Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-479/2025 12.09.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Müslümov Bəhruz Firizman oğlundan ibarət tərkibdə, Quliyev Cahandar Elmar oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3, müdafiəçi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2004-cü ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu Əliyaqublu kəndində qeydiyyatda olmaqla tululanadək həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 25 aprel 2025-ci il tarixdə saat 02:40 radələrində yaşadığı Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən evində olarkən evdə kənar şəxsin olmasından şübhələnərək evi axtaran zaman onunla birlikdə yaşayan anası Şahid1 ilə nikahdan kənar qeyri-rəsmi münasibəti olduğundan onunla görüşmək üçün gəlmiş Zərərçəkmiş şəxs anasına aid yataq otağının dolabında görüb, sonuncunun evinə oğurluq məqsədi ilə girməsini zənn edərək evin mətbəxindən götürdüyü soyuq silah hesab edilməyən, kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağı ilə dolabda gizlənmiş Zərərçəkmiş şəxs bıçaq, daha sonra yumruq zərbələri ilə vuraraq sonuncuya qəsdən başın tüklü hissəsində ənsə nahiyəsinin sol yarısının, sol bazunun orta üçdə birinin bayır səthinin, sol əlin ovuc səthinin kəsilmiş yaraları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən, sol tərəfli pnevmatoraks, sol İV qabırğanın xətti sınığı ilə müşayiət olunan döş qəfəsinin arxa səthinin sol yarısının döş boşluğuna keçən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. İşin halları və dəlilləri: Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək müdafiəsi üçün hər hansı bir dəlil gətirmədən ifadəsində göstərmişdir ki, hadisə günü gecə evə gəlib mətbəxdə yemək yeyəndən sonra siqaret çəkmək üçün zirzəmiyə düşəndə pəncərənin açıq olduğunu görmüşdür. Sonra yuxarı qalxıb təxminən 30-40 dəqiqə telefonla oynayıb yenidən siqaret çəkmək üçün zirzəmiyə düşəndə marağını çəkdiyi üçün zirzəminin otaqlarını gəzmiş və əşyalar yığılan otağın dağınıq olduğunu görmüşdür. Bundan sonra həyətə və özlərinə məxsus mağazaya baxıb şübhəli heç nə olmadığını görüb yenidən evə qalxmaq istəyəndə zirzəminin pəncərsini açıq qoyduğunu xatırlayıb bağlamaq üçün yenidən zirzəmiyə düşmüşdür. Həmin vaxt evdən addım səsləri gəldiyini eşidib anasına zəng edərək evdə oğru olduğunu, həyətə çıxmasını demişdir. Anasını aşağı göndərəndən sonra evdə birdən çox şəxsin olması ehtimalına qarşı özünü müdafiə etmək üçün mətbəxdən bıçaq götürüb evə daxil olaraq bir-bir otaqlara baxmış, lakin heç kimi görməmişdir. Otaqların birində açıq qoyduğu dolabın siyirməsinin bağlı olduğunu görüb dolaba yaxınlaşıb baxanda dolabın içində kiminsə olduğunu görüb bıçaqla zərbələr endirmişdir. Zərərçəkmiş şəxs dolabdan çıxıb üzərinə gəlmiş və əlbəyaxa olmuşlar. Mübahisə zamanı bıçaq əlindən düşmüş, bundan sonra Orxanı yumruq və təpik zərbələri ilə döyə-döyə bayıra çıxarmışdır. Orxan onu buraxması üçün yalvaranda vəziyyətinin pis olduğunu görüb onu buraxmışdır. Törətdiyi əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Aslanın anası Solmazla təxminən 5 ay qeyri-rəsmi münasibətdə olmuşdur. Əvvəllər də bir dəfə Solmaz onu görüşmək üçün yaşadığı evə çağırmış o, da getmişdir. Həmin vaxt Aslan evdə olmamışdır. Hadisə günü Solmaz onu yaşadığı evə çağıranda Aslanın evdə olmadığını düşünərək yenidən görüşmək üçün oraya getmişdir. Qapının zəngini eşidəndə Aslanın evə gəldiyini bilib qaçmaq imkanı olmadığından dolabın içində gizlənmişdir. Aslan otağa daxil olub onu dolabın içində görəndən sonra ona bıçaqla zərbələr endirmiş və aralarında dava olmuşdur. O, dava zamanı Aslana müqavimət göstərib heç bir şəkildə zərbə endirməmiş, sadəcə bıçağı onun əlindən almağa çalışmışdır. Daha sonra Aslan onun çox qan itirdiyini görüb buraxmışdır. Bundan başqa ifadəsində təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxslə münasibəti olmasından oğlu Aslanın xəbəri olmamışdır. Hadisə günü, saat 00 radələrində Aslan ona evdə oğru olduğunu deyib evdən çıxmasını istəmişdir. O, çıxandan sonra Aslan evə daxil olmuşdur. O yenidən evə daxil olanda Aslanla Orxanın əlbəyaxa olduqlarını görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisə günü Aslanla birlikdə gedib dostlarından kostyum alıb onların evinin qarşısına gələrək bir qədər söhbət etmişlər. Təxminən saat 00:25-də Aslanı avtomobillə evlərinə aparmışdır. Ertəsi gün günorta saatlarında universitetə gedəndə Aslan ona zəng edib onu da Gəncə şəhərinə aparmasını xahiş etmişdir. O, da Aslanı Gəncə şəhərində yaşayan bibisinin evinə aparmışdır. Sonra Aslanın yeznəsi Rafiq ona zəng edib hadisə barədə məlumat verərək Aslanın harada olduğunu soruşmuş, o da bibisigildə olduğunu demişdir. Bundan başqa o, ifadəsində Aslanın ona hadisə ilə bağlı heç nə demədiyini, özünün də Aslanda heç bir narahatçılıq hiss etmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə günü gecə saat 03 radələrində Zərərçəkmiş şəxs ona zəng edərək vəziyyətinin pis olduğunu deyib onu avtomobillə götürməsini xahiş etmişdir. Həmin vaxt ondan nə baş verdiyini soruşsa da heç nə deməmiş, sadəcə vəziyyətinin pis olduğunu demişdir. Bundan sonra Orxanı götürmək üçün dediyi yerə getmiş, yolda olanda Orxan 1-2 dəfə də zəng edib yaxşı olmadığını deyərək onu tələsdirmişdir. Orxanın dediyi yerə gedib qanın içində olduğunu görmüş və onu avtomobillə xəstəxanaya aparmışdır. Orxan ona dalaşdığını desə də kiminlə dalaşdığını deməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Aslanın polis orqanlarına işə düzəlməsi üçün sənədlərini verib müraciət etmişlər. Hadisədən 1 gün əvvəl zəng edib namizədlərlə görüş keçiriləcəyini və qara kostyum geyinmək lazım olduğunu bildirmişlər. xx.xx.2025-ci il tarixdə gecə saat 00-01 radələrində Aslan qəbula geyinmək üçün dostundan kostyum alıb evə gələndə Aslana qapını o, açmışdır. Aslan evlərinə gedəndən sonra o, da öz evinə getmişdir. Hadisə barədə səhər saat 10 radələrində polis əməkdaşları evə gələndə bilmişdir. Polis əməkdaşları evə daxil olan oğrunun Aslanla qarşılaşdığını, həmin şəxs Aslandan fiziki cəhətdən böyük olduğu üçün Aslanın onu bıçaqladığını demişlər. Ondan sonra özü Aslanı şöbəyə aparıb təslim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəmkir RPŞ-nin Məsul Növbətçinin xx.xx.2025-ci il tarixli raportunda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 03.50 radələrində radələrində Şəmkir RMX-dan həkim telefonla məlumat verərək X2 bıçaqlanaraq başın sol gicgah nahiyəsinin iki ədəd kəsib keçən, sol əlininbazu hissəsinin, sol kürək nahiyyəsinin, sol əlin 5-ci barmağın kəsilmişdeşilmiş yarası xəsarəti ilə xəstəxanaya daxil olması barədə məlumat vermişdir. Şəmkir RPŞ-nin Məsul Növbətçinin xx.xx.2025-ci il tarixli raportunda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 05.34 radələrində Gəncə DNK İstanbul Hospitaldan qeydiyyatçı zəng edərək X2 bıçaqlanaraq sol 4 qabırğanın xətti sınığı ilə müşayiət olunan döş qəfəsinin arxa səthinin sol yarısının döş boşluğuna keçən bir ədəd deşilmiş-kəsilmiş yarası xəsarəti ilə xəstəxanaya daxil olması barədə məlumat vermişdir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:30-da Azərbaycan Respublikası CMnin 126.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Əşyanın götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, iş üçün əhəmiyyət kəsb edəcəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs tərəfindən könüllü təqdim edilən bir ədəd cinayətin aləti olan bıçaq müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdimək məqsədi ilə xx.xx.2025-ci il tarixdə ifadəsi yerində yoxlanılarkən o, Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən evində olarkən 25 aprel 2025-ci il tarixdə saat 02:40 radələrində Zərərçəkmiş şəxs anasına aid yataq otağının dolabında görüb bıçaqla xəsarət yetirdiyi yeri göstərərək törətmiş olduğu cinayətin təfərruatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. Şəmkir rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(076)-49/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5”-nin 06 may 2025-ci il tarixli 326 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – başın tüklü hissəsində ənsə nahiyəsinin sol yarısının, sol bazunun orta üçdə birinin bayır səthinin, sol əlin ovuc səthinin kəsilmiş yaraları və sol tərəfli pnevmatoraks, sol İV qabırğanın xətti sınığı ilə müşayiət olunan döş qəfəsinin arxa səthinin sol yarısının döş boşluğuna keçən bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətlə, ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçaqla yetirilmişlər, yetirilmə müddəti 25 aprel 2025-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sol tərəfli pnevmatoraks, sol İV qabırğanın xətti sınığı ilə müşayiət olunan döş qəfəsinin arxa səthinin sol yarısının döş boşluğuna keçən bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddir, başın tüklü hissəsində sol ənsə nahiyəsinin, sol bazunun orta üçdə birinin bayır səthinin, sol əlin ovuc səthinin kəsilmiş yaraları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 X8 Şöbəsinin kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 11 iyul 2025-ci il tarixli 438 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarında olmuşdur. Buna görə də o, ittiham olunduğu əmələ görə anlaqlı hesab edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və ya 22-ci maddələrinin təsiri altına düşmür, onun tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin məhkəmə-ballistik ekspertizasının 17 iyul 2025-ci il tarixli, 16/621 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Şəmkir RPŞ-nin xx.xx.2025-ci il tarixli əməliyyat tapşırığına cavab raportundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, 25 aprel 2025ci il tarixdə Zərərçəkmiş şəxs əvvəlcədən arasında qeyri-rəsmi münasibəti olduğu Şahid1 ilə görüşmək üçün sonuncunun yaşadığı Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən ünvanında olmuş, saat 02:40 radələrində Şahid1 oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı evdə görərək onun evə oğurluq məqsədi ilə gəlməsini zənn edərək yaşadığı evin mətbəxindən götürdüyü, hazırda istintaqa təqdim edilmiş bıçaqla ona zərbə ilə vuraraq xəsarətlər yetirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs başqa hansısa cinayət törətməsi halı müəyyən edilməmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayətin aləti olan bir ədəd bıçaq maddi sübut kimi tanınaraq Şəmkir RPŞ-yə məsul saxlanca verilmiş, bundan başqa Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı çəkilmiş bir ədəd videogörüntünün yazıldığı disk maddi sübut kimi tanınaraq iş materiallarında saxlanılmışdır. Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax X7 direktoru E.Quliyev tərəfindən verilmiş 0903 nömrəli tələbə vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs həmin kollecin tələbəsidir. Şəmkir Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2021-ci il tarixli 210627 nömrəli ölüm haqqında şəhadətnaməsindən görünür ki, X9 24 avqust 2021-ci il tarixdə beyindaxili qansızma nəticəsində ölmüşdür. Şəmkir RİH başçısının Əliyaqublu kənd İƏDÜN-in 94 nömrəli, xx.xx.2025-ci il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Əliyaqublu kəndində qeydiyyatda olmaqla yaşayır, yaşadığı yer üzrə müsbət xarakterizə olunur, ailə üzvləri aşağıdakılardır: anası – Şahid1; qardaşı –X10; babası – Şahid4dur. Şəmkir Rayon 1 saylı Xüsusi Notariat ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-9686 nömrəli təsdiqlədiyi ərizədən görünür ki, zərərçəkmiş şəxs Quliyev X4 Aslan Ramin oğlu ilə barışmışdır, ona dəymiş zərəri tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam təsdiq olunur. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddələrin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Belə ki, Təqsirləndirilən şəxs evin mətbəxindən götürdüyü soyuq silah hesab edilməyən, kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağı ilə anasına aid yataq otağının dolabında gizlənmiş Zərərçəkmiş şəxs bıçaq, daha sonra yumruq zərbələri ilə vuraraq sonuncuya qəsdən insan həyatı üçün təhlükəli olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına ağır zərər vurması tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə tərkibi bu qənaətə gəlir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində ilə təqsirli bilinməli və cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, 59.2-ci maddəsinə əsasən törətdiyi əmələ görə peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 5-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu maddədə nəzərə tutulmuş qayda Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar olduğu təqdirdə, həm də cəzanı ağırlaşdıran hallar olmadıqda tətbiq olunur. Cəzanı ağırlaşdıran hallar dedikdə Cinayət Məcəlləsinin 61-ci maddəsində sadalanan hallar başa düşülməlidir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilərkən nəzərə almaq lazımdır ki, CM-in 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilərkən də CM-in 62-ci maddəsində göstərilən əsaslar olduqda məhkəmə işin hallarını və təqsirkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq konkret cinayətə görə qanunla müəyyən edilən cəzadan da yüngül cəza təyin etməyə haqlıdır. Lakin, bu zaman CM-in 62-ci maddəsinə mütləq istinad edilməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti, həmçinin Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb CM-in 60.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti qeyd edilən maddənin sanksiyasında göstərilən daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bundan başqa məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunun mənasına görə müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda təqsirləndirilən şəxsə təqsirli bilindiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər. Məhkəmə tərkibi təqsirləndirilən şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxsin onunla barışmasını və ondan heç bir tələb və şikayətinin olmamasını, tutulduğu andan törətdiyi əməli etiraf etməklə səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cinayətin milli mənəvi dəyərlər baxımından hadisə zamanı Təqsirləndirilən şəxs keçirdiyi emosional hisslərini (cinayətin motivini) cəzasının yüngülləşdirən halları kimi nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə yüngülləşdirilən hallarla yanaşı Təqsirləndirilən şəxs cinayətin törədilməsindən sonrakı davranışı cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hal kimi qiymətləndirilməli və ona Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə CM-in 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən az cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Şəmkir rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(076)-49/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu vaxtdan yəni 25 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 53 (əlli üç) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə tərkibi CPM-nin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Şəmkir RPŞ-nin məsul saxlancında saxlanılan Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xəsarət yetirdiyi bir ədəd bıçaq məhv edilməli, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması zamanı çəkilmiş videogörüntünün yazıldığı bir ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi tərəfindən 23 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 11 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına 253 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla ona 01 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu 25 aprel 2025-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut qismində tanınaraq Şəmkir RPŞ-də saxlanılan bir ədəd bıçaq məhv edilsin, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması zamanı çəkilmiş videogörüntünün yazıldığı bir ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəflərinə aid olan 53 (əlli üç) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına 253 manat məbləğində pul köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-479/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-479/2025
12.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver