasitə heroinə bənzər kütləni həmin günü yaşadığı evin yaxınlığında yerdən tapdığını, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını, satış məqsədilə üzərində saxlamadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan ilk baxışdan heroinə bənzər kütlə tərəzidə çəkilir və həmin kütlənin sellofan büküm ilə birlikdə ümumilikdə çəkisi 1,9 qram olması müəyyən edilir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılır və imzalarla təsdiq edilir. Məhkəmə-narkoloji ekspertizasının 26 sentyabr 2024-cü il tarixli 1607 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-tibbi ekspertizasının 18 sentyabr 2024-cü il tarixli 1276 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bədənində xəsarət yoxdur. “Cinayət işlərinin bir icraatda birləşdirilməsi və tövsif edilməsi haqqında” 29 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraatda olan ********* nömrəli cinayət işinə birləşdirilmiş və Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsinə tövsif olunmaqla istintaq davam etdirilmişdir. “Cinayət törətkməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 00:30-da şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə-kimyəvi ekspertizasının 22 oktyabr 2023-cц il tarixli, 16/1086 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs” yazı və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,539 qram maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 23 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuşdur. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” 23 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 23 oktyabr 2023-cü il tarixdə saat 17:10da polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və saxlanıldığı Gəncə şəhər BPİnin MSY-dən azad edilmişdir. “Video görüntüyə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan video görüntüdən görünür ki, Gəncə şəhər BPİ-nin İTİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X5, Gəncə şəhər BPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Gəncə şəhər BPİ-nin NMB-nin kiçik inspektoru, polis baş serjantı Şahid2, Gəncə şəhər BPİ-nin KTB-nin baş inspektor kriminalisti, polis mayoru X6, müdafiəçi X2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələrinin az öncə izah edildiyi və hüquq və vəzifələrə dair bildirişin ona təqdim edildiyi bildirilir. Daha sonra ona üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli pencəyin sol yan cibindən bir ədəd ağ rəngli kağız bükümü təqdim edir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilmir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu bildirir. Daha sonra ağ rəngli kağız bükümə baxış keçirilir və həmin büküm açılır və içərisindən ilk baxışdan qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ilk baxışdan narkotik vasitə heroinə bənzər kütləni xx.xx.2023-cü il tarixdə saat 16-17 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən Xanımın dükanı adlanan ərazinin yaxınlığında yerdən tapdığını, həmin kütləni tanıdığını və şəxsi istifasindən ötrü üzərində saxladığını və həmin kütlələri heçkəsdən almadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd ağ rəngli kağız bükümdə olan ilk baxışdan heroinə bənzər kütlə tərəzidə çəkilir və həmin kütlənin kağız büküm ilə birlikdə ümumilikdə çəkisi 0,72 qram olması müəyyən edilir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılır və imzalarla təsdiq edilir. DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay, 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji dispanserindən alınmış xx.xx.2024-cü il tarixli, 2289 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən opioidlərdən asılılıq diaqnozu ilə dispanserdə qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər nevroloji dispanserindən alınmış xx.xx.2024-cü il tarixli, 4462 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 04 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 4(125)-396/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 (bir) ay müddətində, yəni 16 yanvar 2025-ci il tarixədək uzadılmışdır. Gəncə Şəhər Məhkəməsinin 4(125)-10/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 03 (üç) ay müddətində, yəni 16 aprel 2025-ci il tarixədək uzadılmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 05 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 18 dekabr 2024-cü il tarixli 16/1099 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində imzalar olan kağız paketdəki 01(bir) ədəd ağ kağız bükümdəki heroin ilə üzərində imzalar olan kağız paketdəki 01(bir) ədəd sellofan bükümdə olan 10(on) ədəd sellofan bükümlərdə olan heroinlər, tərkiblərinə görə eyni deyildir. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 03 nömrəli SİƏD üzrə nümayəndəliyinin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 2012-ci il təvəllüdlü X12 və X13 adlı yetkinlik yaşına çatmayan övladları var. Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvan ərazisində yaşayan qonşular və sakinlər tərəfindən nümayəndəliyə heç bir şifahi və yazılı surətdə şikayət daxil olmamışdır. Gəncə Şəhər Məhkəməsinin 4(125)-185/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 (iki) ay müddətində, yəni 16 iyun 2025-ci il tarixədək uzadılmışdır. Gəncə Şəhər Məhkəməsinin 4(125)-297/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 16 iyul 2025-ci il tarixədək uzadılmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 26 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müraciəti əsasında Xidməti araşdırmalar idarəsindən toplanmış 2158-C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd olunmuş və bu barədə maraqlı tərəflərə məlumat verilmişdir. xx.xx.2024-cü il tarixdə DİN-in BİKİ-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında 14 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəsinə “qaqa deyir hamleti gözdüyürüy temani götümeye” məzmununda, ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Yeke kisisen neyinse varsa götür gel bize tekem agriyiram pulumda yoxdu” məzmunlu smsləri yazılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə müxtəlif nömrələrdən çox saylı zənglər daxil olmuş eləcədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən müxtəlif nömrələrə çoxsaylı zənglər edilmişdir. Yazılmış bütün bu smslər Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Gəncə Şəhər BPİ-nin saxlama anbarına təhvil verilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış ayrı-ayrılıqda təmiz çəkiləri 0.469 qram və 0.696 qram narkotik vasitə olan heroin, DİN BİKİ-dən daxil olmuş 01(bir) ədəd CD disk, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın görüntülərinin yazıldığı 02 (iki) ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmışdır. Gəncə şəhər Probasiya Şöbəsinin sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2024-cü il tarixdən həbs edildiyi üçün cəza müddətinin axımı xx.xx.2024-cü il tarixdən dayanmışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixədək barəsində olan 05 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 il 03 ay 08 gün hissəsini çəkmiş, 02 il 08 ay 22 gün hissəsi çəkilməmiş qalmışdır. “Gəncə şəhər Birləşmiş xəstəxanası” publik hüquqi şəxsin Z.Məmmədov adına xəstəxananın sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə Z.Məmmədov adına xəstəxananın təcili yardım şöbəsinə “sağ əlin V daraq sümüyünün başının sınığı” diaqnozu ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs rentgen müayinəsi olmuş, gips langet sarğısı qoyulmuşdur. Gəncə şəhər Probasiya Şöbəsinin sorğuya cavab məktubundan görünür ki, “Attent” elektron monitorinq sistemindən əldə edilmiş məlumata əsasən elektron nəzarət vasitələrinin (ayaqda olan qolbaqla gəzdirmək vəzifəsi qoyulmuş mobil nəzarət qurğusunun) texniki nasazlığı əsası ilə müvafiq müddətlər üzrə məhkum Təqsirləndirilən şəxs coğrafi yerdəyişməsi və yol verdiyi pozuntulara dair məlumatların təqdim edilməsi imkan xaricindədir. Əməlin tövsifi və digər hüquqi məsələlər: Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və təqsirləndirilən şəxsin törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.4.2-ci maddəsi ilə düzgün tövsif olunmamış və qeyd edilən ittiham üzrə onun əməli Azərbaycan Respublikasının CM-in 234.4.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, narkotiklə bağlı birinci epizod üzrə iş materiallarında olan Gəncə şəhər BPİ-nin NMB-nin rəisi, polis kapitanı Rəşad Musayevin tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportda, xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarın təsviri-əsaslandırıcı və nəticəvi hissəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsində, üzərində gəzdirməsi və satması barədə əməliyyat məlumatının daxil olması göstərilmişdir. Həmçinin narkotiklə bağlı ikinci epizod üzrə Gəncə şəhər BPİ-nin CAİ-nin rəisi VMİE polis polkovnik-leytenantı Şahin Musayevin tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportda, xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarın təsviri-əsaslandırıcı və nəticəvi hissəsində Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə və psixotrop maddə qəbul etməsində, əldə edib üzərində gəzdirməsində və saxlamasında şübhəli olması barədə əməliyyat məlumatının daxil olması göstərilmişdir. Eyni zamanda hər iki epizod üzrə ayrı-ayrılıqda şübhəli şəxsin tutulması haqqında protokollarda da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olması göstərilmişdir. O, cümlədən birinci epizodla bağlı məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları Şahid3 ifadəsində əməliyyat məlumatının Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi barədə daxil olduğunu və üzərindən nə qədər narkotik vasitənin aşkar edildiyinin yadında qalmadığını bildirmiş və digər Şahid5 isə hadisədən uzun müddət keçdiyi üçün hadisəni tam xatırlamadığını bildirmişdir. Habelə ikinci epizodla bağlı məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2 və Şahid1 ifadələrində əməliyyat məlumatının Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində gəzdirməsi və qəbul etməsi ilə bağlı daxil olduğunu bildirmişlər. Bundan başqa ikinci epizod üzrə adları yuxarıda qeyd edilən polis əməkdaşları ibtidai istintaq zamanı da şahid qismində dindirilərkən ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitəni satması ilə bağlı məlumatlarının olduğunu, lakin satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığını göstərmişlər. O cümlədən iş materiallarında olan xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubunda da göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı olsa da, narkotik vasitəni satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda onun narkotik vasitə olan heroinin təkrar satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması göstərilsə də, işin faktiki halları, əsasən də elə ibtidai istintaq orqanının istinad etdiyi əməliyyat tapşırığına cavab məktubu ilə Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etməsi hər hansı bir mötəbər sübutla təsdiq olunmur, əksinə əməliyyat tapşırığına cavab məktubunda Təqsirləndirilən şəxs verilmiş ittihamla ziddiyyət təşkil edən məlumatlar əks olunaraq, onun hər hansı şəxsə və ya şəxslərə narkotik vasitə olan heroini satmasını müəyyən etməyin mümkün olmadığını göstərilmişdir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, şəxsin üzərindən aşkar edilmiş narkotik vasitələrin şəxsi istehlak miqdarından artıq olması öz-özlüyündə şəxsin satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrlə bağlı hər iki epizod üzrə ibtidai istintaq zamanı həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs qismində verdiyi bütün izahat və ifadələrində üzərindən aşkar olunan narkotik vasitə olan heroinin özünə məxsus olmasını, şəxsi istifadəsi üçün üzərində saxlayaraq gəzdirdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını və hər iki epizod üzrə üzərindən aşkar edilmiş narkotik vasitədən heç kimə satmadığını göstərmişdir. Həmçinin xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətlərinə dair videoçəkilişlərdən də görünür ki, hər iki epizod üzrə ayrı-ayrılıqda qeyd edilən tarixlərdə müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə olan heroini tapdığını, öz istifadəsi üçün üzərində saxladığını, həmin kütlədən heç kimə satmadığını, istifadə etmədiyini və heç kimə vermədiyini bildirmişdir. Eyni zamanda iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 1607 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən də görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir və narkotik vasitə heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Göründüyü kimi istintaq orqanı tərəfindən təkrarən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı Təqsirləndirilən şəxs ittiham verilsə də, satış məqsədini təsdiqləyən, yəni Təqsirləndirilən şəxs istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsinə və ya sövdələşməsinə, narkotik vasitənin hazırlanması üçün avadanlığı əldə etməsinə, onun şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni məhz sifariş əsasında əldə etməsinə və bu kimi sair hərəkətlərə dair hər hansı bir sübut əldə edə bilməmişdir. Əksinə əməliyyat tapşırığına cavab məktubunda bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini həqiqətən hansı mənbədən əldə etməsini, o cümlədən narkotik vasitə olan heroini satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Yuxarıda qeyd edilən halların olması Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satış məqsədi olmadan şəxsi istehlak məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamasını və daşımasını təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 13-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi dedikdə onların hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi başa düşülməlidir. Azərbaycan Respublikasının hazırda qüvvədə olan Cinayət Məcəlləsində narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi olmadan qanunsuz olaraq təkrar əldə etmə və ya saxlama tövsifedici əlamət kimi nəzərdə tutulmamışdır. Buna görə də satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda bir neçə dəfə əldə etmə və saxlama əməli CM-in 234.1-ci maddəsi ilə əhatə olunur və həmin maddə ilə tövsif olunmalı, satış məqsədi olmadan narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda təkrar əldə etmə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə bu Məcəllənin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin təkrar törədilməsinə görə məsuliyyət müəyyən edildiyindən, əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət törətmiş şəxs tərəfindən, həmin əməllərin hər hansı birinin törədilməsi CM-in 234.4.2-ci maddəsi ilə tövsif oluna bilməz. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə üzərinə baxış keçirilən zaman 10 (on) ədəd sellofan bükümlərində kimyəvi tərkiblərinə görə eynilik təşkil edən ayrı-ayrılıqda təmiz çəkiləri 0,236 qram, 0,164 qram, 0,134 qram, 0,143 qram, 0,171 qram, 0,115 qram, 0,138 qram, 0,106 qram, 0,091 qram, 0,098 qram olmaqla ümumi təmiz çəkisi 1,396 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinləri özündə saxlaması satış məqsədi ilə üzərində gəzdirməısi kimi qiymətləndirilə bilməz. Belə ki, təqsirləndirilən şəxsin narkotik vasitənin satılması üçün istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və narkotik vasitənin satışının həyata keçirilməsini sübut edəcək işin digər halları öz təsdiqini tapmır. Azərbaycan Respublikası CM-in 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər təkrar törədildikdə - bu əməl CM-in 234.4.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli sayılır. Maddənin dispozisiyasından göründüyü kimi, əməlin CM-in 234.4.2-ci maddəsi ilə tövsif edilməsi üçün əvvəl əməldə CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkib əlamətləri mövcud olmalı, daha sonra isə qeyd edilən cinayətlərin hər biri ayrı-ayrılıqda təkrar törədilməlidir. Bundan əlavə, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini CM-in 234.4.2-ci maddəsi ilə tövsif edərkən ancaq aşkar olunan narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdarda olmasını və daxil olmuş əməliyyat məlumatlarını əsas götürmüşdür. Bununla belə, cinayət işinin materiallarında daxil olmuş əməliyyat məlumatının mötəbərliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və s. mövcud deyildir. Belə ki, cinayət işinin materiallarından əməliyyat məlumatının nədən ibarət olması, həmin məlumatın Təqsirləndirilən şəxs təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə tərkibi hesab edir ki, həmin əməliyyat məlumatlarına əsaslanaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək olmaz. Belə ki, Gəncə şəhər BPİ-nin NMB-nin xx.xx.2023-cü il tarixli raportunda, xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarın təsviri-əsaslandırıcı və nəticəvi hissəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsində, üzərində gəzdirməsi və satması barədə əməliyyat məlumatının daxil olması göstərilsə də, Gəncə şəhər BPİ-nin CAİ-nin xx.xx.2024-cü il tarixli raportunda, xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarın təsviri-əsaslandırıcı və nəticəvi hissəsində Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə və psixotrop maddə qəbul etməsində, əldə edib üzərində gəzdirməsində və saxlamasında şübhəli olması barədə əməliyyat məlumatının daxil olması göstərilmişdir ki, Əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın xx.xx.2023-cü il tarixli qərarında narkotik vasitənin satışının həyata keçirilməsi qeyd edilsə də, nə iş üzrə ifadəsi alınmış şahidlər, nə də məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sənədlərlə narkotik vasitənin satılması sübut edilməmişdir. xx.xx.2024-cü il tarixli qərarda isə narkotik vasitənin satışının həyata keçirilməsi ilə bağlı ümumiyyətlə heç bir məlumat qeyd edilməmiş və satışın həyata keçirilməsini sübut edən hər hası hal müəyyən olunmamışdır. Belə olan halda yalnız cinayət işinə əlavə edilmiş məktublara və raportlara istinad etməklə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması qənaətinə gəlmək mümkün deyildir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Beləliklə, aparılmış istintaq nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən tamamilə heç bir sübut növünün məhkəmə istintaqına təqdim edilmədiyi halda, aşkar edilmiş narkotik vasitə heroinin çəkisinin şəxsi istehlak miqdarından artıq miqdarda olması əsas götürülərək Təqsirləndirilən şəxs təkrarən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidd olardı. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 nömrəli Qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarın və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 5-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışı Qanunun 1.0.10-cu maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, heroinin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində üzərindən aşkar edilən narkotik vasitənin ona məxsus olmaması, sözügedən narkotik vasitələrin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmasına dair göstərdiyi xüsusatlar aparılmış məhkəmə araşdırılması zamanı tədqiq edilmiş mötəbər sübutlarla tam təkzib edilmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri həmin xüsusatlara tənqidi yanaşaraq sözügedən xüsusatları özünü müdafiə xarakteri daşıdığından, məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən həqiqətə uyğun hesab etmir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı tutulduğu zaman polis əməkdaşları tərəfindən döyüldüyünü bildirsə də bu hal öz təsdiqini tapmamışdır. Belə ki, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 26 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müraciəti əsasında Xidməti araşdırmalar idarəsindən toplanmış 2158-C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd olunmuş və bu barədə maraqlı tərəflərə məlumat verilmişdir. “Gəncə şəhər Birləşmiş xəstəxanası” publik hüquqi şəxsin Z.Məmmədov adına xəstəxananın sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə Z.Məmmədov adına xəstəxananın təcili yardım şöbəsinə “sağ əlin V daraq sümüyünün başının sınığı” diaqnozu ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs rentgen müayinəsi olmuş, gips langet sarğısı qoyulmuşdur. Yəni Hümbət polis əməkdaşları tərfindən saxlanılmamışdan qabaq xəsarət almışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə vurğulayır ki, şəxsə Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə ittiham irəli sürülməsi yolverilməzdir və nə qədər ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarında, təmiz çəkisi 1,396 qram narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq satması epizodu üzrə sözügedən narkotik vasitənin satılması ilə bağlı sübutlar mövcud deyil, belə olan halda ona satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma ittihamı üzrə əməlin təkrar törədilməsi qənaətinə gəlmək qanunsuzdur. Lakin Təqsirləndirilən şəxs xx.xx.2023-cü və xx.xx.2024-cü il tarixlərdəki əməlləri təkrar olaraq satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsinin imperativ tələbinə əsasən Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin məcəllənin 21.2-ci maddəsində isə vurğulanır ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsinə tövsif edilməlidir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, əməliyyat-axtarış tədbirinin gedişinə dair protokol, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.2-ci maddəsinə əsasən Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmamalıdır. 68.1.1-1-ci maddəsinə əsasən Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himaysəsində yetkinlik yaşına çatmayan uşağının olması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən cinayətin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(125)- 94/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 05 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Gəncə şəhər Probasiya Şöbəsinin sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2024-cü il tarixdən həbs edildiyi üçün cəza müddətinin axımı xx.xx.2024-cü il tarixdən dayanmışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixədək barəsində olan 05 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 il 03 ay 08 gün hissəsini çəkmiş, 02 il 08 ay 22 gün hissəsi çəkilməmiş qalmışdır. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxs X7 hazırkı cinayət işi üzrə ittiham olunduğu cinayət əməlini barəsində çıxarılmış Gəncə Şəhər Məhkəməsinin 1(125)-94/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü qanuni qüvvəyə mindikdən sonra törətdiyinə görə, həmin hökmlə təyin edilmiş 05 (beş) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının bu günə çəkilməmiş qalan 02 (iki) il 08 (səkkiz) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası, hazırki iş üzrə təyin ediləcək cəzaya qismən birləşdirilməklə təqsirləndirilən şəxsə hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 16 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 oktyabr 2023-cü il tarixdən 23 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmənin bir gününə bir gün hesablanmaqla, cəmi 02 gün müddət təqsirləndirilən şəxsə təyin ediləcək cəzadan çıxılmalıdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 1607 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxsndan 152 (yüz əlli iki) məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlanma anbarına saxlanca verilmiş tədqiqata sərf edildikdən sonra təmiz çəkiləri 0.469 qram və 0.696 qram narkotik vasitə olan heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı istifadə edilmiş video çəkilişin iki ədəd “DVD” diski və DİN-in BİKİdən cavab məktubu ilə daxil olmuş 01 ədəd CD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi1 tərəfindən 52 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 52 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi1 işlədiyi Gəncə Reginal Vəkil Bürosunun hesabına 572 manat məbləğində pul köçürülməlidir. Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CMnin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Gəncə şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(125)-94/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 08 (səkkiz) ay 22 (iyirmi iki) gün hissəsi bir günə iki gün hesablanmaqla 01 (bir) il 04 (dörd) ay 11 (on bir) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilərək həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə ona təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 16 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlanma anbarına saxlanca verilmiş tədqiqata sərf edildikdən sonra təmiz çəkiləri 0.469 qram və 0.696 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı istifadə edilmiş video çəkilişin iki ədəd “DVD” diski və DİN-in BİKİ-dən cavab məktubu ilə daxil olmuş 01 ədəd CD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 152 manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Dövlət büdcəsi hesabından Müdafiəçi1 üçün 572 manat məbləğində pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-468/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-468/2025
05.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver