Məhkəmə qərarları › İş №1(100)-477/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-477/2024

08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-477/2024 08.10.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər X9 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X18 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağir cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin qanuni nümayəndəsi (anası) X7 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.2006-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Sarıtəpə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 12 aprel 2024-cü il tarixdə saat 18 radələrində Şəmkir rayonu, Sarıtəpə kəndində yaşayan həmkəndlisi Zərərçəkmiş şəxs həmin tarixdə onun anası X10 ilə birlikdə işlədikləri "xxxx" MMC-dən işdən qayıdarkən, marşrut avtobusunun içərisində digər şəxslərin yanında Zərərçəkmiş şəxs Qanuni nümayəndənı nalayiq ifadələrlə təhqir edib əli ilə qəsdən vuraraq sonuncuya sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən burun yəhərinin, sol almacıq nahiyəsinin qançırları, çənə altı nahiyəsinin və boyunun ön səthinin sıyrıqları ilə nəticələnən xəsarətlər yetirməsi səbəbindən Zərərçəkmiş şəxs qisas almaq niyyəti ilə Şəmkir rayonu, Sarıtəpə kəndinin girişində üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik soyuq silah hesab edilməyən ümumi təyinatlı turist bıçağı ilə bir neçə dəfə qəsdən sonuncunun bədəninin müxtəlif yerlərindən vuraraq Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid döş qəfəsinin arxa səthində sol kürək nahiyəsinin, qarının ön divarında sol qabırğaaltı nahiyənin və bel nahiyəsinin sol yarısının daxilə keçməyən 3 (üç) ədəd deşilmiş-kəsilmiş yaraları, eləcə də həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinin ön səthinin sağ yarısının döş boşluğuna keçən, sağ tərəfli hemopnevmatoraksa səbəb olmuş 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası xəsarətlərini yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 12 aprel 2024-cü il axşam 18-19 radələrində Şəmkir rayonu, Sarıtəpə kəndində olan evlərində fərdi işlə məşğul olarkən anası Qanuni nümayəndə gəlmişdir. Anasının gözünün altında iz olduğunu görüb sonuncudan nə baş verdiyini soruşanda anası işdən gələrkən marşrutda İlxamın ona əl qaldırdığını və sonuncu barəsində şikayət etmək üçün polisə getmələrini demişdir. Həmin vaxtı bıçaq onun üzərində olmamışdır. Hadisəni törətdiyi bıçaq rəhmətlik atasına məxsus olmuşdur. Bundan sonra o, əynini dəyişmiş və bıçağı evdən götürüb çıxmışdır. Anası arxası ilə onu çağırsa da o, cavab verməmişdir. Kəndin girəcəyində İlxamı görüb nə üçün anasını vurduğunu soruşmuşdur. İlxam birinci cavab verməmiş, ikinci dəfə İlxamın üzərinə qışqıranda sonuncu “mən vurmamışam, çıx get” demişdir. O da “necə yəni heç nə etməyibsən?” deyib İlxama üzərindəki bıçaqla 4 dəfə xəsarət yetirmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, zərbələri təsadüfi olaraq yetirdiyindən İlxamın hansı nahiyələrindən vurduğunu bilməmiş, bıçağı da xəsarət yetirmək üçün üzərində götürmüşdür. O, Zərərçəkmiş şəxs ilə barışmağa cəhd etmiş, lakin sonuncu barışmamışdır. Onun böyük bacı və qardaşı olmuş, bacısı hadisə baş verən zaman evdə olmamış, qardaşı isə Rusiya Federasiyasında yaşamışdır. Bıçağı çıxaranda İlxam ilk olaraq “gəl, gəl” deyib onun çəkinəcəyini düşünmüş, o isə sonuncunun bu sözünə, həmçinin anasına qarşı etdiklərinə qıcıqlanaraq xəsarət yetirmişdir. Hadisədən əvvəl Zərərçəkmiş şəxs onu təhqir etməmişdir. Bıçağı Zərərçəkmiş şəxs qorxutmaq məqsədilə üzərində götürmüşdür. Törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxslə barışmış və sonuncuya dəymiş ziyanı tam olaraq ödəmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən istilikxanada işləmiş, Qanuni nümayəndənı da iş yerindən tanımışdır. Onlar həmişə saat 18:00-da işdən çıxmışlar. xx.xx.2024-cü il tarixdə işdən çıxdıqdan sonra marşruta minmişdir. Sürücü Rövşən kişi telefonu vasitəsilə maqnitofonda mahnı qoşmasını xahiş etdiyi üçün o, sonuncunun dediyini etmişdir. Mahnının səsi normal səviyyədə olmuşdur. Bir az getdikdən sonra Sabirkənd yolunda “Sakitin restoranı” deyilən yerə çatdıqda Vəfa “dəli yenə maqnitofonun səsini artırıb-azaltmağa başladı” demişdir. O da sonuncuya “mənim atam belə mənə bu sözü deməyib, sən kimsən ki, mənə bunu deyirsən?” deyib üzünü çevirmişdir. Bu zaman Vəfa stəkan kimi bir şey çıxarıb onun çiynindən vurmuş və zərbənin təsirindən o, qolunu hiss etməmişdir. Bundan sonra o, çevrilib Vəfanı marşrutda özündən kənara itələmişdir. Vəfanı itələdikdən sonra sonuncu çantasından 4 ədəd bıçaq çıxarmış və həmin bıçaqlardan birini götürüb onun üzərinə gəlmək istəmiş, lakin marşrutdakı digər qadınlar Vəfaya mane olmuşlar. Rövşən kişi isə marşrutda bıçaqlanma olmaması üçün onu düşürmüşdür. O, Sarıtəpə kəndinin başınadək piyada gəlmiş və Qiyas müəllimin yanına getmişdir. Qiyas müəllimə “siz mənə deyibsiniz ki, arvadın şərindən aralı ol, mən də olurdum” demiş, sonuncu isə “hə, yaxşı başa düşdüm, get qonağım var” demişdir. Bundan sonra Sarıtəpə kəndinin başına çatanda Təqsirləndirilən şəxs gəlmişdir. O, İslama heç nə deməmiş, sonuncu isə yaxınlaşan kimi bıçağı çıxarıb 4 dəfə ona xəsarət yetirmişdir. İfadəsinin davamı olaraq İlham Xasratov bildirmişdir ki, marşrutda onun Vəfaya əli dəyməmiş, sonuncu ilə aralarında mübahisə maqnitofonun səsini artırıb-azaltmaq üstündə olmuş, onlar yolda gələrkən o, telefonu maqnitofona qoşub mahnı dinləmiş, Vəfa isə maqnitofonun səsindən Rövşən kişiyə şikayətlənmiş, Rövşən kişi “bunu mənə niyə deyirsən, İlxama de” demişdir. Bundan sonra Vəfa ona “Allahın dəlisi səsi artırıbazaltmağa başladı” demişdir. Mübahisə zamanı Vəfa ona bıçaq çıxarmış və xəsarət yetirmək istəmiş, Rövşən isə marşrutda hadisə baş verməməsi üçün onu düşürmüşdür. O, özünü qorumaq məqsədilə Vəfanı itələmiş, lakin sonuncu bununla bağlı şikayət etməmişdir. O, Təqsirləndirilən şəxsla barışmış, ona dəymiş maddi ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur, sonuncuya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs iş yoldaşı olmuşdur. Onlar xx.xx.2024-cü il tarixdə işdən çıxıb marşrut ilə evə gələn zaman musiqi qoymuşlar. İşdən sonra yorğun olduğuna görə sürücü Rövşənə musiqinin səsini aşağı etməsini demiş, sonuncu isə əli ilə “mənlik deyil, mahnını kim qoyubsa ona de” mənasına gələn hərəkət etmişdir. O da sürücü və avtomobilin sahibi Rövşən olduğu üçün sonuncunun özünə dediyini bildirmişdir. Həmin sözləri deyən zaman İlxam əli ilə iki dəfə onun üzünə zərbə vurmuşdur. Yumruqlardan biri burnuna, digəri isə yanağına dəymişdir. İlxam bir də vurmasın deyə o, üzünü əli ilə tutmuşdir. Sonuncu onu yenidən vurmaq istəyəndə marşrutda olan digər şəxslər buna imkan verməmişdir. Hətta yanında əyləşən şəxs özünə də yumruq dəyə biləcəyi üçün yerini dəyişmişdir. İlxamın bu hərəkətlərindən sonra o, iş stəkanını çıxarıb sonuncuya vurmaq istəyəndə marşrutda olan şəxslər onu tutmuşdur. Ona görə də stəkan İlxama dəyməmişdir. Digər iş yoldaşı Xaliq isə İlxamı yolda marşrutdan düşürüb “düş, get” demişdir. İlxamın ona qarşı əvvəllər də belə hərəkətlər etməsinə baxmayaraq o, bu barədə evdə danışmamış, lakin oğlu İslam bunları kənardan eşitmişdir. Hadisə günü evə gəlməmişdən əvvəl üz nahiyəsində olan izlərin keçməsi üçün bir qədər ləngimiş, lakin evə gəldikdə üzündə izlər qalmışdır. Oğlu İslam ondan nə olduğunu soruşduqda əvvəlcə heç nə olmadığını deyərək digər tərəfdə Qiyas müəllimə zəng etmişdir. Qiyas müəllim ona polisə zəng etməsini demiş, o da zəng etmişdir. Polis şöbəsindən ona şöbəyə gəlməli olduqları bildirilmişlər. O, yenidən evə girib oğluna “mən əynimi dəyişirəm, taksi çağırmışam, polisə gedirəm” demişdir. Oğlu İslam nə olduğunu bir daha soruşduqda o, “İlxamla bir az ağızlaşmışıq” demiş, lakin İlxamın onu vurması barədə heç nə deməmişdir. Bundan sonra İslam əynini dəyişib evdən çıxmış, o isə oğlunun arxasınca çağırsa da İslam cavab verməmişdir. Bir az sonra Qiyas müəllim ona zəng edib oğlu İslamın İlxamı bıçaqladığını demişdir. İslam çağırdığı taksi ilə eyni vaxtda evə qayıtmışdır. İslam “ana, adam bıçaqlamışam” demiş, o da cavabında “qələt edibsən, bəs sənə dedim axı lazım deyil” bildirmişdir. Onlar taksiyə minən kimi polislər gəlmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə kəndin giriş hissəsindəki çayxanada dostları ilə əyləşən zaman Zərərçəkmiş şəxs ona yaxınlaşmışdır. Bundan əvvəl də Vəfa xanım ona zəng etmişdir. Sonuncuların pandemiya dövründə də mübahisələri olmuş, o da onlarla profilaktik söhbət aparıb mübahisə etməmələrini demişdir. xx.xx.2024-cü il tarixdə Vəfa xanım ona zəng etdikdə o, mübahisə etməmələrini və iş yoldaşı olduqlarını bildirmiş, lakin Vəfa bu dəfə məsələnin başqa cür olduğunu demişdir. O, aralarındakı məsələyə müdaxilə etmək ixtiyarı olmadığını, bununla bağlı polisə müraciət etməli olduqlarını bildirmişdir. Axşamüstü kəndin çıxış hissəsində olanda İlxamın marşrutun sürücüsü ilə söhbət etdiyini görmüşdür. İlxama yaxınlaşıb “sənin xanımla nə işin var axı, xanımdır, etdikərin düz deyil” bildirərək evə getməsini demişdir. Bundan sonra o, arxa tərəfə keçmişdir. Təxminən 15 dəqiqə sonra İlxamın uca səslə çöldə onu çağırmasını eşitmişdir. İlxama tərəf getdikdə səhv etmirsə sonuncu qarnının sağ tərəfini göstərmişdir. O, diqqətlə baxdıqda İlxamın yaralandığını görmüşdür. Sonuncu İslamın onu bıçaqla vurduğunu demiş, onun yanında başqa adamlar da olmuş və onlar təcili tibbi yardıma zəng etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs da orada olmuş və o, sonuncunun əlində bıçaqla yaxınlaşdığını görüb dərhal bıçağı əlindən almışdır. İslamdan nəyə görə bu hadisəni törətdiyini soruşduqda sonuncu İlxamın anasını marşrutda təhqir edib vurduğuna görə etdiyini bildirmişdir. Daha sonra İlxamı xəstəxanaya yola salıb polisə məlumat vermişlər. Polislər hadisə yerinə gəlib İslamı tutmuşdur. İfadəsinin davamı olaraq Şahid4 bildirmişdir ki, əvvəllər kənddə İlxam, İslam və Vəfa xanımın barəsində heç bir şikayət olmamışdır. İslam və İlxam müsbət xarakterizə olunmuşlar. Səhv etmirsə İlxam hadisə günü ağ damalı köynək geyinmiş, İslamın hadisə törədərkən istifadə etdiyi bıçaq isə kiçik ölçülü olmuşdur. İlxam köynəyini açıb qan olduğunu göstərmiş, bundan əlavə bıçağın üzərində də qan olmuşdur. İslam İlxama bıçaqla xəsarət yetirdikdən sonra yenidən mübahisə yaranmaması üçün sonuncu onun təkidi ilə hadisə yerindən uzaqlaşmışdır. Təcili-tibbi yardıma da o məlumat vermişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə ona zəng edərək oğlu Zərərçəkmiş şəxs bıçaqlandığını bildirmişlər. Bunu eşitdikdən sonra o, kəndin başına gəlmiş, oğlu İlxama 4 ədəd bıçaq zərbəsi vurulduğunu və qanaxmasının olduğunu görmüşdür. Marşrutda olan şəxslərin deməsinə görə işdən gələrkən Vəfa ilə İlxam arasında maqnitofonun səsinin artırıb-azaldılmasına görə narazılıq olmuş, Vəfa Rövşənə maqnitofonun səsini azaltmasını demiş, Rövşən isə bunu İlxama deməsini bildirmişdir. Bundan sonra Vəfa ilə İlxam arasında mübahisə yaranmış, Vəfa çantasından çıxardığı stəkan ilə İlxamın çiyninə vurmuş, oğlu da sonuncu onu vurduğuna görə Vəfanı itələmişdir. Ardınca Vəfa çantasından bıçaq çıxararaq İlxamın üzərinə gəlmişdir. Bundan sonra İlxamı yolda marşrutdan düşürmüşlər. Vəfa hadisə barədə hansı formada danışıbsa nəticədə İslam oğlunu bıçaqlamışdır. Vəfa əvvəllər də oğlu İlxama qarşı qeyri-etik hərəkət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz 410” markalı, **-SF- *** dövlət qeydiyyat nişanlı mikroavtobusla işçiləri Şəmkir rayonu, Sarıtəpə kəndindən Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən istilikxanaya aparıb-gətirmişdir. xx.xx.2024cü il tarixdə istilikxananın işçilərini həmişə olduğu kimi yaşadıqları ünvana aparan zaman Zərərçəkmiş şəxs mobil telefon vasitəsi ilə maqnitofonda musiqi qoşmuşdur. İstilikxanadan təxminən 3 kilometr aralandıqdan sonra Qanuni nümayəndə musiqinin səsini azaltmasını demişdir. O da telefonun əlində olmadığını bildirmişdir. Bundan sonra Qanuni nümayəndə “mən sözü qanana deyirəm” demişdir. İlxam isə ona “maqnitofonu söndür” demiş, o da söndürmüşdür. Bir qədər hərəkət etdikdən sonra avtomobildə olanlar saxlamağını demiş, çünki həmin vaxtı Vəfa ilə İlxam mübahisə etmişlər. Dava olmaması üçün o və avtomobildəki digər şəxslər İlxama avtomobildən düşməsini demişlər. Sonuncu da avtomobildən düşərək piyada getmişdir. Sabahısı gün isə o, Qanuni nümayəndənın oğlunun İlxama bıçaqla xəsarət yetirdiyini eşitmişdir. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, Vəfa və İlxam mübahisə etdiyi üçün ona avtomobilini saxlamağını demişlər, o, Vəfa və İlxamın mübahisə zamanı bir-birlərinə nə dediklərini eşitməmiş, sonuncular maqnitofonun səsinə görə mübahisə etmişlər. Mikroavtobusda Vəfa və İlxam bir-birlərini vurmamış, sonuncular mübahisə etdikləri vaxt avtomobildəki sərnişinlər ayağa qalxdığı üçün o, salondakı güzgüdən nə baş verdiyini görməmişdir. Ona görə də o, İlxamın Vəfa xanımı vurmasını görməmişdir. Şahid1 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələr arasında Zərərçəkmiş şəxs X1 mikroavtobusda nalayiq ifadələrlə təhqir edibetməməsi, eləcə də sonuncunu vurub-vurmaması ilə bağlı əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Şahid1 həmin ifadəsində göstərmişdir ki, ……………… Zərərçəkmiş şəxsla Qanuni nümayəndə arasında sözlə mübahisə baş vermişdir. Mübahisə zamanı Zərərçəkmiş şəxs Qanuni nümayəndənı nalayiq ifadələrlə təhqir eləmiş və əli ilə vuraraq yerə yıxmışdır. Mikroavtobusda olan sərnişinlər Zərərçəkmiş şəxs avtobusdan düşməsini isdəmişlər. O da mikroavtobusu yolun kənarında saxladıqdan sonra sonuncu düşərək piyada getmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, o, Zərərçəkmiş şəxs Qanuni nümayəndənı nalayiq ifadələrlə təhqir etməsinin və əli ilə vurmasının şahidi olmamış, ibtidai istintaq zamanı ifadə verərkən müstəntiqə də hadisəni hazırda qeyd etdiyi kimi danışmış, mübahisənin davaya çevirilməməsi üçün İlxamdan avtomobildən düşməsini xahiş etmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Şəmkir rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 406 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: döş qəfəsinin ön səthinin sağ yarısının döş boşluğuna keçən, sağ tərəfli hemopnevmatoraksa səbəb olmuş 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası; döş qəfəsinin arxa səthində sol kürək nahiyəsinin daxilə keçməyən 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası; qarının ön divarında sol qabırğaaltı nahiyənin daxilə keçməyən 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası; bel nahiyəsinin sol yarısının daxilə keçməyən 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası; 2) Yuxarıda qeyd olunan xəsarətlər - deşilmiş-kəsilmiş yaralar (cəmi 4 ədəd) deşici-kəsici alətlə, ola bilsin ki, bıçaqla yetirilmiş, yetirilmə müddətləri 12 aprel 2024-cü il tarixə uyğun gəlir; 3) Ağırlıq dərəcəsinə görə döş qəfəsinin ön səthinin sağ yarısının döş boşluğuna keçən, sağ tərəfli hemopnevmatoraksa səbəb olmuş 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir; döş qəfəsinin arxa səthində sol kürək nahiyəsinin, qarının ön divarında sol qabırğaaltı nahiyənin və bel nahiyəsinin sol yarısının daxilə keçməyən cəmi 03 (üç) ədəd deşilmiş-kəsilmiş yaraları isə həm ayrı-ayrılıqda, həm də birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Şəmkir rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 334 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, X7 məhkəmə-tibbi ekspertizasına əsasən onun bədən səthində aşkar edilmiş xəsarətlər - burun yəhərinin, sol almacıq nahiyəsinin qançırları və çənə altı nahiyənin və boyunun ön səthinin sıyrıqları küt əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 12 aprel 2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X12 Bölməsinin xx.xx.2024-cü il tarixli, 16/686/687 nömrəli kompleks məhkəmə-ballistik və məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki: 1) Tədqiqata təqdim edilən bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik ümumi təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir; 2) Tədqiqata təqdim olunan köynəyin üzərində olan 10 ədəd “a”, “b”, “с”, “d” zədələri bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmentin (o cümlədən təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində, yuxarıdan aşağıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş köynəyin üzərindəki zədələrdə zədə yaradan predmetə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir; 3) Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2024-cü il tarixli, 406 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş köynəyin üzərində olan zədələr müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən “döş qəfəsinin ön səthinin sağ yarısının döş boşluğuna keçən, sağ tərəfli hemopnevmatoraksa səbəb olmuş 1 (bir) ədəd deşilmişkəsilmiş yarası; döş qəfəsinin arxa səthində sol kürək nahiyəsinin daxilə keçməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası; qarının ön divarında sol qabırğaaltı nahiyənin daxilə keçməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası xəsarətləri ilə köynəyin üzərində olan “a”, “b”, “c”, “d” zədələri yerləşmə sahəsinə görə uyğunluq təşkil edir, yəni zədələr və yuxarıda qeyd edilən xəsarətlər yerləşmə sahəsinə görə üst-üstə düşür. Lakin sayına görə üst-üstə düşmür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X13 X22 Regional Ambulator şöbəsinin xx.xx.2024-cü il tarixli, 408 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı ruhi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və öz hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni cinayət əməlini törədərkən anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “götürmə və baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi Zərərçəkmiş şəxs xəsarət yetirdiyi 01 (bir) ədəd bıçağa baxış keçirildikdən sonra müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “paltara baxış keçirilməsi və götürülməsi barədə” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Şəmkir RXM-ni Cərahiyyə şöbəsinin tibb bacısı X2 təqdim etdiyi hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 01 (bir) ədəd koftaya baxış zamanı üzərində qanabənzər şübhəli ləkələr aşkar edilmişdir. Baxış keçirildikdən sonra həmin kofta müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə yeri - Şəmkir rayonu, Sarıtəpə kəndinin giriş hissəsidir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi yeri və şəraiti əyani göstərməklə törətdiyi cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəmkir RPŞ-nin məsul növbətçisinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, həmin tarixdə saat 18:14-də Şəmkir rayonu, Sarıtəpə kəndində yaşayan X3 adlı şəxsin onu vurması, bıçaqla hədələməsi barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəmkir RPŞ-nin məsul növbətçisinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, həmin tarixdə saat 19:10-da Şəmkir Rayonu Mərkəzi Xəstəxanasının həkimi Xəyalə Səfərli Zərərçəkmiş şəxs özünün deməsinə əsasən bıçaqlanaraq sağ döş nahiyəsinin orta xətt üzrə kəsilmişdeşilmiş yarası, sol kürək altı nahiyəsinin kəsilmiş-deşilmiş yarası, sol on ikinci qabırğaaltı nahiyəsinin kəsilmiş-deşilmiş yarası və sol qalça tilinin arxa nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya daxil olması barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəmkir RPŞ-nin məsul növbətçisinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, həmin tarixdə saat 19:45-də Şəmkir rayonu, Sarıtəpə kəndində yaşayan Şahid2 oğlu İlxamın bıçaqlanması barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsində görünür ki, sonuncu Şəmkir RPŞ-ya ərizə ilə müraciət edərək ona bıçaqla xəsarət yetirmiş Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon poliklinikasında psixiatrik və narkoloji kabinetdə qeydiyyatda dayanmır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəmkir RİH başçısının Sarıtəpə kənd İƏDÜN-nin xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs anası X10 və bacısı X21 ilə birlikdə Şəmkir rayonu, Sarıtəpə kəndində yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş AA******* nömrəli Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il təvəllüdlüdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd koftanın, eləcə də Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi 01 (bir) ədəd bıçağın maddi sübut kimi tanınması və Şəmkir RPŞ-ya məsul saxlanca verilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı təqdim etdiyi xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan tamamilə ödənilmiş, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Bununla da, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. Cinayət Məcəlləsinin 20.2-ci maddəsinə əsasən, on dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir. Hazırkı cinayət işinin materiallarından görünür ki, xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs 12 aprel 2024-cü il tarixdə ittiham olunduğu ağır cinayətlər təsnifatına aid əməli törədərkən onun 17 yaşı tamam olmuşdur. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 84.1 və CPM-in 428.2-ci maddələrinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Qərarın 12-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Cinayət Məcəlləsinin 86.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Məhkəmə tərkibi yetkinlik yaşına çatmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, törətdiyi əmələ görə peşmançılıq hissi keçirməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 84.2-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarının 2-ci bəndində göstərilmişdir ki, CM-in 59-cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat və tərbiyə şəraitini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, cinayətin motivini, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin hadisəyə qədər və hadisədən sonrakı münasibətlərini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasını, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb Cinayət Məcəlləsinin 60.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti qeyd edilən maddənin sanksiyasında göstərilən daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, həyat və tərbiyə şəraitini, həmçinin barəsində cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxsin onunla barışmasını, eləcə də şəxsiyyətcə azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayanlar barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq etməklə cəza təyin edilərkən məhkəmələr hər bir halda şərti məhkum edilənlərin üzərinə müəyyən vəzifələrin qoyulması haqqında məsələni də müzakirə etməlidirlər. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, həmin orqanın çağırışına vaxtında gəlmək, öz davranışı ilə islah olunduğunu sübut etmək bir vəzifə olaraq tapşırılmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 25 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi üçün 150 (bir yüz əlli) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs qanuni nümayəndəsi X6 63 (altmış üç) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Şəmkir RPŞ-də məsul saxlanca verilmiş Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd kofta Zərərçəkmiş şəxs qaytarılmalı, götürülmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi 01 (bir) ədəd bıçaq məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il sınaq müddəti ilə şərti hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi 150 (bir yüz əlli) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs qanuni nümayəndəsi X6 63 (altmış üç) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Şəmkir RPŞ-də məsul saxlanca verilmiş Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd kofta Zərərçəkmiş şəxs qaytarılsın, götürülmədikdə məhv edilsin. Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi 01 (bir) ədəd bıçaq məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar