Məhkəmə qərarları › İş №1(100)-482/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-482/2025

27.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-482/2025 27.08.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər X4 və Müslümov Bəhruz Firizman oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclasının katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri X5 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Səfail qızının iştirakları ilə, xx xxxxxx 1967-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən on dörd yaşına çatmayan zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə və belə zorun tətbiq etmək hədəsi ilə, zərərçəkmişin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Belə ki, o, 2024-cü ilin avqust ayının əvvəllərində təqsirkar şəxs üçün aşkar sürətdə on dörd yaşına çatmayan şəxs xx.xx.2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs yaşadığı Gəncə şəhəri, Ət Kombinatı, ev 11 yaxınlığında yerləşən həyətyanı sahədə öz cinsi ehtirasını təmin etmək məqsədi ilə Zərərçəkmiş şəxs ona qarşı törədilmiş hərəkətin (seksual xarakterli olub olmamasını) mahiyyətini tam dərk etmək qabiliyyətinə malik olmadığından və onun köməksiz vəziyyətindən istifadə edib hədə qorxu gələrək sonuncunu yerə uzandırıb əynində olan paltarları məcburi şəkildə soyundurub öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsi orqanın ətraf nahiyyələrinə sürtüb sonra isə cinsi orqanını gərginləşdirilmiş vəziyyətə gətirib sonuncunun arxa keçək dəliyinə daxil edərək cinsi aktını başa çatdırmaqla təqsirkar şəxs üçün aşkar sürətdə on dörd yaşına çatmayan şəxs barəsində təkrarən seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o, təkrarən bir neçə gün sonra, yəni 2024-cü ilin avqust ayının əvvəllərində təqsirkar şəxs üçün aşkar sürətdə on dörd yaşına çatmayan şəxs xx.xx.2012ci il təvəllüdlü Zərərçəkmiş şəxs yaşadığı Gəncə şəhəri, Ət Kombinatı, ev 11 yaxınlığında yerləşən həyətyanı sahədə öz cinsi ehtirasını təmin etmək məqsədi ilə Zərərçəkmiş şəxs ona qarşı törədilmiş hərəkətin (seksual xarakterli olub olmamasını) mahiyyətini tam dərk etmək qabiliyyətinə malik olmadığından və onun köməksiz vəziyyətindən istifadə edib hədə qorxu gələrək sonuncunu yerə uzandırıb əynində olan paltarları məcburi şəkildə soyundurub öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsi orqanın ətraf nahiyyələrinə sürtüb sonra isə cinsi orqanını gərginləşdirilmiş vəziyyətə gətirib sonuncunun arxa keçək dəliyinə daxil edərək cinsi aktını başa çatdırmaqla təqsirkar şəxs üçün aşkar sürətdə on dörd yaşına çatmayan şəxs barəsində təkrarən seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o, təkrarən 24 sentyabr 2024-cü il tarixdə saat 16 radələrində təqsirkar şəxs üçün aşkar sürətdə on dörd yaşına çatmayan şəxs xx.xx.2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sonuncunun yaşadığı Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA 6-da yerləşən fərdi yaşayış evində, Zərərçəkmiş şəxs yataq otağında öz cinsi ehtirasını təmin etmək məqsədi ilə Zərərçəkmiş şəxs ona qarşı törədilmiş hərəkətin (seksual xarakterli olub olmamasını) mahiyyətini tam dərk etmək qabiliyyətinə malik olmadığından və onun köməksiz vəziyyətindən istifadə edib hədə qorxu gələrək təqsirkar şəxs üçün aşkar sürətdə on dörd yaşına çatmayan şəxs barəsində təkrarən seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 150.3.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs onun kürəkəninin xalası qızıdır. Zərərçəkmiş şəxs anası ilə Bakı şəhərinə getmişlər. Ona zərərçəkmiş şəxs tərəfindən zəng gəlmişdir. Zərərçəkmiş şəxs öz xalasının telefonundan istifadə edərək ona zəng etmiş və “məni kravata itələdi və məni elədi” kimi sözlər demişdir. Həmin vaxt o zərərçəkmiş şəxsə “bəs mamangil hanı ay bala” demiş, zərərçəkmiş şəxs isə cavabında “mamamgil şəhərə gəzməyə getmişlər” demişdir. Həmin vaxt o zərərçəkmiş şəxsə “səs küy salardın aynanı qırardın” demiş, zərərçəkmiş şəxs isə ona qorxmasını bildirmişdir. Həmin vaxt o zərərçəkmiş şəxsə anasına deməsini bildirmiş, lakin zərərçəkmiş şəxs ona “heç kimə demə valideyinlərim bilsə özümü öldürəcəm” kimi sözlər demişdir. Bundan sonra zərərçəkmiş şəxs Gəncə şəhərində olarkən ona zəng edərək onun arxası ilə 2 (iki) oğlanın gəlməsini bildirmişdir. Həmin vaxt o Goranboyda qaynaq işi ilə məşğul olmuşdur. Bundan sonra o taksi ilə Gülüstan qəsəbəsinə qəbristanlıq adlanan əraziyə getmiş və orada olarkən zərərçəkmiş şəxsə zəng etmiş və harda olmasını soruşmuşdur. Aysel isə yaşadığı küçələrinin baş tərəfində olmasını ona bildirmişdir. O olan yerlə Ayselin olduğu yerin ara məsafəsi 2 dəqiqəlik yol olmuşdur. O zərərçəkmiş şəxsin dediyi yerə getmiş, lakin həmin vaxt zərərçəkmiş şəxs orada olmamışdır. Bundan sonra o yenidən Ayselə zəng etmiş və harda olmasını soruşmuş, sonuncu isə evdə olmasını bildirmişdir. Bundan sonra o onu təqib edən uşaqların harda olmasını soruşmuş, zərərçəkmiş şəxs isə onun arxası ilə gəlmələrini bildirmişdir. O ittihamda yazılan cinayət hadisəsini törətməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o Gülüstan qəsəbəsində yaşayır və 14 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdidir. O qonşu və qohumları tanıyır Rauf isə onun nənəsigilin qonşusudur. Həmçinin Raufun qızı onun nənəsigilin gəlinidir. Onların Rauf ilə münasibətləri normal olmuşdur. Rauf onlara gəlib-getmişdir. Birinci olan hadisə avqust ayının 10-15 arası olmuşdur. Həmin vaxt o nənəsigildə qalmışdır. İlk öncə Rauf ona “sən qəşəngsən sən gözəlsən” sözləri deyərək ona yaxınlaşmışdır. Sonra isə Rauf onu nənəsi, babası, xalası, ailəsi, atası və qardaşı ilə təhdid etməyə başlamışdır. Belə ki, həmin vaxt Rauf ona onları öldürəcəyini demişdir. Raufun üzərində bıçaq olmuş və Rauf onun təhsil aldığı məktəbə belə gəlmişdir. Həmçinin Rauf ona silah göstərərək ailəsini öldürəcəyini demişdir. Həmin vaxt Rauf ona “mən nə vaxt desəm cölə çıx” kimi sözlər demişdir. O çölə çıxan zaman o, Raufu özünə toxunmasını qoymamışdır. Həmin vaxt Rauf onu itələyərək yıxmış və onun başı daşa dəymişdir. Bundan sonra Rauf onun qolunu və ağzını tutaraq ona toxunmuşdur. Həmin günü Rauf onun arxa hissəsinə toxunmuş, qabaq hissəsinə isə toxunmamışdır. İkinci hadisə isə 3 gündən sonra baş vermişdir. Həmin vaxt Rauf onunla yüngül olmuşdur. Həmin vaxt ağrı olmamışdır. Həmin vaxt Raufun soyuq silahı olmuşdur və onu təhdid etmişdir. Həmin vaxt Rauf qolunu və ağzını tutaraq ona “əgər səsini çıxarsan içəridə yatan nənə və babanı öldürəcəm” demişdir. Bundan sonra ona toxunmuşdur. Təqsirləndirilən şəxsdən şikayətçidir və ona ağır cəza verilməsini məhəkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, o işdə olan zaman məktəbdən ona zəng gəlmiş və Ayselin qolundan bir nəfər şəxsin tutması deyilmişdir. Həmin vaxt müəllimə həmin şəxsin telefonla şəkilini çəkməsini ona demişdir. Ona təcili məktəbə gəlməsi deyilmişdir. Həmçinin bir kişinin onun uşağını izləməsi deyilmişdir. Bundan sonra o dərhal məktəbə getmiş və o məktəbdə olan zaman orada məktəbin psixoloqu və müəllimlər olmuşlar. Orada həmin şəxsin şəkilini çəkilməsi deyilmiş və o həmin şəxsin şəkilinin ona göstərilməsini xahiş etmişdir. O həmin şəxsi şəkilini görən zaman həmin şəxsi tanımış, lakin utandığı üçün məktəbdə deməmişdir. Həmin vaxt o dərhal Raufun qızına zəng etmişdir.Sonra o qohumlarına məlumat vermişdir. O başqa bir şey bilməmişdir. O sadəcə Raufun Ayselin qolundan tutmasını bilmişdir. O Raufdan nə üçün onun qızının qolundan tutumasını soruşduqda Rauf qaçmışdır. O, Raufu Ayselin qolundan tutduğuna görə döymüşdür. O polisə şikayət etdikdən sonra hər şey məlum olmuşdur. Aysel qorxduğu üçün ona heç nə deməmişdir. Bundan sonra Ayselin xalası Ayselə “qızım sənə heç nə etməyibdir ki, sənə yaxın gəlməyibdir ki...”,deyə soruşduqdan sonra Aysel olanları xalasına danışmışdır. Ondan qorxduğu üçün ona heç nə deməmişdir. Onlar olanlardan dərhal sonra Ayseli ekspertizaya aparmışlar. Aysel ona Raufun onu təhdid etməsini, həmçinin Raufun çantasının içində bıçaq və silah olduğunu və Ayseli təhdid etdiyini demişdir. Rauf Ayseli təhdid edərək nənə babasını öldürəcəyini demişdir. Rauf Ayseli məhləyə cağırmış və onu vuraraq onun başına oyun açmışdır. Arxa nahiyyəsindən cinsi əlaqədə olmuşdur. Aysel ağlayaraq arxadan cinsi əlaqədə olmasını ona demişdir. Onlar ekspertizada olan zaman ekspert onlara arxadan olmasını deyərək, qızlıq pərdəsinə toxunulmamağını demişdir. Rauf ona Ayselə heç nə etmədiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Raufdan onlara qarşı hər hansı bir pislik görməmişdir. Rauf onların başlarına oyun açmışdır. Onun uşağını aldadıb aparmışdır. Uşaq hər şeyi özü danışmışdır. O bizə sataşmışdır. Sonra uşağa hədə qorxu gəlmişdir. 28 oktyabr 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Gəncə Şəhər Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli 4(125)-343/2024 saylı təqsirləndirilən şəxsin barəsində “həbs” qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay 28 gün müddətinə, yəni 26 fevral 2025-ci il tarixədək “həbs” qətimkan tədbiri seçilmiş, həbsdə saxlamanın əvvəlinin 28 oktyabr 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Hadisə yerinə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətlərini Şahid məxsus Gəncə şəhəri, Ət Kombinatı qəsəbəsində yerləşən evin bağ sahəsində və həyətində etmişdir. Bu barədə protokol tərtib edilmişdir. Məhkəmə-tibbi ekspertizasının 26 oktyabr 2024-cü il tarixli 1427 saylı rəyinə əsasən: Azyaşlı Zərərçəkmiş şəxs bədəni üzərində xəsarətlərin obyektiv əlamətləri müəyyən edilməmişdir.Azyaşlı Zərərçəkmiş şəxs anus dəliyində aşkar edilən sfinktorun boşalması, şüavari büküşlərin qismən hamarlaşması əlamətləri anal dəlik vasitəsi ilə dəfələrlə qeyritəbii yolla cinsi əlaqə zamanı əmələ gələ bilər. Məhkəmə-tibbi ekspertizasının 05 dekabr 2024-cü il tarixli 495 saylı rəyinə əsasən Azyaşlı Zərərçəkmiş şəxs arxa keçəcək nahiyyəsində qeyri-təbii yola cinsi əlaqədə olmanı göstərən əlmaətlər aşkar edilmişdir. Qeyri-təbii yolla cinsi əlaqə zamanı arxa keçəcək nahiyəsində xəsarət və ya xəsarət izi aşkar olunmursa, cinsi əlaqənin müddəti haqqında fikir söyləmək mümkün deyildir. Məhkəmə-tibbi ekspertizasının 28 dekabr 2024-cü il tarixli 1660 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsiyyət üzvündə cinsi əlaqəyə mane ola bilən hər hansı bir səbəb (paltologiya, deformasiya, çapıq toxuması) aşkar edilməmişdir. Məhkəmə psixoloji ekspertizasının 24 dekabr 2024-cü il tarixli 969 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Zərərçəkmiş şəxs əqli inkişafında psixi gerilik əlamətləri müşahidə olunmur, ona qarşı cinayət hadisəsi törədilən zaman qorxmuş və həyəcanlı psixi emosional halda olmuşdur. Bu halın yaranması situasiya ilə əlaqədardır. Zərərçəkmiş şəxs hadisə zamanı öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. O, hal-hazırda da öz öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. O, yalan danışmağa meyilli deyildir. Zərərçəkmiş şəxs hər hansı cinayət əməli şamil edilmədiyindən qoyulmuş sualın ikinci hissəsinə (anlaqlı olub-olmaması) cavab vermək mümkün deyildir. Məhkəmə psixiatrik ekspertizasının 13 dekabr 2024-cü il tarixli, 932 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik,psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq aşkar edilməmişdir. Təqsirləndirilən şəxs hadisəni törədən zaman hər hansı xroniki psixi xəstəlikdən,psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyindən əziyyət çəkməmişdir.O, hadisə zamanı öz hərəkətlərini qiymətləndirmək,öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini ifarə etmək iqtidarında olmuşdur,yəni cinayət hadisəsini törədən zaman anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikasının CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi-xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs iştirakı ilə ona məxsus «Samsung A13» markalı mobil telefona baxış keçirilmiş və müəyyən edilmişdir ki, təqdim edilmiş bir ədəd mobil telefon «Samunsg A13» markalıdır. Telefonun Galeriya bölməsində 01 ədəd video görüntü vardır. Həmin videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri,Gülüstan qəsəbəsi, AKTA 6 ünvanda yerləşən Zərərçəkmiş şəxs yaşadığı evin sonuncuya məxsus yataq otağında ilk olaraq üz nahiyəsini çəkmiş, sonra mobil telefonu gizlədərək çəkiliş aparmışdır. Həmin çəkiliş zamanı Zərərçəkmiş şəxs videogörüntüdə görünməsə də, səsi eşidilir. Video görüntüdə Təqsirləndirilən şəxs evdə müşahidə kamerasının söndürülüb-söndürülməməsini soruşur, həmçinin az öncə onun necə qucaqlaması barədə Zərərçəkmiş şəxs soruşur. Onu çarpayının üzərində uzanmasını istəməsini, Ayselin də buna etiraz edərək, bunun sonunun yaxşı olmayacağını demiş və Aysel Raufa onu məcbur etməməyi bildirir. Rauf Ayseli öpməsi üçün təkid etmişdir. Aysel də onu məcbur etməməsini bildirsə də, Rauf onu təkrar öpməsini təkid etmişdir. X11 bir nəfər şəxsin ondan uzaq durmasını, onu bir daha narahat etsə onu nəlayiq ifadə ilə təhqir edərək cəzalandıracağını bildirir, həmçinin həmin şəxsin bundan sonra da Ayseldən uzaq durmayacağı təqdirdə küçələrinin başında durub ona problem yaradacağını deyir. X10 telefonunu gizlədərək gizlin çəkiliş apramasını görüb telefonu ona verməsini tələb edir. Həmin videogörüntünün parametrlərinə baxan zaman müəyyən edilmişdir ki, həmin videogörüntü 24 sentyabr 2024-cü il tarixdə saat 16:15-də çəkilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, video görüntüdə üzü düşən, sonradan gizlin çəkilş aparan şəxs o özüdür, video görüntüdə də səsi eşidilən qadın Zərərçəkmiş şəxsdır. Telefona baxış zamanı protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əldə edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Gəncə şəhər Narkoloji Dispanserindən alınmış arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserdə qeydiyyatda durmur. Gəncə şəhər İcra Hakimiyyəti Başçısını 4 nömrəli SİƏD-dən alınmış xasiyyətnamdən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunan ittiham üzrə cinayət hadisəsini törətməməsi ilə bağlı ifadəsinə işin faktiki hallarına uyğun olmadığından, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ifadələri, şahid ifadəsi, ifadənin yerində yoxlanılması və üzləşdirmə protokolları, cinayət işinin materiallarına əlavə edilmiş mobil telefon vasitəsilə çəkilmiş video çəkiliş ,ekspertiza rəyləri ilə təkzib edildiyindən, həmin ifadələrə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin həmin ifadəsini məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirb inandırıcı hesab etmir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkəti protokollarını və digər sənədləri Azərbaycan Respublikasının CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmiş, həmçinin bu cinayətlərin törədilməsində o təqsirlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təkrarən on dörd yaşına çatmayan zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə və belə zorun tətbiq etmək hədəsi ilə, zərərçəkmişin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətləri etməsi məhəkəmədə tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsif məsələsini də həll etmiş və belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə tövsif edilməli və o həmin maddə ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə bu nəticəyə gələrkən «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003cü il tarixli 04 saylı qərarının 1-ci bəndinin izahını da nəzərə alır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etsinlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə bu mənada törədilən cinayətin qurbanının azyaşlı uşaq olmasını, baş vermiş hadisə nəticəsində iş üzrə zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs mənəvi və psixoloji sarsıntılarına məruz qalmasını, təqsirləndirilən şəxsin hadisədən əvvəlki və sonrakı davranışlarını qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsi 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal (əməlin təkrar və zərərçəkmiş şəxsin köməksiz vəziyyət olmaqla törədilməsi maddənin dispozisiyasında birbaşa ifadə olunduğundan) müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 150.3.3-cü maddəsinə görə on dörd yaşına çatmayan zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İşn faktiki hallarından da göründüyü kimi təqsirləndirilən şəxsin qeyd edilən cinayət əməlini səmimi qonşuluq münasibətlərinə əsasən valideynləri tərəfindən azyaşlılara qayğı göstərməklə bağlı yaranmış etibardan və inamdan sui-istifadə edərək törətməsi ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş əlavə cəzanın da təyin edilməsini zəruri edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli xüsusilə ağır cinayət hesab olunduğundan, o, Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbləri qaydasında təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu gündən, yəni 28 oktyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübutlar - Zərərçəkmiş şəxs ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilən zaman çəkilmiş videogörüntü olan bir ədəd DVD disk, elecədə Təqsirləndirilən şəxs telefonuna baxış zamanı götürülmüş bir ədəd video görüntü olan DVD disk cinayət işinin materiallarına əlavə edilməldir. Bir ədəd « Samsung Galaxy A52» markalı mobil telefon qanuni sahibinə qayatrılmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 150.3.3-cü maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətə təlim və tərbiyə müəssisələrində istənilən bir vəzifə tutma və peşə fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 17 (on yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun şübһəli şəxs qismində tutulduğu 25 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar Zərərçəkmiş şəxs ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilən zaman çəkilmiş videogörüntü olan bir ədəd DVD disk, elecədə Təqsirləndirilən şəxs telefonuna baxış zamanı götürülmüş bir ədəd video görüntü olan DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bir ədəd “Samsung Galaxy” A52 markalı mobil telefon qanuni sahibinə qaytarısın. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar