Məhkəmə qərarları › İş №1(100)-47/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-47/2021

21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-47/2021 21.04.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Rüstəmov Elmin İltizam oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nəbizadə Məğrur Etibar oğlunun katibliyi ilə, zərərçəkmiş şəxsin hüquqi varisi X10, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1965-ci ildə Şəmkir rayonunun Dəllər-Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonunun Dəllər-Cırdaxan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Şəmkir rayon X32 Polis Bölməsinin polis sahə rəisi vəzifəsində işlədiyi dövrdə xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində xidmətdən kənar vaxtda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci və 8-ci bəndlərinin, həmçinin həmin maddənin 4-cü hissəsinin, eləcə də qeyd edilən qanunun 50-ci maddəsinin 1-ci hissəsinin nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini özündə saxlamalı, hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol maddənin istifadə edilməsi nəticəsində nəqliyyat vasitəsini idarə etməməli, yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı ya da yanıbsönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməli, zərər çəkənə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkəni səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməli olmasına dair tələblərini pozaraq, sərxoş halda faktiki olaraq özünün istifadəsində, sahibliyində və sərəncamında texniki cəhətdən saz vəziyyətdə olan etibarlılıq müddəti bitmiş xx.xx.2016-cı il tarixli ƏN-İİİ 923645 nömrəli etibarnamə əsasında idarə etdiyi “VAZ 21070” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Zəyəm-Düyərli avtomobil yolunun Şəmkir rayonunun Düyərli kəndi ərazisindən keçən 8-ci kilometrliyində Tovuz rayonu istiqamətində hərəkətdə olarkən hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara əməl etməyib yol hərəkəti qaydalarını pozaraq hərəkətini davam etdirib, həmin yolu sürücüyə münasibətdə soldan sağa keçən Şəmkir rayonu Düyərli kənd sakini xx.xx.1967-ci il təvəllüdlü piyada X6 yolun hərəkət istiqamətində vuraraq ehtiyatsızlıqdan ona ağır dərəcəli travmatik və hemorragik şokla müşayət olunan sağ gicgah və alın nahiyəsinin əzilmiş yaraları, sağ yanağın sıyrıqları, döş qəfəsinin qapalı küt travması, döş qəfəsinin sağ yarısının ön və yan səthinin sıyrıqları, divararalığının yumşaq toxumalarına qansızmalar, sağ tərəfli İV-V-Vİ- Vİİ-Vİİİ qabırğaların sınıqları, sağ körpücük sümüyünün sternal ucunun qopması, sağ ağ ciyərin əzilmiş-cırılmış yarası, sağ tərəfli hemotoraks, qarının sağ yan divarının sıyrığı, sağ dirsək oynağı sümüklərinin, sağ said sümüklərinin, sağ bud sümüyünün qapalı yerini dəyişmiş sınıqları, sol baldır sümüklərinin açıq yerini dəyişmiş sınığı, sağ əlin arxa səthinin, sağ budun, sağ diz oynağının və sağ baldırın ön səthinin sıyrıqları və sol baldırın iç səthinin sıyrığı ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran xəsarətlər yetirərək zərərçəkmiş şəxsə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən idarə etdiyi avtomobillə yol-nəqliyyat hadisəsi yerindən qaçmış, nəticədə ehtiyatsızlıqdan piyada Cəmaləddin Rüstəmovun avtomobil qəzası zamanı aldığı politravma nəticəsində inkişaf edən ağır dərəcəli travmatik və hemorragik şokdan ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilirkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3 və 264-cü maddələri ilə ona elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şəmkir rayon X32 Polis Bölməsinin polis sahə rəisi vəzifəsində işlədiyi vaxt xx xxxxxx 2019-cu il tarixdə saat 10:00-da xidmətə başlamış, saat 13 radələrində Şəmkir şəhərində “Yamin” şadlıq evində keçirilən toy məclisində iştirak edərək, orada az miqdarda, təxminən 40 qram spirtli içki olan araq qəbul etmişdir. Evə qayıtdıqdan sonra idarə etdiyi “VAZ 2107” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şəmkir rayonu Düyərli kəndində yaşayan dostu Şahid1 evinə getmək qərarına gəlmişdir. Buna görə avtomaşınına əyləşib Şəmkir-Zəyəm yoluna çıxaraq Tovuz istiqamətində hərəkətə başlamış, saat 19 radələrində Şəmkir-Zəyəm avtomobil yolu ilə Tovuz rayonu istiqamətində avtomobili təxminən 50-60 km/saat sürətlə hərəkət etdirərkən əks istiqamətdən hərəkət edən avtomobil yanından keçib getdikdən dərhal sonra gözləmədiyi anda Şəmkir rayonu Düyərli kənd sakini X4 tərəfdən avtomobilin qarşısına qəflətən çıxdığı üçün avtomobili ilə onu vurmuş və piyadanı vurandan dərhal sonra əyləci basıb saxlamış, lakin hadisənin şokunda olduğu üçün avtomobili yenidən idarə edərək təxminən 100-150 metr məsafə qət etdikdən sonra Düyərli kəndində “12-ci küçə” deyilən yerdə saxlamış, sonra istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən dostu Etibara zəng etmiş, lakin sonuncu telefonu açmamışdır. Sonradan bildirmişdir ki,ona zəng edən vaxt Etibar onu küçədə avtomobilinin yanında dayanarkən görmüş və ona yaxınlaşmışdır. O, vaxt itirməmək üçün dərhal Etibarın avtomobilinə əyləşib ona bildirmişdir ki, avtomobillə adam vurmuşdur, tez hadisə yerinə getmək lazımdır, çünki hadisənin şokunda olduğundan, həmçinin şəkər xəstəsi olduğu üçün avtomaşınını idarə etmək imkanında olmamışdır. Təxminən 5-6 dəqiqə sonra Etibara məxsus “Mercedes” markalı avtomobillə hadisə yerinə qayıtmış, hadisə yerində sonradan adlarını bildiyi mərhumun yaxın qohumları Nurəddin Rüstəmov, onun arvadı Şahid8 və qudası X1 ilə X18 Ələkbərova məxsus avtomaşının arxa oturacağına uzatmış və tibbi yardım göstərilməsi üçün onu Şəmkir Mərkəzi rayon xəstəxanasına aparmışlar. Xəstəni avtomaşına qoyub hərəkətə başladıqdan sonra o, hadisə barədə tabeçiliyində olduğu Şəmkir RPŞ-nin Zəyəm PB-nin rəisi Qədim Həsənovun istifadəsində olan 050 365-55-35 saylı mobil nömrəsinə zəng edərək hadisə barədə ona məlumat vermiş və zərərçəkəni Şəmkir RMX-na apardığını söyləmişdir. Bundan sonra o, Şəmkir RMX-da travmatoloq işləyən Elşən Quliyevə zəng edərək yol-nəqliyyat hadisəsi törətdiyini bildirib nə etməli olduğunu soruşduqda həkim ona uzaqda olduğunu, zərərçəkəni xəstəxananın reanimasiya şöbəsinə çatdırmasını məsləhət görmüşdür. Yol boyu Cəmaləddin xırıldamış, lakin Şəmkir şəhəri “Dörd yol” deyilən yerdə onun səsi yatmış və onun xırıltısını eşitməmişdir. Onlar Şəmkir RMX-na çatdıqdan sonra o, xəstəxananın ikinci mərtəbəsində yerləşən reanimasiya şöbəsinə qalxıb növbədə olan həkimi soruşduqda ona bildirmişlər ki, növbətçi Füzuli həkimdir. O, Füzuli həkimi tapıb ona yol-nəqliyyat hadisəsini törətdiyini və zərərçəkəni xəstəxanaya çatdırdığını bildirmişdir. Füzuli həkim zərərçəkəni xəstəxananın ikinci mərtəbəsinə qaldırmasını bildirsə də o, vaxt itirməmək üçün ondan xahiş etmişdir ki, onunla birgə xəstəxananın həyətinə çıxıb Cəmaləddin Rüstəmovu müayinə etsin. Füzuli həkim onun xahişinə əsasən aşağı mərtəbəyə düşüb Cəmaləddin Rüstəmovu müayinə etmiş, onun nəbzini yoxlamış və ona işarə etmişdir ki, xəstə dünyasını dəyişib. Xəstəxanaya gələn xatırlamadığı polis işçiləri onu Etibarın avtomaşınından uzaqlaşdırmışlar. Hadisə yerində olan Nurəddin Rüstəmov, onun arvadı Şahid8, X11 və zərərçəkənin tanımadığı digər qohumları və tanışları xəstəxanaya gəlmişlər və o, Füzuli həkim ilə birlikdə xəstənin yanına düşərkən onlar xəstənin yanında olmuşlar. Həmin vaxt Nurəddin Rüstəmov, onun arvadı Şahid8, X11 onun zərərçəkən Cəmaləddin Rüstəmovu avtomaşınla vurduğunu bilməmişlər. X28 söhbət edən zaman sonuncu ona bildirmişdir ki, xəstəxanada mərhumun yaşca böyük olan qohumu Şahid8 yol-nəqliyyat hadisəsinin onun tərəfindən törədildiyini onlara danışmışdır. Bundan başqa ifadəsində göstərmişdir ki, hadisə baş verdikdən sonra o yol-nəqliyyat hadisəsi yerindən qaçmamış, belə bir fikri də olmamış, o sadəcə qorxduğundan, şəkər xəstəsi olduğu üçün özünü yaxşı hiss etmədiyindən, zədələnmiş avtomobillə zərərçəkmişi xəstəxanaya aparmamaq üçün, eləcə də hadisənin şokunda olduğu üçün öz avtomobilini idarə etmək iqtidarında olmadığından hadisəni törətdikdən sonra oradan 100-150 metr kənarlaşıb, təxminən 5-6 dəqiqəlik qısa müddət ərzində Şahid1 məxsus avtomobillə hadisə yerinə qayıdaraq Cəmaləddin Rüstəmovu xəstəxanaya çatdırmışdır. İfadəsinə əlavə olaraq avtomaşınla Cəmaləddin Rüstəmovu vurması barədə mərhumun qohumlarına bildirməməsini onların həmin vaxt çox aqressiv olduqlarından hadisə barədə onlara deyəcəyi təqdirdə onun həyat və sağlamlığı üçün təhlükə yarada biləcəklərindən ehtiyat etməsilə izah etmişdir. Əlavə olaraq göstərmişdir ki, hadisənin baş verdiyi gün təxminən 40 qram araq qəbul etsə də o alkoqol sərxoşluğu vəziyyətində olmamış, ona qarşı qərəzli olaraq bununla bağlı, həmçinin hadisə yerindən qaçmaqla bağlı ittihamlar verilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, mərhum Cəmaləddin Rüstəmov onun qardaşıdır. xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində uşağını həkimə aparmaq üçün idarə etdiyi “VAZ 2107” markalı avtomobili ilə Zəyəm-Düyərli avtomobil yolu ilə Zəyəm qəsəbəsinə gedərkən yolda qardaşı Cəmaləddin Rüstəmovu görmüşdür. O, avtomobili saxlayıb Cəmaləddindən hara getdiyini soruşduqda Cəmaləddin ona bərbərdən çıxıb evə getdiyini bildirmişdir. O, uşağını həkimə gətirdiyi vaxt adını xatırlamadığı həmkəndlisi ona zəng edərək qardaşı Cəmaləddin Rüstəmovu avtomobil vurduğunu bildirmiş, bundan dərhal sonra hadisə yerinə getmişdir. Hadisə yerinə çatdıqda qardaşının Etibarın avtomobilində olduğunu, Təqsirləndirilən şəxs da həmin avtomobildə görmüşdür. Etibarın avtomobilinin arxası ilə xəstəxanaya gəlmiş, xəstəxanaya çatdıqda artıq qardaşının öldüyünü bilmişdir. İfadəsinə əlavə olaraq xəstəxanaya gedərkən qardaşı Cəmaləddini vuran şəxsin Qara olduğunu bilməmiş, Qara özü də ona bu barədə heç bir məlumat verməmişdir. Həmin hadisə ehtiyatsızlıq nəticəsində baş verdiyindən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 30 ildən çoxdur ki tanıyır, onunla dostluq münasibətləri vardır. Təqsirləndirilən şəxs Şəmkir RPŞ-nin Zəyəm PB-də sahə polis rəisi vəzifəsində işləmiş və ağ rəngli “Vaz 2107” markalı avtomobil idarə edir. xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində çörək almaq üçün idarə etdiyi özünə məxsus ağ rəngli “Mercedes” markalı, **- UK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı evdən çıxıb küçənin başında olan mağazaya getmişdir. Həmin gün saat 19:10-da Təqsirləndirilən şəxs ona məxsus ***-***- **-** nömrəli mobil telefonuna zəng etdiyi vaxt o, Qaranı təsadüfən “Vaz 2107” markalı avtomobilin yanında mobil telefonu qulağına tutaraq kənarda dayandığını görmüşdür. Buna görə Qaranın zənginə cavab verməyərək avtomobili onun yanına sürmüşdür. Təqsirləndirilən şəxs onu görən kimi qəza törədiyini bildirib avtomobilin qabaq sağ oturacağına əyləşərək avtomobili qabağa sürməsini demişdir. O, Düyərli-Zəyəm avtomobili yolu ilə təqribən 100 metr məsafə qət etdikdən sonra “Turan” adlı supermarketin yaxınlığında yolun kənarında çoxlu sayda insanların toplaşdığını görmüşdür. O, avtomobili saxlamış və Düyərli kənd sakini Cəmaləddin Rüstəmovu asfalt yolunun üzərində uzanıqlı vəziyyətdə görmüşdür. Cəmaləddin həmin vaxt hələ ölməmiş, səsi gəlsə də danışmamışdır. Hadisə yerində həmçinin, Cəmaləddin Rüstəmovun əmisi oğlu Nurəddin, onun arvadı Tinatin və qudası Sədrəddini görmüşdür. Hadisə yerində olan kənd sakinlərinin köməkliyi ilə Qara ilə birlikdə Cəmaləddini avtomobilin arxa oturacağına uzatmış, sonra tibbi yardım göstərilməsi ilə əlaqədar onu Şəmkir Mərkəzi rayon xəstəxanasına aparmışlar. Yol boyu Cəmaləddin xırıldamış, Şəmkir şəhəri “Dörd yol” deyilən yerə çatdıqdan sonra Cəmaləddinin səsi və xırıltısı kəsilmişdir. Onlar xəstəni Şəmkir RMX-na çatdırdıqdan sonra Qara dərhal xəstəxanadan həkim çağırmışdır. Həkim Cəmaləddini müayinə edərək onun nəbzini yoxlamış və onun öldüyünü bildirmişdir. Daha sonra xəstəxanaya polis əməkdaşları gəlmişlər. Hadisədən sonra öyrənmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2107” markalı avtomobili ilə Zəyəm-Düyərli avtomobil yolu ilə Düyərli kəndi ərazisindən keçən hissədə hərəkətdə olarkən Cəmaləddin Rüstəmov qəflətən yola çıxdığı üçün onu vurmuşdur. Hadisədən sonra Təqsirləndirilən şəxs məxsus avtomobili Şəmkir RPŞ-nin cərimə meydançasına gətirib təhvil vermişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, hadisə yerinə çatdıqları vaxt orada olanlar hadisənin Qara tərəfindən törədildiyini bilməmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şəmkir rayonunun Düyərli kəndində qardaşı Vüqar Tağıyevə məxsus “Turan” adlı marketdə işləyir. Marketin qarşısında Zəyəm-Düyərli avtomobil yolu keçir. Təqsirləndirilən şəxs Şəmkir RPŞ-nin Zəyəm PB-nin əməkdaşı kimi tanıyır, aralarında əvvəllər narazılıq və ya mübahisə olmamışdır. X6 həmkəndlisi kimi tanıyır, münasibətləri yaxşı olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində “Turan” marketdə olan zaman küçədən taqqıltı səsi və həmin səsdən sonra avtomobilin tormoz etdiyini eşitmişdir. Dərhal mağazadan küçəyə çıxmış və həmkəndlisi Qərib Asif oğlunun və digər şəxslərin hadisə yerinə qaçdıqlarını görmüşdür. O da onların arxasınca hadisə yerinə qaçıb oraya çatanda Cəmaləddin Rüstəmovu huşsuz vəziyyətdə yolun kənarında görmüşdür. Hadisə yerində olan şəxslər Cəmaləddin Rüstəmovun ağ rəngli “VAZ 2107” markalı avtomobil tərəfindən vurulduğunu, onu vuran avtomobilin hadisə yerindən qaçdığını bildirmişlər. Doğurdan da o, yola baxanda uzaqda qeyd edilən avtomobilin hadisə yerindən uzaqlaşdığını, avtomobilin arxa stop işıqlarının yandığını görmüşdü, yəni o, avtomobilin arxasınca baxanda sürücünün idarə etdiyi avtomobillə hadisə yerindən uzaqlaşdığını bilmişdi. Bir qədər, təxminən 4 dəqiqə keçdikdən sonra Təqsirləndirilən şəxs həmkəndlisi Şahid1 idarə etdiyi ağ rəngli “Mercedes” markalı avtomobili ilə hadisə yerinə gələrək Cəmaləddin Rüstəmovu tibbi yardım göstərilməsi üçün Şəmkir Mərkəzi rayon xəstəxanasına aparmışlar. Onların arxasınca Cəmaləddinin qohumları da xəstəxanaya yollanmışlar. İfadəsinə əlavə olaraq göstərmişdir ki, əvvəlcə hadisənin Təqsirləndirilən şəxs tərəfindən törədildiyini bilməsə də sonradan öyrənmişdir ki, “VAZ 2107” markalı avtomobili idarə edən sürücü Təqsirləndirilən şəxs olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, X6 Şəmkir rayonu Düyərli kənd sakini kimi tanıyır. xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində bibisi oğlu Şahid4 ilə birlikdə idarə etdiyi “Mercedes” markalı avtomobili ilə Şəmkir rayonu Düyərli kəndində yerləşən “Turan market”ə gedərək, orada bankomatdan pul çıxartmışlar. Onlar işlərini yekunlaşdırıb oradan çıxıb getmək istəyərkən arxadan taqqıltı səsi eşitmiş və arxaya dönüb baxanda ağ rəngli “VAZ 2107” markalı avtomobilin sürətlə hadisə yerindən uzaqlaşdığını görmüşdür. O, həmin avtomobilin yoldan keçən hər hansı bir heyvanı vurduğunu zənn edib Röyalla birlikdə hadisə yerinə tərəf qaçmışdır. Zəyəm-Düyərli avtomobilin yolunun sağ tərəfində dəmir tikilinin altında X6 huşsuz vəziyyətdə görmüşdür. Hadisə yerinə kənar şəxslər toplaşmışlar. O, uzaqdan görmüşdür ki, “VAZ 2107” markalı avtomobil 11 və ya 12-ci adlanan küçələrinin birinin girişində saxlamış və bir qədər dayandıqdan sonra həmin avtomobil Düyərli kəndi istiqamətində hərəkət etdirmişdir. X21 tibbi yardım göstərilməsi ilə əlaqədar dərhal təcili tibbi yardıma zəng edərək hadisə barədə məlumat vermişlər. Bir qədər keçdikdən sonra, təxminən 6-7 dəqiqə sonra həmkəndlisi Şahid1 idarə etdiyi ağ rəngli “Mercedes” markalı avtomobili ilə hadisə yerinə gələrək Cəmaləddin Rüstəmovu tibbi yardım göstərilməsi üçün onu Şəmkir Mərkəzi rayon xəstəxanasına aparmışdır. Onların arxasınca Cəmaləddinin qohumları da xəstəxanaya yollanmışlar. O, hadisə yerindən kənarda durduğu üçün Təqsirləndirilən şəxs həmin vaxt orada görməmişdir. Sonradan öyrənmişdir ki, “VAZ 2107” markalı avtomobili idarə edən sürücü Şəmkir RPŞ-nin Zəyəm PB-nin əməkdaşı Təqsirləndirilən şəxs olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə Şəmkir şəhərində “Yamin” şənlik evində bacanağı Zöhrabın oğlu Kənanın toy məclisində iştirak etmiş, toy məclisində həmçinin tanışı Təqsirləndirilən şəxs da olmuşdur. Toy məclisi saat 13 radələrində başlamışdır. Toy məclisi başlayandan sonra o və Təqsirləndirilən şəxs bir süfrədə əyləşmiş və o, sonuncuya araq içməyi təklif etmişdir. Sonuncu başqa bir məclisə gedəcəyini bildirərək təxminən 50 qram araq içmiş və saat 14 radələrində məclisdən çıxıb getmişdir. Toy məclisi qurtardıqdan sonra o, Goranboy rayonuna, oradan da Bakı şəhərinə qayıtmışdır. O, Bakı şəhərinə qayıtdıqdan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol-nəqliyyat hadisəsi törətdiyini eşitmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı isə ifadəsi elan edilməklə tədqiq edilmiş Şəmkir rayon poliklinikasının həkim-narkoloqu X12 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 21:15 radələrində Şəmkir rayon prokurorluğunun inzibati binasında sürücü Təqsirləndirilən şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tərəfindən müvafiq qaydada tibbi müayinə aparılmışdır. Təqsirləndirilən şəxs ona təqdim olunan vaxt ondan anamnez, yəni məlumat toplamağa başlamışdır. Həmin vaxt o, sürücü Təqsirləndirilən şəxs həyəcanlı və nəfəsindən alkoqollu içki qoxusu gəlməsinə diqqət yetirmişdir. Bundan sonra o, “Ensure” markalı alkotester aparat vasitəsilə üfürmək yolu ilə Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olub-olmamasını yoxlamışdır. Müayinə zamanı sürücü Təqsirləndirilən şəxs alkotesterin müştük hissəsinə üfürmüş və onun 0,3 promilli dərəcədə alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilmişdir. Bununla bağlı o, 3178 saylı akt tərtib etmiş və mövcud qaydalara uyğun olaraq bu barədə “alkoqol ekspertiza jurnalı”nda müvafiq qeydlər aparmışdır. Əlavə olaraq ifadəsində bildirmişdir ki, mövcud qaydalara əsasən Şəmkir rayon mərkəzi xəstəxanası poliklinikasının narkoloji kabinetində istifadə olunan “Ensure” markalı alkotester aparatı ildə iki dəfə texniki yoxlamadan keçirilir və alkotester aparatının işlək vəziyyətdə olması ilə bağlı müvafiq şəhadətnamə verilir. “Ensure” markalı alkotester aparatı xx.xx.2019-cu il tarixdə yoxlamadan keçirilmiş və xx.xx.2019-cu il tarixdə işlək vəziyyətdə olmuşdur. Həmin dövrə aid şəhadətnamənin etibarlılıq müddəti bitdiyindən qeyd edilən sənəd xəstəxananın arxivinə təhvil verilmişdir. 2020-ci illin fevral ayında Şəmkir RMX-nın yeni inzibati binasına köçürülməsi ilə əlaqədar xəstəxananın arxivində saxlanılan köhnə sənədlər, o cümlədən hadisə baş verdiyi dövrə aid şəhadətnamə tibb personalı tərəfindən məhv edilmişdir. Buna görə də qeyd edilən şəhadətnamənin istintaq orqanına təqdim edilməsi mümkün olmamışdır. Alkotester aparatı işlək vəziyyətdə olmasaydı 2441/8-2020 nömrəli ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamənin verilməsi mümkün olmazdı.Həmin vaxt sürücü sərxoşluq vəziyyətinin təyini nəticəsindən narazı olduğu təqdirdə komisyon qaydada müayiənin aprılmasını tələb edə bilərdi, lakin sonuncu bunu etməmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı isə ifadəsi elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” ETT Birliyinin məhkəmə-kimya şöbəsinin eksperti X16 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə “Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya” ETT Birliyinin məhkəmə-kimya şöbəsinə Şəmkir rayon prokurorluğunun məhkəmə-kimyəvi ekspertizası təyin etmək barədə xx.xx.2019-cu il tarixli qərarı və tədqiqat üçün 0,5 ml qram qan nümunəsi daxil olmuşdur. Ekspertin qarşısında sürücü Təqsirləndirilən şəxs götürülmüş və şüşə kolbasında olan qanın tərkibində spirt və ya narkotik vasitənin qalıqları olub-olmaması barədə sual qoyulmuşdur. Tədqiqat zamanı 0,5 ml qan içərisində 0,5 ml 50% üçxlorlu sirkə turşusu olan penisillin flakonuna əlavə edilmişdir. Flakon rezin tıxac və dəmir qapaqla bağlandıqdan sonra çalxalanmış və içərisinə 0,3 ml 30% natrium – nitrit məhlulu yeridilmişdir və qarışıq yenidən səylə çalxalanmışdır. Bir dəqiqə keçdikdən sonra şpris vasitəsilə flakondan 1 ml buxarabənzər nümunə götürülərək LXM – 80 MD xromatoqrafına daxil edilmişdir. Xromatoqrafın parametrləri: kolonka 200 sm x 0,4 sm, qaz daşıyıcı nitrogen, qazın sürəti 2,01/ saat, sorbent: inzen kərpici +0,9 % natrium hidroksid +1,7% alkilsulfat +12% vinilin, kolonkanın temperaturu -70Co incektorun temperaturu -60Co, detektorun cərəyanı -130 ma. Bu zaman xromatoqrammada etilnitrit piki aşkar edilməmişdir. Bu səbəbdən sürücü Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilməmişdir. Qan nümunəsinin miqdarı az olduğuna görə qanın tərkibində narkotik vasitənin olub-olmaması ilə bağlı tədqiqatı aparmaq mümkün olmamışdır, çünki qanda narkotik vasitəni aşkar etmək üçün ekspertizaya ən azı 20 ml qram qan nümunəsi təqdim olunmalıdır. Təqsirləndirilən şəxs spirtli içkini hadisədən çox əvvəl qəbul etdiyi üçün etil spirti onun bədənindən ifraz olduğundan tədqiqata təqdim edilmiş qan nümunəsində etil spirti aşkar olunmaya bilər. Belə ki, Təqsirləndirilən şəxs spirtli içki ilə yanaşı əlavə maye qəbul edibsə hadisəyə qədər etil spirti onun bədənindən ifraz oluna bilər. Əlavə olaraq göstərmişdir ki, elmi tədqiqatlarla təsdiq edilir ki, etil spirti insan qanında qəbul ediləndən təqribən 8 saatdan az olmayan müddətdə qalır və müayinələr zamanı həmin etil spirtini aşkar etmək mümkündür, əvvəlki ifadəsində spirtli içkini “hadisədən çox əvvəl qəbul etməsi” sözünü bir qədər qeyri-dəqiq işlətmişdir. Belə ki, etil spirtini insan qanında qalma müddəti spirtli içkinin qəbul etdiyi vaxtdan qan nümunəsinin götürülməsi və daha sonra tədqiqin vaxtınadək olan müddət nəzərdə tutulur. Buna görə də Təqsirləndirilən şəxs tərəfindən spirtli içkinin saat 13 radələrində qəbul edilməsi, hadisənin saat 19 radələrində baş verməsi və qan nümunəsinin isə saat 23:50 götürülməsi nəzərə alınsa heç bir zidiyyət olmur. Belə ki, spirtli içinin qəbul edilməsi və qan nümunəsinin götürülməsi arasında 10 saatdan artıq vaxt olub. Belə olan halda da, Təqsirləndirilən şəxs sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktında göstərilən 0,3 pr. mümkündür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi təcrübi və X29 rayon şöbəsi tərəfindən təqdim edilmiş meyitin ekspertizasına dair xx.xx.2019-cu il tarixli 51 nömrəli rəyindən görünür ki, X2 meyitinin bədənində aşkar edilmiş xəsarətlər - ağır dərəcə travmatik və hemorragik şokla müşayət olunan sağ gicgah və alın nahiyəsinin əzilmiş yaraları, sağ yanağın sıyrıqları, döş qəfəsinin qapalı küt travması, döş qəfəsinin sağ yarısının ön və yan səthinin sıyrıqları, divararalığının yumşaq toxumalarına qansızmalar, sağ tərəfli İV-V-Vİ-Vİİ-Vİİİ qabırğaların sınıqları, sağ körpücük sümüyünün sternal ucunun qopması, sağ ağ ciyərin əzilmiş-cırılmış yarası, sağ tərəfli hemotoraks, qarının sağ yan divarının sıyrığı, sağ dirsək oynağı sümüklərinin, sağ said sümüklərinin, sağ bud sümüyünün qapalı yerini dəyişmiş sınıqları, sol baldır sümüklərinin açıq yerini dəyişmiş sınığı, sağ əlin arxa səthinin, sağ budun, sağ diz oynağının və sağ baldırın ön səthinin sıyrıqları, sol baldırın iç səthinin sıyrığı küt əşyaların təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx xxxxxx 2019-cu il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, həyatidirlar. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdirlər. X2 ölümünə səbəb avtomobil qəzası zamanı aldığı politravma nəticəsində inkişaf edən ağır dərəcəli travmatik və hemorragik şok olmuşdur. İlkin meyit əlamətlərinin inkişafına əsasən onu demək olur ki, X5 ölümü meyitin müayinəyə başlanmasından 1-2 saat əvvəl baş vermişdir. Həmçinin xx.xx.2019-cu il tarixli 51 nömrəli rəyə əlavədən görünür ki, Cəmaləddin Rüstəmovun meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi müayinəsi zamanı 0,8 promilli qatılığında etil spirti aşkar edilmişdir. Bu miqdar etil spirti rəsmi cədvəl üzrə yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətinə uyğun gəlir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi təcrübi və X29 rayon şöbəsi tərəfindən təqdim edilmiş canlı şəxsin ekspertizasına dair xx.xx.2019-cu il tarixli 1489 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarxili 3178 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən 0,3 promil alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi təcrübi və Tədris Birliyi tərəfindən təqdim edilmiş maddi sübutların ekspertizasına dair xx.xx.2019-cu il tarixli 3180/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilməmişdir. Məhkəmə-kimya şöbəsinə tədqiqat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik vasitələrin təyinatını aparmaq mümkün olamamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi təcrübi və Tədris Birliyinin canlı şəxsin məhkəmə-tibbi ekspertizasına dair xx.xx.2020-ci il tarixli 365/KEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, hal-hazırda onda “Ürəyin işemik xəstəliyi, qeyri-stabil stenokardiya. Angioplastikadan sonrakı vəziyyət. Keçirilmiş miokard infarktı. Arterial hipertoniya İ mərhələ. Şəkərli diabet İİ tip”in olduğu müəyyən edilmişdir. Qeyd olunan xəstəliklər uzun sürən xroniki gedişli xəstəliklərə aiddirlər. Təqsirləndirilən şəxs hazırki sağlamlıq durumu ilə əlaqədar onun kənar şəxslərin müşayiəti olmadan istintaq hərəkətlərində, (dindirmədə, istintaqa gediş-gəlişində, qoyduğu suallara ətraflı cavab verə bilməsində və s.), eləcə də gələcəkdə məhkəmə prosesində iştirak etməsi mümkündür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasına dair xx.xx.2020-ci il tarixli 3798 nömrəli rəyindən görünür ki, VAZ-21070 markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkmişə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş halda idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili etibarnaməsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan, ona əlavə edilmiş fotocədvəldən və sxemdən görünür ki, yol-nəqliyyat hadisəsi Zəyəm-Düyərli avtomobil yolunun Şəmkir rayonu Düyərli kəndi ərazisindən keçən 8-ci kilometrliyində avtomobillərin hərəkət hissəsində baş vermişdir. Yol nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfalt örtükdən ibarət olmaqla sürücülərin hərəkətləri üçün maneəsizdir. Baxış zamanı yol örtüyü quru vəziyyətdə olmuşdur. Avtomobil yolu iki tərəfli hərəkət üçün nəzərdə tutulmuşdur. Hadisə baş verən ərazi yaşayış məntəqəsidir. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi baş vermiş avtomobil yolunun ümumi eni 6 metrdir. Hərəkət hissədə qarşıqarşıya nəqliyyat axımını ayırmaq üçün uzununa nişanlama xətti vardır. Hadisə baş vermiş küçə işıqlandırılmır. Baxış zamanı avtomobilin piyadanı vurduğu nöqtə müəyyən olunmuşdur. Həmin nöqtə Düyərli kəndi istiqamətinə hərəkət etdikdə asfalt örtüyün qurtaracağından soldan sağa 4 metr məsafədə yerləşir. Həmin nöqtədə nəqliyyat vasitəsinin sınmış hissələri və ya yağ izləri aşkar olunmamışdır. Baxış zamanı piyadanın vurulma nöqtəsindən sonra 4 metr uzunluğunda tormoz izi aşkar edilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, yol nəqliyyat hadisəsi baş vermiş yerdə Düyərli kəndi istiqamətində yolun sol tərəfindən 5.16.2 məlumatverici-göstərici nişan vardır. Hadisə yerinə baxış zamanı iş üçün maraq doğuracaq müxtəlif ölçülü şüşə qırıntıları, faranın qırılmış hissələri, avtomobilin sağ şüşəsilənin rezin şotkusu və üzərində qana şübhəli ləkələr olan kiçik ölçülü daş aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli “VAZ-21070” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış protokolundan görünür ki, buraxılış ili 2004-cü il olan “VAZ-21070” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı 4 yerlik minik-avtomobil AA 476292 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında X19 məxsusdur. Avtomobil ağ rənglidir. Avtomobilin ban nömrəsi XTA**********3499-dur. Avtomobilin 4 qapısı (iki qapı avtomobilin ön sağ və sol, iki qapı isə arxa sağ və sol tərəflərində) vardır. Avtomobilə baxış zamanı müəyyən edildi ki, avtomobilin qabaq alın şüşəsi sınmışdır, avtomobilin salonuna tökülmüşdür. Avtomobilin qalan şüşələri bağlı vəziyyətdə olmaqla tamdırlar, hər hansı bir çat və ya zədə yoxdur. Avtomobilin sağ şüşəsilənin rezin şotkusu yerində yoxdur. Avtomobilin qabaq sağ qənədi, qabaq sağ fara, qabaq buferi(bamper) və kapot zədələnmiş (deformasiyaya uğramış) vəziyyətdədir. Avtomobilin digər hissələrində vurulma və zədələnmə izləri aşkar edilmədi. Avtomobilin qabaq sağ qapısını açdıqda görünür ki, hər iki oturacağın, avtomobilin hər iki ayaqaltı hissələrində şüşə qırıntıları vardır. Bundan başqa, avtomobilin torpedasının sağ hissəsi zədələnmiş (deformasiyaya uğramış) vəziyyətdədir. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli “nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” etibarnamənin surətindən görünür ki, “VAZ-21070” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçi X26 tərəfindən Təqsirləndirilən şəxs etibar edilmiş, etibarnamə xx.xx.2019-cu il tarixədək etibarlı olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki,xx xxxxxx 2019-cu il tarixdə, saat 19:01:30-da X3- Düyərli avtomobil yolunun kənarı ilə üzü Düyərli kəndi istiqamətində piyada hərəkətdə olmuş, saat 19:01:35-də boz rəngli “Mercedes” markalı avtomobil Cəmaləddin Rüstəmovun yanından keçərək üzü Zəyəm qəsəbəsi istiqamətində getmiş və eyni zamanda Cəmaləddin Rüstəmov yolu keçmək üçün addım atmağa başlamış, saat 19:01:39-da “VAZ 2107” markalı avtomobil Zəyəm-Düyərli avtomobil yolu ilə hərəkət edərək Cəmaləddin Rüstəmovu vurmuş və “VAZ 2107” markalı avtomobil dayanmayaraq hadisə yerindən uzaqlaşmış, saat 19:01:48-də hadisə yerinə kənar şəxslər qaçmış, saat 19:09:39-da ağ rəngli “Mercedes” markalı avtomobil qəza duracaq işıqlarını yandıraraq hadisə yerinə gəlmiş, saat 19:11-də “Mercedes” markalı avtomobil Cəmaləddin Rüstəmovu götürərək xəstəxanaya aparmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli “diskə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 050 ***-**-** saylı mobil nömrədən X24 adına olan 050 ***-**-** saylı mobil nömrəyə xx.xx.2019-cu il tarixdə saat 19:18-də zəng olunaraq 105 saniyə müddətində (ARAYANİN CELL İD-si Semkir rnu,Duyarli. - ARANANİN CELL İD-si Shemkir r-nu, Deller-Ceyir kendi) danışıq olmuşdur. Telefon danışıqlarının təhlili göstərir ki, Təqsirləndirilən şəxs istifadəsində olan 050 ***-**-** saylı mobil nömrədən X25 adına olan 050 ***-**-** saylı mobil nömrəyə xx.xx.2019-cu il tarixdə saat 19:32-də zəng olunaraq 69 saniyə müddətində (ARAYANİN CELL İD-si Semkir r-nu,- ARANANİN CELL İD-si Shemkir r-nu) danışıq olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan 050 ***-**-** saylı mobil nömrədən X24 adına olan 050 ***-**-** saylı mobil nömrəyə xx.xx.2019-cu il tarixdə saat 19:41 və 19:46da zəng olunaraq 36 və 20 saniyə müddətində danışıq olmuşdur. Şahid1 adına olan 050 ***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 050 ***-**-** saylı mobil nömrəyə xx.xx.2019-cu il tarixdə saat 20:11-də zəng olunaraq 20 saniyə müddətində danışıq olmuşdur. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli “başqa yerə getməmək haqqında” iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X10 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o təqsirləndirlən şəxs Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X36 İdarəsinin Tovuz RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 016-674 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək AE-343183 saylı “BC” dərəcəli sürücülük vəsiqəsi verilmiş və onun adı sürücülük hüququndan məhrum edilənlərin siyahısında yoxdur. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli “Baxış keçirilməsi və sənədlərin kserosurətlərinin cinayət işinə əlavə edilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 21:15-də Təqsirləndirilən şəxs 0,3 promilli dərəcədə alkoqol sərxoşluğu vəziyyətində olması ilə əlaqədar 3178 nömrəli akt tərtib edilmiş və bununla bağlı “alkoqol ekspertiza jurnalında” müvafiq qeydlər aparılmışdır. İş materiallarına əlavə edilmiş Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Dəllər Cırdaxan kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu Dəllər Cırdaxan kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Dəllər Cırdaxan kənd İnzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Şəmkir mərkəzi rayon xəstəxanası publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 467 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon Konsultativ poliklinikasının narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda dayanmır. İş materiallarına əlavə edilmiş Şəmkir mərkəzi rayon xəstəxanası publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 02/383 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 2014-cü il tarixdən Şəmkir rayonmərkəzi xəstəxanasının Konsultativ poliklinika şöbəsində Kardioloji kabinetdə “ÜXİX Qeyri stabil stenokardiya. Koronar angioplastika x2 əməliyyatından sonrakı vəziyyət 2014. XÜÇ FS İİ (iki). Şəkərli diabet orta ağır forma İİ (iki) tip” diaqnozu ilə qeydiyyatda dayanır. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 57BK322 qeydiyyat nişanlı, “VAZ 21070” minik markalı nəqliyyat vasitəsinin sahibi Təqsirləndirilən şəxsdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs verilmiş ittihamlarla özünü qismən təqsirli bilməklə hadisə baş verdikdən sonra yolnəqliyyat hadisəsi yerindən qaçmadığını, belə bir fikrinin də olmadığını, sadəcə qorxduğundan, şəkər xəstəsi olduğu üçün özünü yaxşı hiss etmədiyindən, zədələnmiş avtomobillə zərərçəkmişi xəstəxanaya aparmamaq üçün, eləcə də hadisənin şokunda olduğu üçün öz avtomobilini idarə etmək iqtidarında olmadığından hadisəni törətdikdən sonra oradan 100-150 metr kənarlaşıb, təxminən 5-6 dəqiqəlik qısa müddət ərzində Şahid1 məxsus avtomobillə hadisə yerinə qayıdaraq Cəmaləddin Rüstəmovu xəstəxanaya çatdırdıqlarını, Cəmaləddin Rüstəmovu vurması barədə mərhumun qohumlarına bildirməməsini onların həmin vaxt çox aqressiv olduqlarından hadisə barədə onlara deyəcəyi təqdirdə onun həyat və sağlamlığı üçün təhlükə yarada biləcəklərindən ehtiyat etməsilə izah etmiş, əlavə olaraq göstərmişdir ki, hadisənin baş verdiyi gün təxminən 40 qram araq qəbul etsə də o alkoqol sərxoşluğu vəziyyətində olmamış, ona qarşı qərəzli olaraq bununla bağlı, həmçinin hadisə yerindən qaçmaqla bağlı ittihamlar verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi həmin ifadəsinə tənqidi yanaşaraq həmin ifadəni işin faktiki hallarına uyğun olmayan, uydurma, məsuliyyətini yüngülləşdirməyə xidmət edən ifadə kimi qəbul edir. Onun təqsirinin özünü qismən təqsirli bilməklə verdiyi ifadəsi, zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə öz təsdiqini tapdığını hesab edir. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 10 aprel 2012-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 nömrəli Qərarının 16-cı bəndində göstərilmişdir ki, məhkəmələr CM-nin 263 və ya 263-1-ci maddəsi ilə yanaşı həm də CM-nin 264-cü maddəsi ilə təqsirləndirilən şəxslər barəsində işlərə baxarkən nəzərə almalıdırlar ki, CMnin 264-cü maddəsinin qeydi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxx 2012-ci il tarixli qərarının müddəaları nəzərə alınmaqla təfsir olunmalıdır. Bu isə o deməkdir ki, şəxsin CM-nin 264-cü maddəsi ilə cinayət məsuliyyətini istisna edən əsas kimi o hallar nəzərdən keçirilə bilər ki, yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisədən dərhal sonra, zərərçəkmişə kömək göstərilməsi ilə əlaqədar hadisə yerini tərk etməzdən əvvəl özünün şəxsiyyəti barədə məlumatları zərər çəkmiş şəxsə (tərəfə) çatdırmış olsun, yaxud da zərərçəkmişin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etsin. Məhkəmələrin diqqəti həm də ona cəlb edilsin ki, CM-nin 264-cü maddəsinin qeydindən irəli gələn mənaya, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən xx xxxxx 2012-ci il tarixli və “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2004-cü il tarixli Qərarlarında əksini tapmış hüquqi mövqeyə görə, yol-nəqliyyat hadisəsini törətmiş şəxsin hadisə yerindən qaçması CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yalnız özünü zərər çəkmiş şəxsə (tərəfə) bəlli etmədən hadisə yerini tərk etməsini deyil, həm də özünü istər hadisə yerində, istərsə də başqa yerdə (məsələn, polis orqanlarına müraciət etməklə) bəlli etsə də, zərər çəkmiş şəxsi təhlükədə qoyaraq hadisə yerindən qaçmasını ehtiva edir, yəni CM-nin 264-cü maddəsi CM-nin 143cü maddəsinə münasibətdə xüsusi norma kimi çıxış edir. Buna görə, CM-nin 263 və 263- 1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olmuş yol-nəqliyyat hadisəsini törətmiş şəxsin zərərçəkmişi təhlükədə qoymaqla bu kimi hallarda özü haqqında məlumat verməsi onun CM-nin 264-cü maddəsi ilə məsuliyyətini istisna edən əsas kimi qiymətləndirilə bilməz. Göründüyü kimi hadisə baş verdiyi vaxt polis əməkdaşı olan Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşınla Cəmaləddin Rüstəmovu vurmaqla yol nəqliyyat hadisəsi törətdikdən sonra təxminən 100-150 metr məsafə qət edərək Düyərli kəndində “12-ci küçə” deyilən yerdə avtomobili saxlamış, təxminən 7-9 dəqiqə sonra dostu Etibara məxsus “Mercedes” markalı avtomobillə hadisə yerinə qayıdaraq, hadisə yerində mərhumun yaxın qohumları Nurəddin Rüstəmov, onun arvadı Şahid8 və qudası X1 ilə, hadisənin onun tərəfindən törədilməklə özü barədə onlara heç bir məlumat vermədən X18 Ələkbərova məxsus avtomaşının arxa oturacağına uzatmış və tibbi yardım göstərilməsi üçün onu Şəmkir Mərkəzi rayon xəstəxanasına aparmış, həmçinin tibb müəssisəsində də hadisəni törətməsi barədə məlumat verməyərək özünü bəlli etməmişdir. Zərərçəkmiş şəxsin yaxınlarına yalnız xəstəxanada yol-nəqliyyat hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədildiyi məlum olmuşdur. Bundan başqa məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi tədqiq edilmiş Şəmkir rayon poliklinikasının həkimnarkoloqu X8 ifadəsindən müəyyən olunmuşdur ki, müayinə zamanı sürücü Təqsirləndirilən şəxs 0,3 promilli dərəcədə alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilmişdir. Həmçinin Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” ETT Birliyinin məhkəmə-kimya şöbəsinin eksperti X13 məhkəməyədək icraat zamanı şahid qismində verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadəsindən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən spirtli içkinin saat 13 radələrində qəbul edilməsi, hadisənin saat 19 radələrində baş verməsi və qan nümunəsinin isə saat 23:50də götürülməsilə, spirtli içinin qəbul edilməsi və qan nümunəsinin götürülməsi arasında 10 saatdan artıq vaxtın olması nəzərə alındıqda Təqsirləndirilən şəxs sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktında göstərilən 0,3 pr. mümkündür. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməklə hadisədən əvvəl təxminən 40 qram spirtli içki qəbul etməsinə dair ifadəsini, həmçinin Şahid6 ifadəsində toy məclisi zamanı Təqsirləndirilən şəxs təxminən 50 qram araq içdiyini bildirməsilə bağlı ifadəsini, o cümlədən şahidlər Kəmalə Həsənovanın və İlahə Cəfəovanın ifadələrini, ekspert rəylərini və digər iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi zamanı alkoqol sərxoşluğu vəziyyətində olması öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 263- 1.3 və 264-cü maddələri ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisilə barışıq əldə etməsi, zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cümaddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsi zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varislə barışıq əldə edilməsini nəzərdə tutur. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli Qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 nömrəli Qərarının 22-ci bəndində göstərilmişdir ki, CM-in 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənəndək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 263, 263-1, 264 və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə 100 (bir yüz) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Şəmkir RPŞ-nin mühafizə olunan duracağında saxlanılan “VAZ 21070” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.3 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsilə 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsilə 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplanmaqla üzərində qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi tarixdən hesablansın. İş üzrə 100 (bir yüz) manat məhkəmə məsrəfi olan ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Şəmkir RPŞ-nin mühafizə olunan duracağında saxlanılan “VAZ 21070” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar