Məhkəmə qərarları › İş №1(100)-476/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-476/2025

18.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-476/2025 18.08.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Müslümov Bəhruz Firizman oğlu (sədrlik edən), hakimlər İmanov Dadaş Hüseyn oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibləri – X1, Məmmədova Təhminə Cahid qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1964-cü ildə Daşkəsən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Daşkəsən şəhəri, Nizami küçəsi, ev 15, mənzil 28-də qeydiyyatda olmuş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs «Wathsapp» proqramı vasitəsi ilə tanış olduğu “Baba” ləqəbli X5 vətəndaşı olması ehtimal olunan şəxsin 12 aprel 2025-ci il tarixdə saat 17:00 radələrində Gəncə-Daşkəsən avtomobil yolunun 33-cü kilometrliyində, Daşkəsən rayonu Aşağı Daşkəsən qəsəbəsi ərazisində, yolun sağ kənarında yerləşən, hazırda fəaliyyət göstərməyən “avtobaza” kimi adlanan obyektdəki uçuq vəziyyətdə, yarım tikili binaya istintaqa məlum olmayan şəxs tərəfindən yerləşdirilmiş, üzərində “sport” sözləri yazılmış qara rəngli idman çantası içərisində ayrı-ayrı 2 (iki) ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamalarda təmiz çəkiləri 480 qram və 475 qram, ümumilikdə isə çəkiləri 955 qram olmaqla külli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, 1 (bir) ədəd üzərində “Frumba” yazısı olan karton qutudakı 2 (iki) ədəd sellofan bükümlərdə hər birinin təmiz çəkiləri 114,041 qram və 129,233 qram, ümumilikdə isə çəkiləri 243,274 qram olmaqla külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə qəsdən əldə edərək qanunsuz olaraq üzərində saxlayıb, 12 aprel 2025-ci il tarixdə saat 19:25 radələrində Daşkəsən rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə-Daşkəsən avtomobil yolunun 33cü kilometrliyində Daşkəsən rayonu Aşağı Daşkəsən qəsəbəsi ərazisində, yolun sağ kənarında yerləşən, hazırda fəaliyyət göstərməyən “avtobaza” kimi adlanan obyektin qarşısında piyada hərəkətdə olan zaman narkotik vasitə əldə edərək saxlamasında şübhəli bilindiyi üçün saxlanılaraq rayon polis şöbəsinin Cinayət-Axtarış bölməsinin rəisi, polis mayoru Şahid1 tərəfindən “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi haqqında” tərtib olunmuş protokolla Təqsirləndirilən şəxs satış məqsədilə qəsdən əldə etdiyi, üzərində “sport” sözləri yazılmış qara rəngli idman çantası içərisində ayrı-ayrı 2 ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamalarda təmiz çəkiləri 480 qram və 475 qram ümumilikdə isə çəkiləri 955 qram olmaqla külli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd üzərində “Frumba” yazısı olan karton qutudakı 2(iki) ədəd sellofan bükümlərdə hər birinin təmiz çəkiləri 114,041 qram və 129,233 qram, ümumilikdə isə çəkiləri 243,274 qram olmaqla külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, avtodayanacaq nəzarətçisi kimi çalışdığı vaxt, özünü “Rasim” olaraq tanıdan bir kişi yaxınlaşaraq ona bağ işi olduğunu və fəhlə axtardığını bildirmişdir. İlk dəfə razılaşmamış, lakin bir gün sonra həmin kişi bir qadınla birlikdə gələrək ona yenidən sözügedən işi təklif etmiş, o da bu dəfə razılaşmış və birlikdə bağ evinə getmişlər. Orada yemək yedikdən sonra həmin şəxs ona dincəlməyi tövsiyə etmişdir. Daha sonra əlində uzun butulkaya bənzər bir əşya gətirərək siqaret olmadığını, bunun əvəzində həmin maddədən istifadə edə biləcəyini söyləmişdir. Təqsirləndirilən şəxs nə olduğunu bilmədən həmin maddədən istifadə etmiş və daha sonra dincəlməyə getmişdir. Oyanandan sonra həmin şəxs ona Daşkəsən şəhərinə gedərək çanta götürməyi təklif etmişdir. Daşkəsənə çatdıqda həmin şəxs çantanın içindəkilərini satdıqdan sonra ona 4000 manat verəcəyini vəd etmişdir. Təqsirləndirilən şəxs sözügedən yerə çatıb çantanı götürdükdən sonra deməsinə görə onunla birlikdə sözügedən yerə maşınla gələn şəxslər oranı tərk etmişlər. Bir müddət sonra digər bir qara maşın dayanmış və içindən polis əməkdaşları düşmüşlər. Təqsirləndirilən şəxsin ifadəsinə görə, həmin şəxs İqbalı ora gətirərkən ona telefon da vermiş və telefonun artıq ona aid olduğunu demişdir. “Rasim” adlı şəxs İqbaldan həmin telefondan bir nəfərə səs göndərməsini istəmiş və müxtəlif göstərişlər vermişdir. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitədən istifadə etmədiyini, Rasimi isə ilk dəfə gördüyünü göstərmişdir. Onun dediyinə görə, təqdim edilən maddəni siqaret olduğunu düşünərək istifadə etmiş, daha sonra sözügedən maddənin narkotik vasitə olmasını bilmişdir. Rasim ona əvvəlcə bağın süpürülməsini və məhəllənin təmizlənməsi üçün 450 manat təklif etmiş, eləcə də narkotik vasitə qoyulmuş çantanı çantanı götürərkən əlavə pulun veriləcəyini demiş, əvvəlcədən bu barədə heç nə danışmamışdır. Çantanı köhnə avtobusların yanında yerləşdirdikdən sonra qısa müddət ərzində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Eləcə də, məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs bildirmişdir ki, onunla bərabər bu cinayətin törədilməsində iştirak etmiş və onu bilavasitə cinayətə təhrik edən “Rüstəm” adlı şəxsi 2 saylı İstintaq Təcridxanasında görmüş və adının Vüqar olmasını öyrənmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, saat 6-7 radələrində təqsirləndirilən şəxslə bağlı əməliyyat məlumatı daxil olmuş, bunun əsasında əməliyyat qrupu yaradılaraq hadisə yerinə getmişlər. Təqsirləndirilən şəxsin əlində çanta olmuşdur. Çantaya baxış keçirilən zaman iki büküm marixuana və bir butulka şəklində heroin aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş maddi sübutlar çəkildikdən sonra möhürlənmiş və Daşkəsən RPŞ-yə təhvil verilmişdir. Məlumat təqsirləndirilən şəxsin narkotik vasitəni üzərində daşıması ilə bağlı olmuşdur. Polis əməkdaşları digər şəxsləri görməmişlər. Təqsirləndirilən şəxs Daşkəsəndən Gəncəyə 2 km məsafədə saxlanılmışdır. Saxlanılan zaman onun yanında heç kim olmamışdır. O, orada başqa adamların olduğunu desə də, heç kim aşkarlanmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsin üzərində narkotik vasitə saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olduqdan sonra hadisə yerinə getmişlər. Təqsirləndirilən şəxs çanta ilə saxlanılmışdır. Çantaya baxış keçirilən zaman üç büküm narkotik vasitə – iki büküm marixuana və bir büküm heroin aşkar edilmişdir. Əməliyyat tədbiri zamanı 5 nəfər iştirak etmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuşdur. Əraziyə baxış keçirilsə də, heç kim aşkarlanmamışdır. Onun üzərindən 100 manat və telefon götürülmüşdür. Təqsirləndirilən şəxs çantanın başqası tərəfindən verildiyini demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 12 aprel 2025-ci ildə Daşkəsən RPŞ-də 5 nəfərlik əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri Şahid1 olmuşdur. Saat 7-8 radələrində Daşkəsən rayonunda köhnə avtobazanın yerləşdiyi ərazidə təqsirləndirilən şəxs görülmüşdür. Onun əlində çanta olmuşdur. Çantaya baxış keçirilən zaman narkotik vasitələr, üzərində isə 100 manat və telefon aşkar edilmişdir. Aşkar edilmiş böyük bükümlərin 508 və 509 qram marixuana, əlavə olaraq 244 qram heroin olduğu sənədləşdirilmişdir. Hadisə yerinə əməliyyat qrupu birlikdə çatmışdır. Orada maşın olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində gəzdirməsi və istifadəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmış və hadisə yerinə getdikləri zaman təqsirləndirilən şəxsin əlində idman çantası ilə piyada gəzdiyini müşahidə etmişlər. Ona yaxınlaşdıqda, Şahid1 Təqsirləndirilən şəxs bildirişi təqdim etmişdir. Çəkiliş aparılmaqla çantaya baxış keçirilmiş və iki ədəd salofan bağlamada, həmçinin bir ədəd qabda narkotik vasitə aşkar edilmişdir. Aşkar edilən narkotik vasitələrin çəkisi təxminən 508 və 509 qram olmuşdur. Təqsirləndirilən şəxs çantanın kimə aid olduğunu bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman yanında heç kim olmamışdır. O, başqa adamlar olduğunu desə də, heç kim tapılmamışdır. Telefonda konum paylaşılmış olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxsin üzərindən 'iPhone' markalı telefon çıxmışdır. Həmçinin həmin ərazidə onun üzərinə baxış keçirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, hadisə aprelin aylarında, havanın dumanlı olduğu bir vaxtda baş vermişdir. Onlara məlumat daxil olduqdan sonra hadisə yerinə yaxınlaşmışlar. Ora getdikləri zaman Təqsirləndirilən şəxs əlində çanta ilə görmüşlər. Həmin vaxt təqsirləndirilən şəxs çantanın ona aid olmadığını demişdir. Onun üzərinə baxış keçirilən zaman telefon aşkar edilmişdir. Telefona baxış keçirildikdə İqbalın səs yazıları və videoları aşkarlanmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuşdur. O, orada başqa adamların da olduğunu demiş, lakin heç kim tapılmamışdır. Aşkar edilən bağlamaların hər ikisi böyük ölçüdə olmuşdur. Şahid göstərmişdir ki, orada meşəlik olmamış, həmin ərazinin aşağısı uçurum olmuşdur. Onun dediyinə görə, üzərindən götürülən telefonun nömrəsinin olub-olmadığını bilməmişdir. Təqsirləndirilən şəxsdən telefonun haradan gəldiyini soruşmamışdır. Video isə həmin gün çəkilmişdir. Şahid istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onların kamerasında olmuşdur. O, göstərmişdir ki, İqbal tutulmamışdan qabaq onunla heç bir söhbət aparmamışdır. Təqsirləndirilən şəxs həmin kamerada təxminən bir həftə qalmışdır. O, tutulma səbəbinin narkotik olduğunu demişdir. Şahid qeyd etmişdir ki, İqballa heç bir qohumluq və ədavəti olmamışdır. Eyni zamanda, təqsirləndirilən şəxsə tutulmamışdan qabaq heç nə verməmişdir. O, 2025-ci ilin 12 fevral tarixində Azərbaycana qayıdan kimi tutulmuşdur. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin xx.xx.2025-ci il tarixli 16/355 nömrəli ekspert rəyindən görünür ki, 01 (bir) ədəd “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №68” dairəvi möhür əksi ilə möhürlənmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş 509 qram marixuanaya bənzər kütlə” yazı və imzalar olan kağız bağlamadakı l(bir) ədəd üzəri yapışqan lemtə bağlanmış qara rəngli sellofan bağlamada, təmiz çəkisi 480 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. 01 (bir) ədəd “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №68” dairəvi möhür əksi ilə möhürlənmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş 509 qram qara sellofana lentə sarılmış marixuanaya bənzər kütlə” yazı və imzalar olan kağız bağlamadakı l(bir) ədəd üzəri yapışqan lemtə bağlanmış qara rəngli sellofan bağlamada, təmiz çəkisi 475 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. 01 (bir) ədəd “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №68” dairəvi möhür əksi ilə möhürlənmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş 246 qram heroine bənzər kütlə” yazı və imzalar olan kağız bağlamadakı l(bir) ədəd üzərində Frumba yazısı olan karton qutudakı 2(iki) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 114,041 qram, 129,233 qram ümumi təmiz çəkisi 243,274 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir.Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahıya (1-ci siyahı) daxildir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in siyahısına (1-ci siyahı) daxildir. Qeyd: Marixuananın ümumi təmiz çəkisi - 955 qram, tədqiqata sərf edildi - 0,4 qr(hər birindən 0,2 qr), qalıq-954,6 qr qalmışdır. Heroin ümumi təmiz çəkisi - 243,274 qram tədqiqata sərf edildi – 0,4 qr (hər birindən 0,2 qr) qalıq - 242,874 qr qalmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 07 iyul 2025-ci il tarixli, 1057 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 “Daşkəsən rayon mərkəzi xəstəxanası” X9 30 aprel 2025-ci il tarixli, 18-1-33/2-171/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Daşkəsən şəhər poliklinikasının narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeyddiyyatında durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 04 iyul 2025-ci il tarixli qərar ilə rayon polis şöbəsinin Cinayət- Axtarış bölməsinin rəisi, polis mayoru Şahid1 tərəfindən “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qablaşdırılmış zərflərdə olan tədqiqata sərf edildikdən sonra qahq təmiz çəkisi - 954.6 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, təmiz çəkisi 242,874 qram narkotik vasitə olan heroin, Daşkəsən RPŞ-nin CAB-nin rəisi polis mayoru Şahid1 tərəfindən 12 aprel 2025-ci il tarixdə “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi haqqında” tərtib olunmuş protokola əlavə edilmiş lədəd DVD disk, Təqsirləndirilən şəxs üzərindən götürülərək qablaşdırılmış zərf içərisində olan narkotik vasitə olan qurudulmuş marixuana və heroine baxış keçirilməsi protokoluna əlavə edilmiş 1 ədəd DVD disk və “İphone 5S” markalı İOS işçi sisteminə malik mobil telefona baxış keçirilməsi haqqında 14 aprel 2025ci il tarixli protokol əlavə edilmiş 1 ədəd DVD disk, eləcə də Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “İOS” işçi sisteminə malik İphone 5S markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qablaşdırılmış zərflərdə olan tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi -954.6 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, təmiz çəkisi 242,874 qram narkotik vasitə olan heroin və Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “İOS” işçi sisteminə malik İphone 5S markalı mobil telefon RPŞ-nin saxlancına verilmiş, Daşkəsən RPŞ-nin CAB-nin rəisi polis mayoru Şahid1 tərəfindən 12 aprel 2025-ci il tarixdə “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi haqqında” tərtib olunmuş protokola əlavə edilmiş lədəd DVD disk, Təqsirləndirilən şəxs üzərindən götürülərək qablaşdırılmış zərf içərisində olan narkotik vasitə olan qurudulmuş marixuana və heroine baxış keçirilməsi protokoluna əlavə edilmiş 1 ədəd DVD disk və “İphone 5S” markalı İOS işçi sisteminə malik mobil telefona baxış keçirilməsi haqqında 14 aprel 2025- ci il tarixli protokol əlavə edilmiş 1 ədəd DVD diskin cinayət işinə əlavə edilməsi nəzərə alınmışıdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “İphone 5S” markalı İOS işçi sisteminə malik mobil telefona baxış keçirilməsi haqqında 14 aprel 2025-ci il tarixli protokoldan görünür ki, mobil telefon İOS işçi sisteminə malikdir, orada bir neçə zəruri proqramlar vardır, həmin proqramlarda iş üçün hər hansı əhəmiyyətə malik məlumat aşkar edilməmişdir. Sonra mobil telefonun «Foto» şəkilləri aşkar olundu olundu. Həmin foto şəkillər printer vasitəsi ilə çap olunaraq götürüldü. Bundan sonra mobil telefonun «Wathsapp» proqramına daxil olundu, orada adı “Baba” kimi qeyd olunmuş +98 903 *** **** saylı nömrə ilə yazışmalara və səsli mesaj mətnlərinə baxış keçirildi, həmin nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** sayli 'mobil nömrəyə mesajlar gəlmişdir. Həmin mesaj mətnlərindən görünür ki, “Baba” adı kimi qeyd olunmuş şəxs Təqsirləndirilən şəxs 099-703- 92-22 saylı mobil nömrə altında istifadə etdiyi “whatsapp” proqramına mesajlar, səslər, foto-şəkillər və video atmışdır. Belə ki, həmin mesajların mətni belədir. Təqsirləndirilən şəxs: (səsli mesaj) - salam baba, axşamın xeyir (mesaj tarixi xx.xx.2025, saat 16:13) Baba ləqəbli şəxs: salama baba axşamın xeyir (mesaj tarixi xx.xx.2025, saat 16:14) Təqsirləndirilən şəxs: (səsli mesaj) - baba indi nə deyirsən mənə mal atırsan? (mesaj tarixi xx.xx.2025, saat 16:15) Baba ləqəbli şəxs: sana dediyim kimi mana vido atarsan hall edərik, (mesaj tarixi xx.xx.2025, saat 16:16) Təqsirləndirilən şəxs: (videogömtü)- mən İranlı qardaşdan torpaq götürürəm, bir də ot götürürəm, söz verirəm onu yerbəyer eləyib pulunu kartına vuracam. (mesaj tarixi xx.xx.2025, saat 16:24) Bundan sonra Baba ləqəbli şəxs tərəfindən Təqsirləndirilən şəxs 1 ədəd konum və iki ədəd şəkil atılır. Həmin şəkillərdən müəyyən edilir ki, içərisində narkotik vasitələr olan, üzərində sport sözləri yazılmış çantanın qoyulduğu yer görsənir. Baba ləqəbli şəxs: baba götürdün (mesaj tarixi xx.xx.2025, saat 19:15); Baba ləqəbli şəxs: onnarı yerbəyer elə sat pulunu vur baba 4 güne. (mesaj tarixi xx.xx.2025, saat 19:16) Baba ləqəbli şəxs:? (mesaj tarixi xx.xx.2025, saat 19:16) Ümumilikdə 1 ədəd video 2 ədəd səsli mesaj mətnləri CD diskə köçürülmüşdür. Bundan başqa, “Baba” ləqəbli şəxsin Təqsirləndirilən şəxs atdığı mesaj mətnləri ekran çəkimi vasitəsilə çəkilərək printer vasitəsi ilə çap olunaraq götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs səs yazılarında olan səslərin ona məxsus olduğunu, eləcə də videogörüntüdə danışan şəxsin özünün olduğunu bildirmişdir. Ona görə də Təqsirləndirilən şəxs üzərindən götürülmüş özünə məxsus qara və boz rəngli İOS işçi sisteminə malik olan “İphone 5 S” markalı mobil telefondan götürülmüş mesaj mətnləri, video və səsli mesaj mətnlərinin köçürüldyü 1 ədəd CD disk kağız paketə qoyulduqdan sonra rayon polis şöbəsinin zərflər üçün nəzərdə tutulmuş 68 nömrəli möhürü ilə möhürlənərək protokola əlavə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC-nin BKC\LGL-4972\25 saylı, 23 may 2025-ci il tarixli məktubu ilə daxil olmuş CD-diskə baxış keçirilməsi haqqında 21 iyun 2025-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD-disk kompüterin disk yuvacığına daxil edildi. Həmin vaxtı 2 ədəd fayl açıldı. 1-ci fayl nömrələrin məxsusluq tarixçəsidir. Həmin fayla daxil olduqda 070 *** ** ** saylı mobil nömrənin Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, ev 28-də yaşayan X4 məxsus olduğu müəyyən edilir. Həmin faylda iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilmədi. Bundan sonra həmin fayldan çıxılaraq 2-ci fayla daxil olunur. 2-ci faylda Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrədən digər nömrələrə gedibgələn zənglər qeyd olunmuşdur. Fayla daxil olduqda 12 aprel 2025-ci il tarixdə saat 18:07 dəqiqədən Təqsirləndirilən şəxs Daşkəsən rayonu “Fərhadın heykəlinin yanı” adlanan ərazisində olduğunu müəyyən edilmişdir. Baxış zamanı zənglərdən hər hansı birində iş üçün əhəmiyyət kəsb edəcək məlumat aşkar edilmədi. Ümumilikdə Bakcell MMC-dən daxil olmuş diskə baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat əldə edilməmişdir. Bununla da baxış yekunlaşmışdır. Sonda kompüterin disk yuvacığından CD-disk çıxarılaraq işə əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş cinayət işi üzrə hadisə yerinə baxış keçirilməsi haqqında 13 aprel 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Gəncə-Daşkəsən avtomobil yolunun 33-cü kilometrliyində, Daşkəsən rayonu Aşağı Daşkəsən qəsəbəsi ərazisində, yolun sağ kənarında yerləşən, hazırda fəaliyyət göstərməyən “avtobaza” kimi adlanan obyektdəki yarımtikili binanın içərisidir. Baxış zamanı hadisə yerində iş üçün əhəmiyyət kəsb edən hər hansı predmet aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127-ci maddəsilə təqsirli bilinib 01 il 05 ay 21 gün müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bundan başqa, Daşkəsən rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 08 ay 24 gün müddətinə azadhığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə cəzasının müddəti başa çatmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Daşkəsən Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun 06 aprel 2023-cü il tarixdən 24 may 2023-cü il tarixədək həbsdə saxlandığı 01 (bir) ay 18 (on səkkiz) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən əsasən 02 (iki) günə 01 (bir) gün hesabı ilə hesablanmaqla 03 (üç) ay 06 (altı) gün müddət, ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və o qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Daşkəsən Rayon İcra və Probasiya Xidmətindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktuba əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası xx.xx.2025-ci il tarixdə başa çatmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Daşkəsən RPŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli məhkəmə sorğusuna cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd etdiyi “Rüstəm” adlı şəxsi müəyyən etmək mümkün olmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərərçəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmin Qərarın 24-cü bəndində göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri ittihamın həllində əsas götürülməlidir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram və ondan yuxarı, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi isə 2 qramdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 16/355 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə marixuananın ümumi təmiz çəkisi - 955 qram, tədqiqata sərf edildi - 0,4 qr (hər birindən 0,2 qr), qalıq-954,6 qr qalmışdır. Heroin ümumi təmiz çəkisi - 243,274 qram tədqiqata sərf edildi – 0,4 qr (hər birindən 0,2 qr) qalıq - 242,874 qr təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.3-1-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixli X7 adında bir az yaşlı övladı var. Bununla da məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Cinayət Məcəlləsinin 59.4-cü maddəsinə himayəsində azyaşlı övladının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal olaraq müəyyən edilmişdir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Belə ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı “Baba” adlı şəxslə əlaqəyə girərək, sonuncuya məxsus olan narkotik vasitəni ölkə ərazisində kuryerlik edilməsi barədə razılığa gəlmiş, bu məqsədlə də onunla aralarında çox saylı yazışmalar həyata keçirmiç, ona səsli və görüntülü mesajlar göndərmişdir. Sözügedən narkotik vasitənin çatdırılması müqabilində 4000 manat pula razılaşmışlar. Eləcə də, məhkəmə istintaqı zamanı Vüqar adlı şəxs dəvət olunmuş, Şahid6 2025-ci ilin fevral ayında həbs olunması məlum olmuşdur. Eləcə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində bir azyaşlı övladının olmasını, özünün yaşının 60-dan yuxarı olmasını, törətdiyi əməldən səmimi peşman olmasını, eləcə də yaşadığı ərazidə müsbət xarakterizə olunmamasını cəza təyin edərkən nəzərə almalıdır. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması zəruridir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 220 (iki yüz iyirmi) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Daşkəsən RPŞ-nin saxlanma anbarına saxlanca verilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi -954.6 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, təmiz çəkisi 242,874 qram narkotik vasitə olan heroin məhv edilməli, “İphone 5S” markalı İOS işçi sisteminə malik mobil telefon sahibinə qaytarılmalı götürülmədikdə məhv edilməli, “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi haqqında” tərtib olunmuş protokola əlavə edilmiş lədəd DVD disk, Təqsirləndirilən şəxs üzərindən götürülərək qablaşdırılmış zərf içərisində olan narkotik vasitə olan qurudulmuş marixuana və heroine baxış keçirilməsi protokoluna əlavə edilmiş 1 ədəd DVD disk və “İphone 5S” markalı İOS işçi sisteminə malik mobil telefona baxış keçirilməsi haqqında 14 aprel 2025-ci il tarixli protokol əlavə edilmiş 1 ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən Xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan 07 iyul 2025-ci il tarixli, 1057 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 220 (iki yüz iyirmi) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Daşkəsən RPŞ-nin saxlanma anbarına saxlanca verilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi -954.6 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, təmiz çəkisi 242,874 qram narkotik vasitə olan heroin məhv edilsin, “İphone 5S” markalı İOS işçi sisteminə malik mobil telefon sahibinə qaytarılsın götürülmədikdə məhv edilsin, “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi haqqında” tərtib olunmuş protokola əlavə edilmiş lədəd DVD disk, Təqsirləndirilən şəxs üzərindən götürülərək qablaşdırılmış zərf içərisində olan narkotik vasitə olan qurudulmuş marixuana və heroine baxış keçirilməsi protokoluna əlavə edilmiş 1 ədəd DVD disk və “İphone 5S” markalı İOS işçi sisteminə malik mobil telefona baxış keçirilməsi haqqında 14 aprel 2025-ci il tarixli protokol əlavə edilmiş 1 ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar