Məhkəmə qərarları › İş №1(100)-474/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-474/2025

13.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-474/2025 13.08.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi X7 (sədrlik edən), hakimlər Müslümov Bəhruz Firizman oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi – Quliyev Cahandar Elmar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1994-cü il tarixdə Ağsu rayonu, Cəlayır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı- Sumqayıt maşurut xətti üzrə sərnişindaşıma mikroavtobusunda dispetçer işləmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hökmü ilə CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzası başa çatmamış Ağsu rayonu, Cəlayır kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Pirşağı qəsəbəsi, “Qızıl Qum” adlanan sanatoriya ərazisində yerləşən nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özünü İran İslam Respublikasının vətəndaşı “Xan” kimi təqdim edən və şəxsiyyəti istintaqla araşdırılan şəxslə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olaraq birgə qazanc əldə etmək barədə danışıb razılaşmaqla qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib “Xan” ləqəbli həmin şəxsdən istintaqa məlum olmayan tarixdə və vaxtda 0.15 qram təmiz çəkidə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi ilə əldə edib 1 ədəd “kazbek” dənəsində tütünlə qarışdıraraq satışa hazır vəziyyətə gətirməklə üzərində saxlamış, habelə “Xan” ləqəbli həmin şəxsin Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən, “keçmiş uşaq xəstəxanası” adı ilə tanınan və hal-hazırda fəaliyyət göstərməyən çoxmərtəbəli binanın zirzəmisinin qapısının çöl tərəfində gizlətmiş olduğu 1 ədəd boz rəngli kisə torbanın içərisində olmaqla hər birinin üzəri yapışqan lentlə izolyasiya edilmiş, ümumilikdə 2 ədəd qara rəngli sellofan bağlamada olan - «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli qanunun 1-ci Siyahısına əsasən, ayrı-ayrılıqda və ümumilikdə külli miqdarda, yəni 1 ədəd sellofan bağlamada 2150 qram, 1 ədəd sellofan bağlamada 1600 qram, ümumilikdə isə 3750 qram təmiz çəkidə, tərkiblərinə görə həm öz aralarında, həm də qeyd edilən “kazbek” dənəsinin içərisində olan 0.15 qram təmiz çəkidəki narkotik vasitə olan qurudulmuş marixuana ilə eynilik təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı “Xan” ləqəbli həmin şəxsin “whatsapp” ani mesajlaşma tədbiqi vasitəsi ilə ona göndərdiyi onlayn məkan və fotoşəkillər əsasında götürüb Bakı şəhərinə apararaq “Xan” ləqəbli həmin şəxsin tapşırığı ilə orada qanunsuz satışını təşkil etmək məqsədi ilə xx.xx.2025-ci il tarixdə, səhər saatlarında Bakı şəhərindən Bərdə rayonuna gəlib qeyd olunan onlayn məkana gedərək orada külli miqdarda olan həmin narkotik vasitəni eyni tarixdə, saat 11 radələrində axtarıb tapdıqdan sonra satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq həmin məqsəd ilə daşıyarkən Bərdə rayon X1 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə xx.xx.2025-ci il tarixdə, saat 11 radələrində yuxarıda qeyd edilən binanın yaxınlığında saxlanılaraq saat 11:18-dən 11:46-dək oradaca üstü yoxlanılarkən özünü İran İslam Respublikasının vətəndaşı “Xan” kimi təqdim edən və şəxsiyyəti istintaqla araşdırılan şəxslə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olaraq birgə birgə qazanc əldə etmək barədə danışıb razılaşmaqla qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib “Xan” ləqəbli həmin şəxsdən istintaqa məlum olmayan tarixdə və vaxtda satış məqsədi ilə qanunsuz olaraq əldə etdikdən sonra 1 ədəd “kazbek” dənəsində tütünlə qarışdırıb satışa hazır vəziyyətə gətirməklə əynində olan qış gödəkçəsinin sol üst cibində saxladığı 0.15 qram təmiz çəkidə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, habelə əlindəki - “Xan” ləqəbli həmin şəxsin yuxarıda qeyd edilən ünvanda gizlətmiş olduğu 1 ədəd boz rəngli kisə torbadan hər birinin üzəri yapışqan lentlə izolyasiya edilmiş 2 ədəd qara rəngli sellofan bağlamada olan - ayrı-ayrılıqda və ümumilikdə külli miqdarda, yəni 1 ədəd sellofan bağlamada 2150 qram, 1 ədəd sellofan bağlamada 1600 qram, ümumilikdə isə 3750 qram təmiz çəkidə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış və tərkiblərinə görə həm öz aralarında, həm də qeyd olunan “kazbek” dənəsinin içərisindəki 0.15 qram təmiz çəkidə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana ilə eynilik təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana ondan aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2019-cu ildən 2021-ci ilə kimi mütəmadi olaraq, 2021-ci ildən isə arabir narkotik vasitə istifadə etmişdir. xx.xx.2025-ci il tarixdə “instagram” sosial şəbəkəsində tanış olduğu Xan ləqəbli İran İslam Respublikası vətəndaşı ilə danışıb ondan şəxsi istifadəsi üçün 2 qram çəkidə narkotik vasitə almışdır. xx.xx.2025ci il tarixdə yenidən narkotik vasitə almaq üçün Xan ləqəbli İİR vətəndaşı ilə əlaqə saxlayan zaman Xan ona 2-3000 manat qarşılığında Bərdə rayonunda olan 3 kiloqram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı götürüb Bakı şəhərində dediyi ünvana aparmağı və şəklini çəkib göndərməyi təklif etmişdir. Həmin vaxt narkotik vasitənin təsiri altında olduğundan və pula çox ehtiyacı olduğundan onunla razılaşmışdır. Xanın dediyi kimi Bakı şəhərindən Yevlax rayonuna gəlib onunla əlaqə saxlamış, o, da Bərdə rayonunda olan narkotik vasitənin olduğu yerin məkan göstəricisini göndərmişdir. Məkan göstəricisinə uyğun olaraq Bərdə rayonunda köhnə uşaq xəstəxanası adlanan yerə gedib orada içərisində narkotik vasitə olan qurudulmuş marixuana olan torbanı götürən zaman ətrafında 15 nəfər əməliyyatçının olduğunu görmüşdür. Əməliyyatçıları görüb şok vəziyyətdə qaçmağa çalışmış, lakin polis əməkdaşları onu tutub saxlamışlar. Xan narkotik vasitənin 3 kiloqram çəkidə olacağını demiş, lakin polis əməkdaşları nasrkotik vasitəni çəkərkən 3.7 kiloqram olduğu müəyyən olunmuşdur. Eyni zamanda üzərində şəxsi istifadəsi üçün olan narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin olmuşdur. Əməlindən peşam olduğunu, anasından başqa heç kiminin olmadığını, yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərişdir ki, 2025-ci ilin mart ayında Sarvan adlı şəxs Bərdə rayonu, köhnə poliklinika adlanan ərazidə saxlanılmış və özünün razılığı ilə üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı əlindəki torbanın içərisindən 4 kiloqrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana, üzərindən isə psixotrop maddə metamfetamin və kazbek aşkar olunmuşdur. Soğru zamanı aşkar olunan narkotik vasitəni İran İslam Respublikası vətəndaşından əldə etdiyini, onunla 3000 manat qarşılığında kuryerlik fəaliyyəti ilə məşğul olmaqla, yəni narkotik vasitəni Bərdə rayonundan götürüb ünvan 2aqla bağlı razılığa gəldiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərişdir ki, 16 mart 2025-ci il tarixdə Bərdə RPŞ-ə daxil olmuş əməliyyat məlumatı əsasında o, Bərdə RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, CAB-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 birlikdə Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən köhnə poliklinakının qarşısına gedib Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs üzərinə və əlində olan torbaya baxış keçirilmiş, əlindəki torbadan 4 kiloqrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana, üzərindən də təxminən 2 qram çəkidə şəxsi istifadəsi üçün olduğunu bildirdiyi başqa büküm aşkar olunmuşdur. Bundan başqa o, ifadəsində Sarvan Məhərəmovun heç bir müqavimət göstərmədən hər şeyi etiraf etdiyini və üzərində olan narkotik vasitələri könüllü təqdim etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Məhəmmədli oğlu şahidlər Şahid2 və X6 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, o, Bərdə rayon Polis şöbəsinin X2 baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantı xüsusi rütbəsindədir. 16 mart 2025-ci il tarixdə Bərdə rayon polis şöbəsinə Ağsu rayonu, Cəlayir kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması, həmin vaxt Bərdə şəhərində olması barədə əməliyyat məlumatı daxil olmuş, bu səbəbdən şöbə rəhbərliyinə raportla məruzə edildikdən sonra Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Bərdə RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis mayoru, Şahid2 və Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid4lə birlikdə həmin vaxt Təqsirləndirilən şəxs olduğu Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində “keçmiş uşaq xəstəxanası”na getmişlər. Orada Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Həmin vaxt Sarvanın əlində ağ rəngli un kisəsinə bənzər torba olmuş və kənardan içərisinin dolu olduğunu görünmüşdür. Saxlanılan zaman Təqsirləndirilən şəxs qaçmağa cəhd etmişdir. Onu saxlayıb sakitləşdirərək saxlanılmasının səbəbini izah etmişlər. Bundan sonra video çəkilişlə Sarvanın üstünün yoxlanılmasına başlanılmışdır. Videoçəkiliş Şahid1 tərəfindən həyəta keçirilmişdir. Üstünün yoxlanılmasından əvvəl Təqsirləndirilən şəxs Bərdə rayonu ərazisinə hansı məqsədlə gəlməsi barədə sual verilmişdir. Təqsirləndirilən şəxs isə əlində olan içərisi dolu vəziyyətdə kisəni göstərib həmin kisənin içərisində olan narkotik vasitəni aparmaq məqsədi ilə Bərdə rayonuna gəldiyini, həmin kisənin içərisindəki narkotik vasitə “nəşə” olduğunu, narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, bu barədə danışıb yazışdıqlarını da qeyd etmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq ilk dəfədir ki, belə bir iş gördüyünü, İran İslam Respublikasının vətəndaşının tapşırığı ilə 3.000 manat pul müqabilində həmin narkotik vasitəni götürüb ünvan 2alı olduğunu, İran İslam Respublikasının vətəndaşının ona həmin narkotik vasitənin 3 kq və daha artıq çəkidə olmasını bildirdiyini, özünün pula ehtiyacının olduğunu, etdiyi hərəkətə görə çox peşman olduğunu demiş, verilən suallara cavab olaraq həmçinin üzərində öz istifadə etdiyi “nəşə” kimi tanınan narkotik vasitə də olduğunu da bildirmişdir. Bundan sonra Şahid2 tərəfindən həmin kisə açılmış, içərisində üzəri yapışqan lentlə izolyasiya olunmuş iki ədəd qara rəngli sellofan bağlama olduğu aşkar edilmiş, həmin bağlamaların hər biri müəyyən yerdən az miqdarda açılaraq içərisində spesifik qoxuya malik, bitki mənşəli, yaşıl rəngli, ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Bundan sonra qeyd edilən bağlamalar ayrı-ayrılıqda elektron tərəzi vasitəsi ilə çəkilmiş, kütlələrdən biri 1.730 qram, digəri isə 2.230 qram təşkil etmiş, bundan sonra qeyd edilən bağlamalar kisənin içərisinə yığılıb qablaşdırılmış, kisənin ağzı bağlanıb möhürlənmiş, hər iki bağlama birlikdə elektron tərəzidə çəkilərək ümumi çəkisinin 4.000 qram olması müəyyən edilmişdir. Sonda qeyd edilən kisənin üzərində qeydlər aparılaraq imzalarla təsdiq edilmiş, Təqsirləndirilən şəxs üstü yoxlanılmış, ilk başda Təqsirləndirilən şəxs əynində olan qış gödəkçəsinin ön sol döş cibindən bir ədəd kiçik ölçülü karton qutu çıxarıb təqdim edərək içərisində “nəşə” olduğunu bildirmiş, həmin karton qutu açıldıqda içərisində bir ədəd kazbek kağızına doldurulmuş vəziyyətdə, kəskin qoxuya malik kütlə olması müəyyən edilmişdir. Həmin kazbek kağızı eyni qaydada karton qutuya qoyulmuş, sonra isə Təqsirləndirilən şəxs əynində olan qış gödəkçəsinin ön sol döş cibindən bir ədəd şüşə lampa aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin lampada “patı” adı ilə tanınan psixotrop maddə olan metamfetamin istifadə etdiyini və içərisində hal-hazırda qeyd edilən maddədən olmadığını bildirmiş, bundan sonra kazbek kağızında olan kütlə karton qutu ilə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisi 2.89 qram təşkil etmiş, həm qeyd edilən kazbek kağızı, həm də şüşə lampa boş zərfin içərisinə qoyulub qablaşdırılmış, üzəri möhürlənmiş və üzərində qeydlər aparılmaqla maddi sübut qismində götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış üzərindən bir ədəd qara rəngli mobil telefon aşkar edilmiş, həmin mobil telefon Təqsirləndirilən şəxs tərəfindən açılmış, içərisində narkotik vasitəni əldə etdiyi şəxslə arasında olmuş yazışmaları, danışıqları təqdim etmiş, ona görə həmin mobil telefon da zərfin içərisinə qoyulub qablaşdırılaraq üzəri möhürlənmiş və üzərində qeydlər aparıldıqdan sonra imzalarla təsdiq edilib maddi sübut qismində götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən qeyd edilənlərdən başqa iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar edilməmiş, bundan sonra onlar şübhəli şəxslə birlikdə Bərdə RPŞ-nə gəlmiş, şöbədə şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçi X8 ilə təmin edilmiş, daha sonra Bərdə RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X4, yuxarıda adlarını qeyd etdiyi polis əməkdaşları, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi Xanım İsayeva ilə birlikdə video çəkilişlə təqdim edilən əşyaya baxış, şəxsi axtarış və götürmə aparmağa başlamışlar. Əvvəlcə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmiş, bundan sonra o, Təqsirləndirilən şəxs üstü yoxlanılarkən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlələri, eləcə də Təqsirləndirilən şəxs mobil telefonunu təhqiqatçı Fərhad İsmayılova təqdim etmiş, sonra isə şübhəli şəxsin üstünün yoxlanılmasının qeydə alındığı videogörüntüyə baxış keçirilmiş, Təqsirləndirilən şəxs həmin videogörüntüdə müşahidə edilənləri təsdiq etmiş, aşkar edilmiş narkotik vasitələri İran İslam Respublikasının vətəndaşının tapşırığı ilə 3.000 manat pul müqabilində Bərdə rayonundan götürüb Bakı şəhərinə aparacağını demişdir. Sonda Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya aşkar edilməmiş, qeyd edilən narkotik vasitələr olan bağlamalar, habelə Təqsirləndirilən şəxs mobil telefonu və üstünün yoxlanılmasının videogörüntüsü olan DVD disk təhqiqatçı tərəfindən götürülmüşdür. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadəsi ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, saxlanılan zaman Təqsirləndirilən şəxs əlində olan torbanın içərisində ümumi çəkisi 4 kiloqram olan iki ədəd qara rəngli sellofan büküm, üzərindən kağız bükümdə öz istifadəsi üçün nəzərdə tutulmuş bir ədəd papirosun içərisində olan kəskin iyə malik maddə, narkotik vasitə istifadə etmək üçün bir ədəd yararsız işıq lampası və mobil telefon aşkar olunaraq götürülmüşdür. “Təqdim olunmuş əşyaya baxış, şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində saxlanılaraq üzərinə baxış keçirilmiş və baxış zamanı 01 ədəd kisənin içərisində 02 ədəd bağlamada ümumi çəkisi 4.020 qram narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə, 01 ədəd psixotrop maddə istifadə etmək üçün işıq lampası və 01 ədəd mobil telefon aşkar edilərək götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs sağ əlində tutduğu kisəni təqdim edərək içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin kisəni 3000 manat qarşılığında Bərdə rayonundan götürüb ünvan 2aqla bağlı “instagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikası vətəndaşı ilə razılığa gəldiyini və əynində olan qış gödəkcəsinin sol üst cibindən 01 ədəd kazbekin içərisində olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək şəxsi istifadəsi üçün olduğunu bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin xx.xx.2025-ci il tarixli, 16/272 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 4 kq narkotikə bənzər, kəskin iyli kütlə bir torbada ayrı 2 ədəd sellofanda olan kütlə” yazı və imzalar olan kisədəki 2 (iki) ədəd üzəri yapışqan lentlə bağlanmış qara sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 2150 qram, 1600 qram, ümumi təmiz çəkisi 3750 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır, tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd şüşə və siqaretin içində olan kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd karton qutuda olan 1 (bir) ədəd “kazbek” dənəsində tütünlə qarışıq, tütünlə birlikdə ümumi təmiz çəkisi 0.56 qram, tütündən ayrıldıqdan sonra təmiz çəkisi 0.15 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmin kağız paketdəki 1 (bir) ədəd 1 AZNlik əskinazdan və şüşə lampadan ibarət qurğunun içərisindəki psixotrop maddə metamfetamin izləri vardır, metamfetamin iz şəklində olduğundan quru maddəsinin təmiz çəkisini müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 4 kq narkotikə bənzər, kəskin iyli kütlə bir torbada ayrı 2 ədəd sellofanda olan kütlə” yazı və imzalar olan kisədəki 2 (iki) ədəd üzəri yapışqan lentlə bağlanmış qara sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 2150 qram, 1600 qram olan qurudulmuş marixuanalar və üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd şüşə və siqaretin içində olan kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd karton qutuda olan 1 (bir) ədəd “kazbek” dənəsində tütünlə qarışıq, tütünlə birlikdə ümumi təmiz çəkisi 0.56 qram, tütündən ayrıldıqdan sonra təmiz çəkisi 0.15 qram olan marixuana tərkiblərinə görə eynidirlər. Məhkəmə-tibbi ekspertizası və patoloji anatomiya birliyi PHŞ-nin xx.xx.2025-ci il tarixli, 193 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – qarının ön və sağ yan səthinin sıyrıqları xəsarətləri olmuşdur. Həmin xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddətləri xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Honor” markalı mobil telefona baxış zamanı içərisində ***- ***-**-** və ***-***-**-** saylı mobil telefon nömrəli olması, ***-***-**-** saylı mobil nörməsinin “whatsapp” mesajlaşma proqramında qeydiyyatdan keçməsi və “Xan” ləqəbi ilə qeyd edilmiş +98 905 186 9534 saylı mobil nömrə ilə yazışmalar, qısa səs mübadiləsi və narkotik vasitənin olduğu yerin oxla işarələnmiş fotoşəkillərin göndərilməsi aşkar edilmişdir. Yazışmaların və səsli mesajların məzmunundan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhərindən Bərdə şəhərinə gələrək “Xan” ləqəbli şəxsin ona göndərdiyi məkan göstəricisi əsasında narkotik vasitənin qoyulduğu yeri tapıb götürməsi müəyyən edilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-677/2024 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2025-ci il tarixli, 907 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Cinayət törətkməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bərdə rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(021)-52/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Ağsu rayon Mərkəzi Xəstəxanasını PHŞ-nin xx.xx.2025-ci il tarixli, 18-1-25/2- 518/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanının ruhiəsəb kabinetində dispanser qeydiyyatına götürülməmişdir. Narkomaniya xəstəliyinə görə narkoloji kabinetdə dispanser qeydiyyatda dayanır. Ağsu RİH başçısının Kəndoba İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 5- 34-29/2-2-45/2025 saylı xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, Ağsu rayonu, Cəlayır kəndində yaşamır, anası ilə birlikdə Bakı şəhərində kirayədə yaşayır. Kənddə yaşadığı müddətdə özünü nizam-intizamlı aparmışdır. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, müvafiq olaraq 2149,90 qram, 1599,9 qram, 0,10 qram təmiz çəkilərdə narkotik vasitə olan qurudulmuş marixuanalar və içərisində psixotrop maddə olan metamfetaminin izləri olan 1 AZN-lik əskinazdan və şüşə lampadan ibarət qurğu, o cümlədən Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Honor” markalı mobil telefon iş üzrə maddi sübut qismində tanınaraq Bərdə RPŞ-də xüsusi ayrılmış saxlanc yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin xx.xx.2025-ci il tarixli, 3-16-xx/xx/2427/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə gətirilərək qeydiyyata götürülmüşdür. Cəzasının sonu xx.xx.2027-ci ildə bitir. Əməlin tövsifi və digər hüquqi məsələlər: Məhkəmə tərkibi hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə Təqsirləndirilən şəxs mənfəət əldə etmək üçün qabaqcadan əlbir olduğu şəxslə birlikdə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda narkotik vasitələri ayrı-ayrı şəxslərə satış məqsədilə əldə etməsini tam olaraq sübuta yetirir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.1-ci və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı da verdiyi ifadəsində pula ehtiyacı olduğundan “Xan” ləqəbli İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan 3000 manat müqabilində razılaşaraq onun göstərdiyi ünvanda olan narkotik vasitəni götürərək ünvan 2alı olduğunu bildirmişdir. Bu hal məhkəmə istintaqında tədqiq edilmiş digər sübutlarla da öz təsdiqini tapmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmin Qərarın 24-cü bəndində göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə istintaqı dövründə verdiyi ifadələri iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə istintaqı dövründə verdiyi etirafedici ifadələri iş materiallarında olan digər sübutlarla da təsdiq olunduğundan ittihamın həllində əsas götürülməlidir. Bundan başqa Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 16-cı bəndində göstərilmişdir ki, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edib-etməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən qurudulmuş marixuana (kannabis) narkotik vasitə, İİ-ci siyahısına əsasən metmafetamin psixotrop maddə hesab olunur; qurudulmuş marixuananın külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 500 qramdır; metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram və ondan yuxarı, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi isə 2 qramdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X3 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Avropa İnsan Hüquqları Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Yuxarıda sadalanlara əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi, narkotik vasitə qurudulmuş marixuananın çəkisinin külli miqdar təşkil etməsi, həmçinin istifadəsində olan mobil telefona baxış zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair mesajların və fotoşəkillərin aşkar edilməsi, eləcə də üzərindən narkotik vasitə qurudulmuş marixuana aşkar edilməsi faktları Təqsirləndirilən şəxson qabaqcadan əlbir olan bir qrup şəxslə birlikdə mənfəət əldə etmək üçün qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda narkotik vasitələri ayrı-ayrı şəxslərə satış məqsədilə əldə etməsini tam olaraq sübuta yetirir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.3-1-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-nin 32.2-ci maddəsinə əsasən, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. CM-nin 33.1-ci maddəsinə əsasən, cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. CM-nin 33.2-ci maddəsinə əsasən, cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. CM-nin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, iştirakçılığın obyektiv cəhəti kəmiyyət, keyfiyyət əlamətləri, bütün iştirakçılar üçün vahid cinayətkar nəticə, habelə əməl ilə vahid cinayətkar nəticə arasındakı səbəbli əlaqə ilə səciyyələnir. Keyfiyyət əlaməti cinayətin iştirakçılarının hərəkətlərinin müştərək şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu əlamətə əsasən cinayət əməli bir neçə şəxs tərəfindən əlaqəli şəkildə törədildiyi zaman hər bir iştirakçı cinayətin törədilməsi üçün müvafiq hərəkətləri (hərəkətsizliyi) yerinə yetirərkən digər iştirakçılara müəyyən dərəcədə vasitəçilik etmiş olur. İcra olunan hərəkətlərdən asılı olaraq onların rolu fərqlənir: - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətinin əlamətlərini tamamilə əhatə edən hərəkətləri icra etdikdə onlar cinayətin icraçıları kimi çıxış edirlər; - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Məsələn, şəxs rolların bölgüsünə görə, cinayətin törədilməsində icraçıya bilavasitə yardım (dəstək) göstərməyə yönəlmiş hərəkətlər edərsə (şəxsin yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak etməsi, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakın aparılması, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıların sığortalalanması) o, Cinayət Məcəlləsinin 32.2-ci maddəsində göstərildiyi kimi, birgə icraçı hesab edilir. Həmin maddəyə görə, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq) icraçı sayılır. Hazırkı işin faktiki hallarından görünür ki, təqsirləndirilən şəxs ittiham olunduğu cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər, yəni Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma kimi hərəkətləri həyata keçirmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, sonuncular arasında əldə olunmuş razılaşmaya əsasən Təqsirləndirilən şəxs vəzifəsi içərisində külli miqdarda narkotik vasitə qurudulmuş marixuana olan sellofanı götürərək özündə saxlamaqdan, daha sonra isə narkotik vasitələrin realizəsini həyata keçirməkdən ibarət olmuş, bunun qarşılığında da o, mənfəət kimi əldə etdiyi narkotik vasitəin satışından onun payına düşən müəyyən məbləğdə pul vəsaitini götürməli olmuş, nəticə etibarı ilə də aralarında olan rolların bölgünüsə əsasən Təqsirləndirilən şəxs qeyd edilən hərəkətləri real olaraq icra etmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, əməliyyat-axtarış tədbirinin gedişinə dair protokol, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsnun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna almaqla peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-677/2024 nömrəli, 18 sentyabr 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını çəkməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə 05 dekabr 2024-cü il tarixdə qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs tutulduğu 16 mart 2025-ci il tarixinə 2 (iki) il, 8 (səkkiz) ay, 19 (on doqquz) gün çəkilməmiş cəası qalmışdır. Hazırkı işin faktiki halından görünür ki, Təqsirləndirilən şəxs qəsdən ittiham olunduğu ağır cinayətlər təsnifatına aid cinayət əməlini cəzanın çəkilməmiş hissəsi ərzində törətmişdir. Lakin göründüyü kimi Təqsirləndirilən şəxs əvvəl törətmiş olduğu əməl ehtiyatsızlıqdan törədildiyindən cinayətlərin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə tərkibi hesab edir ki təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsi ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli və əvvəlki hökm üzrə təyin edilmiş 1 (bir) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmə cəzası tam olaraq, azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 2 (iki) il, 8 (səkkiz) ay, 19 (on doqquz) günü həmin cəza ilə qismən birləşdirilməlidir. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə müvafiq olaraq hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumii rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 16 mart 2025-ci il tarixdən hesablanmalıdır. Bundan başqa Məhkəmə-narkoloji ekspertizanın xx.xx.2025-ci il tarixli, 907 nömrəli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Bərdə RPŞ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş qalıq çəkisi 2149,90 qram, 1599,9 qram, 0,10 qram təmiz çəkilərdə narkotik vasitə olan qurudulmuş marixuanalar və içərisində psixotrop maddə olan metamfetaminin izləri olan 1 AZN-lik əskinazdan və şüşə lampadan ibarət qurğu məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Honor” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalıdır. Bundan əlavə, məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi tərəfindən 11 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 11 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə Reginal Vəkil Bürosunun hesabına 121 manat məbləğində pul köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxsndan 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(108)-677/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 il hissəsi tam, əsas cəza kimi təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 02 il 08 ay 19 gün hissəsi isə hazırkı hökmlə ona təyin edilmiş 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, ona qəti olaraq 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 il 06 ay müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 16 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə RPŞ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş qalıq çəkisi 2149,90 qram, 1599,9 qram, 0,10 qram təmiz çəkilərdə narkotik vasitə olan qurudulmuş marixuanalar və içərisində psixotrop maddə olan metamfetaminin izləri olan 1 AZN-lik əskinazdan və şüşə lampadan ibarət qurğu məhv edilsin, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Honor” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 121 manat məbləğdə pul onun vəkil işlədiyi Gəncə Regionallı Vəkil Bürosunun hesabına köçürülsün Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar