Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-488/2022 29.12.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1970-ci ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama, daşıma və qanunsuz olaraq narkotik vasitəni satma cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayının ortalarında istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən satış məqsədilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda 51,28 qram çəkidə heroini, 15,195 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı və 0,320 qram çəkidə psixotrop maddə olan metamfetamini üzərində saxlayaraq yaşadığı evə daşımış, əldə etdiyi külli miqdarda heroinin bir hissəsini gümüşü rəngli kağız bükümlərdə iki hissəyə bölərək hər birinin çəkisi 0,554 qram və 0,659 qram olmaqla, ümumilikdə 1,213 qram çəkidə narkotik vasitə olan heroini gəlir əldə etmək məqsədilə 13 aprel 2022-ci il tarixdə saat 17 radələrində Şəmkir şəhəri, 28 May küçəsində yerləşən evində tanışı X4 53 (əlli üç) manat məbləğində pulun qarşılığında satmış, həmin tarixdə saat 18 radələrində Allahyar Məmmədovun narkotik vasitəni verdiyi X18 rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayonunda saxlanılaraq Şəmkir rayon polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılarkən üzərindən 0,554 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, davam etdirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində həmin tarixdə saat 18 radələrində narkotik vasitələrin saxlanılmasında şübhəli bilindiyindən X12 rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Şəmkir rayonunda saxlanılaraq Şəmkir rayon polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılarkən üzərindən 0,659 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, davam etdirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində həmin tarixdə saat 21 radələrində narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilindiyindən Təqsirləndirilən şəxs Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayonunda saxlanılaraq Şəmkir rayon polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən şəffaf polietilen torbacıqda "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı 1 siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” 1 siyahısının 1-ci bəndi ilə müəyyən edilən kustar üsulla hazırlanmış, Allahyar Məmmədova satdığı, eləcə də sonuncunun tanışı X9 vermiş olduğu və hər iki şəxsin üzərindən aşkar edilərək götürülmüş heroin ilə xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olan, külli miqdarda təmiz çəkisi 6,062 qram heroin və şalvarının sol yan cibindən 1 (bir) şəffaf sellofan torbacığa qoyulmuş, 1 (bir) manat pul əskinazına bükülmüş yarı bölünmüş kibrit qutusunda təmiz çəkisi 1,945 qram tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı Şəmkir şəhəri, 28 May küçəsində olan evinin həyətyanı sahəsində yerləşən yardımçı tikiliyə-tövləyə baxış keçirilərkən oradan, sonuncunun üzərindən aşkar edilərək götürülmüş heroin ilə xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olan 1 (bır) ədəd şəffaf polietilen torbacıqda “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı | siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” 1 siyahısının 1-ci bəndi ilə müəyyən edilən kustar üsulla hazırlanmış külli miqdarda təmiz çəkisi 44,005 qram olan heroin, həmçinin 1 (bir) ədəd yarı bölünmüş kibrit qutusunda, 3 (üç) ədəd bütöv kibrit qutularında, 1 (bir) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,76 qram, 4,22 qram, 2,30 qram, 3,91 qram, 1,06 qram, ümumi təmiz çəkisi 13,25 qram bitki mənşəli tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, həmçinin 1 (bir) ədəd şəffaf polietilen torbacıqda kustar üsulla hazırlanmış təmiz çəkisi 0,320 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 4-5 ildir ki, narkotik vasitənin müxtəlif növlərindən istifadə edir, adətən narkotik vasitə marixuanadan istifadə etmişdir. Təxminən 3-4 ay olardı ki, heroin istifadə edirdi. O, əvvəllər dəfələrlə müxtəlif tarixlərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə məhkum olunmuşdur. Şəmkir şəhər sakini X10 tanımır, onun Şamxal ilə hər hansı münasibəti, ədavəti və ya düşmənçiliyi yoxdur. O, X5 təxminən 2011-ci il tarixdə həbsxanada bir yerdə cəza çəkən vaxtdan tanıyır. Allahyar 2022-ci ilin fevral ayında onun yaşadığı ünvan 2 ünvanında yerləşən ayaqqabı təmiri sexinə gəlmişdir. Allahyar onunla danışan zaman ona narkotik vasitə olan heroin satdığını eşitdiyini demiş və narkotik vasitə olan heroin tapmaqda kömək etməyini istəmişdir. O, Allahyar ilə razılaşmamış və daha sonra Allahyar ona məxsus ***-***-**-** saylı mobil nömrəsini götürmüşdür. Allahyar onunla əlaqə saxlayacağını demiş və bundan sonra Allahyar təxminən 10-15 gün dayanmadan ona zənglər edərək heroin tapmaqda kömək etməyini xahiş etmişdir. O, Allahyarın əl çəkmədiyini gördüyü üçün kömək edəcəyini demişdir. Bundan sonra müxtəlif vaxtlarda təxminən iki-üç ay ərzində Allahyar ondan üçdörd dəfə heroin götürmüşdür. Onlar həmçinin birlikdə də narkotik vasitə istifadə etmişlər. O, əvvəllər Allahyara heroin versə də, əvəzində pul götürməmişdir. Allahyara hər dəfə bir büküm, ən çox halda isə iki büküm, yəni bir qram heroin vermişdir. 13 aprel 2022-ci il tarixdə Allahyar ona zəng edib əlaqə saxlayıb ağrıları olduğunu demişdir. Allahyar ondan heroin təşkil etməyini istəmişdir. O, Allahyara əvvəlcə heroini olmadığını demişdir. Allahyar üç-dörd dəfə zəng etdikdən sonra gəlməsini demişdir. Allahyar ona iki büküm 0,5 qram heroin təşkil etməyini bildirmişdir. O, Allahyardan iki bükümü nə etdiyini soruşduqda ona bir nəfər olduğunu həmin şəxslə şərikli alıb istifadə edəcəklərini demişdir. Allahyar israrla ondan narkotik verməyini istədiyi üçün razılaşmışdır. Allahyar həmin gün saat 17 radələrində onun yaşadığı evə gəlmişdir. Allahyar ona heroin verməyini istəmişdir. Allahyar onun yanına gəldikdən sonra o, Allahyara 1 (bir) qram olmaqla iki büküm heroin vermişdir. O, Allahyara verdiyi həmin heroinə görə Allahyar 53 (əlli üç) manat pulu onun qabağına atıb getmişdir. Allahyar getdikdən təxminən bir-iki saat sonra tanışı Ayaz onun yaşadığı evə gələrək həyətdə inqubatorda olan yumurtalara baxmışdır. Təxminən dəqiq saatını bilmədiyi vaxtda axşam saatlarında polis əməkdaşları yaşadığı evə gəlmişlər. Polislər onu və həmin vaxt orada olan Ayazı polis şöbəsinə dəvət etmişlər. Polislər ona narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib onu polis şöbəsinə gətirmişlər. O, polis şöbəsinə gətirilib müdafiəçi ilə təmin edilərək hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində saxladığı hər hansı qanunsuz əşya və predmet, narkotik vasitə və ya qanunla qadağan edilmiş digər əşya varsa təqdim etməyi təklif edilmişdir. O, əynində olan qara rəngli cins şalvarın sağ yan cibimdə sellofan paketdə olan heroini və həmin şalvarın sol yan cibindən yarımçıq kibrit qutusunda olan marixuananı və bir manatlıq əskinaz pulla birlikdə torbacıqda olan marixuananı təqdim etmişdir. O, həmin narkotiki istifadə etmək üçün dolduran zaman polis əməkdaşlarının gəldiyini bildirmişdir. Həmçinin, gödəkcəsinin cibində olan mobil telefonu, pulları və alışqanları təqdim etmişdir. Həmin sellofan paketdəki heroin elektron tərəzi vasitəsilə çəkilən zaman 6,7 qram olması müəyyən edilmişdir. Həmin heroin xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra isə sol yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd yarımçıq kibrit qutusunda olan marixuana və bir manatlıq əskinaz pulla birlikdə torbacıqda olan marixuana elektron tərəzi vasitəsilə çəkilmişdir. Bir ədəd yarımçıq kibrit qutusunda olan marixuananın qutu ilə birlikdə çəkisi 3,7 qram olduğu müəyyən edilmişdir. Daha sonra 1 manatlıq əskinazla birlikdə olan marixuana üzərinə əlavə edildikdə isə ümumi çəkisi 5,2 qram olduğu müəyyən olunmuşdur. Həmin bir ədəd kibrit qutusu və bir manatlıq əskinazla birlikdə olan marixuana xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. Daha sonra ondan başqa yerdə saxladığı narkotik vasitə, psixotrop maddə, onların prekursorları və ya qanunla dövriyyəsi qadağan edilmiş başqa əşya olub-olmadığı soruşulmuşdur. O, yaşadığı evdə də narkotik vasitə saxladığını bildirmişdir. Ona yaşadığı evə baxış keçirmək zərurəti olduğu izah edildikdə razılıq verərək baxmaq mümkün olduğunu demişdir. Ondan üzərində başqa qanunsuz əşya, narkotik vasitə və ya digər qanunsuz əşya olub-olmadığı soruşulmuşdur. O, üzərində hər hansı əlavə qanunsuz əşya olmadığını bildirmişdir. Onun üzərinə polis əməkdaşı tərəfindən şəxsi axtarış aparılmışdır. Axtarış zamanı üzərində əlavə hər hansı maddə və əşya aşkar edilməmişdir. O, narkotik vasitəni Şəmkir şəhərindən tapdığını demişdir. Ona Şəmkir şəhərində yerləşən evinə baxış keçirilməsi zərurəti olduğu izah edilmişdir. O, ərizə yazaraq 28 May küçəsində yerləşən yaşadığı evə baxış keçirilməsinə razılıq vermişdir. Onun Şəmkir şəhəri, 28 may küçəsində yerləşən evinə gedilərək baxış keçirilmiş və baxış zamanı ona təkrar hüquq və vəzifələri izah edilmişdir. Evinə baxış keçirilən zaman hər hansı narkotik vasitə və digər qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməyi təklif edilmişdir. O, yaşadığı evin həyətyanı sahəsində inqibator və cücə sexi olan yerdə narkotik vasitə saxladığını bildirərək təqdim edə biləcəyini demişdir. Ona saxladığı narkotik vasitəni təqdim etməyi təklif edilmişdir. O, polis əməkdaşları ilə birlikdə yaşadığı evin həyətində olan həmin yardımçı tikiliyə getmişdir. Həmin yerdə içəri daxil olduqda baş hissədə yumurta qablarının altında plastik yeşiyin içərisində saxladığı metamfetamini çıxarıb təqdim etmişdir. Həmçinin, işləyən nasaz vəziyyətdə olan soyuducunun üzərində olan sellofan paketdə kibrit qutularındakı marixuananı təqdim etmişdir. Ona elan edilmiş ittihamda həmin yerdə yumurta qablarının altında plastik yeşiyin içərisində baxış zamanı heroin aşkar edildiyi və çəkilən zaman 44,9 qram olması müəyyən edildiyi göstərilsə də, həmin heroin ona məxsus deyil. O, ibtidai istintaq zamanı həmin 44,9 qram narkotik vasitə olan heroinin ona məxsus olduğunu göstərsə də, əslində həmin narkotik vasitə olan heroin ona məxsus deyil. Bundan sonra isə ağ rəngli kağız bükülüdə olan metamfetaminə baxış keçirilmiş, həmin metamfetamin elektron tərəzi vasitəsilə çəkilən zaman 0,9 qram olması müəyyən edilmişdir. Həmin metamfetamin xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. Daha sonra sellofan paketdə olan ümumilikdə 06 ədəd kibrit qutusuna və bir ədəd kağız bükümə baxış keçirilmişdir. Həmin kibrit qutularından birinin içərisinin boş olduğu müəyyən edilmişdir. Bir ədəd kibrit qutusunun içərisinə baxan zaman çətənə toxumları olduğu müəyyən edilərək elektron tərəzi vasitəsilə çəkilən zaman 4,3 qram olduğu müəyyən olunmuşdur. Digər kibrit qutuları elektron tərəzi vasitəsilə çəkilən zaman 7,5 qram, 7,2 qram, 5,5 qram və bir ədəd yarı kəsilmiş vəziyyətdə kibrit qutusunda olan marixuana çəkilən zaman 3,5 qram olduğu müəyyən edilmişdir. Bir ədəd ağ rəngli kağız bükülüdə olan marixuana kağızla birlikdə çəkilən zaman 1,9 qram olduğu müəyyən olunmuşdur. Həmin kibrit qutuları və kağız bükülü hamısı birlikdə xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra polis əməkdaşları tərəfindən həmin sahəyə baxış keçirilmişdir. Lakin əlavə olaraq hər hansı qanunsuz əşya və predmet müəyyən edilməmişdir. Daha sonra ondan aşkar edilmiş həmin narkotik vasitələri hansı məqsədlə əldə edib saxladığı soruşulmuşdur. O, həmin narkotik vasitələri və psixotrop maddələri özü istifadə etmək məqsədilə əldə etdiyini bildirmişdir. Baxış başa çatdıqdan sonra müvafiq protokol tərtib edilmişdir. O, həmin narkotik vasitələri Şəmkir şəhərində iş yerinin yaxınlığında boş sahədən tapmışdır. Çətənə toxumlarını da digər narkotiklərlə birlikdə tapmışdır. Onun həmin toxumlarla bağlı hər hansı məqsədi olmamışdır. O, Şəmkir Rayon Polis Şöbəsinə gətirilən zaman ona hər zor tətbiq edilməmişdir. Ondan aşkar edilmiş natkotik vasitələri istifadə etmək məqsədilə özündə saxlamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu izahatı və ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi izahatında, daha sonra isə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq, Allahyar 2022-ci ilin fevral ayının əvvəllərində onunla əlaqə saxlayan zaman heroin olduğunu və bir bükümünü, yəni 0,5 qramını 30 manata satdığını, bundan sonra müxtəlif vaxtlarda təxminən iki-üç ay ərzində Allahyar ondan üç-dörd dəfə heroin aldığını, Allahyarın ondan hər dəfə bir büküm, ən çox halda isə iki büküm, yəni bir qram heroin satın aldığını bildirmişdir. Həmçinin göstərmişdir ki, 13 aprel 2022-ci il tarixdə Allahyar ona zəng edib əlaqə saxlayıb ağrıları olduğunu demişdir. Allahyar ondan heroin təşkil etməyini istəmişdir... Allahyar üç-dörd dəfə zəng etdikdən sonra gəlməsini demişdir. Allahyar ona iki büküm 0,5 qram heroin təşkil etməyini bildirmişdir. O, Allahyardan iki bükümü nə etdiyini soruşduqda ona bir nəfər olduğunu, həmin şəxslə şərikli alıb istifadə edəcəklərini demişdir. Allahyar israrla ondan narkotik verməyini istədiyi üçün razılaşmışdır. Allahyar həmin gün saat 17 radələrində onun yaşadığı evə gəlmişdir. Allahyar ona “kokos”, yəni heroin verməyini istəmişdir. O, Allahyarla əvvəlcədən telefonda danışan zaman iki büküm, ümumilikdə 1 qram heroini 60 manata satmaq haqqında razılaşmışdır. Allahyar əvvəllər də ondan heroin almışdır. Allahyar onun yanına gəldikdən sonra ona 53 (əlli üç) manat pulu olduğunu demişdir. O, Allahyarla razılaşıb 1 (bir) qram olmaqla iki büküm heroin vermişdir. Allahverdi çıxıb getmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadəsinin digər hissəsi məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə eyni olmuşdur (iş vərəqə: cild İ, səh.117, 221-222; cild 2, səh. 46-50). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, ibtidai istintaq zamanı məhkəmə istintaqında verdiyi ifadələrindən fərqli ifadələr verməsinin səbəbini izah edə bilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Şəmkir rayon polis şöbəsinin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 13 aprel 2022-ci il tarixdə Şəmkir şəhər sakini X8 qanunsuz narkotik vasitələrin qəbulu ilə məşğul olması və qanunsuz olaraq narkotik vasitələri saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Şamxal Aslanovun ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsinə icazə verilməsi üçün tərəfindən şöbə rəisinə raportla müraciət edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədi onun rəhbərliyi ilə RPŞ-nin əməkdaşları Şahid2, Şahid3 və Şahid4 ibarət əməliyyat qrupu təşkil olunaraq əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün həmin günü əməliyyat qrupunun üzvləri ilə birlikdə məlumatının daxil olduğu Şəmkir şəhəri, Ə.Cavad küçəsinə gedilərək Şamxal Aslanov “Mersedes” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobildə onlar tərəfindən saxlanılaraq Şəmkir RPŞ-nə gətirilmişdir. Şamxal Aslanov müdafiəçi ilə təmin edildikdən sonra üzərində şəxsi axtarış aparılmışdır. Üzərindən 0,65 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Şamxal Aslanov həmin narkotik vasitəni Şəmkir şəhəri sakini Allahyar Məmmədovdan aldığını bildirdiyinə görə onlar tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində X7 yaşadığı evin qarşısında saxlanılaraq Şəmkir RPŞ-nə gətirilmişdir. Allahyar Məmmədov müdafiəçi ilə təmin edildikdən sonra üzərində şəxsi axtarış aparılmış və üzərindən 0,8 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Allahyar Məmmədov həmin narkotik vasitəni Şəmkir şəhəri sakini Elçin adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra Allahyar Məmmədovun yaşadığı evə təhqiqatçı Cavidan Həsənov tərəfindən baxış keçirilmişdir. Baxış zamanı evdə masanın üzərindən 1 ədəd istifadə olunmuş şpris, falqa kəsiyi, 1 ədəd “novokain” adlı dərman aşkar edilərək götürülmüşdür. Allahyar Məmmədov həmin narkotik vasitəni Şəmkir şəhəri sakini Elçin adlı şəxsdən aldığını bildirdiyinə görə davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında onlar tərəfindən saxlanılaraq Şəmkir RPŞnə gətirilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edildikdən sonra üzərində şəxsi axtarış aparılmış və üzərindən 1,945 qram narkotik vasitə olan qurudulmuş marixuana, 0,320 qram psixotrop maddə olan metamfetamin, 6,062 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə təhqiqatçı Cavidan Həsənov tərəfindən baxış keçirilmiş, baxış zamanı evdən 13,25 qram narkotik vasitə olan qurudulmuş marixuana, 1,46 qram narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları və 44,005 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilən narkotik vasitələri Şəmkir şəhəri ərazisindən tapdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur. X13 onun qonşusudur. 13 aprel 2022-ci il tarixdə axşam tərəfi Şamxal ondan “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanına aparmağını xahiş etdiyindən “Mersedes” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şamxalı dediyi ünvana aparmışdır. Oradan isə Şamxal ona “Zirvə” marketin yanına getməyi dediyinə görə həmin yerə getmişlər. Şəmkir şəhəri, Səməd Vurğun küçəsində hərəkətdə olanda Şamxal avtomobili saxlamağı deyib yolda olan Allahyarı götürməyi demişdir. O, Şamxal və Allahyarı idarə etdiyi avtomobillə “Zirvə” marketin yanına aparan zaman Şamxal yolu göstərib avtomobili başqa ünvana sürdürmüşdür. Allahyar avtomobildən düşüb təxminən 5 dəqiqə sonra geri qayıtmış və o, Allahyar ilə Şamxalı yaşadığı evə qaytaranda X19 küçəsində avtomobildən düşmüşdür. Şamxalı isə yaşadığı evə aparanda Əhməd Cavad küçəsində onun avtomobilini polis əməkdaşları saxladıb onları Şəmkir rayon polis şöbəsinə gətirmişlər. Onun üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış aparılmış, üzərində hər hansı bir əşya aşkar edilməmiş, bu barədə tərtib edilmiş protokolu imzalamışdır. Onun Şamxal və Allahyarın narkotik vasitə saxlamasından məlumatı olmamışdır. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Şəmkir RPŞnin TB-nin təhqiqatçısı tərəfindən X8 üzərində şəxsi axtarış aparılan zaman əynindəki cins şalvarın sağ kiçik cibindən 0,554 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD-R diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilmişdir (iş vərəqə: cild İ, səh.34-38). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Şəmkir RPŞnin TB-nin təhqiqatçısı tərəfindən X3 üzərində şəxsi axtarış aparılan zaman əynindəki cins şalvarın sağ kiçik cibindən 0,659 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD-R diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilmişdir (iş vərəqə: cild İ, səh.64-68). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı tərəfindən X3 yaşadığı Şəmkir şəhəri, A.Hüseyn küçəsi 29-da yerləşən evinə baxış keçirilən zaman qonaq otağında masanın üzərindən 1 ədəd istifadə olunmuş şpris, gümüşü rəgli falqa kəsiyi, uc hissəsi sınmış üzərində kiril əlifbası ilə “novokain” sözü yazılmış ampula və pambıq aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD-R diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilmişdir (iş vərəqə: cild İ, səh.70-74). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Şəmkir RPŞnin TB-nin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynindəki şalvarın sol yan cibindən 1,945 qram narkotik vasitə olan qurudulmuş marixuana, 0,320 qram psixotrop maddə olan metamfetamin, sağ yan cibindən isə 6,062 qram heroin aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD-R diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilmişdir (iş vərəqə: cild İ, səh.101-106). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Şəmkir şəhəri, 28 May küçəsində yerləşən evinə baxış keçirilən zaman toyuq inkubatoru olan otaqdan ayrı-ayrılıqda təmiz çəkiləri 1,76 qram, 4,22 qram, 2,30 qram, 3,91 qram, 1,06 qram, ümumi təmiz çəkisi 13,25 qram narkotik vasitə olan qurudulmuş marixuana, 1,46 qram narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları və 44,005 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD-R diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilmişdir (iş vərəqə: cild İ, səh.108-116). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə kimyəvi və bioloji ekspertizasının 14 aprel 2022-ci il tarixli, 16/435 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “X8 üzərindən aşkar edilmiş narkotik vasitə..” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd "gümüşü" rəngli kağıza bükülmüş şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,554 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş üzərində “X3 üzərindən aşkar edilmiş heroinə bənzər kütlə..” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd “gümüşü” rəngli kağıza bükülmüş şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,659 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə bənzər kütlə..” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietilen torbacıqda təmiz çəkisi 6,062 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs tövləsindən aşkar edilmiş heroinə bənzər kütlə..” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietilen torbacıqda təmiz çəkisi 44,005 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs məxsus hindən aşkar edilmiş metamfetaminə bənzər kütlə..” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietilen torbacıqda təmiz çəkisi 0,320 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş marixuanaya bənzər kütlə..” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) şəffaf sellofan torbacığa qoyulmuş, 1 (bir) manat pul əskinazına bükülmüş yarı bölünmüş kibrit qutusunda təmiz çəkisi 1,945 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs məxsus hindən aşkar edilmiş marixuanaya bənzər kütlə..” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd yarı bölünmüş kibrit qutusunda, 3 (üç) ədəd bütöv kibrit qutularında, 1 (bir) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,76 qram, 4,22 qram, 2,30 qram, 3,91 qram, 1,06 qram, ümumi təmiz çəkisi 13,25 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmin kağız paketdə, 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 1,46 qram bitki toxumları, narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları olub, tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur. Tədqiqata təqdim edilmiş, üzərində “X3 evindən aşkar edilmiş ....” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şüşə ampulanın və 1 (bir) ədəd 3 ml-lik şprisin içərisində heroinin izləri vardır, heroin iz şəkilində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq mümkün olmadı. Həmin kağız paketdə olan 1 (bir) ədəd pambıq qırığının və 2 (iki) ədəd “gümüşü” rəngli falqa kəsikləri, 1 (bir) ədəd kağız parçası üzərində narkotik vasitələrin izləri aşkar edilmədi. Tədqiqata təqdim edilmiş 4 (dörd) ədəd kağız paketlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd kağız paketlərdə olan marixuanalar tərkiblərinə görə eynidirlər (iş vərəqə: cild İ, səh.208-210). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs barəsində məhkəmə-narkoloji ekspertizasının 05 noyabr 2022-ci il tarixli, 1675 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild 2, səh.228). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, hazırki cinayət işinin materiallarından X8 və X3 barələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmışdır (iş vərəqə: cild 2, səh.240-250). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə X8 üzərindən aşkar edilmiş 0,554 qram çəkidə narkotik vasitə olan heroin, X3 üzərindən aşkar edilmiş 0,659 qram çəkidə narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1,945 qram narkotik vasitə olan qurudulmuş marixuana, 0,320 qram psixotrop maddə olan metamfetamin, 6,062 qram narkotik vasitə olan heroin, X3 yaşadığı evindən aşkar edilmiş 1 ədəd istifadə olunmuş şpris, gümüşü falqa kəsiyi, uc hissəsi sınmış “novokain” sözü yazılmış ampula, Təqsirləndirilən şəxs yaşadığı evindən ayrı-ayrılıqda təmiz çəkiləri 1,76 qram, 4,22 qram, 2,30 qram, 3,91 qram, 1,06 qram, ümumi təmiz çəkisi 13,25 qram narkotik vasitə olan qurudulmuş marixuana, 1,46 qram narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları və 44,005 qram narkotik vasitə olan heroin iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək Şəmkir RPŞ-nə məsul saxlanca verilmiş, həmçinin 5 ədəd DVD-R disklər iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild 2, səh.239-246). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.83-84). Cinayət işinin materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild 2, səh.59-63). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, bundan başqa Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 02 il 11 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Qaradağ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə 06 ay şərti olaraq vaxtından əvvəl azad edilmişdir (iş vərəqə: cild 2, səh.78). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “heroin” narkotik vasitəsinin və “metamfetamin” psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmiş, bundan başqa “qurudulmuş marixuana” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, hazırki cinayət işi üzrə aşkar edilmiş və təqsirləndirilən Təqsirləndirilən şəxs məxsus olan “heroin” narkotik vasitəsinin miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da müəyyən edilmiş həmin narkotik vasitələrin külli miqdar həddindən artıq miqdarda olmuş, həmçinin “metamfetamin” psixotrop maddəsinin və “qurudulmuş marixuana” narkotik vasitəsinin miqdarı şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni evinin həyətyanı sahəsində yerləşən yardımçı tikiliyə baxış zamanı aşkar edilərək götürülmüş 44,005 qram heroin narkotik vasitəsinin ona məxsus olmamasına dair göstərdiklərini, həmçinin aşkar edilmiş narkotik vasitələri və psixotrop maddəni yalnız istifadə etmək məqsədilə saxlamasına dair bildirdiklərini məhkəmə onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Cinayət işinin materiallarından da görünür ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra xx.xx.2022-ci il tarixdə müdafiəçisinin iştirakı ilə verdiyi izahatında, həmçinin xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi dindirilərkən, eyni zamanda xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən aşkar edilmiş həmin narkotik vasitələrin, həmçinin çəkisinin təxminən 44 qram olduğu narkotik vasitə heroinin də ona məxsus olmasını etiraf etmiş, eyni zamanda Allahyar Məmmədova 53 manata heroin satdığını, əvvəllər də pula ehtiyacı olduqda narkotik vasitə satdığını bildirmişdir. Həmin prosessual hərəkətlər videoçəkilişlə, həmçinin müdafiəçisinin iştirakı ilə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında isə ibtidai istintaq zamanı fərqli ifadələr verməsinin səbəbini izah edə bilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi inkaredici hallar onun özünün qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, şəxsi axtarış aparılması haqqında, baxış keçirilməsi haqqında protokollar, maddi sübutlar, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıdığından və heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla məhkəmə tərəfindən həmin hissədə sübut növü kimi qəbul edilmir. Cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etməklə, saxlamaqla, daşımaqla və qanunsuz olaraq narkotik vasitəni satmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, bundan başqa onun Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 02 il 11 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və Qaradağ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə 06 ay şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs həmin məhkumluqları Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə əsasən ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı vaxtdan iki ildən artıq keçdiyindən onun həmin məhkumluqları ödənilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyindən onun əməlində cinayətlərin residivi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 13 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 13 aprel 2022-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 05 noyabr 2022-ci il tarixli, 1675 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1,945 qram narkotik vasitə olan qurudulmuş marixuana, 0,320 qram psixotrop maddə olan metamfetamin, 6,062 qram narkotik vasitə olan heroin, həmçinin Təqsirləndirilən şəxs yaşadığı evindən ayrı-ayrılıqda təmiz çəkiləri 1,76 qram, 4,22 qram, 2,30 qram, 3,91 qram, 1,06 qram, ümumi təmiz çəkisi 13,25 qram narkotik vasitə olan qurudulmuş marixuana, 1,46 qram narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları və 44,005 qram narkotik vasitə olan heroin məhv edilməli, bundan başqa digər maddi sübutlar, yəni xx.xx.2022-ci il tarixdə X8 üzərindən aşkar edilmiş 0,554 qram çəkidə narkotik vasitə olan heroin, X3 üzərindən aşkar edilmiş 0,659 qram çəkidə narkotik vasitə olan heroin, X3 yaşadığı evindən aşkar edilmiş 1 ədəd istifadə olunmuş şpris, gümüşü falqa kəsiyi, uc hissəsi sınmış “novokain” sözü yazılmış ampula X8 və X3 hazırda barələrində olan başqa cinayət işi üzrə də maddi sübut olması nəzərə alınmalıdır, bundan başqa 5 ədəd DVD-R disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 64,80 (altmış dörd manat səksən qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 13 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Şəmkir Rayon Polis Şöbəsində saxlanca verilmiş və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1,945 qram narkotik vasitə olan qurudulmuş marixuana, 0,320 qram psixotrop maddə olan metamfetamin, 6,062 qram narkotik vasitə olan heroin, həmçinin Təqsirləndirilən şəxs yaşadığı evindən ayrı-ayrılıqda təmiz çəkiləri 1,76 qram, 4,22 qram, 2,30 qram, 3,91 qram, 1,06 qram, ümumi təmiz çəkisi 13,25 qram narkotik vasitə olan qurudulmuş marixuana, 1,46 qram narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları və 44,005 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bundan başqa digər maddi sübutlar, yəni xx.xx.2022-ci il tarixdə X8 üzərindən aşkar edilmiş 0,554 qram çəkidə narkotik vasitə olan heroin, X3 üzərindən aşkar edilmiş 0,659 qram çəkidə narkotik vasitə olan heroin, X3 yaşadığı evindən aşkar edilmiş 1 ədəd istifadə olunmuş şpris, gümüşü falqa kəsiyi, uc hissəsi sınmış “novokain” sözü yazılmış ampula X8 və X3 hazırda barələrində olan başqa cinayət işi üzrə də maddi sübut olması nəzərə alınsın, bundan başqa 5 ədəd DVD-R disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 64,80 (altmış dörd manat səksən qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Nural Əliyev
Məhkəmə qərarları › İş №1(100)-488/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-488/2022
29.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver