Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-48/2025 28.02.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi: hakim Məmmədov Abdulla Elşad oğlunun sədrliyi, hakimlər İbişov lkin İlqar oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, iclas katibi X4, dövlət ittihamçıları - Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri X9 və ədliyyə müşaviri Dövlət ittihamçısı, zərəçəkmiş şəxs XXX Zərərçəkmiş şəxs Tofiq oğlunun, təqsirləndirilən şəxsin və müdafiəçisi Vəkillər Kollegiyasının Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, xx xxxxxx 1986-cı ildə Bərdə Rayonu Nazırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan məhkumluğu olmayan, Bərdə rayonu Nazırlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs, 21 noyabr 2022-ci il tarixdə saat 15:30 radələrində Bərdə rayonu Nazırlı kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsinə qonşusu XXX Zərərçəkmiş şəxs Tofiq oğlunun xırdabuynuzlu heyvanlarının daxil olmasına narazılığını bildirib bu səbəbdən sonucu ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı, həyətyanı sahənin qarşısında XXX Zərərçəkmiş şəxs Tofiq oğlunun onun sifət nahiyəsinə zərbə vuraraq sağ qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, alt dodağın sağ yarısında dodaq haşiyəsinin səthi əzilmiş yarası, alt çənədə sol İİ dişin İİİ dərəcəli laxlaması ilə nəticələnən ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən Yüngül zərər vurmasına əsəbləşib qisas almaq niyyəti ilə yerdən götürdüyü daşı zərərçəkmişim baş nahiyyəsinə doğru ataraq daşın sonuncuya dəyməsi nəticəsində XXX Zərərçəkmiş şəxs Tofiq oğluna sağ xarici qulaq seyvanının yuxarı 1/3-dən hissəvi travmatik amputasiyası, sağ xarici qulaq seyvanının, sağ qulaqarxası nahiyənin əzilmiş-cırılmış yaraları ilə nəticələnən, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcələrinə görə sağlamlığa Yüngül zərər vumaya aid bədən xəsarətləri, sağ xarici qulaq seyvanının yuxarı 1/3-nin hissəvi travmatik amputasiyası, sifətdə izi silinməz dərəcədə nəzərə çarpan və kosmetik cərrahi müdaxiləyə ehtiyac olan asimmetriya ilə nəticələnən sifətin silinməz dərəcədə eybəcərləşdirilməsinə səbəb olan qəsdən sağlamlığına Ağır zərərvurmaya aid xəsarətə aid edilən bədən xəsarəti yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu özünü elan edilmiş Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğuldur. Şahid1 və Zərərçəkmiş şəxs Tofiq oğlunun onun qonşularıdır. Təxminən 2 il bundan əvvəl ona məxsus olan ev iti qonşu Şahid1 həyətinə keçdiyinə görə onun barəsində DİN-nin “102” xidmətinə zəng edib şikayət etmiş, aralarında narazılıq yaranmışdır. Hadisədən əvvəl həyətyanı torpaq sahəsinə arpa əkmiş, Zərərçəkmiş şəxsgilə məxsus ev quşları və xırda buynuzlu heyvanlar həyətyanı sahəyə girib otlamışdır. Hər dəfə xəbərdarlıq etsə də bu hal təxminən 4-5 dəfə təkrar olmuşdur. xx.xx.2022-ci il təxminən saat 15 radələrində yenə də qonşuları Şahid1 və Zərərçəkmiş şəxs məxsus olan xırda buynuzlu heyvanların arpa sahəsinə keçib otladığını görmüş, Tofiqə zəng edib demişdir. Təxminən 2-3 dəqiqə sonra Zərərçəkmiş şəxs gəlmiş, qoyunları çıxarıb yolla aparanda o da aşağı düşüb ona yaxınlaşmış, söhbət vaxtı atası Tofiqi görəndə Zərərçəkmiş şəxs qəfil ona kəllə ilə üzünə vurmuşdur. Zərbədən qaşı partlamış və yerə yıxılmış. gözü qaralmış və biraz yerdə oturmuş, özünə gələndə Tofiqin yanında olduğunu görmüş, Tofiqə “bu düz iş deyil, adam-adamı öz qapısında ailə uşağının yanında vurmazlar!!!”. Qaşından qan axdığı üçün su kranına tərəf gedib əl-üzünü yuyanda Tofiqə yenə də oğlunun düzgün hərəkət etmədiyini demişdir. Tofiq isə ona nəlayiq söz işlətmiş, yeri gəlsə evimi, maşınımı satıb kirayədə qalaram, qanını batıraram” demişdir. O da qarşılığında Tofiqə qarşılıq olaraq “sən p....x yeyib qələt edirsən! kimsənki mənim qanımı batırırsan!?” demiş və qarşılıqlı söyüş söymüşlər. Tofiq oğlu Zərərçəkmiş şəxsla evlərinə tərəf getmiş, azyaşlı oğlunu da yolda vurduqları üçün edilən hərəkətdən əsəbiləşib yerdən daş götürüb Zərərçəkmiş şəxs tərəf atmış, daş Zərərçəkmiş şəxs baş nahiyyəsinə dəymiş, səs-küyə qonşuları və ailə üzvləri gəlmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərdi ki, Zərərçəkmiş şəxs xəsarət yetirməsini səbəb özü və azyaşlı oğlunun Zərərçəkmiş şəxs və Tofiq tərəfindən döyülməsi olmuşdur. Əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmış, dəymiş ziyanı ödəmişdir. onların da azyaşlı oğluna etdiyi hərərkəti bağışlamış və mehriban qonşuluq münasibətləri bərpa etmişlər. Himayəsində azyaşlı uşaqları olduğu üçün azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş XXX Zərərçəkmiş şəxs Tofiq oğlu, göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Aralarında əvvəl ədavət və düşmənçilik olmamışdır. xx.xx.2022-ci ildə, təxminən saat 15 radələrində o, evdə olarkən qonşu Elgiz atasına zəng edib onlara tərəf keçməsini və işi olduğunu demişdir. Atası yemək yediyinə görə özü onların həyətinə tərəf gedəndə Elgizin qardaşı Elnur ona “Elgiz içkili olduğunu demişdir. Elgiz ona “sənin qoyunların məhləyə keçib əkinə ziyan vurub demişdir. Elgizə “mənim 2 baş ayaqları qırıq qoyunlarım aldığımız məhlə yerindədir. Əgər qoyunlar ziyanlıq vurubsa ödəyə bilərəm”. Deyəndı Elgiz “sən mənimlə niyə belə danışırsan?!” deyib ünvanına nəlayiq söyüş söymüş və əli ilə onu itələmişdir. O, da başı ilə Elgizin sifət nahiyəsinə bir dəfə zərbə vurmuş, zərbə nəticəsində Elgiz yerə yıxılmış, sifətindən qan axmış, səs-küyə atası və qonşular gəlmişlər. Onları aralamış, atası onu danlayıb evə yola sallanda hadisə yerinə gələn anasının ürəyi getmiş və gələnlərin başı anasına qarışmış, atası yenə onu danlayıb evə getməyini demişdir. Aralaşıb evə gedərkən Elgiz yerdən daş götürüb ona tərəf atmış, Elgizin atdığı daş onun sağ qulağına dəymişdir. Zərbə nəticəsində o, yerə yıxılmış və huşunu itirmişdir. Bərdə rayon Mərkəzi Xəstəxanasında ayılmış və həmin vaxt həkimdən sağ qulağının üst tərəfindən yarı hissəsi olmadığını görmüşdür. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, hadisə mərhum Əsmayənin məhləsində baş vermiş, dava-dalaşa səbəb Elgizin atasına zəng edib çağırması Elgizin ona heyvanların sahəyə girib ziyanlıq vurmasına görə sərxoş vəziyyətdə ünvanına nalayiq sözlər işlətməsi olmuşdur. Atası və özü Elgizin oğlu Şahid9 və Elgünü vurmamış, davadalaş zamanı səs-küyə atası sonra isə anası ilə bərabər qonşular da gəlmişdir. Təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayətçi deyil, məhkəmədən ona cəza verilməməsini istəyir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs Tofiq oğlu onun oğludur, Təqsirləndirilən şəxs isə onun qonşusudur. Əvvəllər Elgizlə aralarında bir dəfə narazılıq olmuşdur. xx.xx.2022-ci il tarixdə o, yaşadığı evdə olmuş, həmin vaxt oğlu Zərərçəkmiş şəxs da evdə olmuşdur. Elgiz onun mobil telefon nömrəsinə zəng edib “əmi bura gəl, səninlə işim var”, deyəndə oğlu Zərərçəkmiş şəxs demişdir ki, “ata sən gözlə, gəlirəm Elgiz görüm nə deyir”. Zərərçəkmiş şəxs getdikdən sonra səs-küy gəldiyi üçün çölə çıxmış, Elgizlə oğlu Zərərçəkmiş şəxs dalaşdığını görmüşdür. Arvadı Rəna onların dalaşdıqlarını görüb ürəyi getmiş, O Zərərçəkmiş şəxsı ayırıb evə tərəf aparanda qəfil Zərərçəkmiş şəxs qışqırmış, Zərərçəkmiş şəxs baxanda Zərərçəkmiş şəxsı yerdə qan apadığını görmüş, Zərərçəkmiş şəxs qulağının sallandığını görmüşdür. Bundan sonra səs-küyə qonşu arvadlar gəlmiş, oğluu Bərdə rayon diaqnostika mərkəzinə aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3, göstərmişdir ki, fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Tofiq oğlu onun qonşularıdır. Onun nə Təqsirləndirilən şəxsla nədə Zərərçəkmiş şəxs Tofiq oğlu ilə qohumluq əlaqəsi yoxdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 15 radələrində o, ailə üzvlərilə birlikdə evdə oturanda küçədən səs-küy eşitmiş və yaxınlaşanda səs gələn yerə mərhum qonşuları Əsmayənin həyətində Elgiz ilə Zərərçəkmiş şəxs dalaşdğını görmüşdür. Həmin yerə çatanda Zərərçəkmiş şəxs anası Rənanın ürəyi getmiş, yaxınlaşıb Zərərçəkmiş şəxs ilə Elgizi aralamaq istəyəndə Zərərçəkmiş şəxs başı ilə Elgizin qaş nahiyəsindən vurmuş, zərbə nəticəsində Elgiz yerə yıxılmışdır. O, Zərərçəkmiş şəxsı əli ilə itələyib “qapınıza get dalaşmayın” demişdir. O, Rənaya köməklik edib onu yerdən qaldıranda Elgiz yerdən daş götürüb 5-6 metr məsafədən daşı Zərərçəkmiş şəxs tərəf atmış və Zərərçəkmiş şəxsı daşla başından vurmuşdur. Zərərçəkmiş şəxs qulağı qırılmış və Zərərçəkmiş şəxs yerə yıxılıb huşunu itirmiş, Zərərçəkmiş şəxs atası Tofiq və həmkəndliləri Seymur Zərərçəkmiş şəxsı maşına qoyub xəstəxanaya aparmışlar, özü isə Rənaya köməklik edib evlərinə aparmış və çıxıb getmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid5 göstərmişdir ki, fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Tofiq oğlu onun qonşularıdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 15 radələrində Bərdə rayonu Nazırlı-2 kəndində Nazırlı kənd tam orta məktəbin yaxınlığında olarkən küçədən səs-küy eşitmiş və yaxınlaşanda Zərərçəkmiş şəxsı öz darvazalarının qabağında qulağından qan axmasını görmüş, huşunu itirmişdir. Zərərçəkmiş şəxs atası Tofiqlə o, Zərərçəkmiş şəxsı onların avtomobillərinə qoyub xəstəxanaya aparmışlar. Hadisə yerinə gələndə həmkəndliləri Şahid7, Şahid2, Şahid3 və X2 görmüşdür. Məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş Şahid10, göstərmişdir ki, o, Bərdə rayonu Nazırlı kəndində yaşayır. xx.xx.2022-ci ildə oğlu Zərərçəkmiş şəxs və həyat yoldaşı Tofiq evdə olarkən Elgiz Tofiqə zəng edib demişdir ki, “əmi bura gəl səninlə işim var”. Bu vaxt oğlu Zərərçəkmiş şəxs atasına getməməyi, özününgetdiyi demişdir. Həmin vaxt dərs dediyi üçün məktəbə getmiş, Tofiq də onunla birlikdə evdən çıxmışdır. Həyətə düşəndə səs-küy gəlmiş, Elgiz söyüş söymüş, Tofiq Elgiz və Zərərçəkmiş şəxs tərəfə getmişdir ki, “görsün nə səs-küydür”. O baxanda görmüşdür ki, Elgizlə Zərərçəkmiş şəxs dalaşır, həyəcanlanıb ürəyi getmiş, ayılanda Zərərçəkmiş şəxs qulağından qan axdığını görmüş, Tofiq və qonşuları Seymur Zərərçəkmiş şəxsı avtomobilə qoyub xəstəxanaya aparmışlar. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, o, Şahid2, ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs Tofiq oğlu ilə qohumluq əlaqəsi var, Təqsirləndirilən şəxs isə qonşudur. Onun onların hər ikisi ilə münasibəti yaxşı olmuş, əvəllər onlarla aralarında hər hansı bir narazılıq, ədavətləri və ya düşmənçilikləri olmamışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 14:45 radələrində küçələrindən səs-küy gəldiyini eşidərək yola çıxmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs diz üstə aşağı çökmüş, qulağından xəsarət aldığına görə qulağından qan axmağa başlamışdır. Bundan sonra oraya toplaşan şəxslərin köməyi ilə Zərərçəkmiş şəxsı atası Tofiqin avtomobilə mindirib xəstəxanaya aparmışdırlar. Həmçinin ifadəsində hadisə yerinə gələndə görmüşdür ki, onlar qonşuları rəhmətlik Əsmayənin məhləsində mübahisə edirlər həmkəndliləri Şahid7, Şahid3 X2, Nazimə Talıbovanı, Şahid13 da orada olmuş, dava-dalaş təxminən 10 dəqiqə davam etmiş, Zərərçəkmiş şəxs Tofiq oğlunun Elgizi vurmasını görməmiş, Zərərçəkmiş şəxs atası danlayıb evlərinə tərəf aparanda qəfil qışqırıq səsi eşitmiş, qulaq nahiyəsini tutub yerə yıxıldığını görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş və ifadələri elan edilərək tədqiq edilmiş X8, Şahid11 Qaraşova X1 Nazmiə Xamoy qızı, Şahid8 eyniməzmunlu ifadə verərək Elgizin Zərərçəkmiş şəxs atdığı daşın gəlib Zərərçəkmiş şəxs qulaq nahiyəsinə dəyməsini görmədiklərini hadisə yerində başlarının zərərçəkmişin anası Şahid10 qarışdığını sonradan Zərərçəkmiş şəxs qulağını qan apardığını onun atası və qonşuların köməkliyi ilə xəstəxanaya aparıldığını bildirmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılan 23 noyabr 2022ci il tarixdə «hadisə yerinə baxış keçirilməsi haqqında» tərtib edilmiş protokol və əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Bərdə rayonu Nazırlı kəndində yerləşir. Hadisə yerində qanabənzər ləkələr aşkar edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “ifadənin yerində yoxlanılması haqqında” 18 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlunun ifadəsi Bərdə rayonu, Nazırlı kəndində hadisə yerindı yoxlanılmış, Təqsirləndirilən şəxs 21 noyabr 2022-ci ildə XXX Zərərçəkmiş şəxs Tofiq oğlunun onu başı ilə vurub xəsarət yetirdiyi yeri, daş götürüb Zərərçəkmiş şəxs Tofiq oğluna atdığı yeri və daş götürüb sonuncuya xəsarət yetirdiyi yeri əyani olaraq göstərmişdir. İşdə olan və məhkəmədə tədqiq edilən 24 mart 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, zərərçəkmiş şəxs XXX Zərərçəkmiş şəxs Tofiq oğlu ifadəsi yoxlanılmış, Bərdə rayonu, Nazırlı kəndi ərazisində qonşusu Təqsirləndirilən şəxs başı ilə vurduğu yeri, X7 məxsus məhlədən daş götürüb ona tərəf atdığı yeri və həmin daşın gəlib onun qulağına dəydiyi yeri əyani olaraq göstərmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Bərdə RPŞ-dən əməliyyat tapşırığına cavab olaraq verilmiş, xx.xx.2023-cü il tarixli, 4975 №li məktubdan görünür ki, 21 noyabr 2022-ci il tarixdə saat 14:40 radələrində Bərdə rayonu Nazırlı kəndində Təqsirləndirilən şəxsla qonşusu XXX Zərərçəkmiş şəxs Tofiq oğlu arasında mübahisə şəxsi münasibətlər zəminində olmuş, Zərərçəkmiş şəxs Tofiq oğlu başı ilə Təqsirləndirilən şəxs sifət nahiyəsinə vurub xəsarət yetirdikdən sonra Təqsirləndirilən şəxs əsəbiləşərək qonşusu mərhum Əsmayə Rüstəmovaya məxsus həyətyanı sahədən daş götürüb atmış, Zərərçəkmiş şəxs Tofiq oğlunun sağ qulaq nahiyəsinə xəsarət yetirmişdir. Hadisə zamanı Şahid1 Şahid9 ağacla sol qoluna və təpiklə sol baldır nahiyəsinə vurub xəsarət yetirmişdir. Hadisəni görən şahidlərin bir qismi müəyyən edilib istintaqa təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 940 nömrəli rəyindən görünür ki, XXX Zərərçəkmiş şəxs Tofiq oğlunun məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sağ xarici qulaq seyvanının yuxarı 1/3-dən hissəvi travmatik amputasiyası, sağ xarici qulaq seyvanının və sağ qulaqarxası nahiyənin əzilmiş-cırılmış yaraları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilkidə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Sağ xarici qulaq seyvanının yuxarı 1/3-də hissəvi travmatik amputasiyası sifətdə nəzərə çarpan asimmetriyanın olmasına və asimmetriyanın bərpa olunması üçün kosmetik cərrahi müdaxiləyə ehtiyac olduğuna əsasən həmin xəsarət sifətdə izi silinməz xəsarət hesab olunur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 941 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sağ qaş nahiyəsinin əzilmiş-capılmış yarası, alt dodağın sağ yarısında dodaq haşiyəsinin səthi əzilmiş yarası, alt çənədə sol İİ dişin İİİ dərəcəli laxlaması küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 945 nömrəli rəyindən görünür ki, X3 məhkəmətibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sol bazunun orta 1/3-nin ön səthinin sıyrığı küt sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəli təyin edilmir. İş materiallarına əlavə edilən və məhkəmədə tədqiq edilən cinayət işinin ayrılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Tofiq oğlu barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi ayrı icraata ayrılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilən DİN-nin BƏSİİ-dən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılan Bərdə rayon Mərkəzi xəstəxanası PHŞ-dən verilmiş xx.xx.2023-cü il tarixli nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Tofiq oğlu, həmin xəstəxanasının psixo-nevroloji kabinetlərində dispanser müşahidədə dayanmır. İş materiallarında olan və məhkəmədə araşdırılan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 dekabr 2022-ci il tarixdə saat 17:05 dəqiqədə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilən 16 dekabr 2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin tarixdə qeyd edilən maddədə nəzərdə tutulan ittiham elan edilmiş,həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş 1 ədəd çaydaşı maddi sübut kimi tanınaraq saxlanılması üçün Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağına verilmişdir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən Bərdə rayonu Şatırlı KİƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-cü il tarixli 515 №li arayış və xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Nazırlı kəndi ərazisində ailəsi ilə birlikdə yaşayır. Himayəsində 3 azyaşlı övladı var, digər 2 azyaşlı övladı isə Quba rayonunda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən AZE 11427902, AZE 11791493, AZE 1138730, AZE 11425513 və AA1407941№li şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində Məmmədli Elçin, Məmmədli Tunar, Məmmədli Xədicə, Şahid9, Məmmədli Aqşin adlı azyaşlı övladları var. Məhkəməyə təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilərək tədqiq edilmiş Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli. 2 (027)- 452/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı X6 ilə cavabdeh Təqsirləndirilən şəxs arasında bağlanmış nikah pozulmuş, brgə nikahdan olan xx.xx.2011-ci il təvəllüdlü Şahid9 və xx.xx.2017-ci il təvəllüdlü X10 ataları Təqsirləndirilən şəxs himayəsinə verilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli X22 Xidmət Mərkəzində təsdiq edilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Tofiq oğlu Təqsirləndirilən şəxsla barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan tərəflərin ifadələri, ekspertiza rəylərini, hadisə yerinə baxış ifadənin yerində yoxlanması istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi var, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar və cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini ona dəymiş ziyanı ödəməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci, zərərçəkmiş şəxsin onda şikayət və təəbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini hadisənin zərərçəkmiş şəxsin qeyri-qanuni hərəkətləri nəticəsində baş verməsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ən aşağı hədd azadlıqdan məhrumetmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. Məhkəmə tərkibi hesab edir ki, hazırda baxılan iş üzrə təyin ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi, yaxud maddənin sanksiyasında nəzərdə tutulan həddən də aşağı azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, yaxud digər yüngül cəza növünün tətbiqi işin faktiki halları, törədilmiş əməlinin ictimai təhlükəliliyi və xarakteri ilə tərs mütənasibdir və sosial ədalətin bərpası, təqsirləndirilən şəxsin islah olunması, cəzanın ümumi xəbərdaredici funksiyası ilə uyğun deyil və ədalət mühakiməsinin mənafeyi ilə ziddiyyət təşkil edir. İşin faktiki halları (təqsirləndirilən şəxsin aralarında münaqişənin yaranmasına səbəb olan mübahisəni özünün yaratması zərərçəkmiş şəxsi və atasını münaqişəyə çəkməsi, zərərçəkmiş şəxsin ona başla zərbə endirdikdən sonra dərhal qarşılıq verməyib bitmiş münaqişədən sonra yerdən daş götürüb xəsarət yetirmək məqsədilə zərərçəkmiş şəxsə atması) hadisənin zərərçəkmiş şəxs tərəfindən edilmiş qeyri-qanuni hərəkətlərin təsiri altında fizioloji affekt vəziyyəti, zəruri müdafiə həddində yaxud həddi aşmaqla törətməsini istisna edir. Zərərçəkmiş şəxs barəsində digər azyaşlı uşağına qarşı törədilmiş qeyr qanuni hərərkətə görə Cinayət Məcələsinin 128-ci maddəsi ilə cinayət işi olması və qarşılıqlı razılıq barışıq əsasında hər iki tərəfin bir-birindən şikayətçi olmaması və dəymiş ziyanı ödəməsi cinayət qanunvericiliyin humaniz prinsipindən irəli gəlsə də məhkəmə qeyd edir ki. hazırkı cinayət işi üzrə qeyd edilən predmet çaydaşının zərərçəkmiş şəxsin qulağı ilə yanaşı üz sifət nahiyyəsində olan digər orqanlara göz burun qulaq eləcə də givcgah nahiyyəsinə həmçinin kəllə əssı sümüklərinin sınıı ilə nəticələnən açıq yaxud qapalı kəllə beyin travması ilə nətəcələnməsi ehtimalının yüksək olması təqsirləndirilən şəxxə törətdiyi əmələ görə daha yüngül cəza tətbiqinə imkan vermir və bu cəzanın ümumxəbərdaredici funksiyasına əsaslı zərbə vurmaqla ədalət mühakiməsinin mənafeləri ilə ziddiyyət təşkil edir. Hazırki iş üzrə cinayət əməlinin ictimai təhlükəliliyinə əsas verən hallar gələcəkdə oxşar hadisələri törətmiş şəxslərdə zərərçəkmiş şəxslərlə barışıq əldə edildikdən sonra daha yüngül - azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaya məruz qalmasına dair əsassız ehtimalların, cəmiyyətdə cəzasızlıq mühitinin yaranmasının qarşısının alınması üçün məhkəmə tərkibi təqsirləndirilən şəxsin ancaq təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını rejim daxilində real çəkəcəyi halda islah olacağı qənaətinə gəlməsinə əsas olmuşdur. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, hazırki iş üzrə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi onu uzun müddət davam edən məhkəmə araşdırması dövründə davranışı, ailə vəziyyəti və cəza çəkəcəyi müddətdə davranışı ilə islah olacağını sübut edəcəyi təqdirdə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini istisna etmir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalından dərhal həbs edilməli və hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nın 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində xx.xx.2022-ci ildən xx.xx.2022-ci ildək tutulduğu 2 (iki) gün təyin edilmiş cəza müddətindən çıxılmalı, cəzaçəkmənin əvvəli hökmün çxıarıldığı gündən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, cinayət işi üzrə hadisə yerindən götürülmüş adi çaydaşı iş üzrə hər hansı maddi sübut əhəmiyyətə malik olmadığından məhv edilməlidir. Belə ki, həmin daşın hadisənin predmeti (aləti) olmasını təsdiq edən hər hansı sübut( üzərində qanabnzər ləkə yaxud bioloji hər hansı material) olmamaqla yanaşı qeyd edilən çaydaşının zərərçəkmiş şəxsə dəyərək xəsarət yetirdiyi yerdən deyil, atıldığı yerdəki daşlar arasından götürülməsi və iş üzrə maddi sübut kimi tanınması ümumiyyətlə ağlabatan və məntiqli deyil, iş üzrə ibtidai araşdırma aparmış təhiqatçı və müstəntiqinin təcrübəsizliyi, eləcə də ibtidai araşdırmaya prosessul rəhbərliyi həyata keçirən prokurorunun yaxud müavininin ibtidai araşdırmaya nəzarəti lazımi qaydada həyata keçirməməsinin göstəricisidir və məhkəmə buna münasibətinə ayrıca ifadə edəcəkdir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CPM-nın 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində xx.xx.2022-ci ildən xx.xx.2022-ci ildək tutulduğu 2 (iki) gün təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli hökmün çıxarıldığı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və O, məhkəmə iclas zalından dərhal həbs edilsin. “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağına verilmiş 1 ədəd çaydaşı hər hansı sübuti əhəmiyyətə malik olmadığından məhv edilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-48/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-48/2025
28.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver