Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-48/2022 06.04.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Əliyev Nural Turab oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Gəncə şəhər Nizami rayon məhkəməsinin 06.10.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə şəhər Nizami rayon məhkəməsinin 29.12.2016-cı il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 05 ay 26 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, Gəncə şəhər Nizami rayon məhkəməsinin 26.09.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1ci maddəsi ilə təqsirli bilinərək, 01 il 10 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Gəncə Apellyasiya məhkəməsinin 05.12.2017-ci il tarixli qərarı ilə Gəncə şəhər Nizami rayon məhkəməsinin 29.12.2016-cı il tarixli qərarı ilə müəyyən edilmiş şərti məhkum etmə ləğv edilmişdir. 04.12.2018-ci il tarixli Bakı şəhər Xəzər rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 10,128 qram çəkidə külli miqdar kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, əldə etdiyi heroini bölməklə 07 ədəd bükümdə qablaşdıraraq üzərində qanunsuz saxlamaqla Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti 246 ünvanının qarşısına qanunsuz daşımış, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması və satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 11 noyabr 2020-ci il tarixdə saat 19.15-də Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti 246 ünvanının qarşısında saxlanılaraq DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinə gətirilərək Şöbədə xidməti otaqların birində həmin gün saat 20.31-dən etibarən üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sol cibindən 07 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1,220 qram, 1,221 qram, 2,253 qram, 1,130 qram, 2,248 qram, 1,095 qram, 0,961 qram, ümumilikdə təmiz çəkisi külli miqdar 10,128 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək, Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir. 11.11.2020-ci il tarixdə Tural adlı polis əməkdaşı onun istifadəsində olan mobil telefona zəng edərək ona narkotik vasitə verə biləcəyini və bu səbəbdən Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti 246 ünvanınındakı avtomobil təmiri sexinə getməsini istəmişdir. O da saat 19:15 radələrində o, Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti 246 ünvanının yaxınlığındakı avtomobil təmiri sexinə getmişdir. Həmin vaxt orada Zaur adlı tanışı və 2-3 nəfər tanımadığı müştərilər olmuşdur. Bir qədər sonra sexə 4-5 nəfər mülki geyimli şəxs daxil olaraq onun qollarını burub polis bölməsinə aparmışlar. Həmin vaxt o, narkotik vasitənin təsiri altında olmuşdur. Polis bölməsində polislər tərəfindən ona ona fiziki və mənəvi təzyiqlər edilərək polislər tərəfindən ona verilən narkotik vasitə olan bükümlərin ona məxsus olmasını boynuna almasını istəmişlər. O da təzyiqlərə dözə bilmədiyindən polislər tərəfindən ona verilən narkotik vasitələrin ona məxsus olmasını bildirmiş və polislərin istədikləri kimi ifadə vermişdir. Onun üzərindən aşkar edilən 07 büküm narkotik vasitə ona məxsus olmamış, həmin narkotik vasitəni ona polis bölməsində zorla üzərinə qoyulmuşdur. O, narkotik vasitə qəbul etsə də heç kimə narkotik vasitə satmamışdır. Məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 11 noyabr 2020-cu il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla rəhbərliyə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilərk, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar çıxarılmış və əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 19:15 radələrində Təqsirləndirilən şəxs onların tərəfindən Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti 246 ünvanının yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs əməliyyataxtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edilmiş, narkotik vasitə və psixotrop maddələr əldə etmə, saxlama, daşıma və satışı ilə məşğul olmaqda şübhəli olması ona bildirilmişdir. Təqsirləndirilən şəxs özünü təqdim edərək üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin inzibati binasına dəvət edilmişdir. Şöbəyə gəldikdən sonra Şahlar Məhərəmovun hüquqlarının müdafiə edilməsi məqsədi ilə Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X6 dəvət olunmuşdur. Sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının cibində narkotik vasitə heroin olduğunu bildirərək, əynində olan qara rəngli idman şalvarının sol yan cibində olan 07 ədəd şəffaf sellofan bükümü, şalvarının sağ yan cibində olan bir ədəd “Kgtel” markalı mobil telefonu və 5 manat pulu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 07 ədəd şəffaf sellofan bükümün içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 07 ədəd sellofan büküm iştirakı açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 07 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini 10 noyabr 2020-ci il tarixdə günorta vaxtı Gəncə şəhərində yerləşən “Yeni Bazar” adlanan yerin yaxınlığından anket məlumatlarını dəqiq bilmədiyi “Əhməd” adlı şəxsdən öz şəxsi istifadəsi üçün 150 manata aldığını, narkotik vasitəni üzərində saxlayıb daşıdığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 07 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 5 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Kgtel” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid4 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə dəfələrlə məhkum olunmuş şəxs kimi tanımışdır. Onun da vəzifəsi narkotik vasitələrin və digər qanunsuz maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə aparmaq olduğu üçün profilakti tədbirlər aparmaq və nəzarətdə saxlamaq üçün onun mobil nömrəsi Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs arabir onun istifadəsində olan 055 *** ** ** mobil nömrəsinə xatırlamadığı mobil nömrədən zəng edərək məxfi əməkdaşlıq təklif etmişdir. Lakin Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və cinayət törətməyə meyilli şəxs olduğundan Təqsirləndirilən şəxs məxfi əməkdaşlığın mümkünsüz olmasını izah etmişdir. Həmçinin 11.11.2020-ci il tarixdə Təqsirləndirilən şəxs ona dəfələrlə zəng edərək onunla qeyri-rəsmi qaydada məxfi əməkdaşlıq etmək istəməsini bildirsə də, o, Şahlarla razılaşmamış və onu bir daha həmin mövzu ilə bağlı narahat etməməsini bildirmişdir. 11.11.2020-ci il tarixdə axşam saatlarında işlədiyi Azərbaycan Respublikası BNMİ-nin QBRŞ-in inzibati binasında olan zaman Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin şöbənin inzibati binasına gətirilməsi ona məlum olmuşdur. Təqsirləndirilən şəxs üzərinə inzibati otaqlardan birində baxış keçirilmişdir. O, baxışda iştirak etmədiyi üçün Təqsirləndirilən şəxs üzərindən nə aşkar edilməsini bilməmişdir. Ancaq sonradan ona Təqsirləndirilən şəxs üzərindən külli miqdarda narkotik vasitə saxladığı üçün həbs olunması məlum olmuşdur. Şahlar yalan danışaraq məsuliyyətdən yayınmaq istəmiş, Şahlar ona zəng edərək məxfi əməkdaşlıq təklif etsə də, o razılaşmamışdır. Onun Şahlarla başqa heç bir mövzuda söhbəti olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, fərdi əmək kimi təkərlərin təmiri məntəqəsini işləmişdir. Həmin məntəqə Gəncə şəhəri, Atatürk prospektində yerləşən qırmızı rəngli yanacaq doldurma məntəqəsinin qarşısında yerləşmişdir. O, təxminən 10 ildir ki, həmin məntəqəni işlətmişdir. Təqsirləndirilən şəxs da həmin məntəqəni işlətdiyi vaxtlardan tanımışdır. Şahların narkotik vasitələrdən istifadə etməsi barədə məlumatı olmuşdur. Ancaq Şahlar onun yanında narkotik vasitə istifadə etməmiş və Şahların kimdən narkotik vasitə almasını bilməmişdir. Şahlar aradabir onun işlədiyi məntəyə gəlib-getmiş, ondan siqaret almaq üçün 1-2 manat pul istəmiş, o da Şahların xahişini yerə salmayaraq həmin məbləğdə pulu vermişdir. 11 noyabr 2020-ci il tarixdə saat 19 radələrində o, təkər təmiri məntəqəsində olmuşdur. Ondan başqa məntəqədə təxminən 3-4 nəfər xatırlamadığı müştərilər olmuşdur. Həmin vaxt Şahlar məntəqəyə gəlmişdir. Şahlar gəldikdən bir neçə dəqiqə sonra həmin məntəqəyə 4-5 mülki geyimli şəxs daxil olaraq şahların qolunu burub aparmışlar. Həmin vaxt Şahlar sexin içərisində olmuş və sexdə olan videokamera işləkvəziyyətdə olmuşdur. Şahlar polis əməkdaşları tərəfindən aparıldıqdan sonra videokamera işləməmişdir. O, narkotik vasitələrdən istifadə etməmiş, Şahların narkotik vasitələrdən istifadə etməsini bilmiş, ancaq Şahların narkotik vasitələri satmasını barədə heç bir məlumatı olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 11 noyabr 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” porotokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 noyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13.11.2020-ci il tarixli 4(005)-1265/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə “həbs” qətimkan tədbir seçilmiş və həbsetmənin əvvəli 11 noyabr 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 17.05.2021ci il tarixli “üzləşdirmə” protokoldan görünür ki, üzləşdirmə istintaq hərəkəti zamanı Şahid1 Təqsirləndirilən şəxs üzünə qarşı ifadəsində göstərdiyi xüsusatları deyərək Təqsirləndirilən şəxs ona dəfələrlə zəng edərək məxfi əməkdaşlıq etmək üçün əlaqə saxladığını, 11.11.2020-ci il tarixdə Təqsirləndirilən şəxs onunla yenidən həmin mövzu ilə bağlı zəng edərək əlaqə saxlamasını, 11.11.2020-ci il tarixdə Təqsirləndirilən şəxs ona, yoxsa onun Təqsirləndirilən şəxs ilkin olaraq zəng etməsini, əgər Təqsirləndirilən şəxs birinci zəng etmişsə də nə məqsədlə zəng etməsini xatırlamadığını bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 12 noyabr 2020-ci il tarixli 16/758 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 07 ədəd içərisində narkotik vasitə heroinə oxşar maddə olan bükümlər..." sözləri və imzalar olan kağız paketdəki, 7 (yeddi) ədəd, hər biri iki iç-içə qoyulmuş polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 1,220 qram, 1,221 qram, 2,253 qram, 1,130 qram, 2,248 qram, 1,095 qram, 0,961 qram, ümumilikdə təmiz çəkisi külli miqdar 10,128 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş bir ədəd kağız paketdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 22 yanvar 2021-ci il tarixli 117 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğuna görə narkomanlıq xəstəliyindən məcburi müalicəyə tətbiq edilə bilməz. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “Bakcell MMC-dən daxil olmuş çıxarışların qeydə alındığı 1 ədəd DVD diskə baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs istifadəsində olan 01 yanvar 2020-ci il tarixdə saat 00:00-dan 11 noyabr 2020-ci il tarixdə saat 00:00-dək 055 *** ** ** mobil nömrəsinə daxil və xaric olan smslərdə cinayət işi üzrə hər hansı əməmiyyət kəsb edəcək məlumatlar aşkar edilmədi. Daxil və xaric olan telefon zənglərə, həmin zənglərin anten dairələrinə baxış keçirilən zaman müəyyən edildi ki, Təqsirləndirilən şəxs gündəlik olaraq müxtəlif mobil nömrələrlə əlaqə saxlamışdır. Zənglərin anten dairəsi daha çox Gəncə şəhərində müxtəlif ünvanlarda qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 1 ədəd Kgtel markalı mobil telefona baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonla tutulmamışdan əvvəl Mehman Məmmədov adlı şəxsin adına qeydiyyata alınmış 055 *** ** ** mobil nömrəsi ilə, “Anam.M” adı ilə mobil telefonda qeydiyyata aldığı 055 *** ** ** mobil nömrəsi ilə əlaqə saxlamışdır. Mobil telefonun mesaj bölməsinə baxış keçirilən zaman əhəmiyyət kəsb edəcək heç bir məlumat aşkar edilmədi. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasının qeydə alındığı bir ədəd DVD diskə baxış zamanı müəyyən edildi ki, müdafiəçisi X4 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir. Üzərinə baxış zamanı Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sol yan cibindən 07 ədəd bükümü, sağ yan cibimdən bir ədəd üzərində ***-***- **-** saylı mobil nömrə olan “Kgtel” markalı telefonu və 5 manat pulu çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs bükümlərin içərisində narkotik vasitə heroin olmasını bildirdi. Təqsirləndirilən şəxs üzərində digər qanunsuz heç bir əşya və maddə saxlamadığını bildirdiyi üçün əynində olan digər paltarlara axtarış aparılmadı. Aşkar edilmiş Təqsirləndirilən şəxs təqdim etdiyi 7 ədəd büküm kağız zərfdə qablaşdırıldı, kağız zərfin ağızı möhürləndi və üzəri imzalarla təsdiq edildi. Təqsirləndirilən şəxs 7 ədəd bükümdə narkotik vasitə heroini 11.11.2020-ci il tarixdə Gəncə şəhərində yerləşən “Yeni Bazar” adlanan yerin yaxınlığından anket məlumatlarını dəqiq bilmədiyi “Əhməd” adlı şəxsdən 150 manat müqabilində öz şəxsi istifadəsi üçün aldığını, istifadə etmək məqsədi ilə üzərində gəzdirməsini bildirdi. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin 04.02.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni haradan əldə etməsi, narkotik vasitələrin satışı ilə məşğul olması və satmış olduğu şəxslərin dairəsinin müəyyən edilməsi istiqamətində tərəfimizdən bir sıra əməliyyat axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı olsa da, Təqsirləndirilən şəxs narkotik vasitələri satmış olduğu şəxslərin dairəsi və narkotik vasitələri haradan əldə etməsi müəyyən edilə bilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhər Nərimanov rayon məhkəməsinin 20 noyabr 2020-ci il tarixli 5(005)-986/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası DİN-in BMCMİ-nin baş əməliyyat müvəkkili, Şahid3 tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi tərəfindən təsdiq edilmiş 11 noyabr 2020-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qanunauyğun hesab edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon məhkəməsinin 06.10.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə şəhər Nizami rayon məhkəməsinin 29.12.2016-cı il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 05 ay 26 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, Gəncə şəhər Nizami rayon məhkəməsinin 26.09.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Gəncə apellyasiya məhkəməsinin 05.12.2017ci il tarixli qərarı ilə Gəncə şəhər Nizami rayon məhkəməsinin 29.12.2016-cı il tarixli qərarı ilə müəyyən edilmiş şərti məhkum etmə ləğv edilmişdir. 04.12.2018-ci il tarixli Bakı şəhər Xəzər rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Gəncə şəhər Probasiya şöbəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 19.04.2019-cu il tarixdə cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikasının CM-in 18.1-ci maddəsinə əsasən onun əməli cinayətin residivi kimi qiymətləndirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı üzərindən aşkar olunan narkotik vasitələrin ona məxsus olmamasına, polislər tərəfindən ona fiziki və mənəvi təzyiqlər edildiyindən özünə məxsus olmasını boynuna almasına, polis əməkdaşı olan Turalın ona zəng edərək qeyd olunan sexə gətizdirməsinə, onun polislər tərəfindən qeyd olunan sexin içərisində tutulmasına dair verdiyi ifadəsinə işin faktiki hallarına uyğun olmadığından həmin ifadəyə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin həmin ifadəsini məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 10,128 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etməsi, qanunsuz daşıması və saxlaması tam sübuta yetirilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinin izahını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar olunub götürülmüş narkotik vasitənin miqdarının şəxsi istehlak miqdarından, külli miqdardan dəfələrlə artıq olması 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,220 qram, 1,221 qram, 2,253 qram, 1,130 qram, 2,248 qram, 1,095 qram, 0,961 qram, ümumilikdə təmiz çəkisi külli miqdar 10,128 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin qanunsuz olaraq əldə edib, daşıyıb saxlaması sonuncu tərəfindən həmin narkotik vasitənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi və saxlanmasına dəlalət edir. Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasıının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımaldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs İİ qrup əlil olmasını Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törtədiyi cinayət əməllərinə görə residiv olması Azərbaycan Respublikasının CM-nin 61.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran haldır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon məhkəməsinin 06.10.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə şəhər Nizami rayon məhkəməsinin 29.12.2016-cı il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 05 ay 26 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, Gəncə şəhər Nizami rayon məhkəməsinin 26.09.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Gəncə apellyasiya məhkəməsinin 05.12.2017ci il tarixli qərarı ilə Gəncə şəhər Nizami rayon məhkəməsinin 29.12.2016-cı il tarixli qərarı ilə müəyyən edilmiş şərti məhkum etmə ləğv edilmişdir. 04.12.2018-ci il tarixli Bakı şəhər Xəzər rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Gəncə şəhər Probasiya şöbəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 19.04.2019-cu il tarixdə cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikasının CM-in 18.1-ci maddəsinə əsasən onun əməli cinayətin residivi kimi qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Ona görə də hazırda o, məhkumluğu olan şəxsdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkmələri müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 11 noyabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” qaydasına əsasən narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəksə də, 2-ci qrup əlil olduğuna görə yuxarıda qeyd olunan qərarın tələbləri qaydasında ona narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilmədən narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 7 ədəd bükümdə ümumi qalıq çəkisi 9,778 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Gəncə şəhər BPİ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Maddi sübut olan 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 11 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 7 ədəd bükümdə ümumi qalıq çəkisi 9,778 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, məhv edilməsi Gəncə şəhər Baş Polis İdarəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-48/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-48/2022
06.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver