Məhkəmə qərarları › İş №1(100)-488/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-488/2025

09.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-488/2025 09.09.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi X8 (sədrlik edən), hakimlər Müslümov Bəhruz Firizman oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi – Bayramova Aysel Hafiz oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili X6 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1987-ci ildə Şəmkir rayonu, Dəllər-Cəyir kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Yevlax rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4cü və 185.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli qərarı ilə 02 ay 05 gün müddətə şərti olaraq vaxtından əvvəl azad olunmuş, məhkumluğu ödənilməmiş, Şəmkir rayonu Dəllər- Daşbulaq kəndində qeydiyyatda olmaqla, tululanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2025-ci ilin fevral ayında istintaqa dəqiq məlum olmayan tarixdə Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən qəbirsanlığın yaxınlığından tapdığı boz rəngli çantanın içərisində “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısının İ bəndi, həmçinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı ilə müəyyən edilən, narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq yaşadığı Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən fərdi yaşayış evində saxlamış, həmin narkotik vasitənin bir hissəsini üzərindən götürüb şəxsi istifadəsi üçün 1 (bir) ədəd kibrit qutusunun içərisinə doldurub üzərində saxlamaqla Şəmkir rayonu, Dəllər-Cəyir kəndinin ərazisində daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən, Təqsirləndirilən şəxs 30 may 2025-ci il tarixdə Şəmkir rayonu, Dəllər-Cəyir kəndinin ərazisində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin Cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 tərəfindən üstü yoxlanılarkən əynində olan boz rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd kibrit qutusunun içərisində, ümumi təmiz çəkisi 5,94 qram, xeyli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs iştirakı ilə yaşadığı Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən evinin yataq otağında yerləşən dolabın içərisindən Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd boz rəngli çantanın içərisində üzəriləri yapışqan lentlə bağlanmış 2 (iki) ədəd sellefan bağlamalarda, ayrı-ayrılıqda təmiz çəkiləri 2350 qram və 2350 qram ümumi təmiz çəkisi 4705,94 qram, üzərindən aşkar edilmiş 5,94 qram narkotik vasitə olan qurudulmuş marixuana ilə eyni tərkibli və eyni xassəli olan külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitə olan qurudulmuş marixuandan istifadə edir. Saxlanıldığı gün səhər saatlarında polis əməkdaşları evinə basqın edərək onu yaşadığı kəndin başına aparmışlar. Orada Şəmkir RPŞ-nin CAB-nin rəisi Şahid2 ona həbs olunmalı olduğunu demiş və polis əməkdaşları avtomobilin yük yerindən içərisində narkotik vasitə olan iki ədəd bağlama çıxarıb birinin içində bir qədər götürüb kibrit qutusunda cibinə, qalanını da yaşadığı evə qoymuşlar. Onu yanındakı Röyal Musayev adlı şəxsi tutmaqla hədələyərək psixoloji basqı edərək, başına kitab qoyub üstündən yumruq zərbələri endirməklə isə fiziki təsir göstərmişlər. Üzərinə və yaşadığı evə baxış keçirilən zaman polis əməkdaşlarının təsiri ilə narkotik vasitələrin özünə məxsus olduğunu, yaşadığı kəndin qəbirstanlığının yaxınlığından tapdığını demişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında tədqiq edilmiş şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin CABın rəisi Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsi barədə baş əməliyyat müvəkkili Şahid1 daxil olmuş əməliyyat məlumatı raportla polis şöbəsinin rəisinə məruzə edildikdən sonra onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna Şahid1 və Şahid3 daxil olmuşdur. Elşadın yaşadığı Şəmkir rayonu, Dəllər Cəyir kəndində gedib kəndin girişində bir qədər gözlədikdən sonra Elşadın piyada gəldiyini görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərinə saxlanıldığı yerdə videoçəkilişlə baxış keçirilmiş və üzərindən kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs marixuana istifadəçisi olduğunu, aşkar olunmuş narkotik vasitəni yaşadığı kəndin qəbirstanlığının yanından tapdığını, qalanını da yaşadığı evdə saxladığını bildirmişdir. Bundan sonra onun yaşadığı evə baxış keçirilmiş və evin yataq otağındakı dolabın içərisindən bir ədəd çantanın içərisində iki bağalamada narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, ifadəsində ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə qarşı heç bir psixoloji və ya fiziki təsir olunmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin CAB-nin baş əməliyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 2025-ci il may ayında Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yaşayan Elşad adlı şəxsin narkotik vasitələrin istifadəsi və üzərində daşımasında şübhəli olması barədə ona daxil olmuş əməliyyat məlumatını raportla polis şöbəsinin rəisinə məruzə etmiş və rəhbərlik tərəfində əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri Şahid2, iştirakçıları isə onunla Şahid3 olmuşdur. Həmin gün nahardan əvvəl Elşadın yaşadığı Şəmkir rayonu, Dəllər Cəyir kəndinə gedib kəndin başında Elşadı saxlayaraq üzərində narkotik vasitə olub-olmaması barədə sual vermişlər. Elaşd İsmayılov da üzərində narkotik vasitə olduğunu bildirərək cibindən çıxarıb təqdim etmişdir. Elşadın təqdim etdiyi kütləyə baxış zamanı narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmiş və elektron tərəzidə çəkilərək qablaşdırılıb götürülmüşdür. Bundan sonra Elşaddan başqa haradasa narkotik vasitə saxlayıb-saxlamadığını soruşmuşlar, o da yaşadığı evdə saxladığını bildirmişdir. Bundan sonra baxış keçrimək üçün onun yaşadığı evə getmişlər. Evin yataq otağındakı dolabın içərisindən bir ədəd çantanın içərisində iki ədəd qara rəngli bağalamada narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Həmin narkotik vasitə tərəzi ilə çəkilımiş və çəkisinin 5 kiloqramdan artıq olduğu müəyyən edilmişdir. Aşkar olunmuş narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Elşada aşkar olunmuş narkotik vasitəni haradan əldə etməsi barədə sual verilmiş, o da Dəllər-Cəyir kəndinin qəbirstanlığının yaxınlığından tapıb istifadəsi üçün saxladığını bildirmişdir. Bundan başqa o, ifadəsində ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə qarşı heç bir psixoloji və ya fiziki təsir olunmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin NMQ-nin əməliyat müvəkkili Şahid3 Şahid2 və Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat axtarış tədbirinin keçirilməsi və saxlanılan şəxsin üzərinin yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Şəmkir RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən üstü yoxlanılmış, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarın sol yan cibindən kibrit qutusunda təmiz çəkisi 5,94 qram qurudulmuş marixuananı təqdim etmiş, həmin narkotik vasitə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən baxış keçirilərək götürülüb qablaşdırılmış, həmin proseslər video çəkiliş edilməklə həyata keçirilmiş və bu barədə protokol tərtib edilmişdir. “Əməliyyat axtarış tədbirinin keçirilməsi və yaşayış sahəsinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu Dəllər-Cəyir kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı fərdi yaşayış evindən 2 ( iki ) ədəd üzəri yapışqanlı lentlə bağlanmış sellofan bağlamaların içərisində ayrı-ayrılıqda təmiz çəkiləri, 2350 qram, 2350 qram, ümumi təmiz çəkisi 4700 qram qurudulmuş marixuananı təqdim etmiş, həmin narkotik vasitə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən baxış keçirilərək götürülərək qablaşdırılmış, həmin proseslər video çəkiliş edilməklə həyata keçirilmiş və bu barədə protokol tərtib edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 14:10-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2025-ci il tarixdə saat 12:15-də azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 31 may 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin vaxt Təqsirləndirilən şəxs üzərindən və fərdi yaşayış evindən aşkar edilmiş narkotik maddə hesab olunan marixuananı 2025-ci ilin fevral ayında Şəmkir rayonu Dəllər-Cəyir kəndində yerləşən qəbirsanlığın yaxınlığındakı yolun kənarından tapdığını bildirib hadisə yerini istintaq hərəkətinin iştirakçılarına göstərmiş və 31 may 2025-ci il tarixli protokolla ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək, onun təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının X7 31 may 2025-ci il tarixli 16/505 nömrəli məhkəmə bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “ Saxlanılan şəxs Təqsirləndirilən şəxs sol cibindən aşkar olan 1 ədəd marixuanaya bənzər kütlə ( kibrit kutusu ) “ yazı və imzalar olan kağız paketdəki 1 ( bir ) ədəd kibrit qutusunda təmiz çəkisi 5,94 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə ( kannabis ) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “ Saxlanılan şəxs Təqsirləndirilən şəxs evindən yataq otağınının..... aşkar olun 2 ədəd mariuxanaya bənzər kütlələ “ yazı və imzalar olan yük çantasındakı 2 ( iki ) ədəd üzərləri yapışqan lentlə bağlanmış sellofan bağlamalarda, ayrı-ayrılıqda təmiz çəkiləri, 2350 qram, 2350 qram, ümumi təmiz çəkisi 4700 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə ( kannabis ) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “ Saxlanılan şəxs Təqsirləndirilən şəxs sol cibindən aşkar olan 1 ədəd marixuanaya bənzər kütlə ( kibrit kutusu ) ” yazı və imzalar olan paketdəki 1 (bir ) ədəd kibrit qutusunda təmiz çəkisi 5,94 qram olan qurudulmuş mariuxana və üzərində “ Saxlanılan şəxs Təqsirləndirilən şəxs evindən yataq otağınının..... aşkar olunan 2 ədəd mariuxanaya bənzər kütlələ “ yazı və imzalar olan yük çantasındakı 2 ( iki ) ədəd üzərləri yapışqan lentlə bağlanmış sellofan bağlamalarda, ayrı-ayrılıqda təmiz çəkiləri, 2350 qram, 2350 qram, ümumi təmiz çəkisi 4700 qram olan qurudulmuş marixuanalar eynidirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Gəncə şəhər şöbəsinin xx.xx.2025-ci il tarixli, 424 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində 30 may 2025-ci il tarixində yetirilməyə xarakterik hər hansı bir xəsarət aşkar edilməmişdir. Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2025-cü il tarixli, 945 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Şəmkir rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(076)-60/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Yevlax Rayon Məhkəməsinin 1(039)155/2021 nömrəli, 25 noyabr 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4 və 185.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nın 180.2.4 maddəsi ilə 03 (üç) il, CM-nın 185.2.3-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nın 66.2-ci maddəsilə ona təyin edilmiş cəzalar qismən toplanılmaqla 03 (üç) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-1257/2024 nömrəli, 27 sentyabr 2024cü il tarixli qərarından görünür ki, Məhkum Təqsirləndirilən şəxs şərti olaraq 02 (iki) ay 05 (beş) gün vaxtından əvvəl cəzadan azad edilmişdir. "xxxx" Telekom MMC-nin 09 iyul 2025-ci il tarixli məktubundan və ona əlavə edilmiş CD diskdən görünür ki, "xxxx" Telekom MMC-yə aid ********** mobil nömrənin xx.xx.2022xx.xx.2025-ci il müddətində mövcud olan zənglər və SMS-lər siyahısına, SMS mətnlərinə, əhatə dairəsinə və nömrələr adına rəsmiləşdirilmiş şəxslərə dair məlumat təqdim edilmişdir. İş üçün əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Şəmkir RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2025-ci il tarixli raportdan görünür ki, qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində saxlamasında, gəzdirməsində və istifadəsində şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 12:15-də Şəmkir rayonu, Dəllər-Cəyir kəndinin girişində saxlanılaraq üzəri yoxlanılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs sol cibindən aşkar olan 1 ədəd kibrit qutusunda marixuanaya bənzər yaşıl rəngli ot kütlə götürüldü, daha sonra Təqsirləndirilən şəxs fərdi yaşayış evinin yataq otağında yerləşən paltar dolabının içərisində 2 (iki) ədəd sellofan bükümdə yapışqanla lentlə bağlanmış narkotik vasitə qurudulmuş marixuana aşakar edilərək götürüldü və xx.xx.2025-ci il tarixdə, saat 13:07 dəqiqədə Şəmkir RPŞ-nə gətirildi. Şəmkir RPŞ-nin 04 avqust 2025-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Şəmkir rayonu Dəllər-Cəyir kəndində yaşayan X1 üzərindən və fərdi yaşayış evindən aşkar edilmiş narkotik vasitə hesab olunan marixuananı 2025-ci ilin fevral ayında istintaqa dəqiq məlum olmayan tarixdə Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən qəbirsanlığın yaxınlığından tapmışdır. Hadisənin şahidi olmuş şəxs və ya şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamış həmçinin Təqsirləndirilən şəxs narkotik vasitə hesab olunan marixuananın hər hansı bir şəxsə satmasının müəyyən edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 18 iyun 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 25 noyabr 2021-ci il tarixdə Yevlax rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4 və 185.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 28 sentyabr 2025-ci il tarixdə Xəzər rayon Məhkəməsinin 27 sentyabr 2025-ci il tarixli qərarı ilə 02 ay 05 gün vaxtından əvvəl şərti azad olunmuşdur. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 5,86 qram narkotik vasitə olan qurudulmuş marixuana və üst yoxlanılmasının görüntülərinin yazıldığı 01 (bir) ədəd DVD disk, fərdi yaşayış evinə baxış keçirərkən aşkar edilərək götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 4699,84 qram narkotik vasitə olan qurudulmuş marixuana və baxış keçirərkən görüntülərinin yazıldığı 01 (bir) ədəd DVD disk Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Musa Cəfərov tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ( bir ) ədəd kibrit qutusunun içərisində təmiz çəkisi 5,94 qram qurudulmuş marixuana və fərdi yaşayış evinə baxış keçirərkən aşkar edilmiş 2 ( iki ) ədəd üzəri yapışqanlı lentlэ bağlanmış sellofan bağlamaların içərisində ayrı-ayrılıqda təmiz çəkiləri, 2350 qram, 2350 qram, ümumi təmiz çəkisi 4700 qram qurudulmuş marixuananın olduğu zərfə və çantaya baxış keçirilərək götürülməsi zamanı video çəkilişin yazıldığı 01 (bir) ədəd DVD disk və Təqsirləndirilən şəxs qismində dindirilən zaman video çəkilişin yazıldığı 01 (bir) ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmışdr. Şəmkir RİH başçısının Dəllər Cəyir kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 227 nömrəli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayonu Dəllər Cəyir kəndində qeydiyyatdadır, ailəlidir, 2 övladı var. Təqsirləndirilən şəxs barəsində heç bir ərizə və şikayət nümayəndəliyə daxil olmamışdır. “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 adlı iki övladı vardır. Həyat yoldaşı X2r. Əməlin tövsifi və digər hüquqi məsələlər: Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində 10 ildən artıqdır ki, narkotik vasitə olan marixuanadan istifadə etməsinə baxmayaraq saxlanılan zaman üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını, saxlanılan zaman polis əməkdaşları tərəfindən ona təzyiqlər edildiyini, başına qoyduqları kitabın üstündən iki dəfə yumruq zərbəsi vurulduğunu, bundan başqa verdikləri narkotik vasitəni götürmədiyi halda yanında olan Röyal adlı şəxsi tutacaqlarını deyib hədələdiklərini, ona qarşı edilmiş fiziki və psixi zorakılıq nəticəsində məcbur olaraq üzərinə qoyulmuş narkotik vasitə olan qurudulmuş marixuananın videoçəkiliş zamanı özünə məxsus olmasını etiraf etdiyini və ibtidai istintaq zamanı etirafedici ifadələr verdiyini göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadəyə tənqidi yanaşaraq qeyd edilən ifadəni uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində verdiyi izahat və ifadəsi, eyni zamanda təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, həmçinin şəxsi axtarış və fərdi evə baxış keçirilməsi istintaq hərəkətinə dair protokolllar və protokollara əlavə edilmiş videoçəkilişlər, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, iş materiallarında olan Şəmkir RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2025-ci il tarixli raportda, eləcə də digər ilkin sənədlərdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində saxlamasında, gəzdirməsində və istifadəsində şübhəli olduğu üçün saxlanılaraq polis şöbəsinə gətirilməsi qeyd olunmuşdur. Həmçinin xx.xx.2025-ci il tarixli “Əməliyyat axtarış tədbirinin keçirilməsi və saxlanılan şəxsin üzərinin yoxlanılması haqqında” və “Əməliyyat axtarış tədbirinin keçirilməsi və yaşayış sahəsinə baxış keçirilməsi haqqında” protokollara əlavə edilmiş videoçəkilişlərdən görünür ki, üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşakar edilərək götürülmüş narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində və yaşadığı evində saxladığını göstərmişdir. Həmin videoçəkilişdə Təqsirləndirilən şəxs bədəninin gözlə görünən hissələrində xəsarət və ya zədə izlərinin olması, o cümlədən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsi öz təsdiqini tapmır. Əksinə videoçəkiliş zamanı Təqsirləndirilən şəxs istintaq hərəkətinin sonunda narkotik vasitə marixuananın özünə məxsus olduğunu, 10 ilə yaxındır ki, narkotik maddə olan marixuanadan istifadə etdiyini, narkotik vasitəni kənd qəbiristanlığının kənarından tapdığını göstərmişdir. Bundan başqa iş materiallarında olan xx.xx.2025-ci il tarixli, 424 nömrəli məhkəmətibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində 30 may 2025-ci il tarixində yetirilməyə xarakterik hər hansı bir xəsarət aşkar edilməmişdir. Sözügedən rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibb ekspertinin sualına cavab olaraq xx.xx.2025-ci il tarixdə Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən saxlanıldığını və ona qarşı zor tətbiq edilmədiyini göstərmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixi təsirə məruz qaldığını iddia etsə də, məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də digər tibbi sənədlərlə onun bədəni üzərində tutulduğu günə uyğun gələn döyülməyə xarakterik xəsarətin olması öz təsdiqini tapmamışdır. Hətta iş materiallarında olan xx.xx.2025-cü il tarixli, 945 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs həkim komissiyası tərəfindən verilmiş suallara cavab olaraq 2-3 ildir arada bir narkotik vasitə olan marixuana çəkdiyini, üzərindən aşkar edilmiş narkotik vasitəni isə tapdığını göstərmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşları tərəfindən saxlanılan zaman yanında Röyal adlı şəxsin də olduğunu, əgər narkotik vasitəni öz üzərinə götürməsə həmin şəxsi də cinayət məsuliyyətinə cəlb edəcəkləri barədə hədələmələrini bildirmişdir. Məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs göstərdiyi həmin xüsusat da öz təsdiqini tammamaqla işin həqiqi hallarından yayınmaq məqsədi daşıyır. Belə ki, iş üzrə didirlimiş şahidlər nə İnar Adığözəlov, nə Şahid2, nə də ki, Şahid3 təqsirilən şəxs Təqsirləndirilən şəxs saxlanılan zamanı yanında başqa bir şəxsin olmasını təsdiq etməmişlər. Bu halı iş üzrə “Əməliyyat axtarış tədbirinin keçirilməsi və saxlanılan şəxsin üzərinin yoxlanılması haqqında” və “Əməliyyat axtarış tədbirinin keçirilməsi və yaşayış sahəsinə baxış keçirilməsi haqqında” protokollara əlavə edilmiş videoçəkilişlərdən də müşahidə etmək mümkün olmamışdır. Ümumiyyətlə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı da verilmiş suallara cavab olaraq Röyal adlı şəxsin kim olması onunla nə kimi tanışlığının olması, ümumiyyətlə elə bir şəxsin mövcudluğu barədə məhkəməyə tam olaraq məlumat verməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X3 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə Qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə Qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Avropa İnsan Hüquqları Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı” və “Labita İtaliyaya qarşı” işlər üzrə Qərarlarında göstərmişdir ki, şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Bu araşdırma bu əməli törətməkdə məsuliyyət daşıyan şəxslərin müəyyən edilərək cəzalandırılmalarına imkan yaratmalıdır. Əks halda işgəncənin və qeyri-insani və alçaldıcı rəftarın və cəzanın ümumi şəkildə hüquqi baxımdan qadağan edilməsi fundamental əhəmiyyət kəsb etsə də təcrübədə səmərəsiz olacaq və bəzi işlərdə dövlətin nümayəndələrinin virtual cəzasızlıqdan istifadə edərək nəzarətləri altında olan şəxslərin hüquqlarını tapdalamaları mümkün olacaqdır. Yuxarıda göstərilənlərə əsasən və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent mövqeyi baxımından Təqsirləndirilən şəxs heç bir dəlillə möhkəmləndirilməyən təzyiqlərə və pis rəftara məruz qalmasına dair iddiası öz təsdiqini tapmır, müdafiə tərəfi də həmin xüsusatlarla bağlı fiziki və psixi zorakılığın görünən nəticəsini əks etdirən hər hansı bir mötəbər sübut təqdim edə bilmir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində göstərdiyi xüsusatların tam təkzib olunduğunu təsdiq edir. Eyni zamanda nə təqsirləndirilən şəxsin ona qarşı hər hansı fiziki hədə və ya psixoloji təsirin olması barədə, nə də dövlət hesabına müdafiəçisinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmamışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini yoxlayaraq, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yayınmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmin Qərarın 24-cü bəndində göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Beləliklə məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində verdiyi izahat və ifadəsi, eyni zamanda təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələrini, iş üzrə dindirilmiş şahidlərin ifadələri, o cümlədən “Əməliyyat axtarış tədbirinin keçirilməsi və saxlanılan şəxsin üzərinin yoxlanılması haqqında” və “Əməliyyat axtarış tədbirinin keçirilməsi və yaşayış sahəsinə baxış keçirilməsi haqqında” protokollara əlavə edilmiş videoçəkilişlər, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində verdiyi izahat və ifadəsi, eyni zamanda təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri ittihamın həllində əsas götürülməlidir. Beləliklə, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik maddə olan qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşıması tam olaraq sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik maddələrin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən marixuana narkotik maddə hesab olunur; xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi qurudulmuş halda 5 qramdır, külli miqdarın aşağı həddi isə 500 qramdır. İş materiallarında olan 31 may 2025-ci il tarixli 16/505 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar edilmiş narkotik maddə olan qurudulmuş marixuananın ümumi təmiz çəkisi 4700 qram olmaqla külli miqdar təşkil edir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını (CM 59.1.4) və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını (CM-59.2) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini (CM-58.3.), həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa, iş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 1(039)155/2021 nömrəli, 25 noyabr 2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4 və 185.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nın 180.2.4 maddəsi ilə 03 (üç) il, CM-nın 185.2.3-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nın 66.2-ci maddəsilə ona təyin edilmiş cəzalar qismən toplanılmaqla 03 (üç) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-1257/2024 nömrəli, 27 sentyabr 2024-cü il tarixli qərarı ilə isə şərti olaraq 02 (iki) ay 05 (beş) gün vaxtından əvvəl cəzadan azad edilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub cəzasını çəkib qurtardıqdan sonra iki il keçmədən yəni məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən onun barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Şəmkir rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(076)-60/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu vaxtdan yəni 30 may 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2025-cü il tarixli, 945 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Şəmkir RPŞ-nin saxlanc anbarına təhvil verilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,86 qram narkotik vasitə olan qurudulmuş marixuana və fərdi yaşayış evinə baxış keçirərkən aşkar edilərək götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 4699,84 qram narkotik vasitə olan qurudulmuş marixuanalar məhv edilməli, Təqsirləndirilən şəxs üst yoxlanılmasının görüntülərinin, fərdi yaşayış evinə baxış keçirilməsinin görüntülərinin və təqsirləndirilən şəxs qismində dindirilməsinin görüntülərinin yazıldığı 03 (üç) ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Nofəl Qarayev tərəfindən 11 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 11 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə Reginal Vəkil Bürosunun hesabına 121 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 30 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Şəmkir RPŞ-nin saxlanc anbarına təhvil verilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,86 qram narkotik vasitə olan qurudulmuş marixuana və fərdi yaşayış evinə baxış keçirərkən aşkar edilərək götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 4699,84 qram narkotik vasitə olan qurudulmuş marixuanalar məhv edilsin. Təqsirləndirilən şəxs üst yoxlanılmasının görüntülərinin, fərdi yaşayış evinə baxış keçirilməsinin görüntülərinin və təqsirləndirilən şəxs qismində dindirilməsinin görüntülərinin yazıldığı 03 (üç) ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 121 (iki yüz iyirmi) manat pul onun vəkil işlədiyi Gəncə Reginal Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar