Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-487/2025 21.08.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlu (sədrlik edən), hakimlər Müslümov Bəhruz Firizman oğlu və X2 ibarət tərkibdə, Bayramova Aysel Hafiz qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında hazırlıq iclasında baxaraq məhkəmə, müəyyənetdi: İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs 2025-ci ilin aprel ayının sonlarında istintaqla müəyyən edilə bilinməyən gün və vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusi ilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunda göstərilən külli miqdar olub ümumi təmiz çəkisi 1.047,55 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan qurudulmuş marixuananı əldə edib, 6,42 qram olan hissəsini yaşadığı Ağdam rayon Rzalar kəndində yerləşən fərdi yaşayış evinin həyətyani sahəsində olan yardımçı tikilidə istintaqla dəqiq müəyyən edilməyən gün və vaxtadək, yəni qardaşı Şahid5 qanunsuz verənədək, 1,041,13 qramını isə yaşadığı Ağdam rayonu Rzalar kəndində yerləşən fərdi yaşayış evinin həyətyani sahəsində olan yardımçı tikilidə taxta materialla şkafın üst hissəsində olan karton qutunun içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 25,14 qram, 21,36 qram, 19,01 qram, 35,62 qram yəni 04 (dörd) ədəd sellofan bükümlərdə, təmiz çəkiləri 405 qram və 535 qram olan 02 (iki) ədəd plastik bankada 30 aprel 2025-ci il saat 09:49-dək, yəni Ağdam rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı aşkar olunub götürülənədək qəsdən satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib daşımaqla saxlamışdır. Məhkəmə tərəfindən cinayət işinin materialları öyrənilərkən iş üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, CPM-in 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair həmin məcəllənin 285.1-ci maddəsinin tələblərinin pozulması halları müəyyən edilmişdir. Belə ki, cinayət işinin materiallarında olan “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” 08 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və müdafiəçisi X3 həmin tarixdə cinayət işinin materialları ilə, eyni zamanda maddi sübutlarla tanış olmuşlar, lakin maddi sübut kimi tanınaraq Ağdam RPŞ-nin saxlanc yerinə təhvil verilmiş ayrı-ayrı təmiz çəkiləri 21,36 qram, 19,01 qram, 35,62 qram və 25,14 qram olan 04 ədəd sellofan bükümlərdə, təmiz çəkiləri 405 qram və 535 qram olan 02 ədəd plastik bankada ümumi təmiz çəkisi 1040.65 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın çəkiləri protokolda qeyd edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 285.1-ci maddəsinə əsasən Müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Cinayət işi bir neçə cilddən ibarət olduqda onun bütün cildləri eyni vaxtda təqdim edilir. Həmin Məcəllənin 286.3-cü maddəsinə əsasən cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda tanış olmaq üçün təqdim edilmiş cinayət işinin cildlərinin və hər bir cilddə vərəqlərin sayı, habelə təqdim edilmiş maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr göstərilir. Yuxarıda qeyd edilənlərdən görünür ki, istinad edilən pozuntularla təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuşdur. Cinayət işinin ibtidai istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması Azərbaycan Respublikası CPM-in 303.3.1-ci maddəsinə, məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair həmin məcəllənin 285.1-ci maddəsinin tələblərinin pozulması CPM-in 303.3.8-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi üçün əsasdır. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. İş materiallarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 30 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Ağdam rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətə “həbs” qətimkan tədbiri seçilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299- 301, 303 və 306.2-ci maddələrini rəhbər tutub məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı qərarın təsviri hissəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməsin. Qərarın surəti təqsirləndirilən şəxsə, müdafiəçiyə və dövlət ittihamçısına göndərilsin.
Məhkəmə qərarları › İş №1(100)-487/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-487/2025
21.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver