Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-475/2025 18.08.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Müslümov Bəhruz Firizman oğlu (sədrlik edən), hakimlər İmanov Dadaş Hüseyn oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibləri – X1, Məmmədova Təhminə Cahid qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1992-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Kəlbəcər rayonu, Nəcəfah kəndində qeydiyyatda olmaqla Bərdə rayonu, Həsənqaya kəndində yaşamış, Qazax rayon Məhkəməsinin 04 yanvar 2025-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs şərti adı istintaqa “Şəhriyar” kimi məlum olan İran İslam Respublikası vətəndaşı və istintaqa məlum olmayan şəxs (şəxslərlə) ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olaraq qazanc əldə etmək barədə razılaşdıqdan sonra, istintaq zamanı müəyyən edilməmiş tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq üzəri yapışqan lentlə sarınmış 01 (bir) ədəd qara rəngli sellofan torbada 1000 qram və 01 (bir) ədəd şəffaf sellofan torbada 1005 qram olmaqla ümumilikdə 2005 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib 01 (bir) ədəd göy rəngli poletilen çantanın içərisində olmaqla əlində saxlayaraq daşımış, Qazax Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 03 yanvar 2025-ci il tarixdə saat 02:08- də Qazax rayonu, Ağköynək kəndi ərazisində «Təyyarə» abidəsinin yaxınlığında saxlanılaraq, qeyd edilən tarixdə həmin ünvanda saat 02:08-dən saat 02:28-dək olan müddət ərzində fasiləsiz videoçəkiliş aparılmaqla keçirilmiş baxış zamanı qanunsuz olaraq əldə edərək əlində saxlayaraq daşıdığı göy rəngli polietilen çantanın içərisindən üzəri yapışqan lentlə sarınmış 01 (bir) ədəd qara rəngli sellofan torbada ümumi təmiz çəkisi 1000 qram və 01 (bir) ədəd şəffaf sellofan torbada təmiz çəkisi 1005 qram olmaqla ümumi təmiz çəkisi 2005 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şəhriyar adlı şəxslə telefonda tanışlığı olmuşdur. Onlar danışdıqdan sonra o, narkotik vasitəni götürmək üçün getmiş, amma narkotik vasitənin miqdarının bu qədər olacağını bilməmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, Şəhriyar adlı şəxsi “instagram” adlanan sosial şəbəkədən tapmş, tanışlıqları yarandıqdan sonra Şəhriyar ona bir neçə dəfə narkotik vasitə almağı təklif etmiş, lakin o razı olmamışdır. Həmçinin o, əvvəllərdə marixuana adlnan narkotik vasitədən istifadə etmiş və narkotik vasitəni hər dəfə fərqli insanlardan almışdır. O, ehtiyacı olduğu üçün Şəhriyar adlı şəxsdən 2-3 qram olacağını düşündüyü narkotik vasitəni almaq üçün saat 2 radələrində Qazax rayonu Hacıköynək adlanan əraziyə getmiş, həmin əraziyə taksi ilə gedəcəyi üçün də Şəhriyardan 100 manat məbləğində pul istəmişdir. Şəhriyar ona 80 manat pul və narkotik vasitənin yerini göndərmişdir. O, narkotik vasitənin müqabilində Şəhriyara heç nə verməyəcəyini, eyni zamanda narkotik vasitəni polis əməkdaşlarının təzyiqi ilə üzərinə götürdüyünü bildirmişdir. Həmçinin polis əməkdaşlarının ona təzyiq göstərdiyini bu səbəbdəndə ifadə verən zaman narkotik vasitəni 1000 manat qarşılığında götürdüyünü dediyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 02 yanvar 2025-ci il tarixdə Bərdə rayon sakin Təqsirləndirilən şəxs üzərində qanunsuz şəkildə narkotik vasitələri daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən əməliyyat qrupu yaradılmış və əməliyyat tədbiri nəticəsində təqsirləndirilən şəxs əlində torba ilə tutulmuş, daha sonra polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişdir. Daha sonra təqsirləndirilən şəxsin əlindəki torba açılmış və iki büküm halında marixuana adlanan narkotik vasitə aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs polis əməkdaşlarına narkotik vasitəni 1000 manat qarşılığında Şəhriyar adlanan şəxsdən götürərək Yevlax rayonuna aparacağını bildirmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, marixuana adlanan narkotik vasitə iki böyük büküm halında və biri aroma butulkasında digəri isə plastik qabda olmuşdur. Həmçinin təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuş və ona qarşı heç bir təzyiq və təsir göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Yanvar ayının 2dən 3-nə keçən zaman əməliyyat məlumatı daxil olmuşdur. Ağköynək rayonunun ərazisində təqsirləndirilən şəxs saxlanılmış, saxlanılan zaman isə əlində çanta olmuşdur. Əlindəki çantaya baxış keçirilinən zaman iki büküm halında marixuana adlanan narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitəni 1000 manat müqabilində Şəhriyar adlı şəxsdən alaraq Ağdama aparacağını bildirmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuş və ona qarşı heç bir təzyiq və təsir göstərilməmişdir. Həmçinin təqsirləndirilən şəxs saxlanılan zaman orada 6 nəfər polis əməkdaşı olmuş və təqsirləndirilən şəxsin üzərinə videoçəkilişlə baxış keçirilmişdir. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Əməliyyat istintaq qrupu yaradılmışdı, mən də həmin qrupun üzvü idim. Qazax rayonunda “Təyyarə” abidə adlanan yerdə təqsirləndirilən şəxs əlində çanta ilə saxlanılmış, daha sonra üzərinə baxış keçirilmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin çantasından iki büküm halında narkotik vasitə aşkar edilmiş, həmçinin təqsirləndirilən şəxs saxlanılan zaman ona qarşı heç bir təzyiq və təsir göstərilməmişdir. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Yanvar ayının 2-dən 3-ə keçən gecə daxil olmuş əməliyyat məlumatı nəticəsində əməliyyat qrupu yaradılmışdır. Post patrul xidməti olaraq onlarda həmin əraziyə cəlb olunmuş, həmin yerə yaxınlaşan zaman təqsirləndirilən şəxsin torba götürdüyünü görmüşdürlər. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra hadisə yerində bükümlərə baxılmışdır. Bükümlərin nə olduğunu müəyyən etmək üçün polis şöbəsinə aparılmış orada marixuana olduğu müəyyən edilmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs narkotik vasitəni Şəhriyar adlı İran vətəndaşından götürdüyünü və 1000 manat müqabilində kuryerlik etdiyini qeyd etmişdir. Həmçinin təqsirləndirilən şəxs saxlanılan zaman ona qarşı heç bir təzyiq və təsir göstərilməmişdir. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2 yavar 2025-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı nəticəsində əməliyyat qrupu yaradılmışdır. Post patrul xidməti olaraq onlarda həmin əraziyə cəlb olunmuş, Ağköynək rayonunun ərazisində Təyyarə abidəsi adlanan yerdə videoçəkilişlə təqsirləndirilən şəxs saxlanılmışdır. Onlar təqsirləndirilən şəxsə yaxınlaşan zaman əlində torba olmuş, özlərini təqdim etdikdən sonra təqsirləndirilən şəxsin əlindəki torbaya baxış keçirilmiş, bu zaman torbadan iki büküm halında marixuana adlanan narkotik vasitə aşkar edilərək götürülmüşdür. İfadəsinə əlavə olaraq bildirmişdir ki, Müsabi saxlanılan zaman bükümləri pul qarşılığında İran vətəndaşından alaraq Yevlaxa aparacağını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman ona qarşı heç bir təzyiq və təsir göstərilməmişdir. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəməyədək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, «Bolt» şirkətinə məxsus taksi sürüb ailəsini dolandırır, o, etibarnamə əsasında **-FH-*** dövlət nömrə nişanlı «Toyota Prius» markalı avtomaşın idarə edir, Təqsirləndirilən şəxs 2001-ci ildən tanıyır, o, Təqsirləndirilən şəxslə qonşu kəndlərdə yaşamışlar, aralarında heç bir düşmənçiliyi və ədavəti olmamış, o, taksi sürücüsü kimi kənd sakinlərinin müəyyən sifarişlərini yerinə yetirir, belə ki, kənd sakinləri ona zəçng edərək Bərdə şəhərindən hərhansı bir əşya və ya ərzaq məhsullarını alıb onlara çatdırmağı xahiş edirlər, o, da sakinlərin sifarişlərini yerinə yetirir, həmçinin kənd sakinlərinə taksi lazım olduqda onunla əlaqə saxlayaraq onu çağırırlar, o, da çörək pulu qazanmaq üçün onların sifarişlərini yerinə yetirir, həmçinin Təqsirləndirilən şəxs də bir tanış kimi lazım olduqda onun idarə etdiyi avtomobildən istifadə edir, xx.xx.2025-ci il tarixdə saat təxminən 17 radələrində ***- ***-**-** nömrəsindən onun istifadə etdiyi ***-***-**-** nömrəsinə zəng vuraraq Qazax rayonuna taksilərin neçə manata getməyi ilə maraqlanmış, o, da ona işlədiyi «Bolt» şirkətindən öyrənib ona cavab verəcəyini demiş, o, «Bolt» şirkətindən öyrəndikdən sonra Bərdə rayonundan Qazax rayonuna 65 manat 50 qəpik olduğunu bilmiş, və həmin qiyməti Musabiyə demiş, həmin vaxt Müsabi ona Bakı şəhərindən Bərdə rayonuna gəldiyini demiş, həmin gün yəni, xx.xx.2025-ci il tarixdə saat 22 radəlrində Müsabi yenə ona zəng vuraraq Bərdə şəhərində avtovağzalda olduğunu deyərək onu çağırmış, o, da idarə etdiyi «Toyota Prius» markalı avtomobillə avtovağzala gedib onu götürmüş, o, Musabini avtovağzaldan götürən vaxt ona bildirmişdir ki, onunla Qazax rayonuna getsin, o, da ondan Qazax rayonuna nə məqsədlə getdiyini soruşduqda ona traktor üçün avadanlıq aldığını və onu Qazax rayonundan götürmək üçün getdiyini bildirmiş, bundan sonra o, idarə etdiyi avtomobillə Bərdə şəhərindən Qazax rayonu istiqamətində hərəkət etməyə başlamış, onlar təxminən xx.xx.2025-ci il tarixdə saat 01:30 radələrində yeni yolla Qazax rayonuna girmək üçün olan körpüyə çatan vaxt Musabiyə konum atmışlar və o da ona istiqamət verməyə başlamış, o, Qazax rayonu yazılan yerə çatdıqda Musabi avtomobili saxlamağı bildirmiş və maşından düşüb ona qabağa gedib gözləməyi bildirmiş, Musabi avtomobildən düşdükdən sonra o, bir qədər qabağa gedib yolun kənarında idarə etdiyi avtomobili saxlamış, o, avtomobili saxlayıb Musabini gözləyən vaxt polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmişlər və onlarla bir yerdə Qazax rayon polis şöbəsinə getməyini bildirmişlər, o, onlara heç bir etiraz etməyərək onlarla bir yerdə Qazax rayon polis şöbəsinə gəlmiş, o, Qazax rayon polis şöbəsində bilmişdir ki, Musabi Qazax rayonuna narkotik vasitə olan qurudulmuş marixuana aparmaq üçün gəlmiş və polis əməkdaşları tərfındən tutulmuş, bundan sonra ona avtomobilinə baxış keçirməyi təklif etmişlər, o, da onlara heç bir etiraz etməyərək bu barədə ərizə yazmış, bundan sonra onun idarə etdiyi avtomobilə baxış keçirilmiş və avtomobildən heç bir qanunsuz əşya və ya narkotik vasitə aşkar edilməmiş, Musabi ona avtomobilə əyləşən vaxt Qazax rayonundan traktor üçün avadanlıq aldığını və həmin avdanlığı götürməyə gəldiyini bildirmiş, o, onun Qazax rayonuna narkotik vasitə aparmaq üçün gəldiyini bilməmiş, Musabi ona Qazax rayonuna gəlib gemək üçün 100 manat pul verməyə boyun olmuş və onun idarə etdiyi avtomobilə 40 manat dəyərində yanacaq vurmuş 20 manatlıq Bərdə rayonunda «MM petrol» yanacaqdoldurma məntəqəsində nağd formada, Tovuz rayonu ərazisində yerləşən «Lukoil» yanacaqdoldurma məntəqəsindən isə kartla 20 manatlıq benzin vurmuş, 60 manat pulu isə Bərdə rayonuna çatdıqdan sonra verəcəyini demişdir. Məhkəməyədək şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Bərdə rayonu, Həsənqaya kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olması və Qazax rayonu ərazisinə gələrək narkotik vasitə daşıması barədə əməliyyat məlumatları daxil olmuş, bundan başqa 02 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə ilə Qazax rayonunda olacağı barədə məlumat daxil olmuş, daxil olmuş məlumat rəhbərliyə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmış, o, və qrupun üzləri Qazax RPŞ-nin PPXBnün komandir müavini, polis kapitanı Şahid3, PPXB-nün tağım komandiri, polis polkovnikleytenantı Şahid4, PPXB-nün polis nəfərləri, polis serjantı Şahid5 və polis serjantı Şahid7 ilə birlikdə olan vaxt 03 yanvar 2025-ci il tarixdə saat təxminən 02:08 radələrində Bakı- Qazax magistral avtomobil yolunun Qazax rayonu, Ağköynək kəndi ərazisindən keçən hissəsində Təyyarə abidəsinin yanında olduğu müəyyən olunmuş, tərəflərindən Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini, təqdim etmiş, onun əlində apardığı göy rəngli bağlamada üzərində narkotik vasitə olması barədə məlumat olduğunu bildirərək küçədə video çəkilişlə üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əlində olan göy rəngli poliettilen torba açılmış, içərisində bir ədəd ağ rəngli və bir ədəd qara rəngli sellofan torbalara bükülmüş iki ədəd bükümlər olduğu müəyyən edilmiş, həmin bükülülər tərəfindən açıldıqda içərisində narkotik vasitə olan marixuana olduğu müəyyən edilmiş, bundan sonra həmin bükülülər yenidən göy rəngli polietilen torbada qablaşdırılmış və torba möhürlənmiş, sonra Təqsirləndirilən şəxs Qazax rayon polis şöbəsinə gətirilmiş, Qazax rayon Polis Şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunduqdan sonra dövlət hesabına vəkil X4 müdafiəçi təyin edilmiş, sonra video çəkiliş vasitəsi ilə üzərindən aşkar olunaraq bir ədəd zərfə qablaşdırılmış psixotrop maddə olan metamfetamin açılıb baxılmış və elektron tərəzidə çəkilmiş, həmin kütlələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və tərkibinin və dəqiq çəkisinin müəyyən edilməsi üçün ekspertizaya təqdim edilməsi məqsədi ilə qablaşdarılmış və Azərbaycan Respublikasının DİN-nin 64 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, bu barədə protokol tərtib edilmiş, protokol doğru tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmiş, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onun Təqsirləndirilən şəxs ilə əvvəllər heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax rayon məhkəməsinin 04 yanvar 2025-ci il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Qazax rayon məhkəməsinin hakimi Elçin Mansırov tərəfindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, daha sonra rayon məhkəməsinin müvafiq qərarları ilə həbs müddəti uzadılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında Qərardan görünür ki, 25 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 03 yanvar 2025-ci il tarixli, 16/2 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş kütlələr” sözlər və imzalar olan 1 ədəd göy rəngli bazar torbasındakı, üzərləri yapışqanlı lentlə sarınmış 1 (bir) ədəd qara rəngli və bir ədəd şəffaf rəngli polietilen torbalarda ayrı-ayrılıqda 1000 qram, 1005 qram ümumi təmiz çəkisi 2005 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 1 (bir) ədəd göy rəngli bazar torbasında olan marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: Marixuanın təmiz çəkisi – 2005 qr, (1-2№-li ob) tədqiqata cəmi sərf edildi - 0,2 qr (1 və 2№-li ob. 0,1 qr götürüldü), qalıq-2004,8 qr (1-2№-li ob) İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Səhiyyə İdarəsinin rayonlararası Narkoloji Dispanserindən alınmış 23 iyun 2025-ci il tarixli 1018 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında xx.xx.2025-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şəhriyar adlı şəxsin ona mobil telefon vasitəsi ilə göstərdiyi yerdən narkotik vasitə olan qurudulmuş marixuananı götürdüyü yeri əyani olaraq göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax RPŞ-dən verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar sövdələşdiyi şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs saxlanılmasına dair əməliyyat çəkilişinin video görüntüsünə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs Qazax rayonu ərazisində saxlanılmış və əlindəki çantadan narkotikə bənzər kütlələr aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs Qazax RPŞ-də üzərinə baxış keçirilməsinə dair video görüntüyə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı əlində olan çantadan bir ədəd qara rəngli bağlamada çəkisi 1055 qram, bir ədəd şəffaf rəngli bağlamada çəkisi 970 qram olan marixuanaya bənzər kütlələr aşkar edildi. Eləcə də, üzərinə baxış zamanı, telefon, 5 ədəd plastik kart və qəpiklər aşkar olunsa da, qanunla qadağan olunan heç bir predmet aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında Protokoldan görünür ki, İran vətəndaşı Şəhriyara məxsus olan mobil telefona yüklənmiş «Watsappın”inda Şəhriyar yazılmış “+**********64” saylı nömrəsi ilə yazışmalarında 01 yanvar 2025-ci il tarixdə saat 15:37-də Təqsirləndirilən şəxs Şəhriyara «aleykum salam ayqa, yaxşıyam, sən necəsən, neynirsən, kefin halın necədi, yaxşısan» deyə səs atmış, Şəhriyar da ona «Salam qaqa, sağ ol yaxşıyam, sağlıq salamatçılıqdı, mənnən sivyaza çıx» deyə cavab vermiş, o yenidən Şəhriyara «şükür ayqa yükür salamatçılıqdı, sənin sağlığın, sən nağarırsan neynirsən, səsin yaxşı gəlmədi ey» deyə səs atmış, Şəhriyar isə ona « sağlıq salamatçılıqdı qardaşım, şükür alaha sən neynirsən nağarırsan, vəziyyətin necədi, çıx mənnən bir sivyaza söhbət eliyək» deyə cavab vermiş, bundan sonra onlar arasında danışıqlar olmuş, həmin gün saat 18:52-də Şəhriyar ona səs ataraq «mənim gözəl qardaşım necəsən axşamın xeyr olsun, gör nə deyirəm abi danışdım, sabaha qaldı, sabah günorta sənə pul atacam deyəcəm kartını atarsan, günorta çıxarsan ataram ondan bir az inşallah rayona çatdın, prob kimi bir iki yerə tanıdığın bildiyim adamlara verərsən», o isə yenidən Şəhriyara «salam ayqa salam, salam şükür salamatçılıqdı, hər vaxtın xeyir olsun, yaxşı qardaşım yaxşı narahat olma problem yoxdu» deyə səs atmış, Şəhriyar isə ona «mənim əziz qardaşım öpürəm səni özündən muğayat ol, gecən xeyrə qalsın» deyə səs atmış, o da yenidən Şəhriyara « Yaxşı məndə öpürəm səni də gecən xeyrə qalsın» deyə SMS yazmış. 02 yanvar 2025-ci il tarixdə saat ll:29-də Şəhriyar Təqsirləndirilən şəxs «Salam, qaqa necəsən» deyə SMS yazmış, bundan sonra aralarında 8 dəqiqə görüntülü danışıq olmuş, həmin gün saat 15:01 dəqiqədə Şəhriyar yenidən ona «Salam abi necəsən, nə var nə yox necəsən, sağlıq salamatçılıqdı, bir dənə səs göndər görüm neynirsən» deyə səs atmış, bundan sonra aralarında 5 dəqiqə səsli danışıq olmuş, həmin gün saat 15:47 dəqiqədə Şəhriyar yenidən Təqsirləndirilən şəxs « abi kartımda at mənə qadan alım, dediyim səsi də göndər» deyə səs atmış, Təqsirləndirilən şəxs ona «salam abi kartı atdım, kapitaldı, bir yüz manat beləsinə at, problem yoxdu mən hazıram, gedim götürüm gəlib», Şəhriyar isə ona «yüz manat demə ey, elə denən ki, bir azda mənə vuracaq da o, mənə xərclik vuracaq, denən ki, kart göndərdim, kapitaldı, mən hazıram yüklətdir gedim götürüm gəlim, pul demə, məbləğ demə» deyə səs atmış, Müsabi də yenidən «kart atdım abi kapitaldı, pul göndərtdir mən hazıram» deyə səs atmış, bundan sonra Şəhriyar ona səsli zəng vuraraq 38 saniyə, 3 dəqiqə, 39 saniyə və 49 saniyə olmaqla dörd dəfə danışmış, həmin gün saat 17:44-də Təqsirləndirilən şəxs Şəhriyara səs «Qaqa Gənciyə atdır, Qazağa çatmıyacam» deyə SMS yazmış, saat 17:45 dəqiqədə Şəhriyar ona «Qaqa ünvan ordadı, bir də gör nə deyirəm qadan alım, Gəncəyə getdin, Gəncədən ora 20 dəqiqəlik yol var, Gəncəyə çatdın konumunu şəkilini atacam gedib götürərsən narahat olma, sən canı bir az tez elə çox yubatma, o uşaqlar məni gözləyirlər, onlara demişəm ki, nümunə gətirirlər, nümunəyə baxgınan, dalıycadan mal götürəcəklər ordan sənə deyəcəm, aparıb verəcəksən» deyə səs atmış, sonra o Şəhriyara «Qaqa cəmi nə qədərdi» deyə SMS yazmış, Şəhriyar isə ona «Qaqa cəmi azdı qadan alım 50 dənə nəyşədi, bir azda patıdı, probluqdu dana, həm özün götür istifadə elə, həmdə ki, probluq mən deyəcəm bir iki dənə ünvana atarsan, qayıdıb gəlib onların mallarını aparıb verəcəksən» « on gün iyirmi gün mənnən işləsən bir dənə normalni maşın alacaqsan, day taksiyə zada pul vermə yoxdu, onsuzda qəşəng işimiz gəlir işləyəcəyik, başımızı salıb aşağı işləyəcəyik, çıxıbsan bir dənə mənə xəbər ver» deyə səsli mesajlar atmış, Müsabi də Şəhriyara «Qaqa 50 dənə nə boydadı, böyüklüyü, cibimə yerləşən, çünki sumkam zadım yoxdu» deyə SMS-lər yazmış, saat 18:06 dəqiqədə isə zəng vuraraq 2 dəqiqə danışmış, saat 18:55 dəqiqədə şəhriyar ona səs ataraq «qardaşım nağarırsan, şəkil ver görüm ha tərəfdəsən» demiş, həmin vaxt Təqsirləndirilən şəxs ona yoldan şəkil çəkib atmış, Şəhriyar isə yenidən ona «neçə saat çəkər mənim gözəl qardaşım ora çatmağın, 1-2 saat çəkər» deyə səs atmış, sonra Təqsirləndirilən şəxs Şəhriyara səsli zəng vuraraq 4 dəqiqə danışmış, həmin gün saat 20:46 dəqiqədə şəhriyar ona «Salam abi» deyə SMS yazmış, sonra isə səsli zəng vuraraq 49 saniyə danışmış, saat 21:47 dəqiqədə Təqsirləndirilən şəxs Şəhriyara səsli zəng vuraraq 2 dəqiqə danışmış, saat 22:02 dəqiqədə Təqsirləndirilən şəxs Şəhriyara «Qaqa minmişəm maşhındayam uje gedirəm, xəbər eliyəcəmsənə Gəncəyə çatanda» deyə səsli mesaj atmış, Şəhriyar isə ona «heç nə çatanda mənə deyərsən onu hazırlatdıraram» deyə səs atmış, Müsabi Şəhriyara «yaxşı qaqa» deyə SMS yazmış, sonra isə « ikisinidə hazırlatdır, pul da denən atsınlar, onu da hazırlasınlar Gəncəyə çatan kimi denən atsınlar», «azından saat yarımlıq iki saatlıq Gəncəyə yolum var», «görüm taksidi da bunu sürdürə bilirəmmi, öz maşınım olanda rahat olacam istədiyim kimi sürərəm, taksidə da bilirsən məliyə məliyə gedir» deyə səslər atmış, Şəhriyar isə ona «heç nə qadan alım, sən ora çat o çölə çıxanda deyəcəm atsın, sən get ora narahat olma səni pulsuz qoymuyacam ki, sən işində ol bir dənə özünü çatdır ora», « hə dana inşallah bir az işləyək bir dənə özünə 4-5 minə bir dənə yaxşısını ala bilərsən» deyə səslər atmış, sonra Təqsirləndirilən şəxs Şəhriyara «inşallah, inşallah görək da, təki yaxşı olsun, problemsiz olsun, həll elicəyik onu, narahat olma» deyə səs atmış, sonra Şəhriyar ona «inşallah qaqa inşallah narahat olmaginan, inşallah çatdıqda mənə xəbər elə yerbəyer eliyim, bu axşam hamısını qaydasına qoyacam» deyə səs atmış, Təqsirləndirilən şəxs də Şəhriyara « eşidirsən qaqa hamısını həll elə getsin da» deyə səs atmış, Şəhriyar da ona «Hə» deyə SMS yazmış, həmin gün saat 23:28 dəqiqədə Təqsirləndirilən şəxs Şəhriyara «Qaqa Gəncədəyəm» deyə SMS atmış və hərəkətdə olduğu yerin konumunu atmış, sonra yenidən «sən pul atdır karta maşina benzin tökəy» deyə SMS atmış, Şəhriyar isə ona «yaxşı sən get çatdın atdıracam qadan alım» deyə SMS yazmış, sonra Təqsirləndirilən şəxs Şəhriyara «yaxşı qaqa, az qalmışam mən Gəncəni çıxıram» deyə SMS yazmış, sonra şəhriyar ona «qardaşım indicə onnan danışdım, deyir problem deyil, evdə hazıram, deyir yetirənə bir dənə mənə xəbər eləsin çıxım onu qoyum deyir, kartına da pul atım, çatdın mənə xəbər elə ünvanı atım» deyə səs atmış, Müsabi Priyev isə ona «Yaxşı ay qa» deyə SMS yazmış, 03 yanvar 2025-ci il tarixdə saat 00:22 dəqiqədə Şəhriyar ona «nə qədər qalırsan» deyə SMS atmış, sonra cavabsız səsli zəng etmiş, saat 00:32m dəqiqədə Şəhriyar səsli zəng vuraraq 21 saniyə danışmış, saat 00:33 dəqiqədə Təqsirləndirilən şəxs Şəhriyara səsli zəng vuraraq 1 dəqiqə danışmış, saat 00:38 dəqiqədə kart nömrəsi atmış, daha sonra isə «sən indii yol pulu atdır, qayıtmağa pul yoxdur» deyə SMS atmış, Şəhriyar isə ona «Konum şəkili də atıram» deyə SMS atmış, o da Şəhriyara «tamam» deyə SMS atmış, sonra Şəhriyar ona «sən götürənəcən pul kartında olacaq» deyə SMS atmış, o da Şəhriyara «Tammam» deyə SMS yazmış, sonra Şəhriyar ona «indii atıram vuralar» deyə SMS yazmış o da yenidən Şəhriyara «Tammam» deyə SMS yazmış, həmin gün saat 01:00-da şəhriyar ona «Çatmadın» deyə SMS atmış, saat 01:08 dəqiqədə Şəhriyar səsli zəng vuraraq 21 saniyə danışmış, saat 01:23 dəqiqədə o Şəhriyara səsli zəng vuraraq 24 saniyə danışmış, sonra yenidən Şəhriyar ona səsli zəng vuraraq 26 saniyə danışmış, saat 01:25 dəqiqədə şəhriyar ona narkotik vasitə olan qurudulmuş marixuananın olduğu yerin şəkillərini atmış və «Qazax rayonu, yazılan yer var ha ordan deyir 100 metr keçirsə qabağa görəcəksən» deyə səsli mesaj atmış, Təqsirləndirilən şəxs isə fotoşəkilə baxaraq «Qaqa bun ə boydadı belə, bu yekədi axı» deyə SMS yazmış, Şəhriyar isə ona «Şəkildə o cür görsənir, balacadı, səni necə tanıyıram sa onu da sənan da yaxşı tanıyıram, narahat olma» deyə SMS yazmış, o da Şəhriyara «yaxşı qaqa» deyə SMS yazmış, Şəhriyar ona «götürdün mənə xəbər elə» deyə SMS yazmış, o da şəhriyara «yaxşı qaqa» deyə SMS yazmış, saat 01:39 dəqiqədə Şəhriyar ona «Götürdün», saat 01:47 dəqiqədə sevindir da qardaşını» deyə SMS yazmış, saat 01:48 dəqiqədə «bir cavab verda qəhbənin biri qəhbə mənə bir xəbər verda götürübsən niyə demirsən, səni gözləiyrəm e mən, mənə bir xəbər ver, niyə götürüb dillənmirsən e mənə, ə qəhbənin biri qəhbə cındır mənə bir xəbər ver da, aç da mənim səsimi götürübsənsə mənə bir xəbər ver, səni gözləyirəm mən burda, ə bir cavab ver da niyə belə eliyirsən e sən, bir cavab ver da mən səni gözləyirəm qəhbənin biri qəhbə götürübsən xəbər ver da, bu nə işdi, bun ə hərəkətdi eliyirsən, cındırın balası mənə bir xəbər ver bun ə hərəkətdi eliyirsən, sənə pis iş görmüşəm mən qəhbə, ə bir cavb ver da mənə» deyə 5 ədəd nalayiq söyüşlərlə ifadə olunan səsli mesajlar atmışdır. Təqsirləndirilən şəxs Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Qazax rayonu ərazisində saxlanılaraq küçədə video çəkiliş ilə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış video görüntülərə Qazax rayon Polis Şöbəsinin inzibati binasında keçirilmiş baxış zamanı müəyyən edildi ki, Qazax rayon Polis Şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsini müvəqqəti icra edən, polis polkovnik- leytenantı Şahid2, Qazax RPŞ-nin PPXBnün komandir müavini, polis kapitanı Şahid3, PPXB-nün tağım komandiri, polis polkovnikleytenantı Şahid4, PPXB-nün polis nəfərləri, polis serjantı Şahid5, polis serjantı Şahid7 və KTQ-nun baş inspektor-kriminalisti, polis kapitanı X3 ilə birlikdə 03 yanvar 2025-ci il tarixdə saat 02:08 dəqiqədə Bakı-Qazax magistral yolunun Qazax rayonu, Ağköynək kəndi ərazisindən keçən hissəçsində yerləşən «Təyyarə» abidəsinin yaxınlığında Təqsirləndirilən şəxs saxlanılaraq özlərini təqdim edirlər. Bundan sonra Şahid2 tərəfindən Qazax RPŞ-nin KTQ-nun baş inspektor-kriminalisti, polis kapitanı Rahil Hüseynov tərəfindən «Panasonic» markalı videokamera ilə video çəkiliş aparıldığı elan edildi. Sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilir. Bundan sonra Şahid2 tərəfindən Təqsirləndirilən şəxs əlində olan göy rəngli çantanın içərisində nə olması soruşulur. Təqsirləndirilən şəxs ilk əvvəl çantanın əçərisində nə olmasını bilmədiyini, həmin çantanı 1000 manat qarşılığında götürüb Yevlax rayonu ərazisinə apardığını bildirdi. Həmçinin həmin vaxt Təqsirləndirilən şəxs çantanı ona sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı ona Yevlax rayonuna aparmasını dediyini bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs əlində olan həmin çantalar açıldı və çantanın içərisində bir ədəd ağ rəngli və bir ədəd qara rəngli sellofan torbalara bükülmüş bükülülər aşkar olundu. Həmin bükülülər bir-bir açıldıqda hər ikisinin içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğu aşkar edildi. Bundan sonra hər iki bükülü yenidən həmin göy rəngli çantanın içərisinə qoyulur və çanta tikilərək qablaşdırılır, imzalandı və DİN-nin 64 saylı möhürü ilə möhürlənmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Kəlbəcər RİHB-nin Comərd KİƏD üzrə Nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli, 68 nömrəli Arayışa və Xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs edilmiş Kəlbəcər rayonu Comərd kənd sakinidir, müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax Rayon Prokurorluğundan daxil olmuş xx.xx.2025-ci il tarixli məktuba əsasən Təqsirləndirilən şəxs hər hansı psixi və fiziki zorakılığa məruz qalması barədə rayon prokurorluğuna məlumat daxil olmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərərçəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmin Qərarın 24-cü bəndində göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri ittihamın həllində əsas götürülməlidir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram və ondan yuxarı, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi isə 2 qramdır. İş materiallarında olan 03 yanvar 2025-ci il tarixli, 16/2 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə marixuanın təmiz çəkisi – 2005 qram olmaqla külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.3-1-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Bununla da məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Eləcə də, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə 2005 qram qurudulmuş marixuanadır, onun ilk məhkumluğudur və yaşadığı ərazidə müsbət xarakterizə olunmasını cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 19 (on doqquz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 209 (iki yüz doqquz) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Qazax RPŞ-nin saxlanma anbarına saxlanca verilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2004.8 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd “Retmi Note 12” markalı mobil telefon yaxın qohumlarına qaytarılmalı qəbul etmədikdə məhv edilməlidir. xx.xx.2025-ci il tarixdə baxış keçirilməsi və götürülmə aparılmasına dair 01 (bir) ədəd DVD diski, xx.xx.2025-ci il tarixdə şəxsi axtarış və götürülmə aparılmasına dair 01 (bir) DVD ədəd diski, xx.xx.2025-ci il tarixdə avtomobilə baxış keçirilməsi haqqında 01 (bir) DVD ədəd diski, telefona baxış keçirilməsi haqqında 01 (bir) ədəd DVD diski və və telefon danışıqlarına dair "xxxx" MMC-dən daxil olmuş 01 (bir) CD diski iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən Xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan 23 iyun 2025-ci il tarixli 1018 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyatda alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 209 (iki yüz doqquz) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Qazax RPŞ-nin saxlanma anbarına saxlanca verilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2004.8 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd “Retmi Note 12” markalı mobil telefon yaxın qohumlarına qaytarılsın qəbul etmədikdə məhv edilsin. Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd “Redmi Note 12” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılsın. İş üzrə əhəmiyyət kəsb edən xx.xx.2025-ci il tarixdə baxış keçirilməsi və götürülmə aparılmasına dair 01 (bir) ədəd DVD diski, xx.xx.2025-ci il tarixdə şəxsi axtarış və götürülmə aparılmasına dair 01 (bir) DVD ədəd diski, xx.xx.2025-ci il tarixdə avtomobilə baxış keçirilməsi haqqında 01 (bir) DVD ədəd diski, telefona baxış keçirilməsi haqqında 01 (bir) ədəd DVD diski və və telefon danışıqlarına dair "xxxx" MMCdən daxil olmuş 01 (bir) CD diski iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-475/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-475/2025
18.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver