Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-479/2022 23.11.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X15 oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X8, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, “Alyans” Vəkil Bürosunun vəkili X7, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X9 iştirakları ilə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuşdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmişlər ona görə ki, Təqsirləndirilən şəxs1 qohumu Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan Milad adlı şəxslə qabaqcadan əlbir olan, bir qrup şəxs halında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olaraq 500 manat qazanc əldə etmək və istifadəsi üçün narkotik vasitəni verməsi barədə razılaşdıqdan sonra istintaqa məlum olmayan tarixdə və mənbədən külli miqdarda, yəni ümumi təmiz çəkisi 1.001,63 qram olmaqla qəhvəyi rəngli maddə küstar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda, yəni ümumi təmiz çəkisi 69,679 qram olmaqla ağ rəngli kristal formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və təsir maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edilən 10 ədəd qəhvəyi rəngli dairəvi formada olan narkotik vasitə metodon həblərini satış məqsədi ilə qanunsuz olaraq əldə edib, 20,290 qramı çəkidə olan psixotrop maddə metamfetamini və 19,630 qram çəkidə olan narkotik vasitə heroini Təqsirləndirilən şəxs1 üzərində saxlamaqla daşımışlar, 982 qram narkotik vasitə olan heroini, 49,389 qram psixotrop maddə olan metamfetamini və təsir maddəsinin ümumi miqdarı 0,4 qram olan narkotik vasitə metadonu və həmin narkotik vasitələri satmaq üçün istifadə etdiyi bir ədəd elektron tərəzini Təqsirləndirilən şəxs1 idarə etdiyi sonuncuya məxsus “Ford Fision” markalı ** VN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillin salonundakı saxlanc yerində birlikdə saxlamaqla daşımışlar, xx.xx.2022-ci il tarixdə saat 7 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin X2 əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 idarə etdiyi “Ford Fision” markalı ** VN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə birlikdə Gəncə şəhəri, Nizami prospekti ilə Kimyaçılar küçəsinin kəsişməsində saxlanılaraq ünvan 1 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilib şübhəli şəxs qismində üzərlərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkcənin sol yan cibində olan qara rəngli kiçik cib çantasında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı 1 ədəd bükümdə külli miqdarda, təmiz çəkisi 20,290 qram olan küstar üsulla hazırlanmış psixotrop maddə metafetamin, digər bir bükümdə külli miqdarda təmiz çəkisi 19,630 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə olan heroin, həmçinin 3 yanvar 2022-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasının qarşısında Təqsirləndirilən şəxs1 məxsus olan “Ford Fision” markalı ** VN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin salonundakı saxlanc yerində satış məqsədi ilə qanunsuz olaraq birlikdə əldə edib saxladıqları bir ədəd külli miqdarda, yəni təmiz çəkisi 982 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə heroin, digər bir ədəd bağlamada külli miqdarda, yəni təmiz çəkisi 49,389 qram olan küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və təsir maddəsinin ümumi miqdarı 0,4 qram olan 10 ədəd narkotik vasitə metadon həbləri və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə hazırlıq iclası zamanı dövlət ittihamçısı Müşfiq Rəhimov yazılı vəsatət verərək, cinayət işi üzrə Azərbaycan Respublikası CPM-in 303.3.1 və 303.3.6-ci maddələrinin tələbləri pozulduğuna görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə yol verilmiş vəsatətdə qeyd olunan kobud pozuntuların aradan qaldırılması üçün cinayət işinin məhkəmənin hazırlıq iclasında baxılmasına xitam verilməsini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-in tələblərinin kobud surətdə pozulmasına yol vermiş Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis mayoru X16 barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 müdafiəçisi Ramil Əliyev şifahi vəsatətlə çıxış edərək, dövlət ittihamçısının vəsatətdə göstərdiyi xüsusatlarla razı olduğunu, ibtidai istintaq zamanı müdafiə etdiyi şəxsin hüquqlarının kobud şəkildə pozulduğunu bildirərək, cinayət işinin məhkəmənin hazırlıq iclasında baxılmasına xitam verilməsini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısı Müşfiq Rəhimovun və təqsirləndirilən Təqsirləndirilən şəxs2 müdafiəçisi Ramil Əliyevin vəsatətlərini müzakirə edərək, hesab edir ki, vəsatətlər təmin edilməli, ********* nömrəli cinayət işi üzrə qanuni həll edilməsi mümkün olmayan ibtidai istintaq zamanı yol verilmiş kobud qanun pozuntularına görə məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, hazırkı cinayət işi üzrə ibtidai istintaq zamanı Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinin tələblərinə tam əməl edilməmiş, ədalətli məhkəmə araşdırılmasının aparılmasına imkan verən təminatlar ibtidai istintaq zamanı gözlənilməmiş, təqsirləndirilən şəxsin müdafiəçi ilə təmin olunmasına dair hüquqları pozulmuş, cinayət işi üzrə ittiham aktının həmin məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Belə ki, ********* nömrəli cinayət işinin 2-ci cildi 104 vərəqədə Təqsirləndirilən şəxs2 müdafiəçisi X10 fəaliyyətinin 18 iyul 2022-ci il tarixdən 18 yanvar 2023-cü il tarixə qədər dayandırılmasına dair Azərbaycan Respublikası Vəkillər X3 qərarının olmasına baxmayaraq “şəxsə keyfiyyətli hüquqi yardım alması üçün müdafiə hüququnun izah edilməsi və vəkillərin siyahısını təqdim edilməsi haqqında” protokoldan (cild 2, iş vərəqə 105) görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 həmin vaxtdan 1 ay 11 gün sonra yəni 29 avqust 2022-ci il tarixdə müdafiəçi X1 dayandırıldığı üçün Bakı şəhəri, “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmiş və 29 avqust 2022-ci il tarixdə vəkil X17 hüquqlarının müdafiəçisi qismində təqsirləndirilən Təqsirləndirilən şəxs2 təqdim edilmişdir. Təqsirləndirilən şəxs2 həmin dövrdə ərzində müdafiəçisi olmamasına baxmayaraq ibtidai istintaq davam etdirilmiş və beləliklə təqsirləndirilən şəxsin müdafiə hüququnun tam olaraq həyata keçirilməsi imkanından məhrum olmasına səbəb olmuşdur. Bundan başqa təqsirləndirilən Təqsirləndirilən şəxs2 artıq dövlət hesabına 29 avqust 2022-ci il tarixdə müdafiəçi təyin edilməsinə baxmayaraq cinayət işinin materiallarında olan 28 sentyabr 2022-ci il tarixli “şəxsə keyfiyyətli hüquqi yardım alması üçün müdafiə hüququnun izah edilməsi və vəkillərin siyahısını təqdim edilməsi haqqında” protokoldan (cild 2, iş vərəqə 166) görünür ki, ona yenidən eyni əsasla yəni müdafiəçi X1 dayandırıldığı üçün həmin tarixdə Bakı şəhəri, “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkillərinin siyahısının təqdim edilməsi göstərilmiş, buna baxmayaraq Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun Vəkillərinin siyahısı təqdim edilmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs2 28 sentyabr 2022-ci il tarixli maddi vəziyyətinin yaxşı olmaması səbəbindən dövlət hesabına müdafiəçi ilə təmin edilməsinə dair ərizəsi əsasında ona 3 avqust 2022-ci il tarixli qərar ilə Gəncə şəhəri, 1 saylı vəkil bürosunun vəkillərindən növbədə olan vəkilin dövlət büdcəsi hesabına təqsirləndirilən şəxsin hüquqlarının müdafiəçisi təyin edilməsi qərara alınmış və Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 28 sentyabr 2022-ci il tarixdə (cild 2, iş vərəqə 174) vəkil qismində təqsirləndirilən şəxsə təqdim edilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxsə 28 avqust 2022-ci il tarixdə dövlət hesabına müdafiəçinin təyin olunmasına baxmayaraq yenidən eyni əsasla təqsirləndirilən şəxsin 28 sentyabr 2022-ci il tarixli ərizəsi əsasında 3 avqust 2022-ci il tarixdə vəkil təyin edilməsinə dair qəbul edilmiş qərara müvafiq olaraq 3 avqust 2022-ci il tarixli orderlə X5 təqsirləndirilən şəxsin müdafiəsini təyin edilmiş və 1 ay 25 gün sonra yəni 28 sentyabr 2022-ci il tarixli protokolla vəkil X5 Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəçisi qismində ona təqdim edilmişdir. Sadalanan xüsusatlar anlaşılmaz olmaqla məhkəmə tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması kimi qiymətləndirilir. Bundan başqa cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs1 ittiham elan edilməsi haqqında 30 avqust 2022-ci il tarixli protokolun tərtib edilmə yerinin Gəncə şəhər BPİ-nin X12 inzibati binası göstərilməsinə baxmayaraq eyni tarixdə yəni 30 avqust 2022-ci il tarixdə tərtib edilmiş “vəkilin təqsirləndirilən şəxsə təqdim edilməsi”, “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokolların tərtib edilmə yeri kimi Penitensiar Xidmətin müalicə müəssisəsi göstərilmişdir. (cild 2, iş vərəqə 121-127). Bundan başqa cinayət işinin materiallarında olan təqsirləndiriləş şəxs Təqsirləndirilən şəxs2 “ittiham elan edilməsi haqqında” 30 avqust 2022-ci il tarixli protokolun tərtib edilmə yerinin Gəncə şəhər BPİ-nin X12 inzibati binası göstərilməsinə baxmayaraq eyni tarixdə yəni 30 avqust 2022-ci il tarixdə tərtib edilmiş “vəkilin təqsirləndirilən şəxsə təqdim edilməsi” protokolunun tərtib edilməsi yeri kimi Penitensiar Xidmətin müalicə müəssisəsi, həmin tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokolun tərtib edilmə yeri kimi Gəncə şəhər BPİ-nin X12 inzibati binası göstərilmişdir (cild 2, iş vərəqə 133-137). Azərbaycan Respublikası CPM-nın 92.16.1-ci maddəsinə əsasən müvafiq icraatda iştirak etmək üçün vəkilin səlahiyyətləri olmadıqda vəkilin cinayət prosesində müdafiəçi qismində iştirakına xitam verilmiş hesab edilir. Həmin Məcəllənin 92.14-cü maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə şübhəli, yaxud təqsirləndirilən şəxsə müəyyən müdafiəçinin dəvət edilməsini təklif etməyə haqlı deyil. Lakin onlar müvafiq ərazi üzrə vəkil qurumunun rəhbərindən aşağıdakı hallarda vəkillər sırasından müdafiəçi təyin edilməsini xahiş etməlidirlər: şübhəli və ya təqsirləndirilən şəxs tələb etdikdə; cinayət prosesində müdafiəçinin iştirakı məcburi olan hallarda şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçisi olmadıqda. Həmin Məcəllənin 91.5.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxs həbsə alındığı və ya ittiham elan olunduğu andan müdafiəçiyə malik olmaq hüququna malikdir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunun 20-ci maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, tutulmuş şəxs tərəfindən müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarından və fərdi qaydada fəaliyyət göstərən vəkillər sırasından Vəkillər Kollegiyasının müəyyən olunmuş qaydada tərtib edilən növbətçilik siyahısına uyğun olaraq vəkil dəvət olunur və tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müqavilə bağlanır. Bundan başqa cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin şəxsiyyət vəsiqəsinin “elektron hökümət” portalından əldə edilmiş surətindən görünür ki, təqsirləndirilən şəxs Hüseynovun adının Ümüd olmasına baxmayaraq cinayət işinin materiallarında, ittiham aktının təsviri əsaslandırıcı hissəsində, həmçinin nəticə hissəsində təqsirləndirilən şəxsin ad soyadı X6 göstərilmişdir. Yuxarıda qeyd edilən hal məhkəmə tərəfindən Azərbaycan Respublikası CPM-nin 303.3.6-cı maddəsinin tələblərinin pozulması yəni cinayət işi üzrə ittiham aktının həmin məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın (bundan sonra Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası CPM-in 303.3.1 və 303.3.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), cinayət işi üzrə ittiham aktının həmin məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması, kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 13-cü maddəsinə görə bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. İstər daxili qanunvericilikdə, istərsə də beynəlxalq müqavilələrdə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının qorunması önəmli yer tutur. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli 1 saylı Qərarının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr istintaq-məhkəmə araşdırmalarının hansı mərhələsində yol verilməsindən asılı olmayaraq müttəhimlərin müdafiə hüquqlarının hər hansı şəkildə pozulması hallarına münasibət bildirməli, onların müdafiə hüquqlarının bərpası üçün qanunla müəyyən edilən tədbirləri görməlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.6-cı maddələrində göstərilən kobud qanun pozuntularına yol verildiyindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə qanuni həll edilməsi mümkün olmayan ibtidai istintaq zamanı yol verilmiş kobud pozuntulara görə məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-in 306.2.1-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda və həmin Məcəllənin 306.2.2-ci maddəsinə əsasən isə cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə müraciət etdikdə məhkəmə həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddətinin bitməsini, cinayət işinin mürəkkəbliyini, təqsirləndirilən şəxslərinin azadlıqda qalacağı halda istintaqdan gizlənməsinə və cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə ibtidai istintaqın normal gedişinə mane olmasına dair kifayət qədər əsaslar olduğunu, eləcə də onların barəsində həbs qətimkan tədbiri seçilərkən əsas götürülmüş halların aradan qalxmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbirinin müddəti 23 noyabr 2022-ci il tarixdən 1 (bir) ay müddətinə, yəni 23 dekabr 2022-ci il tarixədək uzadılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.5., 303.1., 303.2., 303.3.1., 303.3.6, 159, 306, 448-454-cü maddələrini rəhbər tutub məhkəmə, Qərara alır:
1. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.
2. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “həbs” qətimkan tədbiri 23 noyabr 2022-ci il tarixdən hesablanmaqla 1 ay müddətinə uzadılsın.
3. Qərarın surəti dövlət ittihamçısına, müdafiəçilərə və təqsirləndirilən şəxslərə göndərilsin.
4. Qərardan şikayət və protest verilə bilməz.