Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-484/2025 25.08.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Müslümov Bəhruz Firizman oğlu (sədrlik edən), hakimlər İmanov Dadaş Hüseyn oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədova Təhminə Cahid qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı1, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1968-ci ildə Qazax rayonunun Səməd Vurğun qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Ağstafa şəhəri, Azadlıq küçəsi ev 5-də qeydiyyatda olan, faktiki olaraq Ağstafa şəhəri, 27-ci məhəllədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək hal-hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 19 aprel 2025-ci il tarixdə saat 21 radələrində sərxoş vəziyyətdə tanışı Ağstafa rayonu Aşağı Göyçəli kəndində yaşayan X6 həmin kənddə yerləşən evində keçirilən toy məclisində iştirak edən zaman qeyd edilən toy məclisində valideyni ilə birlikdə iştirak edən xx.xx.2022-ci il təvəllüdlü, yetkinlik yaşma çatmayan Ağstafa rayonu Aşağı Göyçəli kənd sakini Zərərçəkmiş şəxs toy evinin qarşısı ilə keçən kənd arası küçədə, avtomobil yolunun kənarında oynadığını görüb sonuncudan xoşu gəldiyini bəhanə edərək onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq qucağına alaraq yaxınlıqda saxladığı Lexus markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qabaq sağ oturacağına əyləşdirib yaşadığı Ağstafa şəhəri 27-ci məhəllədə yerləşən evinə aparıb orada saxlayaraq qəsdlə yetkinlik yaşına çatmayan şəxsi oğurlamışdır. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi qismən etiraf edici ifadəsi ilə yanaşı, zərəçəkmiş şəxsin qanuni nümayəndəsi və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin faktiki halları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirilmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CMnin 144.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, dostu toy edən zaman dəvət edilməməsinə baxmayaraq o da oraya getmişdir. Toy sahibi olan Abbas adlı şəxs ona pul borclu olmuş, o da Abbasa “toyun pulunu borcumdan sil” demiş, lakin Abbas razı olmamışdır. O çöldə olarkən balaca qız uşağı ona yaxınlaşmış, qucağına alaraq üzündən öpmüş və Melisanı yerə endirmişdir. Daha sonra maşınla getməyə hazırlaşarkən uşaq ona yaxınlaşmış, onu mağazaya apararaq nə isə almaq məqsədilə uşağı da götürərək getmişdir. Daha sonra yolda qəza olmuş bu səbəbdən dayanmış və maşın sahibini çağırmışdır. Onlara evdən pul götürərək geri qayıdacağını və gözləməklərini bildirmişdir. Maşını sürərək evə getmiş, həmin zaman uşağın maşında olduğunu unutmuşdur. Evə çatan zaman uşağın maşında olduğunu görmüş, onunla birgə həyətə düşmüşdür. Həyətə düşərkən yıxılmış, bu zaman həyətdə olan it uşağa tərəf hürmüşdür. O, iti əli ilə itələyərək uşağı qorumuş və ayağa qalxmışdır. Evə girdikdən sonra uşağı otaqda qoyaraq yataq otağında olan yastığın altından pulu götürərək çölə çıxmışdır. Bu zaman Paşa adlı şəxs ona zəng edərək uşağın onda olub olmadığını soruşmuş, o da uşağın onda olduğunu və toy olan əraziyə geri qayıtdığını bildirmişdir. Çölə çıxan zaman uşaq qucağından düşmüş, həyətə çıxan zaman hər kəsin orada olduğunu görmüşdür. Bir qadın ona yaxınlaşaraq uşağı ondan almışdır. Bu zaman uşağa nə etdiyini soruşmuş, o isə ona “bu mənim nəvəmdir, sən nə danışırsan?” demişdir. Daha sonra kimsə onu vurmuş, amma vuran şəxsin kim olduğunu unutmuşdur. İfadəsinə əlavə olaraq bildirmişdir ki, Abbas adlı şəxsi əvvəllər taksi sürücüsü işləyərkən tanımış, lakin yaxın əlaqələri olmasına baxmayaraq Abbas onu oğlunun toyuna dəvət etməmişdir. Həmçinin, o, əvvəllər evli olmuş, lakin daha sonra həyat yoldaşı rəhmətə getmişdir. Onun cinsi zəifliklə bağlı problemləri olmuş, bu səbəbdən də daha sonra heç bir qadınla münasibətdə olmamışdır. Uşaq toy evinin qarşısında öz yaşıdları ilə oynayan zaman ona yaxınlaşmış, oda uşağa nə isə almaq məqsədilə uşağı maşına qoyaraq mağazaya tərəf yola çıxmışdır. Bu zaman qəza nəticəsində Abbas adlı şəxsin maşını ilə toqquşmuş, hadisə yerinə Abbası çağırmış, lakin Abbas gəlməmişdir. O əsəbi və içkili halda maşına geri qayıdaraq pul götürmək üçün evə doğru getmiş, bu zaman uşağın maşında olduğunu unutmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə bildirmişdir ki, o, ailəsi ilə birlikdə qonşuları olan Abbas adlı şəxsin oğlunun toyunda iştirak etmişdir. Telman toy başlayandan sonra bir neçə dəfə onların yanından keçmiş, lakin o həmin vaxt Telmanın fikrinin başqa olacağını düşünməmişdir. Uşaq yoxa çıxdıqdan sonra kəndliləri Telmanın uşağı maşına qoyaraq apardığını bildirmişdir. Melisa Telmanı daha əvvəl tanımamış, o pul uzadaraq uşağı özünə tərəf çəkmişdir. Elmar uşağı ondan almaq istəyən zaman təpiklə vuraraq onu itələmişdir. Telman uşaq ağlamasın deyə ağzını tutaraq maşına aparmışdır. İfadəsinə əlavə olaraq bildirmişdir ki, Telman adlı şəxsi əvvəllər tanımamış, toydan sonra şöbədə olarkən görmüşdür. Həmçinin Telman həmin zaman içkili olmuş, Melisanı aparmaq səbəbi olaraq isə mağazadan nə isə almaq olduğunu demişdir. O Telmandan şikayətçi olduğunu və istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, həmkəndlisi Abbasın oğlu Aqşinin toy məclisi zamanı o da həmin toy məclisində iştirak etmişdir. Həmçinin toy məclisində Telman da iştirak etmişdir. Saat 20 radələrənidək toy məclisində iştirak etmiş, daha sonra Şükür və Turxan adlı tanışı ilə birlikdə Ağstafa şəhər Avtovağzalının içərisində olan çayxanada oturmuşdur. Saat 21 radələrində toyda iştirak edən həmkəndlisi Elməddin onunlaəlaqə saxlayaraq toyda iştirak edən Telmanın 3 yaşlı Melisanı Lexus markalı maşınına qoyaraq qaçırdığını bildirmişdir. O, Şükür və Turxan dərhal Telmanın yaşadığı evin qabağına getmiş, Telmanın üstünə gedərək Melisanı onun əlindən alaraq Şükürə vermiş və Şükür Melisanı götürərək evin həyətindən çölə qaçmışdır. Eləcə də, hadisə vaxtı Telmanın üstünə gedərək onun qarnından bir dəfə təpiklə vuraraq yerə yıxmış, bu zaman Telmanın iti Turxanın üstünə cumaraq onu dişləmişdir. Telman Melisa qucağında evin içərisindən çölə çıxan zaman Melisanın əynində olan cins şalvar dizindən aşağıyadək çəkili vəziyyətdə olmuşdur. İfadəsinə əlavə olaraq bildirmişdir ki, Telman uşaq qucağında həyətə çıxan zaman ayağı burxulmuş bu zaman uşaq qucağından otların üzərinə düşmüşdür. Həmçinin o Telmanın “əgər yaxınlaşsaz uşağı itə atacam” tipli ifadə işlətdiyinə şahid olmamış və istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Ağstafa şəhərində kənd sakinləri ilə çay içən zaman Elməddin zəng edərək uşağı qaçırdıqlarını bildirmişdir. Onlar Telmanın evinə gedərək onu çağırmış, bu zaman Telman qucağında uşaqla çölə çıxmışdır. Onlar uşağı götürdükdən sonra it üstlərinə cumaraq Turxanı dişləmişdir. O, uşağı qapının qarşısından götürərək Elməddinə vermişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, onlar Telmanı səslədikdən təxminən 2 dəqiqə sonra Telman qucağında uşaqla həyətə çıxmış, bu zaman içkili olduğu üçün 2 dəfə yıxılmışdır. Həmçinin, Telman uşağı gətirən zaman uşağın şalvarı aşağı çəkilmiş halda olmuşdur. Uşağı Telmanın qucağından o, götürmüşdür və istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, həmin gün Abbasın oğlu Aqşinin toy məclisi olmuş, və Telman həmin gün toy məclisindda iştirak etmişdir. Saat 20 radələrənidək toy məclisində iştirak etmiş, həmkəndlilər ilə birlikdə Ağstafa şəhər Avtovağzalının içərisində olan çayxanada oturaraq çay içərək söhbət etməyə başlamışdır. Daha sonra saat 21 radələrində toyda iştirak edən həmkəndlisi Elməddin Mustafa ilə əlaqə saxlayaraq ona, toyda iştirak edən Telmanın 3 yaşlı Melisanı Lexus markalı maşınına qoyaraq qaçırdığını bildirmişdir.Onlar dərhal Telmanın yaşadığı evin qabağına getmişlər. O, Telmanın üstünə gedərək Melisanı onun əlindən alaraq Şükürə vermiş və Şükür Melisanı götürərək evin həyətindən çölə qaçmışdır. Bu zaman Telmanın iti onun üstümə cumaraq onu dişləmişdir. Telman Melisa qucağında evin içərisindən çölə çıxan zaman Melisanın əynində olan cins şalvar dizindən aşağıyadək çəkili vəziyyətdə olmuşdur. İfadəsinə əlavə olaraq bildirmişdir ki, onlar çatan zaman evin qapısı açıq vəziyyətdə olmuşdur. Onlar Telmanı səsləmiş bu zaman Telman qucağında Melisa ilə həyətə çıxmışdır. Həmçinin o, Telmanın “əgər yaxınlaşsaz uşağı itə atacam” tipli ifadə işlətdiyinə şahid olmamış və istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, o, hadisə zamanı toyda olmuş, oradan çıxdıqdan sonra çay içməyə getmişdir. Orada zəng gəlmiş və uşağın aparıldığını deyilmişdir. O da həmin yerə taksi ilə getmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, Telmanı həmin toya taksi kimi aparmış, Telman orada içki içmişdir. Həmçinin uşağın qaçırılması ilə bağlı zəng Mustafaya gəlmiş, o özü eşitdiyi üçün həmin yerə getmiş heç kim onu çağırmamışdır. Eyni zamanda uşağı valideynlərinə verən zaman görmüş, uşaq geri alınan zaman it Turxanı dişləmişdir. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, qonşuda olan toy zamanı həyat yoldaşı içkili olduğu üçün onu evə aparmış daha sonra toya geri qayıtmışdır. Daha sonra qazı keçirmək məqsədilə yenidən çölə çıxmış, Telman maşını onun evinin qabağında saxlamışdır. Həmin zaman Elmarın maşının ətrafında səs küy saldığını görmüş, nə olduğunu anlamaq üçün maşının qabağına keçmiş, bu zaman Telman maşını sürətlə sürərək keçib getmiş və onun ayağı burxulmuşdur. Qazı bağlayıb geri qayıtdıqdan sonra Melisanın nənəsi nəvəsinin yoxa çıxdığını bildirmiş, bu zaman o Arzu adlı şəxsə yaxınlaşaraq “Elmar nə isə deyir başa düşə bilmirəm” demişdir. Daha onlar sonra Telmanın arxasınca getmiş və Melisa tapılmışdır. İfadəsinə əlavə olaraq bildirmişdir ki, həmin zaman maşında uşağı görməmiş və Elmarın nə etməyə çalışdığını başa düşməmişdir. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə iclasında tərcüməçi iştirakı ilə şahid qismində dindirilmiş Şahid6 bildirmişdir ki, o, Telmanın uşağı qucağına alaraq apardığını görmüş, uşağı Telmandan almaq istəmiş, lakin bu zaman Telman onu təpiklə vurmuşdur. İfadəsinə əlavə olaraq bildirmişdir ki, Telman uşağı öz maşını ilə aparmış, daha sonra o maşnın nömrəsini quma yazaraq uşağın ailəsinə göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 bildirmişdir ki, o toyda siyahı yazmış, qonaqlardan bir neçəsi içkili olduğu üçün taksi ilə onları evlərinə aparmış daha sonra geri qayıtmışdır. Bu zaman yolda olarkən Abbasın maşınının vurulduğunu görmüş, orada olan zaman isə Telmanın uşağı qaçırdığını eşitmişdir. Onun öz maşını toy evində olduğu üçün gedərək öz maşınını götürmüşdür. Yolda olarkən Mustafaya zəng vurmuş və ona uşağın qaçırıldığını demişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, maşın vurulan zaman Elmar adlı şəxs orada olmamış, Mustafaya isə özü zəng etmiş, lakin həmin zaman içkili olub olmadığını bilməmişdir. O Telmanın evinə çatan zaman uşaq artıq Telmandan alınmışdır. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 bildirmişdir ki, Telmanı toya çağırmamış, Telman taksi şoferlərindən biri ilə əlaqə saxlayaraq toya getmişdir. Onun Telmana böyük hörməti olmuş, lakin toya çağırmağı məsləhət bilməmişdir. Telman toydan sonra uşağı götürərək mağazaya getmiş, bu zaman onun maşınının sol tərəfindən vurmuşdur. Maşından düşən zaman söyüş söydüyünü görmüş, yaxınlaşan zaman isə həmin şəxsin Telman olduğunu görmüşdür. Həmin zaman qonşusu Həmid onu geri qaytarmışdır. Elçin onlar qayıdan zaman maşından uşaq səsi gəldiyini demiş, lakin o həmin zaman səsin qonşudan gəldiyini düşünmüşdür. Hadisəni eşidən zaman isə özünü itirmiş, bu zaman onu evə aparmışlar. Bir neçə saat sonrauşağın ailəsinin yanına gedən zaman isəuşağın sağ və yaxşı olduğunu görmüşdür. İfadəsinə əlavə olaraq bildirmişdir ki, Telmana borcu əvvəllər olmuş, onu da qızının toyu olan zaman silmişdir. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 Qəməd qızı bildirmişdir ki, Melisa toyda oynayan zaman bir neçə saniyə içərisində gözündən itmişdir. Həmkəndlisi olan X10 apardığını görərək onlara maneə olmağa çalışmış, bu zaman Telman onu ayağı ilə itələyərək yaralamışdır. Onlar həmin zaman uşağı axtarmış, bu zaman lal olan Elmar adlı şəxs onlara uşağı Telmanın apardığınıbaşa salmağa çalışmışdır.Elmar yerə maşının nömrəsini yazaraq onları başa salmışdır. Kəndin uşaqları evə gedən zaman Telman onlara“yaxınlaşsaz uşağı itə atacam” demişdir. Turxan uşağı götürməyə çalışarkən it onu dişləmiş və o yaralanmışdır. İfadəsinə əlavə olaraq bildirmişdir ki, uşaq tapılan zaman üzərində olan cins şalvar dizlərinə qədər endirilmiş, ayaqqabısının biri isə həyətə düşmüş vəziyyətdə olmuşdur. Həmçinin o Təqsirləndirilən şəxs əvvəllər görməmiş və istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 bildirmişdir ki, toyda o da iştirak etmiş, bu zaman kimdənsə uşağın yoxa çıxdığını eşitmişdir. Daha sonra Elməddinin maşını ilə Telmanın evinə getmiş, oradan da şöbəyə gedərək ərizə yazmışdır. İfadəsinə əlavə olaraq bildirmişdir ki, Elmar maşının nömrsini quma azaraq uşağı kimin qaçırdığını izah etmişdir. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 bildirmişdir ki, onlar toyda olan zaman səs-küy qalxmış, bu zaman uşağın nənəsi uşağın yoxa çıxdığını bildirmişdir. Daha sonra, uşağı Telmanın apardığı deyilmiş, ilk öncə babası Telmanın apardığı düşünülmüş, daha sonra babası yığaraq uşağın onunla olmadığını demişdir. Daha sonra kənd camaatı Telmanın evinə getmiş, lakin o, gedə bilməmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, insanlar getdikdən sonra uşağı Telmanın əlindən almışlar. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş məhkəmə istintaqı zamanı ifadələri elan edilmiş Şahid7, Şahid12 Aqil oğlu, Şahid14 və Şahid15 da Şahid13 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadələr vermişlər. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X15 Ağstafa rayon şöbəsindən Zərərçəkmiş şəxs barəsində verilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli 132 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığı pozulmamışdır. Belə ki, hal-hazırda qızdır. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyi nahiyyəsində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər (cırılma, çat, qançır və.s) aşkar olunmadı. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində Məhkəmə-Tibb Ekspertizası təyin edilərək xx.xx.2025-ci il tarixli 133 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs alnın sol yuxarı səthində, burnun əsasında, döşün sağ yuxarı səthində, onurğanın bel səthində və sol bel nahiyyəsində sıyrıqlar küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə əllə vurma nəticəsində əməlkə gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Eləcə də, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində cinsi əlaqədə olmağa maneçilik törədən heç bir əlamətlər müşahidə olunmadı. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş zərərçəkmiş şəxs X2 hadisənin baş verdiyi gün, yəni xx.xx.2025-ci il tarixdə əynində olmuş bir ədəd açıq göy rəngli cins şalvar, bir ədəd açıq çəhrayı rəngli qolu uzun köynək, bir ədəd çəhrayı rəngli qolugödək gödəkcə və bir ədəd “22” ölçülü idman ayaqqabısının sol tayı müvafiq qaydada götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs hadisənin baş verdiyi gün, yəni xx.xx.2025-ci il tarixdə əynində olmuş bir ədəd qara rəngli şalvar, bir ədəd qara rəngli qolugödək köynək və bir ədəd dəri gödəkcə müvafiq sənədləşmə əsasında götürülərək fotoşəkilləri çəkilməklə cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Ağstafa rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 5(015)-34/2025№-li qərarı əsasında Təqsirləndirilən şəxs yaşadığı Ağstafa şəhəri 27-cü məhəllədə yerləşən yaşadı evdə və digər qapalı tikililərdə, həyətyanı sahəsində, həyətyanı sahəsində olan maraq doğuracaq obyektlərdə və Zərərçəkmiş şəxs oğurlayan zaman İdarə etdiyi “Lexus” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilində axtarış aparılmışdır. Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış aparılan zaman onun yaşadığı evin daravazasmdan həyətyanı sahəsinə girildikdə qarşı tərəfdə bir ədəd “22” ölçülü uşaq idman ayaqqabısının sağ tayı və yaşayış evinin qonaq otağında olan evin təhlükəsizlik kameralarının yaddaş qurğusu istintaq marağı doğurduğu götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs oğurlayan zaman idarə etdiyi “Lexus” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə video görüntü ilə axtarış aparılmış, axtarış zamanı istintaq marağı doğuran heç nə aşkar edilməmişdir. Axtarışın aparılması barədə müvafiq protokol tərtib edilmiş, axtarışın aparılması zamanı lentə alman vidoegörüntü bir ədəd CD diskə göçürülməklə cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şahid9 məxsus Opel Astra markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı qeyd edilən avtomobilin ön sol hissəsinin əzilməsi müəyyən edilmiş, istintaq hərəkətinin keçirilməsi ilə bağlı müvafiq protokol tərtib edilərək fotoşəkillər çəkilməklə cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə idarə etdiyi “Lexus” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı qeyd edilən avtomobilin ön sol hissəsinin əzilməsi müəyyən edilmiş, istintaq hərəkətinin keçirilməsi ilə bağlı müvafiq protokol tərtib edilərək fotoşəkillər çəkilməklə cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş zərəçəkmiş şəxsin qanuni nümayəndəsi X3 iştirakı ilə əşyaya baxış keçirilmiş iş üzrə Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış aparılan zaman evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş bir ədəd çəhrayı və ağ rəngli bəzəkləri olan uşaq idman ayaqqabısının sağ tayının xx.xx.2025-ci il tarixdə qızı Zərərçəkmiş şəxs əynində olmasını bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış aparılan zaman evdən götürülmüş təhlükəsizlik kameralarının yaddaş qurğusuna və yaddaş qurğusunda olan baş vermiş hadisənin video görüntüsünə baxış keçirilmiş və baxiş baxış zamanı aşağıdakılar müəyyən edilmişdir. Baxış keçirilən yaddaş qurğusu kvadrat formalıdır. Ön hissəsində “EURONET HD+” “Rec”, “Alarm”, “Power”, “Menu”, “ESC” və “OK” söz və hərfləri yazılmışdır. Yaddaş Qurğusunun arxa hissənin sağ tərəfində qara rəngli şunur və həmin şnurun baş tərəfində qurğunu elektrik cərəyanına birləşdirmək üçün başlıq vardır. Bundan sonra yaddaş quğusu “LG” markalı monitora birləşdirildi və qurğunun yaddaşında olan məlumatlara baxış keçirilməyə başlandı. Yaddaş qurğusunun menyusundan istintaq üçün maraq doğura biləcək məlumatların xx.xx.2025-ci il tarixi əhəmiyyət kəsb etdiyi üçün həmin tarixdə olan məlumatlara baxışa başlanıldı. Videogörüntünün 11 dəqiqə 02 saniyədir. Baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Musatafa oğlu 19aprel 2025-ci il tarixdə, saat 22:02 dəqiqədə idarə etdiyi Lexus markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı Ağstafa şəhəri, 27-ci məhəllədə yerləşən evinin qabağına gələrək avtomobilini saxlıyır. Bundan sonra o, avtomobilindən düşməmiş qabaq sağ oturacaqda olan Zərərçəkmiş şəxs qucağına alaraq avtomobildən düşür və yaşadığı evin daravazasından evin həyətinə, oradan da yaşayış binasına daxil olur. Həmin vaxtdan 10 dəqiqə sonra, yəni saat 22:12 dəqiqədə 3 nəfər şəxs “Mercedes E Class” markalı avtomobillə Təqsirləndirilən şəxs evinin qarşısına gələrək avtomobildən düşürlər və sonuncunun daravazasına yaxınlaşırlar. Baxış zamanı iştirak edən Şahid1 bildirdi ki, Mersedes markalı avtomobil onun özünə məxsusdur, avtomobilin sükanı arxasından düşən şəxs onun üzüdür, digər iki nəfər şəxslər isə onun tanışları Şahid2 və Şahid3dur. Bundan sonra Şahid1la Şahid2 daravazadan içəri daxil olurlar, Şahid3 isə çöldə qalır. Bu zaman OPEL markah taksi avtomobili ilə bir nəfər də Təqsirləndirilən şəxs evinin qarşısına gfəlir və sonra onu gətirən taksi çıxıb gedir. Baxış zamanı iştirak edən Şahid1 bildirdi ki, taksi avtomobili ilə onların yanma gələn şəxs onun tanışı Paşa adlı şəxsdir. Bundan sonra Şahid1la Şahid2 daravazadan çölə çıxırlar. Saat 22:13 dəqiqədə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qucağında olmaqla yaşayış binasından çölə çıxardaraq.evin daravazsına doğru gedir. Lakin həmin vaxt Təqsirləndirilən şəxs həyətində olan qara rəngli it Zərərçəkmiş şəxs doğru atlanar. Bunu görən Təqsirləndirilən şəxs itin Zərərçəkmiş şəxs tuta bilməməsi üçün sonuncunu çiyninin üstünə qaldırıraraq evin daravazasına doğru hərəkətinə davam edir, it isə Zərərçəkmiş şəxs tutmaq üçün səylərini dayandırmır. Təqsirləndirilən şəxs bir neçə addım getdikdən sonra Zərərçəkmiş şəxs əlindən yerə salır və sonra dərhal yenidən qucağına alaraq daravazadan çölə çıxardır. Həmin vaxt evinin həyətindən çölə çıxan it Şahid3 üstünə cumur və bununla bağlı Şahid1, Şahid2 və Paşa adlı şəxs qaçırlar. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Şahid2 verir, sonuncu da Zərərçəkmiş şəxs götürüb uzaqlaşır. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qucağında evindən çölə çıxardan zaman sonuncunun əynmində olan şalvar topuğuna qədər aşağıya çəkilmiş vəziyyətdədir. Daha sonra hadisə yerinə gələn bir neçə şəxs Təqsirləndirilən şəxs üzərinə doğru qaçıb onu döyməyə başlayırlar. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-lifli ekspertizası təyin edilərək Azərbaycan Respublikaı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsi tərəfindən xx.xx.2025-ci il tarixli, 16/613 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızma məxsus gödəkcənin və şalvarın üzərindən tapılmış qara rəngli kimyəvi poliamid liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus köynəyin təkib liflərinə uyğun gəlirlər. Zərərçəkmiş şəxs qılzma məxsus 01 cüt ayaqqabı və 01 ədəd pulover üzərində Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində Məhkəmə Psixatrik Ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 X18 Regional şöbəsi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli, 432 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarında olması eləcə də, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarında olması qeyd edilib. Eləcə də, Təqsirləndirilən şəxs psixi inkişafında gerilik əlamətlərinin müşahidə edilmədiyi, cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onları idarə etmək iqtidarında olmuşdur. Buna görə o, ittiham olunduğu əmələ görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur və anlaqlığı istisna etməyən psixi pozuntu müşahidə edilmir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “Ağstafa rayon Mərkəzi Xəstəxanası” X14 sorğu əsasında alınmış xx.xx.2025-ci il tarixli, 18-1-24/2-489/2025 saylı cavabdan görünür ki,Omarov X5 RMX PHŞ-də heç bir xəstəliklə dispanser qeydiyyatda yoxdur. E-sosial.az saytında, zəfər altsistemində “Müharibə əlili” statusundadır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “Ağstafa rayon Mərkəzi Xəstəxanası” X14 sorğu əsasında alınmış xx.xx.2025-ci il tarixli, 18-1-24/2-405/2025 saylı cavabdan görünür ki,Omarov X5 RMX PHŞ Poliklinika şöbəsinin narkoloji və psixatr kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs əynində olmuş, bir ədəd qara rəngli şalvar, bir ədəd qara rəngli qolugödək köynək, bir ədəd boyun hissəsi tüklü dəri gödəkcə, o cümlədən həmin tarixdə idarə etdiyi “Lexus” markalı, 10- DJ-058 dövlət qeydiyyat nişanlı avtomobil, onun yaşadsığı evdə axtarış aparılan zaman götürülmüş evin təhlükəsizlik kameralarının yaddaş qurğusu, həmin qurğuya baxış zamanı hadisəni özündə əks etdirən videogörüntünün köçürüldüyü bir ədəd CD disk, o cümlədən xx.xx.2025-ci il tarixdə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olmuş, bir ədəd açıq göy rəngli cins şalvar, bir ədəd çəhrayı rəngli qolu uzun köynək, bir ədəd tünd çəhrayı rəngli qolugödək gödəkcə və bir cüt 22 ölçülü idman ayaqqabısı cinayətin izlərini və əlamətləri özlərində əks etdirdikləri üçün maddi sübut kimi tanınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Birinci Qarabağ Müharibəsinin iştirakçısı olması və 61-80 % əlilliyi müəyyən edilmiş şəxs olması cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinin tələbinə əsasən əməlini ağırlaşdıran hal müəyyən edilməmişdir. Toplanmış sübutları qarşılıqlı şəkildə tədqiq edən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs 3 yaşında olan uşağı oğurlayaraq öz evinə aparması, bu barədə heç kəsə məlumat verməməsi, yalnız rayon sakinləri onun evinə gəldikdən sonra uşağı təhvil verməsi onun əməlinin Cinayət Məcəlləsinin 144-cü maddə ilə tövsif edilməsi üçün əsasdır. Təqsirləndirilən şəxs hər nə qədər uşağı özünün təhvil verməsini bildirsə də, onun əməlindən rayon sakinlərinin duyuq düşməsi, daha sonra ona zəng edərək birbaşa olaraq onun evinə gəlmələri, həyətə daxil olmaları nəticəsində o Melisanı qaytarmışdır. Məcəllənin 144-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin 144.1 və 144.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına çatmayan şəxs barəsində törədilməsi, məhz Təqsirləndirilən şəxs da bunu üç yaşına çatmayan şəxsə qarşı törətməsi sözügedən maddə üzrə ittiham hökmünün çıxarılması üçün əsasdır. Belə olan halda isə əlavə olaraq Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsinə istinad etməyə zərurət yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaçəkmə müddətinin əvvəli 20 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs hal-hazıradək həbsdə saxlanılır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxlərin hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi üçün 220 (iki yüz iyirmi) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar X1 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs əynində olmuş, bir ədəd qara rəngli şalvar, bir ədəd qara rəngli qolu gödək köynək, bir ədəd boyun hissəsi tüklü dəri gödəkcə, onun yaşadığı evdə axtarış aparılan zaman götürülmüş evin təhlükəsizlik kameralarının yaddaş qurğusu, həmin qurğuya baxış zamanı hadisəni özündə əks etdirən videogörüntünün köçürüldüyü bir ədəd CD disk sahibinə qaytarılmalı, qəbul etmədikdə məhv edilməlidir. O cümlədən həmin tarixdə idarə etdiyi “Lexus” markalı, 10- DJ-058 dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibinə qaytarılmalıdır. xx.xx.2025-ci il tarixdə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olmuş, bir ədəd açıq göy rəngli cins şalvar, bir ədəd çəhrayı rəngli qolu uzun köynək, bir ədəd tünd çəhrayı rəngli qolugödək gödəkcə və bir cüt 22 ölçülü idman ayaqqabısı sahibinə qaytarılmalı, qəbul etmədikdə məhv edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 12 (on iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 220 (iki yüz iyirmi) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Təqsirləndirilən şəxs əynində olmuş, bir ədəd qara rəngli şalvar, bir ədəd qara rəngli qolu gödək köynək, bir ədəd boyun hissəsi tüklü dəri gödəkcə, onun yaşadığı evdə axtarış aparılan zaman götürülmüş evin təhlükəsizlik kameralarının yaddaş qurğusu, həmin qurğuya baxış zamanı hadisəni özündə əks etdirən videogörüntünün köçürüldüyü bir ədəd CD disk sahibinə qaytarılsın, qəbul etmədikdə məhv edilsin. O cümlədən həmin tarixdə idarə etdiyi “Lexus” markalı, 10- DJ-058 dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibinə qaytarılsın. xx.xx.2025-ci il tarixdə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olmuş, bir ədəd açıq göy rəngli cins şalvar, bir ədəd çəhrayı rəngli qolu uzun köynək, bir ədəd tünd çəhrayı rəngli qolugödək gödəkcə və bir cüt 22 ölçülü idman ayaqqabısı sahibinə qaytarılsın, qəbul etmədikdə məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-484/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-484/2025
25.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver