Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-469/2025 19.08.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Müslümov Bəhruz Firizman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçilər –Göygöl Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam-orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sadiq Rəhimov küçəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 noyabr 2024-cü il tarixdə saat 18 radələrində Tərtər- Suqovuşan avtomobil yolunun Ağdərə rayonu Çaylı kəndi ərazisindən keçən asfalt yolda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozmaqla sürücülük hüququ olmadan və sərxoş olmadan etibarnaməsiz idarə etdiyi mülkiyyət hüququ üzrə “X58” MMC-yə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “Nissan Tiida” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən maksimum hərəkət sürəti 3.24 “Maksimum sürət məhtudlaşdırılması” qadağan nişanı ilə 80 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 120 km/saat sürətlə idarə edərək və“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 03-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda lazımi ehtiyyatlılıq və diqqətlilik göstərməyərək idarə etməni itirib avtomobili yoldan çıxararaq yolun sağ tərəfində yerləşən dərəyə aşırmış və ehtiyyatsızlıqdan həmin vaxt avtomobildə ön sərnişin oturacağında sərnişin qismində əyləşmiş X15 başın yumşaq toxumaları, alın nahiyəsindən başlayaraq arxa təpə nahiyyəsinə qədər əzilmiş-cırılmış yarası, döş sümüyünün, qabırğaların çoxsaylı sınıqları, burun sümüyünün sınığı, hər iki ağ ciyərin, qara ciyərin zədələnmələri, kəskin daxili və xarici qanitirmə, baş beyin toxumasına və qışalaraltına qansızması, sol mil-bilək və sol saidin yuxarı 1/3-nin əzilmiş-cırılmış yaraları, hər iki said sümüklərinin açıq sınıqları, döş qəfəsinin sol yarısının, sol budun aşağı 1/3-nin bayır səthinin, sol baldırın yuxarı 1/3-nin bayır səthinin, sol baldırın bütün bayır səthinin, sol ayaq tağının bayır səthinin, sağ diz oynağının ön səthinin sıyrıqları, sol diz oynağının çıxığı ilə müşayiət edilən və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almasına və aldığı döş və qarın boşluğu orqanlarının zədələnməsi nəticəsində baş vermiş kəskin qan itirmə nəticəsində ölməsinə, həmçinin avtomobildə arxa sərnişin oturacağında sərnişin qismində əyləşmiş X20 ağır qapalı kəllə-beyin travması, kəllə qapağı və əsası sümüklərinin çoxsaylı qəlpəli sınıqları, beyin qişaları altına qansızma, döş sümüyünün, qabırğaların, döş fəqərələrinin çoxsaylı sınıqları, hər iki ağ ciyərin, qara ciyərin cırılması, kəskin daxili qanaxma, sağ alın-gicgah nahiyəsinin, sağ bazu oynağının bayır səthinin, sol dirsək oynağının arxa səthinin, qarının sol yan səthinin, sağ əlin arxa səthinin sıyrıqları, sağ üst göz qapağının, döş qəfəsinin sağ yarısının qançırları yaraları ilə müşayiət edilən və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almasına və aldığı döş qəfəsi sümüklərinin çoxsaylı sınıqları və qarının küt travması ilə hər iki ağ ciyərlərin və qara ciyərin cırılması nəticəsində baş vermiş kəskin qan itirmə nəticəsində ölməsinə, habelə avtomobildə arxa sərnişin oturacağında sərnişin qismində əyləşmiş X6 döş və hər iki körpücük sümüklərinin, qabırğaların çoxsaylı sınıqları, hər iki ağ ciyərin, qara ciyərin, dalağın cırılması, kəskin daxili və xarici qanitirimə, üz skeleti, alt çənə, burun sümüklərinin qapalı sınıqları, alt çənə, sol xarici qulaq seyvanının, sol əl pəncəsinin arxa səthinin əzilmiş-cırılmış yaraları, alın nahiyəsinin, sağ baldırın yuxarı-orta 1/3-nin ön bayır səthinin, sağ əli arxa səthinin, döş qəfəsinin sağ yarısının sıyrıqları, sol üst göz qapağının qançırı, sağ bud-çanaq və sağ diz oynağının çıxıqları yaraları ilə müşayiət edilən və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almasına və aldığı döş qəfəsi sümüklərinin çoxsaylı sınıqları, hər iki ağ ciyərlərin və qarının küt travması ilə qara ciyərin və dalağın cırılması nəticəsində baş vermiş kəskin qan itirmə nəticəsində ölməsinə, o cümlədən avtomobildə arxa sərnişin oturacağında sərnişin qismində əyləşmiş X8 döş sümüyünün, qabırğaların çoxsaylı sınıqları, hər iki ağ ciyərin cırılması, kəskin daxili qanaxma, sağ alın-gicgah, sağ ön-təpə nahiyələrinin, sol saidin orta 1/3-nin arxa səthinin əzilmiş-cırılmış yaraları, alın nahiyəsinin, sağ əlin arxa səthinin sıyrıqları, sol gözaltı nahiyənin, sağ üst göz qapağının qançırları yaraları ilə müşayiət edilən və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almasına və aldığı döş qəfəsi sümüklərinin çoxsaylı sınıqları, hər iki ağ ciyərlərin cırılması nəticəsində baş vermiş kəskin qan itirmə nəticəsində ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Rusiya Federasiyasının vətəndaşıdır və sürücülk vəsiqəsini orada almışdır. Hadisədən təxminən 2 ay əvvəl Rusiya Federasiyasından qayıtmış və X56 əməkdaşlarından həmin vəsiqə ilə Azərbaycanda 3 ay ərzində avtomobil idarə edə biləcəyini, sonra tərcüməsini təsdiq etdirməli olduğunu öyrənmişdir. Sonra gedib ASAN xidmətdə sürücülük vəsiqəsinin tərcümə etdirmişdir. Mərhum zərərçəkmiş şəxslərlərlə bir yerdə işlədikləri üçün onları hər gün işə aparıb-gətirmişdir. Hadisə günü işdən çıxıb evə qayıdarkən Sərdar Alxanov ön sərnişin oturacağında, Mütalib Həsənov arxa sərnişin oturacağında, sürücünün arxasında, Samir Məmmədov ortada, Asəf Kərimov da onun yanında da, yəni Sərdar Alxanovun arxasında oturmuşdur. Yolda olarkən Samir tələsdiyini, bir az tez getməsini xahiş etmiş, o da sürəti artırıb avtomobili 110-120 km/saat sürətlə idarə etmişdir. X30şqıraraq “itə bax” demiş və iti vurmamaq üçün sükanı sol tərəfə çəkmişdir. Yolun sol tərəfində dərə olduğundan o, avtomobilin dərəyə düşməməsi üçün sükanı sağ tərəfə çəkmiş, həmin vaxt avtomobilin bir tərəfi qalxıb düşmüş, lakin yoldan kənara çıxmamışdır. Əyləci basanda avtomobil yoldan çıxmış, təkər xırlığa düşmüş, elə həmin vaxt avtomobil göyə qalxıb yerə düşmüş və yuvarlana-yuvarlana getmişdir. Həmin vaxt qaranlıq olduğundan və ətraf toz-duman olduğundan heç nə görə bilməmişdir. Avtomobildən düşüb digər şəxsləri səsləmiş, yalnız üzü üstə yerə uzanmış halda Samiri tapmışdır. Sonra yola tərəf gedib qarşısına çıxan ilk avtomobili saxlayıb qəza olduğunu deyərək təcili yardım çağırmasını xahiş etmişdir. Bundan başqa ifadəsində hadisədən sonra iki dəfə intihar etməyə cəhd etdiyini, mərhum zərərçəkmiş şəxslərin ailə üzvlərinin üzlərinə baxa bilmədiyini, əməlindən çox peşman olduğunu, zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışdığını bildirib ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X9 hüquqi varisi qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki, hadisə zamanı həm yoldaşı Sərdar Alxanov, həm də kürəkəni Asəf Kərimov dünyasını dəyişmişdir. O da Suqovuşan qəsəbəsinə onlarla birlikdə işləmişdir. İlkin Zülfüqarovun idarə etdiyi avtomobilin arxasındakı avtomobildə əyləşmişdir. Aradakı məsafə çox olduğu üçün hadisənin necə baş verdiyini görməmiş, həmin yerə çatanda qəza olduğunu görmüşdür. Bundan başqa ifadəsində təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X21 hüquqi varisi qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, hadisə zamanı həm atası Sərdar Alxanov, həm də yoldaşı Asəf Kərimov dünyasını dəyişmişdir. O, hadisə günü evdə olmuş, yemək hazırlayıb atası, anası və yoldaşının işdən gəlməsini gözləmişdir. Sonra dayısının oğlu ona zəng edib qəza olduğunu bildirmişdir. Atası və yoldaşının öldüklərini xəstəxanada bilmişdir. Bundan başqa ifadəsində təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X8 hüquqi varisi qismində dindirilmiş X22 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 18:12-də mərhum oğlu Samir Məmmədovun iş yoldu Elvin Şabanlı ona zəng edib Samirin qəzaya düşdüyünü, xəstəxanaya aparıldığını demişdir. O, xəstəxanaya çatanda Samir artıq dünyasını dəyişmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X22 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirsə də sonradan məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını ona qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X6 hüquqi varisi qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, mərhum oğlu X44 Zülfüqarovla birlikdə Suqovuşan qəsəbəsində işləmişdir. Hadisədən sonra qəza olması və Mütalibin xəstəxanada olması ilə bağlı məlumat almış və xəstəxanaya getmişdir. O, xəstəxanaya gedəndə artıq oğlu dünyasını dəyişmişdir. Bundan başqa ifadəsində təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: «Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş foto şəkillərdən görünür ki, hadisə Tərtər-Suqovuşan avtomobil yolunun Ağdərə rayonu çaylı Kəndi ərazisindən keçə hissəsində baş vermişdir. «Meyitə baxış keçirilməsi haqqında» xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş foto şəkillərdən görünür ki, X20 meyiti kişi cinsli, düzgün bədən quruluşlu, kafi köklükdədir, boyunun uzunluğu 167 sm-dir. Meyitin ümumi dəri örtüyü və görünən selikli qişaları ölgün avazımış rəngdədir. Asəf Kərimovun sağ alın-gicgah nahiyəsində 12,0 x 6,0 sm, sağ bazu oynağının bayır səthində 12,0 x 8,0 sm, sol dirsək oynağının arxa səthində 2,5 x 1,5 sm, qarının sol yan səthində 12,0 x 10,0 sm, sağ əlin arxa səthində 11,0 x 7,0 sm ölçülərdə, qeyri müəyyən formalarda, ətraf dəri səviyyəsindən aşağı yerləşmiş üzəri qurumuş qanla örtülmüş sıyrıqlar vardır. Sağ üst göz qapağında 5,5 x 2,0 sm, döş qəfəsinin sağ yarısında Vİİİ-İX qabırğaarası nahiyədə 2,5 x 2,0 sm ölçülərdə, qeyrimüəyyən formalı, qırmızımtıl-göyümtül rəngli qançırlar vardır. «Meyitə baxış keçirilməsi haqqında» xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş foto şəkillərdən görünür ki, X9 meyiti kişi cinsli, düzgün bədən quruluşlu, kafi köklükdədir, boyunun uzunluğu 186 sm-dir. Meyitin ümumi dəri örtüyü və görünən selikli qişaları ölgün avazımış rəngdədir. Sərdar Alxanovun başının yumşaq toxumaları, alın nahiyəsindən başlayaraq arxa təpə nahiyəsinə qədər soyulmuş vəziyyətdədir. Sol mil-bilək nahiyəsində 5,0 x 3,0 sm ölçüdə, qeyri-müəyyən formalı, kənarları girintili-çıxıntılı yara vardır. Yara mənfəzində hər iki said sümüklərinin ucları bayır çıxır. Sol saidin yuxarı 1/3-də 4,0 x 3,0 sm ölçüdə, eyni xarakterli yara vardır. Yara mənfəzindən sümük ucları bayıra çıxır. Döş qəfəsinin sol yarısında 54,0 x 21,0 sm, sol budun aşağı 1/3-nin bayır səthində 11,0 x 2,5 sm, sol baldırın yuxarı 1/3-nin bayır səthində 5,5 x 1,5 sm, sol baldırın bütün bayır səthində 45,0 x 8,0 sm, sol ayaq tağının bayır səthində 12,0 x 5,0 sm, sağ diz oynağının ön səthində 10,0 x 3,0 sm ölçülərdə, qeyri müəyyən formalarda, ətraf dəri səviyyəsindən aşağı qırmızımtıl rəngli sıyrıqlar vardır. Sol diz oynağında çıxıq müəyyən olunur. «Meyitə baxış keçirilməsi haqqında» xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş foto şəkillərdən görünür ki, X8 meyiti kişi cinsli, düzgün bədən quruluşlu, kafi köklükdədir, boyunun uzunluğu 174 sm-dir. Meyitin ümumi dəri örtüyü və görünən selikli qişaları ölgün avazımış rəngdədir. Samir Məmmədovun sağ alın-gicgah nahiyəsində 8,0 x 3,0 sm, sağ ön-təpə nahiyəsində 2,0 x 1,0 sm, 1,5 x 0,6 sm, sol saidin orta 1/3-nin arxa səthində 3,0 x 1,6 sm ölçülərdə, qeyri-müəyyən formalı, kənarları nahamar konturlu yaralar vardır. Alın nahiyəsində 16,0 x 7,0 sm, sağ əlin arxa səthində 11,0 x 7,0 sm ölçülərdə, qeyri müəyyən formalarda, ətraf dəri səviyyəsindən aşağı yerləşən üzəri qurumuş qanla örtülmüş sıyrıqlar vardır. Sol gözaltı nahiyədə 3,0 x 1,0 sm, sağ üst göz qapağında 1,5 x 1,0 sm ölçülərdə, qeyri-müəyyən formalı, qırmızımtıl-göyümtül rəngli qançırlar vardır. «Meyitə baxış keçirilməsi haqqında» xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş foto şəkillərdən görünür ki, X6 meyiti kişi cinsli, düzgün bədən quruluşlu, kafi köklükdədir, boyunun uzunluğu 171 sm-dir. Meyitin ümumi dəri örtüyü və görünən selikli qişaları ölgün avazımış rəngdədir. Mütalib Həsənovun alt çənəsində sağda 7,0 x 2,5 sm, sol xarici qulaq seyvanında 2,0 x 1,0 sm, sol əl pəncəsinin arxa səthində 14,0 x 10,0 sm ölçülərdə, qeyri-müəyyən formalı, kənarları nahamar konturlu yaralar vardır. Alın nahiyəsində 13,0 x 7,0 sm, sağ baldırın yuxarı-orta 1/3-nin ön-bayır səthində 35,0 x 8,0 sm, sağ əlin arxa səthində 6,5 x 2,0 sm, döş qəfəsinin sağ yarısında 37,0x14,0 sm ölçülərdə, qeyri müəyyən formalarda, ətraf dəri səviyyəsindən aşağı yerləşən üzəri qurumuş qanla örtülmüş sıyrıqlar vardır. Sol üst göz qapağında 4,5 x 2,0 sm ölçüdə, qeyrimüəyyən formalı, qırmızımtıl rəngli qançır vardır. Sağ bud-çanaq və sağ diz oynağında çıxıqlar vardır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası Nazıvayemsk şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 158.3.5-ci maddəsi ilə 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. «Götürmə aparılması barədə» xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi «Nissan Tida» markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobildə sürücü oturacağının oturacaq və söykənəcək hissəsinin üzlüyü götürülmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tipp ekspertizası və patoloji anatomiya Birliyi PHŞ-nin xx.xx.2024-cü il tarixli, 34 nömrəli rəyindən görünür ki, X3 meyitinin bədənində aşağıdakı xəsarətlər- başın yumşaq toxumaları, alın nahiyəsindən başlayaraq arxa təpə nahiyəsinə qədər əzilmiş-cırılmış yarası, döş sümüyünün, qabırğaların çoxsaylı sınıqları, burun sümüyünün sınığı, hər iki ağ ciyərin, qara ciyərin zədələnmələri, kəskin daxili və xarici qanitirmə, baş beyin toxumasına və qişalaraltına qansızması, sol mil-bilək və sol saidin yuxarı 1/3-nin əzilmiş-cırılmış yaraları, hər iki said sümüklərinin açıq sınıqları, döş qəfəsinin sol yarısının, sol budun aşağı 1/3-nin bayır səthinin, sol baldırın yuxarı 1/3-nin bayır səthinin, sol baldırın bütün bayır səthinin, sol ayaq tağının bayır səthinin, sağ diz oynağının ön səthinin sıyrıqları, sol diz oynağının çıxığı vardır. Həmin xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə-yəni yol-nəqliyyat hadisəsi zamanı sərnişin kimi olmaqla törənə bilərlər, müddəti qərarda göstərilən tarixə-yəni xx.xx.2024-cü ilə uyğun gəlir, dərəcələrinə görə canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. X3 ölümünə səbəb döş və qarın boşluğu orqanlarının zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. X3 ölümü meyit əlamətlərinin inkişaf mərhələsi görə demək olar ki, onun meytinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 1-2 saat olar baş vermişdir. X3 meyitindən meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqiatı nəticəsində etil, metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilakilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tipp ekspertizası və patoloji anatomiya Birliyi PHŞ-nin xx.xx.2024-cü il tarixli, 35 nömrəli rəyindən görünür ki, X1 meyitinin bədənində aşağıdakı xəsarətlər - döş və hər iki körpücük sümüklərinin, qabırğaların çoxsaylı sınıqları, hər iki ağ ciyərin, qara ciyərin, dalağın cırılması, kəskin daxili və xarici qanitirmə, üz skeleti, alt çənə, burun sümüklərinin qapalı sınıqları, alt çənə, sol xarici qulaq seyvanının, sol əl pəncəsinin arxa səthinin əzilmiş-cırılmış yaraları, alın nahiyəsinin, sağ baldırın yuxarı-orta 1/3-nin ön-bayır səthinin, sağ əlin arxa səthinin, döş qəfəsinin sağ yarısının sıyrıqları, sol üst göz qapağının qançırı, sağ bud-çanaq və sağ diz oynağında çıxıqları vardır. Həmin xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə-yəni yol-nəqliyyat hadisəsi zamanı sərnişin kimi olmaqla törənə bilərlər, müddəti qərarda göstərilən tarixə-yəni xx.xx.2024-cü ilə uyğun gəlir, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. X1 ölümünə səbəb döş qəfəsi sümüklərinin çoxsaylı sınıqları, hər iki ağ ciyərlərin və qarının küt travması ilə qara ciyərin və dalağın cırılması nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. X1 ölümü meyit əlamətlərinin inkişaf mərhələsi görə demək olar ki, onun meytinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 3-4 saat olar baş vermişdir. X1 meyitindən meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqiatı nəticəsində etil, metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilakilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tipp ekspertizası və patoloji anatomiya Birliyi PHŞ-nin xx.xx.2024-cü il tarixli, 36 nömrəli rəyindən görünür ki, X2 meyitinin bədənində aşağıdakı xəsarətlər- döş sümüyünün, qabırğaların çoxsaylı sınıqları, hər iki ağ ciyərin cırılması, kəskin daxili qanaxma, sağ alın-gicgah, sağ ön-təpə nahiyələrinin, sol saidin orta 1/3-nin arxa səthinin əzilmiş-cırılmış yaraları, alın nahiyəsinin, sağ əlin arxa səthinin sıyrıqları, sol gözaltı nahiyənin, sağ üst göz qapağının qançırları vardır. Həmin xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə-yəni yol-nəqliyyat hadisəsi zamanı sərnişin kimi olmaqla törənə bilərlər, müddəti qərarda göstərilən tarixə-yəni xx.xx.2024-cü ilə uyğun gəlir, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. X2 ölümünə səbəb döş qəfəsi sümüklərinin çoxsaylı sınıqları, hər iki ağ ciyərlərin cırılması nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. X2 ölümü meyit əlamətlərinin inkişaf mərhələsi görə demək olar ki, onun meytinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 4-6 saat olar baş vermişdir. X2 meyitindən meyitindən götürülmüş qanda məhkəməkimyəvi tədqiqiatı nəticəsində etil, metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilakilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tipp ekspertizası və patoloji anatomiya Birliyi PHŞ-nin xx.xx.2024-cü il tarixli, 37 nömrəli rəyindən görünür ki, X4 meyitinin bədənində aşağıdakı xəsarətlər- ağır qapalı kəllə beyin travması, kəllə qapağı və əsası sümüklərinin çoxsaylı qəlpəli sınıqları, beyin qişaları altına qansızma, döş sümüyünün, qabırğaların, döş fəqərələrinin çoxsaylı sınıqları, hər iki ağ ciyərin, qara ciyərin, cırılması, kəskin daxili qanaxma, sağ alın-gicgah nahiyəsinin, sağ bazu oynağının bayır səthinin, sol dirsək oynağının arxa səthinin, qarının sol yan səthinin, sağ əlin arxa səthinin sıyrıqları, sağ üst göz qapağının, döş qəfəsinin sağ yarısının qançırları vardır. Həmin xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə-yəni yol-nəqliyyat hadisəsi zamanı sərnişin kimi olmaqla törənə bilərlər, müddəti qərarda göstərilən tarixə-yəni xx.xx.2024-cü ilə uyğun gəlir, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. X4 ölümünə səbəb döş qəfəsi sümüklərinin çoxsaylı sınıqları və qarının küt travması ilə hər iki ağ ciyərlərin və qara ciyərin cırılması nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. X4 ölümü meyit əlamətlərinin inkişaf mərhələsi görə demək olar ki, onun meytinin məhkəmətibbi müayinəsindən əvvələ doğru 4-6 saat olar baş vermişdir. X4 meyitindən meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqatı nəticəsində etil, metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilakilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tipp ekspertizası və patoloji anatomiya Birliyi PHŞ-nin xx.xx.2025-ci il tarixli, 704/Knömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 8/467 saylı rəyindən görünür ki, “Nissan Tiida” markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 80 Km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 120 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/836 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs, X16, X7, X17 və X25 məxsus olduğu qeyd edilən geyim əşyalarının və “Nissan Tida” markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağına məxsus olduğu qeyd edilən üzlüklərin səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş “Nissan Tida” markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağına məxsus olduğu qeyd edilən üzlüklərə (həm söykənəcək həm də oturacaq hissənin) baxış zamanı aşkar edilmiş lif təbiətli kiçik hissəciklərin tərkib lifləri yəni tünd qəhvəyimtil qırmızı rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs köynəyinin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş “Nissan Tida” markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağına məxsus olduğu qeyd edilən oturacağın oturacaq hissəsininn üzərindən aşkar edilmiş göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş “Nissan Tida” markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağına məxsus olduğu qeyd edilən oturacağın oturacaq hissəsinin üzərindən aşkar edilmiş tünd göy rəngli asetat kimyəvi lifləri cinsi əlamətlərinə görə X7 məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. “Nissan Tida” markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağına məxsus olduğu qeyd edilən oturacağın oturacaq hissəsininn üzərindən aşkar edilmiş açıq göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə X17 məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. “Nissan Tida” markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağına məxsus olduğu qeyd edilən oturacağın oturacaq hissəsininn üzərindən aşkar edilmiş qara rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə X25 məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs, X16, X7, X17 və X25 məxsus olduğu qeyd edilən geyim əşyaları üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında “Nissan Tida” markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağına məxsus olduğu qeyd edilən üzlüklərin tərkib liflərindən yoxdur, yəni sadalananlar arasında qarşılıqlı keçmiş lif mikrohissəcikləri yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tipp ekspertizası və patoloji anatomiya Birliyi PHŞ-nin xx.xx.2025-ci il tarixli, 37 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol körpücük akromial çanağın travmatik çıxığı, sol İ qabırğaların onurğa ucuna yaxın az yerdəyişən, İİ qabırğanın onurğa ucuna yaxın yerdəyişməyən, sağ İ qabırğanın ön ucunda yerdəyişən sınıqları, küt əşyanın (əşyaların) təsirindən törənmişlər, yol nəqliyyat hadisəsi zamanı sürücü kimi törənə bilərdilər, dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. «Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında» xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Tərtər rayon İcra Hakimiyyəti başçısının Tərtər şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 679 nömrəli arayış və xasiyyətnaməsindən görünür ki, Zülfüqarlı X31 şəhəri, H.Aslanov küçəsi, ev 25 ünvanında qeydiyyatdadır, ailə üzvləri, anası 1973-cü il təvəllüdlü X12, həyat yoldaşı 3992-ci il təvəllüdlü X13, qızı 2014-cü il təvəllüdlü X18 və oğlu 2016-cı il təvəllüdlü X19 ilə birlikdə Bakı şəhərində yaşayır. Təqsirləndirilən şəxs barəsində Tərtər şəhər İcra Nümayəndəliyinə onun barəsind şikayət daxil olmamışdır. Tərtər rayon mərkəzi xəstəxanasının xx.xx.2025-ci il tarixli, 18-1-75/2-516/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında durmur. Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Voloqda X29 tərəfindən verilmiş sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən xx.xx.2028-ci il tarixədək qüvvədə olan sürücülük vəsiqəsi verilmişdir. Zərərçəkmiş şəxs X14 hüquqi varisi X24 tərəfindən xx.xx.2025-ci il tarixli, Zərərçəkmiş şəxs X20 hüquqi varisi X10 tərəfindən xx.xx.2025-ci il tarixli, Zərərçəkmiş şəxs X6 hüquqi varisi X23 tərəfindən xx.xx.2025-ci il tarixli, Zərərçəkmiş şəxs X8 hüquqi varisi X22 tərəfindən xx.xx.2025-ci il tarixli, məhkəmə iclasında verilmiş ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. «Sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2025-ci il tarixli qərardan görünür ki, iş üzrə yol nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Nissan Tiida” markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və Tərtər RPŞ-nin X57 Bölməsinin cərimə meydançasında saxlanılmışdır. Həmçinin Təqsirləndirilən şəxs, X26, X36, X27, X7 məxsus üst geyim əşyaları (paltarları) və “Nissan Tiida” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacaq hissəsinin söykənəcək və oturacaq hissəsinin üzlükləri iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Tərtər RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanmışdır. Əməlin tövsifi və digər hüquqi məsələlər: Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının CPM-nin 124-136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 30 noyabr 2024-cü il tarixdə saat 18 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan “X58” MMC-yə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “Nissan Tiida” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Tərtər- Suqovuşan avtomobil yolunun Ağdərə rayonu Çaylı kəndi ərazisindən keçən asfalt yolda hərəkətdə olan zaman idarəetməni itirib avtomobili yoldan çıxararaq yolun sağ tərəfində yerləşən dərəyə aşırdığından, nəticədə ehtiyatsızlıqdan dörd zərərçəkmiş şəxslərin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətdiyindən onun əməli Azərbaycan Respublikasının CM-nin 263-1.4-cü maddəsi ilə tövsif edilməli və həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 35-ci maddəsainin Vİ-cı hissəsinin 7-ci bəndinə əsasən yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik Azərbaycan Respublikasının vətəndaşının ölkə ərazisinə daxil olduğu vaxtdan bir aydan artıq müddətdə burada nəqliyyat vasitələrini idarə etmək niyyətində olması sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün əsasdır. Həmin qanunun 35-1-ci maddəsinin İ-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin həmin Qanunun 33-cü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 may 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsinə malik olan Azərbaycan Respublikasının vətəndaşı və Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan şəxslər “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin müvafiq tələblərinə əməl etmədikdə, həmin Qanunun 33cü maddəsinin V hissəsinə əsasən hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Voloqda X29 tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2028-ci il tarixədək qüvvədə olan sürücülük vəsiqəsi verilmişdir. Lakin Təqsirləndirilən şəxs xarici dövlətin səlahiyyətli orqanı tərəfindən sürücülük vəsiqəsi verilməsinə baxmayaraq o, bir ay ərzində həmin sürücülük vəsiqəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq yeni sürücülük vəssiqəsi ilə əvəz etməli olduğu halda bunu etməmişdir. Belə olan halda Təqsirləndirilən şəxs qanunvericiliyin normasından da göründüyü kimi sürücülük hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilməlidir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 263-1.4-cü maddəsinə əsasən Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilən eyni əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda 5 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə etməsini həmin məcəllənin 59.1.12ci maddəsinə, əməlindən peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 22-ci bəndində göstərilmişdir ki, CM-in 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənəndək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 263, 263-1, 264 və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş üzrə 174 (bir yüz yetmiş dörd) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə, məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi1 tərəfindən 5 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 5 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi1 işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına 55 manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut olan Tərtər RPŞ-nin DYP-nin cərimə meydançasında saxlanılan “Nissan Tida” markalı 77AG187 ödvlət qeydiyyat nişanlı avtomobil qanuni sahibinə qaytarılmalı, avtomobilin sürücü oturacaq və söykənəcək hissələrinin üzlükləri məhv edilməli, Təqsirləndirilən şəxs məxsus paltarlar yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Sərdar Alxanov, Asəf Kərimov, Samir Məmmədov və Mütalib Həsənova məxsus paltarlar onların yaxın qohumlarına qaytarılmalı qəbul edilmədikdə məhv edilməlidir. İş üzrə mülki iddia verilməmiş, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 19 avqust 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə həmin cəzanın icrası əsas cəza olan azadlıqdan məhrum etmə əzasının çəkilib qurtarmasından sonra başlansın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 174 manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Dövlət büdcəsi hesabından Müdafiəçi1 üçün 55 manat məbləğdə pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Tərtər RPŞ-nin DYP-nin cərimə meydançasında saxlanılan “Nissan Tida” markalı 77AG187 ödvlət qeydiyyat nişanlı avtomobil qanuni sahibinə qaytarılsın, avtomobilin sürücü oturacaq və söykənəcək hissələrinin üzlükləri məhv edilsin, Təqsirləndirilən şəxs məxsus paltarlar yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Sərdar Alxanov, Asəf Kərimov, Samir Məmmədov və Mütalib Həsənova məxsus paltarlar onların yaxın qohumlarına qaytarısın qəbul edilmədikdə məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-469/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-469/2025
19.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver