Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-480/2022 29.11.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Rüstəmov Elmin İltizam oğlu və X2 ibarət tərkibdə, Məmmədov Orxan Elxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə baxışı Gəncə Ağır Cinayətlər Məhkəməsinə aiddir. İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən külli miqdarda, yəni təmiz çəkisi 2159,66 qramkustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib, yaşadığı Bərdə şəhəri H.Əliyev prospekti ev 36 ünvanında yerləşən fərdi yaşayış evində saxlamış, 23 iyul 2022-ci il tarixdə saat 15:45 dəqiqədə Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs ünvan 1 ünvana baxış keçirilən zaman həmin evin yataq otağında olan çəkməcələrdə satış məqsədi ilə saxladığı 2 (iki) ədəd iç-içə keçirilmiş polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 289,660 qram və 1870 qram olmaqla külli miqdarda, yəni ümumi təmiz çəkisi 2159,66 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materialları öyrənilərkən iş üzrə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, CPM-in 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair həmin Məcəllənin 286-cı maddəsinin tələblərinin pozulması müəyyən edilmişdir. Belə ki, məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən ona müdafiəçi təqdim edildiyini, həbs edildikdən sonra 25 iyul 2022-ci il tarixdə Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına gətirildiyini, bir neçə gün sonra isə oradan Bakı şəhərində yerləşən müalicə müəssisəsinə müalicə üçün aparıldığını, sonradan isə 29 oktyabr 2022-ci il tarixdə, səhər saatlarında yenidən 2 saylı İstintaq Təcridxanasına gətirildiyini, İstintaq Təcridxanasında saxlanıldığı dövrdə müstəntiqin onun yanına gəlmədiyini, onu cinayət işinin materialları ilə, maddi sübutlarla, videogörüntülərlə tanış etmədiyini, cinayət işinin materiallarında olan tanış etmə protokolundakı imzanın ona məxsus olduğunu göstərsə də həmin protokolu göstərilən tarixdə deyil, ona əvvəlcədən imzalatdırıldığını bildirmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən Bərdə RPŞ-nin İstintaq bölməsinə verilmiş 29 oktyabr 2022-ci il tarixli ərizədən görünür ki, o, həmin tarixdə cinayət işinin materialları ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında müdafiəçisiz, tək tanış olmaq istədiyini bildirmişdir. İş materiallarında olan 29 oktyabr 2022-ci il tarixli “Təqsirləndirilən şəxsi cinayət işinin materialları ilə tanış etmə haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 14.40-dan saat 15.30-dək olan müddət ərzində ibtidai istintaqı aparmış müstəntiq tərəfindən Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında müdafiəçinin iştirakı olmadan cinayət işinin materialları, iş üzrə maddi sübut olan narkotik vasitə heroin, videogörüntülər və 1 ədəd elektron tərəzilə tanış edilmişdir. İş materiallarında olan 30 oktyabr 2022-ci il tarixli “Təqsirləndirilən şəxsi cinayət işinin materialları ilə tanış etmə haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 10.20-dən saat 11.30-dək olan müddət ərzində müdafiəçi cinayət işinin materialları ilə tanış edilmişdir. Məhkəmə hazırlıq iclası zamanı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına müvafiq sorğu verilməklə Təqsirləndirilən şəxs şəxsi işi götürülərək məhkəmə hazırlıq iclasında tədqiq edilmişdir. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanası tərəfindən təqdim edilmiş 28 noyabr 2022-ci il tarixli xx/xx-6619 nömrəli məktubdan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 2 saylı İstintaq Təcridxanasına daxil olmuş, 2 saylı İstintaq Təcridxanasında saxlanıldığı müddətdə ibtidai istintaqı aparmış müstəntiq tərəfindən təqsirləndirilən şəxsin müdafiəçisi ilə onunla istintaq hərəkətləri aparılmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə səhhətilə bağlı 2 saylı X1 Xidmətin Bakı şəhərində yerləşən müalicə müəssisəsinə köçürülmüş, xx.xx.2022-ci il tarixdə Penitensiar Xidmətin Bakı şəhərində yerləşən müalicə müəssisəsindən 2 saylı İstintaq Təcridxanasına daxil olmuşdur. Həmçinin 29 oktyabr 2022-ci il tarixli “Təqsirləndirilən şəxsi cinayət işinin materialları ilə tanış etmə haqqında” protokoldan görünür ki, protokolun tərtib edildiyi yer olaraq Bərdə şəhəri göstərilsə də, protokolun məzmununda iş materialları ilə tanış edilmə yeri Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasının inzibati binası qeyd edilmişdir. Qeyd edilən protokolda təqsirləndirilən şəxsin iş üzrə maddi sübut olan narkotik vasitə heroin, videogörüntülər və 1 ədəd elektron tərəzilə tanış edildiyi göstərilsə də, iş materiallarından həmin maddi sübutların təqsirləndirilən şəxsin saxlanıldığı 2 saylı İstintaq Təcridxanasına keçirilməsini təsdiq edən hal (müəssisənin rəhbərliyinə ünvanlanmış hər hansı məktub və s.) müəyyən edilməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs 2 saylı İstintaq Təcridxanasında saxlanıldığı müddətdə, xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək cinayət işinin materialları ilə müdafiəçinin iştirakı olmadan, tək tanış olmaq istədiyini bildirmiş, həmin tarixdə qeyd edilən məktub Bərdə rayon polis şöbəsində qeydiyyatdan keçirilmiş, bundan sonra həmin tarixdə saat 14.40-dan saat 15.30-dək olan müddətdə təqsirləndirilən şəxsin cinayət işinin materialları ilə tanış edilməsinə dair protokol tərtib edilmiş, xx.xx.2022-ci il tarixdə isə müdafiəçi cinayət işinin materialları ilə tanış edilmişdir. Halbuki, 2 saylı İstintaq Təcridxanası tərəfindən sorğuya verilmiş cavab məktubundan və təqsirləndirilən şəxsin şəxsi işindən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin materialları ilə ümumiyyətlə tanış edilməməklə onun müdafiə hüquqları pozulmuş, iş materialları ilə real olaraq tanış edilmədiyi halda bu barədə protokol tərtib edilmişdir. Cinayət-Prosessual Məcəllənin 19.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Həmin Məcəllənin 91.5.22-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq hüququ vardır. CPM-nin 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi üçün əsasdır. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 iyul2022-ci il tarixdə barəsində Bərdə rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 1 (bir) ay müddətə uzadılmalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299- 301, 303 və 306.1-ci maddələrini rəhbər tutub məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı qərarın təsviri hissəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin müddəti 1 (bir) ay müddətə uzadılsın. Qərarın surəti təqsirləndirilən şəxsə, müdafiəçiyə və dövlət ittihamçısına göndərilsin.
Məhkəmə qərarları › İş №1(100)-480/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-480/2022
29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver