Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-479/2023 24.10.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), X3 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X10 oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.1989-cu il tarixdə Goranboy rayonu, Dəliməmmədli qəsəbəsində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, Goranboy rayon Suvarma Sistemləri İdarəsində çilingər vəzifəsində işləmiş, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayının istintaqa dəqiq məlum olmayan günündə Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisindən keçən su arxının kənarında yabanı halda bitmiş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin toxumlarını toplayıb ünvan 1 ünvanında yerləşən yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən yardımçı tikilinin girişinin qarşısında 2 ədəd və yardımçı tikilinin içərisində 49 ədəd əkərək qanunsuz olaraq narkotik tərkibli çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərib kultivasiya etmiş, 18 iyul 2023-cü il tarixdə saat 16:51də Goranboy RPŞ-nin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanında yerləşən yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilərkən yardımçı tikilinin girişinin qarşısında və yardımçı tikilinin içərisində bir ədədinin uzunluğu 15 sm, bir ədədinin uzunluğu 17 sm, bir ədədinin uzunluğu 21 sm, üç ədədinin uzunluğu 24 sm, bir ədədinin uzunluğu 30 sm, bir ədədinin uzunluğu 33 sm, bir ədədinin uzunluğu 35 sm, bir ədədinin uzunluğu 44 sm, bir ədədinin uzunluğu 50 sm, bir ədədinin uzunluğu 110 sm, bir ədədinin uzunluğu 120 sm, dörd ədədinin uzunluğu 130 sm, bir ədədinin uzunluğu 155 sm, iki ədədinin uzunluğu 165 sm, bir ədədinin uzunluğu 170 sm, bir ədədinin uzunluğu 176 sm, bir ədədinin uzunluğu 180 sm, üç ədədinin uzunluğu 190 sm, üç ədədinin uzunluğu 200 sm, iki ədədinin uzunluğu 210 sm, iki ədədinin uzunluğu 220 sm, bir ədədinin uzunluğu 248 sm, iki ədədinin uzunluğu 250 sm, bir ədədinin uzunluğu 255 sm, bir ədədinin uzunluğu 257 sm, bir ədədinin uzunluğu 260 sm, iki ədədinin uzunluğu 265 sm, bir ədədinin uzunluğu 270 sm, bir ədədinin uzunluğu 277 sm, bir ədədinin uzunluğu 280 sm, bir ədədinin uzunluğu 290 sm, üç ədədinin uzunluğu 300 sm, bir ədədinin uzunluğu 317 sm, bir ədədinin uzunluğu 335 sm və bir ədədinin uzunluğu 350 sm olmaqla “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə kultivasiyası qadağan edilmiş və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİİ-cü siyahısına əsasən külli miqdar, yəni ümumi çəkisi 18604,35 qram təşkil edən 51 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2019-cu ildə öz ehtiyatsızlığı nəticəsində sağ gözündən xəsarət almış, bir neçə dəfə əməliyyat olunsa da gözündə olan problem həllini tapmamış və nəticədə sağ gözünün görməsini itirmişdir. Sağ göz bəbəyinin arxasına silikon yerləşdirdikləri üçün gözündə güclü ağrılar yaranmış və həmin ağrıların dayanması üçün narkotik vasitə olan marixuanadan istifadə etməyə başlamışdır. Lakin narkotik vasitə olan marixuananı hər dəfə əldə edib istifadə etmək çətin olduğu üçün yaşadığı evin həyətində yabanı halda bitən çətənə kollarının toxumlarından əkib özü üçün istifadə etmək qərarına gəlmişdir. 2023-cü ilin mart ayında dəqiq xatırlamadığı gündə Goranboy rayonu, Dəliməmmədli şəhəri ərazisindən keçən su arxının kənarında yabanı halda bitmiş narkotik tərkibli çətənə kollarının toxumladığını görüb həmin vaxt ətrafda və yaxınlıqda heç kim olmadığından şəxsi istifadəsi üçün yabanı halda bitmiş çətənə kollarının toxumlarından yığaraq yaşadığı evin həyətinə gətirib orada həyətyanı sahədə yerləşən yardımçı tikilinin içərisində və girişində əkmişdir. Bundan sonra əkdiyi çətənə kollarının toxumlarına mütəmadi olaraq qulluq göstərməyə başlamış, bir müddət sonra toxumlar böyüyüb kola çevrilmiş, həmin kolların sayı isə 51 ədəd olmuşdur. Həmin kollardan 49-u yaşadığı evin həyətyanı sahəsində yerləşən yardımçı tikilinin içərisində, 2-i ədədi isə həmin yardımçı tikilinin girişində sağ tərəfdə yerləşmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 17 radələrində yaşadığı evdə olan zaman polis əməkdaşları gəlib ona narkotik tərkibli çətənə bitkilərini əkib-becərməkdə şübhəli olduğunu bildirib bununla bağlı yaşadığı evin həyətyanı sahəsinə baxış keçirəcəyini demişlər. O da yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirib bu barədə ərizə yazmışdır. Mütəxəssisin iştirakı və videoçəkiliş vasitəsi ilə polis əməkdaşları onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirən zaman o, həyətyanı sahədə yardımçı tikilinin girişində və içərisində əkib qulluq göstərdiyi çətənə kollarını təqdim etmişdir. Baxış zaman onun yaşadığı evin həyətyanı sahəsində yerləşən yardımçı tikilinin girişində 2 ədəd, yardımçı tikilinin içərisindən isə 49 ədəd olmaqla, ümumilikdə 51 ədəd narkotik vasitə olan çətənə kolu aşkar edilərək götürülmüşdür. Həmin vaxt çətənə kollarının uzunluqları mütəxəssis tərəfindən müəyyən edilərək qeyd edilmişdir. Baxış qurtardıqdan sonra onu Goranboy RPŞ-ya aparmışlar. Polis şöbəsində müdafiəçisinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmiş, lakin qanuna qadağan edilən hər hansı əşya və ya digər predmet aşkar olunmamışdır. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 51 ədəd çətənə kolunu 2023-cü ilin mart ayında dəqiq xatırlamadığı gündə şəxsi istifadəsi üçün əkmiş, həmin çətənə kollarını əkib-becərməsi barədə onunla birlikdə yaşayan ailə üzvlərinin məlumatı olmamış, kollara da şəxsi istifadəsi ilə bağlı qulluq etmişdir. O, heç vaxtı narkotik vasitələrin satışı ilə məşğul olmamış və əkib-becərdiyi narkotik vasitələrdən hər hansı şəxsə verməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və polis şöbəsində olan zaman ona qarşı hər hansı psixi və fiziki zorakılıq hallarına yol verilməmiş, psixoloji təzyiqlərə məruz qalmamışdır. Törətdiyi əmələ görə səmimi peşmançılıq hissi keçirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Goranboy RPŞ-nin Kiber Cinayətkarlıqla Mübarizə Qrupunun baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Goranboy rayonu, Dəliməmmədli şəhəri, T.Əkbəri küçəsi 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün onun rəhbərliyi altında Goranboy RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 və RPŞ-nin TB-nin təhqiqatçısı X8 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra o, əməliyyat qrupunun üzvləri və mütəxəssis qismində dəvət olunmuş aqronom X4 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişdir. Həmin gün saat 16:50 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına çataraq videoçəkiliş vasitəsi ilə baxışa başlamışlar. Yaşadığı evin dəmir darvazasını döydükdə içəridən Təqsirləndirilən şəxs çıxaraq özünü təqdim etmişdir. Təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edildikdən və nədə şübhəli olduğu deyildikdən sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyi üçün o, polis əməkdaşları və mütəxəssis ilə birlikdə evə baxış keçirməyə başlamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən yardımçı tikilinin girişinin qarşısında və yardımçı tikilinin içərisində müxtəlif uzunluqda ümumilikdə 51 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilmişdir. Həmin çətənə bitkilərinə mütəxəssis Sülhəddin Ələsov tərəfindən baxış keçirildikdən sonra təhqiqatçı tərəfindən metrə vasitəsi ilə ölçülərək və tərəzidə çəkilərək müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Baxış başa çatdıqdan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Goranboy RPŞ-ya getmişdir. RPŞ-nin inzibati binasında müdafiəçisinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmiş, lakin qanunla qadağan edilmiş əşya və ya narkotik vasitə aşkar olunmamışdır. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman və polis şöbəsində olarkən sonuncuya qarşı hər hansı bir polis əməkdaşı tərəfindən psixi və fiziki zorakılıq hallarına yol verilməmiş, hər hansı polis əməkdaşı Təqsirləndirilən şəxs döyməmiş və ya ona xəsarət yetirməmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, Goranboy rayonu, Dəliməmmədli şəhəri ərazisindən keçən su arxının kənarında yabanı halda bitmiş narkotik tərkibli çətənə kollarının toxumlarını yığaraq 2023-cü ilin mart ayında dəqiq xatırlamadığı gündə şəxsi istifadəsi üçün yaşadığı evin həyətyanı sahəsində əkmiş, həmin çətənə kollarını əkib-becərməsi barədə onunla birlikdə yaşayan ailə üzvlərinin məlumatı olmamış və kollara şəxsi istifadəsi ilə bağlı qulluq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Goranboy RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Goranboy rayon DAİM-in direktor müavini X4 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X11 müvafiq qərarı əsasında mütəxəssis qismində ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə keçirilmiş baxışda iştirak etmişdir. Baxışda ondan başqa Goranboy RPŞ-nin KCMQ-nun baş əməliyyat müvəkkili Şahid1 və RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 iştirak etmişlər. Həmin gün saat 16:50 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə videoçəkiliş vasitəsi ilə baxış zamanı yardımçı tikilinin girişinin qarşısında və yardımçı tikilinin içərisində müxtəlif uzunluqda ümumilikdə 51 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilmişdir. Həmin bitkilərə onun tərəfindən baxış keçirilmiş və müəyyən edilmiş ki, Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilmiş 51 ədəd narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Daha sonra isə aşkar edilmiş kollar təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilib müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Baxış başa çatdıqdan sonra o, Təqsirləndirilən şəxs və polis əməkdaşları ilə birlikdə Goranboy RPŞya getmiş və yazılı qaydada müvafiq rəy tərtib edərək təhqiqatçıya təqdim etmişdir. İfadəsinin davamı olaraq Sülhəddin Ələsov bildirmişdir ki, şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs Goranboy rayonu, Dəliməmmədli şəhəri ərazisindən keçən su arxının kənarında yabanı halda bitmiş narkotik tərkibli çətənə kollarının toxumlarını yığaraq 2023cü ilin mart ayında dəqiq xatırlamadığı gündə şəxsi istifadəsi üçün yaşadığı evin həyətyanı sahəsində əkdiyini, həmin çətənə kollarını əkib-becərməsi barədə onunla birlikdə yaşayan ailə üzvlərinin məlumatı olmadığını və kollara şəxsi istifadəsi ilə bağlı qulluq etdiyini demişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin xx.xx.2023-cü il tarixli, 16/735 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs ünvan 1-də yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş çətənə kolları” yazılar və imzalar olan kağız paketdəki, 13 (on üç) ədəd ümumi təmiz çəkisi 4,35 qram bitki nümunəsi əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş hər birinin üzərində “Təqsirləndirilən şəxs Goranboy rayonu, Dəliməmmədli şəhəri, T.Əkbərli küçəsi, ev 7-də yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş narkotik tərkibli çətənə kolları” yazılar və imzalar olan 4 (dörd) ədəd sintetik kisələrdə ümumi sayı 38 (otuz səkkiz) ədəd ümumi təmiz çəkisi 18600 qram bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş çətənə (kannabis) bitkilərinin ümumi sayı 51 (əlli bir) ədəd ümumi təmiz çəkisi 18604,35 qramdır. Aqronom (mütəxəssis) X1 rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Qeyd: çətənə bitkilərinin ümumi çəkiləri - 4,35 qr. və 18600 qr., tədqiqata sərf edildi 0,26 və 0,76 qr., qalıq 4,09 və 18599,24 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Goranboy rayon DAİM-in direktor müavini X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində baxış keçirdiyi 51 (əlli bir) ədəd çətənə bitkisi xüsusi, yəni aqrotexniki qaydada qulluq göstərilmiş çətənə kollarıdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 1353 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, 3-cü qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 19:55-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Goranboy RPŞ-nin KCMQ-nun baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Goranboy rayonu, Dəliməmmədli şəhəri, T.Əkbəri küçəsi 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik vasitə olan marixuana (çətənə kolları) əkib-becərməsi barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Goranboy RPŞ-nin KCMQ-nun baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli “əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik vasitə olan marixuana (çətənə kolları) əkib-becərməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında sonuncunun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs Goranboy RPŞ-ya ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, Goranboy rayonu, Dəliməmmədli şəhəri, T.Əkbəri küçəsi 7 ünvanında yerləşən yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, baxış Təqsirləndirilən şəxs yaşadığı Goranboy rayonu, Dəliməmmədli şəhəri, T.Əkbəri küçəsi 7 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində aparılmışdır. Baxış zamanı həyətyanı sahədə olan yarımtikilinin girişində sağ tərəfdə kəskin spesifik iyə məxsus narkotik maddə hesab edilən kökü torpaqda olan 2 ədəd çətənə bitkiləri, həmin yarımtikilinin içərisində isə kəskin spesifik iyə məxsus narkotik maddə hesab edilən 49 ədəd çətənə bitkiləri, ümumilikdə 51 ədəd çətənə bitkiləri aşkar olunmuşdur. Baxışda iştirak edən aqronom X4 51 ədəd tərkibində narkotik maddə olan çətənə bitkilərinə baxış keçirib həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu və aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış aparılması haqqında” protokoldan və həmin protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və ya narkotik vasitə aşkar olunmamışdır. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs Goranboy rayonu, Dəliməmmədli şəhəri ərazisindən keçən su arxının kənarında yabanı halda bitmiş narkotik tərkibli çətənə kollarının toxumlarını yığaraq 2023cü ilin mart ayında dəqiq xatırlamadığı gündə şəxsi istifadəsi üçün yaşadığı evin həyətyanı sahəsində əkdiyini, həmin çətənə kollarını əkib-becərməsi barədə onunla birlikdə yaşayan ailə üzvlərinin məlumatı olmadığını və kollara şəxsi istifadəsi ilə bağlı qulluq etdiyini, polis əməkdaşları tərəfindən saxlanılan zaman və polis şöbəsində olan zaman ona qarşı hər hansı psixi və fiziki zorakılıq hallarına yol verilmədiyini, psixoloji təzyiqlərə də məruz qalmadığını göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Goranboy RPŞ-nin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayının istintaqa dəqiq məlum olmayan günündə Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisindən keçən su arxının kənarında yabanı halda bitmiş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin toxumlarını toplayıb yaşadığı evin həyətyanı sahəsində yerləşən yardımçı tikilinin girişinin qarşısında və yardımçı tikilinin içərisində şəxsi istifadəsi ilə əlaqədar olaraq əkib, qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərib kultivasiya etmişdir. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı işi məşğul olması müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən təqdim edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Tibbi-Sosial Ekspert Komisiyasında sonuncu müayinəyə dair” xx.xx.2019-cu il tarixli forma 88-dən və xəstəlik tarixinin surətindən görünür ki, Təqsirləndirilən şəxs gözdən əlildir və ona üçüncü dərəcəli əlillik təyin edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Goranboy RİH başçısının Dəliməmmədli şəhər İƏDÜN-i tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs anası X5, arvadı X6 və xx.xx.2023-cü il təvəllüdlü oğlu Raul Bağırovla birlikdə yaşayır, yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “maddi sübut qismində tanınma barədə” qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 18603,33 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri maddi sübut kimi tanınaraq Goranboy RPŞ-ya saxlanca verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası Elçin Bağırov xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Goranboy RMX PHŞ-in xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs anası Aybəniz Bağırova xx.xx.2014-cü il tarixdən “şəkərli diabet, tip 2, orta ağır forma” diaqnozu ilə RMXnın poliklinika şöbəsində endokrinoloji kabinetdə qeydiyyatda dayanır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il təvəllüdlü Raul Bağırov adlı övladı vardır. Beləliklə, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayının istintaqa dəqiq məlum olmayan günündə Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisindən keçən su arxının kənarında yabanı halda bitmiş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin toxumlarını toplayıb ünvan 1 ünvanında yerləşən yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən yardımçı tikilinin girişinin qarşısında 2 ədəd və yardımçı tikilinin içərisində 49 ədəd olmaqla, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə kultivasiyası qadağan edilmiş və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİİ-cü siyahısına əsasən külli miqdar, yəni ümumi çəkisi 18604,35 qram təşkil edən ümumilikdə 51 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib yetişdirərək kultivasiya etməsi tam sübuta yetirilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs əkib yetişdirərək kultivasiya etdiyi bitkilərin qanunsuz olması və kultivasiyasının qadağa olunması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarın və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.6-cı maddəsində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Həmin Qanunun 5.2-ci maddəsində göstərilmişdir ki, dərman vasitələrinin təcrübəvi nümunələrinin işlənib hazırlanması halları istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin istehsalı və tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası qadağandır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 19-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 fevral 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu yabanı bitkilərin toplanmasının kultivasiyaya aid edilib-edilməməsi məsələsi ilə əlaqədar qeyd edir ki, elmi mənasına görə “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİİ siyahısına əsasən çətənə növlü bitkilər kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər hesab olunur, 3-15 ədədi xeyli miqdar, külli miqdarın aşağı həddi isə 16 ədəd təşkil edir. Hazırkı cinayət işinin materiallarında olan xx.xx.2017-ci il tarixli, 218 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, aşkar olunmuş kolların sayı 51 ədəd olmaqla külli miqdar təşkil edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, gözündən üçüncü dərəcəli əlil olmasını və himayəsində 2 tip orta ağır formalı şəkərli diabet xəstəsi olan anası X2 olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli 18 iyul 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və ona təyin ediləcək cəzanın əvvəli tutulduğu vaxtdan, yəni 18 iyul 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 120 (bir yüz iyirmi) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Goranboy RPŞ-nin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 18603,33 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 1353 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən əllilik dərəcəsi olduğuna görə Təqsirləndirilən şəxs nаrkоmаniyа xəstəliyindən məcburi müаlicə təyin edilməməli, lakin o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 18 iyul 2023-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 120 (bir yüz iyirmi) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Goranboy RPŞ-nin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 18603,33 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata аlınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-479/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-479/2023
24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver