Məhkəmə qərarları › İş №1(100)-47/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-47/2023

22.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-47/2023 22.09.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər X3 və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, X7, X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Şahid1, Şahid3, müdafiəçləri – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx xxxx 1996-cı il tarixdə Tovuz rayonu, Aşağı Öysüzlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Tovuz rayonu, Aşağı Öysüzlü kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 310, 32.4, 312.3-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İbtidai istinaq orqanı tərəfindən Təqsirləndirilən şəxs aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmişdir. Belə ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2020-ci ilin noyabr ayında Şahid6 vasitəsi ilə tanıdığı Tovuz rayonu, Qovlar şəhər sakini Şahid3 işə düzəlməsində köməklik göstərilməsi üçün özünə müraciətindən sonra aralarında olan telefon danışıqları zamanı sonuncuya özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) səlahiyyətli şəxsi kimi təqdim edərək özünün geniş əlaqələrə malik olduğunu ona yalandan bildirib, Şahid3 Dövlət Neft Şirkətində aylıq 930 manat əmək haqqı olmaqla sürücü kimi işə götürüləcəyinə nail olacağını yalandan vəd verib, bunun üçün verilməli olan 968 manat pul vəsaitindən 68 manatının guya dövlət rüsumu kimi, 400 manatının şirkət tərəfindən 1 illik sürücü stajı olan şəxslər işə götürüldüyünə görə “Azərsu” idarəsində tanıdığı vəzifəli şəxsə staj yazılmasına görə, qalan 500 manatının isə Dövlət Neft Şirkətində tanıdığı vəzifəli şəxsə rüşvət qismində verilməsinin zəruri olmasını Şahid3 yalandan bildirməklə sonuncu ilə razılaş, həmin adla 14 noyabr 2020-ci il tarixdə Tovuz rayonu, Qovlar şəhərində yerləşən “Qovlar” marketində yerləşdirilmiş “Milli ön” aparatı vasitəsi ilə əvvəlcədən Şahid3 verdiyi özünə məxsus olan "xxxx" ASC-yə aid debet kartın “********************” hesab nömrəsinə 568 (beş yüz altmış səkkiz) manat, Şahid3 qardaşı Şahid4 17 noyabr 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, S.Mansurov küçəsi, “Dad” marketin içərisində yerləşdirilmiş “Milli ön” aparatından qeyd olunan “********************” hesab nömrəsinə 400 (dörd yüz) manat köçürməsi nəticəsində cəmi 968 (doqquz yüz altmış səkkiz) manat pul vəsaitini əldə edərək, eyni zamanda inandırmaq məqsədi ilə Şahid3 istədiyi sənədlərin, yəni şəxsiyyət vəsiqəsi, əmək kitabçasının şəkillərinin sonuncu tərəfindən istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinin “Whatsapp” proqramına göndərilməsinə nail olmaqla, əldə etdiyi 968 manat pul vəsaitini Tovuz rayonu ərazisində ayrı-ayrı bankomatlardan çıxararaq həmin pul vəsaitini şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid3 məxsus cəmi 968 (doqquz yüz altmış səkkiz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib dələduzluq etmiş, həmin hərəkətləri ilə qurumların cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin yanvar ayının sonlarında internet resurslarından istifadə etməklə əldə etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin Sumqayıt şəhər Təhsil şöbəsinin rəhbərliyinin 018-64-2-00-88 saylı xidməti telefon nömrəsi ilə əlaqə saxlayaraq özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Baş Prokurorluğunun əməkdaşı və “X6” kimi təqdim edib rəhbərliyin onunla əlaqə saxlaması üçün özünə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsini verdikdən sonra, Sumqayıt şəhər Təhsil şöbəsinin cinayətdən xəbərsiz müdiri Şahid2 qızının istifadəsində olan ***-***- **-** saylı telefon nömrəsi vasitəsi ilə onunla telefon əlaqəsi saxlaması nəticəsində sonuncuya eyni niyyətlə özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşı və “X6” kimi təqdim edərək, guya Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat Xidmətinin yeni yaradılan regional idarələrinə Bakı şəhəri, Sumqayıt şəhəri və digər bölgələr üzrə işləmək üçün işçilər tələb olunduğunu, müəllimlər sırasından da namizədlər seçildiyini yalandan bildirməklə, ona uyğun namizədlər verilməsini xahiş etməsi ilə əlaqədar 1 fevral 2022-ci il tarixdə Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri Şahid2 qızının vasitəsi ilə tanıdığı Şahid1 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi vasitəsilə özü ilə əlaqə saxlayan zaman sonuncuya eyni niyyətlə bir daha özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşı və “X6” kimi təqdim edərək, Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat Xidmətinin yeni yaradılan regional idarələrinə Bakı şəhəri, Sumqayıt şəhəri və digər bölgələr üzrə işləmək üçün işçilər tələb olunduğunu yalandan bildirdikdən sonra sonuncunun, övladı Şahid5 işə qəbul edilməsində köməklik göstərilməsi ilə bağlı müraciəti ilə əlaqədar həmin şəxsə guya işlədiyi Baş Prokurorluğun daxilində fəaliyyət göstərən “İmtahan mərkəzi”ndə yüksək vəzifələrdə işləyən şəxslərlə yaxın əlaqələrinin olmasını, həmin əlaqələrindən istifadə edərək, Şahid1 övladı Şahid5 Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat Xidmətinin Sumqayıt şəhərində yeni yaradılan regional idarəsinə mətbuat işçisi kimi imtahanda iştirak etmədən işə götürülməsinə nail olacağını yalandan vəd verib, , həmin adla 2 fevral 2022-ci il tarixdə Şahid1 Sumqayıt şəhəri, 26-cı məhəllə, “Oba Sumqayıt” marketin içərisində yerləşdirilmiş “Milli ön” aparatı vasitəsi ilə əvvəlcədən verdiyi özünə məxsus olan "xxxx" ASC-nin “52136*******8373” saylı debet kart hesabına, “********************” hesab nömrəsinə 2.500 manat pul vəsaitini göndərməsinə nail olub həmin pul vəsaitini əldə edərək, habelə inandırmaq məqsədi ilə Şahid1 qızı Şahid5 aid istədiyi sənədlərin, yəni şəxsiyyət vəsiqəsi, diplomun, əmək kitabçasının və kompüter təlim kursu ilə bağlı sertifikatın şəkillərinin sonuncu tərəfindən istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinin “Whatsapp” proqramına göndərilməsinə də nail olmaqla, əldə etdiyi 2.500 manat pul vəsaitini Tovuz rayonu ərazisində ayrı-ayrı bankomatlardan çıxararaq şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan suiistifadə etmə yolu ilə Şahid1 məxsus cəmi 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmiş, həmin hərəkətləri ilə dövlətin qurumlarının cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, zərərşəkmiş şəxlərin, şahidlərin ifadələri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, O, Sumqayıt şəhər sakini Şahid1 əvvəllər tanımamışdır. Tanışlıqları 2022-ci ilin fevral ayının əvəlində yaranmışdır. Canlı olaraq görüşməmişlər. Maddi durumu aşağı səviyyədə olduğu üçün Şahid1 özünü “X6” kimi təqdim edərək həmin şəxsin 2.500 manat pul vəsaitini aldadaraq ələ keçirtmişdir. Belə ki, maddi durumu aşağı olduğu üçün 2022-ci ilin yanvar ayının sonlarında internet üzərindən Sumqayıt şəhər Təhsil şöbəsinin rəhbərliyinin xidməti telefon nömrəsini - 018-64-2-00-88 saylı nömrəni özündə qeyd edərək hazırlaşdıqdan sonra həmin nömrəyə zəng etmişdir. Telefona sonradan adını bildiyi Sumqayıt şəhər Təhsil şöbəsinin rəhbərinin köməkçisi Şəlalə adlı xanım cavab vermişdir. O, telefonla danışan zaman Şəlaləyə adının Anar olduğunu, özünün Azərbaycan Respublikasının Baş Prokurorluğunun əməkdaşı olduğunu yalandan bildirərək Sumqayıt şəhər Təhsil şöbəsinin rəhbəri ilə danışmaq istədiyini bildirmişdir. Köməkçi isə müdir Arzu xanım Alızadənin hazırda iclasda olduğunu demiş, o da istifadəsində olan ***-***-**-** saylı nömrəni verərək Arzu xanımın iclasdan sonra onunla əlaqə saxlamasını xahiş etmişdir. Daha sonra sağollaşmışdır. Bundan təxminən 2-3 saat sonra onun qeyd etdiyi nömrəsinə ***-***-**-** saylı nömrədən zəng gəlmiş, telefonu açan zaman danışan şəxsin Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri Arzu xanım Alızadə olduğunu bilmişdir. Arzu xanım hansı məsələ ilə əlaqədar danışmaq istədiyini soruşmuşdur. O, özünü Arzuya yalandan Azərbaycan Respublikasının Baş Prokurorluğunun əməkdaşı kimi təqdim edərək “X6” olduğunu demişdir. Daha sonra Arzu xanıma yalandan bildirmişdir ki, hazırda Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat Xidmətinin yeni yaradılan regional idarələrinə Bakı şəhəri, Sumqayıt şəhəri və digər bölgələr üzrə işləmək üçün işçilər tələb olunur. Müəllimlər sırasından da namizədlər seçildiyini bildirərək işə qəbul olunmaq üçün uyğun namizədlər verməyini xahiş etmişdir. Arzu da ona demişdir ki, uyğun kadr olduqda həmin şəxslərin əlaqə nömrəsini verər, həmin şəxslər özləri onunla əlaqə saxlayarlar. Daha sonra sağollaşmışlar. O, Şahid2 konkret vəzifə ilə bağlı nəsə deməmiş, Arzu da bu barədə ondan soruşmamışdır. Bir müddət sonra Arzu xanım onunla telefonla əlaqə saxlayaraq işə qəbulla bağlı uyğun bir namizəd verə biləcəyini, özünün də həmin şəxslə danışacağını, razılaşarsa onun nömrəsini həmin şəxsə verəcəyini demiş, hətta xahiş etmişdir ki, mümkün olarsa, verdiyi namizəd işsizdir, işlə təmin edilsin. O da Arzu xanıma demişdir ki, problem yoxdur, nömrəsini versin, o da çalışıb işlə təmin edilməsinə köməklik göstərəcəkdir. Həmçinin Arzuya yalandan demişdir ki, Baş Prokurorluğun Mətbuat Xidmətinə işə qəbul imtahanla, Baş Prokurorluğun daxilində İmtahan Mərkəzi vasitəsi ilə həyata keçirilir, imtahan da guya 03 fevral 2022-ci il tarixdə olacaqdır. 01 fevral 2022-ci il tarixdə istifadəsində olan nömrəsinə ***-***-**-** saylı nömrədən zəng gəlmiş, danışan şəxsin Sumqayıt şəhər sakini Şahid1 olduğunu bilmişdir. Etibar ona demişdir ki, nömrəsini işlə əlaqədar Arzu xanımdan almışdır. O da həmin dəqiqə məsələni başa düşmüş və Arzu xanımla danışdığını demişdir. Etibar qızı Şahid5 işsiz olduğunu, qızının iş məsələsi ilə bağlı narahat etdiyini söyləmiş, daha sonra işin məzmunu, harada olacağı barədə soruşmuşdur. O da yalandan həmin şəxsə demişdir ki, qızı Baş Prokurorluğun Mətbuat Xidmətinin yeni yaradılan Sumqayıt Regional idarəsində işləyəcək, Baş Prokurorluğun daxilində fəaliyyət göstərən İmtahan Mərkəzində imtahan verəcək, imtahandan keçəndən sonra, əvvəlcə 3 ay Bakı şəhərində Baş Prokurorluqda kurs keçəcək, rütbə veriləcək, sonra Sumqayıt şəhərinə işə göndəriləcəkdir. Həmçinin izah etmişdir ki, işin məzmunu belə olacaq ki, gündəlik baş vermiş cinayətlərlə, hadisələrlə əlaqədar məlumatlar toplanıb Prokurorluğa məruzə olunacaqdır. O, prokurorluğa imtahan qaydaları, proseslər necə həyata keçirilir, azdan-çoxdan internet vasitəsi ilə məlumatlar almışdır. Ona görə də bu məlumatlardan istifadə edərək inandırıcı danışmağa çalışmışdır. Bütün bu izahdan sonra Şahid1 da ona inanaraq onunla razılaşmışdır. Etibar ondan söhbət zamanı harada işlədiyini soruşmuş, o da yalandan əvvəl Füzuli rayon prokurorluğunda müstəntiq işlədiyini, indi isə Azərbaycan Respublikası Baş Prokurorluğunda işlədiyini demişdir, lakin aldatdığını başa düşməsin deyə konkret vəzifə barədə heçnə deməmişdir. Söhbətləri zamanı daha inandırıcı olsun deyə, Etibardan qızı Şahid5 sənədlərini, yəni şəxsiyyət vəsiqəsinin, diplomunun, əmək kitabçasının surətlərini istəmiş, telefonda ona göndərməyini xahiş etmişdir. Etibar da sağollaşdıqdan sonra istifadəsində olan qeyd etdiyi nömrəsindən onun nömrəsinə “Whatsapp” vasitəsi ilə həmin sənədlərin şəklini çəkib göndərmişdir. Bundan biraz sonra ona tam inanması və şübhə qalmaması üçün Etibara yenə zəng edərək kompüter kursu ilə bağlı qızının sertifikatının olub-olmamasını soruşmuş, sonuncu da demişdir ki, var, həmin sertikatın şəklini çəkib “Whatsapp”da göndərəcəkdir. O da Etibara demişdir ki, narahat olmasın, Arzu xanım da xahişini etmişdir, məsələ həll olunacaq, ən qısa zamanda qızı Gülanə Baş Prokurorluğun Mətbuat Xidmətinin Sumqayıt şəhərində yeni yaradılan regional idarəsində mətbuat işçisi kimi işə başlayacaqdır. Sabahısı günü, yəni 02 fevral 2022-ci il tarixdə Etibar sertifikatın şəklini çəkib ona göndərmişdir. O da biraz sonra planına uyğun olaraq Etibara zəng etmiş, soruşmuşdur ki, qızı Gülanə özü imtahan verə bilərmi, Etibar da demişdir ki, gərək Gülanə imtahana hazırlaşa, buna da vaxt lazımdır. O da demişdir ki, Baş Prokurorluğun daxilindəki İmtahan mərkəzi ilə danışmışdır, qız imtahana gəlmədən imtahandan keçiriləcək, qızına xidməti forma veriləcək, 3 ay kursdan sonra rütbə də veriləcəkdir, bunun da müqabilində bu işlərin tez həll olması üçün guya dost münasibəti olduğu və tanıdığı vəzifəli şəxsə, yəni Baş Prokurorluğun İmtahan mərkəzinin rəhbərinə 2.500 manat pul verilməlidir. Həmin şəxs guya imtahan məsələlərin həll edəcəkdir. Məsələni tez həll etmək üçün, yalandan Etibara demişdir ki, vaxt çox qısadır, tələsmək lazımdır, Baş Prokurorluqda görüşməyə gəlib çatdıra bilməz, “milli ön” aparatı taparaq həmin aparatdan 2.500 manat pulu göndərsin. Etibara hazırda nömrəsini xatırlamadığı ona məxsus “Azərtürk” bankın debet kart hesabını göndərmiş, bu karta pulu göndərməsini xahiş etmişdir. Həmin kartın müddəti 2022-ci ilin fevral ayının ortalarında bitdiyi üçün və ona lazım olmadığı üçün atmışdır. Ona görə də hazırda kartın nömrəsini xatırlamır. Etibar da bundan biraz sonra 2.500 manat pulu ona qeyd etdiyi kart hesab nömrəsinə göndərmişdir. Bununla bağlı aparatdan çıxan çekin surətini də ona göndərmişdir. O da pulu qəbul etdiyini, narahat olmamağını demişdir. O, elə həmin günü Tovuz rayonu ərazisində "xxxx" ASC-yə məxsus bankomatlardan pulu nağdlaşdıraraq öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra, 03 fevral 2022-ci i tarixdə Etibara zəng edərək demişdir ki, imtahan guya Səbail rayon prokurorluğunda keçiriləcəkdir, kimsə soruşsa, həmin ünvan desin, övladının ora gəlməyinə ehtiyac yoxdur, imtahan rəhbəri ilə danışmışdır, qızı imtahandan keçəcəkdir. Kimsədə gələcəkdə qızından kurs yoldaşları soruşsa, imtahanda real olaraq iştirak etdiyini desin. O, bunları Etibarın ona inanması üçün demiş, həm də istəmişdir ki, Arzuya da heç məlumat verməsin, birdən işin üstü açıla bilər. Daha sonra Etibara demişdir ki, Arzu xanıma da bu barədə məlumat vermişdir, övladı növbəti həftənin 1 ya 2-ci günü işə çağrılacaqdır. Etibar da ona təşəkkürünü bildirmiş və sağollaşmışlar. Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Şahid2, vətəndaş Şahid1 aldatdıqdan sonra, düşünmüşdür ki, bu yolla digər şəxslərlə də danışıb pul vəsaitlərini ələ keçirdə bilər. Ona görə də, xx.xx.2022-ci il tarixdə Şahid2 yenidən zəng edərək əlavə namizəd lazım olduğunu bildirmiş, yalandan demişdir ki, verilən namizəd imtahandan keçmişdir, digər namizədlər varsa, ona yönləndirsin, çünki başqa işçilər də lazımdır. Arzu da imtahanla bağlı onu sorğu-suala tutmağa başlamış, o hiss etmişdir ki, qarşı tərəf şübhələnməyə başlayır, ona görə də qısa danışaraq sağollaşmışdır. Daha sonra isə həmin günü axşam saatlarında Arzu istifadəsində olan ***-***-**-** saylı nömrədən onun istifadəsində olan ***- ***-**-** saylı telefon nömrəsinin “Whatsapp”ına mesajlar yazmışdır, onun konkret prokurorluqda nə işinə baxdığını, ştatların harada açıldığını, niyə işçilərin Sumqayıtdan axtarıldığını soruşmuş, eyni zamanda Sumqayıt prokurorluğunda onun dediyi ştatın olmadığını vurğulamışdır. Eyni zamanda Arzu ona verdiyi namizədin Təhsil Şöbəsində iş növbəsində olduğunu, onu tanımadığını, yalnız telefonla danışdıqlarını, ona görə ehtiyat etdiyini, problem yaranmasını istəmədiyini bildirmişdir. Həmçinin ona sual vermişdir ki, verdiyi 1-ci namizəd qız imtahandan keçibmi, işə çıxırmı ki, digər namizədləri də istəyir. O da artıq Arzunun ondan şübhə çəkdiyini başa düşmüş, amma yenə də yalanlarıma davam edərək bildirmişdir ki, Respublika Prokurorluğunda baş müstəntiq vəzifəsində işləyir, ştatlar Bakı şəhərində açılır, müsabiqə olmuşdur, cavablar təxminən 1 həftəyə çıxacaqdır, deyilən qız namizəd, eləcə də digərləri olarsa, həmin namizədlər region prokurorluqlarında (Bakı, Sumqayıt) çalışacaqlar. Hal-hazırda mətbuat xidmətinin dediyi ştatı yoxdur, yeni yaradılır, Bakı və Bakının bütün rayonlarında guya vardır. Narahat olmağa ehtiyac yoxdur. Bundan sonra, 04 fevral 2022-ci il tarixdən başlayaraq Şahid1 ona çoxlu zənglər etməyə başlamışdır, o da düşünmüşdür ki, həmin şəxs aldadıldığını yəqin başa düşmüşdür, əvvəlcə telefonu bağlı saxlamış, sonra isə telefonuna cavab verərək yalandan vaxt qazanmaq üçün demişdir ki, darıxmasın, səbrli olsun, qızının iş məsələsi alınacaqdır. Yalandan demişdir ki, guya Arzu xanım başqa namizədlər də ona təqdim etmişdir, ona görə iş məsələsi biraz uzanır. Ancaq Etibarın danışığından artıq başa düşmüşdür ki, sonuncu ondan konkret şübhələnir, ona görə də həmin şəxs artıq qızına iş lazım olmadığını, pulunu geri istədiyini demişdir. O da yalandan demişdir ki, guya məhkəməyə gedir, orda işi vardır, telefonu ola bilsin bağlı oldu, günortadan sonra pulunu qaytaracaqdır. Kart nömrəsi ona atmağını istəmiş, bunları ona görə etmişdir ki, vaxt qazanar, bəlkə Etibar da yorulub əl çəkər. Etibar da bundan sonra ona səf etmirsə, oğlu Çoşqun Novruzovun hazırda xatırlamadığı kart hesabını göndərmişdir. Yalandan demişdir ki, axşama kimi 2.500 manat pulu göndərdiyi hesaba köçürəcəkdir. Daha sonra isə məlumat almışdır ki, Şahid1 aldadıldığını tam başa düşərək barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət etmişdir. Həm Şahid2, həm Şahid1 onu Anar kimi bilmişlər, hər zaman Anar deyə müraciət etmişlər. Onun əsl ad, soyad, ata adının Təqsirləndirilən şəxs olduğunu yalnız barəsində Baş İdarədə araşdırma başlanandan sonra bilmişlər. O, Şahid1 aldığı 2.500 manat pulun 500 manatını 11 mart 2022-ci il tarixdə Etibarın oğlu X2 məxsus son 8 rəqəmi - 1050 7220 olan “Unibank” kart hesabına göndərmişdir. 2 manat da əlavə göndərmişdir ki, bankomatdan pulu çıxardan zaman komissiya məbləği çıxdıqdan sonra 500 manat pulu tam çıxarda bilsin. Bununla bağlı terminalın ödəniş qəbzini ifadəsinə əlavə etmişdir. Hazırda Etibara 2.000 manat pul qaytarmalıdır, yaxın zamanda həmin pulu qaytaracaqdır. Şahid2 yalnız bir namizəd ona yönləndirmişdir, ondan şübhələndiyi üçün başqa kimsənin adını ona veməmişdir. Şahid2 və Şahid1la qeyd etdiyi ***-***-**-** nömrəsi vasitəsi ilə həmin şəxslərin istifadəsində olan nömrə ilə “Whatsapp” proqramında yazışmış və mesajlaşmaları olmuşdur. Telefonunda nasazlıq olduğu üçün hazırda həmin yazışmalar silinmişdir, ona görə də təqdim edə bilməmişdir. O, özü Şahid1 canlı olaraq görməmiş, görüşməmişlər, yalnız telefon əlaqələri saxlamışlar. Təqsirləndirilən şəxs bundan başqa ifadəsində qeyd etmişdir ki, özünün əsl adını gizlədərək, “X6” qismində Sumqayıt şəhər Təhsil şöbəsinin rəhbəri Şahid2 və Sumqayıt şəhər sakini Şahid1 tanıtmış, yalandan özünü vəzifəli şəxs kimi, Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşı kimi təqdim etmişdir. Şahid1 qızı Şahid5 Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat Xidmətinin Sumqayıt şəhərində yeni yaradılan Regional idarəsinə mətbuat işçisi kimi işə götürülməsindən ötrü həmin 2.500 manat məbləği Etibardan almışdır. O, həmin şəxsə qarşı dələduzluq etmək niyyətində olduğu üçün ona inanmaları məqsədilə özünü Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşı kimi təqdim etmişdir. Şahid2 ona mesaj yazaraq konkretləşdirdikdən sonra Respublika Prokurorluğunun baş müstəntiqi olduğunu həmin şəxsə demişdir. Şahid1 pulu alan zaman sonuncunun qızı Şahid5 hər hansı bir quruma işə qəbul olunmasına köməklik göstərmək niyyəti olmamış, pulu alan zaman məqsədi həmin şəxslərə qarşı dələduzluq etmək olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ifadəsində bildirmişdir ki, Şahid1 istifadə etdiyi ***-***-**-** telefon nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi arasında “Whatsapp” proqramında 02 fevral 2022-ci il tarixdən 25 fevral 2022-ci il tarixə qədər olan dövrdə mesajlaşma aparılmışdır, Etibarla bir-birlərinə mesajlar yazmışlar, eyni zamanda səsli mesajlar da göndərmişlər. Həmin mesajların məzmunundan da görünür ki, Etibara qızı Şahid5 iş məsələsi ilə bağlı guya kiməsə pul verdiyini, həmin şəxsdən pulu alaraq qaytaracağını dəfələrlə, 5 fevral, 6 fevral, 7 fevral, 9 fevral 2022-ci il tarixlərində və digər tarixlərdə söz verir, Etibar da buna görə əvvəlcə dostu Rövşən adlı şəxsə məxsus “5167 5133 4208 3680” kart nömrəsini, daha sonra oğlu Coşqun Novruzova məxsus “5243 7544 1050 7220” kart nömrəsini ona göndərmişdir. O isə bundan sonra qısa zamanda qəbul etdiyi pulu həmin kartlara göndərəcəyini bildirmiş, kart sahibinin ad soyadını dəqiqləşdirmişdir. O, hətta Etibara bu iş məsələsində onluq bir şey olmadığını, artıq araşdırma başlanıldığını, izahat vermək üçün çağrıldığını demişdir. Həmçinin izahat verməyə getməməyi Etibardan xahiş etmişdir, məsələni özünün yoluna qoyacağını bildirmişdir. Etibar isə ona artıq şikayət edəcəyini, sərt tədbirlərə əl atacağını, özünə qarşı olan ədalətsizliyi bağışlamayacağını demişdir. Təqsirləndirilən şəxs habelə ifadəsində göstərmişdir ki, Şahid1 02 fevral 2022-ci il tarixdə “Milli ön” aparatı vasitəsi ilə qızı Gülanənin iş məsələsi ilə bağlı onun göndərdiyi “5213 6******* 8373” saylı kart hesabına, “********************” hesab nömrəsinə 2.500 manat pul göndərmişdir. Həmin kartın müddəti 2022-ci ilin fevral ayının ortalarında bitdiyi üçün və ona lazım olmadığı üçün atmışdır. Ona görə də yuxarıda ifadəsində kartın nömrəsini xatırlamadığını bildirmişdir. Lakin hazırda qəbzə baxmışdır, bəli, təsdiq edir ki, həmin debet kartı ona məxsus olmaqla istifadəsində olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunanlardan başqa istintaqa verdiyi ifadələrində Şahid3 barəsində ünvanladığı şikayətlə əlaqədar qeyd etmişdir ki, Tovuz rayonu, Qovlar şəhərində yaşayan Şahid3 da oxşar üsulla aldadaraq həmin şəxsə məxsus 968 manat pul vəsaitini ələ keçirtmişdir. Belə ki, o, Tovuz rayon Dövlət Sosial İqdisad Kollecində qiyabi olaraq mühasibatlıq ixtisası üzrə təhsil almışdır. 2020-ci ilin noyabr ayında həmin kollecdə tələbə olan zaman təhsili ilə əlaqədar Tovuz rayon Dövlət Sosial İqdisad Kollecində müavin vəzifəsində çalışan Şahid6 ilə görüşəndə sonuncuya yalandan bildirmişdir ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti - “SOCAR” şirkətində yaxşı əlaqələri vardır, həmin şirkətə təcili olaraq sürücü işinə guya işçilər axtarılır. Həmçinin qeyd etmişdir ki, tələbə olmaqla yanaşı, “SOCAR”-da baş mütəxəssis vəzifəsində çalışır, orada işləyən vəzifəli şəxslərlə tanışlığı vardır. Söhbət zamanı demişdir ki, əgər tanışı olarsa, həmin şirkətə sürücü kimi işə qəbul etdirə bilər. Onun “Socar” şirkətində heç bir tanışı da olmamışdır, məqsədi maddi durumu aşağı olduğu üçün pul ələ keçirtmək olmuşdur. Şahid6 bu söhbətdən sora ona demişdir ki, Şahid3 adında əmisioğlu var, danışar, razı olarsa, nömrəsini verəcəkdir, daha sonra özləri əlaqə saxlayarlar, iş barədə danışarlar. Bundan sonra isə Rövşənin istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsini ona vermiş, daha sonra isə Rövşənlə özünün də danışacağını bildirmişdir. 14 noyabr 2020-ci il tarixdə Rövşən istifadəsində olan ***-***-**-** nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə əlaqə saxlamışdır, əmisiqızı Nuranədən nömrəsini aldığını, iş axtardığını demişdir. O da demişdir ki, Nuranə bu barədə danışmışdır. Yalandan bildirmişdir ki, “Socar”da baş mütəxəssis vəzifəsində işləyir, həmin şirkətə də sürücülər axtarılır, ona görə də ora sürücü kimi işə düzəldə bilər. Həm də demişdir ki, guya həmin şirkətdə yüksək vəzifədə çalışan tanışları vardır. Daha sonra Rövşənə şəxsiyyət vəsiqəsinin surətini, əmək kitabçasının sürətini, guya dövlət rüsumu olaraq 68 manat, guya “Socar” şirkəti həmin işə 1 illik sürücülük stajı olan şəxsləri işə götürdüyünə görə “Azərsu” idarəsində də sürücü kimi staj yazılması üçün 400 manat və tanıdığı vəzifəli şəxsə verilməsi üçün 500 manat pul verilməli olduğunu bildirmişdir. Həmçinin qeyd etmişdir ki, “Azərsu” idarəsində tanışı vardır, stajı orda yazdıracaqdır, həmin şəxsin harasa gəlməyinə ehtiyac yoxdur. Telefon söhbətləri zamanı Rövşənə inandırmaq üçün demişdir ki, “Socar” şirkətində sürücü işində 930 manat əmək haqqı alacaqdır, şirkətə məxsus avtomobil də veriləcəkdir. Daha sonra əlavə etmişdir ki, qeyd etdiyi sənədləri və cəmi 968 manat pulu tez ona göndərməlidir, vaxt yoxdur, təcili işçilər lazımdır, yer dolur. Şahid3 da sənədləri və pulu necə verməyi soruşan zaman demişdir ki, sənədləri telefon nömrəsinin “whatsapp” proqramına göndərsin, pulu isə “Milli ön” aparatı vasitəsi ilə ona göndərsin. Rövşən də şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının şəkillərini çəkib onun telefonuna göndərmiş, pulu isə “milli ön” aparatı vasitəsi ilə onun göndərdiyi hazırda xatırlamadığı "xxxx"a məxsus debet kart hesab nömrəsinə 68 manat ayrı, 500 manat da ayrı göndərmişdir. Qardaşı Şahid4 da həmin hesab nömrəsinə 400 manat pul göndərmişdir. Hazırda həmin kartın müddəti bitdiyi üçün atmışdır. Beləliklə, ona cəmi 968 manat pul göndərilmişdir. Daha sonra pulu qəbul etdiyini Rövşənə bildirərək yaxın zamanda, təxminən 20-25 günə “Socar” şirkətində sürücü işinə götürüləcəyini, həmin şəxslə əlaqə saxlayacağını demişdir. O, Tovuz rayonu ərazisində "xxxx" ASC-yə məxsus bankomatlardan pulu nağdlaşdıraraq öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra 1 ay keçmiş, Rövşən işlə bağlı bir xəbər olmadığı üçün onunla telefon əlaqəsi saxlamış, o isə yalandan işin uzandığını, səbrli olmağını xahiş etmişdir. Yaxın zamanda sürücü kimi işə başlayacağını da bildirmişdir. O, əslində vaxtı uzatmışdır ki, bəlkə, Rövşən işin alınmadığını gördükdən sonra əl çəkər. Bu hadisədən 2 ay müddət də keçmiş, Rövşən onunla dəfələrlə telefon əlaqəsi saxlamışdır, o da hər dəfəsində müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. Rövşən artıq görəndə ki, iş alınası iş deyil, onun tərəfindən aldadıldığını artıq başa düşmüşdür. 2021-ci ilin təxminən əvvəllərindən başlayaraq 968 manat pulunu geri tələb etməyə başlamışdır. O da işin guya alınmadığını demiş, pulunu da qaytaracağına söz verməyə başlamış, lakin vaxtı yenə də uzadaraq beləcə pulunu qaytarmamışdır. Yalnız həmin şəxsin israrlı tələblərindən sonra 2021-ci ilin təxminən yaz aylarında (konkret tarixi xatırlamır) Rövşənin ona göndərdiyi hazırda xatırlamadığı kart nömrəsinə 268 manat pul göndərmiş, qalan 700 manat pulu da yaxın zamanda qaytaracağına söz vermişdir. Lakin müəyyən müddət keçmiş, qalan pulu qaytarmamışdır. Rövşən də ona görə Tovuz rayon polis şöbəsinə barəsində müraciət etmiş, araşdırma aparmışlar, lakin hansı qərar qəbul edildiyini bilməmişdir. Daha sonra Şahid3 onunla telefon əlaqələri saxlayan zaman barəsində şikayət edcəyini demişdir, bir müddət sonra 2022-ci ilin fevral ayında Baş Prokurorluğa şikayət etmişdir. Daha sonra onunla əlaqə saxlayaraq özünə qarşı etdiyi dələduzluq barədə “birliknaminə.az” saytına da məlumat yerləşdirdiyini demişdir. O da bundan sonra 01 mart 2022-ci il tarixdə 200 manat pulu Rövşənin ona telefonuna göndərdiyi özünə məxsus “5103 0714 4706 16 29” nömrəli Kapital banka məxsus kartına göndərmişdir, sonra isə Rövşənə “whatsapp” proqramında 500 manat qaytarmalı olduğunu yazmışdır. Həmçinin xahiş etmişdir ki, sayta yerləşdirdiyi məlumatı da götürsün. 10 mart 2022-ci il tarixdə qeyd etdiyi Rövşənə məxsus karta 50 manat da göndərmişdir. Bu barədə aralarında olan yazışmalar telefonunun “whatsapp” proqramında olmuşdur, lakin dediyi kimi, telefonunda nasazlıq olduğu üçün bütün mesajlar silinmişdir. Hazırda Şahid3 450 manat pul qaytarmalıdır, yaxın zamanda qaytaracağına söz verir. Rövşəni aldatmağı, başına gətirdikləri barədə sonuncu əmisiqızı Nuranəyə də məlumat vermişdir, Nuranə də ona görə onunla telefonda danışmışdır, o, Nuranəyə də danışıqları zamanı demişdir ki, “Socar” şirkətində sürücü işi guya alınmamışdır, aldığı pulu da yaxın zamanda qaytaracaqdır. Başqa söhbətləri olmamışdır. O, özü Şahid3 canlı olaraq görməmiş, görüşməmişlər, yalnız telefon əlaqələri saxlamışlar. Təqsirləndirilən şəxs o cümlədən ifadəsində qeyd etmişdir ki, təsdiq edir, Şahid3 istifadə etdiyi ***-***-**-** telefon nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi arasında 01 mart 2022-ci il tarixdən 10 mart 2022-ci il tarixə qədər olan dövrdə mesajlaşmalar həyata keçirilmişdir. Rövşənlə bir-birlərinə mesajlar yazmışlar, eyni zamanda səsli mesajlar da göndərmişlər. Həmin mesajların məzmunundan da görünür ki, Rövşən ona özünə məxsus “5103 0714 4706 16 29” nömrəli "xxxx" kartının şəklini göndərmişdir, barəsində “birliknaminə.az” internet saytına da şikayət yerləşdirdiyini bildirmişdir, bundan sonra o, Rövşənə qeyd etdiyi kart hesabına 50 manat pul göndərmişdir, sayta verdiyi şikayətini də silməyini dəfələrlə xahiş etmişdir, Rövşən isə pulu tam ödədiyi halda saytdan şikayəti siləcəyini demişdir, o, Rövşənə qeyd etdiyi "xxxx"a məxsus kart hesabına 200 manat pul da göndərmişdir. Təqsirləndirilən şəxs habelə ifadəsində göstərmişdir ki, Şahid3 və qardaşı Şahid4 14 noyabr və 17 noyabr 2020-ci il tarixlərdə “Milli ön” aparatı vasitəsi ilə onun göndərdiyi “********************” hesab nömrəsinə cəmi 968 manat pul göndərmişlər. Həmin kartın müddəti bitdiyi üçün və ona lazım olmadığı üçün kartı atmışdır. Ona görə də yuxarıda ifadəsində kartın nömrəsini xatırlamadığını bildirmişdir. Lakin hazırda qəbzlərə baxmışdır, bəli, təsdiq edir ki, həmin "xxxx"a məxsus debet kartı ona məxsus olmaqla istifadəsində olmuşdur. O, qeyd edilən şəxslərdən başqa heç vaxt özünü heç bir şəxsə Azərbaycan Respublikası Baş Prokurorluğunun, Dövlət Neft Şirkəti – “Socar” şirkətinin, eləcə də hər hansı bir qurumun əməkdaşı kimi təqdim etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhərində yerləşən Füzuli rayon 9 saylı tam orta məktəbində hərbi rəhbər vəzifəsində işləyir. Qızı - Şahid5 Azərbaycan Respublikası Pedoqoji Universitetinin filiologiya fakultəsini bitirmişdir, ali məktəbi bitirdikdən sonra 2020-ci ilin sentyabr ayından 2021-ci ilin noyabr ayınadək Sumqayıt Təfəkkür Liseyində psixoloq vəzifəsində çalışmışdır. 2021-ci ilin noyabr ayından sonra isə işsiz olduğuna görə bir neçə dəfə qızına görə Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Şahid2 qəbulunda olmuş, qızı ilə əlaqədar müraciət etmiş, Təhsil şöbəsində, eləcə də tabelikdə olan orta məktəblərdə münasib ixtisasına uyğun işlə təmin olunmasını xahiş etmişdir. Arzu xanım da hər dəfəsində ona bildirmişdir ki, müraciətlərini qeydə alıblar, münasib iş olan kimi qızı Şahid5 işlə təmin edəcəklər. 2022-ci ilin fevral ayının 1-də evdə olan zaman Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Şahid2 öz istifadəsində olan ***-***-**-** saylı nömrədən onun istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng edərək bildirmişdir ki, qızı Gülanənin iş məsələsi ilə bağlı onu narahat edir. Belə ki, özünü Azərbaycan Respublikası Baş Prokurorluğunun Sumqayıt şəhər prokurorluğunun əməkdaşı kimi təqdim etmiş Anar adlı bir şəxs zəng etmişdir, bildirmişdir ki, Baş Prokurorluğun Mətbuat Xidmətinin yeni yaradılan regional idarələrinə işçilər tələb olunur, müraciət edən şəxslər olarsa, özünə yönləndirsinlər. Daha sonra Arzu xanım ondan soruşmuşdur ki, qızı Gülanə Baş Prokurorluğun Mətbuat Xidmətində işləyə bilərmi, belə iş qızına uyğun ola bilərmi? O da elə telefonda danışan zaman yanında olan qızı Gülanədən bunu soruşmuş, qızı da etiraz etməmiş, işləyə biləcəyini demişdir. Daha sonra Arzudan Gülanənin iş yerinin konkret harda olacağını soruşmuş, Arzu da demişdir ki, Anarın dediyinə görə iş yeri Sumqayıt şəhərində olacaqdır. X15 telefon nömrəsini ***-***-**-** saylı nömrəni ona vermiş, demişdir ki, prokurorluğun əmkdaşıdır, özləri danışsınlar, işi müzakirə etsinlər. Daha sonra sağollaşmışlar. Bundan 5-10 dəqiqə sonra o, Anarın istifadəsində olan ***-***-**-** saylı nömrəsinə zəng etmiş, demişdir ki, nömrəsini işlə əlaqədar Arzu xanım ona vermişdir. O, Anardan işin məzmunu, harda olacağı barədə soruşmuş, Anar da ona demişdir ki, qızı Baş Prokurorluğun Mətbuat Xidmətinin yeni yaradılan Sumqayıt Regional idarəsində işləyəcək, Baş Prokurorluğun daxilində fəaliyyət göstərən İmtahan Mərkəzində imtahan verəcək, imtahandan keçədikdən sonra, əvvəlcə 3 ay Bakı şəhərində Baş Prokurorluqda kurs keçəcək, rütbə veriləcək, sonra Sumqayıt şəhərinə işə göndəriləcəkdir. Həmçinin izah etmişdir ki, işin məzmunu belə olacaq ki, gündəlik baş vermiş cinayətlərlə, hadisələrlə əlaqədar məlumatlar toplanıb Prokurorluğa məruzə olunacaqdır. O, da bundan sonra Anarla razılaşmışdır. Anardan harada işlədiyini soruşmuş, Anar da demişdir ki, əvvəl Füzuli rayon prokurorluğunda müstəntiq işləyib, indi hazırda isə Azərbaycan Respublikası Baş Prokurorluğunda işləyir. Lakin konkret vəzifəsini ona deməmişdir. O, da bundan sonra Anara inanmışdır. Anar ondan qızı Gülanənin sənədlərini, yəni şəxsiyyət vəsiqəsi, diplomun, əmək kitabçasının surətlərini istəmiş, telefonda göndərməyini xahiş etmişdir. O da istifadəsində olan qeyd etdiyi nömrədən həmin şəxsin nömrəsinə “Whatsapp” vasitəsi ilə həmin sənədlərin şəklini çəkib göndərmişdir. Bundan biraz sonra Anar ona zəng edərək kompüter kursu ilə bağlı qızının sertifikatının olub-olmamasını soruşmuş, o da demişdir ki, var, həmin sertikatın şəklini də çəkib “Whatsapp”da göndərəcəkdir. Sonra Anar demişdir ki, narahat olmasın, Arzu xanım da onun xahişini edibdir, məsələ həll olunacaq, ən qısa zamanda qızı Gülanə Baş Prokurorluğun Mətbuat Xidmətinin Sumqayıt şəhərində yeni yaradılan regional idarəsində mətbuat işçisi kimi işə başlayacaqdır. Növbəti gün, yəni 02 fevral 2022-ci il tarixdə o, sertifikatın şəklini çəkib Anara göndərmişdir. Anar da biraz sonra zəng edərək soruşmuşdur ki, Gülanə özü imtahan verə bilərmi, o da demişdir ki, gərək Gülanə imtahana hazırlaşa, buna da vaxt lazımdır. Anar demişdir ki, Baş Prokurorluğun daxilindəki İmtahan mərkəzi ilə danışmışdır, qız imtahana gəlmədən imtahandan keçiriləcək, xidməti forma veriləcək, 3 ay kursdan sonra rütbə də veriləcəkdir, bunun da müqaPbilində bu işlərin tez həll olması üçün dost münasibəti olduğu və tanıdığı vəzifəli şəxsə, yəni Baş Prokurorluğun İmtahan mərkəzinin rəhbərinə 2.500 manat pul verilməlidir. Həmin şəxs imtahan məsələlərin həll edəcəkdir. Anar onu da demişdir ki, “vaxt çox qısadır, tələsmək lazımdır, Baş Prokurorluqda görüşməyə gəlib çatdıra bilməssən”, ona görə də “milli ön” aparatı taparaq aparatın yanına getməyini, ordan ona göndərdiyi hesab nömrəsinə 2.500 manat pulu göndərməyini xahiş etmişdir. O da tez həmin pulu Sumqayıt şəhəri, 26-cı məhəllə, Oba Sumqayıt marketin içərisində yerləşdirilmiş “Milli ön” aparatında Anarın ona verdiyi “5213 6******* 8373” saylı kart hesabına, “********************” hesab nömrəsinə göndərmişdir. Bununla bağlı aparatdan çıxan çekin surətini də sübut üçün həmin şəxsə göndərmişdir. Həmin çekin surətini ilkin araşdırma zamanı vermiş olduğu izahata əlavə etmişdir. Anar da pulu qəbul etdiyini, narahat olmamağını ona demişdir. 03 fevral 2022-ci il tarixdə Anar zəng edərək demişdir ki, imtahan Səbail rayon prokurorluğunda keçiriləcəkdir, kimsə soruşsa, həmin ünvan desin, övladının ora gəlməyinə ehtiyac yoxdur, imtahan rəhbəri ilə danışmışdır, qızı imtahandan keçəcəkdir. Kimsədə gələcəkdə qızından kurs yoldaşları soruşsa, imtahanda real olaraq iştirak etdiyini desin. Daha sonra demişdir ki, Arzu xanıma da bu barədə məlumat vermişdir, övladı növbəti həftənin 1 ya 2-ci günü işə çağrılacaqdır. O da Anara təşəkkürünü bildirmişdir. Bundan sonra, 04 fevral 2022-ci il tarixdə Arzu xanım ona zəng edərək işin nə yerdə olduğunu soruşmuşdur. Arzunun səsindən hiss etmişdir ki, bu işlə bağlı çox narahatdır. Soruşmuşdur ki, niyə belə narahat danışır. Arzu xanım da ondan soruşmuşdur ki, bu işlə bağlı kiməsə pul vermişdirmi, həmçinin övladı Gülanənin imtahana gedib-getmədiyini də soruşmuşdur. O da Anarın ona tapşırdığına görə, ilk öncə Arzu xanıma heçnə deməmiş, övladından soruşub deyəcəyini bidirmişdir. Həmçinin demişdir ki, Anar ona demişdir ki, Arzu xanım da xahiş edib, ona görə də onlara köməklik olunacaqdır. Sonra isə sağollaşmışlar. Bundan 2-3 dəqiqə sonra Arzu xanım yenə də ona zəng edərək Gülanənin imtahana gedib-getmədiyini konkret birdə soruşmuşdur. O da artıq Arzu xanıma birbaşa demişdir ki, qızı Gülanə imtahana getməmişdir. Hadisəni olduğu kimi Arzu xanıma danışmışdır. Bir daha demişdir ki, Anar köməklik ediləcəyinə söz vermiş, hətta bildirmişdir ki, Arzu xanım da xahiş etmişdir. Sonra Arzu xanım onunla sağollaşmışdır. O, bundan sonra Anara bir neçə dəfə zəng etmiş, telefonu bağlı olmuşdur. Artıq həmin şəxsdən şübhələnməyə başlamış, təxminən 1-2 gün sonra telefonda danışa bilmiş, Anar ona demişdir ki, darıxmasın, iş alınacaqdır. O isə artıq şübhələnmişdir, Arzu xanım da dediyi kimi mütəmadi ona zənglər etmişdir, ona görə də pulunu geri istəmişdir. Bundan sonra Anar demişdir ki, Arzu xanım başqa namizədlər də təqdim etmişdir, ona görə iş məsələsi biraz uzanır. O isə demişdir ki, onun qızına iş lazım deyil, pulunu qaytarsın. Anar da demişdir ki, məhkəməyə gedir, orada işi vardır, telefonu ola bilsin bağlı oldu, günortadan sonra pulu qaytaracaqdır. Ondan kart nömrəsi istəmiş, o da oğlu X2 məxsus 5243 7544 1050 7220 saylı kart hesabını göndərmişdir. Anar demişdir ki, axşama kimi pul bu hesaba köçürüləcəkdir. Həmin günü axşam pul ona köçürülməmiş, daha sonra o, Anarın bəhanələr gətirdiyini, onu alatdığını, pulu da qaytarmayacağını tam başa düşərək bu barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət etmişdir. Araşdırma gedişatında bilmişdir ki, onunla telefonda danışan, ondan 2.500 manat pul alan şəxsin adı Anar deyildir, həmin şəxs Təqsirləndirilən şəxsdur. O, həmin şəxslə ancaq telefonda danışmış, canlı olaraq görməmişdir. Bugünə kimi də o, həmin şəxsə Anar deyə müraciət edir, ona görə də ifadəsində həmin şəxsin adını Anar kimi yazmağını nəzərə alınmasını xahiş edir. Amma təbbi ki, aydın olmuşdur ki, həmin şəxs konkret olaraq Təqsirləndirilən şəxsdur. Adını da ona yalan demişdir. Araşdırma başlayandan sonra o, hətta Arzu xanımla da görüşmüş, Arzu ona demişdir ki, özünü Anar kimi təqdim edən - Təqsirləndirilən şəxs şübhələnmişdir, hətta zəng edərək Sumqayıt şəhər prokurorluğu ilə danışmış, məlum olmuşdur ki, belə bir şəxs orada işləmir. Ona görə də bu işdən narahat olaraq ondan övladının imtahana gedib-getmədiyini soruşmuşdur. O, telefonunda həmin şəxsi Anar kimi qeyd etmişdir, həmin şəxslə “whatsapp”da səs yazıları vardır, eyni zamanda mesajlar da vardır. İstintaqa baxış keçirilməsi üçün telefonunu təqdim edəcəkdir. Özünü hamıya Anar kimi təqdim edən Təqsirləndirilən şəxs bu vaxta kimi müxtəlif bəhanələr gətirərək onunla görüşməkdən və aldığı pulu geri qaytarmaqdan imtina etmişdir. Həmin şəxsdən pulunun alınıb ona qaytarılmasına köməklik göstərilməsini xahiş edir. Şahid1 həmçinin ifadəsində qeyd etmişdir ki, özünü Anar kimi təqdim edən Təqsirləndirilən şəxs ondan qızı Şahid5 Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat Xidmətinin Sumqayıt şəhərində yeni yaradılan Regional idarəsinə mətbuat işçisi kimi işə götürülməsindən ötrü 2.500 manat məbləği ondan ifadəsində dediyi qaydada almışdır. Həmin şəxs özünü ona Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşı kimi təqdim etmişdir. Bildiyi məlumata görə, Arzu xanım bu işi araşdıran zaman həmin şəxs özünü konkret olaraq Respublika Prokurorluğunun baş müstəntiqi kimi təqdim etmişdir. Hazırda təqsirləndilən şəxslə barışıb, ona qarşı heç bir şikayət və tələbim yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 da Şahid1 ilə eyniməzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2021-ci ilin təxminən ortalarından etibarən Tovuz rayon Dövlət Sosial İqtisad Kollecində texniki işçi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi istintaq edildiyini Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatından öyrənmiş və bundan sonra Təqsirləndirilən şəxs onu da aldadıb pulunu ələ keçirtdiyinə görə barəsində şikayət etmək qərarına gəlmişdir. Ona görə də tanışı Ədalət Müseyibovun “Elektron ünvan 1” email adresindən Baş Prokurorluğun mailto:contact@prosecutor.gov.azElektron ünvan 2 email adresinə Təqsirləndirilən şəxs barəsində 23 fevral 2022-ci il tarixdə şikayət məktubu göndərmişdir. O, “Polad Yol” yol şirkətində 2020-ci ilin noyabr ayında elektrik işində çalışan zaman Tovuz rayon Dövlət Sosial İqdisad Kollecində müavin vəzifəsində çalışan əmisi qızı Şahid6 istifadəsində olan ***-***-**-** saylı nömrəsindən onun istifadəsində olan ***-***-**- ** saylı nömrəsinə zəng edərək müavin işlədiyi Kollecdə Təqsirləndirilən şəxs adlı şəxsin tələbə olduğunu, həmin şəxsin “SOCAR”-da yaxşı əlaqələrinin olduğunu və həmin şirkətə sürücü işinə işçilər axtarıldığını bildirmişdir. Qeyd etmişdir ki, Süphan demişdir ki, “SOCAR”-da baş mütəxəssis vəzifəsində çalışır, orada işləyən vəzifəli şəxslərlə tanışlığı vardır. Daha sonra əmisiqızı Nuranə Süphanın telefon nömrəsini ona verərək demişdir ki, onun da yaxşı iş axtardığına görə telefon nömrəni Süphana vermişdir, özləri əlaqə saxlasınlar. Çalışdığı elektrik işinin əmək haqqısı az olduğu üçün biraz yüksək məvacibli iş axtarmışdır, bu barədə digər qohumları kimi, əmisiqızı Şahid6 da demişdir ki, qarşısına yaxşı iş çıxsa ona məlumat versin. O, Nuranə ilə danışdıqdan sonra 14 noyabr 2022-ci il tarixdə Süphanın istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə əlaqə saxlamış, əmisiqızı Nuranədən nömrəsini aldığını, iş axtardığını demişdir. Süphan da ona demişdir ki, Nuranə bu barədə danışmışdır, “Socar”da baş mütəxəssis vəzifəsində işləyir, həmin şirkətə də sürücülər axtarılır, ona görə də onu ora sürücü kimi işə düzəldə bilər. Təqsirləndirilən şəxs onu da qeyd etmişdir ki, həmin şirkətdə yüksək vəzifədə çalışan tanışları vardır. O cümlədən ona bildirmişdir ki, şəxsiyyət vəsiqəsinin surəti, əmək kitabçasının surəti, dövlət rüsumu olaraq 68 manat, “Socar” şirkəti həmin işə 1 illik sürücülük stajı olan şəxsləri işə götürdüyünə görə “Azərsu” idarəsində də sürücü kimi staj yazılması üçün 400 manat və tanıdığı vəzifəli şəxsə verilməsi üçün 500 manat pul verilməlidir. Süphan demişdir ki, “Azərsu” idarəsində tanışı vardır, stajı orda yazdıracaqdır, onun harasa gəlməyinə ehtiyac yoxdur. Telefon söhbətləri zamanı Süphan ona bildirmişdir ki, o, “Socar” şirkətində sürücü işində 930 manat əmək haqqı alacaqdır, şirkətə məxsus avtomobil də ona veriləcəkdir. Daha sonra əlavə etmişdir ki, qeyd etdiyi sənədləri və cəmi 968 manat pulu tez göndərməlidir, vaxt yoxdur, təcili işçilər lazımdır, yer dolur. O, sənədləri və pulu necə verməyini soruşan zaman Süphan demişdir ki, sənədləri telefon nömrəsinin “whatsapp” proqramına göndərsin, pulu isə “Milli ön” aparatı vasitəsi ilə göndərsin. O da şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının şəkillərini çəkib Süphanın telefonuna dediyi kimi göndərmişdir. Pulu isə Tovuz rayonu, Qovlar şəhərində yerləşən “Qovlar” marketində “milli ön” aparatı vasitəsi ilə Süphanın ona göndərdiyi “********************” hesab nömrəsinə 68 manat ayrı, 500 manat da ayrı göndərmişdir. Qardaşı Şahid4 da Bakı şəhərindən həmin hesab nömrəsinə 400 manat pul göndərmişdir. Beləliklə, Süphana cəmi 968 manat pul göndərilmişdir. Həmin pulu yükləməkləri ilə bağlı qəbzlər ondadır, surətlərini ifadəsinə əlavə etmişdir. Daha sonra Süphan pulu qəbul etdiyini ona bildirərək yaxın zamanda, təxminən 20-25 günə “Socar” şirkətində sürücü işinə götürüləcəyini, onunla əlaqə saxlayacağını demişdir. Bundan sonra 1 ay keçmiş, işlə bağlı bir xəbər olmadığı üçün Süphanla telefon əlaqəsi saxlamış, sonuncu da işin uzandığını, səbrli olmağını ondan xahiş etmişdir. Yaxın zamanda sürücü kimi işə başlayacağını da qeyd etmişdir. Bu hadisədən 2 ay müddət də keçmiş, dəfələrlə həmin şəxslə telefon əlaqəsi saxlamış, Süphan da hər dəfəsində müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. Artıq görmüşdür ki, bu iş alınası iş deyil, Süphan onu aldatmışdır, pulunu da ələ keçirtmişdir. 2021-ci ilin təxminən əvvəllərindən başlayaraq həmin şəxsdən 968 manat pulunu geri tələb etməyə başlamışdır. Süphan da görmüşdür ki, o, aldanıldığını artıq başa düşmüşdür, bundan sonra işin guya alınmadığını demiş, pulu da qaytaracağına söz verməyə başlamış, lakin vaxtı yenə də uzatmış, pulunu qaytarmamışdır. Onun israrlı tələblərindən sonra Təqsirləndirilən şəxs 2021-ci ilin təxminən yaz aylarında (konkret tarixi xatırlamır) Süphan onun göndərdiyi hazırda xatırlamadığı kart nömrəsinə 268 manat pul göndərmiş, qalan 700 manat pulu da yaxın zamanda qaytaracağına söz vermişdir. Lakin müəyyən müddət keçmiş, Süphan ona qalan pulu qaytarmamış, o da ona görə Tovuz rayon polis şöbəsinə həmin şəxsin barəsində müraciət etmiş, orada onu çağıraraq izahatını almışlar, lakin hansı qərar qəbul edildiyini bilməmişdir. Yəni Süphan ona qalan pulu qaytarmamışdır, araşdırmanın da bir xeyri olmamışdır. Daha sonra onun qohumlarından dünyasını dəyişənlər olmuş, başı çox qatışıq olmuş, ona görə də bir müddət Təqsirləndirilən şəxslə tez-tez əlaqə saxlaya bilməmişdir. 2022-ci ilin fevral ayında Təqsirləndirilən şəxs barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi istintaq edildiyini Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatından öyrənmiş, Süphanın barəsində şikayət etmişdir. Həmçinin Süphana da demişdir ki, barəsində şikayət edəcəkdir, hətta ona qarşı etdiyi dələduzluq barədə “birliknaminə.az” saytına da məlumat yerləşdirmişdir. Süphan bütün bunlardan qorxaraq 01 mart 2022-ci il tarixdə 200 manat pulu həmin şəxsin telefonuna göndərdiyi ona məxsus “5103 0714 4706 16 29” nömrəli Kapital banka məxsus kartına göndərmiş, sonra isə ona “whatsapp” proqramında 500 manat qaytarmalı olduğunu da yazmışdır. Həmçinin xahiş etmişdir ki, sayta yerləşdirdiyi məlumatı da götürsün. Süphan 10 mart 2022-ci il tarixdə qeyd etdiyi ona məxsus karta 50 manat da göndərmişdir. Bu barədə aralarında olan yazışmalar telefonunun “whatsapp” proqramında vardır, baxış keçirilməsi üçün təqdim etmişdir. Pul verməyi ilə, daha sonra iş məsələsini uzatması ilə bağlı Süphanla arasında “whatsapp” proqramında çoxsaylı yazışmalar olsa da, telefonunda baş vermiş nasazlıq ucbatından həmin mesajlar artıq silinmişdir. Hazırda Təqsirləndirilən şəxs ona 450 manat pul qaytarmalıdır. Süphanın onu aldatması, başına gətirdikləri barədə əmisiqızı Nuranəyə də məlumat vermişdir, Nuranə də düzü Süphandan belə şey gözləmədiyini ona bildirmişdir. Bildiyinə görə, Nuranə bu barədə Süphanla danışmamışdır. O, özü Təqsirləndirilən şəxs canlı olaraq görməmiş, həmin şəxslə görüşməmişdir, yalnız telefon əlaqələri saxlamışlar. Şahid3 həmçinin ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs özünün “Socar” şirkətində baş mütəxəssis vəzifəsində işədiyini deyərək, həmin şirkətə sürücü kimi işə götürülməyindən ötrü ondan 968 manat pul vəsaitini 14 noyabr və 17 noyabr 2020-ci il tarixlərdə almışdır. Ona bildirmişdir ki, həmin şirkətdə işləyən tanış vəzifəli şəxsləri vardır, məsələni həmin şəxslər vasitəsi ilə həll edəcəkdir. Lakin özünə tanış olan vəzifəli şəxslərin ad soyadını, vəzifəsini ona deməmişdir. Sonradan o başa düşmüşdür ki, Süphanın heç bir yerdə tanışı yoxdur, pulu özü üçün götürərək xərcləmişdir. Ona dövlət rüsumu olaraq 68 manat, “Socar” şirkəti həmin sürücü işinə 1 illik sürücülük stajı olan şəxsləri işə götürdüyünə görə “Azərsu” idarəsində də sürücü kimi staj yazılması üçün 400 manat və tanıdığı vəzifəli şəxsə verilməsi üçün 500 manat pul lazım olduğunu demiş, o da həmin şəxsə inanaraq qeyd edilən 968 manat pulu göndərmişdir. Süphan ona harasa gəlməyinə ehtiyac olmadığını da bildirmişdir. Hazırda təqsirləndilən şəxslə barışıb, ona qarşı heç bir şikayət və tələbim yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Tovuz rayon Dövlət Sosial İqdisad Kollecində tədris işləri üzrə 1-ci müavin vəzifəsində çalışır. Şahid3 onun əmisi oğludur. Təqsirləndirilən şəxs isə 1-ci müavin vəzifəsində çalışdığı Tovuz rayon Dövlət Sosial İqdisad Kollecinə mühasibatlıq ixtisası üzrə qəbul olaraq tələbə adını qazanmışdır. 2020-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs ilə Kollecdə təsadüfi görüşləri zamanı sonuncu ona bildirmişdir ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti - “SOCAR” şirkətində yaxşı əlaqələri vardır, həmin şirkətə təcili olaraq sürücü işinə işçilər axtarılır. Həmçinin qeyd etmişdir ki, tələbə olmaqla yanaşı, “SOCAR”-da baş mütəxəssis vəzifəsində də çalışır, orada işləyən vəzifəli şəxslərlə tanışlığı vardır. Söhbət zamanı Təqsirləndirilən şəxs ona demişdir ki, tanışı olsa, həmin şirkətə sürücü kimi işə qəbul etdirə bilər. Onun da ağlına həmin vaxt əmisioğlu Şahid3 gəlmişdir. Rövşən həmin vaxt “Polad Yol” yol şirkətində elektrik işində çalışmış, işindən əmək haqqısına görə çox da razı olmamış, ona görə yaxşı iş axtarmışdır, ona da bu barədə demişdir ki, yaxşı məvacibli iş olarsa, bu barədə məlumat versin. O da ona görə Təqsirləndirilən şəxs demişdir ki, Rövşən adında əmisioğlu var, danışar, razı olarsa, özləri əlaqə saxlayarlar, iş barədə danışarlar. Bundan sonra isə Rövşənin istifadəsində olan ***- ***-**-** saylı telefon nömrəsini Süphana vermiş, daha sonra isə Rövşənlə özü də danışacağını bildirmişdir. Süphanla söhbətdən sonra əmisioğlu Rövşənlə danışaraq demişdir ki, Dövlət Sosial İqtisad Kollecində Təqsirləndirilən şəxs adında tələbə vardır, “SOCAR” şirkətində baş mütəxəssis vəzifəsində çalışır, orada işləyən vəzifəli şəxslərlə tanışlığı da vardır. Sürücü kimi həmin şirkətə işçilər axtarılır. Rövşənə demişdir ki, Süphan sürücü kimi işə qəbul edilməsinə köməklik göstərə bilər. Əmisioğlu da bununla razılaşmış, Süphanın da istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsini əmisioğlu Rövşənə vermiş, bildirmişdir ki, ta özləri iş barədə əlaqə saxlayarlar. O, daha sonra əmisioğlu Rövşənlə Süphanın danışmağı, iş barədə hansı söhbətlər etməyi və sair barədə məlumatı olmamışdır. Yalnız bu hadisədən bir neçə müddət sonra əmisioğlu Şahid3 məlumat almışdır ki, əmisioğlu Təqsirləndirilən şəxslə telefon əlaqələri saxlayaraq danışmış, Süphan da Rövşənə “Socar” şirkətində sürücü kimə işə götürüləcəyinə kömək edəcəyinə söz vermişdir, Socar şirkətində işləyən tanış vəzifəli şəxslər vasitəsi ilə məsələni həll edəcəyini deyərək Rövşənin 968 manat pulunu almışdır. Belə ki, Təqsirləndirilən şəxs Rövşəndən sürücü kimi işə götürülməsindən ötrü şəxsiyyət vəsiqəsinin surətini, əmək kitabçasının sürətini və 968 manat pul istəmişdir, Rövşən də razılaşaraq 2020-ci ilin noyabr ayında “milli ön” aparatı vasitəsi ilə Süphanın göndərdiyi “********************” hesab nömrəsinə pulu göndərmişdir. Əmisioğlu sənədlərinin şəklini də çəkərək Süphanın telefonuna göndərmişdir. Daha sonra Süphan yaxın zamanda Rövşənə işə düzələcəyini bildirsə də, neçə aylar keçmiş, əmisioğlu Rövşən işə düzəlməmişdir, Təqsirləndirilən şəxs hər dəfəsində müxtəlif bəhanələr gətirərək Rövşəni aldatmış, vaxt qazanmış, daha sonra isə Rövşən pulunu geri tələb edəndə pulu qaytaracağını bildirsə də qaytarmamışdır. Əmisioğlu Şahid3 2022-ci ilin fevral ayında Təqsirləndirilən şəxs barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi istintaq edildiyini Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatından öyrənmiş, Süphanın barəsində şikayət etmişdir. Hazırda o, bildiyinə görə Təqsirləndirilən şəxs Rövşənin pulunun bir hissəsini qaytarmışdır, cəmi 450 manat pul qalmışdır. Bu barədə onun çox da geniş məlumatı yoxdur, Rövşən yəqinki istintaqa ətraflı məlumat vermişdir. Şahid6 bundan başqa ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs özünün “Socar” şirkətində baş mütəxəssis vəzifəsində işədiyini deyərək, həmin şirkətə sürücü kimi işə götürülməyimdən ötrü əmisioğlu Şahid3 968 manat pul vəsaitini almışdır. Rövşənlə yanaşı, ona da bildirmişdir ki, həmin şirkətdə işləyən tanış vəzifəli şəxsləri vardır, məsələni həmin şəxslər vasitəsi ilə həll edəcəkdir. Lakin özünə tanış olan vəzifəli şəxslərin ad soyadını, vəzifəsini nə ona, nə də Rövşənə deməmişdir. Sonradan başa düşmüşlər ki, Süphanın heç bir yerdə tanışı yoxdur, pulu Rövşəndən alaraq özü üçün xərcləmişdir. O, bildiyinə görə Rövşənlə Süphan canlı olaraq görüşməmişlər, ancaq telefon əlaqəsi saxlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 da Şahid3 ilə eyniməzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 2 fevral 2022-ci il tarixli terminal ödəniş qəbzindən görünür ki, 02 fevral 2022-ci il tarixdə, saat 11:11-dəqiqədə Sumqayıt şəhəri, 26-cı məhəllə, Zeytunluq Oba Sumqayıt marketin içərisində yerləşdirilmiş “Milli ön” elektron ödəmə sistemi vasitəsi ilə 00690 nömrəli terminal ilə "xxxx"a məxsus “52136 ******* 8373” saylı kart hesabına, “********************” hesab nömrəsinə 2.500 manat pul vəsaiti göndərilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 14 noyabr 2020-ci il tarixli 2 ədəd terminal ödəniş qəbzi və 17 noyabr 2020-ci il tarixli 1 ədəd terminal ödəniş qəbzindən görünür ki, 14 noyabr 2020-ci il tarixdə, saat 13:32-dəqiqədə Tovuz rayonu, Qovlar qəsəbəsi, Şəhriyar küçəsi, Qovlar marketin içərisində yerləşdirilmiş “Milli ön” elektron ödəmə sistemi vasitəsi ilə 00522 nömrəli terminal ilə "xxxx"a məxsus “4 **** 3942” saylı kart hesabına, “********************” hesab nömrəsinə 68 manat pul vəsaiti, həmin tarixdə, saat 14:07-dəqiqədə isə 500 manat pul vəsaiti göndərilmişdir. 17 noyabr 2020-ci il tarixdə, saat 09:12-dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, S.Mansurov küçəsi 43, Dad marketin içərisində yerləşdirilmiş “Milli ön” elektron ödəmə sistemi vasitəsi ilə 02226 nömrəli terminal ilə "xxxx"a məxsus “4 **** 3942” saylı kart hesabına, “********************” hesab nömrəsinə 400 manat pul vəsaiti göndərilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şahid1 könüllü olaraq təqdim etdiyi özünə məxsus “SAMSUNG Galaxy A21s” markalı, model nömrəsi “SM-A217F/DSN”, seriya nömrəsi isə “R58NC1FD1AH” olan mobil telefona baxış keçirilmişdir. xx.xx.2022-ci il tarixli “Telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, baxış zamanı Şahid1 istifadəsində olan “SAMSUNG Galaxy A21s” markalı telefonun “Whatsapp” proqramında istifadə etdiyi ***-***-**-** telefon nömrəsi vasitəsi ilə özünü ona “X6” kimi təqdim edən, əsl adı isə Təqsirləndirilən şəxs olan şəxsin istifadəsində olan ***- ***-**-** saylı telefon nömrəsi arasında 02 fevral 2022-ci il tarixdən 25 fevral 2022-ci il tarixə qədər olan dövrdə Şahid1 qızı Şahid5 Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat Xidmətinin yeni yaradılan Sumqayıt Regional idarəsinə mətbuat işçisi kimi işə götürülməsi, imtahan verməsi, işlə bağlı məsələnin qısa zamanda həll edilməsi, daha sonra özünü “Anar” kimi təqdim edən Təqsirləndirilən şəxs Şahid1 qəbul etdiyi 2.500 manat pulu qaytarmaq istəməsi, buna dəfələrlə söz verməsi, lakin vaxtı çatanda müxtəlif bəhanələr gətirərək məsələni uzatması və sair ilə bağlı çoxsaylı mətnli yazışmalar müəyyən edilmişdir. Eyni zamanda həmin şəxslərin arasında bir-birlərinə qeyd olunan məzmunda səsli mesajların da göndərildiyi müəyyən edilmişdir. Həmin səsli mesajlar səsləndirildikdən, eyni zamanda mətnli mesajlar oxunduqdan sonra, baxışda iştirak edən Şahid1 bildirmişdir ki, özünü “Anar” kimi ona təqdim edən əsl adı Təqsirləndirilən şəxs olan şəxsi telefonunun konktaktında “Anar m” kimi qeydə almışdır. Telefonunun “Whatsapp” proqramında aşkar edilmiş mesajlardan da göründüyü kimi, onun qızı Şahid5 iş məsələsi ilə bağlı guya kiməsə pul verdiyini, həmin şəxsdən pulu alaraq ona qaytaracağını dəfələrlə, 5 fevral, 6 fevral, 7 fevral, 9 fevral 2022-ci il tarixlərində və digər tarixlərdə söz verir, o da buna görə əvvəlcə dostu Rövşən adlı şəxsə məxsus “5167 5133 4208 3680” kart nömrəsini, daha sonra oğlu Coşqun Novruzova məxsus “5243 7544 1050 7220” kart nömrəsini Təqsirləndirilən şəxs göndərmişdir. Süphan isə bundan sonra qısa zamanda qəbul etdiyi pulu həmin kartlara göndərəcəyini bildirmiş, kart sahibinin ad soyadını ondan dəqiqləşdirmişdir. Süphan hətta ona bu iş məsələsində onluq bir şey olmadığını, artıq araşdırma başlanıldığını, izahat vermək üçün çağrıldığını demişdir. Süphan ona həmçinin izahat verməyə getməməyi xahiş etmiş, məsələni özünün yoluna qoyacağını bildirmişdir. O isə özünü Anar kimi təqdim edən Süphana artıq şikayət edəcəyini, sərt tədbirlərə əl atacağını, ona qarşı olan ədalətsizliyi bağışlamayacağını demişdir. Bundan başqa, Şahid1 baxış zamanı qeyd etmişdir ki, “Anar” kimi özünü təqdim edən Təqsirləndirilən şəxslə qızı Şahid5 Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat Xidmətinin yeni yaradılan Sumqayıt Regional idarəsinə mətbuat işçisi kimi işə götürülməsi, imtahanı necə verəcəyi, pulu göndərməsi və sair bu məsələlərlə bağlı telefonunun “Whatsapp” proqramında yazışma mesajları olsa da, sonradan telefonunda yaranmış nasazlıqla əlaqədar həmin mesajlar silinmişdir. Lakin yuxarıda məzmunu barədə danışdığı aşkar edilmiş mesajlar, eyni zamanda qızı Gülanənin “komputer təlimi kursu” ilə bağlı sertifikatının şəklini 02 fevral 2022-ci il tarixdə çəkərək Süphana göndərməsini təsdiq edən mesaj telefonunun “Whatsapp” proqramında vardır. Bütün bunlar Təqsirləndirilən şəxs “Anar” adı altında özünü ona Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşı kimi təqdim edərək guya qızı Şahid5 işə düzəldəcəyi adı altında onu aldadıb 2.500 manat pulunu ələ keçirtməsini bir daha sübut edir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şahid3 könüllü olaraq təqdim etdiyi özünə məxsus “Oppo A15” markalı, model nömrəsi “CPH2185” olan, İndoneziya istehsallı mobil telefona baxış keçirilmişdir. xx.xx.2022-ci il tarixli “Telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, baxış zamanı Şahid3 istifadəsində olan “Oppo A15” markalı telefonun “Whatsapp” proqramında istifadə etdiyi ***-***-**-** telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi arasında 01 mart 2022-ci il tarixdən 10 mart 2022-ci il tarixə qədər olan dövrdə Şahid3 “Socar” şirkətində sürücü kimi işə götürülməsindən ötrü sonuncudan alınmış 968 manat pulun Təqsirləndirilən şəxs tərəfindən geri qaytarılması, sonuncunun barəsində edilən şikayətin internet saytından götürülməsini xahiş etməsi və 200 manat pulu ayrı, 50 manat pulu ayrı olmaqla Şahid3 qaytarması barədə mətnli yazışmalar müəyyən edilmişdir. Eyni zamanda həmin şəxslərin arasında bir-birlərinə qeyd olunan məzmunda səsli mesajların da göndərildiyi müəyyən edilmişdir. Həmin səsli mesajlar səsləndirildikdən, eyni zamanda mətnli mesajlar oxunduqdan sonra, baxışda iştirak edən Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs şəxsi telefonunun konktaktında “Supan” kimi qeydə almışdır. Telefonunun “Whatsapp” proqramında aşkar edilmiş mesajlardan da göründüyü kimi, o, “Socar” şirkətində sürücü kimi işə götürülməsindən ötrü cəmi 968 manat pul verdiyi şəxs - Təqsirləndirilən şəxs özünə məxsus “5103 0714 4706 16 29” nömrəli Kapital bank kartının şəklini göndərmişdir, onun barəsində “birliknaminə.az” internet saytına da şikayət yerləşdirdiyini bildirmişdir, bundan sonra Təqsirləndirilən şəxs ona qeyd etdiyi kart hesabına 50 manat pul göndərmiş, sayta verdiyi şikayətini silməyini dəfələrlə xahiş etmişdir, o isə Süphana pulu tam ödədiyi halda saytdan şikayəti siləcəyini demiş, daha sonra Süphan ona yenə də qeyd etdiyi Kapital banka məxsus kart hesabına 200 manat pul göndərmişdir. Bütün bunlar Təqsirləndirilən şəxs özünü “Socar” şirkətinin baş mütəxəssisi kimi təqdim edərək onu həmin şirkətə sürücü kimi işə düzəldəcəyi adı altında onu aldadıb 968 manat pulunu ələ keçirtməsini bir daha sübut edir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şahid2 qızının ifadəsinə əlavə etdiyi “Whatsapp” proqramında aparılmış yazışmaların (mətnli mesajlar) surətindən görünür ki, Şahid2 qızı istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsindən özünü Anar kimi təqdim edən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** saylı telefon nömrəsinin “Whatsapp”ına mesajlar yazmış, Anarın konkret prokurorluqda nə işinə baxdığını, ştatların harada açıldığını, niyə işçilərin Sumqayıtdan axtarıldığını soruşmuş, eyni zamanda Sumqayıt prokurorluğunda onun dediyi ştatın olmadığını vurğulamışdır. Eyni zamanda o, həmin şəxsə verdiyi namizədin iş növbəsində olduğunu, həmin şəxsi də tanımadığını, yalnız telefonla danışdığını, ona görə ehtiyat etdiyini, problem yaranmasını istəmədiyini bildirmişdir. Şahid2 həmçinin Anar kimi bildiyi Təqsirləndirilən şəxs sual vermişdir ki, verdiyi 1-ci namizəd imtahandan keçibmi, işə çıxırmı ki, digər namizədləri də ondan istəyir. Anar kimi özünü təqdim edən Təqsirləndirilən şəxs də bütün bu suallara cavab olaraq bildirmişdir ki, Respublika Prokurorluğunda baş müstəntiq işləyir, ştatlar Bakı şəhərində açılır, müsabiqə olmuşdur, cavablar təxminən 1 həftəyə çıxacaqdır, deyilən namizəd, eləcə də digərləri olarsa, həmin namizədlər region prokurorluqlarında (Bakı, Sumqayıt) çalışacaqlar. Hal-hazırda mətbuat xidmətinin dediyi ştatı yoxdur, yeni yaradılır, Bakı və Bakının bütün rayonlarında vardır. Narahat olmağa ehtiyac yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş xx.xx.2022-ci il tarixli, 10/04-380 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs və Şahid5 adlı şəxslərin Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq keçməsi müəyyən edilməmiş, həmçinin Şahid5 adlı şəxs prokurorluqda işə qəbulla bağlı müraciət etməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Sənədlərin əlavə edilməsi haqqında” protokolla əlavə edilmiş Abşeron rayon məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 1(012)-116/2022 nömrəli hökmünün, Bakı şəhəri Səbail rayon məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 1(009)-52/2022 nömrəli qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 oktyabr 2021-ci il tarixdən 11 yanvar 2022ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 22 (iyirmi iki) gün müddət həbsdə saxlamın bir günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutulmaqla cəzadan çıxılmış və üzərində qəti olaraq 02 (iki) il 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərinə məhkəmə istintaqının çağırışları istisna olmaqla, Tovzu rayonu hüdudlarını və saat 23.00-dan saat 07.00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə edilmişdir. Bakı şəhəri Səbail rayon məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 1(009)-52/2022 nömrəli qərarı ilə həmin məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair baxılan cinayət işi üzrə məhkəmənin çağırışlarına üzrsüz səbəbdən gəlmədiyinə görə sonuncunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmiş, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Səbail Rayon Polis İdarəsinin 15 mart 2022-ci il tarixli və Bakı İstintaq Təcridxanasının 18 mart 2022-ci il tarixli məktublarından görünür ki, Bakı şəhəri, Səbail rayon məhkəməsi tərəfindən axtarışa verilmiş Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Səbail rayon polis idarəsinin əməkdaşları tərəfindən Tovuz rayonunda yaxalanaraq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. 14 mart 2022-ci il tarixdə Səbail RPİ-nin əməkdaşları tərəfindən tutulmuş Təqsirləndirilən şəxs 16 mart 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin arayışından, eləcə də Abşeron rayon məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 1(012)-116/2022 nömrəli hökmündən görünür ki, 11 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində ********* nömrəli cinayət işi üzrə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş könüllü təqdim edilmiş mobil telefonların “Whatsapp” proqramlarından əldə edilmiş yazışma mətnləri, həmin yazışmaların surətləri və əks olunduğu protokollara əlavə edilmiş şəkillər, o cümlədən, pul vəsaitlərinin köçürülməsini təsdiq edən terminal ödəniş qəbzləri 18 mart 2022-ci il tarixli qərarımla maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuş və o, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş zərərçəkmiş şəxs Şahid1 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, ibtidai istinaq orqanı tərəfidən şahid qismində tanmış, məhkəmədən onu zərərçəkmiş şəxs qismində tanmasını, həmçinin o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyiş ziyan ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamlar üzrə qismən təqsirli bilsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələrini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Məhkəmə Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 310-cü maddələri ilə verilən ittihamla razılaşsa da, ona CM-nin 32.4, 312.2-ci maddəsi ilə verilən ittihamla aşağıdakı səbəblərə görə razılaşmır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar vətəndaşların xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə şəxsləri təhrik etmə kimi qiymətləndirməsində mötəbər, biri-birini tamamlayan sübutlara və işin faktiki hallarına əsaslanmamışdır. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” 19” may 2023-cü il №11 2023-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər onları vermiş şəxsin subyektiv qiymətləndirilməsində artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasına yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətlərin (hərəkətsizliyin) edilməsini gözləyir. Özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edib aldadaraq və ya etibardan sui-istifadə edərək pul, qiymətli kağızlar və ya sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq, yəni aldatmaqla və ya etibardan sui-istifadə etməklə ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Vəzifəli şəxsə rüşvət vermək barədə təşəbbüsü bu yolla özgə əmlakını ələ keçirmək məqsədini həyata keçirən şəxsin özü irəli sürdükdə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadında (bu Qərar və Qərardad birlikdə götürülməklə, onların təsviri-əsaslandırıcı hissələrində) ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-in 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-in 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 iyul tarixli Qərarının təsviriəsaslandırıcı hissəsində isə qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vəsitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib”. Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 2023-cü il 17 aprel tarixli Qərardadında qeyd etmişdir ki, “yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır”. Hər hansı xidmət göstərmək, güzəşt etmək və müstəsna olaraq yalnız vəzifəli şəxslərə aid olan digər səlahiyyətləri həyata keçirmək hüququ olmayan şəxs tərəfindən zərərçəkmiş şəxsə onun xeyrinə hər hansı hərəkətin edilməsində köməklik göstərəcəyini vəd edərək vəzifəli şəxsə vermək adı ilə deyil, özü üçün hər hansı əmlakın və ya əmlaka olan hüququn verilməsini istəyib aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə həmin əmlakın (əmlaka olan hüququn) ələ keçirilməsi də yalnız dələduzluq kimi qiymətləndirilməlidir”. Göründüyü kimi Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə vətəndaşların pul vəsaitini ələ keçirib təkrarən dələduzluq edərkən “rüşvət” şəklində pul alması “rüşvət verməyə təhrik kimi görünən hərəkətləri dələduzluğun üsuludur. Məhkəmə hesab edir ki, istintaq orqanının topladığı qeyd edilən sübutlarının heç biri mötəbər, biri-birini tamamlayan, işin faktiki hallarına əsaslanan Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikasının CM-nin 32.4, 312.2-ci maddəsində nəzərdə tutulan ittiham üzrə yekun nəticəyə gəlməyə imkan verən düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edən sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinə İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququnun məhdudlaşdırılması ictimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiblərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmunun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o, heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasınında da öz əksini tapmışdır. Konvensiyanın 6cı maddəsinin tələblərinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Belə olan halda Təqsirləndirilən şəxs əməli heç bir halda Azərbaycan Respublikasının CM-nin 32.4, 312.2-ci maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs əməli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar vətəndaşların xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə şəxsləri təhrik etmə kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci və 146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CMnin 32.4, 312.2-ci maddəsi verilən ittiham ona verilən ittihamdan xaric edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 310cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, ekspertiza rəyləri, məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs 178.2.2 və 310-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, yaşadığı yer üzrə müsbət xarakterizə olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61.1.1-ci maddəsinə əsasən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə cinayətini təkrar törətməsi cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş cinayət törətmişdir. O, həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikasının CM-nin 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu qaydasında cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə kollegiyası yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 310-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Gəncə Apelliyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(104)-211/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq təyin edilmiş 02 (iki) il 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 11 (on bir) ay 25 (iyirmi beş) günü Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydası üzrə, yeni hökm üzrə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir.Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilən özündə video çəkilişi əks etdirən 1 ədəd “CD” disk, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş, telefon məlumatlarını özündə əks etdirən 2 ədəd “CD” disk, istintaq materiallarında olan “WhatsApp” yazışmalarının surətləri, o cümlədən, pul vəsaitlərinin köçürülməsini təsdiq edən terminal ödəniş qəbzləri və bank hesabından çıxarışlar cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə tətbiq olunacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 310-ci maddələri ilə təqsirli bilinsin və ona CM-nin 178.2.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 310-cu maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(104)-211/2023 nömrəli qəraraı ilə 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, CM-nin 66.5-ci maddəsinə əsasən, yeni hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə qəti olaraq ona 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin başlanğıcı 25 oktyabr 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut hesab edilən özündə video çəkilişi əks etdirən 1 ədəd “CD” disk, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş, telefon məlumatlarını özündə əks etdirən 2 ədəd “CD” disk, istintaq materiallarında olan “WhatsApp” yazışmalarının surətləri, o cümlədən, pul vəsaitlərinin köçürülməsini təsdiq edən terminal ödəniş qəbzləri və bank hesabından çıxarışlar cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar