Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-470/2022 12.12.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər X6 və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X10, müdafiəçi - Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bərdə rayonu, Əmirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Azərbaycan Respublikası Fövqəladə Hallar nazirliyinin X14 Xidmətinin Yevlax rayon X14 hissəsinin yanğınsöndürmə növbəsinin yanğınsöndürəni, daxili xidmət çavuşu vəzifəsində işləmiş, Bərdə rayonu, Əmirli kəndində qeydiyyatda olmaqla yaşamış və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təsridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 20 iyul 2022-ci il tarixdə, təxminən saat 18 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə zidd olaraq sürücülük hüququ olmadan Yelvax-Ağdam-Laçın avtomobil yolunun Bərdə rayonu, Şirvanlı kəndinə düşən hissəsinin 33-cü kilometrliyində Bərdə şəhərindən Ağdam rayonu istiqamətində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etmədən “VAZ-2121” markalı, “**-BU-***” dövlət qeydiyyat nişanlı avtomobili yaşayış məntəqəsində 60km/saatdan artıq, yəni 90-100km/saat arası sürətlə idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq eyni istiqamətdə 50-60km/saatda sürət arası hərəkət edən X4 idarə etdiyi “Toyota Land-Cruiser-Prado” markalı, “**-OC-***” dövlət qeydiyyat nişanlı avtomobili ötmə manevri edən zaman hadisənin qarşısını almağa texniki imkanı olduğu halda əvvəlcə sonuncu avtomobilin sağ tərəfinə dəyərək idarə etməni itirmiş və əks istiqamətdə 35-40km/saatda sürət arası hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “VAZ-2107” markalı, “**-FE-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmaqla ehtiyatsızlıqdan sonuncu nəqliyyat vasitəsinin sürücüsü Zərərçəkmiş şəxs2 sol tərəfli İİ - İİİ - İV - V - Vİ - Vİİ - Vİİİ qabırğaların yerdəyişmiş sınıqları, sol bazunun orta-yuxarı 1/3-nin arxa-bayır səthinin, sol saidin arxa səthinin bütün səthi boyu sıyrıqları, qarının ön səthinin sol yarısının qançırı, sol əlin arxa səthinin səthi əzilmiş yaraları ilə müşayiət edilən, yolnəqliyyat toqquşma hadisəsi zamanı minik avtomobilinin salonunda olarkən sürücü kimi olmaqla törənə bilən, törənmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gələn, küt əşyanın təsirindən törənmiş və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurma əlamətlərinə aid edilən xəsarətlərin, özünün idarə etdiyi nəqliyyat vasitəsinin arxa oturacaqlarında əyləşmiş Zərərçəkmiş şəxs1 politravma, sidik kisəsinin travmatik cırılması, hər iki oturaq, qasıq sümüklərinin yerini dəyişmiş qəlpəli sınıqları ilə müşayiət edilən, yol-nəqliyyat hadisəsi zamanı törənə bilən, törənmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gələn, küt əşyanın təsirindən törənmiş və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə aid edilən xəsarətlərin, X11 isə başın sağ gicgah nahiyəsində əzilmiş yarası, əng, çənə sümüklərinin qapalı sınığı, sol bazu sümüyünün açıq sınığı, sol bazu, sol əl, sol saidin aşağı 1/3-i ilə dirsək oynağı və sol bazunun aşağı 1/3-nin arxa-bayır səthlərinin əzilmiş yaraları, sağ bazu, sağ dirsək oynağının və sağ saidin yuxarı 1/3-nin bayır səthlərinin, sağ əl, sol bud, sağ diz oynağı nahiyələrinin sıyrıqları, ölümlə nəticələnən başın küt travması nəticəsində kəllə qapağı və kəllə əsası sümüklərinin sınığı ilə baş-beyin toxumasına, qişalarına, mədəciklərinə qansızmalar ilə müşayiət edilən, yol-nəqliyyat hadisəsi zamanı törənə bilən, törənmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gələn və sağlamlığa ağır zərər vurma əlamətlərinə aid edilən həyati xəsarətlərin yetirilməsinə səbəb olmuşdur. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi onun özünün səmimi etirafı ilə yanaşı, zərəçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin faktiki halları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona ittiham elan olunan Azəraycan Respublikasının CM-nin 263-1.3-cü maddisi ilə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, təxminən saat 18 radələrində idarə etdiyi Vaz 2121 markalı avtomobilin arxa sərnişin oturacağında əyləşmiş anası Mülayim Həziyeva, bacısı Zərərçəkmiş şəxs1, əmizi qızı Şəhla Eyvazova və ön sərnişin oturacağında əyləşmiş xalası oğlu Kənan Hüseynovla birlikdə Bərdə şəhərindən toydan qayıdarkən Yevlax-Ağdam-Laçın magistral yolunda təmir işləri aparıldığı və Bərdə şəhərindən Ağdam rayonu istiqamətində yolun sağ hissəsi bağlı olduğu üçün hər kəs kimi o da həmin yolun sol hissəsinin sağı ilə hərəkət etmiş, surəti təxminən 90km/saat olmuşdur. Yolun Şirvanlı kəndi ərazisindən keçən hissəsində olarkən qarşıda, onunla eyni istiqamətdə hərəkətdə olan ağ rəngli “Prado” markalı avtomobili ötmək üçün qarşıdan gələn avtomobilin yoluna çıxmış, ötmə əməliyyatına çıxan zaman qarşıdan gələn “VAZ 2107” markalı avtomobil görmüşdür. Həmin vaxt idarə etdiyi avtomobilin arxa sağ tərəfi “Prado” markalı avtomobilin arxa sol tərəfinə dəymiş, bundan sonra idarəetməni itirərək qarşıdan gələn “VAZ 2107” markalı avtomobillə toqquşmuş, “VAZ 2107” markalı avtomobilin qabaq hissəsi onun idarə etdiyi avtomobilin orta hisəsinə dəymişdir. Daha sonra o, ifadəsində zərəçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslərlə bağırşdığını, zərəçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmadığını bildirib məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, 20 iyul 2022-ci il tarixdə arvadı Şəhla Eyvazova toyda iştirak etmək üçün Bərdə şəhərinə getmişdir. O, həmin gün Bakı şəhərində olumş, təxminən saat 19-20 radələrində qardaşı Şöhrət ona zəng edərək toy mərasimindən geri qayıdarkən Şəhlanın əmisi oğlu Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə qəzaya düşdüyünü demiş, təxminən saat 05 radələrində evə çatdıqda Şəhlanın öldüyünü bilmişdir. Bundan başqa o, ifadəsində təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ibtidadi istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunan Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, xx.xx.2022-ci il tarixdə, təxminən saat 17:50 radələrində idarə etdiyi Vaz 2107 markalı avtomobildə tanışı Bərdə rayon sakini Sədi Calalovla birlikdə Yevlax-Ağdam-Laçın magistral yolunun Bərdə rayonu istiqmətində olan hissəsində 60km/saat surətlə hərəkətdə olarkən yolun əks istiqamətində hərəkət edən “Prado” markalı avtomobilin arxası ilə əks istiqamətə hərəkətdə olan “VAZ-2121” markalı avtomobil əvvəlcə Prado markalı avtomobilin sol küncündən vurduqdan sonra onun idarə etdiyi avtomobilin sol tərəfindən də vurmuş və zərbənin təsirindən onun idarə etdiyi VAZ-2107” markalı avtomobil hərəkətdə olduğu yolun sağ tərəfindəki trasformatordan Bərdə şəhər istiqamətində təxminən 2-3 metr irəlidə yolun sağ tərəfindəki arxa düşmüşdür. Toqquşmadan sonra hadisə yerinə gələn şəxslərin köməkliyi ilə nəqliyyat vasitəsindən çıxa bilmişdir. Toqquşmanın təsirindən bədənində yaranan ağrılara görə o, özündə olmamışdır. Ətrafda olan şəxslər onu xəstəxanaya aparmışlar. Məhkəmə iclasında ibtidadi istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunan zərərçəkmi şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə anası Mülayim, əmisi qızı Şəhla Eyvazova və xalası oğlu Kənan Hüseynovla birlikdə atası Mehbalı Həziyevə məxsus, qardaşı Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2121” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı, göy rəngli avtomobil ilə Bərdə şəhərində keçirilmiş toy mərasimindən qayıdarkən Yevlax- Ağdam-Laçın yolunda Bərdə şəhərindən Ağdam yolu istiqamətində hərəkətdə olan zaman qardaşı Əhədin idarə etdiyi avtomobil ilə qarşıda gedən Pradonun biri-birinə dəydiyini görüb qışqırmışlar və anası Əhəddən avtomobili dayandırmasını istəmiş, bu zaman qarşıdan gələn avtomobillə toqquşmuşlar. O, həyacanlandığından Əhədin idarə etdiyi avtomobil ilə toqquşan avtomobilin rənginə, markasına fikir verməmişdir. Qəzadan sonra gözünü açanda avtomobilin içərisində olmuş və onu avtomobildən çölə çıxarmağa çalışmışlar. Bundan sonra TTTYS-nin avtomobili gəlmiş, onları Bərdə rayon Diaqnostika Mərkəzinə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, 20 iyul 2022-ci il tarixdə bibisi oğlu Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2121” markalı avtomobillə Bərdə şəhərindən toydan qayıdarkən o, mən avtomobilin ön oturacağında, Əhədin anası Mülayim bacısı Afaq və əmisi qızı Şəhla isə arxa oturacağında əyləşmişdir. Yevlax-Ağdam-Laçın magistral yolunda Bərdə şəhərindən Ağdam yolu istiqamətində hərəkət edərkən avtomobilin içərəsində qışqırtı səsi eşidib diksinəndə artıq hadisə baş vermiş və qəzanın təsirindən özünü itirmişdir. Bibisi Mülayimin onu çağırmasından sonra özünə gəlmiş və alnından qan gəldiyini görmüşdür. O, avtomobilin qapısını açaraq yerə düşdükdə yerdə uzanıqlı əziyyətdə Əhədi, xeyli aralıda isə Şəhlanı, Şəhlanın yanında bibisi Mülayimi görmüş, Afaqı isə avtomobilin ətrafında görməmişdir. O, Əhədə köməklik göstərməyə çalışmış, sonra təcili tibbi yardım avtomobili gəlib ilkin olaraq Şəhlanı aparmış, o da tanımadığı bir nəfərin avtomobili ilə Əhədi Bərdə rayon Diaqnostika Mərkəzinə aparmışdır. Bundan başqa o, ifadəsində həmin gün sərxoş olduğu üçün hadisənin necə baş verdiyini xatırlamadığını və hadisə nəticəsində yüngül xəsarətlər aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 şahid X15 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, 20 iyul 2022-ci il tarixdə, təxminən saat 18 radələrində əmisi İbrahim, arvadı Aynur, bacısı və iki uşağı ilə birlikdə Bərdə şəhərində keçirilən toy mərasimindən çıxıb Əmirli kəndi istiqamətinə gedərkən yolun Bərdə şəhəri istiqamətindən Ağdam rayonu istiqamətinə olan hissəsində hərəkətdə olan zaman ani olaraq avtomobilin sol tərəfindən şaqqıltı səsi eşitmiş və az da olsa avtomobil qeyri-ixtiyari silkələnmişdir. Bundan 1-2 saniyə sonra isə daha yüksək şaqqıltı səsini eşitmiş və avtomobilin sol yan güzgüsündən baxdıqda göy rəngli “VAZ-2121” markalı avtomobilin qəzaya düşdüyünü görüb dərhal avtomobili yolun sağındakı təmirdə olan hissəsində saxlamışdır. Həmin vaxt göy rəngli “VAZ-2121” markalı avtomobilin Bərdə şəhəri istiqamətində dayandığını, avtomobilin arxa tərəfində yerdə xalası oğlu Əhədi və Əhədin əmisi qızı Şəhlanın huşsuz vəziyyətdə yerdə uzandıqlarını görmüşdür. Hadisə nəticəsində yaralanmış şəxsləri təcili tibbi yardım əməkdaşları vasitəsilə xəstəxanaya göndərdikdən sonra Yevlax-Ağdam-Laçın magistral yolunun kənarında, üzü Bərdə şəhəri istiqamətində yolun sağ tərəfində, təxminən 1-2 metr irəlidə çökəkliyə düşmüş göy rəngli “VAZ-2107” markalı avtomobili görüb Əhədin avtomobilinin həmin avtomobillə toqquşduğunu bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 və X20 şahid X12 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2la birlikdə onun idarə etdiyi vaz 2107 markalı avtomobillə Yevlax-Ağdam-Laçın magistral yolunda Bərdə şəhəri istiqamətində hərəkətdə olan zaman yolunun Bərdə rayonu, Şirvanlı kəndindən keçən hissəsi ilə təxminən 2 km məsafə getdikdən sonra “Topağacı” restoranının qarşısına çatmağa bir qədər qalmış Ələmdarın həyacanlı səslə “Oy gəldi” sözünə diksinmiş və başımı qaldırıb yola baxanda əks istiqamətdə hərəkət edən ağ rəngli “prado” markalı avtomoilin arxasından VAZ 2121 markalı, göy rəngli avtomobilin “pardo” markalı avtomobilin arxa sol tərəfinə dəyərək onların hərəkətdə olduqları yola çıxdığını görmüşdür. “VAZ-2121” markalı avtomobil əks yola çıxıb “prado” markalı avtomobilin sol tərəfinə dəydikdən sonra Ələmdarın idarə etdiyi, yəni onun da içərsində olduğu avtomobil ilə toqquşmuşdur. Toqquşma nəticəsində Ələmdarın idarə etdiyi Vaz 2107 markalı avtomobil Bərdə şəhəri istiqamətində yolun sağ tərəfindəki transformatordan təxminən 2 metr irəlidəki çökəkliyiə düşmüşdür. Bundan sonra onlar hadisə şahidlərinin köməkliyi ilə avtomobilin içərisindən çıxmışlar və Ələmdarın vəziyyətini ağır olduğundan onu xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə, təxminən saat 18-19 radələrində xidmətdə olan zaman Yevlax- Ağdam-Laçın magistral yolunun 33-cü kilometrliyində, Bərdə rayonu, Şirvanlı kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə daxil olmuş məlumatı əsasında hadisə yerinə getmişdir. Hadisə yerinə çatanda göy rəngli “VAZ-2121” markalı avtomobilin yolun ortasında dayandığını, göy rəngli “VAZ-2107” markalı avtomobilin isə Bərdə şəhəri istiqamətində Topağacı restoranını keçdikdən sonra yolun sağında, transformatorun yaxınlığında, çökəkliyin içərisinə düşdüyünü görmüşdür. Həmin vaxt hadisənin baş verdiyi yolun Ağdam rayonu istiqamətində, sağ hissəsində təmir işləri getdiyindən yolun sol hissəsi müvəqqəti istifadəyə verilmişdir. Hadisə yerinə çatdıqdan sonra müstəntiqə məlumat vermiş, müstəntiq Ceyhun müəllim hadisə yerinə baxış keçirmişdir. Məhkəmədə tədqiq edilən yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, hadisə yeri Yevlax-Ağdam-Laçın magistral yolunun Şirvanlı kəndindən keçən hissəsinin 33-cü kilometrliyində baş vermişdir. Məhkəmədə tədqiq edilən “diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, yol nəqliyyat hadisəsinin qeydə alındığı birinci görüntü 01 dəqiqə 45 saniyə, ikinci görüntü isə 02 dəqiqə 12 saniyə müddətə davam edir. Birinci görüntünün 01 dəqiqə 09 saniyəsində Yelvax-Ağdam-Laçın magistral yolunun Bərdə rayonu, Şirvanlı kəndinə düşən hissəsinin 33-cü kilometrliyində Bərdə şəhərindən Ağdam rayonu istiqamətində hərəkətdə olan X7 idarə etdiyi “VAZ-2121” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil onunla eyni istiqamətdə hərəkətdə olan X4 idarə etdiyi “Toyota Land-Cruiser-Prado” markalı, “**-OC-***” dövlət qeydiyyat nişanlı avtomobili ötmək üçün qarşı yola çıxır, qarşıdan əks istiqamətdə hərəkətə olan naməlum avtomobil ilə “Toyota Land-Cruiser-Prado” markalı avtomobilin arasından keçən zaman sonuncu avtomobilin sağ tərəfinə dəyərək idarə etməni itirir və qarşıdan gələn, yəni Ağdam rayonundan Bərdə şəhəri istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “VAZ-2107” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşur. Məhkəmədə tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 17 nömrəli rəyindən görünür ki, X1 meyitinin bədənində aşağıdakı xəsarətlər - başın sağ gicgah nahiyəsində əzilmiş yarası, kəllə qapağı və kəllə əsası sümüklərinin sınığı, başbeyin toxumasına, qişalarına, mədəciklərinə qansızmalar. əng. çənə sümüklərinin qapalı sınığı, sol bazu sümüyünün açıq sınığı, sol bazu, sol əl, sol saidin aşağı 1/3-i ilə dirsək oynağı və sol bazunun aşağı 1/3-nin arxa-bayır səthlərinin əzilmiş yaraları, sağ bazu, sağ dirsək oynağının və sağ saidin yuxarı 1/3-nin bayır səthlərinin, sağ əl, sol bud, sağ diz oynağı nahiyələrinin sıyrıqlan vardır. Həmin xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə - yəni yol-nəqliyyat hadisəsi zamanı-qərarın təsviri hissəsində göstərilən şəraitdə törənə bilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ölümlə nəticələnən sağlamlığa ağır zərər vurmaya aiddirlər. X1 ölümünə səbəb başın küt travması nəticəsində kəllə sümüklərinin sınıqları ilə başın beyin toxumasına, qişalarına, mədəciklərinə qansızmalar olmuşdur. X1 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun meyidinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 2-4 saat olar baş vermişdir. X2 ölümündən əvvəl spirtli içki qəbul etməmişdir. Məhkəmədə tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 575a nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət-sol tərəfli İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ qabırğaların yerdəyişmiş sınıqları, sol bazunun orta-yuxarı 1/3-nin arxa-bayır səthinin, sol saidin arxa səthinin bütün səthi boyu sıyrıqları, qarının ön səthinin sol yarısının qançırı, sol əlin arxa səthinin səthi əzilmiş yaraları küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat toqquşma hadisəsi zamanı minik avtomobilinin salonunda olarkən sürücü kimi olmaqla törənə bilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Məhkəmədə tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 745 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - politravma, sidik kisəsinin travmatik cırılması, hər iki oturaq, qasıq sümüklərinin yerini dəyişmiş qəlpəli sınıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı törənə bilər, müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 8/2259 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, VAZ-2121 markalı 10BU948 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuz olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VAZ-2121 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuz olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VAZ-2121 markalı avtomobili yaşayış məntəqəsində 60 km/saatdan artıq, yəni 90-100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuz olmuşdur. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/6447 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən avtomobillərin normal vəziyyətdə 2022-ci ilin iyul ayına olan orta bazar qiymətləri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən olunur: 2015-ci il buraxılışlı, “Vaz 21214 minik” markalı, ** BU *** qeydiyyat nişanlı avtomobil – 11000,0 manat, 2012-ci buraxılışlı, “X36 Prado” markalı ** OC *** qeydiyyat nişanlı avtomobil – 46500,0 manat, 2009-cu il buraxılışlı, “Vaz 21074” markalı ** FE *** qeydiyyat nişanlı avtomobil –6500,0 manat. Məhkəmədə tədqiq edilən kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 583/198 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək, hərəkətlərinə cavab vermək, onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərini xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs baş vermiş hadisə zamanı adi, hadisədən sonra isə həyəcanlı psixi-emosional vəziyyətdə olmuşdur, təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyilli deyildir. Təqsirləndirilən şəxs özündən uydurmağa, simulyativ və ya dissimulyativ hərəkətlər etməyə meyilli deyildir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Məhkəmədə tədqiq edilın məhkəmə-tibbi ekspertizasının 16 sentyabr 2022-ci il tarixli 639 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - travmatik pnevmotoraks, sol əlin ovuc səthinin və qarının sol yan səthinin sıyrıqları küt əşyanın (əşyaların), sağ çiyin qurşağının üst səthinin, hər iki baldırın arxa səthinin çapıq toxumaları yüksək hərarətin təsirindən törnmişlər, yolnəqliyyat hadisəsi zamanı sürücü kimi olmaqla törənə bilərdilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Məhkəmədə tədqiq edilən “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 916 nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından və xx.xx.2022-ci il tarixli maddi sübutların ekspertizasına dair 2719/K nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuş, sonuncudan götürülmüş qan nümunəsində etil spirti aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2022-ci il tarixli “ilkin qiymətləndirmə” aktından görünür ki, “Toyota Land-Cruiser-Prado” markalı, “**-OC-***” dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 350 (üç yüz əlli) manat zərər dəymişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2022-ci il tarixli “ilkin qiymətləndirmə” aktından görünür ki, “VAZ-21214” markalı, “**-BU-***” dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 8044 (səkkiz min qırx dörd) manat zərər dəymişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2022-ci il tarixli “ilkin qiymətləndirmə” aktından görünür ki, “VAZ-21074” markalı, “**-FE-***” dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 6221 (altı min iki yüz iyirmi bir) manat zərər dəymişdir. Məhkəmədə tədqiq edilən Bərdə rayon İHB-nın Əmirli kənd İƏD-si üzrə nümayəndəliyinin və Yevlax rayon DYMH-nin xasiyyətnamələrindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış və iş yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X38 İdarəsinin 03 avqust 2022-ci il tarixli 309-2157-1222 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına DİN-nin MİS-də olan məlumata əsasən sürücülük vəsiqəsi qeydiyyatda yoxdur. Məhkəmədə tədqiq edilən Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(021)-128/2022 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 02 (iki) ay müddətinə “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilən Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(104)-117/2022 nömrəli qərarının surətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(021)-128/2022 nömrəli qərarı ləğv edilmiş və Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 21 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən xx.xx.2022-ci il tarixli, 503 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs X39 Dispanserində dispanser müşahidəsində deyil. Məhkəmədə tədqiq edilən Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası Publik Hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 7042 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmayıb. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilən zərəçəkmiş şəxsin hüquqi varisi X10 xx.xx.2022-ci il tarixli, Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizələrindən və Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Məhkəmədə tədqiq edilən xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, hadisə yerindəki qanabənzər ləkələrdən götürülmüş tampon nümunələri maddi sübut qismində tanınaraq saxlanması üçün Bərdə rayon prokurorluğuna təhvil verilmiş, baş vermiş yol-nəqliyyat hadisəsinin görüntüsünü ğzündə əks etdiən 01 ədəd “DVD” disk cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124–136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətdiyindən onun əməli cinayət təqibi orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2013-cü tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» özünün 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 17-ci bəndində məhkəmələrə tövsiyyə etmişdir ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması həm CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş, həm də bu maddələrdə nəzərdə tutulmamış (məsələn, şəxsin sağlamlığına yüngül zərər vurulması, yaxud da onun əmlakının zədələnməsi və ya məhv edilməsi) nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına fiziki, əmlaklarına isə maddi zərər vurulmuş bütün şəxslər zərər çəkmiş şəxs qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-nin 87-ci maddəsində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikasının CM-nın 59.1.12ci, səmimi etirafını, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını isə həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Həmçinin, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi və zərəçəkmiş şəxslərlə barışmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən, yəni 6 ildən artıq ola bilməz. Məhkəmə tərkibi yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, eləcə də Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddələrinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayət işinin materillarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(021)-128/2022 nömrəli qərarı xx.xx.2022-ci il tarixdən hesablanmaqla 02 (iki) ay müddətinə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(104)-117/2022 nömrəli qərarı ilə Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(021)-128/2022 nömrəli qərarı ləğv edilərək barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 21 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Ona görə də, Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı 21 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsində ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasının aşağı həddində təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. İş üzrə maddi sübut olan baş vermiş yol-nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən bir ədəd DVD diskin iş materiallarına əlavə edilməsi nəzərə alınmalı, İş üzrə maddi sübut qismində tanınıb Bərdə rayon Prokurorluğunda saxlanılan hadisə yerindəki qanabənzər ləkələrdən götürülmüş tampon nümunələri məhv edilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 128 manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin, cinayət işinə əlavə edilmiş hesabatdan görünür ki, Gəncə 1 Saylı Vəkil Bürosunun vəkili X9 təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmə istintaqında 24 iş saatı həcmində dövlət hesabına həyata keçirmişdir. Ona görə də məhkəmə hesab edir ki, göstərilən hüquqi yardımla əlaqədar 144 manat dövlət hesabından tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 21 sentyabr 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə həmin cəzanın icrası əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlansın. İş üzrə maddi sübut qismində tanınıb Bərdə rayon Prokurorluğunda saxlanılan hadisə yerindəki qanabənzər ləkələrdən götürülmüş tampon nümunələri məhv edilsin, baş vermiş yol-nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirənbir ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılıması nəzərə alınsın. İş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 128 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə istintaqında Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili X9 həyata keçirdiyindən 144 manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-470/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-470/2022
12.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver