Məhkəmə qərarları › İş №1(100)-472/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-472/2022

27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-472/2022 27.12.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və X3 ibarət tərkibdə Məhkəmə iclasının katibi: X15 oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş və məhkumluğu ödənilmiş, işsiz, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədilə qanunsuz olaraq Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarında, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanuna əsasən külli miqdar hesab edilən təmiz çəkisi 3,999 qram psixotrop maddə olan metamfetamin əldə edərək üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 21:05-də Qazax rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində yaşadığı Qazax şəhəri, Bakı küçəsi, 1-ci döngədə yerləşən 2 nömrəli fərdi yaşayış evinin qarşısında saxlanılaraq Qazax şəhəri, H.Əliyev prospekti 165A nömrəli ünvanda yerləşən Qazax rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və həmin gün saat 21:45-dən 22:15-dək olan vaxt ərzində üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd ağ rəngli kağız bükümündə həmin çəkidə kustar üsulu ilə hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, 17 may 2022-ci il tarixdə saat 13 radələrində o, evdə yatan vaxt təxminən 20-30 nəfər polis əməkdaşları onun yaşadığı evə girmişlər. Polis əməkdaşları evə girdikdən sonra ondan narkotik vasitənin yerini deməyini tələb etmişlər. O, polis əməkdaşlarına onda narkotik vasitə olmadığını bildirdikdə polis əməkdaşları ona təyziq edib döyərək evi axtarmağa başlamışlar. Lakin evdən heç bir narkotik vasitə aşkarlanmadıqda onun əlini bağlayaraq polis şöbəsinə aparmışlar. Polis əməkdaşları onların evində olan zaman onun anası da evin həyətində olmuş və anası polislərə narazılıq etdikdə polis əməkdaşları anasına da təyziq etmişlər. Həmin gün saat 21 radələrində polis şöbəsində onun hər cibinə təxminən yarım kilo narkotik vasitə qoymuş, daha sonra həmin narkotik vasitəni götürüb yerinə 5 qram narkotik vasitə qoymuşlar. O, həmin narkotik vasitənin beş qram olmasını video çəkilişdə bilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı verilmiş suallara cavab olaraq polis əməkdaşları tərəfindən ona təyziqlər olunduğuna görə həmin narkotik vasitənin ona məxsus olmasını bildirdiyini göstərdi. Təqsirləndirilən şəxs məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, “Əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün məhkum olunmuşdur. Öz adına olan ***-***-**-** saylı mobil nömrə artıq 4 ildir ki, istifadəsindədir. Təxminən 2-3 il müddətdir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. Ona görə də psixotrop maddə olan metamfetamini yaxşı tanıyır. xx.xx.2022-ci il tarixdə günorta saatlarında şəxsi işləri ilə əlaqədar Qazax rayonu, Ağköynək kəndinə getmiş, işlərini yekunlaşdırdıqdan sonra Bakı– «Qırmızı körpü» avtomagistiral yolu ilə üzü Qazax şəhəri istiqamətə piyada hərəkət etməyə başlamışdır. Təxminən Ağköynək kənd qəbiristanlığının yaxınlığında gözünə şəffaf selofanın içərisində kağız büküm sataşmış, maraq ona güc gəldiyi üçün həmin selofanı götürmüş, cıraraq selofanın içərisindəki kağız bükümü açanda psixotrop maddə olan metamfetamin olduğunu görmüş və həmin maddənin istifadəçisi olduğu üçün psixotrop maddəni özünə götürmüşdür. Evə gəlib tapdığı psixotrop maddə olan metamfetaminin bir hissəsini evdə falqada yandıraraq istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə saat 20:50 radələrində ünvan 4 ünvanının qarşısına hava almaq üçün çıxmış və həmin vaxt psixotrop maddə olan metamfetamin onun üzərində olmuşdur. Bu zaman 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq Qazax RPŞ-nin əməkdaşları olduqlarını bildirmiş və onun qanunsuz olaraq psixotrop maddələr əldə edilməsi, daşınması, saxlanması və istehlakı ilə məşğul olması barədə məlumatları olduğunu bildirmişlər. Bununla əlaqədar o, polis əməkdaşları tərəfindən Qazax RPŞ-nə aparılmış, bu zaman o, polis əməkdaşlarına heç bir etiraz etməmiş və müqavimət göstərməmişdir. Polis şöbəsinin inzibati binasının birinci mərtəbəsində yerləşən təhqiqatçıların iş otaqlarından birinə daxil olmuşlar, təhqiqatçı tərəfindən o, şübhəli şəxs qismində tutulduğunu bildirərək hüquqları izah edilmiş və ona müdafiəçilərin siyahısı təqdim olunmuşdur. O, həmin siyahısından X2 və həmin müdafiəçi ilə təmin edilmişdir. Sonra video çəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, buna etiraz etməmiş, təhqiqatsçı tərəfindən onun və digər iştirakçılara hüquq vəzifələri izah edilmişdir. Təhqiqatçı tərəfindən ilkin olaraq ondan, üzərində qanun ilə daşınması qadağan olunmuş hər hansı bir əşya, narkotik vasitə, psixotrop maddə və yaxud onların prekursorları olubolmaması soruşulmuş, əgər varsa təqdim etməyi təklif edilmişdir. O, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən kağız bükümü təqdim edərək, həmin bükümdə psixotrop maddə olan metamfetamin olduğunu və onu Qazax şəhərində yerdən tapdığını, həmin psixotrop maddəni yalnız özü istifadə etmək üçün saxladığını bildirmişdir. Həmin kütlə şəfaf rəngli sellofanın içərsində ağ rəngli kristal formalı olmuşdur. Onun təqdim etdiyi kütlə elektron aptek tərəzisi vasitəsilə çəkilmiş və həmin kütlənin kağızla birlikdə çəkisinin 5,01 qram olması müəyyən edilmişdir. Həmin kütlə qablaşdırılmış, üzərinə polis şöbəsinin 64 nömrəli möhürü ilə möhürlənmişdir. Bundan sonra onun əynində olan geyim paltarları yoxlanılaraq üzərinə şəxsi axtarış aparılmışdır. Lakin onun üzərindən digər heç bir narkotik vasitə, o cümlədən qanun ilə daşınması qadağan olunmuş hər hansı bir əşya və yaxud predmet aşkar olunmamışdır. Bundan sonra o, müdafiəçi və iştirakçılar həmin qabılaşdırmanın üzərini və bu barədə tərtib edilmiş protokolun doğruluğunu imzaları ilə təsdiq etmişdir. Həmin psixotrop maddədən heç kəsə satmamış, verməmiş və gələcəkdə də bu və ya digər formada vermək fikri olmamışdır. Ekspert rəyində onun təqdim etdiyi kütlənin psixotrop maddə olan metamfetamin olması və təmiz çəkisinin 3,999 qram olması ilə razıdır” bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Qazax RPŞnin Cinayət axtarış bölməsində əməliyyat müvəkkili işləyir. O, əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün məhkum olunmuş Təqsirləndirilən şəxs yaxşı tanıyır. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması, üzərində saxlaması və satışı ilə məşğul olması ilə əlaqədar əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat barədə o, dərhal Qazax RPŞ-nin rəhbərliyinə raportla müraciət etmişdir. Rəhbərliyin tapşırığı əsasında o, əməliyyat axtaşı tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmiş, daha sonra əməliyyat qrupu yaradılmış və tədbirin keçirilməsi ilə əlaqədar təlimatlandırılmışlar. Keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin gün saat 21:05-də Təqsirləndirilən şəxs ünvan 4 ünvanın qarşısında müəyyən edilərək yaxalanmış, onun qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi, daşıması, üzərində saxlaması və satışı ilə məşğul olması barədə məlumatları olduğunu bildirərək, onu Qazax RPŞ-nə aparmışlar. Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və müqavimət göstərməmişdir. Baş təhqiqatçı Anar Hüseynov iş otağında video çəkiliş vasitəsi ilə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş və buna sonuncunun etirazı olmamışdır. Video çəkiliş KTQ-nun baş inspektor-kriminalisti Rahil Hüseynov tərəfindən həyata keçirilmiş, şəxsi axtarış keçirilən zaman ilkin olaraq baş təhqiqatçı Anar Hüseynov şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanun ilə daşınması qadağan olunmuş hər hansı bir əşya, predmet və yaxud narkotik vasitə olub-olmaması barədə soruşmuş və təhqiqata təqdim etməsi təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən, ağ rəngli kağıza bükülmüş 1 ədəd bükümü təqdim edərək bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu və həmin psixotrop maddə olan metamfetamini tutulduğu gündən bir gün əvvəl yoldan tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan geyim paltarları da yoxlanılmış və şəxsi axtarış zamanı başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilmiş və elektron aptek tərəzisi vasitəsilə çəkilmiş, kütlənin kağız bükümlə birlikdə təxminən çəkisi 5 qram olması müəyyən edilmiş və kütlə qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiklərini özünə aid hissədə təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanıyır, belə ki, o, Rövşənlə birlikdə 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. Bir müddətdir ki, narkotik vasitə və psixotrop maddə qəbul edir, çox vaxt Rövşənlə birlikdə narkotik vasitə qəbul etmişdir. Narkotik vasitə ilə bağlı onların arasında mesajlaşma olub, yəni Rövşən ona, o, isə Rövşənə narkotik vasitə ilə bağlı mesaj yazmışdır. Belə ki, ucuz narkotik vasitə olanda Rövşən ona bildirmiş, onlar da narkotik vasitəni alaraq bir yerdə qəbul etmişlər. Şahid3 məhkəmə iclasında verilən suallara cavab olaraq, o, Təqsirləndirilən şəxs özü üçün 20 manatlıq narkotik vasitə olan heroin və 10 manatlıq psixotrop maddə olan metamfetamin almadığını, sadəcə ibtidai istintaq zamanı ona təyziq edildiyi üçün ifadəsi o məzmunda yazıldığını bildirmişdir. Şahid3 oğlu məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, “..... O, "xxxx" MMC-dən daxil olmuş məlumatların qeyd olunduğu 01 ədəd diskə baxış zamanı xx-xx-2022 tarixdə saat 18:03:34 1.1.**********11 saylı mobil nömrədən 1.1.**********28 saylı mobil nömrəyə «Ayaz 30 dan yaxşı tema var lazımdırmı da de bilim» qeyd edilmiş mesaj barədə bildirmişdir ki, həmin mesajı ona Ayaz yazmışdır. Belə ki, həmin vaxt o, Rövşəndən yaşadığı evin qarşısında, yəni Qazax şəhəri, Bakı küçəsində 30 manatlıq narkotik vasitə olan heroin almışdır. Bundan başqa o, "xxxx" MMC-dən daxil olmuş məlumatların qeyd olunduğu 01 ədəd diskə baxış zamanı xx-xx-2022 tarixdə saat 20:17:01 1.1.**********11 saylı mobil nömrədən 1.1.**********93 saylı mobil nömrəyə «Ne lazımiydi qaqa pati yoxdu ha qaqa» qeyd edilmiş mətnində mesajı Rövşən yazdığını və yenə o, Qazax şəhəri, Bakı küçəsində Rövşəndən 10 manatlıq narkotik vasitə olan heroin almışdır. Bundan başqa, o, "xxxx" MMC-dən daxil olmuş məlumatların qeyd olunduğu 01 ədəd diskə baxış zamanı 10. xx-xx-2021-cı il tarixdə saat 14:35:31 **********28 saylı mobil nömrədən **********11 saylı mobil nömrəyə «Qaqa kolada lazimdi, yari aynada. Rowen gedir bu. Men nagarim. Meni yig bir. Tezol» qeyd olunmuş mesaj barədə bildirmişdir ki, həmin vaxt o, Rövşəndən özü üçün 20 manatlıq narkotik vasitə olan heroin və 10 manatlıq psixotrop maddə olan metamfetamin almışdır” Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs təxminən bir il müddətdir tanıyır. Belə ki, Rövşənlə münasibəti Rövşənin evində usta işlədiyi vaxtlardan yaranmışdır. Rövşənlə münasibət yaranandan sonra söhbət əsnasında Rövşənin narkotik vasitə istifadəçisi olmasını hiss etmiş və o da əvvəllər ara-ara narkotik vasitə istifadə etdiyi üçün Rövşənə narkotik vasitə olsa birlikdə alıb istifadə edə biləcəklərini bildirmişdir. Bundan sonra onlar birlikdə bir neçə dəfə narkotik vasitə alıb istifadə etmişlər. Şahid X6 məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, ..... Belə ki, o, dəfələrlə Rövşəndən psixotrop maddə olan metamfetamin almışdır. O, psixotrop maddə almaq istəyərkən ilk növbədə Təqsirləndirilən şəxs ********** saylı mobil nömrəsinə zəng edərək əlaqə saxlayıb razılaşmış, sonra isə Rövşənin yaşadığı evə gedərək sonuncunun özündən pul müqabilində psixotrop vasitə olan metamfetamin almışdır. O, "xxxx" MMC-dən daxil olmuş məlumatların qeyd olunduğu 1 ədəd diskə baxış zamanı xx-xx-2021 tarixdə saat 20:04:18 1.1.**********11 saylı mobil nömrədən 1.1.**********81 saylı mobil nömrəyə «ay qam artix var artix vur gelenndede yixa bilesen havax istesen gelib goture bilesen menim qaqam» mətnində mesaj barədə bildirmişdir ki, həmin mesajı ona Təqsirləndirilən şəxs göndərmişdir. O, Təqsirləndirilən şəxs aldığı metamfetaminə görə Rövşən ondan pulunu istəmiş, həmin vaxt o, Şəmkirdə işlədiyindən Rövşənə pul göndərə bilməmişdir. O, "xxxx" MMC-dən daxil olmuş məlumatların qeyd olunduğu 1 ədəd diskə baxış zamanı xx-xx-2022 tarixdə saat 20:23:02 1.1.**********11 saylı mobil nömrədən 1.1.**********81 saylı mobil nömrəyə «menim qaqam sen allah biraz tez imkan ele sen pulu vurardin kartima havax da desen verim qaqa» mətnində mesaj barədə bildirmişdir ki, o, Rövşənə məxsus karta pul göndərək ondan 20 manat müqabilində psixotrop maddə olan metamfetamin almışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ***-***-**-** saylı mobil nömrə təxminən 7 aydır ki, onun istifadəsindədir. Təqsirləndirilən şəxs 3 ildir ki, tanıyır. Belə ki, onunla tanışlığı məhz sonuncudan narkotik və psixotrop maddə alarkən yaranmışdır. O, adətən Təqsirləndirilən şəxs işlətdiyi ***-***-**-** saylı mobil nömrəyə zəng edərək danışıb razılaşdıqdan sonra sonuncunun yaşadığı Qazax şəhəri, Bakı küçəsindəki evə gedərək orada Təqsirləndirilən şəxs narkotik və ya psixotrop maddə pul müqabilində almışdır. "xxxx" MMC-dən daxil olmuş məlumatların qeyd olunduğu 1 ədəd diskə baxış zamanı aşkarlanmış xx-xx-2022 tarixdə saat 20:41:52 1.1. **********11 saylı mobil nömrədən 1.1.**********27 saylı mobil nömrəyə «totu.6.manat.vermeyibsen» qeyd olunmuş mesaj haqqında o, bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik alıb istifadə etmiş, lakin Rövşənə 6 manat borcu qalmış və Rövşən ondan öz pulunu istəmişdir. Bundan başqa o, "xxxx" MMC-dən daxil olmuş məlumatların qeyd olunduğu 1 ədəd diskə baxış zamanı xx-xx-2022 tarixdə saat 18:29:06 **********27 saylı mobil nömrədən **********11 saylı mobil nömrəyə “Aya gellimi 5 manatda duzeltdim 7di de vermisem bele eleme men sa pis olmamisam ma cavab de” mətnində mesaj haqqında bildirmişdir ki, o, həmin vaxt Rövşəndən 12 manata narkotik vasitə-heroin almışdır. Bundan başqa o, "xxxx" MMC-dən daxil olmuş məlumatların qeyd olunduğu 1 ədəd diskə baxış zamanı xx-xx-2022 tarixdə saat 19:41:51 **********27 saylı mobil nömrədən **********11 saylı mobil nömrəyə «5ide verrem ma narmal bisey ver» mətnində mesaj haqqında bildirmişdir ki, o, həmin vaxt Təqsirləndirilən şəxs narkotik almaq istəmiş və ondan ümumilikdə 12 manatlıq narkotik vasitə almışdır. Bundan başqa o, "xxxx" MMCdən daxil olmuş məlumatların qeyd olunduğu 1 ədəd diskə baxış zamanı xx-xx-2022 tarixdə saat 00:19:49 **********27 saylı mobil nömrədən **********11 saylı mobil nömrəyə «Roswn varyoxunu … 10 qepiyomde yoxdu axronci 7diynen 5i verdim» və xx-xx-2022 tarixdə saat 00:20:06 **********27 saylı mobil nömrədən **********11 saylı mobil nömrəyə «Bele 10 dene siqaretim var 5ni vererem indi havax gelim» mətnində mesajlar haqqında bildirmişdir ki, o, Rövşəndən yenidən narkotik almaq istəyəndə Rövşən həmin vaxt ondan narkotik üçün pul istəmiş, o isə Rövşənə həmin mesajlarla bildirmişdir ki, axırıncı pullarını ona vermişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 17 may 2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin əldə edilməsi, daşınması, saxlanılması, istehlakı və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 17 may 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd ağ rəngli kağız bükümündə 5.01 qram psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X18 Bölməsinin 18 may 2022-ci il tarixli 16/581 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 3,999 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 5 avqust 2022-ci il tarixli 1108 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 18 iyul 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş məlumatların qeyd olunduğu 1 ədəd CD diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə digər mobil operator nömrələri arasında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq alqı-satqısı barədə xx-xx-2021 tarixdə saat 20:04:18 1.1.**********11 saylı mobil nömrədən 1.1.**********81 saylı mobil nömrəyə «ay qam artix var artix vur gelenndede yixa bilesen havax istesen gelib goture bilesen menim qaqam», xx-xx-2022 tarixdə saat 20:23:02 1.1.**********11 saylı mobil nömrədən 1.1.**********81 saylı mobil nömrəyə «menim qaqam sen allah biraz tez imkan ele sen pulu vurardin kartima havax da desen verim qaqa», xx-xx-2022 tarixdə saat 20:17:01 1.1.**********11 saylı mobil nömrədən 1.1.**********93 saylı mobil nömrəyə «Ne lazımiydi qaqa pati yoxdu ha qaqa», xx-xx-2021-cı il tarixdə saat 14:35:31 **********28 saylı mobil nömrədən **********11 saylı mobil nömrəyə «Qaqa kolada lazimdi, yari aynada. Rowen gedir bu. Men nagarim. Meni yig bir. Tezol» qısa mesaj mətinləri aşkar edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qazax rayon Polis şöbəsinin 28 iyun 2022-ci tarixli 173-1137- 1112 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələrin satışı ilə məşğul olduğu müəyyən olunmuş, lakin sonuncunun psixotrop maddə olan metamfetamini əldə etdiyi mənbəni isə müəyyən etmək mümkün olmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 21 oktyabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, 1 ədəd kağız paketdə qablaşdırılmış kağız parçası bükümündə təmiz çəkisi 3,999 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin ekspertizadan qaytarılmış 3,799 qram çəkidə qalığı Qazax RPŞ-nin saxlanc anbarında məsul saxlanışa verilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qazax Rayon Psixiatriya Xəstəxanası tərəfindən verilmiş 23 iyun 2022-ci il tarixli 1057 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada narkoloji və psixoloji qeydiyyatda yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Qazax Rayon İcra Hakimiyyəti başçısının Qazax şəhər İƏD üzrə nümayəndəsinin 6 iyul 2022-ci il tarixli, 11-21/973 nömrəli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri atası X5, anası X7, qardaşları X9, X10 və X13 ilə bilrlikdə Qazax şəhəri, Bakı küçəsi döngə 1, ev 2 ünvanında yaşamış və nümayəndəliyə barəsində heç bir şikayət və narazılıq daxil olmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “cinayəti törətməkdə şübhəli şəxs haqqında” 17 may 2022-ci il tarixli protokoldan və Qazax Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 17 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi 30 may 2022-ci il tarixli tələbnamədən və Şəmkir Rayon Məhkəməsinin 13 dekabr 2013-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2016-cı il tarixli Amnistiya Aktı haqqında qərarın 1.2 bəndinə əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər, cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Onun yuxarıda qeyd edilən məhkəmə qərarı üzrə olan məhkumluğu ödənildiyindən Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə müvafiq olaraq hazırda barəsində məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır. Məhkəmə, Təqsirləndirilən şəxs polis şöbəsində onun polis əməkdaşlarının tərəfindən ona təyziq göstərilməsinə, həmçinin polis əməkdaşlarının onun cibinə 5 qram narkotik vasitə qoymasına dair ifadələri, özünün ibtidai istintaq zamanı verdiyi tam etiraf edici ifadəsi, şahidlərin ibtidai istintaq zamanı verdiyi ifadələri, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarışın dindirmənin aparılmasının görüntülərini özündə əks etdirən “DVD” diskə baxış zamanı, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları, məhkəmə istintaqı zamanı tələb edilərək tədqiq edilmiş əməliyyat qeydiyyat işinin materialları, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxsin özünü müdafiə etmək, daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıyır, heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur və odur ki, məhkəmə onun ifadəsini həmin hissədə sübut növü kimi qəbul etmir. Həmçinin məhkəmə şahidlər Şahid3 və X4 ibtidai istintaq və məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrində olan ziddiyətə münasibətdə qeyd edir ki, onlar aralarında olan dostluq münasibətləri səbəbindən şahidlər Şahid3 və X6 ibtidai istintaq zamanı verdiyi ifadələrini təhrif etdiklərindən məhkəmə onların ifadələrini həmin hissədə sübut növü kimi qəbul etmir. Yuxarıda göstərilənlərlə yanaşı məhkəmənin Təqsirləndirilən şəxs verdiyi həmin ifadələri sübut növü kimi qəbul etməməsinə dair nəticəyə gəlməsinə əsas təqsirləndirilən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə digər mobil operator nömrələri arasında narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz olaraq alqı-satqısı barədə xx-xx-2021 tarixdə saat 20:04:18 1.1.**********11 saylı mobil nömrədən 1.1.**********81 saylı mobil nömrəyə «ay qam artix var artix vur gelenndede yixa bilesen havax istesen gelib goture bilesen menim qaqam», xx-xx-2022 tarixdə saat 20:23:02 1.1.**********11 saylı mobil nömrədən 1.1.**********81 saylı mobil nömrəyə «menim qaqam sen allah biraz tez imkan ele sen pulu vurardin kartima havax da desen verim qaqa», xx-xx-2022 tarixdə saat 20:17:01 1.1.**********11 saylı mobil nömrədən 1.1.**********93 saylı mobil nömrəyə «Ne lazımiydi qaqa pati yoxdu ha qaqa», xx-xx- 2021-cı il tarixdə saat 14:35:31 **********28 saylı mobil nömrədən **********11 saylı mobil nömrəyə «Qaqa kolada lazimdi, yari aynada. Rowen gedir bu. Men nagarim. Meni yig bir. Tezol» qısa mesaj mətinləri aşkar edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 17 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutularkən üzərində prosessual hərəkətlər keçirilməmişdən əvvəl o, müdafiəçi ilə təmin olunmuş və ona hüquq və vəzifələri qanunla müəyyən edilmiş qaydada izah olunmuşdur. Bundan başqa, sözügedən prosessual hərəkətlər videoçəkilişlə həyata keçirilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İİ siyahısında psixatrop maddə hesab edilən metafetaminin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir (1.0.8) narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir (1.0.10.); Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri və psixotrop maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin, psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 5-ci bəndinə əsasən təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı tam etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrinə əsasən cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cümaddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza məsələsini müzakirə edərək hesab edir ki, onun islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Məhkəmə, yuxarıda şərh edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu vaxtdan yəni, 17 may 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin rəyinə əsasən hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olaraq tanınan Qazax Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd kağız paketdə qablaşdırılmış kağız parçası bükümündə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,799 qram psixotrop maddə olan metamfetamin məhv edilməldir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Məhkəmə məsrəfi olan 32,40 (otuz iki manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə iş materiallarına əlavə edilmiş hesabat arayışından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı və məhkəmə prosesi zamanı müdafiə etməyə görə müdafiəçilərin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin, ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 17 may 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut olaraq Qazax Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd kağız paketdə qablaşdırılmış kağız parçası bükümündə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,799 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar