Məhkəmə qərarları › İş №1(100)-485/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-485/2022

07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-485/2022 07.12.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Əliyev Nural Turab oğlu və X3 ibarət tərkibdə, X10 və X4 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X5, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X6 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1984-cü ildə Tərtər rayonu, Sarıcalı kəndində anadan olmuş, evli, ali təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmayan, Tərtər rayonu, Sarıcalı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs sürücülük hüququ olmadan yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq ehtiyyatasızlıqdan şəxsin ölümünə səbəb olma cinayət əməlini törətmişdir. Belə ki, o, 18 iyul 2022-ci il tarixdə, saat 18 radələrində Tərtər rayonu, Zolgörən kəndi ərazisindən keçən asfalt yolda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozmaqla sürücülük hüququ olmadan idarə etdiyi mülkiyyət hüququ üzrə nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə üzrə özünə məxsus “VAZ 21061” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq asfalt yolun sağ tərəf hərəkət zolağı ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda lazımi ehtiyyatlılıq və diqqətlilik göstərməyərək idarə etməni itirib yoldan çıxaraq yolun sol kənarında yerləşən ağacla toqquşmuş və ehtiyyatsızlıqdan həmin vaxt avtomobildə ön sərnişin oturacağında əyləşmiş qohumu X7 başının ənsə nahiyəsinin əzilmiş yarası, ənsə sümüyünün sınığı, kəllə əsası sümüyünün sınığı, baş beyin qişalarına, qişalar altına, baş beyin toxumasına və mədəciklərinə qansızma, sağ göz almasına qansızma, sağ gözyuvasıətrafı nahiyənin qançırı, sol baldır sümüklərinin qəlpəli sınığı, qarın, sağ qabırğaaltı, sağ almacıq, burun, sol çiyin, sağ, sol kürək, sol bel, sol sağrı, sol diz, sol baldır, sol topuq, sağ diz, sağ bazu, sağ əl nahiyələrinin sıyrıqları xəsarətləri ilə müşayiət edilən və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına və sonuncunun aldığı başın ağır küt travması ilə əlaqədar kəllə əsası sümüyünün sınığı ilə baş beyin qişalarına, qişalar altına, baş beyin toxumasına və mədəciklərinə qansızma xəsarətləri səbəbindən hadisə yerində ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 263-1.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 18 iyul 2022-ci il tarixdə o, mərhum Hafiz İmanovla birlikdə günorta yeməyi yedikdən sonra saat 17:30 radələrində Hafizlə birlikdə Hafizin kirvəsi Ramilgilə çay içməyə getmişdir. Daha sonra Hafiz yenidən kafeyə gedib pivə içməyi təklif etmiş, o, əvvəlcə etiraz etsə də Hafizin israr etdiyini görüb razılaşmışdır. Bundan sonra onlar birlikdə ona məxsus «VAZ-21061» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib kafeyə gedən zaman saat təxminən 18 radələrində Tərtər rayonu, Zolgörən kəndi ərazisindən keçən asfalt yolun sağ tərəf hərəkət zolağı ilə hərəkətdə olmuş və yolun nisbətən döngəli hissəsində o, xatırlamadığı şəraitdə idarəetməni itirdiyindən avtomobil yoldan çıxaraq bir qədər qarşıda yolun sol tərəfində yerləşən ağaca çırpılmışdır. Həmin vaxt o, huşunu itirdiyi üçün nə baş verdiyini görə bilməmişdir. O, özünə gəldikdə xəstəxanada olduğunu görmüş, Hafizin isə öldüyünü eşitmişdir. O, hadisə zamanı avtomobili hansı sürətlə idarə etməyini xatırlamamışdır. İdarə etdiyi avtomobil qəzadan öncə texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisə zamanı avtomobildə Hafiz İmanovdan başqa sərnşin olmamış, Hafiz isə avtomobilin ön sərnişin oturacağında əyləşmişdir. Hadisə nəticəsində o, sifət, baş, qabırğa, kürək və sol qol nahiyyələrindən xəsarətlər almışdır. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi həm bacısının əri olduğundan, həm də onunla barışdığından məhkmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Onun Təqsirləndirilən şəxsla ədavəti və ya düşmənçiliyi olmamışdır. 18 iyul 2022-ci il tarixdə qardaşı Təqsirləndirilən şəxs onun yaşadığı evə qonaq gəlmişdir. Lakin Təqsirləndirilən şəxsla mərhum həyat yoldaşı Hafiz İmanov birlikdə yaşadıqları kəndin ərazisində oturub kafedə yeyib-içmişlər. Həmin gün saat təxminən 16 radələrində Təqsirləndirilən şəxsla Hafiz İmanovonun yaşadığı evə gəlmişlər. X16 bir qədər evdə olduqdan sonra yenidən birlikdə Nicatın idarə etdiyi «VAZ-21061» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə harasa getmişlər. Nicatla Hafiz getdikdən bir qədər sonra Tərtər rayonu, Zolgörən kəndi ərazisindən keçən asfalt yolda Nicat idarə etdiyi həmin avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirib asfalt yolun sol tərəfində yerləşən ağaca çırpılaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı qardaşı Təqsirləndirilən şəxs müxtəlif dərəcəli bədən xəsarətləri almış, həyat yoldaşı X11 hadisə yerində ölmüşdür. Hazırda təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 18 radələrində Tərtər rayonu, Zolgərən kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məsul növbətçidən məlumat alıb hadisə yerinə getmişdir. Hadisə Tərtər rayonu, Zolgörən kəndi ərazisindən keçəsn asfalt yolda baş vermişdir. Belə ki, Təqsirləndirilən şəxs sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-21061” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə asfalt yolun sağ tərəf hərəkət zolağı ilə hərəkətdə olan zaman yolun nisbətən döngəli hissəsində idarəetməni itirib asfalt yolun sol tərəfində yerləşən ağaca çırpılaraq yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə avtomobildə olan sərnişin Tərtər rayonu, Sarıcalı kəndində yaşayan X11 aldığı xəsarətlərdən hadisə yerində ölmüş və təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılmışdır. Sürücü Təqsirləndirilən şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. O, isə hadisə yerində olduğu zaman müstəntiq hadisə yerini onun və hal şahidlərinin iştirakı ilə müayinə etmişdir. Müayinə zamanı yolun ümumi eni 6 metr, sol tərəf yol çiyni 3,5 metr, sağ tərəfdə isə 2,5 metr müəyyən edilmişdir. Hadisə yerində avtomobilin tormoz izi müəyyən edilməmişdir. Avtomobilin yoldan çıxdığı sol tərəf hissədə yol çiynində qoşa ümumi uzunluğu 53,5 metr olan təkər izi aşkar edilmişdir. Hərəkət hissəsinin kənarından avtomobilin ağaca çırpılaraq aşdığı yer arasındakı məsafə 7,3 metr müəyyən edilmişdir. Avtomobili yolun sol tərəfindəki qaz kəmərinə və ağaclara sürtülərək sonda ağaca çırpılıb aşmışdır. Hadisə yeri müayinə olunduqdan sonra müstəntiq tərəfindən protokol tərtib edilmiş protokol ucadan oxunduqdan sonra o, hal şahidləri ilə birlikdə imza etmişdir. Həmçinin Şahid1 ifadəsində bildirmişdir ki, hadisənin baş verdiyi yerdən belə qənaətə gəlmək olar ki, sürücü sürət həddini düzgün seçməyib və avtomobili yola uyğun sürətdən artıq sürətlə idarə edib və yolun döngəli hissəsində idarəetməni itirib və nəticədə avtomobili saxlaya bilmədiyi üçün yol nəqliyyat hadisəsi baş vermişdir. Həmçinin sürücü Təqsirləndirilən şəxs avtomobili idarə etməmişdən əvvəl spirtli içki də qəbul etmiş, lakin onun sərxoşluq müayinəsi zamanı ayıq olması müəyyən edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 25 oktyabr 2022-ci il tarixli “təqsirləndirlən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “ polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş18 iyul 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə yeri Tərtər rayonu, Zolgörən kəndi ərazisindən keçən asfaltbeton örtüklü yoldur. Hər tərəfi əkin sahələri ilə əhatə olunmuşdur. Yolun səthi düzdür, qurudur, bişmiş asfalt təbəqə ilə örtülüdür. Hadisə baş verən yerdə yolun ümumi eni, 06 metr, hərəkət hissəsinin eni 03 metrdir. Yolun hərəkət hissəsi nisbətən döngəlidir. Hadisə yerində tormoz izi müəyyən edilməmişdir. Lakin avtomobilin idarəetməni itirib yoldan çıxdığı yerdən ağaca çırpıldığı yerə qədər yol çiynindəki çınqıllıqda 53,5 metr qoşa təkər izi vardır. Həmin məsafədə yolun sol tərəfindəki ağaclarda və qaz kəmərində avtomobilin bir neçə yerdə sürtünmə izləri vardır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 18 iyul 2022-ci il tarixli, “meyitə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, X8 meyitinin xarici müayinəsi zamanı onun bədəni üzərində- ənsə nahiyəsində 6,0 x 0,5 sm ölçüdə, zolaq formada, kənarları nahamar, qansızmalı, qurtaracaqları küt yara vardır. Həmçinin sağ gözətrafı nahiyə göyümtül bənövşəyi rəngdə qançırlıdır. Sağ almacıq nahiyəsində 1,9 x 1,2 sm, burun nahiyəsinin sağ yarısında 1,5 x 0,3 sm ölçüdə, sol gözyuvasıaltı nahiyədə 6,5 x 1,7 sm, sağ qabırğaaltı nahiyədə 6,5 x 3,5 sm, sol çiyin nahiyəsində 30,0 x 5,5 sm, sağ kürək nahiyəsində 24,5 x 13,7 sm, sol kürək nahiyəsində 20,0 x 9,5 sm, sol bel nahiyəsində 18,5 x 6,5 sm, sol sağrı nahiyəsində 3,0 x 0,5 sm, sol diz nahiyəsinin ön səthində 3,2 x 2,9 sm, sol baldır nahiyəsinin yuxarı 1/3-nin ön səthində 3,0 x 2,7 sm, sol topuq nahiyəsində 7,6 x 5,0 sm, sağ diz nahiyəsinin ön səthində 3,0 x 1,9 sm, sağ bazu nahiyəsinin yuxarı 1/3-nin arxa səthində 13,0 x 2,6 sm, sağəl nahiyəsinin arxa səthində 8,5 x 4,5 sm, sağ əlin İ və İİ barmaqlarında 1,5 x 1,3 sm, 1,4 x 1,2 sm ölçülərdə, zolaq və qeyri müəyyən formalarda, ətraf dəri səviyyəsindən aşağı, qırmızımtıl rəngli sıyrıqlar vardır. Sıyrıqların üzərində qurumuş qan elementləri vardır. Sol baldır nahiyəsi orta 1/3dən qapalı qəlpəli şəkildə sınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş «MTE və PA» Bərdə rayonlararası zona mərkəzinin məhkəmə-tibbi ekspertizasının 18 iyul 2022-ci il tarixli, 15 nömrəli rəyindən görünür ki, X2 meyitinin bədənində aşağıdakı xəsarətlər-başın ənsə nahiyəsinin əzilmiş yarası, ənsə sümüyünün sınığı, kəllə əsası sümüyünün sınığı, baş beyin qişalarına, qişalar altına, baş beyin toxumasına və mədəciklərinə qansızma, sağ göz almasına qansızma, sağ gözyuvasıətrafı nahiyənin qançırı, sol baldır sümüklərinin qəlpəli sınığı, qarın, sağ qabırğaaltı, sağ almacıq, burun, sol çiyin, sağ, sol kürək, sol bel, sol sağrı, sol diz, sol baldır, sol topuq, sağ diz, sağ bazu, sağ əl nahiyələrinin sıyrıqları vardır. 2. Həmin xəsarətlər həyatidirlər, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol nəqliyyat hadisəsi nəticəsində törənə bilər, müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. 3. X2 ölümünə səbəb başın ağır küt travması ilə əlaqədar kəllə əsası sümüyünün sınığı ilə baş beyin qişalarına, qişalar altına, baş beyin toxumasına və mədəciklərinə qansızma olmuşdur. 4. X2 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun meyitinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 2-4 saat olar baş vermişdir. 5. X2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı 0,9 %-dir. Bu da canlı şəxslərlə yüngül dərəcəli sərxoşluq hesab olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədiyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 sentyabr 2022-ci il tarixli 8/2419 nömrəli məhkəmə-yol nəqliyyat ekspertizasının rəyindən görünür ki, «VAZ- 21061» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36cı maddəsinin 1-ci hissəsinin, 3-cübəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserinin 26 oktyabr 2022-ci il tarixli, 659 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk edərək onları idarə etmək imkanına malikdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizanın xx.xx.2022-ci il tarixli 1607 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs sürücülük hüququ olmadan idarə etdiyi mülkiyyət hüququ üzrə özünə məxsus «VAZ- 21061» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut qismində tanınmışdır və Tərtər RPŞ-nin DYPB-nin müvəqqəti duracağında saxlanılır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Yevlax RQİ və TBŞ-nin 13 avqust 2022-ci il tarixli, məktubundan görünür ki, Təqsirləndirilən şəxs DİNin mərkəzi informasiya sistemində olan məlumata əsasən ona sürücülük vəsiqəsi verilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş ərizədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Onun təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahidl ifadələri, ekspert rəyi, iş üzrə tərtib olunmuş istintaq hərəkəti protokolları, eləcə də işin biri-digərini tamamlayan halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 263-1.3-cü maddəsi ilə tövsif edilməli və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar olmadığından o, təqsirləndirildiyi maddənin sanksiyası həddində cinayət cəzası daşımalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə kollegiyası bu mənada «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003cüiltarixli 04 saylı qərarının 1-ci bəndinin izahını da nəzərə alır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etsinlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını 59.1.12-ci maddəsinə əsasən və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödəməsini 59.1.13-cü maddəsinə əsasən, ali hüquq təhsilli olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan qaydada cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını Azərbaycan Respublikasının CM-nin 59.1.12-ci maddəsinə əsasən və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödəməsini Azərbaycan Respublikasının CM-nin 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və ona cəza təyin edərkən CM nin 60-cı maddəsini onun barəsində tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrində göstərilən yüngülləşdirən hallar olduğundan və cəzanı ağırlaşdıran hallar olmadığından, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzasının yuxarı həddinin, yəni 08 (səkkiz) ilin dörddə üçündən 06 (altı) ildən artıq ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə nəqliyyat vasitələrini idarə etmək hüqüqundan məhrum edilməklə ona azadlıqdan mərhumetmə cəzası təyin etməklə cəzanın məqsədinə nail olmağı mümkün sayır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəndə çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının başlanğıcı hökm icraya yönəldiyi vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmaldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs əlavə cəza kimi nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli və bu cəzanın icrası əsas cəzanı çəkib qurtardığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut olanTərtər RPŞ-nin DYPB-nin «VAZ-21061» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil avtomobil qanuni sahibinə qaytarılmaldır. İş üzrə mülki iddia və CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CinayətMəcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs əsas cəza kimi təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı hökm icraya yönəldiyi vaxtdan, yəni onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının CM-nin 45.2-ci maddəsinə əsasən ona əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş 04 (dörd) il müddətə şamil edilsin. Hökmün icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasının başlanğıcı hökm icraya yönəldiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan İş üzrə maddi sübut olanTərtər RPŞ-nin DYPB-nin «VAZ- 21061» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibinə qaytarılsın. İş üzrə mülki iddia və CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxsdan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar