Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-48/2024 23.04.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər X3 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X6 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-cı ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yetirilən anda həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 18 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində Bərdə şəhəri, Xəqani küçəsində yerləşən “Sübhan” marketinin yaxınlığında Bərdə şəhəri, Xəqani küçəsi nömrəsiz evdə qeydiyyatda olmaqla yaşayan tanışı Zərərçəkmiş şəxs ilə sonuncunun onun ünvanına nalayiq ifadələr işlətməsinə görə şəxsi münasibətlər zəminində mübahisə edib dalaşaraq, üzərində gəzdirdiyi müəyyən edilməyən bıçaq ilə Zərərçəkmiş şəxs sol qarın nahiyəsindən qəsdən 2 dəfə zərbə vuraraq sonuncuya döş qəfəsinin daxilə keçməyən, sol böyrəyin aşağı qütbünün yaralanması ilə qarının sol yarısında-sol qasın nahiyəsinin deşilmiş kəsilmiş yaraları xəsarəti ilə müşayiət olunan qəsdən sağlamlığa ağır zərər vuran xəsarət yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə elan olunan ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, X4 qonşu kimi uşaqlıqdan tanımışdır. Aralarında münasibətləri normal olmuşdur.18 sentyabr 2022-ci il tarixdə o axşam saatlarında “Süphan” marketdən 4 ədəd pivə və spirtli yaguar içkiləri qəbul etmişdir. Həmin tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs ilə “Süphan” marketin yaxınlığında rastlaşmış və Talehə “niyə neçə vaxtı görünmürsən?”-demişdir. Taleh ona nalayiq küçə söyüşü söyərək cavab verərək “get işinlə məşğul ol, sənlik deyil”-demişdir. O da Talehə nalayiq küçə söyüşü söyərək “bu nə sözdü deyirsən”-demişdir. Həmin vaxt Taleh onun qaş nahiyəsinə yumruq vuraraq onun üzərinə gəlmişdir. Taleh onun köynəyindən tutaraq özünə tərəf çəkmiş və yumruq və təpiklə vurmuşdur. Taleh onun köynəyini üzünə çəkərək, yerə yıxmış sürüyə-sürüyə yumruqla baş nahiyəsinə vurmuşdur. O bir təhər ayağa qalxmış, cibindən qara rəngli dəstəyi olan bıçağı çıxarmış və Talehin sol böyür nahiyəsinə iki dəfə zərbə vurmuşdur. Zədədən sonra Taleh böyür nahiyəsini tutmuş o isə ordan uzaqlaşmış, yaşadığı evə gəlmiş və paltarını dəyişmişdir. Evdə anası Zülfiyyə və qardaşı Sənana Talehə dalaşdığını desə də, Talehi bıçaqla vurduğunu deməmişdir. O, gecəni Bərdə şəhərinin küçələrində gəzmişdir. 20 sentyabr 2022-ci il tarixdə saat 15 radələrinə kimi küçələrdə gəzmiş, daha sonra sonra polis şöbəsinə gələrək təslim olmaq qərarına gəlmişdir. Bıçaq qatlanmayan, qara rəngli dəstəyi olan bıçaq olmuşdur. Bıçaqdan elektrik naqillərinin kəsilməsi üçün istifadə etmiş, hadisədən əvvəl evdə elektrik naqillərini düzəltdib “Süphan” marketə getdiyi üçün bıçaq cibində olmuşdur. Mübahisə zamanı bıçağın necə və hara əlindən düşməsindən xəbəri olmamışdır. Hadisə zamanı o, baş, qaş nahiyələri, dirsəkləri və dizlərindən xəsarət almışdır. Həmin xəsarətləri ona Taleh yetirmişdir. Taleh onu yumruq və təpiklə döymüş, Talehə gücü çatmadığından və sonuncunun cəzalandırmaq üçün bıçaqla iki dəfə vurmuşdur. Hadisə vaxtı orada onlardan başqa heç kim olmamışdır. Onlar əlbəyaxa dalaşdıqdan bir müddət sonra “Süphan” marketdıə olan Rəhim onların yanına gəlmişdir. O, cinayəti törətdikdən sonra cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməklə sonuncu ilə barışmışdır. Əməlindən peşimandır, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həm qonşu, həm də maşın ustası kimi tanımış, bir neçə dəfə özünə məxsus avtomobilləri təmir etdirmiş, Eminlə aralarında normal münasibət olmuşdur. 18 sentyabr 2022-ci tarixdə saat 23 radələrində tanışları Yasin və Sadiq ilə birlikdə kafedə 3 bakal pivə içmiş və onlarla sağollaşaraq yaşadığı evə gəlmişdir. Küçələrinin başında yerləşən “Süphan” marketə daxil olmuş, Emin də marketdə olmuşdur. Onlar bir qədər ümumi maşın təmirindən söhbət etmişlər. Söhbət zamanı Emin ona “sənə 100 manatlıq işi 50 manata görmüşəm”-demişdir. O da Eminə “sən nə istəmisən mən də o pulu vermişəm”-demişdir. Həmin vaxt mühafizəçi işləyən Zaur adlı şəxs onların yanında dayanmış, Eminə “ Taleh sənə su demisən alıb, dönər demisən alıb, 50 manat istəmisən 50 manat verib”-demişdir. Emin bir neçə dəqiqə fikirə getmiş və qəfildən onun ünvanına nalayiq küçə söyüşü söymüşdür. O, söyüşə görə Eminə yumruqla zərbə endirmişdir. Emin yenidən söyüşlərinə davam etmiş, o sonuncunun boynundan tutaraq yerə yıxmış və onun üzərinə çıxmışdır. Onlar yerdə əlbəyaxa dalaşarkən gah o, gah da Emin biri-birlərinin üzərinə çıxmışdır. Yerdə süpürləşərkən o, Eminə bir neçə dəfə yumruqla vurmuşdur. Səsküylərinə mağazada işləyən Rəhim və mühafizəçi Zaur gəlmiş və Zaur Emini oradan uzaqlaşdırmışdır. Rəhim isə ona “böyürün qanıyıb”- dedikdən sonra böyür nahiyəsindən bıçaq xəsarəti aldığını görmüşdür. O, Emin ilə əlbəyaxa dalaşarkən onun əlində bıçaq görməmişdir. Rəhim onun mobil telefonundan istifadə edərək, “Təcili Tibbi” yardım avtomobili çağırmışdır. 15 dəqiqə sonra Təcili Tibbi yardım avtomobili hadisə yerinə gəlmiş, o, Bərdə rayon Diaqnostika Mərkəzinə aparmışdır. Mübahisənin səbəbi Eminin onun ünvanına söyüş söyməsi olmuşdur. Emin onu söydükdən sonra o, Eminin yumruqla vurmuş, boynundan tutaraq yerə yıxmışdır. Yerdə əlbəyaxa dalaşarkən Emin onun sol böyür nahiyəsinə 2 dəfə bıçaq zərbəsi vuraraq xəsarət yetirmişdir. Mübahisə zamanı o, Eminin bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr vurmuşdur. Həmin vaxt ətraf qaranlıq olduğu üçün o, Eminin əlindəki bıçağı görməmişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmiş və onunla barışmışdır, onun təqsirləndirilən şəxs qarşı heç bir iddiası və şikayəti yoxdur. Məhkəmədən təqsirləndirilən şəxs həbslə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun xalası oğludur. 18 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində Şahid3 ona zəng edərək, “Şahindi danışan? Talehi bıçaqla vurublar, heçkimə deyə bilmirəm sənə deyirəm”-demişdir. Elə həmin vaxt xalası qızı Ayşən ona zəng vurmuş və nə baş verdiyini soruşmuş, o isə Ayşənə evdən çölə çıxmamasını deyib Ayşəngilin evlərinə getmiş və Ayşənə “sakit ol ərin Talehi bıçaqlayıblar hazırda Bərdə RMX-dadır”-demişdir. Daha sonra onlar Rəhimə məxsus avtomobillə Bərdə rayon Mərkəzi Xəstəxanasına getmişlər. Xəstəxanada Taleh ona Təqsirləndirilən şəxs tərəfindən bıçaqlandığını demişdir. Az sonra polis əməkdaşları Talehi sorğu sual etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunda ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmədə təqiq olunmuş “ifadənin yerində yoxlanılması” protokolundan görünür ki, Zərərçəkmiş şəxs əvvəllər haqqında ifadə verdiyi və ya hazırda ifadə verə biləcəyi şəraiti və yerləri göstərməsi təklif olunmuşdur. Zərərçəkmiş şəxs istintaqa əvvəl verdiyi ifadəsində göstərdiyi xüsusatları, haqqında danışdığı şəraiti və yerləri əyani şəkildə göstərməyə hazır olduğunu bildirdikdən sonra onunla birlikdə Bərdə şəhəri Xəqani küçəsinə gedilmişdir. Zərərçəkmiş şəxs Bərdə şəhəri, Xəqani küçəsində yerləşən “Süphan” marketin yaxınlığında olan ərazini göstərərək, Təqsirləndirilən şəxs 18 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində həmin ərazidə onunla əlbəyaxa dalaşdığını, dava-dalaş zamanı onu bıçaqla ona xəsarət yetirməsini bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq olunmuş Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirilmə protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək “18 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində yaşadığı küçənin başında yerləşən “Süphan” marketə daxil olması, Təqsirləndirilən şəxs orada olması, onunla 15 dəqiqə söhbət etdikdən sonra mağazanın pilləkənində oturması,Eminin isə onun qarşımda ayaq üstə spirtli içki içə-içə dayanması, ümumilikdə avtomolin təmirindən söhbət etmələri, birdən Eminin ona “sənə 100 manatlıq işi 50 manata görmüşəm”-deməsi, o da ona “sən nə istəmisən mən də o pulu vermişəm”- deməsi, həmin an mağazadan siqaret alıb çıxan yaxınlıqda qarovulçu işləyən Zaur adlı şəxsin onalrın yanında dayanıb, Eminə “Taleh sənə su demisən alıb, dönər demisən alıb, 50 manat istəmisən 50 manat verib”-deməsi,Eminin bir neçə dəqiqə fikirə getməsi və qəfildən onun ünvanına nalayiq küçə söyüşü söyməsi ,onun söyüşə görə Eminə yumruqla zərbə endirməsi,yenidən söyüşlərinə davam etdiyindən, Eminin boynundan tutub yerə yıxması və onun üzərinə çıxması,yerdə süpürləşərkən onun Eminə bir neçə dəfə yumruq vurması, səs-küylərinə mağazada işləyən Rəhim və qarovulçu Zaurun gəlməsi ,. Onları aralaması ,Zaurun Emini oradan uzaqlaşdırması, Rəhimin ona “böyrün qanayıb”-dedikdən sonra böyür nahiyyəsindən bıçaq xəsarəti almasını görməsi haqqında istintaqa verdiyi ifadəsini bir daha təsdiq edərək Emin Abbaslovun üzünə qarşı demişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 10 oktyabr 2022-ci il tarixli, 785 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-döş qəfəsinin daxilə keçməyən, sol böyrəyin aşağı qütbünün yaralanması ilə qarının sol yarısında-sol qasın nahiyəsinin deşilmiş kəsilmiş yaraları deşici-kəsici alətin təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə: a)döş qəfəsinin daxilə keçməyən deşilmiş kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, b) sol böyrəyin aşağı qütbünün yaralanması ilə qarının sol yarısında – sol qasın nahiyəsinin deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 23 sentyabr 2022-ci il tarixli, 770 nömrəli rəy görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ said nahiyəsinin yuxarı 1/3 hissəsinin arxa səthi ilə sağ dirsək nahiyəsinin arxa səthini əhatə edən sahənin, sağ və sol diz nahiyələrinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğum gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq olunmuş kompleks məhkəməbioloji, trasoloji ekspertizası 25 dekabr 2022-ci il tarixli, 16/168 nömrəli rəyindən görünür ki, “Təqdim olunan köynəyin üzərində olan iki ədəd zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən bıçağın və ya ona bənzər xassəli hər hansı alətin) təsiri nəticəsində yuxarıdan aşağıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə- kəsilmə zədələridir. Lakin zədələrin xarakterini nəzərə almaqla, zədələrin hansı ölçüdə bıçaqla törənə bilməsini müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Pataloji Anatomiya EET Birliyinin xx.xx.2022-ci il tarixli 785 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş köynəyin səthində olan zədələr müqayisə edildi və müəyyən olundu ki, bədəndə yerləşən döş qəfəsinin daxilə keçməyən, sol böyrəyin aşağı qütbünün yaralanması ilə qarının sol yarısında – sol qasıq nahiyəsinin deşilmiş-kəsilmiş yaraları” xəsarəti ilə köynəyin üzərində olan 02 ədəd zədə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədələr və xəsarətlər üst-üstə düşür. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyinin 10 dekabr 2022-ci il tarixli 119 nömrəli rəyindən görünür ki, “Təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus bir ədəd ön hissəsi göy, ağ rəngli üfuqi zolaqlı, arxa hissəsi ağ rəngli, öz hissəsi zəncirbəndli qısaqol köynəyin üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi A (İİ)beta olduğundan Zərərçəkmiş şəxs və onun özünə məxsus ola bilər.” Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq olunmuş 18 sentyabr 2022-ci il tarixli əşyaya baxış və götürmə haqqında protokoldan görünür ki, Bərdə rayon Mərkəzi Xəstəxanasının tibb bacısı X2 təqdim etdiyi hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd ön hissəsi göy, ağ rəngli üfuqi zolaqlı, arxa hissəsi ağ rəngli, öz hissəsi zəncirbəndli qısaqol köynək götürülmüş, bu barədə protokol tərtib olunmuş və götürülmüş paltarların fotoşəkilləri çəkilmişdir. Zərərçəkmiş şəxs əynində olan bir ədəd ön hissəsi göy, ağ rəngli üfuqi zolaqlı, arxa hissəsi ağ rəngli, öz hissəsi zəncirbəndli qısaqol köynək iş üzrə mühüm əhəmiyyət kəsb etdiklərinə görə tərəfimdən 10 yanvar 2022-ci il tarixli qərarla maddi sübut kimi tanınmış, saxlanılması üçün Bərdə Rayon Polis Şöbəsində saxlancına verilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 17 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində məlumat aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilmiş cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs məhkəməyə verdiyi notarial qaydada təsdiq olunmuş ərizələrindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şakildə ödəmiş,onunla barışmış və ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Məhkəmədə tədqiq edilmiş 20 sentyabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2022-ci il tarixdə, saat 19:25-də şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 20 sentyabr 2022-ci il tarixdən, saat 19:25-dən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikası CPM-nin 124-136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, cinayət nəticəsində dəymiş maddi ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı hər hansı bir iddiasının, şikayətinin və tələbinin olmamasını, habelə yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayəti, cinayət nəticəsində dəymiş maddi ziyanı ödəmiş, zərərçəkmiş şəxslə barışaraq onunla razılıq əldə etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona vurulan ziyanı tamamilə ödədiyindən bu, onun cəzasını yüngülləşdirən hal hesab edilməklə və cəzasını ağırlaşdıran hal isə olmadığından ona CM-nin 60-cı maddəsi tətbiq edilməklə təyin ediləcək cəzanın müddəti və ya həcmi 8 ilin dörddə üçündən, yəni 6 ildən çox ola bilməz. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın tam olaraq könüllü olaraq ödəməsini ,yaşadığı yer üzrə müsbət xarakterizə olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların toplusunu, yəni ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, cinayət nəticəsində dəymiş maddi ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı hər hansı bir iddiasının, şikayətinin və tələbinin olmamasını, habelə yaşayış yerindən müsbət xarakterizə olunmasını yüngülləşdirən hallar kimi qiymətləndirir,habelə zərərçəkmiş şəxslə mövcud olan münasibətlərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 20 sentyabr 2022 –ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış Bərdə RPŞ-nin saxlancına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd ön hissəsi göy, ağ rəngli üfuqi zolaqlı, arxa hissəsi ağ rəngli, ön hissəsi zəncirbəndli qısaqol köynək sahibinə qaytarılmalı, qəbul etməkdən imtina etdikdə isə məhv edilməlidir Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən iş üzrə ekspertiza tədqiqatının dəyəri olan Ekspertiza xərci - 31.50 (otuz bir manat əlli qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərədə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun tutulduğu 20 sentyabr 2022-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış Bərdə RPŞ-nin saxlancına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd ön hissəsi göy, ağ rəngli üfuqi zolaqlı, arxa hissəsi ağ rəngli, ön hissəsi zəncirbəndli qısaqol köynək sahibinə qaytarılsın, qəbul etməkdən imtina etdikdə isə məhv edilsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən iş üzrə ekspertiza tədqiqatının dəyəri olan Ekspertiza xərci 31.50 (otuz bir manat əlli qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Dadaş İmanov
2. Roman Ələkbərli
3. Abdulla Məmmədov