Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-47/2024 29.11.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, X4 və Əliyev Nicat Şirzad oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1984-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4, 29,120.2.4, 29,120.2.7-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən xüsusi amansızlıqla adam öldürmə, yəni digər şəxsi qəsdən xüsusi amansızlıqla həyatdan məhrum etmə cinayət əməlini törətmişdir. Belə ki, o, 19 sentyabr 2022-ci il tarixdə, saat 23 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Gəncə şəhəri, Y.Məmmədəliyev küçəsi ilə N.Əhmədov küçəsinin kəsişməsində yerləşən “Babək Avtoservis 777” adlı mağazaya bitişik olan “Rəvan” adlı kafenin qarşısında əvvəldən tanıdığı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun onun və ailəsinin ünvanına nalayiq ifadələr işlətməsini, həmçinin oğlu Həsən Novruzovla birlikdə qardaşı Şahid1 təkləyib döyəcəklərini müşahidə etdiyi üçün qeyd edilənlərdən hiddətlənərək, həmin vaxt üzərində gəzdirdiyi tiyəsi boz rəngli metaldan hazırlanmış bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xasssəyə malik tiyəsinin uzunluğu 116 mm, orta hissədən eni 22 mm, qalınlığı 2 mm olan kustar üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs yanında olmuş sonuncunun oğlu Həsən Novruzovu qəsdən xüsusi amansızlıqla öldürmək məqsədilə Həsən Novruzov onun üzərinə gəldiyi zaman Zərərçəkmiş şəxs gözləri qarşısında sonuncuya xüsusi əzab və iztirab verdiyini dərk edərək və bunu arzulayaraq həmin bıçaqla qəsdən Həsən Novruzovun bir dəfə döş qəfəsindən zərbə vuraraq ona döş qəfəsinin sol yarısının ön səthində yerləşən, sol döş boşluğuna keçərək ürəyin sol qulaqcıq-mədəcik divarını zədələyərək sol qulaqcığın daxilinə keçməklə müşayiət edilən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən xəsarət yetirmiş, X23 Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasına aparılıb orada həkimlərin tibbi müdaxilələrinə baxmayaraq, ona vurduğu bıçaq zərbəsi ilə döş qəfəsinin sol yarısının ön səthinin daxilə keçən deşilmiş-kəsilmiş yarası nəticəsində ürəyin sol qulaqcığının qulaqcıq boşluğuna keçərək zədələməsinə səbəb olan xəsarətlə sonuncunu qəsdən xüsusi amansızlıqla öldürmüş, yəni Həsən Novruzovu qəsdən xüsusi amansızlıqla həyatdan məhrum etmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 19 sentyabr 2022-ci il tarixdə axşam saat təxminən 21 radələrində yaşadığı məhlədən tanıdığı dostu Azər zəng edərək ondan harada olduğunu soruşmuşdur. Dostu Azər tanışları ilə kafedə yemək yediyini bildirmiş və onu da yeməyə dəvət etmişdir. O, kafeyə gedib dostu Azər və sonuncunun yanında oturmuş tanışları ilə yemək yemiş və spirtli içki araq içmişdir. Sonra isə bir-iki bakal pivə içmişdir. Daha sonra yaxınlıqda olan çayçıdan tanışları ona zəng etmiş və onu domino oynamağa çağırmışlar. O, həmin kafedən çıxıb getmək istəyərkən kafedə dava-dalaş düşdüyünü və səs-küy yarandığını görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs kafedə dava-dalaş saldığını görmüşdür. Vidadi kafedə iki-üç nəfərlə dalaşırdı. O, Zərərçəkmiş şəxs yaxınlaşıb demişdir ki, “gəl səni evə aparım”. Vidadinin qoluna girib, sonuncunu evinə aparmaq istədiyini bildirdikdə görmüşdür ki, ki, Vidadi ona tərs-tərs baxir və onu tanımır. Vidadiyə demişdir ki, “məni tanımırsan? mən Tapdıq kişinin nəvəsiyəm Azər”. Bu zaman Vidadi onu itələyərək, onu tanımadığını demiş, sonra onu söymüş və ona yumruq atmışdır. O da Vidadini itələmişdir. O, Vidadiyə demişdir “içkilisən, get səhər səninlə söhbət edəcəm”. Vidadi çıxıb getmişdir. O, kafedən çıxıb yolun kənarı ilə gedərkən qardaşı Xəyalın gəldiyini görmüşdür, qardaşının yanında bir neçə nəfər olmuşdur. Qardaşının yanındakı şəxslər ondan kafedə dalaşanın kim olduğunu soruşmuşlar. O, Vidadinin kafedə dava-dalaş saldığını demişdir. Sonra o, qardaşı Xəyala çayçıya getdiyini demişdir. Qardaşı Xəyal isə evə getdiyini demişdir. O, yolu keçərkən Zərərçəkmiş şəxs söyüş söyə-söyə gəldiyini, əlində isə metal boru olduğunu görmüşdür. O, parkın içərisinə tərəf çəkilmişdir ki, Vidadi onu görməsin. O, baş verənlərə kənardan baxırmış. Zərərçəkmiş şəxs gəlib kafenin yanına çatanda görmüşdür ki, ki, beş-altı nəfər onun başına yığılıb. Zərərçəkmiş şəxs həmin vaxt söyüş söyürmüş. Bu zaman qardaşı Xəyal onların yanında dayanmışdır. O, Zərərçəkmiş şəxs onun qardaşı Xəyala əl-qol atdığını görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs oğlu bıçaq çıxartmışdır. Vidadinin oğlu əlində bıçaq demişdir ki, “deşəcəm, öldürəcəm”. O, qardaşı Xəyalın orada tək qaldığını görüb qaça-qaça ora gəlmişdir. O, Vidadini yumruqla vurmuş və Vidadi yıxılmışdır. Vidadinin oğlu Həsən onun üzərinə gələndə əlini bıçağa atmışdır. Vidadi və oğlu Həsən onun üzərinə gəlmişlər. O, əlindəki bıçağı sağa-sola tərəf hərəkət etdirərək geri çəkilmişdir. Bu zaman Vidadinin oğlu Həsən demişdir ki, “mənə bıçaq dəyib”. Daha sonra qardaşı Xəyal Həsəni maşına mindirib xəstəxanaya aparmışdır. Onun heç kimi öldürmək məqsədi olmamışdır. Əlindəki bıçaq isə Həsən Novruzova ehtiyatsızlıqdan dəymişdir. Belə ki, müdafiə olunmaq üçün bıçağı sağa-sola hərəkət etdirərkən həmin bıçaq Həsən Novruzova dəymişdir. Təqsirləndirilən şəxs daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, əvvəlcə Zərərçəkmiş şəxs kefedə olan işçilərlə dalaşmış, ona isə demişdir ki, “səni tanımıram, tanımaq da istəmirəm”. Vidadi ilə əvvəlcə kafedə mübahisə edərkən sonuncunun əlində heç nə olmamış, həmçinin oğlu da yanında olmamışdır. Daha sonra oğlu və Vidadi ikisi birlikdə gəlmişlər. Həmin vaxt Vidadinin əlində dəmir boru olmuşdur. O, Vidadinin qardaşı Xəyala əl-qol atdığını görmüşdür. O, baxmışdır ki, Vidadinin yanındakı şəxsin kim olduğunu görsün. O, əvvəlcə Vidadinin oğlunu tanıya bilməmişdir. Vidadinin oğlu bıçaq çıxarıb, demişdir ki, “vuracam, deşəcəm, öldürəcəm”. Həmin vaxt qarşısında Şahid2 durmuşdu. Vidadinin oğlu Həsən bıçaq çıxaran kimi hamı uzaqlaşmışdır. O, qaçaqaça gəlib yumruqla Vidadini vurmuş, həmin vaxt Vidadinin oğlu Həsən onun üzərinə gələndə o, bıçaq çıxartmışdır. Onun hadisə yerinə qaça-qaça gəlməsinin səbəbi Vidadinin və oğlu Həsənin qardaşı Xəyalı orada təkləyib döyəcəklərini görməsi olmuşdur. Məhkəmə baxışı zamanı cinayət işinin materialları ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı daha ətraflı və təfərrüatlı ifadələr vermiş, onun həmin ifadələri məhkəmə araşdırması zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, o, məhkəməyədək icraat zamanı verdiyi həmin ifadələrində göstərmişdir ki, o, əvvəllər sürücü işləmişdir. Son vaxtlar hadisə baş verən günə kimi işləmirmiş. Zərərçəkmiş şəxs uşaq vaxtlarından tanıyır. Zərərçəkmiş şəxs yaşadığı binanın qarşısında yaşayır. Zərərçəkmiş şəxs ilə əvvəllər aralarında hər hansı bir narazılıq, ədavət və düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs spirtli içkilərə meyilli insan olmuşdur. Belə ki, Vidadi həddindən artıq spirtli içki qəbul edirmiş. Vidadi içkili olduğum zaman özünü idarə bilmir və əsassız mübahisələr yaradırmış. Vidadi içkili olduğu zaman özünü idarə bilmədiyi vaxtlarda onun qolundan tutaraq bir neçə dəfə yaşadığı evə aparmışdır. Zərərçəkmiş şəxs həddindən artıq spirtli içki qəbul etdiyi üçün ailəsi onu ataraq yaşadıqları evdən başqa yerə getmişlər. Lakin aradabir Zərərçəkmiş şəxs oğlu Həsən Novruzov gəlib atasına baş çəkirmiş. 19 sentyabr 2022-ci il tarixdə, saat 22 radələrində yaşadığı evin yaxınlığında yerləşən parkda tək oturmuşdur. O, həmin vaxt parkda olduğu zaman dostu Azərə telefonla zəng edib harada olduğunu soruşmuşdur. Azər ona yaşadığı evin yaxınlığında yerləşən “Babək avtoservis”in qabağında yerləşən kafedə tanışları ilə çörək yediyini bildirərək, onu da həmin yerə dəvət etmişdir. O, bundan sonra Azərin yerini dediyi kafeyə getmişdir. Həmin kafedə Azər tanışları Şahin, Nizami və Azərin yanında tanımadığı bir nəfər də olmuşdur. O, kafeyə daxil olduqdan sonra gəlib kafenin həyətində Azərin yanında əyləşmişdir. Həmin vaxt Azər və yanında olan şəxslər yemək yeyərək spirtli içki qəbul edirmişlər. Həmin vaxt Azər ona spirtli içki qəbul etməyi təklif etmişdir. O da bundan sonra onlarla birlikdə spirtli içki içməyə başlamışdır. Həmin vaxt təxminən yüz qram spirtli içki olan araq qəbul etmişdir. Bundan sonra təxminən 3-4 bakal pivə içmişdir. O, pivəni içdikdən sonra həmin gün təxminən saat 23 radələrində qonşuluqlarında yaşayan Zərərçəkmiş şəxs həmin kafeyə daxil olmuşdur. O, həmin vaxt Vidadinin hərəkətlərindən spirtli içki qəbul etdiyini hiss etmişdir. Belə ki, Vidadi ayaq üstə dayanmağına baxmayaraq müvazinətini saxlaya bilmirmiş. Vidadi kafeyə daxil olduqdan təxminən 10-15 dəqiqə sonra kafenin içərisindən səs-küy səsləri eşitmişdir. Həmin vaxt o, kafenin qarşısında dayanmışdır. Bu zaman Zərərçəkmiş şəxs kimisə ağır söyüşlərlə təhqir edərək kafenin içərisindən çıxaraq kafenin çölünə doğru gəlirmiş. Vidadi onun yanına gəldikdən sonra onun həddindən artıq spirtli içki içib ayaqüstə dayana bilmədiyini görüb onun qolundan tutaraq yaşadığı evə aparmağını təklif etmişdir. O, Vidadini yaşadığı evə aparmağı təklif etdikdən sonra Vidadi onun əlindən tutub əlini aşağı saldığı vaxt ona qonşuluqda yaşadıqlarını və Tapdıq kişinin nəvəsi olduğunu demişdir. Həmin vaxt Vidadi onu tanımadığını, heç tanımaq istəmədiyini bildirib və onu ağır söyüşlərlə təhqir etmişdir. Bundan sonra Vidadi sağ əli ilə onun sağ gözünün altından yumruqla vurmuşdur. Vidadi onu yumruqla vurduqdan sonra Vidadiyə içkili olduğunu bildirib yumruq atması ilə bağlı səhər onunla söhbət edəcəyini bildirmiş və Vidadini özündən kənarlaşdırmaq üçün itələmişdir. Bundan sonra Vidadi ona heç nə deməyərək həmin yerdən çıxıb getmişdir. Vidadi onun yanından getdikdən sonra gəlib Azərgilin yanında oturmuşdur. Təxminən kafedə 5-10 dəqiqə oturduqdan sonra Azərgilə yaxınlıqdakı çayçıda dostları ilə çay içib, domino oynamağa gedəcəyəni bildirib onlarla sağollaşmış və kafedən çıxıb getmişdir. Həmin kafeyə yaxın məsafədə olan çayxanada olduğu zaman Vidadinin onun və ailəsinin ünvanına ağır söyüşlər işlətdiyini eşitmiş, həmçinin Vidadinin və oğlu Həsən Novruzovun qardaşı Xəyalı itələyib onu təkləmələrini görmüşdür. Bundan sonra, çayxanadan qaçaraq kafenin qabağına gəlib üzərində olan bıçağı da çıxarıb Vidadinin üzərinə getmişdir. Həmin vaxt bıçaqla Vidadinin sol qol nahiyəsi istiqamətinə bıçaqla zərbələr vurmuşdur. Həmin vaxt Vidadi yerə yıxılmışdır. Bu zaman Həsən Novruzov anidən onun üzərinə gəldiyi üçün bıçağı onun istiqamətinə bir neçə dəfə fırlamışdır. Həmin vaxt geri çəkilərək bıçağı fırladığı zaman Həsən onun üzərinə gəldiyi üçün bıçaq zərbəsi Həsənə dəymişdir. Məqsədi bıçaqla onları qorxuzub özündən uzaqlaşdırmaq olmuşdur. Daha sonra qardaşı Xəyal Həsəni ondan aralayıb tanımadığı və dövlət qeydiyyat nişanını bilmədiyi taksiyə əyləşdirib xəstəxanaya aparmışdır. Bundan sonra həmin vaxt qaynanası gildə olan arvadı İradənin yanına getmişdir. Orada arvadı İradə ilə sağollaşıb, yatılı vəziyyətdə olan uşaqlarının yanına gedib onların üzündən öpmüşdür. Lakin arvadı İradəyə və evdə olan şəxslərə törətdiyi hadisə ilə bağlı heç nə deməmişdir. O, qaynanası gildə olduğu zaman qardaşı Xəyal ona zəng edib törətdiyi hadisə ilə bağlı təslim olmağını demişdir. O da təslim olacağını deyib, bundan sonra polis şöbəsinə gəlmiş və orada baş vermiş hadisəni olduğu kimi danışmışdır (iş vərəqə: cild 1, səh. 70-73, 90-93, cild 2, səh.176-178). Bundan başqa, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 29 dekabr 2022ci il tarixdə əlavə dindirilməsi zamanı Həsən Novruzovu tanımadığını, həmin şəxsin Zərərçəkmiş şəxs oğlu olduğunu sonradan bildiyini göstərmişdir (iş vərəqə: cild 2, səh. 114-115). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, həmin ifadələr arasında olan müəyyən fərqlərin səbəbini izah edə bilməyəcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, tullantı əşyaları yığıb satmaqla məşğul olur. Onun və oğlu Həsən Novruzovun əvvəllər Təqsirləndirilən şəxsla heç bir ədavətləri olmamışdır. Həmçinin bildirir ki, Təqsirləndirilən şəxs baş vermiş hadisədən əvvəl oğlu Həsən Novruzovu tanımışdır. Təqsirləndirilən şəxs onların yaşadıqarı binanın qarşısında yaşamışdır. Baş vermiş cinayət hadisəsi ilə bağlı bildirir ki, 19 sentyabr 2022-ci il tarixdə, saat təxminən 22 radələrində yaşadığı evinin yaxınlığında “Babək avtoservis”in yanında yerləşən çayxanaya getmişdir. Çayxanada olarkən tanımadığı bir nəfər yaxınlaşaraq “sən əvvəllər bizim binaya gəlib heç kimdən qorxmadığını deyirdin” demişdir. O, həmin şəxsə ondan əl çəkməsini demişdir. Daha sonra kafedə səs-küy yarandığı üçün onları çayxanadan çölə çıxarmışlar. Həmin vaxt kafenin qabağında Təqsirləndirilən şəxs onun üzərinə gələrək, ona bir dəfə yumruq zərbəsi vurmaq istəmişdir. Sonra Azər bel nahiyəsindən bıçaq çıxarmışdır. O, bu zaman geriyə çəkilmiş və oradan uzaqlaşmışdır. O, yaşadığı evinə tərəf gedərkən oğlu Həsən onun yanına gəlmiş və kimlə mübahisə etdiyini soruşmuşdur. O da qarşı binada yaşayan Azər adlı şəxsin onunla mübahisə etdiyini bildirmişdir. Oğlu Həsən də Azəri tanımışdır. X22 qarşı etdiyi hərəkətlərə görə Azərlə söhbət etmək üçün çayxanaya tərəf onunla birlikdə getmişdir. Onlar Azəri çayxanada görmədiklərinə görə çölə çıxmışlar. Bu zaman Təqsirləndirilən şəxs qardaşı Xəyal onların üzərinə gələrək onlara yumruq zərbələri vurmaq istəmişdir. Elə həmin vaxt Xəyalın qardaşı Təqsirləndirilən şəxs əlində bıçaqla qışqıra-qışqıra “siz mənim qardaşımı təkləmisiniz?” deyərək əvvəlcə onun qoluna bıçaq zərbəsi vurmuşdur. Sonra Azər əlindəki bıçaqla oğlu Həsənin ürək nahiyəsinə bıçaq zərbəsi vurmuşdur. Həsən yerə yıxıldıqdan sonra Azər qaçaraq oradan uzaqlaşmışdır. Daha sonra Xəyal onunla birlikdə Həsəni taksiyə mindirərək Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasına aparmışdır. Oğlu Həsən xəstəxanaya aparılmasına baxmayaraq, Təqsirləndirilən şəxs vurduğu bıçaq zərbəsi nəticəsində xəstəxanada ölmüşdür. O, Təqsirləndirilən şəxs şikayətçidir və təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, X11 onun qardaşı olmuşdur. O, hərbiçidir. 19 sentyabr 2022-ci il tarixdə işdə olarkən saat 23 radələrində bacısı Sevinc İmamquliyeva ona zəng edərək qardaşı Həsənin qonşuluqlarında yaşayan Təqsirləndirilən şəxs tərəfindən bıçaqlandığını bildirmişdir. O, dərhal iş yerindən icazə alaraq Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanaya gəlmişdir. 20 sentyabr 2022-ci il təxminən gecə saat 01 radələrində xəstəxanaya çatdıqda qardaşı Həsənin əməliyyat olunduğunu bilmişdir. Lakin qardaşı Həsənə nə qədər tibbi müdaxilə etsələr də Həsən vəfat etmişdir. Ona qardaşı X19 Mövsümov tərəfindən öldürüldüyünü demişlər. O, Təqsirləndirilən şəxs şikayətçidir və təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. 19 sentyabr 2022-ci il tarixdə, təxminən saat 23 radələrində çayçıda çay içirmiş. Həmin vaxt “Babək Avtoservis”in qarşısından səs-küy səslərinin gəlməsini eşitmiş və dərhal həmin tərəfə gedərkən qardaşı Təqsirləndirilən şəxs çayçı istiqamətinə tərəf gəldiyini görmüşdür. O, Azərdən nə baş verməsini soruşduqda Azər Vidadi ilə mübahisə etdiyini demişdir. O, mübahisənin səbəbini soruşduqda qardaşı Azər Vidadinin içkili olduğu zaman evə getməsini təklif etdikdə Vidadinin onu ağır söyüşlə söyüb təhqir etdiyini, sonra qardaşı Azər Vidadinin üzünə şillə vurduğunu və Vidadinin yaşadığı evə getməsini bildirmişdir. Bundan sonra o, çayçıya qayıtmışdır. Təxminən beş-on dəqiqə sonra “Babək avtoservis”in qarşısından Vidadinin onların ailəsinin ünvanına uca səslə söyüş söydüyünü eşitmişdir. O, yenidən “Babək avtoservis”ə tərəf getmişdir. Bu zaman Vidadi onu qardaşı Azərə oxşadıb “Azər sən məni niyə vurdun” deyib onun sifətinə yumruqla vurmuşdur. O, Vidadiyə Azər olmadığını demişdir. Bu zaman Vidadi ilə birlikdə gəlmiş oğlu Həsən bıçaq çıxarıb onu deşəcəyini demişdir. Həmin vaxt orada olan Şahid2 Həsənə onun Azər olmadığını demiş və Həsənin əlindəki bıçağı almışdır. Bu zaman qardaşı Azər qəfidən çayçı tərəfdən Vidadinin üzərinə gələrək Vidadinin sifətinə yumruqla vurmuş və Vidadi yerə yıxılmışdır. Daha sonra Vidadinin X24 sifətinə yumruq vurmuşdur. O, Azərlə Həsəni aralamaq istəyərkən Həsən artıq Azərin onu bıçaqla vurduğunu bildirmişdir. Həsəni Vidadi ilə birlikdə taksiyə mindirib xəstəxanaya aparmışlar. Sonradan qardaşının vurduğu bıçaq zərbəsindən Həsən Novruzovun xəstəxanada ölməsini eşitmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhərində yerləşən “Babək Avtoservis 777”nin müdiri olmaqla, eyni zamanda orada usta kimi fəaliyyət göstərir. O, Təqsirləndirilən şəxs həmin ərazidə yaşayan bir şəxs kimi tanımışdır. 19 sentyabr 2022-ci il tarixdə, təxminən saat 22 radələrində ona məxsus olan “Babək Avtoservis 777”nin yaxınlığında həmin avtoservisə bitişik olan kafedə səs-küy eşidib həmin kafeyə gəldikdə sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs uca səslə söyüş söyə-söyə yaşadığı bina istiqamətinə getdiyini görmüşdür. O, kafenin qabağında xatırlamadığı şəxsdən nə baş verməsini soruşduqda həmin şəxs ona Vidadinin sərxoş olduğunu və Təqsirləndirilən şəxsla mübahisə etdiyini demişdir. Bir az keçdikdən sonra Vidadinin sonradan adı ona məlum olan oğlu Həsən Novruzovla birlikdə uca səslə “Azər haradadır?” deyərək qışqıra-qışqıra kafe istiqamətində gəldiklərini görmüşdür. O, Vidadinin yanında olan oğlu Həsənə atasının sərxoş olduğunu, mübahisə düşməməsi üçün onu yaşadığı evə aparmasını demişdir. Həsən onunla razılaşaraq atasını kafenin çölünə tərəf aparmışdır. Vidadi çölə çıxdıqdan sonra Azərə və onun ailəsinin ünvanına təhqiramiz sözlər işlətməyə başlamışdır. Həmin vaxt kafenin yaxınlığında çayçıda olan Azərin qardaşı Xəyal bu söyüşləri eşidib avtoservisə bitişik olan kafenin qabağına gəlmişdir. Xəyal oraya gəldikdən sonra Vidadiyə yaşlı adam olduğunu, yenə sərxoş vəziyyətdə olduğunu, nəyə görə Azərin və onun ailəsinin ünvanına söyüş söyməsinin səbəbini soruşduqda Vidadi oğluna tərəf üzünü tutub Xəyalı göstərib yanlışlıqla onun Azər olmasını demişdir. O, həmin vaxt həmin şəxsin adının Xəyal olmasını və Azərin qardaşı olduğunu bildirmişdir. Lakin Vidadi yenə də Xəyalın yanlışlıqla Azər olmasını demişdir. Vidadi sərxoş olduğu üçün Xəyal ilə Azəri səhv salmışdır. Daha sonra Vidadi Xəyalı itələmiş, Xəyalın ünvanına söyüş söyərək yumruq atmağa başlamışdır. Bu zaman Vidadinin oğlu Həsən də Xəyalın üzərinə gedərək Xəyala yumruq atmaq istəmişdir. Həmin vaxt Vidadinin oğlu Həsən şortikinin bel hissəsindən bıçaq çıxarıb Xəyala onu bıçaqla vuracağını demişdir. O, Həsənin əlindəki bıçağı tutub buraxmasını demiş və Həsən bıçağı ona vermişdir. Bu zaman Təqsirləndirilən şəxs qəfildən kafenin yaxınlığından qaça-qaça kafenin qabağına gəlib Vidadi ilə dalaşmağa başlamışdır. Daha sonra dava-dalaş düşmüş, ara qarışmış, kimin kiminlə əlbəyaxa olmasını tam dəqiqliklə görməmişdir. Həmin vaxt Həsən qışqıraraq Azərin onu bıçaqla vurmasını demişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 19 sentyabr 2022-ci il tarixdə, təxminən saat 22 radələrində “Babək Avtoservis 777” adlı mağazaya bitişik olan “Rəvan” adlı kafedə yemək yeyərkən əvvəldən tanıdığı Zərərçəkmiş şəxs həmin kafeyə gəlmiş və onun yanında əyləşmişdir. Həmin vaxt Vidadi içkili olmuşdur. O, bir qədər yemək yedikdən sonra həmin ərazidə yaşayan İntiqam gəlib Vidadinin yanında əyləşmişdir. İntiqam Vidadiyə “sənin də bərk gedən vaxtların var idi” demişdir. Onlar öz aralarında keçmiş illərlə bağlı söhbət etmişlər. Daha sonra onların söhbəti mübahisəyə çevrilmiş, onlar uca səslə danışmağa başladıqlarından kafeni işlədən Əli Vidadiyə yaxınlaşıb çöldə söhbət etmələrini demiş, bu zaman Vidadi ayağa qalxıb Əliyə kəllə və yumruq atmışdır. X20 da kəllə və yumruq zərbələri vurmuşdur. Vidadi ilə İntiqam əlbəyaxa olmuşlar. Kafedə olan şəxslər onları aralamışlar. Orada olan şəxslər Vidadini kafenin həyətinə çıxarmışlar. Daha sonra o, evinə getmişdir. Sabahı gün Zərərçəkmiş şəxs oğlu X19 Mövsümov tərəfindən öldürüldüyünü eşitmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhərində yerləşən “Babək Avtoservis 777” adlı avtoservisə bitişik olan kafeni işlədir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs həmin ərazidə yaşayan şəxslər kimi tanımışdır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun işlətdiyi kafeyə hərdən gələrək orada yemək yemişlər. 19 sentyabr 2022-ci il tarixdə, təxminən saat 21 radələrində Zərərçəkmiş şəxs onun işlətdiyi kafeyə gəlmiş, Tofiq adlı şəxsin yanında əyləşmişdir. Zərərçəkmiş şəxs kafeyə gəldikdən sonra araq stəkanı gətirməyini bildirmişdir. O, araq stəkanını Vidadinin qabağına qoyduqdan sonra kafedə olan şəxslərə qulluq etmək üçün getmişdir. Bir az sonra Vidadi və yanında əyləşən şəxsin uca səslə mübahisə etdiklərini görmüşdür. O, Vidadiyə yavaş danışmalarını, kafedə olan şəxsləri narahat etməmələrini demişdir. Qısa müddət keçməmiş yenidən onların daha da uca səslə danışdıqlarını görüb onların yanına yaxınlaşıb Vidadiyə söhbətlərini kafedən kənarda etmələrini demişdir. Bu zaman Vidadi ayağa qalxaraq onun sifət nahiyəsinə yumruq zərbəsi vurmuşdur. Daha sonra Vidadi yanında əyləşmiş şəxslə əlbəyaxa olmuş və bir-birlərinə yumruq zərbələri vurmuşlar. Vidadinin hərəkətlərindən onun sərxoş olduğu hiss olunurmuş. Sonradan kafedə olan şəxslər Vidadini çölə çıxarıb onu sakitləşdirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs da orada idi. Bir az keçdikdən sonra Vidadi oğlu Həsənlə birlikdə kafeyə gəlmişlər. Həsənin əlində bıçaq var idi. Vidadi usta Mirəzizin yanına gedib sözlü mübahisə etmiş, Babək Vidadi və Həsəni sakitləşdirib kafenin həyətinə çıxarmışdır. Daha sonra kafeyə daxil olmaq istədikdə kiminsə “ə vurdu, vurdu” dediyini eşitmişdir. O, kafenin qabağında olan mübahisə zamanı Təqsirləndirilən şəxs Həsən Novruzovu bıçaqla vurduğunu, sabahı gün isə Həsən Novruzovun xəstəxanada öldüyünü eşitmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhərində yerləşən “Babək Avtoservis 777”də usta işləyir. 19 sentyabr 2022-ci il tarixdə, təxminən saat 22 radələrində “Babək Avtoservis 777”də iş gördüyü zaman həmin avtoservisə bitişik olan kafedən səs-küy və dava-dalaş səsləri eşitmişdir. O, kafeyə daxil olduqda Zərərçəkmiş şəxs kafeni işlədən Şahid4 yumruq atmasını görmüşdür. O, Vidadini Əlidən aralamaq istədikdə Vidadi sol tərəfində olan tanımadığı digər şəxsə kəlləsi ilə zərbə vurmuşdur. Vidadi həmin şəxslə əlbəyaxa olmuşdur. O, Vidadini həmin şəxsdən aralmaq istədikdə Vidadi qəfildən ona hücum etmişdir. Daha sonra kafedə olan şəxslər Vidadini sakitləşdirmək üçün kafedən çıxarmışlar. Bir az keçdikdən sonra Şahid4 onun işlədiyi sexə gəlib Zərərçəkmiş şəxs oğlu ilə birlikdə kafeyə gələrək onu axtardığını demişdir. O, iş gördüyü üçün Vidadiyə əhəmiyyət verməyərək onun yanına getməmişdir. Sonradan kafenin qabağında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs oğlu Həsənin Təqsirləndirilən şəxs tərəfindən bıçaqlandığını eşitmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 19 sentyabr 2022-ci il tarixdə, təxminən saat 21 radələrində tanışı Namiqin təklifi ilə pivə içmək üçün Gəncə şəhərində yerləşən “Babək avtoservis 777” adlı avtosevrisə bitişik olan kafeyə getmişdir. O, kafenin içərisində əyləşən Tofiqlə salamlaşmışdır, Tofiqin yanında əvvəldən tanıdığı Zərərçəkmiş şəxs oturmuşdur. O, Namiqlə birlikdə kafenin həyətində oturub pivə içmişdir. Bir az keçdikdən sonra Namiq işinin olduğunu bildirərək evə getmişdir. Bundan sonra o, kafeyə daxil olub Vidadinin yanında əyləşmişdir. Həmin vaxt Tofiq adlı şəxs də orada olmuşdur. O, Vidadinin yanında əyləşdikdən sonra Vidadi onu haradan və necə tanıdığını soruşmuşdur. O, Vidadiyə onu çoxdan tanıdığını demişdir. Vidadi ona əvvəlki vaxtlarda da, indi də heç kimin qorxusundan onun qabağına çıxmadığını demişdir. O, Vidadiyə danışığına fikir verməyini bildirmişdir. Bu zaman aralarında mübahisə yaranmışdır. Vidadi ilə mübahisə zamanı kafeni işlədən şəxs Vidadiyə kafedən kənarda söhbət etmələrini deyən zaman Vidadi ayağa qalxaraq kafeni işlədən şəxsə yumruq atmışdır. O, Vidadini həmin şəxsdən aralamaq istədikdə Vidadi sərxoş olduğu üçün ona da yumruq ilə zərbə vurmağa başlamışdır. Kafedə olan şəxslər onu Vidadidən aralamışlar. Bundan sonra Vidadi orada olan tanımadığı şəxsin üzərinə də hücum etmək istəmişdir. Kafedə olan şəxslər yenə də onları aralamışlar. Sonradan o, çıxıb evinə getmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 20 sentyabr 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, cinayət hadisəsinin baş verdiyi yerə baxış keçirilmiş, cinayət hadisəsi Gəncə şəhəri, Y.Məmmədəliyev küçəsi ilə N.Əhmədov küçəsinin kəsişməsində yerləşən “Babək Avtoservis 777”nin qarşısında baş vermiş, hadisə yerinin fotoşəkilləri çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild 1, səh. 13-25). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 20 sentyabr 2022-ci il tarixli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir (iş vərəqə: cild 1, səh. 145). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 20 sentyabr 2022-ci il tarixli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir (iş vərəqə: cild 1, səh. 146). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 21 sentyabr 2022-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirilərkən o, törətdiyi cinayət əməli ilə bağlı ilkin etirafedici ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək hadisənin baş vermə şəraitini və gedişatını əyani olaraq göstərmişdir (iş vərəqə: cild 1, səh. 94-102). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 08 dekabr 2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən onlar ifadələrində göstərdikləri xüsusatları bir-birlərinin üzlərinə qarşı demişlər (iş vərəqə: cild 2, səh. 67-69). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 23 dekabr 2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən onlar ifadələrində göstərdikləri xüsusatları bir-birlərinin üzlərinə qarşı demişlər (iş vərəqə: cild 2, səh. 98-100). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan12 yanvar 2023-cü il tarixli “tanınmaya təqdim etmə haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bıçağı göstərərək, həmin bıçağı əvvəllər üzərində gəzdirdiyinə, həmçinin forma və quruluşuna görə tanıdığını bildirmişdir (iş vərəqə: cild 2, səh. 143-144). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 20 sentyabr 2022-ci il tarixli, 79 saylı rəyindən görünür ki, X1 meyitinin bədənində bir ədəd kəsilmiş-deşilmiş yara müəyyən edildi. Bu xəsarət döş qəfəsinin sol yarısının ön səthində yerləşir, sol döş boşluğuna keçərək ürəyin sol qulaqcıq-mədəcik divarını zədələyərək, sol qulaqcığın daxilinə keçmişdir. Qeyd edilən xəsarət həyatidir, deşici-kəsici alətlə yetirilmişdir, yetirilmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 19 sentyabr 2022-ci il tarixə uyğun gəlir və ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Yara kanalının istiqaməti öndənarxaya, bir qədər soldan sağa, aşağıdan-yuxarıya doğrudur. X1 meyitinin bədənində yuxarıda göstərilən deşilmiş-kəsilmiş yaradan başqa, digər xəsarət müəyyən edilmədi. X1 ölümünə səbəb döş qəfəsinin sol yarısının ön səthinin daxilə keçən deşilmiş-kəsilmiş yarası nəticəsində ürəyin sol qulaqcığının qulaqcıq boşluğuna keçən zədələnməsi olmuşdur (iş vərəqə: cild 2, səh. 32-37). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan komisyon məhkəmə-tibbi ekspertizasının 09 dekabr 2022-ci il tarixli, 668/KEŞ saylı rəyindən görünür ki, “Məhkəmə- X12 Anatomiya Birliyi” PHŞ-in Gəncə şəhər şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 79 saylı rəyin nəticə hissəsi təsviri hissəsinə uyğun tərtib edilmişdir. Həsən Novruzovun adına Gəncə şəhər Birləşmiş Xəstəxanası PHŞ-də tərtib edilmiş tibbi sənədlərdən görünür ki, ona “Döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası, ürəyin sol qulaqcığının yaralanması, hemotoraks, hemorragik şok İV dərəcə” diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmiş və aparılmış müalicələr diaqnoza uyğun olmuşdur. Həsən Novruzovun meyiti müayinə olunmuş və onun ölümünə səbəb “döş qəfəsinin sol yarısının ön səthinin daxilə keçən deşilmiş-kəsilmiş yarası nəticəsində ürəyin sol qulaqcığının qulaqcıq boşluğuna keçən zədələnməsi”nin olduğu müəyyən edilmişdir ki, bununla da aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqə olmamışdır (iş vərəqə: cild 2, səh. 86-92). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 21 sentyabr 2022-ci il tarixli, 1711 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-said nahiyəsinin yarası– deşici-kəsici əşyanın təsiri nəticəsində, sol said nahiyəsinin qançırı isə-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, xəsarətlərin əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün dərəcələri təyin edilmir (iş vərəqə: cild 2, səh. 42-44). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 21 sentyabr 2022-ci il tarixli, 1709 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət müəyyən edilməmişdir (iş vərəqə: cild 2, səh. 38- 40). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 26 oktyabr 2022-ci il tarixli, 36 saylı rəyindən görünür ki, X1 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O(İ) alfa, beta-dır. Təqdim edilmiş bir ədəd bıçaq üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa, beta olduğundan X8 məxsus ola bilər. X2 məxsus paltarlar üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa, beta olduğundan onun özünə məxsus ola bilər. Hadisə yerindən götürülmüş altı ədəd tamponlarda insana məxsus qan şakar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa, beta olduğundan X8 məxsus ola bilər. Təqsirləndirilən şəxs paltarları üzərində qan aşkar olunmadı (iş vərəqə: cild 2, səh. 7-11). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan kompleks məhkəmə ambulator psixiatrik və psixoloji ekspertizasının 21 sentyabr 2022-ci il tarixli, 578/195 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək, hərəkətlərini idarə etmək və törətdiyi əməlin məsuliyyətini dərk etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 21.3-cü maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək, hərəkətlərini idarə etmək və törətdiyi əməllərin məsuliyyətini dərk etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir) (iş vərəqə: cild 2, səh. 29-30). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə ballistik-trasoloji ekspertizasının 30 noyabr 2022-ci il tarixli, 16/1301/1302 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Təqdim olunan X6 hadisə zamanı əynində olan qısaqol köynəyin səthində olan 01 ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsidir. Lakin təqdim edilmiş X6 hadisə zamanı əynində olan qısaqol köynəyin üzərindəki zədədə zədə yaradan predmetə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədənin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim olunan X6 hadisə zamanı əynində olan şortikin və Təqsirləndirilən şəxs məxsus paltarların üzərində trasoloji zədə aşkar edilmədi. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji Anatomiya ETT Birliyinin xx.xx.2022-ci il tarixli, 79 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş X6 hadisə zamanı əynində olan qısaqol köynəyin səthində olan zədə müqayisə edildi və müəyyən olundu ki, bədəndə yerləşən “döş qəfəsinin sol yarısının ön səthində yerləşən, sol döş boşluğuna keçərək ürəyin sol qulaqcıq-mədəcik divarını zədələyən, sol qulaqcığın daxilinə keçən bir ədəd kəsilmiş-deşilmiş yarası” xəsarəti ilə köynəyin səthində olan 01 ədəd zədə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür (iş vərəqə: cild 2, səh. 77-79). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-lifli ekspertizasının 28 noyabr 2022-ci il tarixli, 16/1300 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs və X8 məxsus geyim əşyasının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Təqsirləndirilən şəxs məxsus geyim əşyasının üzərində X8 məxsus geyim əşyasının tərkib liflərindən yoxdur. X8 məxsus geyim əşyasının üzərində Təqsirləndirilən şəxs məxsus geyim əşyasının tərkib liflərindən yoxdur (iş vərəqə: cild 2, səh. 81-84). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 19 noyabr 2022-ci il tarixli, 1763 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild 2, səh. 45). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X17 14 noyabr 2022-ci il tarixli, 10794 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına əsasən yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışlar (iş vərəqə: cild 2, səh. 21). Cinayət işinin materiallarına əlavə edilmiş “doğum haqqında şəhadətnamə”lərin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqları var (iş vərəqə: cild 2, səh. 120-121). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 20 sentyabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild 1, səh. 51). Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 20 sentyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild 1, səh. 182-183). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 12 yanvar 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, hadisə yerindən qablaşdırılaraq götürülmüş qanabənzər ləkələrdən 6 ədəd nümunələr, 01 ədəd bıçaq, Təqsirləndirilən şəxs məxsus tünd göy rəngli cins şalvar və qısaqol köynək, X8 məxsus boz rəngli qısaqol köynək, boz və qara rəngləri olan şortik maddi sübut kimi tanınmış və saxlanması üçün Gəncə Şəhər Prokurorluğuna təhvil verilmişdir, həmçinin hadisənin görüntülərini əks etdirən 2 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild 2, səh. 145-168). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilmiş 14 dekabr 2022-ci il tarixli yaşayış yeri üzrə xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur (iş vərəqə: cild 2, səh. 70). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 20 dekabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (iş vərəqə: cild 2, səh 106). Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X5 və zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı təqdim etdiyi ərizələrdən görünür ki, onlar məhkəmənin əvvəlki iclaslarında təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə barışdıqlarını, heç bir şikayət və tələblərinin olmadığını göstərsələr də, onlar məhkəmənin sonrakı iclaslarında təqdim etdikləri ərizələrində təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını və təqsirləndirilən şəxsin barəsində ağır cəzanın təyin edilməsini xahiş etdiklərini göstərmişlər (cinayət işinin materialları). Beləliklə də, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən xüsusi amansızlıqla adam öldürmə, yəni digər şəxsi qəsdən xüsusi amansızlıqla həyatdan məhrum etmə cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4, 29,120.2.4, 29,120.2.7-ci maddələri ilə ittiham ona görə irəli sürülmüşdür ki, o, 19 sentyabr 2022-ci il tarixdə, saat 23 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Gəncə şəhəri, Y.Məmmədəliyev küçəsi ilə N.Əhmədov küçəsinin kəsişməsində yerləşən “Babək Avtoservis 777” adlı mağazaya bitişik olan “Rəvan” adlı kafenin qarşısında əvvəldən tanıdığı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun onun və ailəsinin ünvanına nalayiq ifadələr işlətməsini, həmçinin oğlu Həsən Novruzovla birlikdə qardaşı Şahid1 təkləyib döyəcəklərini müşahidə etdiyi üçün qeyd edilənlərdən hiddətlənərək, Zərərçəkmiş şəxs və həmin vaxt onun yanında olmuş oğlu Həsən Novruzovu qəsdən xüsusi amansızlıqla öldürmək məqsədilə üzərində gəzdirdiyi tiyəsi boz rəngli, metaldan hazırlanmış bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xasssəyə malik, tiyəsinin uzunluğu 116 mm, orta hissədən eni 22 mm, qalınlığı 2 mm olan kustar üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə Həsən Novruzovun gözləri qarşısında ona xüsusi əzab və iztirab verdiyini dərk edib, bunu arzulayaraq qəsdən Zərərçəkmiş şəxs sol said nahiyəsinin yarası və sol said nahiyəsinin qançırı ilə müşayiət edilən sağlamlığa zərər vurmayan və dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, sonuncunun özünü müdafiə edərək əli ilə fəal müqavimət göstərməsi, həmçinin həmin yerdə olan Şahid1 onu Zərərçəkmiş şəxs kənarlaşdırması nəticəsində öz cinayətkar niyyətinə iradəsindən asılı olmayan səbəblərə görə nail ola bilməyərək Zərərçəkmiş şəxs qəsdən xüsusi amansızlıqla öldürməyə, yəni qəsdən xüsusi amansızlıqla həyatdan məhrum etməyə cəhd etmiş, daha sonra Həsən Novruzov onun üzərinə gəldiyi zaman Zərərçəkmiş şəxs gözləri qarşısında ona xüsusi əzab və iztirab verdiyini dərk edərək və bunu arzulayaraq həmin bıçaqla qəsdən Həsən Novruzovun bir dəfə döş qəfəsindən zərbə vuraraq ona döş qəfəsinin sol yarısının ön səthində yerləşən, sol döş boşluğuna keçərək, ürəyin sol qulaqcıq-mədəcik divarını zədələyərək, sol qulaqcığın daxilinə keçməklə müşayiət edilən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən xəsarət yetirmiş, lakin X23 Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasına aparılıb orada həkimlərin tibbi müdaxilələrinə baxmayaraq, ona vurduğu bıçaq zərbəsi ilə döş qəfəsinin sol yarısının ön səthinin daxilə keçən deşilmiş-kəsilmiş yarası nəticəsində ürəyin sol qulaqcığının qulaqcıq boşluğuna keçərək zədələməsinə səbəb olan xəsarətlə sonuncunu qəsdən xüsusi amansızlıqla öldürmüş, yəni Həsən Novruzovu qəsdən xüsusi amansızlıqla həyatdan məhrum etməklə, qəsdən iki və ya daha çox şəxsi xüsusi amansızlıqla həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə təqdim edilmiş sübutların və onların məcmusunun məhkəmə araşdırmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə əməlin hüquqi tövsif məsələsini müzakirə edərək yuxarıda göstərilən sübutlara və həmin sübutlardan irəli gələn işin faktiki hallarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Həsən Novruzovu qəsdən xüsusi amansızlıqla öldürməsi tamamilə sübuta yetirilsə də, o, Zərərçəkmiş şəxs qəsdən xüsusi amansızlıqla öldürməyə cəhd etməyə və bununla da qəsdən iki və ya daha çox şəxsi xüsusi amansızlıqla həyatdan məhrum etməyə cəhd etməyə görə, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4, 29,120.2.7-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinə və cəzalandırıla bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4, 29,120.2.4, 29,120.2.7-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam, obyektiv araşdırılmış və məhkəmə araşdırmasının nəticələrinə uyğun olaraq Təqsirləndirilən şəxs həm Həsən Novruzova, həm də Zərərçəkmiş şəxs qarşı əməllərinə münasibətdə ayrı-ayrılıqda hüquqi qiymət verilməlidir. Belə ki, hər bir cinayət əməlinin araşdırılmasında onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi əmələ hüquqi qiymət verilməsində mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Məhkəmə ilk öncə Təqsirləndirilən şəxs Həsən Novruzova qarşı törətdiyi əməlinə münasibətdə aşağıdakıların göstərilməsini zəruri hesab edir. Həsən Novruzova qarşı Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əmələ görə sonuncuya Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham ona görə irəli sürülmüşdür ki, o, əlindəki bıçaqla Həsən Novruzovu atası Zərərçəkmiş şəxs gözləri qarşısında sonuncuya xüsusi əzab və iztirab verdiyini dərk edərək və bunu arzulayaraq həmin bıçaqla qəsdən Həsən Novruzovun bir dəfə döş qəfəsindən zərbə vuraraq öldürmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilmədiyini, onun Həsən Novruzovu qəsdən öldürmədiyini, belə bir məqsədinin olmadığını bildirsə də, onun həmin ifadəsi məhkəmə araşdırması zamanı tədqiq edilmiş cinayət işinin yuxarıda göstərilmiş sübutları, işin faktiki halları və cinayət işinin bütün materialları ilə tamamilə təkzib edilmişdir. Təqsirləndirilən şəxsin ifadəsində göstərdikləri cinayət işinin materialları, iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş yuxarıda sadalanmış sübutlarla, işin obyektiv halları ilə müqayisəli şəkildə tədqiq edilərkən müəyyən olunmuşdur ki, əvvəlcə Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində əvvəldən tanıdığı Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmış, sonra Vidadi Hüseyov oradan çıxıb getmiş və oğlu Həsən Novruzovla birlikdə yenidən hadisə yerinə qayıtmış, hadisə yerinə gələrkən təqsirləndirilən şəxsin qardaşı Şahid1la rastlaşmış, sərxoş olduğuna görə Şahid1 Təqsirləndirilən şəxs olduğunu zənn etmiş və oğlu Həsən Novruzovla birlikdə Şahid1la mübahisə etməyə başlamışlar, bu zaman Vidadi Hüseynovun və oğlu Həsən Novruzovun birlikdə Şahid1 təklədiklərini düşünən Təqsirləndirilən şəxs dərhal əlində bıçaqla qardaşı Şahid1 yanına gələrək Vidadi Hüseynov və oğlu Həsən Novruzovla mübahisə etməyə başlamış, həmin vaxt əlində gətirdiyi bıçaqla qəsdən Həsən Novruzovun birbaşa döş nahiyyəsinə zərbə endirərək sonuncunu həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs ifadələrində müdafiə olunmaq üçün bıçağı sağa-sola hərəkət etdirərkən həmin bıçağın ehtiyatsızlıqdan Həsən Novruzova dəydiyini və onun Həsən Novruzovu öldürmək məqsədinin olmadığını göstərsə də, yetirilmiş bədən xəsarətinin xarakteri və lokalizasiyası iş materialları əsasında nəzərdən keçirilərkən məhkəmə-tibbi ekspertizasının 20 sentyabr 2022-ci il tarixli, 79 saylı rəyi ilə müəyyən olunur ki, X1 meyitinin bədənində bir ədəd kəsilmiş-deşilmiş yara xəsarəti döş qəfəsinin sol yarısının ön səthində yerləşir, sol döş boşluğuna keçərək ürəyin sol qulaqcıq-mədəcik divarını zədələyərək, sol qulaqcığın daxilinə keçmişdir (iş vərəqə: cild 2, səh. 32-37). Göründüyü kimi, təqsirləndirilən şəxs tərəfindən Həsən Novruzova bıçaqla yetirilmiş xəsarət kəsilmiş-deşilmiş yara olmaqla, daxilə keçən, yəni döş boşluğuna keçərək ürəyin divarını zədələyən yara olmaqla və Həsən Novruzovun ölümünə səbəb olmuş həmin daxilə keçən xəsarətin qəsdən fiziki güc tətbiq etmədən, ehtiyatsızlıqdan bıçağın şəxsə toxunaraq daxilinə keçməsi qeyri-mümkündür. Həmçinin cinayət işinin materiallarında olan 12 yanvar 2023-cü il tarixli “tanınmaya təqdim etmə haqqında” istintaq hərəkətinin protokolundan da görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bıçağı göstərərək, həmin bıçağı əvvəllər üzərində gəzdirdiyinə, həmçinin forma və quruluşuna görə tanıdığını bildirmişdir (iş vərəqə: cild 2, səh. 143-144). Təqsirləndirilən şəxsin hadisə yerinə əvvəlcədən üzərində götürdüyü bıçaqla gəlməsi, əvvəlcədən götürdüyü əlindəki bıçaqla birbaşa Həsən Novruzovun həyat fəaliyyəti üçün vacib orqanlarının yerləşdiyi döş nahiyəsinə bir dəfə qəsdən zərbə vurması kimi işin faktiki halları da Təqsirləndirilən şəxs Həsən Novruzovu qəsdən öldürmədiyinə dair ifadəsində göstərdiklərini bir daha təkzib edir. Həmçinin qeyd edilməlidir ki, cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 20 sentyabr 2022-ci il tarixli, 79 saylı rəyi ilə X1 ölümünə səbəb döş qəfəsinin sol yarısının ön səthinin daxilə keçən deşilmiş-kəsilmiş yarası nəticəsində ürəyin sol qulaqcığının qulaqcıq boşluğuna keçən zədələnməsi olması (iş vərəqə: cild 2, səh. 32- 37), bundan başqa komisyon məhkəmə-tibbi ekspertizasının 09 dekabr 2022-ci il tarixli, 668/KEŞ saylı rəyi ilə Həsən Novruzovun adına diaqnoz aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmiş və aparılmış müalicələr diaqnoza uyğun olmuş, Həsən Novruzovun meyiti müayinə olunmuş və onun ölümünə səbəb “döş qəfəsinin sol yarısının ön səthinin daxilə keçən deşilmiş-kəsilmiş yarası nəticəsində ürəyin sol qulaqcığının qulaqcıq boşluğuna keçən zədələnməsi”nin olduğu müəyyən edilmişdir ki, bununla da aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqənin olmadığı müəyyən olunmuşdur (iş vərəqə: cild 2, səh. 86-92). Təqsirləndirilən şəxs Həsən Novruzovun həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak etməsi, Həsən Novruzovun ölümü ilə nəticələnən hadisənin baş verməsinə şüurlu surətdə yol verməsi təqsirləndirilən şəxsin hadisə yerinə əvvəlcədən üzərində götürdüyü bıçaqla birbaşa Həsən Novruzovun həyat fəaliyyəti üçün vacib orqanlarının yerləşdiyi döş nahiyəsinə bir dəfə qəsdən zərbə vurması, qəsdən digər şəxsi həyatdan məhrum etməsini zəruri edən heç bir obyektiv səbəblərin olmaması törədilmiş qəsdən adam öldürmə cinayət əməlinin tam olaraq Təqsirləndirilən şəxs qəsdi ilə əhatə olunduğunu təsdiq etmişdir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs qəsdən adam öldürmə cinayətini xüsusi amansızlıqla törətməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120-ci maddəsinin ağırlaşdırıcı halı olan xüsusi amansızlıqla həmin cinayət əməlini törətməsinə dair ittiham ona görə elan edilmişdir ki, Təqsirləndirilən şəxs Həsən Novruzovu sonuncunun atası Zərərçəkmiş şəxs gözləri qarşısında sonuncuya xüsusi əzab və iztirab verdiyini dərk edərək həmin bıçaqla qəsdən Həsən Novruzovu həyatdan məhrum etmişdir. Göstərilən xüsusatla bağlı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs Həsən Novruzovu üzərində gətirdiyi bıçaqla vurub qəsdən həyatdan məhrum etməklə sonuncunun atası Zərərçəkmiş şəxs şüüruna, emosional sferasına təsir edəcəyini, onun əzab, iztirab çəkəcəyini görməyə bilməzdi. Çünki, atasının oğlunun öldürülməsinə yönələn hərəkətlərdən güclü emosional sarsıntı keçirməsi, əzab və iztirab çəkməsi– bu da adi müşahidəçinin qiymətləndirilməsində belə qəbul edilən davranışdır. Bununla əlaqədar həmçinin qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin dispozisiyasına nəzər yetirdikdə sözügedən əlamətlə cinayətin törədilməsi barədə şəxsə qarşı ittihamın irəli sürülməsi üçün təqsirləndirilən şəxsin qəsdinin zərərçəkmiş şəxsə və yaxud hadisəni görən onun yaxınlarına məhz xüsusi əzab və iztirab verməyə yönəlməsi, yəni onun birbaşa qəsdlə hərəkət edib onlara xüsusi əzab və iztirab verməyi arzu etməsi tələb olunmur. Çünki, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin məzmununa görə zərərçəkmiş şəxsə və yaxud zərərçəkmişin həyatdan məhrum edilməsinə yönələn təqsirkarın hərəkətlərini görən zərərçəkənin yaxınlarına xüsusi əzab, iztirab vermək kimi xüsusi amansızlığa dəlalət edən hallar maddənin dispozisiyasında təqsirkarın kriminal hərəkətlərinin məqsədi kimi deyil, onları müşayiət edən xüsusatlar kimi ehtiva edilmişlər. Bu səbəbdən təqsirkarın öz hərəkətlərinin həmin şəxslərə xüsusi əzab, iztirab verməsi kimi əlamətlərlə müşayiət olunduğunu dərk etməsi, yəni həmin əlamətlərə münasibətdə dolayı qəsdin mövcudluğu kifayətdir ki, təqsirləndirilən şəxsin əməli xüsusi amansızlıqla törədilən qəsdən adam öldürmə kimi tövsif edilsin. Bu yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarında əksini tapmış hüquqi mövqeyə də uyğundur. Belə ki, həmin Plenum qərarının 8-ci bəndində qeyd olunur ki, “Xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər.” Plenum qərarının həmin müddəalarına və Cinayət Məcəclləsinin 120.2.4-cü maddəsinin mənasına görə qəsdən adam öldürmə cinayətinin zərərçəkmiş şəxsin yaxın adamlarının yanında törədilməsi özü-özlüyündə cinayətin xüsusi amansızlıqla törədilməsinə dəlalət etmir. Vacibdir ki, təqsirkar şəxsin niyyəti seçdiyi üsulla zərərçəkmiş şəxsi onun özünə və yaxud yaxınlarına xüsusi iztirab yetirməklə öldürmək olsun (xüsusi iztirab yetirməyi arzu etsin) və yaxud bunu arzu etməsə də, seçdiyi üsulun zərərçəkmiş şəxsə, onun yaxınlarına xüsusi iztirab yetirdiyini dərk etsin və şüurlu surətdə buna yol versin, yəni xüsusi amansızlığı səciyyələndirən bu kimi hallara (zərərçəkmişin, onun yaxınlarının xüsusi əzab çəkməsinə) münasibətdə onun birbaşa (CM, maddə 25.2) və ya dolayı (CM, maddə 25.3) qəsdlə hərəkət etməsi müəyyən olunsun. Hazırki cinayət işində isə qeyd olunduğu kimi, Təqsirləndirilən şəxs mərhum Həsən Novruzovun atası Zərərçəkmiş şəxs emosional vəziyyətini, oğluna qarşı edilən hərəkətlərdən xüsusi əzab çəkməsini görməyə və dərk etməyə bilməzdi. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı, həmçinin ibtidai istintaqın sonrakı mərhələsində əvvəlcə Zərərçəkmiş şəxs oğlunu tanıya bilmədiyini, X14 İsayevin oğlu olmasını sonradan bilməsinə dair ifadəsində göstərdiklərini təqsirləndirilən şəxsin cinayət törətməyə görə daha ağır cinayət məsuliyyətindən və daha ağır cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir və onun həmin göstərdiklərini məsuliyyətinin yüngülləşdirilməsinə yönəlmiş özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirərək ifadəsinin həmin hissəsini sübut növü kimi qəbul etmir. Belə ki, ibtidai istintaqın ilkin mərhələsindən başlayaraq Təqsirləndirilən şəxs verdiyi izahatında, daha sonra şübhəli şəxs qismində dindirilərkən, bundan sonra isə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində (iş vərəqə: cild 1, səh. 70-73, 90-93, cild 2, səh.176-178) Zərərçəkmiş şəxs uşaq vaxtlarından tanıdığını, Zərərçəkmiş şəxs oğlu Həsən Novruzovun gəlib arada atasına baş çəkməsi kimi ifadəsində göstərdiyi məlumatlardan da görünür ki, o, X14 İsayevin oğlu olduğunu bilmişdir, həmçinin Təqsirləndirilən şəxs həmin ifadələrində hadisə zamanı Həsən Novruzovu tanımadığını və onun Zərərçəkmiş şəxs oğlu olmasını bilmədiyi barədə ümumiyyətlə göstərməmişdir, lakin həm ibtidai istintaqın sonrakı mərhələsində, həm də məhkəmə baxışı zamanı əvvəlki ifadələrindən fərqli olaraq həmin göstərdikləri cinayət işinin obyektiv halları və iş üzrə məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmadığından onun ifadəsində həmin göstərdikləri sübut növü kimi qəbul edilmir. Odur ki, cinayət işinin göstərilən faktiki hallarına və məhkəmə araşdırması zamanı tədqiq edilmiş yuxarıda sadalanan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Göstərilənlərdən başqa, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4, 29,120.2.7-ci maddələri ilə elan edilmiş ittihamla bağlı qeyd edir ki, məhkəmə baxışı zamanı təqdim edilmiş sübutların tədqiqi və araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etməsi sübuta yetirilməmişdir. Belə ki, cinayət işinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etməsinə dair ibtidai istintaq orqanının gəldiyi nəticə cinayət işinin materiallarına uyğun deyil. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etməsi ittihamda ümumi şəkildə, formal olaraq göstərilsə də, onun həmin əməli törətməsinə dair hər hansı sübut təqdim olunmamış və işin məhkəmə baxışı zamanı da belə sübut əldə edilməmişdir. İbtidai istintaq orqanının təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs öldürməyə cəhd etməsi qənaətinə gəlməsinə əsas kimi Təqsirləndirilən şəxs qəsdən Zərərçəkmiş şəxs sol said nahiyəsinin yarası və sol said nahiyəsinin qançırı ilə müşayiət edilən sağlamlığa zərər vurmayan və dərəcələri təyin edilməyən xəsarətlər yetirməsi, sonuncunun özünü müdafiə edərək əli ilə fəal müqavimət göstərməsi, həmçinin həmin yerdə olan Şahid1 onu Zərərçəkmiş şəxs kənarlaşdırması nəticəsində öz cinayətkar niyyətinə iradəsindən asılı olmayan səbəblərə görə nail ola bilməyərək həmin cinayət əməlini törətməsi göstərilmişdir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, “Qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Burada təqsirkarın niyyəti məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır.” Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs yetirilmiş bədən xəsarətinin xarakteri və lokalizasiyası iş materialları əsasında nəzərdən keçirilərkən məhkəmə-tibbi ekspertizasının 21 sentyabr 2022-ci il tarixli, 1711 saylı rəyi ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-said nahiyəsinin yarası– deşici-kəsici əşyanın təsiri nəticəsində, sol said nahiyəsinin qançırı isə-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, həmin xəsarətlər sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün dərəcələri təyin edilmir (iş vərəqə: cild 2, səh. 42-44). Bununla əlaqədar həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı verdiyi ifadələrində Zərərçəkmiş şəxslə mübahisə edib dalaşan zaman sonuncunun qol nahiyəsinə vurduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürməyə cəhd etməsi cinayət işinin materiallarında olan heç bir sübut növü ilə öz təsdiqini tapmamışdır. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürməyə cəhd etməsi, onun belə bir niyyətinin olmasına dair hər hansı sübutlar ümumiyyətlə müəyyən edilməmiş və göstərilməmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, təqsirləndirlən şəxs tərəfindən Zərərçəkmiş şəxs qol nahiyəsinə bir yara və bir qançır kimi dərəcələri təyin edilməyən xəsarətlər yetirilmiş, həmin xəsarətlərin istər sayı, istərsə xarakteri və lokalizasiyası da qəsdən adam öldürməyə cəhd cinayət əməlinin törədildiyini təsdiq edə biləcək hallara dəlalət etmir, həmçinin təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs qol nahiyəsinə dərəcəsi təyin edilməyən iki xəsarəti yetirdikdən sonra Zərərçəkmiş şəxs qarşı hərəkətlərini davam etdirməsi və sonuncunu öldürmək istəməsi müəyyən olunmamış, təqsirləndirilən şəxsin iradəsindən asılı olmayan səbəblərdən Zərərçəkmiş şəxs öldürməməsi də cinayət işinin hər hansı materialları ilə təsdiq olunmamış, məhkəmə araşdırması zamanı da bu cür sübutlar müəyyən olunmamış, yalnız ehtimal və fərziyyə əsasında ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq təqsirləndirilən şəxsin qəsdən Zərərçəkmiş şəxs öldürməyə cəhd etməsi qənaətinə gəlinmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Qanunun mənasına görə cinayət etməyə cəhd zamanı cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlər başa çatdırılmır. Bu zaman maddi quruluşa malik olan cinayətin tərkiblərinə münasibətdə nəticə baş vermir. Lakin bu heç də törədilən ictimai təhlükəli əməl nəticəsində ümumiyyətlə heç bir nəticənin olmaması anlamına da gəlmir. Təqsirli şəxsin əməlinin cinayətə cəhd kimi qiymətləndirilməsi üçün ehtimal olunan qəsdin başa çatmamasının səbəblərinin dəqiq müəyyən edilməsi zəruridir. Əgər qəsdin başa çatmaması təqsirli şəxsin iradəsindən asılı olmayaraq onu başa çatdırmağa imkan verməyən səbəblərlə bağlı olmuşdursa, şəxsin əməli cinayət etməyə cəhd kimi qiymətləndirilir. Əgər təqsirli şəxs cinayəti törətməyə dair qəsdini öz iradəsi ilə və heç bir kənar təsir olmadan qəbul etdiyi şəxsi qərarı ilə başa çatdırmamışsa, onun əməlini cinayət etməyə cəhd kimi qiymətləndirmək olmaz. Cinayət və cinayət-prosessual qanunvericiliyin əsas prinsiplərinə əsasən şəxsə irəli sürülən ittiham ehtimal və fərziyyədən ibarət ola bilməz, şəxsin təqsirləndirildiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyasında nəzərdə tutulmuş bütün əlamətlərin mövcudluğu hansı konkret faktda əks olunması irəli sürülmüş ittihamda göstərilməli və onların konkret olaraq hansı sübutlarla təsdiq olunması müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə muvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsində göstərilir ki, təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.4-cü maddəsində göstərilir ki, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsində göstərilmişdir ki, Cinayət-Prosessual Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürməyə cəhd etməsi cinayət işi üzrə heç bir sübutlarla təsdiq olunmadığından, həmçinin təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs qol nahiyəsinə yetirilmiş yara və qançır sağlamlığa zərər vurmayan və dərəcələri təyin edilməyən xəsarət olduğuna görə həmin əməl cinayət tərkibi yaratmadığından, beləliklə də təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4, 29,120.2.7-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı təsdiq olunmadığından ona həmin maddələrlə verilmiş ittiham üzrə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin qeyd olunan müddəalarına əsasən bəraət verilməlidir. Bununla da, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən xüsusi amansızlıqla X9 öldürməsi məhkəmədə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkəti protokolları kimi mötəbər və təkzibedilməz sübutlarla və cinayət işinin digər materialları ilə tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməli, onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4, 29,120.2.7-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı təsdiq olunmadığından ona həmin maddələrlə verilmiş ittiham üzrə bəraət verilməlidir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətməsini nəzərə alınaraq, həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin sanksiyası daxilində, cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğunu nəzərə alıb, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növü barədə məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzaçəkmə müəssisələri ciddi rejim olaraq müəyyən edilir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 20 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 20 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Gəncə Şəhər Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 20 sentyabr 2022-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə işdə olan maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Gəncə Şəhər Prokurorluğunda saxlanca verilmiş maddi sübutlar hadisə yerindən qablaşdırılaraq götürülmüş qanabənzər ləkələrdən altı ədəd nümunələr, bir ədəd bıçaq məhv edilməli, Təqsirləndirilən şəxs məxsus tünd göy rəngli cins şalvar və qısaqol köynək Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, qəbul etmədikdə isə məhv edilməli, X8 məxsus boz rəngli qısaqol köynək, boz və qara rəngləri olan şortik hüquqi varisi X7 qaytarılmalı, qəbul etmədikdə isə məhv edilməli, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş hadisənin görüntülərini əks etdirən iki ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 123.80 (yüz iyirmi üç manat səksən qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1, 42.1.4, 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4, 29,120.2.7-ci maddələri ilə elan edilmiş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə həmin maddələrlə ona bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu 20 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınmış və Gəncə Şəhər Prokurorluğunda saxlanca verilmiş hadisə yerindən qablaşdırılaraq götürülmüş qanabənzər ləkələrdən altı ədəd nümunələr, bir ədəd bıçaq məhv edilsin, Təqsirləndirilən şəxs məxsus tünd göy rəngli cins şalvar və qısaqol köynək Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin, X8 məxsus boz rəngli qısaqol köynək, boz və qara rəngləri olan şortik hüquqi varisi X7 qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş hadisənin görüntülərini əks etdirən iki ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – ekspertiza tədqiqatlarına sərf olunan 123.80 (yüz iyirmi üç manat səksən qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Mikayıl Məmmədzadə Dadaş İmanov
Məhkəmə qərarları › İş №1(100)-47/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-47/2024
29.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver