Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-470/2025 31.07.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri X4 (sədrlik edən), Müslümov Bəhruz Firizman oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, Quliyev Cahandar Elmar oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs oğlunun, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Lerik rayonu, Mastayıl kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Lerik rayonu, Mastayıl kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətməsi barədə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən etdi: Təqsirləndirilən şəxs 22 noyabr 2024-cü il tarixdə, saat 12:30 radələrində özünə məxsus “Vaz-2107” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə qeyri-rəsmi ər-arvad münasibətində olduğu xx.xx.1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs sonuncunun işlədiyi Goranboy rayonu, Goran qəsəbəsində yerləşən “Elnur” çay evinə aparan zaman yolda aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə səbəbindən Goranboy rayonu, Nərimanlı kəndinin ərazisində avtomobili yolun kənarına çəkərək saxlamış, aralarındakı mübahisə gərginləşdiyi üçün Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gələrək öz niyyətini həyata keçirmək məqsədilə avtomobilin qolaltı saxlanc yerində saxladığı soyuq silah hesab edilməyən mətbəx bıçağını götürərək Zərərçəkmiş şəxs baş və kürək nahiyələrindən qəsdən çoxsaylı zərbələr vurub sonuncunun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən başın çoxsaylı açıq yaraları, döş qəfəsinin arxa divarının açıq yarası, beldən aşağı hissənin açıq yaraları xəsarətlərini yetirmiş, sonuncu avtomobildən düşərək yolun kənarında olan torpaq sahəsinə qaçan zaman avtomobili arxasınca hərəkət etdirib öz cinayətkar niyyətini sona çatdırmaq üçün müstəsna dərəcədə qəddarlıq göstərərək, xüsusi amansızlıq nümayiş etdirməklə aşkar surətdə zərərçəkmiş şəxsə xüsusi əzab və şiddətli ağrılar verdiyini dərk edib, bunu arzulayaraq Zərərçəkmiş şəxs qəsdən vurararaq sonuncunun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən onurğanın döş şöbəsinin çoxsaylı sınığı, boyun fəqərələrinin çoxsaylı sınıqları, bazunun açıq yarası xəsarətlərini yetirmiş, sonuncu çağırılan təcili tibbi yardım avtomobili ilə Goranboy rayon mərkəzi xəstəxanasına çatdırılmaqla vaxtında göstərilmiş ixtisaslı tibbi yardım nəticəsində həyatı xilas edildiyindən, öz iradəsindən asılı olmayan səbəblərdən niyyətini həyata keçirə bilməyərək, Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, hadisəni zamanı nə baş verdiyini və hansı əməli törətdiyini tam olaraq xatırlamır. Hazırda müalicə olunmaq istədiyini məhkməyə bildirdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Samirlə hadisədən 6-7 ay əvvəl tanış olmuş və sevgi münasibətləri yaranmışdır. Tanış olandan 1-2 ay sonra Samir fikrinin ciddi olduğunu, onunla evlənmək istədiyini bildirmiş, o da evlənmək istəmədiyimi, onunla sadəcə dost kimi münasibət qura biləcəyimi demişdir. Bundan sonra Samir ondan ayrılsa öldürəcəyini deyib hədələməyə başlamış və buna gör tez-tez mübahisə etmişlər. Bir müddət sonra o, Samirlə münasibəti kəsmişdir. Hadisədən bir gün əvvəl Orxan adlı tanışı ilə yeni aldığı evinə baxmağa gedəndə Samir binanın həyətinə gedib siqnal vermiş, avtomobillə irəligedir gedib-gəlmişdir. Həmin gün Samir DİN-nin 102 xidmətinə zəng edib onun evində kirayədə qaldığını, evdə olan paltarlarını özünə vermədiyini deyib şikayət etmişdir. Ertəsi gün Ehtiram adlı polis əməkdaşı ona zəng edib Samirin şikayət etdiyini, polis şöbəsinə gedib izahat verməli olduğunu demişdir. Bundan bir qədər sonra da Samir zəng edib onunla sonuncu dəfə görüşüb danışmaq istədiyini demiş, o da danışmaq istəmədiyimi deyib görüşməkdən imtina etmişdir. Samir içkili olub ondan şikayət etdiyni, birlikdə polis şöbəsinə gedib izahat verməyi təklif etmiş, o da razılaşmışdır. Samirin avtomobili birlikdə polis şöbəsinə gedib izahat verib qayıtmışlar. Yolda Samir ona çox yalan danışdığını deyib ağlayaraq onu bağışlamasını istəmiş, o da onunla ciddi fikirlə münasibət qurmadığını bildirib uzaq durmasını demişdir. Bundan sonra Samir “demişdim axı məndən uzaqlaşsan səni öldürəcəm” deyə-deyə avtomobilin qolaltı saxlanc yerinə qoyduğu bıçağı çıxarmış, bir əli ilə sinəsindən tutaraq digər əlindəki bıçaqla əvvəlcə başından zərbə endirmiş, sonra başına 4 ədəd şırım çəkmiş, daha sonra boynuna, sol böyrünə və çiyninə zərbələr endirmişdir. Sonra bıçağı boğazıma dirəmiş, həmin vaxt bıçaq tərsinə dayandığı üçün boğazını kəsməmişdir. Güclə Samiri kənara itələyib avtomobildən düşüb 20 metr qaçmış, qarşıdan gələn avtomobilin qarşısını kəsib ona köməklik etməsini istəmiş, lakin sürücü ona baxıb çıxıb getmişdir. Həmin vaxt Samir də avtomobillə onu arxadan vurub yoldan kənara atmışdır. Məhkəmə istintaqı zamanı anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Samir 5 yaşı olanda həyətdə yıxılmış və başı daşa dəymişdir. Bundan sonra onda tez-tez qıcolmalar baş vermiş, sudurqa keçirmişdir. Bir müddət sonra evdən qaçmağa başlamış, adını çəkəndə cavab verməmiş, özünü idarə edə bilməmişdir. Dəfələrlə Lənkəran, Lerik rayonlarında və Respublika Psixiatriya Xəstəxanasında müalicə olunmuşdur. Samir dərman qəbul etdiyi müddətdə yaxşı olmuş, dərman qəbul etmədikdə isə qeyri-adekvat hərəkətlər etmişdir. Maddi imkanı olmadığından uzun müddətdir ki, onu müalicə etdirə bilməmişdir. Hadisəyə qədər onun Samirin Gözəl adlı qadınla münasibətinin olduğundan xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə DİN-nin 102 xidmətindən Goranboy RPŞ-nin növbətçi hissəsinə Samir adlı şəxsin Goranboy şəhərində kirayə qaldığı evdən çıxmasına baxmayaraq ev sahibinin ona məxsus əşyaları verməməsi, həmçinin həmin evdə əxlaqsız yuva təşkil olunması ilə bağlı şikayət etməsi barədə məlumat daxil olmuşdur. O, həmin gün əməliyyat istintaq qrupu ilə birgə həmin ünvana gedərək Samirdən ərizə almış və izahat verməsi üçün sabah polis şöbəsinə gəlməsini bildirmişdir. Ertəsi gün təxminən saat 11 radələrində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs birlikdə polis şöbəsinə gəlib izahat vermişlər, Samir şikayətini geri götürdüyünü bildirib bununla bağlı ərizə yazmışdır. Bundan sonra Samirlə Gözəl birlikdə deyib gülə-gülə çıxıb getmişlər. Həmin gün saat 12:43-də Samir ona zəng edib Gözəli avtomobillə vurduğunu, onun öldüyünü fikirləşdiyini bildirmişdir. Ondan olduğu yerin ünvanını soruşmuş və dərahal avtomobillə hadisə yerinə getmişdir. Yolda təcili tibbi yardım xidmətinə zəng edib məlumat vermişdir. Hadisə yerinə çatandana Gözəlin yolun kənarında, torpaq hissədə uzandığını görmüş və Samir onu təkcə avtomobillə vurmadığını, həm də bıçaqla vurduğunu başa düşmüşdür. Sonra hadisə yerinə gəlmiş Təcili tibbi yardım avtomobili ilə Gözəli xəstəxanaya aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 2024-cü ilin noyabr ayında Zərərçəkmiş şəxs ona zəng edib yeni ev aldığını, orada kirayə qalması üçün şəxs axtardığını deyib kirayə qalmaq istəyən olsa ona xəbər verməsini xahiş etmişdir. Həmin gün saat 11 radələrində tanışı Pərvizlə birlikdə onun idarə etdiyi avtomobillə Gözəlin işlədiyi yerə gedib işlədiyi yerin qarşısında ona zəng edib gəldiyini bildirmiş, Gözəl də içəri daxil olmamasını, özünün də çıxdığını deyib onu evinə aparmasını xahiş etmiş. O, razılaşıb Gözəli evinə aparmış və evin şəkillərini çəkmək üçün onunla birlikdə evə daxil olmuşdur. Eyvana çıxanda ağ rəngli VAZ-2107 markalı avtomobilin həyətdə siqnal verib irəli getdiyini görmüşdür. Gözəldən həmin şəxsin kim olduğunu soruşanda tanışı olduğunu, onunla qarşılaşmamaq üçün bir qədər gözləyib sonra getməsini demiş, o da 10-15 dəqiqə evdə gözləyib, həmin şəxs gedəndən sonra çıxıb getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 şahid X5 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ona məxsus çay evində işləmiş, Təqsirləndirilən şəxs da 1 ildən artıqdır ki, tanıyır. Samir də müştəri kimi çay evinə gəlib-getmi və onun Zərərçəkmiş şəxs ilə onların sevgi münasibətləri yaranmışdır. Samiri tanıdığı müddətdə heç vaxt onun qeyri-adekvat davranışnın şahidi olmamışdır. Onun psixoloji problemləri olması ilə bağlı hadisədən sonra qardaşı Aqildən eşitmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 PHŞ-nin canlı şəxsin ekspertizasına dair xx.xx.2024-cü il tarixli, 702 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət – sol əlin kəsilmiş yarası, kəsici alətin (lərin), o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni, xx.xx.2024-cü il tarixində bıçaqla yetirilmə zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 PHŞ-nin canlı şəxsin ekspertizasına dair xx.xx.2024-cü il tarixli, 755 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər- a) başın çoxsaylı açıq yaraları, döş qəfəsinin arxa divarının açıq yarası, beldən aşağı hissənin açıq yaraları kəsici-deşici alətin təsirindən, o cümlədən kənar şəxs tərəfindən bıçaqla yetirilmə zamanı əmələ gələ bilərdi;b) onurğanın döş şöbəsinin çoxsaylı sınığı boyun fəqərələrinin çoxsaylı sınıqları, bazunun açıq yarası isə bərk küt əşyanın(ların), o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şəraitdə avtomaşınla vurulma zamanı əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş yuxarıda qeyd olunan xəsarətlərin əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixə, yəni, xx.xx.2024-cü il tarixə uyğun gələ bilər, istər birlikdə, istər ayrılıqda götürdükdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-lifli ekspertizasına dair xx.xx.2024-cü il tarixli, 6/5365 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən jaketin səthi üzərindən aşkar edilmiş tünd boz rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən idman köynəyinin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş qara rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən jaketin tərkib liflərinə uyğun gəlirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3/1894, 3/1895 nömrəli Kompleks məhkəmə-trasoloji, soyuq silah ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd bıçaq-zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs....” yazı qeydləri olan bağlamadan aşkar edilmiş gödəkcənin, köynəyin səthində yerləşmə yeri, sayı göstərilməklə rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş gödəkcənin, köynəyin səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan bir ədəd predmetin, (bıçaq) təsiri nəticəsində yaranmağa xarakterik deşilib-kəsilmə zədələridir. Belə predmetə tiyəsi (tiyənin ölçüləri əsasında) həmin xassəyə malik olan bıçaqlar da aiddir. Ümumi əlamətlərinə əsasən gödəkcənin, köynəyin səthində olan zədələrin tədqiqata təqdim edilmiş bir ədəd bıçağın da təsirindən yaranması mümkündür. Lakin təqdim edilmiş gödəkcənin, köynəyin səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş gödəkcənin, köynəyin material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyalarının səthində olan deşilibkəsilmə zədələrinin yaranma mexanizmini təyin etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs....” yazı qeydləri olan bağlamadan aşkar edilmiş büstqalterin, üzərində “Təqsirləndirilən şəxs.....” yazı qeydləri olan bağlamadan aşkar edilmiş idman gödəkcəsinin, köynəyin, şalvarın səthində trasoloji zədə yoxdur. Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ-nin maddi sübutların ekspertizasına dair xx.xx.2025-ci il tarixli, 06 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən B(İİİ) Rh-dir. Təqsirləndirilən şəxs qan qrupu şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən O(İ) Rh+dir. Təqdim olunmuş bir ədəd bıçaq üzərində qan aşkar olunmadı. Təqdim olunmuş hadisə yerindən götürülmüş dörd ədəd tamponlar üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi B(İİİ) alfa olduğundan Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus bir ədəd idman şalvarı üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi B(İİİ) alfa olduğundan Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus paltarlar (bir ədəd kofta, bir ədəd busqalter, bir ədəd uzunqol gödəkcə) üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi B(İİİ) alfa olduğundan zərərçəkmiş şəxsin özünə məxsus ola bilər. Təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus bir ədəd uzunqol kofta, bir ədəd uzunqol idman gödəkcəsi üzərində qan aşkar olunmadı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi PHŞ-nin stasionar məhkəmə-psixiatrik ekspertizasına dair xx.xx.2025-ci il tarixli, 16 saylı rəyindən görünür ki, ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən “Şizoid şəxsiyyət pozuntusu”ndan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman onun əziyyət çəkdiyi şizoid şəxsiyyət pozuntusunun gedişində dekompensasiya vəziyyəti olduğundan o, həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə münasibətdə anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən şizoid tip şəxsiyyət pozuntusunun gedişində dekompensasiya vəziyyəti hal-hazırda da davam edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən və hal-hazırkı psixi vəziyyətinə görə özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etdiyindən onun stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyənləşir. Odur ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs onda müəyyən edilən şəxsiyyət pozuntusuna xas olan kinlilik, şübhəlilik, özünəqapalılıq, hiss və həyəcanlarını ifadə etməkdə çətinlik çəkmək, emosional qeyri-sabitlik, ünsiyyətə daxil olmaqda çətinlik və s. kimi əlamətlər müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik, qəzəb yaranmışdır. Həmin halın yaranması onda müəyyən edilən psixi pozuntu ilə şərtləşmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan, yəni affekt vəziyyətində olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi PHŞ-nin stasionar məhkəmə-psixiatrik ekspertizasına dair xx.xx.2025-ci il tarixli, 59 saylı təkrar kompleks stasionar məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı stasionar məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: - Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən “Şizoid şəxsiyyət pozuntusu”ndan əziyyət çəkdiyi müəyyən edilir. -Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən əziyyət çəkdiyi “Şizoid şəxsiyyət pozuntusu” ifadə olunma dərəcəsinə görə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Onun stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əziyyət çəkdiyi şizoid şəxsiyyət pozuntusu hal-hazırda da onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum edir və Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə özü və ətrafdakılar üçün sosial təhlükə kəsb edir. Odur ki, onun stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyənləşir. Buna görə də, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərini müəyyən edərkən diqqətində dağınıqlıq (tez yayınıb, gec mərkəzləşməsi), təfəkkürünün autik xarakter daşıması, proqnozlaşdırma qabiliyyətinin zəifləməsi, tənqidi münasibətinin enməsi, hiss və həyəcanlarını açıqlaya bilməməsi, qeyri-adekvat fikirlər söyləməsi; psixi-emosional vəziyyətində əhval-ruhiyyə fonunun enməsi, narahatlıq, gərginlik maraq dairəsinin məhdud olması; şəxsi xüsusiyyətlərində kobudluq, təkliyə meyillilik, özünə qapalılıq, kinlilik, şübhəlilik, pedantizm, ünsiyyətə meyilli olmamaq müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik, qəzəb yaranmışdır. Həmin halın yaranması onda müəyyən edilən psixi pozuntu ilə şərtləşmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan, yəni affekt vəziyyətində olmamışdır. Goranboy rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(045)-23/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayət prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Lerik rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 18-1-59/2-424/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən “Şizoid tipli şəxsiyyət pozuntusu” diaqnozu ilə Lerik RMX-nin poliklinika şöbəsində dispanser qeydiyyatında durur. “Baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd tünd göy rəngli dəst idman şalvarı və idman gödəkçəsi, 01 ədəd boz rəngli yumruboğaz kofta götürülmüşdür. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları əyani şəkildə göstərərək təsdiq etmişdir. “Götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd qara rəngli, papaqlı, yun materialdan olan gödəkçə, 01 ədəd sarı rəngli kofta, 01 ədəd bənövşəyi rənli busqalter götürülmüşdür. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Goranboy rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(045)-63/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Lerik rayonu Livədirqə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Goranboy rayonu, Nərimanlı kəndi ərazisi, Goranboy rayonundan Goran qəsəbəsi istiqamətində gedən yolun kənarında baş vermişdir. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, hadisə yerindən götürülmüş 1 ədəd qara dəstəyi olan mətbəx bıçaq, Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Redmi” markalı mobil telefon, Təqsirləndirilən şəxs idarə etdiyi Vaz- 2107 markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 1 ədəd tünd göy rəngli dəst idman şalvarı və idman gödəkçəsi, 1 ədəd boz rəngli yumruboğaz kofta, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd qara rəngli, papaqlı, yun materialdan olan gödəkçə, 1 ədəd sarı rəngli kofta, 1 ədəd bənövşəyi rəngli busqalter maddi sübut kimi tanınmış və Vaz-2107 markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil Goranboy RPŞ-nin cərimə meydançasında, digər maddi sübutlar isə Goranboy rayon prokurorluğunun «Maddi sübutları saxlama otağı»nda saxlanılmışdır. Əməlin tövsifi və digər hüquqi məsələlər: Məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs özünə məxsus “Vaz-2107” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə qeyri-rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs sonuncunun işlədiyi Goranboy rayonu, Goran qəsəbəsində yerləşən “Elnur” çay evinə aparan zaman yolda aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə səbəbindən Goranboy rayonu, Nərimanlı kəndinin ərazisində avtomobili yolun kənarına çəkərək saxlayıb, aralarındakı mübahisə gərginləşdiyi üçün Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gələrək öz niyyətini həyata keçirmək məqsədilə avtomobilin qolaltı saxlanc yerində saxladığı mətbəx bıçağını götürərək Zərərçəkmiş şəxs baş və kürək nahiyələrindən qəsdən çoxsaylı zərbələr vurub sonuncunun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən başın çoxsaylı açıq yaraları, döş qəfəsinin arxa divarının açıq yarası, beldən aşağı hissənin açıq yaraları xəsarətlərini yetirmiş, sonuncu avtomobildən düşərək yolun kənarında olan torpaq sahəsinə qaçan zaman avtomobili arxasınca hərəkət etdirib öz cinayətkar niyyətini sona çatdırmaq üçün müstəsna dərəcədə qəddarlıq göstərərək, xüsusi amansızlıq nümayiş etdirməklə aşkar surətdə zərərçəkmiş şəxsə xüsusi əzab və şiddətli ağrılar verdiyini dərk edib, bunu arzulayaraq Zərərçəkmiş şəxs qəsdən vurararaq sonuncunun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən onurğanın döş şöbəsinin çoxsaylı sınığı, boyun fəqərələrinin çoxsaylı sınıqları, bazunun açıq yarası xəsarətlərini yetirmiş, sonuncu çağırılan təcili tibbi yardım avtomobili ilə Goranboy rayon mərkəzi xəstəxanasına çatdırılmaqla vaxtında göstərilmiş ixtisaslı tibbi yardım nəticəsində həyatı xilas edildiyindən, öz iradəsindən asılı olmayan səbəblərdən niyyətini həyata keçirə bilməyərək, Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etməklə Azərbaycan Respublikasının CM-nin 29, 120.2.4-cü maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətmişdir. Bu hal iş üzrə dindirilmiş təqsirləndirilən və zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan təkzib edilməz digər sübutlarla da tam təsdiq olunmuşdur. Beləliklə məhkəmə törədilmiş cinayətin bütün hallarının məcmusunu əsas tutmaqla və xüsusilə cinayətin üsulu və alətini, yetirilən xəsarətlərin xarakterini, sayını, yerləşməsini, təqsirkarın şəxsiyyətini, onun zərərçəkmiş şəxslə qarşılıqlı münasibətini, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışını tədqiq etməklə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Həmin qərarın 3-cü bəndində isə göstərilmişdir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin qərarın 8-ci bəndində göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi PHŞ-nin stasionar məhkəmə-psixiatrik ekspertizasına dair xx.xx.2025-ci il tarixli, 16 saylı və xx.xx.2025-ci il tarixli, 59 saylı təkrar kompleks stasionar məhkəmə-tibbi ekspertizasının rəylərindən görünür ki, Yoxlanılan şəxs X2 qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən “Şizoid şəxsiyyət pozuntusu”ndan əziyyət çəkdiyi müəyyən edilməklə, təqsirləndirildiyi cinayət əməlini törədərkən əziyyət çəkdiyi “Şizoid şəxsiyyət pozuntusu” ifadə olunma dərəcəsinə görə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi şizoid şəxsiyyət pozuntusu hal-hazırda da onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum edir və Təqsirləndirilən şəxs halhazırkı psixi vəziyyətinə görə özü və ətrafdakılar üçün sosial təhlükə kəsb edir. Odur ki, onun stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyənləşir. Buna görə də, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Məhkəmə tərkibi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29, 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən və onun əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşdüyündən, o, cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikasının CM-nin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8 noyabr 2012-ci il tarixli 8 nömrəli Qərarının (20 fevral 2023-cü il tarixdə edilmiş düzəlişlərlə) 14-cü bəndində göstərilmişdir ki, Cinayət qanununda nəzərdə tutulmuş əməlin şəxs tərəfindən anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirildikdə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi əsasları müəyyən edildikdə məhkəmə CM-nin 21.1-ci maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edir. Bu zaman qərarın təsviri hissəsində məhkəmə tərəfindən tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmiş şəxsin törətdiyi əməlin halları, əməllərinə hüquqi qiymət verilməsi və qəbul edilmiş qərarın motivləri, nəticə hissəsində isə şəxsin cinayət məsuliyyətindən azad edilməsi və ona tətbiq edilən tibbi xarakterli məcburi tədbirin növü, habelə maddi sübutların taleyinin həlli göstərilməlidir. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. 93.1-1.1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 95.0.3-cü maddəsinə əsasən məhkəmə psixi pozuntusu olan şəxslərə ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə tədbirləri təyin edə bilər. Beləliklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29, 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən və onun əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşdüyündən, o, cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikasının CM-nin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin: 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 198.2-ci maddəsinə əsasən məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə yuxarıda qeyd edilən qanunun tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs cinayəti törədərkən və hazırda anlaqsız olmasını nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsinin onun üzərinə qoyulması məqsədə müvafiq deyildir. Odur ki iş üzrə məhkəmə məsrəfi hesab olunan 282,16 (iki yüz səksən iki manat on altı qəpik) manat məbləğində ekspertiza xərci dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa İş üzrə maddi sübut kimi tanınıb Goranboy rayon prokurorluğunun «Maddi sübutları saxlama otağı»nda saxlanılan hadisə yerindən götürülmüş 1 ədəd qara dəstəyi olan mətbəx bıçağı məhv edilməli, Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Redmi” markalı mobil telefon özünə qaytarılmalı, hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli, papaqlı, yun materialdan olan gödəkçə, 1 ədəd sarı rəngli kofta, 1 ədəd bənövşəyi rəngli busqalter özünə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 1 ədəd tünd göy rəngli dəst idman şalvarı və idman gödəkçəsi, 1 ədəd boz rəngli yumruboğaz kofta yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Goranboy RPŞ-nin cərimə meydançasında saxlanılan Təqsirləndirilən şəxs məxsus Vaz-2107 markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni nümayəndəsinə qaytarılmalıdır. Bundan əlavə, məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası CM-nin 29, 120.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxsə vəkil Müdafiəçi 10 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxsə göstərilmiş cəmi 10 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə Reginal Vəkil Bürosunun hesabına 110 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-348, 470 və 477-ci maddəsini rəhbər tutaraq, məhkəmə, Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad edilsin və barəsində Azərbaycan Respublikasının CM-nin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. Təqsirləndirilən şəxs tibbi xarakterli məcburi tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya xəstəxanasında həyata keçirilsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya xəstəxanasına və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2 saylı istintaq təcridxanasına tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri (“xəstəni xüsusi tibb müəssisəsinə (psixatriya stasionarına) yerləşdirmək” növündə təhlükəsizlik tədbiri) qərar qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi hesab olunan 282,16 (iki yüz səksən iki manat on altı qəpik) manat məbləğində ekspertiza xərci dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə Reginal Vəkil Bürosunun hesabına 110 manat məbləğində pul köçürülsün. İş üzrə maddi sübut kimi tanınıb Goranboy rayon prokurorluğunun «Maddi sübutları saxlama otağı»nda saxlanılan hadisə yerindən götürülmüş 1 ədəd qara dəstəyi olan mətbəx bıçağı məhv edilsin, Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Redmi” markalı mobil telefon özünə qaytarılsın, hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli, papaqlı, yun materialdan olan gödəkçə, 1 ədəd sarı rəngli kofta, 1 ədəd bənövşəyi rəngli busqalter özünə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Təqsirləndirilən şəxs məxsus 1 ədəd tünd göy rəngli dəst idman şalvarı və idman gödəkçəsi, 1 ədəd boz rəngli yumruboğaz kofta yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Goranboy RPŞ-nin cərimə meydançasında saxlanılan Təqsirləndirilən şəxs məxsus Vaz- 2107 markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni nümayəndəsinə qaytarılsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-470/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-470/2025
31.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver