Məhkəmə qərarları › İş №1(100)-489/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-489/2025

29.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-489/2025 29.09.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Müslümov Bəhruz Firizman oğlu (sədrlik edən), hakimlər İmanov Dadaş Hüseyn oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibləri - X2 və Məmmədova Təhminə Cahid qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları ədliyyə müşaviri Dövlət ittihamçısı və kiçik ədliyyə müşaviri X4 və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1974-cü il tarixdə Bərdə rayonu, Alaçadırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddəsi təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinin qərarına əsasən şərti olaraq vaxtından əvvəl azad edilmiş məhkumluğu ödənilməmiş Bərdə rayonu, Alaçadırlı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədə və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarmın dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarının siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən təmiz çəkisi 10,56 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib qanunsuz olaraq yaşadığı Bərdə rayonu, Alaçadırlı kəndində yerləşən evində saxlamışdır. 25 mart 2025-ci il tarixdə, saat 08:20 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə rayonu Alaçadırlı kəndində müəyyən edilib şübhəli şəxs qismində saxlanılaraq yaşadığı evin mətbəx otağına baxış keçirilən zaman, oradan yəni mətbəx otağında olan dolabda satış məqsədi ilə saxladığı 01 (bir) ədəd «Premier» markalı siqaret qutusunda təmiz çəkisi 10,56 qram çəkidə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən ümumi təmiz çəkisi 100,24 qram çəkidə bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı Bərdə rayonu, Alaçadırlı kəndində yerləşən evində saxlamışdır. 09 may 2025-ci il tarixdə, saat 01:00 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində yaşadığı Bərdə rayonu, Alaçadırlı kəndində yerləşən fərdi yaşayış evində şübhəli şəxs qismində saxlanılıb yaşadığı evə baxış keçirilən zaman evin yataq otağında olan dolabın üst rəfindən 1 (bir) ədəd sellofan paketdə olan 24 (iyirmi dörd) ədəd kibrit qutularının içərisində 5,66 qram, 3,86 qram, 3,64 qram, 4,27 qram, 4,53 qram, 3,29 qram, 4,09 qram, 3,20 qram, 4,30 qram, 4,20 qram, 4,31 qram, 5,06 qram, 3,04 qram, 4,96 qram, 3,58 qram, 4,26 qram, 5,22 qram, 4,49 qram, 3,57 qram, 4,02 qram, 3,94 qram, 4,25 qram, 3,02 qram, 5,48 qram olmaqla ümumi təmiz çəkiləri 100,24 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.2-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, mart ayında polis işçiləri Təqsirləndirilən şəxs evinə gəlmiş, razılığı ilə evə baxış keçirilmiş və evdən marixuana adlanan narkotik vasitə aşkar edilərək götürülmüşdür. May ayında olan zaman da eyni şəkildə polis əməkdaşları evinə gələrək axtarış edilmiş və 24 ədəd kibrit qutusunda marixuana adlanan narkotik vasitə aşkar edilərək götürülmüşdür. İfadəsinə əlavə olaraq bildirmişdir ki, o, narkotik vasitələri iki dəfə müxtəlif vaxtlarda tapmış, sonuncu dəfə isə restoranın yanında torbada tapmışdır. O, 6-7 il ərzində narkotik vasitədən istifadə etmiş, lakin satışı ilə məşğul olmamış, həmçinin tapdığı narkotik vasitəni də istifadəsi üçün saxlamışdır. O, polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq və təsirin göstərilmədiyini qeyd etmiş, həmçinin narkotik vasitədən istifadə etdiyi üçün peşman olmuşdur. İlk hadisə mart ayında baş vermiş, o, ilk dəfə şöbəyə aparılan zaman narkotik vasitə 01 qutu olmuşdur. 01 siqaret qutusunda olan narkotik vasitəni özü istifadə etmiş, əvvəllər isə istifadə edən zaman almışdır. Həmçinin narkotik vasitəni istifadə etməsi üçün heç kimə verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şahid4 daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs saxlanılmış, saxlanıldıqdan sonra axtarış zamanı 24 kibrit qutusunda narkotik vasitə aşkar edilərək götürülmüşdür. İfadəsinə əlavə olaraq bildirmişdir ki, ilk dəfə əməliyyat məlumatı satışla bağlı daxil olmuş, lakin sübuta yetirilmədiyi üçün heç bir əməliyyat keçirilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Əməkdaşlardan birinə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat narkotik vasitələrin istifadəsi ilə bağlı olmuşdur. İfadəsinə əlavə olaraq bildirmişdir ki, ilk dəfə əməliyyat məlumatı ona daxil olmuş, təqsirləndirilən şəxsin evinə baxış keçirilmiş, həmin zaman oradan marixuana adlanan narkotik vasitə aşkar edilərək götürülmüş, lakin hadisənin üzərindən uzun zaman keçdiyi üçün marixuananın çəkisini unutmuşdur. Həmçinin axtarış etdikləri təqsirləndirilən şəxsin öz evi olmamış və həmin zaman təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq və təsir göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 25 mart 2025-ci ildə Bərdə rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş əməliyyat məlumatına əsasən əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs saat 20:08 radələrində Alaçadır adlanan ərazidə yerləşən evinin qarşısında saxlanılmışdır. Saxlanıldıqdan sonra evinə baxış keçirilmiş, baxış zamanı evin mətbəx hissəsində dolabın üzərində olan siqaret qutusunun içərisindən marixuanaya bənzər narkotik vasitə aşkar edilərək götürülmüşdür. İfadəsinə əlavə olaraq bildirmişdir ki, əməliyyat məlumatı Şahid2 aid olmuş, məzmunu isə narkotik vasitələrin istifadəsi ilə bağlı olmuşdur. Həmçinin məlumatda satışa dair heç nə göstərilməmiş, təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni tapdığını bildirmiş və Təqsirləndirilən şəxs saxlanılan zaman ona qarşı heç bir təzyiq və təsir olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs 9 may 2025-ci il tarixdə gecə saat 1-2 radələrində narkotik vasitələrin daşınması və istifadəsində şüphəli qismində saxlanılmış, saxlanılan zaman narkotik vasitə istifadə etdiyini və narkotik vasitənin evində olduğunu bildirmişdir. Axtarış zamanı 24 kibrit qutusunda marixuana adlanan narkotik vasitə aşkar edilərək götürülmüşdür. İfadəsinə əlavə olaraq bildirmişdir ki, əməliyyat məlumatı onun olmuş, məlumatda satış haqqında deyilmiş, lakin sübuta yetirilmədiyi üçün heç bir tədbir görülməmişdir. Həmçinin təqsirləndirilən şəxs saxlanılan zaman ona qarşı heç bir təzyiq və təsir göstərilməmişdir. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəməyədək şahid qismində dindirilmiş X5 ibtidai istintaq zamanı Şahid4 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş sənədlərdən görünür ki, 25 mart 2025-ci il tarixdə Bərdə RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X12 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş sənədlərdən görünür ki, 11 iyul 2025-ci il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin tarixdə qeyd edilən maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş sənədlərdən görünür ki, 10 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Bərdə Rayon Məhkəməsinin hakimi Fərman Abdullayev tərəfindən 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş sənədlərdən görünür ki, 04 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti Bərdə Rayon Məhkəməsinin hakimi Bayram Məhərrəmov tərəfindən 28 gün müddətinə yəni, 06 sentyabr 2025-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli «baxış keçirilməsi haqqında» tərtib edilmiş Protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, Bərdə rayon PŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru X9, Bərdə rayon polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4, Bərdə rayon PŞ-nin NMQnin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, Bərdə rayon PŞ-nin CAB- nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 iştirakları ilə baxış keçirilmişdir. İlk öncə Bərdə RPŞ-nin TB-nin təhqiqaqtçısı, polis mayoru X21 Məmmədova hüquq və vəzifələrini izah etdikdən sonra yaşadığı evdə qanunsuz əşya olduğu halda təqdim etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxladığını deyərək təqdim etməsini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilmiş və baxış zamanı yaşadığı evin yatağ otağında olan paltar dolabıb sol üst hissəsindən içərisində 24 (iyirmi dörd) ədəd kibrit qutuları olan 1 ədəd sellofon paketi götürərək təqdim etmişdir. Təqdim edilmiş 1 ədəd sellofan paketin içərisində olan 24 ədəd kibrit qutularında narkotik vasitəyə bənzər kütlələr aşkar edilmişdir. Daha sonra aşkar edilmiş narkotik vasitəyə bənzər kütlələr elektron tərəzidə çəkilmiş, ayrı-ayrılıqda çəkiləri 7,34 qram, 7,31 qram, 6,45 qram, 7,49 qram, 7,09 qram, 7,17 qram, 6,22 qram, 6,67 qram, 6,87 qram, 5,98 qram, 8,09 qram, 7,03 qram, 7,42 qram, 6,27 qram, 6,02 qram, 6,77 qram, 8,61 qram, 6,89 qram, 7,91 qram, 7,29 qram, 7,48 qram, 8,25 qram, 6,51 qram, 6,19 qram olması müəyyən olunmuşdur. X13 aşkar edilmiş narkotik vasiyəyə bənzər kütlələri ekspertizaya təqdim etmək üçün 01 ədəd ağ kağız zərfə qoyaraq qablaşdırmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı özü üçün saxladığını, istifadə etdiyi üçün əldə etdiyini və həmin narkotik vasitəni Alaçadırlı kəndində yolun kənarından zibillikdən tapdığını bildirmişdir. Baxış keçirilməsi zamanı zəruri sənədləşmə aparılmış və bir ədəd zərf istintaq hərəkəti çəkiliş zamanı qeydə alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli «baxış keçirilməsi haqqında» tərtib edilmiş protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Alaçadırlı kəndində yaşadığı fərdi yaşayış evinə Bərdə rayon PŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X8, Bərdə rayon polis şöbəsinin NQM-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, NMQ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1, PPXB-nin polis nəfəri, polis serjantı Şahid5 iştirakları ilə baxış keçirilmişdir. İlk öncə Bərdə RPŞ-nin TB-nin təhqiqaqtçısı, polis baş leytenantı X19 Məmmədova hüquq və vəzifələrini izah etdikdən sonra yaşadığı evdə qanunsuz əşya olduğu halda təqdim etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxladığını deyərək təqdim etməsini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilmiş və baxış zamanı yaşadığı evin mətbəx otağında dolabın içərisində olan 01 ədəd «Premier» siqaret qutusunu götürərək təqdim etmişdir. Təqdim edilmiş siqaret qutusunda narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Daha sonra aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 15,56 qram olması müəyyən edilmişdir. X11 aşkar edilmiş narkotik vasiyəyə bənzər kütləni ekspertizaya təqdim etmək üçün 01 ədəd ağ kağız zərfə qoyaraq qablaşdırmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı özü üçün saxladığını, istifadə etdiyi üçün əldə etdiyini və həmin narkotik vasitəni Alaçadırlı kəndində yolun kənarından yerdən tapdığını bildirmişdir. Baxış keçirilməsi zamanı zəruri sənədləşmə aparılmış və bir ədəd zərf istintaq hərəkəti çəkliş zamanı qeydə alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 bölməsinin 09 may 2025-ci il tarixli 16/443 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlələr” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd sellofan paketdə olan 24 (iyirmi dör) ədəd kibrit qutularında, ayrı-ayrılqda təmiz çəkiləri 5,66 qram, 3,86 qram, 3,64 qram, 4,27 qram, 4,53 qram, 3,29 qram, 4,09 qram, 3,20 qram, 4,30 qram, 4,20 qram, 4,31 qram, 5,06 qram, 3,04 qram, 4,96 qram, 3,58 qram, 4,26 qram, 5,22 qram, 4,49 qram, 3,57 qram, 4,02 qram, 3,94 qram, 4,25 qram, 3,02 qram, 5,48 qram, ümumi təmiz çəkisi 100,24 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla haznlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır və eynidirlər. Qurudulmuş marixuana ümumi təmiz çəkisi 100,24 qram, tədqiqata sərf edildi- 0,48 qram, qalıq-99,76 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 bölməsinin 25 mart 2025-ci il tarixli 16/301 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində imzalar olan kağız paketdəki, 1 (bir) ədəd sellofan əlcəyin içərisində olan 1 (bir) ədəd «PREMİER» markalı siqaret qutusunda təmiz çəkisi 10,56 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla haznlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “MTE və PA” Birliyi publik hüquqi şəxsin Bərdə rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 351 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə rayon polis şöbəsinə verilmiş əməliyyat tapşırığına xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Bərdə rayonu, Alaçadırlı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş narkotik vasitələri əldə etdiyi mənbənin, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində, Təqsirləndirilən şəxs narkotik vasitələrin alqı-satıqısı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuş, lakin onun konkret olaraq kimlərə narkotik vasitə satması, əvvəllər kimlərdənsə də narkotik vasitə və ya psixotrop maddə alması barədə hər hansı bir məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs digər hər hansı cinayət əməlinin törədilməsində iştirak etməmişdir. Bundan başqa narkotik vasitə və ya onun prekursorlarım satdığı hər hansı şəxs və ya şəxslər müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə rayon polis şöbəsinə verilmiş əməliyyat tapşırığına xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evin mətbəx otağına baxış keçirilən zaman mətbəx otağında olan dolabda saxladığı 1 (bir) ədəd «Premier» markalı siqaret qutusunda təmiz çəkisi 10,56 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədilə əldə edərək saxlaması ilə bağlı əməliyyat məlumatları əldə edilmiş, lakin dəqiq olaraq kimlərə satmasını müəyyən edərək istintaqa təqdim etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddəsi təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinin qərarına əsasən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Alaçadırlı kəndində yerləşən fərdi yaşayış evində satış məqsədi ilə qanunsuz olaraq saxladığı 24 ədəd kibrit qutularında ümumi təmiz çəkiləri 100,24 qram, ekspertiza tədqiqatına sərf edildikdən sonra qahq 99,76 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 1 ədəd «PREMİER» markalı siqaret qutusunda təmiz çəkişi, 10,56 qram, ekspertiza tədqiqatına sərf edildikdən sonra qahq 10,52 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana tərəfimdən qəbul edilmiş 08 avqust 2025-ci il tarixli qərara əsasən iş üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.4.2-ci maddəsi ilə düzgün tövsif olunmamış və qeyd edilən ittiham üzrə onun əməli Azərbaycan Respublikasının CM-in 234.4.2-ci maddəsindən həmin Məcəllənin 234.1 və 234.2-ci maddələrinə tövsif edilməlidir. Belə ki, hər iki epizod üzrə ayrı-ayrılıqda şübhəli şəxsin tutulması haqqında protokollarda da Qnyaz Məmmmədovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olması göstərilmişdir. O cümlədən birinci epizodla bağlı məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları ifadələrində Təqsirləndirilən şəxs özünün istifadəsi üçün olduğunu bildirdiyini, sonradan keçirilmiş əməliyyat tədbirləri nəticəsində də Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə hər hansı bir məlumatın əldə olunmadığını göstərmişlər. O cümlədən iş materiallarında olan xx.xx.2025-ci il tarixli Bərdə RPŞ-nin cavab məktubunda Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş narkotik vasitələri əldə etdiyi mənbənin, bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində, Təqsirləndirilən şəxs narkotik vasitələrin alqı-satıqısı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuş, lakin onun konkret olaraq kimlərə narkotik vasitə satması, əvvəllər kimlərdənsə də narkotik vasitə və ya psixotrop maddə alması barədə hər hansı bir məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs digər hər hansı cinayət əməlinin törədilməsində iştirak etməmişdir. Bundan başqa narkotik vasitə və ya onun prekursorlarım satdığı hər hansı şəxs və ya şəxslər müəyyən edilməmişdir. Bundan başqa xx.xx.2025-ci il tarixli cavab məktubunda Bərdə RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evin mətbəx otağına baxış keçirilən zaman mətbəx otağında olan dolabda saxladığı 1 (bir) ədəd «Premier» markalı siqaret qutusunda təmiz çəkisi 10,56 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədilə əldə edərək saxlaması ilə bağlı əməliyyat məlumatları əldə edilmiş, lakin dəqiq olaraq kimlərə satmasını müəyyən edərək istintaqa təqdim etmək mümkün olmadığı göstərilmişdir. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda onun narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması göstərilsə də, işin faktiki halları, əsasən də elə ibtidai istintaq orqanının istinad etdiyi əməliyyat tapşırığına cavab məktubu ilə Təqsirləndirilən şəxs narkotik vasitənin satış məqsədi ilə əldə etməsi hər hansı bir mötəbər sübutla təsdiq olunmur, əksinə əməliyyat tapşırığına cavab məktubunda Təqsirləndirilən şəxs verilmiş ittihamla ziddiyyət təşkil edən məlumatlar əks olunaraq, onun hər hansı şəxsə və ya şəxslərə narkotik vasitə satmasını müəyyən etməyin mümkün olmadığını göstərilmişdir. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrlə bağlı hər iki epizod üzrə ibtidai istintaq zamanı həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs qismində verdiyi bütün izahat və ifadələrində üzərindən aşkar olunan narkotik vasitə olan marixuananın özünə məxsus olmasını, şəxsi istifadəsi üçün üzərində saxlayaraq gəzdirdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını və hər iki epizod üzrə üzərindən aşkar edilmiş narkotik vasitə və rsixotrop maddədən heç kimə satmadığını göstərmişdir. Eyni zamanda iş materiallarında olan 06 may 2025-ci il tarixli 743 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən də görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabioiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülmüşdür. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən də görünür ki, narkoloji müayinədən keçirilən zaman Təqsirləndirilən şəxs ekspert komissiyası tərəfindən ona verilmiş suallara cavab olaraq 5-6 ildir ki, narkotik vasitə olan marixuananı istifadə etdiyini göstərmişdir. Göründüyü kimi istintaq orqanı tərəfindən təkrarən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı Təqsirləndirilən şəxs ittiham versə də, satış məqsədini təsdiqləyən, yəni Təqsirləndirilən şəxs istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsinə və ya sövdələşməsinə, şərti alıcı ilə aralarında razılığa dair telefon danışığının və mesajların olmasına, narkotik vasitənin hazırlanması üçün avadanlığı əldə etməsinə, onun şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni məhz sifariş əsasında əldə etməsinə, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsinə və bu kimi sair hərəkətlərə dair hər hansı bir sübut əldə edə bilməmişdir. Əksinə əməliyyat tapşırığına cavab məktubunda bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs narkotik vasitəni həqiqətən hansı mənbədən əldə etməsini, o cümlədən narkotik vasitəni satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Yuxarıda qeyd edilən halların olması Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi olmadan şəxsi istehlak məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamasını və daşımasını təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 13-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi dedikdə onların hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi başa düşülməlidir. Azərbaycan Respublikasının hazırda qüvvədə olan Cinayət Məcəlləsində narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi olmadan qanunsuz olaraq təkrar əldə etmə və ya saxlama tövsifedici əlamət kimi nəzərdə tutulmamışdır. Buna görə də satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda bir neçə dəfə əldə etmə və saxlama əməli CM-in 234.1-ci maddəsi ilə əhatə olunur və həmin maddə ilə tövsif olunmalı, satış məqsədi olmadan narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda təkrar əldə etmə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə bu Məcəllənin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin təkrar törədilməsinə görə məsuliyyət müəyyən edildiyindən, əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət törətmiş şəxs tərəfindən, həmin əməllərin hər hansı birinin törədilməsi CM-in 234.4.2-ci maddəsi ilə tövsif oluna bilməz. Azərbaycan Respublikası CM-in 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər təkrar törədildikdə - bu əməl CM-in 234.4.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli sayılır. Maddənin dispozisiyasından göründüyü kimi, əməlin CM-in 234.4.2-ci maddəsi ilə tövsif edilməsi üçün əvvəl əməldə CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkib əlamətləri mövcud olmalı, daha sonra isə qeyd edilən cinayətlərin hər biri ayrıayrılıqda təkrar törədilməlidir. Bundan əlavə, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini CM-in 234.4.2-ci maddəsi ilə tövsif edərkən ancaq aşkar olunan narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdarda olmasını və daxil olmuş əməliyyat məlumatlarını əsas götürmüşdür. Bununla belə, cinayət işinin materiallarında daxil olmuş əməliyyat məlumatının mötəbərliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və s. mövcud deyildir. Belə ki, cinayət işinin materiallarından əməliyyat məlumatının nədən ibarət olması, həmin məlumatın Təqsirləndirilən şəxs təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Hətta hər iki epizod üzrə adları yuxarıda qeyd edilən polis əməkdaşları ibtidai istintaq zamanı da şahid qismində dindirilərkən ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsini və ya satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığını göstərmişlər. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından artıq olması öz-özlüyündə şəxsin satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Göründüyü kimi istintaq orqanı tərəfindən təkrarən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə marixuananı əldə edib evində saxlaması barədə Təqsirləndirilən şəxs ittiham versə də, satış məqsədini təsdiqləyən, yəni Təqsirləndirilən şəxs istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsinə və ya sövdələşməsinə, şərti alıcı ilə aralarında razılığa dair telefon danışığının və mesajların olmasına, narkotik vasitənin hazırlanması üçün avadanlığı əldə etməsinə, onun şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni məhz sifariş əsasında əldə etməsinə, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsinə və bu kimi sair hərəkətlərə dair hər hansı bir sübut əldə edə bilməmişdir. Əksinə əməliyyat tapşırığına cavab məktubunda bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuananı həqiqətən hansı mənbədən əldə etməsini, o cümlədən narkotik vasitə olan marixuananı satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Yuxarıda qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə keçirilmiş baxış zamanı aşkar edilmiş “«Premier»” markalı siqaret qutusunda olan və kütləsi 10,56 qram olan qurudulmuş marixuana narkotik vasitələrin satışı olaraq qiymətləndirilə bilməz. Belə ki, həm narkotikin miqdarı, həm əməliyyat tapşırığına cavab məktubu, eləcə də şahid ifadələri Təqsirləndirilən şəxs narkotik vasitələrin kimə satmasını müəyyən etmək mümkün olmamışdır. Sonuncu narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirərək, özünün istifadə etməsini bildirmişdir. Belə olan halda bu xüsusat üzrə Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi kimi qiymətləndirilməlidir. Eləcə də, Təqsirləndirilən şəxs yaşadığı ünvana xx.xx.2025-ci il tarixdə keçirilmiş baxış zamanı aşkar edilmiş 24 (iyirmi dörd) ədəd kibrit qutusunda olan 24 (iyirmi dör) ədəd kibrit qutularında, ayrı-ayrılqda təmiz çəkiləri 5,66 qram, 3,86 qram, 3,64 qram, 4,27 qram, 4,53 qram, 3,29 qram, 4,09 qram, 3,20 qram, 4,30 qram, 4,20 qram, 4,31 qram, 5,06 qram, 3,04 qram, 4,96 qram, 3,58 qram, 4,26 qram, 5,22 qram, 4,49 qram, 3,57 qram, 4,02 qram, 3,94 qram, 4,25 qram, 3,02 qram, 5,48 qram, ümumi təmiz çəkisi 100,24 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla haznlanmış narkotik vasitə olan qurudulmuş marixuana narkotik vasitələrin satışı olaraq qiymətləndirilməlidir, belə ki, kibrit qutularının sayının çoxluğu, onların 24 bükümə ayrılaraq kiçik kibrit karobkalarına yığılması dəlalət edir ki, Təqsirləndirilən şəxs sözügedən narkotik vasitələrin satışını həyata keçirsin. Məhkəmə tərkibi hesab edir ki, birinci fakt üzrə yəni xx.xx.2025-ci il tarixdəki baxışa dair yalnız həmin əməliyyat məlumatlarına əsaslanaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək CPM-in 137-ci maddəsinin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Lakin, hazırkı cinayət işinin materiallarından görünür ki, əməliyyat axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar CPM-in tələblərinə uyğun olaraq təqdim edilməmiş və məhkəmə nəzarəti qaydasında yoxlanılmamışdır. Belə olan halda yalnız cinayət işinə əlavə edilmiş məktublara və raportlara istinad etməklə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması qənaətinə gəlmək mümkün deyildir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayəthüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarın və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən narkotik vasitələr - BMTnin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 5-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışı Qanunun 1.0.10-cu maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X6 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Avropa İnsan Hüquqları Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs residiv olması Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan tələbnamədən görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddəsi təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli 1(104)-71/2021 saylı Qərarına əsasən ona təyin olunmuş cəza 04 (dörd) il müddətinə endirilmiş və xx.xx.2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinin qərarına əsasən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. C Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddəsi Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayət hesab olunurdu. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təqsirli bilindiyi az ağır cinayətə görə Təqsirləndirilən şəxs məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edildiyi gündən iki il keçməmiş, yəni məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş hazırkı iş üzrə ittiham olunduğu az ağır cinayətlər təsnifatına aid olan əməli törətdiyi üçün o, məhkum olunmuş şəxs hesab olunur və onun əməlində cinayətlərin sadə residivi vardır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 25 may tarixli Qərarına əsasən, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin yüksək ictimai təhlükəli şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halların olmamasını, cəzasını ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını və cəzanın məqsədinə nail olunmamasını, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 234.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az olmamaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, X1 ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs bu iş üzrə 2 (iki) gün şübhəli şəxs kimi saxlandığı müddət, ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmaldır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 21 (iyirmi bir) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 231 (iki yüz otuz bir) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 91 (doxsan bir) manat 20 (iyirmi) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Bərdə RPŞ-nin saxlanma anbarına saxlanca verilmiş 24 ədəd kibrit qutularında ümumi təmiz çəkiləri 100,24 qram, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 99,76 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 1 ədəd «PREMİER» markah siqaret qutusunda təmiz çəkişi, 10,56 qram, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 10,52 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan 11 aprel 2025-ci il tarixli 18-1-28/2- 802/2025 nömrəli Bərdə Rayon Mərkəzi Xəstəxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən “marixuana” diaqnozu ilə dispanserdə qeydiyyatdadır, hal-hazırki iş üzrə aşkar edilmiş narkotik vasitə marixuana olduğundan təkrar qeydiyyata zərurət görülmür. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsi ilə ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmə müddətindən çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 4 (dörd) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 231 (iki yüz otuz bir) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 91 (doxsan bir) manat 20 (iyirmi) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə RPŞ-nin saxlanma anbarına saxlanca verilmiş 24 ədəd kibrit qutularında ümumi təmiz çəkiləri 100,24 qram, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 99,76 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 1 ədəd «PREMİER» markah siqaret qutusunda təmiz çəkişi, 10,56 qram, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 10,52 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar