Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-481/2022 06.12.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1998-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi, subay, işləməyən, məhkum olunmamış, Ağdam rayonu, Şotlanlı kəndində qeydiyyatda olmaqla, Ağdam rayonu, Yeni İmamqulubəyli qəsəbəsi, ev 430-da yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 23 iyun 2022-ci il tarixdə saat 15 radələrində Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “köhnə poliklinika” adlanan binanın yanında tanıdığı Zərərçəkmiş şəxs onu təhqir etməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əynində olan şalvarın arxa cibində gəzdirdiyi istintaqa məlum olmayan deşicikəsici alətlə (bıçaq ilə) Zərərçəkmiş şəxs sinə nahiyəsinə bir dəfə qəsdən vuraraq sonuncuya döş qəfəsinin sağ ön divarının daxilə nüfuz edən kəsilmiş-deşilmiş torakoabdominal yarası, travmatik hemotoraks, diafraqmanın kəsilmiş-deşilmiş yarası, qara ciyərin kəsilmiş-deşilmiş yarası, Vİİİ-ci qabırğanın kəsilməsi ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qəsdən sonuncunun sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və cinayət işinə aid məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uşaqlıqdan anasının himayəsində böyümüşdür. Belə ki, o, uşaq olarkən atası ilə anası ayrılmışlar. O, uşaqlıqdan epilepsiya və astma xəsətliyindən əziyyət çəkmişdir. O, hal-hazırda Azərbaycan Dövlət Aqrar Universitetində tələbədir. Şahid1 onun bacısıdır. Bacısı da epilepsiya xəstəliyindən əziyyət çəkmişdir. Zərərçəkmiş şəxs bacısı Suqranın vasitəsi ilə tanımışdır. Belə ki, bacısı ilə Aqşinin arasında qeyri-rəsmi münasibətləri olmuşdur. Aqşin bacısı Suqranın etibarından sui-istifadə edərək, bacısını aldadaraq hamilə buraxmış, sonra isə Aqşin bacısını abort etdirmişdir. Aqşin ilə bacısının son zamanlar aralarında xeyli münaqişələri olmuşdur. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Bərdə şəhərində bacısı ilə görüşmüşdür. Həmin vaxtı o, Gəncə şəhərindən gəlmişdir. O, bacısına Ağdam rayonuna yaşadıqları evə getməyi təklif etmiş, bacısı isə ona şəxsi münasibətlərindən ötrü bir nəfər şəxslə görüşəcəyini bildirmişdir. O, bacısının vəziyyətindən ona yalan danışdığını anlamışdır. Bacısı ondan Ağdam rayonuna evlərinə getməsini istəmiş və özünün sonra gələcəyini bildirmişdir. O, bacısına evə gedəcəyini bildirmiş, lakin bacısının arxasınca gedib özündən xəbərsiz bacısını izləmişdir. Təxminən saat 15 radələrində bacısından xəbər çıxmadığını görüb bacısı ilə telefon əlaqəsi saxlamış, bacısı Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində köhnə poliklinikanın binasının yanında olduğunu bildirmişdir. O, həmin yerə gedib kənardan bacısını müşayiət eləmişdir. Əvvəllər Aqşini görmədiyi üçün ilk öncə bacısı ilə söhbət edən şəxsin Aqşin olmasını bilməmişdir. Sonradan təxmin etmişdir ki, bacısı ilə söhbət edən şəxs Aqşindir. Çünki bacısı qabaqlar Aqşinin zahiri görkəmi barədə danışmışdır. Həmin vaxt o, görmüşdür ki, Aqşin bacısı ilə eqoist formada rəftar edir. Onlara yaxınlaşdıqda Aqşinin bacısı ilə nalayiq ifadələrlə, əl-qol işarələri ilə təhqir etməsini, söyməsini görmüşdür. Aqşin bacısına nalayiq küçə söyüşləri söyərək bacısını alçaltmışdır. Aqşinə hansı səbəbdən bacısını təhqir etməsini deyərək, Aqşinə sözlə iradını bildirmişdir. Bu zaman Aqşinlə aralarında mübahisələri yaranmış, Aqşin onun oradan uzaqlaşmağını istəmiş və onu təhqir etməyə başlamışdır. Aqşinin dediyi sözlərdən, təhqirlərdən özünü saxlaya bilməmiş və üzərində olan qara rəngli tutacağı olan, qatlanan bıçaq ilə Aqşinin sinə nahiyyəsinə bir dəfə zərbə vurmuşdur. Lakin, zərbəni elə də güclü vurmamışdır. Bacısı ona baş verən hadisəyə görə öz iradını bildirmişdir. Bacısı ilə oradan uzaqlaşıb getmişdir. Yolda bıçağı zibilliyə tullamışdır. Sonra bacısı ilə Ağdam rayonuna yaşadıqları ünvana getmişlər. Anası onların hallarını görüb, Suqradan nə baş verməsini soruşmuşdur. Suqra olanlarla bağlı anasına danışmışdır. Hal-hazırda o, zərərçəkmiş şəxslə barışmış, zərərçəkmişə səhhəti ilə əlaqədar dəymiş zərəri tam şəkildə ödəmiş, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd etdiklərini, törətdiyi əməlindən səmimi peşmançılıq keçirməsini, həmçinin onun hal-hazırda tələbə olmasını və təhsilini davam etdirmək istəməsini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Bərdə şəhərində yaşayır və evlidir. Şahid1 təxminən iki ildir tanımışdır. Suqranı Aysel adlı tanışının vasitəsi ilə tanımış və Suqra ilə onun münasibətləri başlamışdır. Sonrakı günlərdə Suqra ilə aralarında cinsi əlaqələri olmuşdur. 2022-ci ilin ilin aprel ayında o, öyrənmişdir ki, Suqra hamilədir. O, Suqradan uşağı abort etdirməsini istəmiş, Suqra da onunla razılaşmışdır. Sonra Suqra uşağı abort etdirmişdir. Bundan sonra o, Suqradan uzaqlaşmağa başlamış və Suqradan ayrılmışdır. Lakin, Suqra yenə onunla telefon əlaqəsi saxlamış və onunla barışmaq istədiyini demişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 15 radələrində işlədiyi Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Lombard”da olarkən Suqra ona yaxınlaşmış və onunla söhbət etmək istədiyini bildirmişdir. O, Suqra ilə küçəyə çıxıb söhbət edə-edə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində köhnə poliklinikanın binasının yanına getmişdir. Həmin vaxtı orada heç kim olmamışdır. Suqra ilə aralarında baş verənlərlə bağlı söhbətlər etmiş və aralarında mübahisə yaranmışdır. Bu vaxt gözləmədiyi bir anda sonradan tanıdığı Suqranın bacısı Tacirə onlara yaxınlaşmışdır. Tacirə ona hansı səbəbdən Suqra ilə kobud danışmağını soruşub, ona sözlə iradını bildirmişdir. Bu zaman onunla Tacirənin arasında sözlə mübahisələri yaranmış, Tacirə ona iradını bildirmiş o isə Tacirəni təhqir etmişdir. Buna görə də Tacirə üzərində olan qara rəngli tutacağı olan, qatlanan bıçaq ilə onun sinə nahiyyəsinə bir dəfə zərbə vurmuşdur. Sonra Suqra ilə Tacirə oradan uzaqlaşıb getmişlər. O, yarasının qanadığını görüb cibində olan dəsmalı çıxarıb yarasının üzərinə sıxmışdır. Özünü itirməmiş və dostu Turala mobil telefon vasitəsilə zəng edib baş verən barədə məlumat vermiş və yanına gəlməsini istəmişdir. Sonra qardaşına zəng edib məlumat vermişdir. Az sonra dostu yanına gəlib onu xəstəxanaya çatdırmışdır. Hal-hazırda o, Təqsirləndirilən şəxs ilə barışmış, səhhəti ilə əlaqədar ona dəymiş zərər ödənilmiş və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs təxminən iki ildir tanımışdır. Aqşini Aysel adlı tanışının vasitəsi ilə tanımış və onun Aqşinlə münasibətləri başlamışdır. Aqşin özünü ona subay kimi qələmə vermiş, onunla evlənəcəyini bildirmişdir. Sonrakı günlərdə Aqşinlə aralarında cinsi əlaqələri olmuşdur. Aqşin ona bildirmişdir ki, onunla ailə həyatı quracaqdır, onun arxasındadır. Sonrakı günlərdə Aqşin ilə bir neçə dəfə görüşmüş və Aqşin onunla cinsi əlaqədə olmuşdur. 2022-ci ilin aprel ayında o, öyrənmişdir ki, Aqşindən 3 aylıq hamilədir. Bu barədə o, Aqşinə bildirmişdir. Onun Aqşinlə olan münasibətləri barədə ailə üzvlərinin xəbərləri olmamışdır. O, qorxusundan ailəsinə heç bir məlumat verməmişdir. Aqşin ona bildirmişdir ki, evli olduğuna görə təcili olaraq uşağı abort etdirməlidir. İlk öncə o, Aqşinlə razılaşmamışdır. Aqşin ondan israrla təcili olaraq abort etdirməsini istəmişdir. Bir müddət sonra Aqşinin israrı ilə uşağı tələf etmək üçün dərman həbi qəbul etmişdir. Bundan sonra onda cinsi yolla qanaxma olmuşdur. Onun halı pis olduğu üçün Aqşin onu həkimə aparmış və uşağı abort etdirmişdir. Bundan sonra Aqşin ondan uzaqlaşmağa başlamış və o, eşitmişdir ki, Aqşin çox yerdə onun arxasınca danışmışdır. Həm də Aqşinin ona etdikləri ona pis təsir etmişdir. O, başına gələnlər haqda artıq ailə üzvlərinə məlumat vermişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Bərdə şəhərində olarkən bacısı Tacirə ilə görüşmüşdür. Həmin vaxtı bacısı Gəncə şəhərindən gəlmişdir. O, bacısına Ağdam rayonuna yaşadıqları evə getməyi təklif etmiş, bacısına şəxsi münasibətlərindən ötrü bir nəfər şəxslə görüşəcəyini bildirmişdir. Onun fikri Aqşinin işlədiyi ünvana gedib Aqşin ilə şəxsi münasibətləri barədə söhbət etmək olmuşdur. Bacısı onunla razılaşıb getmişdir. O, Aqşinin iş yerinə gedib Aqşini çölə dəvət etmiş və Aqşin ilə söhbət edə-edə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində köhnə poliklinikanın binasının yanına getmişdir. Həmin vaxtı orada heç kim olmamışdır. Aqşinlə aralarında baş verənlərlə bağlı söhbətlər etmişlər və aralarında mübahisə yaranmışdır. Aqşin onunla çox eqoist formada rəftar etmişdir. Bu vaxt gözləmədiyi bir anda bacısı Tacirə onlara yaxınlaşmışdır. Tacirə Aqşinə hansı səbəbdən onunla kobud danışmasını soruşub, Aqşinə sözlə iradını bildirmişdir. Bu zaman Aqşinlə Tacirənin arasında sözlə mübahisə yaranmışdır. Aqşin bacısı ilə kobud danışaraq bacısı Tacirəni təhqir etməyə başlamışdır. Buna görə də Tacirə özünü saxlaya bilməyib qara rəngli tutacağı olan, qatlanan bıçaq ilə Aqşinə bir dəfə zərbə vurmuşdur. Lakin, zərbəni elə də güclü vurmamışdır. O, Tacirəyə baş verən hadisəyə görə öz iradını bildirmişdir. Sonra bacısı ilə oradan uzaqlaşıb getmişlər. Yolda bacısı bıçağı zibilliyə tullamışdır. Bacısı ilə Ağdam rayonuna yaşadıqları ünvana getmişlər. Anası onların hallarını görüb, ondan nə baş verməsini soruşmuşdur. O, baş verənləri anasına danışmışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs uşaqlıqdan tanımış, uşaqlıq dostudur. Təqsirləndirilən şəxs və Şahid1 tanımamışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Aqşin mobil telefonuna zəng edərək, təlaşlı halda ondan Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “köhnə poliklinika” adlanan əraziyə gəlməyini istəyib, bıçaqlandığını və yaralı olduğunu bildirmişdir. O, dərhal şəxsi avtomaşını ilə Aqşinin dediyi yerə gəlmişdir. Ora çatanda Aqşinin cib dəsmalını sinəsinə tutduğunu və sinəsindən qan axdığını görmüşdür. Aqşindən nə baş verməsini soruşduqda Aqşin bildirmişdir ki, az öncə əvvəllər qeyri-rəsmi münasibətdə olduğu Suqra adlı şəxsin bacısı Tacirə Aqşinə bıçaqla sinə nahiyyəsindən xəsarət yetirmişdir. O, işin nə yerdə olduğunu anlayıb, Aqşini dərhal xəstəxanaya çatdırmış və Aqşinə ilkin tibbi yardım göstərilmişdir. Onlar xəstəxanada olarkən Aqşinin qardaşı Şəmsi də ora gəlmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. Təqsirləndirilən şəxs və Şahid1 əvvəllər tanımamışdır. Lakin qardaşı Aqşinin Suqra ilə aralarında qeyri-rəsmi münasibətlərinin olmasını qiyabi bilmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Aqşin mobil telefonuna zəng edərək, təlaşlı halda Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “köhnə poliklinika” adlanan ərazidə olmasını, bıçaqlandığını və yaralı olduğunu, dostu Turalı köməyə çağırdığını, xəstəxanaya gedəcəklərini bildirmişdir. O, dərhal xəstəxanaya getmiş və qardaşından nə baş verməsini soruşmuşdur. Aqşin bildirmişdir ki, az öncə əvvəllər qeyri-rəsmi münasibətdə olduğu Suqra adlı şəxsin bacısı Tacirə Aqşinin bıçaqla sinə nahiyyəsindən xəsarət yetirmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi hadisə yeri Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “köhnə poliklinika” adlanan binanın yan tərəfidir. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 5- 9). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi xüsusatları bir daha əyani şəkildə göstərmişdir (iş vərəqə: cild İ, səh. 146-148). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində bildirdiyi xüsusatları bir daha əyani şəkildə göstərmişdir (iş vərəqə: cild İ, səh. 184-186). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X6 Bərdə rayon ekspertiza şöbəsinin xx.xx.2022-ci il tarixli, 479 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - döş qəfəsinin sağ ön divarının daxilə nüfuz edən kəsilmiş-deşilmiş torakoabdominal yarası, travmatik hemotoraks, diafraqmanın kəsilmiş-deşilmiş yarası, qara ciyərin kəsilmişdeşilmiş yarası, Vİİİ-ci qabırğanın kəsilməsi deşici-kəsici alət, ola bilsin bıçaq təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə törənmə anında həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər (iş vərəqə: cild İ, səh. 65-68). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X6 xx.xx.2022-ci il tarixli, 487- 2022/MTKŞ nömrəli məhkəmə-tibbi-kriminalistik ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus köynək və maykanın ön səthinin sağ yarısının orta hissəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə vardır. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin, ola bilsin ki, bıçağın tiyəsinin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın üzərində olan 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə onun bədəni üzərində olan döş qəfəsinin sağ ön divarının daxilə nüfuz edən eyni xarakterli yarası ilə yerləşmə nahiyələrinə görə, nisbi olaraq uyğun gəlir. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın üzərində olan zədənin formasına və xətti ölçülərinə görə demək olar ki, səthə daxil olma səviyyəsində iz törədən alətin eni 20 mm-dən az olmamışdır. İş materiallarında Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətin yara kanalı haqqında hər hansı məlumat olmadığı üçün iz törədən alətin uzunluğu barədə fikir söyləmək mümkün deyildir (iş vərəqə: cild İ, səh. 155- 159). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X6 xx.xx.2022-ci il tarixli, 596/2022- MTBŞ nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu AB/H//İV/. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus köynək, mayka və cib dəsmalı üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A,B və H antigenləri alındı, aqqlyutininlər isə alınmadı. Beləliklə, bu qan ləkələri AB/H//İV/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər (iş vərəqə: cild İ, səh. 179- 182). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli, 551 nömrəli məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq (həmçinin, əqli inkişafın ləngiməsi) və sair psixi xəstəlik keçirməmişdir. O, hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq (həmçinin, əqli inkişafın ləngiməsi) və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlininin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini dərk etmək, ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır (iş vərəqə: cild İ, səh. 149-150). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd köynək, 01 ədəd mayka, 01 ədəd cib dəsmalı maddi sübut kimi tanınmış və Bərdə Rayon Polis Şöbəsində saxlanca verilmiş, bundan başqa 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 187-195). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tаriхli tələbnаməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh. 152). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuşdur (iş vərəqə: cild İ, səh. 62). Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh. 114-116). Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və o, həbsdən azad edilmişdir (iş vərəqə: cild İ, səh. 118-124). Cinayət işi materiallarına əlavə edilmiş Ağdam rayon İcra Hakimiyyəti Başçısının Yeni İmamqulubəyli qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonu, Yeni İmamqulubəyli qəsəbəsi, ev 430-da yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vərəqə: cild İ, səh. 105-106). Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur (cinayət işinin materialları). Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan təhsil kartının surətindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsidir (cinayət işinin materialları). Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurması təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkəti protokolları kimi mötəbər və təkzibedilməz sübutlarla və cinayət işinin digər materialları ilə tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə barışıq əldə edilməsini, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini, həmçinin Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun hal-hazırda tələbə olmasını, əməlindən səmimi peşmanlığını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edərkən onun cəzasını yüngülləşdirən hallarla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alıb məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini (əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını), zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, onun hal-hazırda tələbə olmasını və təhsilini davam etdirmək istəməsini, əməlindən səmimi peşmanlığını, zərər çəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti təyin edilməklə ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərara gəlir. Odur ki, yuxarıda göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərək barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində sınaq müddəti müəyyən edilməli və Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin, qeyd edilməlidir ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2022-ci il tarixdən hazırki hökm çıxarılan xx.xx.2022ci il tarixədək 04 ay 15 gün müddətində həbsdə və ev dustaqlığında olmuşdur. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarının 2 və 2.21-ci bəndlərində göstərilmişdir ki:
2. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin.....: 2.21. Qərarın 25-ci bəndinin birinci abzasında “bir və ya bir neçə növ” sözləri çıxarılsın və aşağıdakı məzmunda 5-ci abzas əlavə edilsin: “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Bundan başqa, məhkəmə Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Bərdə Rayon Polis Şöbəsində saxlanca verilmiş 01 ədəd köynək, 01 ədəd mayka, 01 ədəd cib dəsmalı sahibi Zərərçəkmiş şəxs qaytarılmalı, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, ekspertiza xərci müəyyən edilməmiş, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökmetdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Bərdə Rayon Polis Şöbəsində saxlanca verilmiş 01 ədəd köynək, 01 ədəd mayka, 01 ədəd cib dəsmalı sahibi Zərərçəkmiş şəxs qaytarılsın, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Nural Əliyev