Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-478/2025 09.12.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Müslümov Bəhruz Firizman oğlu (sədrlik edən), hakimlər İmanov Dadaş Hüseyn oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi – Məmmədova Təhminə Cahid qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1993-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Gəncə şəhəri, D.Qorqud küçəsi, ev 1, mənzil 67-də qeydiyyatda olmaqla yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 180.2.2, 180.2.3, 181.2.2, 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs o, Təqsirləndirilən şəxs, 18 sentyabr 2024-cü il tarixdə, saat 03 radələrində Gəncə şəhəri, Ş.t.Xətai prospektində yerləşən 104 saylı yaşayış binasının qarşısında hərəkətsiz vəziyyətdə dayanmış Zərərçəkmiş şəxs7 məxsus VAZ-2107 markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb qapını fiziki zor tətbiq edərək açanda avtomobilə quraşdırılmış həyəcan siqnalı çaldığı üçün səsi eşidən sonuncunun həyat yoldaşı Şahid4 eyvandan səs-küy salmasına məhəl qoymayıb sonuncunun gözü qarşısında 600 manat dəyərində «Pioneer» markali, 9450 modelli maqnitafonun üst qapağını və avtomobilin arxa oturacağının üstündə (olan şəffaf rəngli sellofanın içərisindəki 2430 manat məbləğində pulu götürərək Zərərçəkmiş şəxs7 ümumilikdə 3030 manat məbləğində nladdi ziyan vurmaqla özgənin əmlakını açıq yolla talayıb ələ keçirməklə soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən 07 oktyabr 2024-cü il tarixdə, saat 05 radələrində Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsində yerləşən «Dubay» bazarının qarşısında hərəkətsiz vəziyyətdə dayanmış Zərərçəkmiş şəxs6 məxsus VAZ-21074 markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb arxa sol tərəf qapısının açıq olmasından istifadə edərək avtomobilə daxil olub oradan 1195 manat pul, 100 manat dəyərində bir ədəd Samsung A6 markalı mobil telefonu, 120 manat dəyərində 500 watt gücündə «Pioneer» markalı bir ədəd səsgücləndiricini gizli yolla talayaraq Zərərçəkmiş şəxs6 ümumilikdə 1415 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 14 oktyabr 2024-cü il tarixdə, saat 06 radələrində X3 rəhbərlik etdiyi ünvan 1 ünvanında yerləşən «OBA» marketə müştəri qismində gələrək satıcıdan pendir istəmiş, satıcının sözü gedən ərzaq məhsulunu gətirmək üçün soyuducuya tərəf getməsindən istifadə edərək kassa apaıjatınm yanındakı vitrindən hər birinin qiyməti 3 manat 10 qəpik olmaqla 15 manat 50 qəpik dəyərində 5 ədəd «Pall Mail», 4 manat 50 qəpik dəyərində 1 ədəd «Sobranie» siqaretlərini götürüb cibinə qoymuş, onun hərəkətlərini müşahidə kamerası vasitəsilə izləyən marketdə satıcı işləyən Zərərçəkmiş şəxs8 ona yaxınlaşmaq istəyəndə o, mağazadan çölə qaçıb getmiş, Zərərçəkmiş şəxs8 də onun arxası ilə qaçaraq çatıb onun qolundan tutanda o, sonuncuya təyinatı istintaqa məlum olmayan bıçg q göstərib həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan hərəkətlər edərək quldurluq etmişdir. Bundan başqa o, təkrarən 15 oktyabr 2024-cü il tarixdə, saat 02 radələrində Gəncə şəhəri, Dədə Qorqud küçəsində (yerləşən 1 V sayh yaşayış binasının qarşısında hərəkətsiz vəziyyətdə dayanmış Əyyu|bli Alqayıt Faiq oğluna məxsus VAZ-21074 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb üzərində gəzdirdiyi istintaqa məlum olmayan (alətlə avtomobilin qapısını fiziki zor tətbiq edərək açıb avtomobilə daxil olaraq oradan hər birinin qiyməti 150 manat olan dörd ədəd 500 watt gücündə «Pioneer» markalı səsgücləndiricini gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 600 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 19 oktyabr 2024-cü il tarixdə, saat 02 radələrində Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 20 sayh yaşayış binasının qarşısında hərəkətsiz vəziyyətdə dayanmış Zərərçəkmiş şəxs1 məxsus VAZ-2106 markah, **-EC-*** dövlət qeydiyyat (nişanlı avtomobilə yaxınlaşıb qapılarının açıq olmasından istifadə edərək açıb avtomobilə daxil olaraq oradan 100 manat dəyərində bir ədəd «Pioneer» markalı (maqnitafonu və hər birinin qiyməti 100 manat olmaqla 400 manat dəyərində dörd ədəd 400 watt gücündə «Pioneer» markalı səsgücləndiricini gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 20 oktyabr 2024-cü il tarixdə axşam saatlarında özgə əmlakını talama məqsədi ilə ünvan 2 ünvanında yerləşən ünvan 3ərəfindəki taxta qapım fiziki zor tətbiq etməklə itələyib açıb binaya daxil olaraq musiqi zalından hər biri 180 manat olmaqla iki ədəd latun materialından hazırlanmış 10 kiloqram çəkidə bayraq altlıqlarını, saxlanc yeri hesab olunan gözətçinin otağından isə 80 manat dəyərində bir ədəd çuğun materialından hazırlanmış peçi açıq yolla talayaraq Gəncə şəhəri 48 saylı körpələr evi-uşaq baxçasına ümumilikdə 440 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən 21 oktyabr 2024-cü il tarixdə, saat 01 radələrində özgə əmlakını gizli olaraq talama məqsədi ilə saxlanc yeri hesab olunan Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən avtomobil qayırma sexinin həyətinə daxil olaraq orada hərəkətsiz vəziyyətdə dayanmış Zərərçəkmiş şəxs5 məxsus Mercedes Benz 208 D markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun qapısının açıq olmasından istifadə edərək avtomobilə daxil olub oradan 200 manat dəyərində bir ədəd «AKOM» markalı akkumlyator, hər birinin qiyməti 120 manat olmaqla 240 manat dəyərində iki ədəd 500 watt gücündə «Pioneer» markalı səsgücləndirici, hər birinin qiyməti 150 manat olmaqla 300 manat dəyərində iki ədəd 600 watt gücündə «Pioneer» markalı səsgücləndiricini gizli yolla talayaraq Zərərçəkmiş şəxs5 ümumilikdə 740 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 180.2.2, 180.2.3, 181.2.2, 181.2.5-ci maddələri ilə verilmiş ittihamla özünü qismən təqsirli bilərək, o, bu işdən əvvəl də tutulmuşdur və istintaq orqanları hər iki işinə laqeyd yanaşmışdır, heç bir araşdırma aparmadan ona ittiham irəli sürmüşdür. İttihama görə o, 27 epizod üzrə xırda talama törətmişdir. Epizodlardan birində “OBA” marketə alış-veriş məqsədi ilə daxil olmağının video görüntüsü mövcuddur. Kassadan ayrılan zaman əli ilə püştaxtadan iki ədəd siqaret götürdükdə işçi ona yaxınlaşaraq siqaret götürdüyünü kameradan gördüyünü demişdir. Təqsirləndirilən şəxs siqaretləri qaytarmış və oradan çıxmışdır. İstintaqda üzləşmədə həmin işçi hadisə zamanı onun üzərində bıçaq gördüyünü, lakin bıçağı ona tərəf çıxarmadığını və zorakılıq etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, əgər onun silahlı soyğun etmək niyyəti olsaydı, kassadakı pulları zorakılıq yolu ilə tələb edib götürmüş olardı, lakin o, belə bir əməli etməmişdir. Həmin vaxt içkili vəziyyətdə pendir, ayran aldıqdan sonra siqaretə əl uzatmış, lakin geri qaytarmış və çıxıb getmişdir. O, yaxşı bildirmişdir ki, götürdüyü siqareti qaytarmasaydı, əməli CM-nin 180-ci maddəsi ilə qiymətləndirilmiş olardı. Digər epizodda VAZ-2107 markalı avtomobildən bahalı maqnitofon və 2430 manat nəğd pul götürməkdə təqsirləndirilməsi ilə bağlı bildirmişdir ki, tutulduğu zaman avtomobilin sahibi gəlib onu gördükdən sonra oğrunu özünün gördüyünü, həmin şəxsin isə o olmadığını demişdir. Onun sözlərinə görə, həmin vaxt o, başqa səbəbdən tutulduğu üçün oğurluq hadisəsi onun üzərinə qoyulmuşdur. O, bu hadisədən xəbərsiz olduğunu bildirmişdir. Hadisəni görən qadın olmuş və hadisə bir neçə ay əvvəl baş vermişdir. Təqsirləndirilən şəxs üçün maraqlı olmuşdur ki, həmin müddətdə elə həmin ərazidə yaşadığı halda nəyə görə tutulmamışdır. Tutulan zaman istintaqda ona bu hadisəni də onun törətdiyi deyilmişdir. Lakin zərərçəkmiş onu görəndə oğrunu gördüyünü, həmin şəxsin o olmadığını demişdir. O, tutulduğu zaman ona xırda talama ilə tutulduğunu bildirmişdilər. “Dubay” bazarı ərazisində qapıları kilidsiz vəziyyətdə olan VAZ-2107 markalı avtomobildən 1195 manat pul, 100 manat dəyərində telefon, 120 manat dəyərində səsgücləndirici oğurlanması epizodunun da ona aidiyyəti olmadığını bildirmişdir. Bu barədə təhqiqatçının otağında videogörüntü götürülərkən öz etirazını bildirmişdir, həmin vaxt çəkiliş dayandırılaraq onun səsi kəsilmişdir. O, bütün xırda talamaları törətdiyini boynuna aldığını, lakin hər iki avtomobillə bağlı soyğunçuluqdan xəbərsiz olduğunu demişdir. Təkrar etmişdir ki, avtomobilin birindən olan oğurluğu zərərçəkmiş özü görmüş və onun həmin şəxs olmadığını bildirmişdir, məhkəmədə də bunu etiraf edəcəyini söyləmişdir. Market epizodunda bıçaqdan istifadə etməklə soyğunçuluq etməsini qəbul etməmişdir. Həmin hadisə ilə bağlı market işçisinin də ifadə verəcəyini və ona bıçaq çıxarmadığını təsdiqləyəcəyini demişdir. Digər epizodda qeyd olunan Mercedes Benz 208 D markalı mikroavtobusla bağlı soyğunçuluq hadisəsini onun törətdiyini bildirmişdir. Avtomobilin açıq olmasından istifadə edərək içərisindən səsgücləndiriciləri götürmüşdür. Uşaq bağçası ilə bağlı epizodda bildirmişdir ki, binanın uşaqlar olan hissəsinə daxil olmamış, uşaqlara aid heç nə götürməmişdir. Bağçanın həyətində istifadəyə yararsız dəmir və metal parçalar olan yerdən dəmir götürmüşdür. İfadəsinə əlavə olaraq bildirmişdir ki, 2107 markalı avtomobildən bahalı maqnitofon və 2430 manat nəğd pul götürməsi olmayıb; zərərçəkmiş oğrunu gördüyünü və onun həmin şəxs olmadığını demişdir. “Dubay” bazarı ərazisindəki epizodun da ona aid olmadığını qeyd etmişdir. OBA marketlə bağlı epizodda bıçaq çıxarmamış, götürdüyü siqaretləri qaytarmışdır. 2107 markalı digər avtomobildən hər biri 150 manat dəyərində olan, ümumi dəyəri 600 manat təşkil edən 4 ədəd səsgücləndiricini götürdüyünü bildirmişdir. 2106 markalı avtomobildən maqnitofon götürmüşdür. Uşaq bağçasının arxa tərəfində lazımsız əşya, dəmir və metal parçalar olan saxlama yerinin qapısından daxil olaraq dəmir götürmüşdür. Mikroavtobusla bağlı hadisəni də onun törətdiyini demişdir. Avtomobilin qapısı açıq olmasa da açmaq üçün yeri olduğunu, onu açaraq içəri daxil olduğunu bildirmişdir. Hadisənin gecə vaxtı baş verdiyini, lakin orada qeyd olunan akkumulyatoru götürmədiyini, yalnız səsgücləndirici götürdüyünü demişdir. Şikayətçilərin adətən dəyən ziyanın məbləğini artıq göstərdiklərini qeyd etmişdir. O, adətən maqnitofon oğurladığını və satdığını, əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərclədiyini bildirmişdir. Əvvəllər narkotik vasitədən istifadə etdiyini, hazırda isə istifadə etmədiyini demişdir. Vurduğu ziyanı ödəməyə hazır olduğunu, lakin bəzi epizodlarla əlaqəsinin olmadığını bir daha qeyd etmişdir. Bu barədə prokurorluq orqanına müraciət etdiyini və ona araşdırılacağı bildirildiyini demişdir. Ombudsmana da müraciət etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, marketdə bıçaqla hücum etməmişdir, kamera görüntüləri mövcuddur və onların araşdırılmasını istəyir. Kamera görüntülərində işçinin onun yanına gəlib-getməsinin iki dəqiqə çəkdiyini, həmin müddətdə siqareti qaytardığını və içkili olduğunu dediyini bildirmişdir. O, düşünmüşdür ki, Elşən müəllim onunla prinsip aparmışdır. Onu “Gəncə Qalası”nda tutduğunu, cibinə narkotik vasitə qoyduğunu və döyüb sonra buraxdığını demişdir. Bu barədə prokurorluğa yazılı şəkildə şikayət etmişdir və həmin şəxs tədbir olaraq töhmət almışdır. Həmin şəxs ona bu şəhərdən çıxmağı, əks halda yenə tutub cibinə narkotik vasitə qoyacağını demişdir. Dediyi kimi də onu tutmuş və işini obyektiv qiymətləndirməmişdir. Təqsirləndirilən şəxs ona aid olmayan hadisələrin boynuna qoyulmamasını istəmişdir. Əvvəllər də onu xırda talamaya görə sutkalıq həbs etmişdir, halbuki həmin vaxt o, 8 saylı cəzaçəkmə müəssisəsində olmuşdur. O bildirmişdir ki, ağır cinayət törətməmişdir ki, ona 8 ildən 12 ilə qədər cəza təyin edilsin. Oğurluq edən zaman heç vaxt üz maskasından və silahdan istifadə etməmişdir. Ombudsmana və prokurorluğa şikayət ünvanladığını, hüquqlarının pozulduğunu və haqsızlığa məruz qaldığını bildirmişdir. Məhkəmədə də etirazını bildirmiş, kameraları görüb üzünü tutaraq müraciət etmişdir ki, səsini kimsə eşitsin. Azərbaycan Respublikası CPM-nin 327-ci maddəsinə əsasən məhkəmədə elan olunmuş Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrində göstərmişdir ki, 18 sentyabr 2024-cü il tarixdə, saat 03 radələrində Gəncə şəhəri, Ş.t.Xətai prospektində yerləşən 104 saylı yaşayış binasının qarşısında hərəkətsiz vəziyyətdə dayanmış Zərərçəkmiş şəxs7 məxsus VAZ-2107 markalı, **-HK- *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb qapını fiziki zor tətbiq edərək açanda avtomobilə quraşdırılmış həyəcan siqnalı çaldığı üçün səsi eşidən sonuncunun həyat yoldaşı Şahid4 eyvandan səs-küy salmasına məhəl qoymayıb sonuncunun gözü qarşısında 600 manat dəyərində «Pioneer» markali, 9450 modelli maqnitafonun üst qapağını və avtomobilin arxa oturacağının üstündə (olan şəffaf rəngli sellofanın içərisindəki 2430 manat məbləğində pulu götürərək Zərərçəkmiş şəxs7 ümumilikdə 3030 manat məbləğində nladdi ziyan vurmaqla özgənin əmlakını açıq yolla talayıb ələ keçirməklə soyğunçuluq etmişdir. Bundan başqa 07 oktyabr 2024-cü il tarixdə, saat 05 radələrində Gəncə şəhəri, «Dubay» bazarı adlanan yerin qarşısından keçəndə VAZ-2107 markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobil görmüş, həmin vaxt avtomobilin ətrafında heç kəs olmamışdır. O, avtomobilə yaxınlaşıb əli ilə avtomobilin qapılarının açıq olub- olmamasını yoxlayanda arxa sol tərəf qapının açıq olduğunu görmüşdür. O, avtomobilin qapısını açıb salona daxil olmuş, avtomobilin saxlanc yeri olan «bardaçok»da axtarış aparanda 1195 manat pul olduğunu görüb götürmüş, daha sonra avtomobilin sürətlər qutusunun yanından bir ədəd Samsung A 6 markalı mobil telefon, avtomobilin arxa hissəsindən «Pioneer» markalı bir ədəd səsgücləndiricini də yerindən çıxardıb götürmüşdür. Bundan sonra o, avtomobili tərk edib oradan uzaqlaşmışdır. Onun avtomobildən oğurluq etdiyini heç kəs kənardan görməmişdir. O, yolda gedərkən tanımadığı bir nəfər şəxslə rastlaşmış, həmin şəxsə özünə aid olan əşyaları, yəni Samsung A 6 markalı mobil telefonu və «Pioneer» markalı bir ədəd səsgücləndiricini satmaq istədiyini bildirmişdir. O, həmin əşyaların oğurluq olduğunu bildirməmiş, avtomobildən oğurladığı Samsung A 6 markalı mobil telefonu 10 manata və «Pioneer» markalı bir ədəd səsgücləndiricini isə 20 manata satmış, tanımadığı həmin şəxs qeyd etdiyi əşyaları aldıqdan sona ondan uzaqlaşıb getmiş, o, isə çıxıb öz evinə getmişdir. O, avtomobildən oğurladığı 1195 manat pulu isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 14 oktyabr 2024-cü il tarixdə, saat 06 radələrində pendir almaq üçün ünvan 1 ünvanında yerləşən «OBA» marketə getmiş, mağazanın içərisinə daxil olanda bir nəfər alçaq boy satıcının qutudan məhsul boşaltdığını görmüş, həmin satıcıya yaxınlaşıb pendir almaq istədiyini bildirmiş, həmin şəxs də ona pendir gətirmək üçün soyuducuya tərəf getmişdir. O, mağazada digər şəxsin olmadığını görüb və həmin satıcının başı qarışıq olmasından istifadə edib kassanın arxasındakı vitrinə yaxınlaşmış, əvvəlcə vitrində asılmış üz qırxan ciletlərə baxmış, daha sonra isə əl atıb 3 ədəd «Pall Mail» və 1 ədəd «Sobranie» siqaretlərini gizli formada götürüb cibinə qoymuşdur. Bir neçə dəqiqə keçdikdən sonra həmin satıcı ona yaxınlaşmış, sifariş verdiyi pendiri kassaya vurub ona vermiş və o, da həmin satıcıya 2 manat pul vermişdir. Daha sonra o, həmin satıcıdan ucuz qiymətə sosiska gətirməsini xahiş etdiyi üçün satıcı sosiska gətirmək üçün soyuducuya tərəf getmişdir. Onun satıcıdan sosiska istəməkdə məqsədi oradan uzaqlaşdırmaq olmuşdur ki, rahat şəkildə yenə də siqaret götürsün. O, yenə də mağazanın içərisində kənar şəxsin olmadığını, həmin satıcının başı qarışıq olmasından istifadə edib yenə də kassanın arxasındakı vitrinə yaxınlaşmış və əl atıb 2 ədəd «Pall Mail» siqaretlərini gizli formada götürüb cibinə qoymuşdur. O, ayaq səslərini eşidib tez kassanın yanından qapıya tərəf getmiş, həmin vaxt mağazanın arxa otağından bir nəfər hündür boy satıcının çıxıb ona tərəf iti addımlarla gəldiyini görəndə o, otaqdan çıxan həmin hündür boy satıcının onun siqaretləri götürdüyünü müşahidə kamerası vasitəsilə gördüyünə görə onu tutmağa gəldiyini başa düşmüşdür. O, da tez qapını açıb çölə qaçmış, həmin hündür boy satıcı da arxasınca küçəyə tərəf qaçmağa başlamışdır. O, mağazanın pilləkənləri ilə düşüb qaçanda cibindən 2 ədəd siqaret yerə düşmüş, o, avtomobil yolunu keçəndə üstündə gəzdirdiyi şabalıdı rəngli mətbəx bıçağı şalvarının bel nahiyəsindən yerə düşdüyü üçün dayanıb bıçağı yerdən götürəndə həmin hündür boy satıcı artıq ona yaxınlaşmış və əlindəki bıçağı görüb dayanaraq qolundan tutub siqaretləri qaytarmasını tələb etmişdir. O, da mağazadan götürdüyü 4 ədəd siqaretləri həmin satıcıya qaytarmışdır. Bundan sonra həmin satıcı geri mağazaya tərəf qayıtmış, o, isə yaşadığı evə çıxıb getmişdir. Bundan başqa 15 oktyabr 2024-cü il tarixdə, saat 02 radələrində Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 1 V sayh binanın qapşısmdan keçəndə VAZ-2107 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil görmüş, həmin vaxt avtomobilin ətrafında heç kəs olmamış, o, avtomobilə yaxınlaşıb əli ilə avtomobilin qapılarının açıq olub-olmamasını yoxlayanda qapıların bağlı vəziyyətdə olduğunu görmüş, o, üstündə gəzdirdiyi kiçik dəmir parçası ilə fiziki güc tətbiq edərək avtomobilin qapısını açmış və avtomobildən 500 watt gücündə «Pioneer» markah dörd ədəd səsgücləndiriciləri yerindən çıxardıb götürmüşdür. Bundan sonra o, avtomobili tərk edib oradan uzaqlaşmışdır. Onun avtomobildən oğurluq etdiyini heç kəs kənardan görməmişdir. O, oğurluq hadisəsi törətdiyi yerdən uzaqlaşıb gedəndə cinayət hadisəsi törədən zamanı istifadə etdiyi kiçik dəmir parçasını xatırlamadığı yerə tullamışdır. Səhərisi gün VAZ-2107 markah, **-BJ- *** dövlət qeydiyyat nişanh avtomobildən oğurladığı dörd ədəd «Pioneer» markalı səsgücləndiriciləri «Dubay» bazarı adlanan yer tərəfdə ümumilikdə 80 manata tanımadığı şəxsə satmış və əldə etdiyi pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 19 oktyabr 2024-cü il tarixdə, saat 02 radələrində Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 20 sayh binanın qapşısmdan keçəndə VAZ-2106 markah, **-EC-*** dövlət qeydiyyat nişanh avtomobil görmüş, həmin vaxt avtomobilin ətrafında heç kəs olmamış, o, avtomobilə yaxınlaşıb əli ilə avtomobilin qapılarının açıq olub-olmamasını yoxlayanda qapıların kilidli vəziyyətdə olmadığını görmüş, avtomobilin qapılarını açıb gizli şəkildə salona daxil olmuş, avtomobildən 400 watt gücündə «Pioneer» markalı dörd ədəd səsgücləndiriciləri və bir ədəd «Pioneer» markalı maqnitafonu yerindən çıxardıb götürmüşdür. Bundan sonra o, avtomobili tərk edib oradan uzaqlaşmış, avtomobildən oğurluq etdiyini heç kəs kənardan görməmişdir. Səhərisi gün VAZ-2106 markah, **-EC-*** dövlət qeydiyyat nişanh avtomobildən oğurladığı dörd ədəd «Pioneer» markalı səsgücləndiriciləri və bir ədəd «Pioneer» markalı maqnitafonu «Dubay» bazarının qarşısında ümumilikdə 100 manata tanımadığı şəxsə satmış və əldə etdiyi pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 20 oktyabr 2024-cü il tarixdə, axşam saatlarında 48 sayh körpələr evi-uşaq baxçasımn yanından ötüb keçəndə ərazidə heç kəsin olmadığını görüb dəmir barmaqlıqlardan keçərək baxçanm həyətinə daxil olmuş, gözətçinin otağının qapısını açıq görüb oraya yaxınlaşanda otaqda heç kəsin olmadığını görmüş, bundan istifadə edib gözətçinin otağına daxil olub oradakı bir ədəd çuğun materialından hazırlanmış peçi gizli şəkildə götürmüşdür. Daha sonra o, baxçanm inzibati binasının arxa tərəfindəki qapısına yaxınlaşmış, qapını zərbə ilə itələyəndə qapının kilidi mismardan çıxmış və qapı açılmışdır. O, baxçanm binasına daxil olmuş və musiqi zalından iki ədəd hər birinin çəkisi təxminən 10 kiloqram olan latun materialından hazırlanmış bayraq altlıqlarını götürüb baxçadan çölə çıxmışdır. O, çıxıb gedəndə arxadan kimsə «dayan, kimdir? » deyə qışqırsa da o, qorxduğu üçün dayanmayıb baxçanm həyətini tərk edib oradan uzaqlaşmışdır. O, baxçadan oğurladığı bir ədəd çuğun materialından hazırlanmış peçi və hər birinin çəkisi təxminən 10 kiloqram olan latun materialından hazırlanmış iki ədəd bayraq altlıqlarını həmin gün Gəncə şəhərində “Nərimanov prospektində” yerləşən “Musayevin Qarajı” adlanan metal alqı-satqısı ilə məşğul olan məntəqəyə aparıb öz şəxsiyyət vəsiqəsi ilə satmış və ümumilikdə 50 manat pul əldə etmişdir. O, əldə etdiyi həmin pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 21 oktyabr 2024-cü il tarixdə, saat 01 radələrində Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən avtomobil qayırma sexinin yanından keçəndə sexin həyətində hərəkətsiz vəziyyətdə Mercedes Benz 208 D markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı mikroavtobus dayandığını görüb həmin mikroavtobusdan oğurluq etmək qərarına gəlmişdir. O, ətrafda heç kəsin olmadığına əmin olub sexin həyətinə daxil olmuş və mikroavtobusa yaxınlaşıb qapılarının kilidli vəziyyətdə olmadığını görüb gizli şəkildə salona daxil olmuş, iki ədəd 500 watt gücündə və iki ədəd 600 watt gücündə «Pioneer» markalı səsgücləndiriciləri salondan söküb götürmüşdür. Bundan başqa avtomobilin bir ədəd akkumlyaiorunu söküb götürmüşdür. Bundan sonra o, mikroavtobusu tərk edib sexin həyətindən uzaqlaşıb getmişdir. Onun mikroavtobusdan oğurluq etdiyini kənardan heç kəs görməmişdir. O, Mercedes Benz 208 D markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı mikroavtobusdan oğurladığı dörd ədəd «Pioneer» markalı səsgücləndiriciləri, bir ədəd akkumlyatoru səhərisi gün ümumilikdə 80 manata tanımadığı şəxsə satmış, əldə etdiyi pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra ifadəsinə əlavə olaraq bildirmişdir ki, ifadəsinin həmin hissəsinin özləri tərəfindən yazılmış olduğunu bildirmişdir. O, VAZ-2107 markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobili görüb içərisindəki bahalı maqnitofonu oğurlamağı və qaçan zaman maqnitofonun üst qapağının yolda düşməsini, eləcə də maşının sahibinin arxadan gəldiyini güman edərək qayıdıb onu götürməməsi barədə deyilənlərin baş verməmiş olduğunu qeyd etmişdir. Ümumiyyətlə, həmin epizodun özləri tərəfindən yazıldığını bildirmişdir. Maşının sahibi oğurluq edən şəxsi özü gördüyünü və həmin şəxsin Təqsirləndirilən şəxs olmadığını demişdir. “Dubay bazarı” ərazisində qapıları kilidsiz vəziyyətdə olan VAZ-2107 markalı avtomobildən 1195 manat pul, 100 manat dəyərində telefon və 120 manat dəyərində səsgücləndiricinin oğurlanması epizodunun da ona aid əməl olmadığını bildirmişdir. OBA marketdən siqaret götürüb çölə qaçdığı və işçinin arxasınca gəldiyi, yolu keçən zaman siqaretlərin və üzərində gəzdirdiyi bıçağın yerə düşməsi faktının da baş verməmiş olduğunu demişdir. Siqareti götürüb çölə qaçan zaman arxasınca gələn hündürboylu şəxsin onu kamerada gördüyünü anladığını və siqaretləri qaytarmış olduğunu, lakin bıçağın yerə düşmədiyini, bıçağın şalvarının kəmər yerində olduğunu və açıq-aşkar göründüyünü, ehtimal ki, həmin işçinin bıçağı belə gördüyünü bildirmişdir. Bu epizodla bağlı ifadəni Kəpəz Rayon Polis Şöbəsində deyil, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində vermiş olduğunu qeyd etmişdir. Bıçağı üzərində Cinayət Axtarışının rəisinə görə gəzdirdiyini, onunla arasında ədavət yarandığını və düşmənçilik münasibətinin mövcud olduğunu bildirmişdir. Hər hansı baş verə biləcək hadisəyə qarşı özünü müdafiə məqsədilə həmin bıçağı üzərində saxlamış olduğunu demişdir. Təqsirləndirilən şəxs Kəpəz Rayon Polis Şöbəsində ümumiyyətlə OBA marketdə baş vermiş hadisə barədə ondan sorğu aparılmamış olduğunu bildirmişdir. Bu ifadəyə qol çəkməkdən imtina etmişdir və məhkəmənin ədalətinə güvəndiyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs görməmişdir. Hadisə baş verdikdən sonra baxçadan ona zəng gəldiyi üçün işçilərdən polis çağırmalarını tələb etmişdir. Daha sonra baxçaya gəldiyi zaman bıçaqlar və dəmirlər yerə düzülmüş halda olmuşdur. Ona dəymiş ümumi ziyanın məbləği 100 manatdan çox olmuşdur. O, qeyd etmişdir ki, saat 17:00-a qədər baxçanın həyəti hərəkətli olmuşdur. Şikayətçi olmuş və ona dəymiş 400 manat məbləğində pulun ödənilməsini tələb etmişdir. Əlavə olaraq bildirmişdir ki, baxça dövlət müəssisəsi olduğuna görə orada kamera olmamışdır. Oğurlanan dəmirin miqdarı 20 kq-dan çox olmuşdur. Hadisə günü saat 17:00-a qədər işdə olmuşdur. Baxça kiçik olduğundan gün ərzində girib çıxanları müşahidə etmək mümkün olmuşdur. Hadisə zamanı baxçanın mühafizəçisi ön tərəfdə oturmuş, Təqsirləndirilən şəxs isə baxçaya arxa tərəfdən daxil olmuşdur. Hadisə onun orada olduğu zaman baş verməmişdir, çünki otağı həmin yerə yaxın olmuş və hər hansı səs eşidərmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, gecə obyektdə oğurluq hadisəsi baş vermişdir, lakin həmin zaman o, evdə olmuşdur. İşçilər toplanaraq ona məlumat vermişlər. Hadisədən xəbər tutduqdan sonra polisə zəng edib məlumat vermişdir. O, qeyd etmişdir ki, Təqsirləndirilən şəxs siqaret oğurlamışdır, həmin vaxt orada Səid və Tofiq adlı işçilər olmuşdur. İşçilərdən biri Kərimin arxasınca gedərkən Kərim tərəfindən bıçaq çıxarılmış və siqaretləri geri qaytarılmışdır. Əlavə olaraq bildirmişdir ki, təxminən 10–15 ədəd siqaret olmuşdur. İşçi bıçaq çıxarıldıqdan sonra geri qayıtmışdır. Siqaretlərin neçə ədədinin oğurlandığını bilmədiyini qeyd etmişdir. Ümumilikdə 90 ədəd siqareti olmadığını, lakin kamerada Kərimin neçə ədəd siqaret götürdüyünün düşmədiyini demişdir. İşçi ona Kərimin əlindəki bıçağı görərək geri qayıtdığını bildirib. Kərimin işçiyə hədə-qorxu gəlmədiyini, geri qayıdan siqaretlərin sayını saymadığını və heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İstintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiqləmişdir. Azərbaycan Respublikası CPM-nin 327-ci maddəsinə əsasən məhkəmədə elan olunmuş zərərçəkmiş şəxs X6 istintaqa verdiyi ifadələrində göstərmişdir ki, o, ünvan 4 ünvanında yerləşən “Oba” marketin müdiridir. Təqsirləndirilən şəxs Mirabbas oğlunu əvvəllər tanımamış, sonuncu ilə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Onun müdiri olduğu “Oba” market 24 saat fəaliyət göstərir. 14 oktyabr 2024-cü il tarixdə, saat 07 radələrində işə gələn zaman mağazada olan işçilər Şahid3, Zərərçəkmiş şəxs8 ona bildirmişlər ki, bir nəfər cavan oğlan müştəri qismində mağazaya gəlmiş, həmin vaxt Zərərçəkmiş şəxs8 arxa otaqda kompüter arxasında müşahidə kamerasını izləyirmiş. Tofiq isə mağazada məhsulları vitrinə yığmaqla məşğul olmuşdur. Həmin şəxs Tofiqdən pendir istədiyi üçün sonuncu soyuducuya tərəf gedəndə həmin şəxs kassanın arxasındakı vitrindən bir neçə ədəd siqaretləri götürüb cibinə qoyanda Səid bunu mağazanın nəzarət kamerası vasitəsilə izləmişdir. Daha sonra Tofiq pendiri gətirib pulunu aldıqdan sonra həmin şəxs yenidən Tofiqdən sosiska istədiyi üçün sonuncu soyuducuya tərəf gedəndə həmin şəxs yenidən vitrindən siqaretləri götürüb cibinə qoyaraq qapıya tərəf yaxınlaşanda Səid və Tofiq həmin şəxsə tərəf getmişlər, həmin şəxs də qapıdan çölə qaçanda işçilər həmin şəxsin arxasınca qaçmışlar. Zərərçəkmiş şəxs8 dediyinə görə həmin şəxs mağazadan 5 ədəd hər birinin dəyəri 3 manat 10 qəpik olan “Pall Mail”, 4 manat 50 qəpik dəyərində 1 ədəd “Sobranie” siqareti götürmüş, Səid həmin şəxsin arxasınca qaçıb tutaraq siqaretlərin hamısını alanda həmin şəxs cibindən bıçaq çıxararaq Səidə qarşı havada nümayiş etdirmişdir. Həmin şəxs götürdüyü malları qaytardığı üçün o, bu barədə hüquq-mühafizə orqanlarına müraciət etməyə ehtiyac qalmadığını düşünüb həmin vaxt hüquq-mühafizə orqanlarma müraciət etməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 2024-cü il 7 sentyabr tarixində yas mərasimləri olmuşdur, həmin gün dəfn mərasimi keçirilmişdir. Axşam təxminən saat 11–12 radələrində mərasim çadırı yığışdırılıb təhvil verildikdən sonra avtomobilini həyətdə saxlayıb evə gəlmişdir. Sabah işə getməli olduğuna görə yatıb istirahət etmişdir. Gecə yarısı təxminən saat 2–3 radələrində həyat yoldaşı avtomobilin içində kimsənin olduğunu qışqıraraq bildirmişdir. O, yatmış, həyat yoldaşı isə oyaq olmuş və hadisəni görmüşdür. Həyat yoldaşı səs-küy salsa da, həmin şəxs buna məhəl qoymamışdır. Musayev avtomobilinə yaxınlaşan zaman oğurluq edən şəxs artıq uzaqlaşmış və avtomobilin qapıları açıq vəziyyətdə olmuşdur. Epizodlarda qeyd olunan **-HK-*** dövlət qeydiyyat nişanlı VAZ-2107 markalı avtomobil ona məxsus olduğunu bildirmişdir. Həmin avtomobilin içərisindən 2400 manat yas mərasimi pulu, maqnitofon və onun üz qapağı oğurlanmışdır. Maqnitofonu 600 manata aldığını və ümumilikdə ona 3000 manat məbləğində ziyan dəydiyini göstərmişdir. Avtomobilinin qapısının bağlı olduğunu, qapını oğurluq edən şəxsin necə açdığını bilmədiyini, lakin kilidin zorla açıldığını, kilid ətrafındakı boyanın tökülməsindən görməyin mümkün olduğunu qeyd etmişdir. Ayselin onun həyat yoldaşı olduğunu, avtomobilə qoşulmuş siqnalizasiyanın səsinə çıxdığını və səs-küy saldığını bildirmişdir. Onların binanın birinci mərtəbəsində yaşadığını və məsafənin təxminən 6–7 metr olduğunu demişdir. Həyat yoldaşı onu oyadana qədər soyğunçu uzaqlaşmışdır. O həyətə çıxanda siqnalizasiya çalmış, avtomobilin qapıları açıq vəziyyətdə olmuşdur. Ona dəymiş ziyanın ödənilmədiyini bildirmişdir. Rəhmətə gedən şəxsin qaynanaları olduğunu, onun şəhid Ruzigar Qasımovun həyat yoldaşı olduğunu, başqa kimsəsi olmadığı üçün yas mərasimini öz boyun borcu bildiyini demişdir. Yas mərasiminin pulunu yorğun olduğuna görə avtomobildə qoymuş olduğunu göstərmişdir. Avtomobilinin yük yerində 5000 manat dəyərində fotoaparatı, ön şüşənin günəşliyində isə 500 manat şəxsi pulu olduğunu, lakin onlara toxunulmadığını bildirmişdir. Həyat yoldaşının avtomobildə adam olduğunu dəqiq gördüyünü, kiminsə olduğunu görüb səs-küy saldığını, lakin həmin şəxsin buna əhəmiyyət vermədiyini demişdir. Təqsirləndirilən şəxs tutulandan sonra Zərərçəkmiş şəxs7 həyat yoldaşının onu görəndə, avtomobilə girən şəxsin Kərim olmadığını dediyini bildirmişdir. O, həmin xanımın da ifadə verməsini və gördüyü şəxsin Kərim olmadığını etiraf etməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs7 da bildirmişdir ki, onun avtomobilinə özü girməmişdir və Şamonun özünə ziyan vuran şəxsi tapmasını istəmişdir. Ona polis idarəsindən zəng edilərək avtomobilindən oğurluq edən şəxsin tapıldığı və adının Təqsirləndirilən şəxs olduğu deyilmişdir. O, səmimi şəkildə etiraf etmişdir ki, ona Kərimin və ya başqa bir şəxsin tutulmasının əhəmiyyətli olmadığını, əsas istəyinin vurulan ziyanın ödənilməsi olduğunu bildirmişdir. Kərimi “40 mərasimi” günü polis avtomobilində gətirmiş olduqlarını qeyd etmişdir. Həmin vaxt həyat yoldaşı “elə bil ki, gördüyü adamın gözləri göy idi” demişdir. Gecənin qaranlığında səhv görə biləcəyini də ehtimal etmişdir. O, Kərimin onlardan oğurluq edib-etməməsi barədə dəqiq fikir bildirə bilmədiyini, polisi tərəfindən tutulduğunu və polis tərəfindən onlara oğurluğu Kərimin etdiyi deyildiyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ondan iki “kalonka” oğurlanmışdır. Avtomobilinin markası VAZ-2107 olmuşdur. Polisə məlumat verdikdən sonra əməkdaşlar yaxınlaşaraq izahat götürmüşlər və sonradan oğrunun Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. O, qeyd etmişdir ki, ondan iki dəfə oğurluq edilmişdir və polisə iki dəfə, ayrı-ayrı vaxtlarda izahat vermişdir. Oğurluqlar 1 həftə arayla baş vermişdir. Kərimi əvvəllər tanımadığını, şikayətçi olduğunu və ona dəymiş maddi ziyanın ödənilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ona məxsus olan VAZ-2106 markalı avtomobildən səsgücləndirici oğurlanmışdır. Hadisə axşam saat 23:00–24:00 radələrində baş vermişdir; o, avtomobili yaşadığı binanın qarşısında saxlayaraq evə qalxmışdır. Səhər avtomobilə oturduğu zaman səsgücləndiricinin yerində olmadığını görmüşdür. Həmin axşam avtomobilin qapıları açıq qalmışdır. Ona dəymiş ziyanın məbləği təxminən 300 manat olmuşdur. O, şikayətçi olmamış, lakin ona dəymiş ziyanın ödənilməsini tələb etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, hadisə baş verən gecə saat 24:00-a qədər işdə olmuşdur. Hadisədən bir gün sonra səhər işə gələn zaman 4 ədəd səsgücləndirici və 1 ədəd avtomobil mühərrikinin olmadığını müəyyən etmişdir. Bundan sonra müdriyyətə məlumat vermiş və daha sonra polisə şikayət etmişdir. Səsgücləndiricilərin 20 il əvvəl alındığını, alınarkən 1 ədədinin 100 dollara başa gəldiyini bildirmişdir. Heç bir şikayət və tələb irəli sürməmişdir. Ona dəymiş ümumi ziyanın məbləğinin 400 manat civarında olduğunu, lakin dəymiş ziyanın daha çox olduğunu qeyd etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o atası ilə “Dubay bazarı”nda işləyirmiş, topdan satışla məşğul olmuşdur. Hər gün səhər saat 5-də alatoran vaxt bazarda olduqlarını, VAZ-2107 markalı avtomobillərinin olduğunu və adətən avtomobili müşahidə kameralarının altında saxlayıb bazara daxil olduqlarını bildirmişdir. O, atasına kömək edirmiş və hava işıqlananda avtomobili ilə evə qayıdırmışdır. Həmin gün də avtomobili ilə evə qayıtmış, avtomobilin içərisində baş verənləri görməmişdir. Daha sonra avtomobildə musiqi dinləyərkən səsini artırmış, lakin səsin qəribə gəldiyini hiss etmişdir. Arxaya baxanda səs gücləndiricilərin olmadığını görmüş və içəri kimsə girdiyini anlamışdır. Atasının evə aparmaq üçün ona 1005 manat verdiyini və həmin pulu avtomobilin saxlanc yerinə qoyduğunu, yoxlayanda pulun da oğurlandığını müəyyən etmişdir. O, dərhal “Dubay bazarı”na qayıdaraq kamera görüntülərinə baxmaq və polisə məlumat vermək istəmişdir. Daha sonra DİN-in 102 xidmətinə müraciət etmiş, polis əməkdaşları gəlib kamera görüntülərini götürmüşdür. Ona məlumat verərək izə düşüldüyünü və oğrunun tezliklə tapılacağını demişlər. Zərərçəkmiş şəxs6 kamera görüntülərinə baxmadığını, bu səbəbdən oğrunun təqsirləndirilən şəxs olub-olmadığını bilmədiyini bildirmişdir. Bir neçə gün sonra ona zəng edilərək oğrunun tapıldığı və adının Təqsirləndirilən şəxs olduğu deyilmişdir. O, təqsirləndirilən şəxsi heç bir yerdə, o cümlədən polis idarəsində görmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxsin hadisə yerinə gətirilmədiyini də ifadə etmişdir. Hər gün saat 5-də atasından əvvəl bazara gəldiklərini, avtomobili bazardan çöldə kameranın altında saxladıqlarını, özlərinin isə içəridə işlədiklərini bildirmişdir. Avtomobilin qapılarının bağlı olduğunu, lakin sürücü qapısının ümumiyyətlə bağlanmadığını, güman etdiyinə görə həmin qapıdan içəri girildiyini demişdir. O hadisə baş verən gün avtomobilə qayıdanda digər qapıların bağlı, sürücü qapısının isə açıq olduğunu görmüşdür. Avtomobilindən pul, telefon və səsgücləndirici oğurlanmışdır. 1005 manat pulun, telefonun və səsgücləndiricilərin qiymətinin təqribi hesablandığını və ümumilikdə ona 1195 manat ziyan dəydiyini bildirmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Gündəlik satışdan yığılan pulu evə apardıqlarını, lazım olanda yenidən alverə sərf etdiklərini, kameranın altında saxlanılan avtomobilə daxil olunacağını ehtimal etmədiklərini demişdir. Kamera görüntülərinin ona göstərilmədiyini, polis şöbəsindən yalnız oğrunun tapıldığını və adının Kərim olduğunu dediklərini bildirmişdir. O, kamera görüntülərinin təqdim edilməli olduğunu düşündüyünü, ümumiyyətlə bu epizoddakı əməli onun törətmədiyini, həmin vaxt orada olmadığını və bu barədə istintaqda da etiraz etdiyini ifadə etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, o, Tofiq adlı iş yoldaşı ilə işdə olmuşdur. Fasilə vaxtı həm kameraya, həm də telefona baxmışdır. Kameraya baxdığı zaman Təqsirləndirilən şəxs kassanın yanında durmuş halda görmüşdür. Həmin an Təqsirləndirilən şəxs vitrindən siqaret götürdüyünü müşahidə etmişdir. Onun arxasınca qaçmışdır, Təqsirləndirilən şəxs isə siqaretləri tökərək uzaqlaşmışdır. Yanına çatdığı anda Təqsirləndirilən şəxs bıçaq çıxarmışdır, lakin ona hədə-qorxu gəlməmişdir. O, marketdə işlədiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs kamerada gördüyünü, siqaret qutularını gödəkçəsinin ciblərinə qoyduğunu müşahidə etmişdir. Qaçan zaman Təqsirləndirilən şəxs qolundan tutduğunu, lakin yanına çatanda artıq siqaret qutularının hamısının atılmış olduğunu qeyd etmişdir. Bıçağın Təqsirləndirilən şəxs sağ əlində olduğunu, bıçağı gördükdən sonra onu buraxdığını bildirmişdir. Təqsirləndirilən şəxs qaçanda onun əlindəki bıçağı görmədiyini qeyd etmişdir. Şikayət və tələb irəli sürmədiyini, Təqsirləndirilən şəxsla düşmənçiliyi olmadığını, onu əvvəldən tanımadığını bildirmişdir. Götürülənlərin hamısının yerə töküldüyünü, bıçağın hansı məqsədlə çıxarıldığını bilmədiyini, onu tutanda bıçağın Təqsirləndirilən şəxs əlində olduğunu demişdir. Bıçağı gördüyü üçün qorxduğunu, bıçağın ölçüsünü xatırlamadığını, rənginin təxminən qəhvəyi olduğunu bildirmişdir. Şikayəti mağaza müdiri etmişdir. O, Təqsirləndirilən şəxs əlindəki bıçağı görəndə qorxduğu üçün onun əlini buraxıb geri çəkildiyini qeyd etmişdir. Adi halda kiminsə əlində bıçaq görəndə qorxmadığını, qolundan tutduğu zaman bıçağın onun əlində olduğunu bildirmişdir. Məhkəmədə fərqli ifadə verməsi üçün ona kimsə heç nə deməmişdir. Həmin zaman onun əlində bıçaq olmamışdır. Təqsirləndirilən şəxs qolundan tutmadığını, yalnız onu çağıraraq götürdüklərini geri verməsini istədiyini bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 327-ci maddəsinə əsasən məhkəmədə elan olunmuş Zərərçəkmiş şəxs8 istintaqa verdiyi ifadələrində göstərmişdir ki, o, ünvan 1 ünvanında yerləşən “Oba” marketdə satıcı işləyir. Təqsirləndirilən şəxs Mirabbas oğlunu əvvəllər tanımamış, sonuncu ilə aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 14 oktyabr 2024-cü il tarixdə, saat 06 radələrində mağazada olan vaxt o, arxa otaqda yerləşən nəzarət kamerasının arxasında oturub mağazanı izləmiş, həmin vaxt iş yoldaşı Şahid3 da mağazada vitrindəki malları səliqəyə salmaqla məşğul olmuşdur. Həmin vaxt bir nəfər arıq cavan oğlan müştəri qismində mağazaya daxil olmuş, həmin şəxs əvvəlcə Tofiqi pendir gətirməyə göndərmiş, o, həmin şəxsin kassanın arxasındakı vitrindən 3-4 ədəd qutu siqaret götürüb cibinə qoyduğunu müşahidə kamerası vasitəsilə görmüş, həmin vaxt Tofiq geri qayıtmışdır. O, kamera arxasında əyləşib həmin şəxsin daha hansı hərəkətlər edəcəyini gözləmişdir. Həmin şəxs Tofiqi sosiska gətirmək üçün yenidən soyuducuya tərəf göndərmiş, o, müşahidə kamerası vasitəsilə görmüşdür ki, həmin şəxs yenidən kassa aparatının arxasındakı vitrindən 2-3 ədəd siqaretləri götürüb cibinə qoymuş və qapıya tərəf yaxınlaşmişdır. O, həmin şəxsin qaçacağını düşünüb otaqdan çıxaraq həmin şəxsə tərəf yaxınlaşanda həmin şəxs qapını açıb çölə qaçmış, o və Tofiq də həmin şəxsin arxasıyca qaçmışlar, həmin şəxsin cibindən vitrindən götürdüyü 2 ədəd siqaret yerə düşmüşdür. Tofiq geri qayıtmış, o, isə həmin şəxsin arxası ilə qaçmışdır. Təxminən 10-15 metr onlar mağazadan uzaqlaşmışlar. Ö, həmin şəxsə yaxınlaşıb siqaretləri tələb edəndə, həmin şəxs vitrindən götürdüyü ümumilikdə 3 ədəd “Pall Mall”, 1 ədəd qara “Sobranie” siqaretlərini ona vermişdir. Daha sonra o, həmin şəxsin qolundan tutub başqa nələrsə götürübsə qaytarmasını tələb edəndə həmin şəxs onu qorxutmaq üçün üzərinə cibindən şabalıdı rəngli xəncər çıxardaraq ona nümayiş etdrmişdir. Bundan sonra o, həmin şəxsin qolunu buraxmış və həmin şəxs də oradan qaçıb getmişdir. Daha sonra o, mağazaya qayıdanda mağazanın qarşısında həmin şəxsin qaçıb gedərkən yerə saldığı 2 ədəd “Pall Mall” siqaretlərini də yerdən götürmüşdür. Təxminən saat 07 radələrində mağaza müdiri Elman Məmmədov mağazaya gələndə o, baş verənləri danışmışdır. Həmin şəxs ona heç bir xəsarət yetirməmişdir. Eyni zamanda o, həmin şəxsə heç bir xəsarət yetirməmişdir. Həmin şəxs bir ədədinin qiyməti 3 manat 10 qəpik olmaqla 5 qutu “Pall Mail”, 4 manat 50 qəpik olmaqla “Sobranie” siqaretini ələ keçirdərək götürüb qaçmışdır. O, xəsarət almadığı üçün ekspertizadan keçməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə günü işdə növbətçi olmuşdur. Axşam saat 20 radələri olarkən yemək yediyi vaxt baxçanın həyətindən səs gəldiyini eşitmişdir. Çölə baxanda qaranlıqda bir nəfərin qaçdığını görmüşdür. Qaçan şəxsin sifətini seçə bilməmiş, lakin qaçdığı istiqaməti görmüşdür. Qaçan şəxsin əlində hər hansı bir əşya müşahidə etməmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, qaranlıqda qaçan şəxsin baş hissəsini görmüş, boy və çəkisini müəyyən edə bilməmişdir. O, müdiri çağırmış, birlikdə anbara baxmışlar. Anbarın arxa tərəfdən qapısının açıq olduğunu görmüş, daxil olduqda əşyaların oğurlandığını müəyyən etmişlər. Anbardan iki ədəd bayraq dirəyi və metal soba oğurlanmışdır. Azərbaycan Respublikası CPM-nin 327-ci maddəsinə əsasən məhkəmədə elan olunmuş Şahid1 istintaqa verdiyi ifadələrində göstərmişdir ki, Gəncə-ünvan 5aq bağçasında gözətçi işləyir. Gəncə şəhəri 48 saylı körpələr evi-uşaq bağçasında gözətçi kimi saat 17 radələrində işə gəlir və səhər saat 08 radələrində işdən evə qayıdır. 20 oktyabr 2024-cü il tarixdə, saat 20 radələrində çalışdığı Gəncə şəhəri 48 saylı körpələr evi-uşaq bağçasının həyətində ərazini gəzən vaxt ətraf qaranlıq olmuş, o, ərazidə olarkən qəfil anda bağçanın arxa tərəfindən səs eşidib dərhal bağçanın arxa tərəfinə getmiş, bağçanın arxa tərəfi həm də anbar kimi istifadə olunduğu üçün oradan səsgələn kimi o, yəqin etmişdir ki, kimsə orada oğurluğa gəlibdir. O, bağçanın arxa tərəfinə gələn kimi bir nəfər şəxsin bağçanın arxasından çölə doğru qaçdığını görmüş, bağçanın həmin tərəfində işıq yanmadığı üçün o, həmin şəxsin üzünü görə bilməmişdir. Sadəcə həmin şəxsin kölgə kimi qaçdığını görmüşdür. Həmçinin həmin şəxsin onu görüb-görmədiyini dəqiq bilməmiş, çünki həmin vaxt ərazi qaranlıq olmuşdur. O, həmin şəxsin arxasınca səslənmiş, lakin həmin şəxsin onun səsini eşidib-eşitmədiyini bilməmişdir. Çünki həmin vaxt onun özü də həyəcanlı olmuşdur. Bundan sonra o, dərhal hadisə barədə bağçanın müdirəsi Günay xanıma məlumat vermişdir. Daha sonra o, bağçanın arxasına getmiş və orada görmüşdür ki, naməlum şəxs orada olan taxta qapıya fiziki güc tətbiq edərək itələyib kilidi mismardan çıxarıb içəri daxil olubdur. Çünki o, saat 17 radələrində bağçaya gələrkən həmin qapı bağlı vəziyyətdə olmuşdur. Bundan sonra o, bağçanın içərisinə baxış keçirtmiş və görmüşdür ki, musiqi zalından iki ədəd bayraq altlıqları və bir ədəd çuğun materialından hazırlanmış odun peçi oğurlanıbdır. Bundan sonra həmin bağçanın müdirəsi Günay xanım bağçaya gəlmiş və artıq axşam saatları olduğu üçün onlar həmin gün yox, bir gün sonra polisə ərizə ilə müraciət edib hadisə barədə məlumat vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də metal tullantıları bazasında anbardar olaraq çalışmışdır. Təqsirləndirilən şəxs onlara satmaq məqsədi ilə alüminium gətirmişdir və o da sənədlə, qaydaya uyğun şəkildə gətirilmiş metalı qəbul etmişdir. Bir müddət sonra polis əməkdaşları gəlib oğurluq hadisəsinin baş verdiyini bildirmişlər. Metal qəbul edilən zaman şəxsiyyət vəsiqəsi ilə alındığına və satıcının telefon nömrəsi qeyd olunduğuna görə polis əməkdaşları satışın Təqsirləndirilən şəxs tərəfindən həyata keçirildiyini müəyyən etmişlər. Gün ərzində tonlarla mal qəbul etdiklərinə görə Kərimin onlara dəqiq olaraq nə gətirdiyi onun yaddaşında qalmamışdır. Azərbaycan Respublikası CPM-nin 327-ci maddəsinə əsasən məhkəmədə elan olunmuş Şahid2 istintaqa verdiyi ifadələrində göstərmişdir ki, o, “Musayevin Qarajı” kimi bilinən metal tullantılarının qəbulu məntəqəsində anbardar işləyir. Təqsirləndirilən şəxs Mirabbas oğlunu əvvəllər tanımamış, sonuncu ilə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 20 oktyabr 2024-cü il tarixdə, saat 21-22 radələrində çalışdığı “Musayevin Qarajı” kimi bilinən metal tullantılarının qəbulu məntəqəsinə bir nəfər arıq cavan oğlan gəlmiş, həmin şəxs təxminən 10 kq-lıq 2 ədəd latun materialmdan hazırlanmış bayraq altlıqları və 1 ədəd çuğun materialından hazırlanmış peçin özünə məxsus olduğunu, satmaq istədiyini bildirmişdir. O, həmin əşyaların həqiqətən özünə məxsus olub-olmamasını soruşanda həmin şəxs satmaq istədiyi əşyaların özünə məxsus olduğunu, oğurluq olmadığını, pula ehtiyacı olduğu üçün satdığını ona bildirmişdir. O, həmin əşyalara nəzər salanda peçin istifadəyə yararsız halda olduğunu görmüş, o, həmin əşyaları tərəzidə çəkib ümumilikdə 50 manata ala biləcəyini bildirmiş və həmin şəxs də onunla razılaşmışdır. O, həmin şəxsdən şəxsiyyət vəsiqəsini istəyib foto-şəklini çəkmiş və aldığı əşyaları öz alqı-satqı dəftərində qeyd etmişdir. Həmin şəxsin şəxsiyyət vəsiqəsinin surətini və alqı-satqı dəftərinin surətini istintaqa təqdim etmişdir. Həmin əşyaların oğurluq olması barədə məlumatı olmamış, əgər oğurluq olduğunu bilsəydi almazdı. Çünki həmin əşyaları satan şəxs ona şəxsiyyət vəsiqəsini təqdim etdiyi üçün o, həmin əşyaların oğurluq olduğuna şübhələnməmişdir. Təqsirləndirilən şəxs Mirabbas oğlundan aldığı 2 ədəd latun materialından hazırlanmış bayraq altlıqlarını və 1 ədəd peçi metal qırıntısı kimi tanımadığı şəxslərə satmış, məntəqədə hər gün alışveriş olduğu üçün həmin əşyaları nə vaxt və kimə satdığını xatırlamamışdır. Şahid2 istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra ifadəsinə əlavə olaraq bildirmişdir ki, həmin metal əşyalar çox güman ki, çoxdan əridilərək Bakıya göndərilmişdir. O, istintaqda verdiyi ifadəsini təsdiqləmişdir. "xxxx" MMC-də metal tullantıları bazasında anbardar olaraq çalışmışdır. Həmin baza Gəncə şəhərində “əlillərin dairəsi” adlanan yerin sağ tərəfində yerləşmişdir. Onlar səhər saat 8-dən axşam 9-a və ya 10-a qədər işləyirmişlər. Təqsirləndirilən şəxsin ona satış etdiyi vaxt dəqiq yadında qalmamış, lakin ifadəsində təqribi vaxtı göstərmişdir və bunun saat 21–22 radələri arasında olduğunu bildirmişdir. Orada kamera olduğuna görə hər bir şəxsin satış vaxtını həmin görüntülərə baxmaqla müəyyən etmək mümkün olmuşdur. Onun vaxtı fərqli deməsi ilə bağlı heç kəs ona hər hansı irad bildirməmişdir. Aradan uzun müddət keçdiyinə görə kamera görüntülərinin artıq mövcud olmadığını bildirmişdir. Satış vaxtını deməsi üçün ona heç bir təsir göstərilmədiyini də ifadə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, işdə olduğu müddətdə Təqsirləndirilən şəxs gəlmişdir. Təqsirləndirilən şəxs ondan bir neçə ərzaq istəmiş, ərzaqları hazırladığı zaman siqaret götürərək qaçmışdır. Daha sonra siqaretləri geri qaytarmışdır. Təqsirləndirilən şəxs iş yoldaşı görmüşdür. O, ərzaqları götürərkən Təqsirləndirilən şəxs oğurluq etdiyini müşahidə etmişdir. Siqaretlərin ümumilikdə 5–6 qutu olduğunu bildirmişdir. Hamısının geri qaytarıldığını qeyd etmişdir. İş yoldaşına bıçaq çıxarıldığını, siqaretlərin cibində olduğunu və bıçaq çıxarılan zaman Təqsirləndirilən şəxs nə dediyini bilmədiyini qeyd etmişdir. O, Təqsirləndirilən şəxs içəri girdiyi zaman onun əlində bıçaq görmədiyini bildirmişdir. İstintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiqləmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, evdə hər kəs yatmışdır, o və baldızı oyaq olmuşdur. Maşının siqnal səsini eşitmiş, həyətə baxanda avtomobildə kimsənin olduğunu görmüşdür. Qışqırmış, lakin eşidilməmişdir. Ayna açılan zaman Təqsirləndirilən şəxs onu görərək qaçmışdır. Üzünü görmüşdür. Onlara təxminən 2430 manat ziyan dəyilmişdir. Ev onların 1-ci mərtəbədə yerləşmişdir. Həyat yoldaşı həmin vaxt arxa otaqda olmuşdur. Həyat yoldaşını oyadana qədər Təqsirləndirilən şəxs qaçmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs ona baxmamışdır. Dəymiş ziyanın qiymətini tam olaraq bilməmişdir. Rəhmətə gedən nənəsi olmuşdur. Həyat yoldaşının pulu niyə maşından götürmədiyini bilməmişdir. Binanın kamerasının olmadığını bildirmişdir. İstintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiqləmişdir. Eləcə də, məhkəmə istintaqında sözügedən cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini təkrarən Kərimin üzünə söyləmiş, sonuncunun avtomobilə daxil olmasını, özünün onu çağırmasını və Kərimin ona baxsa da hərəkətlərinin davam etməsini bildirmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri 48 saylı körpələr evi-uşaq baxçasından alınmış 30 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, 20 oktyabr 2024-cü il tarixdə həmin baxçadan oğurlanmış latun materialından hazırlanmış bayraq altlıqlarının hər birinin qiyməti 180 manatdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07 fevral 2025-ci il tarixli, 9/10485 nömrəli rəyindən görünür ki, qərarda göstərilən «Pall Mall» nazik mentol siqaretin qiyməti 3 manat 10 qəpik, «Sobranie» nazik black siqaretin qiyməti 4 manat 10 qəpik, çuğun materialından hazırlanmış peçin qiyməti 60 manat müəyyən olunur, 01 ədəd «Pioneer» markalı, 9450 modelli avtomobil maqnitafonunun üst qapağının və 01 ədəd latun materialından hazırlanmış təxminən 10 kiloqram çəkidə bayraq altlığının satışı və qiyməti barədə məlumat əldə etmək mümkün olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 aprel 2025-ci il tarixli, ƏQ-016/2025 saylı mütəxəssis rəyindən görünür ki, Yaponiya istehsalı olan bir ədəd 400 watt gücündə «Pioneer» markalı səsgücləndiricinin dəyəri 100 manat, Yaponiya istehsalı olan bir ədəd 500 watt gücündə «Pioneer» markalı səsgücləndiricinin dəyəri 120 manat, Yaponiya istehsalı olan bir ədəd 600 watt gücündə «Pioneer» markah səsgücləndiricinin dəyəri 150 manat, Rusiya istehsalı olan bir ədəd «AKOM» markah akkumlyatorun dəyəri 60 manat, Cənubi Koreya istehsalı olan bir ədəd Samsung A6 markah mobil telefonun dəyəri 100 manat Yaponiya istehsalı olan bir ədəd «Pioneer» markalı maqnitafonun dəyəri 100 manat, Yaponiya istehsalı olan bir ədəd «Pioneer» markalı maqnitafonun üst qapağının dəyəri 50 manat müyyən olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 may 2025-ci il tarixli, 25/702 nömrəli rəydən görünür ki, xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, 48 saylı körpələr eviuşaq bağçasında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 05 ədəd kağız parçasının üzərinə yapışdırılmış 05 ədəd şəffaf yapışqanlı lent kəsiklərinin üzərində olan 04 ədəd əl-barmaq və 01 ədəd ovuc izi şəxsiyyətin eyinləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 01 ədədinin xx.xx.1993-cü ildə Gəncə şəhərində anadan olmuş Təqsirləndirilən şəxs Mirabbas oğlunun sağ əlinin böyük barmağının əksi ilə, 01 ədədinin xx.xx.1987-ci ildə Gəncə şəhərində anadan olmuş X1 əlinin adsız barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd əl-barmaq və 01 ədəd ovuc izi DİN-in KTİ-nin ADİS-in əlumat bankında olan şəxslərin əl əksləri ilə eynilik müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 oktyabr 2024-cü il tarixdə tərəfimdən oğurluq cinayətinin baş verdiyi yerə, yəni ünvan 2 ünvanında yerləşən Gəncəünvan 5aq baxçasma baxış keçirilmiş, hadisə yerinə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, fotoşəkillər çəkilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 oktyabr 2024-cü il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci X13 Bölməsinin təhqiqatçısı, polis leytenantı İsmət Əliyev tərəfindən oğurluq cinayətinin baş verdiyi yerə, yəni Gəncə şəhəri D.Qorqud küçəsində yerləşən 1 V saylı yaşayış binasının qarşısında Zərərçəkmiş şəxs2 məxsus VAZ 2107 markah, **- VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış keçirilməsi barədə protokol tərtib olunmuş, fotoşəkillər çəkilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 oktyabr 2024-cü il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci X13 Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Adil İmanov tərəfindən oğurluq cinayətinin baş verdiyi yerə, yəni Gəncə şəhəri D.Qorqud küçəsində yerləşən avtomobil təmiri sexinin həyətində Zərərçəkmiş şəxs5 məxsus Mercedes Benz 208 D markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı mikroavtobusa baxış keçirilmiş, baxış keçirilməsi barədə protokol tərtib olunmuş, fotoşəkillər çəkilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 oktyabr 2024-cü il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci X13 Bölməsinin baş təhqiqatçısı, polis kapitanı Elnur Ələkbərov tərəfindən oğurluq cinayətinin baş verdiyi yerə, yəni Gəncə şəhəri Azərbaycan bayrağı küçəsində yerləşən “Dubay” bazarının qarşısında Zərərçəkmiş şəxs6 məxsus VAZ 2107 markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış keçirilməsi barədə protokol tərtib olunmuş, fotoşəkillər çəkilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 oktyabr 2024-cü il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci X13 Bölməsinin təhqiqatçısı, polis mayoru Rasim Məmmədov tərəfindən oğurluq cinayətinin baş verdiyi yerə, yəni Gəncə şəhəri D.Qorqud küçəsində yerləşən 20 sayh binanın qarşısında Zərərçəkmiş şəxs1 məxsus VAZ-2106 markalı, **- ES-*** dövlət qeydiyyat nişanh avtomobilə baxış keçirilmiş, baxış keçirilməsi barədə protokol tərtib olunmuş, fotoşəkillər çəkilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 oktyabr 2024-cü il tarixdə tərəfimdən soyğunçuluq cinayətinin baş verdiyi yerə, yəni ünvan 1 ünvanında yerləşən “Oba” marketə baxış keçirilmiş, “Oba” marketdə soyğunçuluq cinayəti baş verdiyi annı təhlükəsizlik kamerası vasitəsilə qeydə alındığı 1 (bir) ədəd DVD disk cinayət işinin istintaqı ilə əlaqədar mühüm əhəmiyyət kəsb etdiyinə görə götürülmüş, hadisə yerinə baxış keçirilməsi barədə protokol tərtib olunmuş və fotoşəkillər çəkilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 oktyabr 2024-cü il tarixdə tərəfimdən soyğunçuluq cinayətinin baş verdiyi yerə, yəni Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən 104 sayh yaşayış binasının qarşısında Zərərçəkmiş şəxs7 məxsus VAZ- 2107 markalı, 90HK-676 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, fotoşəkillər çəkilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 oktyabr 2024-cü il tarixdə əşyanın götürülməsi istintaq hərəkəti keçirilmiş, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 istintaqa verdiyi ifadəsində 17 sentyabr 2024-cü il tarixdə keçirilən qaynanasımn anasının dəfn mərasiminin üçü günü tərtib olunmuş əza dəftərinin surətini könüllü olaraq istintaqa təqdim etmək istədiyini bildirdiyi üçün 07 (yeddi) vərəqədən ibarət əza dəftərinin surəti cinayət işinin istintaqı ilə əlaqədar mühüm əhəmiyyət kəsb etdiklərinə görə Zərərçəkmiş şəxs7 götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 noyabr 2024-cü il tarixdə əşyanın götürülməsi istintaq hərəkəti keçirilmiş, cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 istintaqa verdiyi ifadəsində 2024-cü ilin oktyabr ayında Təqsirləndirilən şəxs Mirabbas oğlundan öz şəxsiyyət vəsiqəsi əsasında istifadəyə yararsız halda 2 ədəd latun materialından hazırlanmış bayraq altlıqlarını, bir ədəd çuğun materialından hazırlanmış peçi aldığını, Təqsirləndirilən şəxs aldığı əşyaları onun şəxsiyyət vəsiqəsi ilə birlikdə, bu barədə qeydiyyat dəftərində apardığı həmin fotoşəkli və dəftəri könüllü olaraq istintaqa təqdim etmək istədiyini bildirdiyi üçün 1 (bir) ədəd fotoşəkil və dəftərin surəti cinayət işinin istintaqı ilə əlaqədar mühüm əhəmiyyət kəsb etdiklərinə görə Şahid2 götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, o, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1, 177.2.3, 185.2.1, 185.2.2, 66.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci tarixli Xətai rayon Məhkəməsinin qərarı ilə 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2023-ci tarixli Xətai rayon Məhkəməsinin qərarı ilə 02 ay 19 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılıbdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji dispanserindən alınmış xx.xx.2024-cü il tarixli, 5348 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Psixonevroloji Dispanserindən alınmış xx.xx.2024-cü il tarixli, 5250 saylı arayışdan gürünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməlləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətdiyi əməllər Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 180.2.2, 180.2.3, 181.2.2, 181.2.5-ci maddələrinə tövsif olunmalıdır. Zərərçəkmiş və şahidlərin ifadələrindən, eləcə də toplanmış digər sübutların qarşılıqlı tədqiqindən görünür ki, Təqsirləndirilən şəxs “Oba” marketdən oğurluq etdikdən sonra, onu görürlər və təqib edirlər deyə mağazadan çölə qaçır belə olan halda isə oğurluq cinayəti soyğunçuluq cinayətinə çevrilir. Hadisələrin davamında isə Təqsirləndirilən şəxs üzərində olan siqaretlərdən yerə atmasına baxmayaraq, zərərçəkmiş Səidin onun arxasınca gəlməsini görərək üzərində olan şabalıdı rəngli bıçağı çıxarmış havada real nümayiş etdirmiş, eləcə də Səidə real hədə yaradaraq sonuncuya hədə qorxu gələrək oradan uzaqlaşmasına nail olmuşdur. Belə ki, zərərçəkmişin həm ibtidai istintaq həm də məhkəmədə istintaqı zamanı verdiyi ifadəsində qeyd etdiyi kimi, o, Kərimi saxlamağa və götürdüyü siqaretləri ondan almağa cəhd edən zaman Kərimin üzərində olan şabalıdı rəngli bıçağı çıxarmasını və üzərinə gedəcəyi halda Kərimin onu vuracağından qorxduğu üçün geri qayıtmağa məcbur olmuşdur. Bu vəziyyətdə Kərimə götürdüyü siqaretləri yerinə qoymasını bildirməsinə baxmayaraq, sonuncu üzərində olan bıçağı çıxarmaqla ona real vəziyyətdə nümayiş etdirmiş, habelə real təhlükə yaratmışdır. Məhz zərərçəkmiş şəxsin Kərimin ona bıçağı nümayiş elətdirdiyi və real hərəkətə keçəcəyindən həyat və sağlamlığı üçün qorxduğundan sonuncuya yaxınlaşmamış, eləcə də onun üzərində mağazadan götürülmüş əlavə hər hansı bir məhsulun olub-olmaması yoxlaya bilməmişdir. Eləcə də, Kərimin məhz qaçarkən deyil sonuncunun dayanarkən bıçağı çıxartması nəticəsində qorxmasını, eləcə də sonuncunun götürdüyü məhsullara dair üzərinə baxış keçirtmək istəyərkən bıçağın tətbiq olunmasını hədəsindən qorxaraq ordan uzaqlaşmışdır. Belə olan halda Kərim Abbasovun “Oba” marketdən ilkin olaraq oğurluqla başladığı əməl başqa şəxslərin onu görməsi ilə sonuncunun qaçması nəticəsində açıq talamaya şevrilmiş, lakin onun bıçağı çıxardaraq zərərçəkmişə nümayiş etdirərək, həyat və sağlamlığı üçün real hədə təsiri yaratması nəticəsində quldurluğa çevrilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. X7 göstərilmiş mövqe Kərim Abbasov tərəfindən törədilmiş quldurluq cinayətinin əsasını təşkil edir. Basqın dedikdə yalnız hər hansı bir şəxsin harasa daxil olması, hücum etməsində deyil məhz Kərimin oğurladığı siqaretləri verməmək məqsədilə sonuncunun üzərinə bıçaq çıxartması, onun üçün real hədə yaratması və nəticədə Səidin Kərimin onu vura biləcəyini düşündüyü üçün ordan qaçmasında ehtiva olunmuşdur. Məhkəmə istintaqı zamanı da Kərim həqiqətən də üstündə mətbəx bıçağının olmasını, lakin ondan istifadə etmədiyini bildirmişdir, bu təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlil olaraq qiymətləndirilməlidir. X8 25-ci bəndində göstərilmişdir ki, təqsirli şəxsin əməli AR CM-nin 181.2.5-ci maddəsi ilə tövsif edildikdə, məhkəmələr basqın zamanı tətbiq edilmiş predmetin canlı qüvvənin və ya digər hədəfin vurulması üçün yararlı silah olub-olmamasını ekspert rəyi əsasında müəyyən etməlidir. Qanunda göstərilən hallar mövcud olduqda, belə şəxsin əməli, əlavə olaraq AR CM-nin 228-ci maddəsi ilə də tövsif edilməlidir. Silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Şəxs silahı yalnız nümayiş etdirmişsə və ya aşkar yararsız və ya doldurulmamış silahla zərərçəkmişin həyatı və ya sağlamlığı üçün təhlükəli olan xəsarət yetirmək niyyəti olmadan həmin predmetlərlə onu hədələmiş və ya silah tətbiq etmə görüntüsü yaratmışsa, (məsələn, silah maketi, oyuncaq xəncəl və i.a.), digər ağırlaşdırıcı hallar olmadıqda işin konkret hallarından asılı olaraq onun hərəkətləri AR CM-nin 181.1-ci maddəsində nəzərdə tutulan quldurluq kimi tövsif edilməlidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onların törətdikləri cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini, eləcə də cəzalarını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onların törətdikləri cinayətlərin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyətləri nəzərə alınaraq barələrində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin bir qisminən barışıq əldə etməsi, ona qarşı şikayət və tələbin olmaması onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətlərin residividir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 180.2.2, 180.2.3, 181.2.2, 181.2.5-ci maddələri ilə təqsirli bilinərək, ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, yəni xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1, 177.2.3, 185.2.1, 185.2.2, 66.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci tarixli Xətai rayon Məhkəməsinin qərarı ilə 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2023-ci tarixli Xətai rayon Məhkəməsinin qərarı ilə 02 ay 19 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılıbdır cinayət əməlini törədərkən onun əməllərində cinayətlərin residivi mövcud idi. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Eləcə də, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda təhlükəli residiv sayılır. Təqsirləndirilən şəxs barəsində DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, o, iki dəfə törətdiyi cinayətə görə azadlıqdan məhrumetmə nəzərdə tutulmuş cəza ilə cəzalandırılmış, qeyd olunan cəzalar üzrə qanunvericiliklə müəyyən edilmiş məhkumluq ödənilməmiş və götürülməmiş yenidən maddənin sanksiyasında azadlıqdan məhrumetmə cinayətlərini, eləcə də az ağır və ağır cinayətləri törətmişdir. Cinayət Məcəlləsinin 18 və 83-cü maddələrinin tələblərindən göründüyü kimi, residiv qanuni qüvvəyə minmiş hökmlə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxs tərəfindən yenidən qəsdən cinayət əməlinin törədildiyi andan yaranır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən, təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 28 (iyirmi səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 308 (üç yüz səkkiz) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertizalar ilə əlaqədar Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 14 oktyabr 2024-cü il tarixdə, saat 06 radələrində ünvan 6 ünvanında yerləşən «Oba» marketdə baş vermiş soyğunçuluq hadisəsi ilə əlaqədar olaraq hadisə yerinin müayinəsi zamanı marketdə quraşdırılmış təhlükəsizlik kamerası vasitəsilə cinayət hadisəsini özündə əks etdirən videogörüntü olan bir ədəd DVD disk, Şahid2 təqdim etdiyi Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti olan fotoşəkil, sonuncudan aldığı iki ədəd latun materialından hazırlanmış bayraq altlıqlarının və bir ədəd çuğun materialından hazırlanmış peçin alqı-satqı dəftərində qeydiyyat aparılan vərəqəsinin fotoşəkili, Zərərçəkmiş şəxs7 təqdim etdiyi 07 (yeddi) vərəqədən ibarət əza dəftərinin surəti, ünvan 2 ünvanında yerləşən ünvan 7lə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 5 (beş) ədəd əl-barmaq izləri iş üzrə mühüm əhəmiyyət kəsb etdiklərinə görə cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 180.2.2, 180.2.3, 181.2.2, 181.2.5-ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətə, Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.3-cü maddəsi ilə 4 (dörd) il 9 (doqquz) ay müddətə, Cinayət Məcəlləsinin 181.2.2 və 181.2.5-ci maddəsi ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Dövlət büdcəsi hesabından müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili X2 vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına 308 ( üç yüz səkkiz) manat pul köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 14 oktyabr 2024-cü il tarixdə, saat 06 radələrində ünvan 6 ünvanında yerləşən «Oba» marketdə baş vermiş soyğunçuluq hadisəsi ilə əlaqədar olaraq hadisə yerinin müayinəsi zamanı marketdə quraşdırılmış təhlükəsizlik kamerası vasitəsilə cinayət hadisəsini özündə əks etdirən videogörüntü olan bir ədəd DVD disk, Şahid2 təqdim etdiyi Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti olan fotoşəkil, sonuncudan aldığı iki ədəd latun materialından hazırlanmış bayraq altlıqlarının və bir ədəd çuğun materialından hazırlanmış peçin alqı-satqı dəftərində qeydiyyat aparılan vərəqəsinin fotoşəkili, Zərərçəkmiş şəxs7 təqdim etdiyi 07 (yeddi) vərəqədən ibarət əza dəftərinin surəti, ünvan 2 ünvanında yerləşən ünvan 7lə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 5 (beş) ədəd əl-barmaq izləri iş üzrə mühüm əhəmiyyət kəsb etdiklərinə görə cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-478/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-478/2025
09.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver