Məhkəmə qərarları › İş №1(100)-49/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-49/2021

23.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-49/2021 23.07.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və İbrahimova Nuranə Lazım qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, zərərçəkmiş şəxsin hüquqi varisi X6, Zərərçəkmiş şəxs1 nümayəndəsi Göygöl rayon vəkil bürosunun vəkili Nümayəndə, müdafiəçi – Şəmkir rayon vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1979-cu ildə Şəmkir rayonu Bayramlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Şəmkir rayonu Zəyəm qəsəbəsində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 28 noyabr 2019-cu il tarixdə saat 21:45 radələrində yüngül dərəcəli alkoqol sərxoş halda idarə etdiyi “VAZ 21074” minik markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Şəmkir rayonu Dəllər qəsəbəsi ərazisindən keçən 403-cü kilometrliyində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yəni, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, sürücü avtomobili ikinci dərəcəli yoldan baş yola daxil edərək baş yol ilə hərəkətdə olarkən qarşıda eyni istiqamətdə, eyni zolaqda avtomobilin hərəkətdə olmasını nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi avtomobilin sürətini azaltmalı, həmin avtomobil ilə təhlükəsiz ara məsafəsi saxlamaqla hərəkətini davam etdirməli, hərəkət üçün təhlükəli şərait yaratmamalı, hərəkət təhlükəsizliyini təmin etməyən hərəkətlərə yol verməməli olduğu halda bunu etməyərək, baş yola birləşən ikinci dərəcəli yol olan Şəmkir rayonu Zəyəm qəsəbəsinə ayrılan yolayrıcından dayanmadan bir başa Bakı-Qazax- Gürcüstan sərhəd yoluna daxil olaraq, Bakı şəhər istiqamətinin əsas hərəkət zolağı ilə 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 90 km/saata qədər məhdudlaşdırılmış yolda avtomobili 100 km/saat sürətlə idarə edib «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 64-cü maddəsinin 1ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərini pozaraq 5-10 dərəcə bucaq altında avtomobilin ön sağ hissəsi ilə Bakı şəhər istiqamətində əsas hərəkət zolağının üzərində sağdan sola doğru 7,7 metr məsafədə qarşısı ilə eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs1 60-70 km sürətlə idarə etdiyi "VAZ 21214" minik markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol yan hissədən vurmuş, zərbənin təsirindən "VAZ 21074" markalı avtomobil sıçrayaraq sola yönəlib əks hərəkət zolağına daxil olub, sağ yan hissəsi ilə Qazax rayon istiqamətində hərəkətdə olan X11 80-90 km saat sürətlə idarə etdiyi "VAZ 21065" minik markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax rayon istiqamətinin sağından sola doğru 8 metr məsafədə toqquşaraq, sərxoş halda, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan, yəni sürücü X11 alın nahiyəsinin mərkəzi hissəsinin əzilmiş-soyulmuş yarası, alın nahiyəsinin sağ yarısının və sol qaş nahiyəsinin əzilmiş yaraları, burun və üz nahiyəsinin çoxsaylı əzilmiş-didilmiş yaraları, alın, burun, almacıq və əng sümüklərinin, kəllə əsasının sınıqları beyinin yumşaq qişasına qansızmalar, beyin toxumasının əzilməsi, sol bazu sümüyünün orta üçdə birinin, sol sait sümüklərinin aşağı üçdə birinin qapalı yerini dəyişmiş sınıqları, sol əlin arxa səthinin sıyrığı müşayiət edilən həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vuran xəsarətlər alaraq ölməsinə, “VAZ 21074” minik markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobildə olmuş sərnişinlər Zərərçəkmiş şəxs2 sağ təpə nahiyəsinin dərialtı hematoması, alt çənə nahiyəsinin əzilmiş yarası, 6-cı döş fəqərəsinin cisminin sağ küncünün minimal yerini dəyişmiş sınığı, sağ dirsək oynağının, sol baldırın yuxarı üçdə birinin qançırları ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, Zərərçəkmiş şəxs4 başın tüklü hissəsində sol təpə nahiyəsinin əzilmiş yarası, sol alın-təpə nahiyəsinin dərialtı hematoması, alın nahiyəsinin sol yarısının əzilmiş yarası, hər iki gözaltı nahiyənin qançırları, sol gözün ağlı qişasına qansızma, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, döş qəfəsinin qapalı küt travması, hər iki ağ ciyərin yuxarı payının əzilməsi və suplevral qanaması, sağ baldırın yuxarı və orta üçdə birinin əzilmiş yaraları ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır almalarına, "VAZ 21065" minik markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobildə olmuş sərnişin Zərərçəkmiş şəxs5 alın nahiyəsinin sol yarısının əzilmiş yarası, sol gözətrafı yumşaq toxumaların hematoması, sol almacıq nahiyəsinin, sol qulaq seyvanının və sol dodaq büküşünün sıyrıqları ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarət almasına, VAZ 21074” minik markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobildə olmuş sərnişin Zərərçəkmiş şəxs3 sol diz oynağının ön səthinin qançırı ilə müşayiət edilən sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarət almasına, habelə zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus onun mülkiyyətində olan “VAZ-21214” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2680 (iki min altı yüz səksən) və zərər çəkmiş şəxs X8 məxsus onun mülkiyyətində olan “VAZ-21065” minik markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2230 (iki min iki yüz otuz) manat dəyərində maddi zərər vurmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, "VAZ-21074 markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur, avtomobili “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etmişdir. 28 noyabr 2019-cu il tarixdə axşam saatlarında ailə üzvləri ilə birlikdə Şəmkir şəhərinə getmək üçün avtomobilin sükan arxasına keçib avtomobili idarə etmiş, arvadı Zərərçəkmiş şəxs2 avtomobildə ön sağda, oğlu Nurlan arxa sağda, qızı Aytac isə arxa sol oturacaqda əyləşmişdir. O, idarə erdiyi avtomobillə Şəmkir-Zəyəm avtomobil yoluna çıxıb Şəmkir şəhəri istiqamətində hərəkətə davam etdirmişdir. Həmin yol ilə hərəkətdə olarkən Bakı-Qazax yoluna yaxınlaşanda o, yolun sol tərəfinə baxıb yolun boş olduğunu görüb buna əmin olduqdan sonra dayanmadan və gözləmədən getdiyi sürətlə baş yola daxil olub sağa istiqamətlənərək Bakı istiqamətində hərəkətinə davam etdirmişdir. Baş yola çıxandan sonra təxminən 100-120 metr məsafə qət etmişdir ki, qəflətən yolun sol kənarından "VAZ- 21214" markalı, 10-DB-lll dövlət qeydiyyat nişanlı avtomobil manevr edib Bakı istiqamətimdəki hərəkət zolağına daxil olub üzü Bakı istiqamətinə yönələn zaman qarşısına çıxmışdır. "VAZ 21214" markalı avtomobil qəflətən qarşısına çıxdığı üçün qəza şəraiti yaranmışdır. O, bunu görüb "VAZ 21214" markalı avtomobillə toqquşmadan yayınmaq üçün sükanı sola burub avtomobili sola istiqamətləndirmiş, lakin ara məsafəsi az olduğundan avtomobilin ön sağ hissəsi "VAZ 21214" markalı avtomobilin arxa sol tərəfinə dəymiş, avtomobili idarəetmədən çıxaraq aşmışdır. Hadisə zamanı ətrafa toplaşan şəxslər onu və ailə üzvlərini avtomobildən çıxarmışlar, o, və ailə üzvləri xəsarət almışlar. Həmin vaxt tanımadığı şəxs onları öz avtomobili ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına aparmışdır. Xəstəxanada olarkən oğlu Nurlanın vəziyyətinin ağır olması ilə əlaqədar X10 Xəstəxanasına aparmışdır. O, xəstəxanadan çıxıb öz evinə qayıdandan sonra ona məlum olmudur ki, hadisə vaxtı idarə etdiyi avtomobil ilə "VAZ 21214" markalı avtomobil toqquşandan sonra avtomobili idarəetmədən çıxaraq əks istiqamətdən gələn "VAZ-21065" markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmış, nəticədə "VAZ-21065" markalı avtomobilin sürücüsü X17 aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. Özünü təqsirli bilməməyinin səbəbi o olmuşdur ki, hadisənin səbəbkarı "VAZ 21214" markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 olmuşdur, belə ki, Toğrul idarə etdiyi avtomobillə əks zolaqdan yolun sol kənarından manevr edib Bakı istiqamətimdəki hərəkət zolağına onun qarşısına çıxmışdır, ara məsafəsi az olduğu üçün toqquşmadan yayınmaq üçün sükanı sola burub avtomobili sola istiqamətləndirsə də avtomobillər toqquşmuşdur. Məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Şəmkir rayonunun Dəllər-Cırdaxan kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Şəmkir rayonu Dəllər-Cırdaxan kəndində yaşayan X9 ilə birgə evlilikdən qızları Şəbinə Verdiyeva, Lamiyyə Verdiyeva və oğlu Əli Verdiyev dünyaya gəlmişlər. Qızları evlidirlər, ailələri ilə birlikdə yaşayırlar. Onun şəxsən özünün və ailə üzvlərinin kənddə yaşayan sakinlərin hər-hansı ilə münasibətləri həmişə yaxşı olmuşdur, heç kimlə ədavətləri və düşmənçilikləri olmamışdır. 28.11.2019-cu il tarixdə Bakı-Qazax-Gürcüstan yolunun Dəllər qəsəbəsi ərazisində keçən hissədə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı bildirmişdir ki, hadisədən əvvəl oğlu Əli Verdiyev etibarnamə əsasında ona məxsus “VAZ-21065” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş və avtomobili idarə etmək üçün “BC” kateqoriyalı sürücülük vəsiqəsi olmuşdur. 28.11.2019-cu il tarixdə saat 17 radələrində oğlu Əli “VAZ-21065” markalı avtomobilin sükanı arxasına keçərək evdən çıxıb kəndə getmişdir. Həmin gün saat 22 radələrində evdə olduğu zaman adını xatırlamadığı şəxs mobil telefonuna zəng edərək oğlu Əlinin idarə etdiyi avtomobili ilə Bakı-Qazax yolunun Şəmkir rayonu Dəllər qəsəbəsi ərazisindən keçən hissəsində avtoqəzaya uğradığı və xəsarət aldığı üçün Şəmkir Mərkəzi rayon xəstəxanasına aparıldığı bildirilmişdir. O, xəbəri eşidən kimi həyat yoldaşı ilə birgə dərhal xəstəxanaya getmiş və xəstəxanaya çatanda oğlunun ölmüş vəziyyətdə olduğunu görmüşdür. Oğlunun meyiti üzərində məhkəmə-tibb ekspertiza müayinəsi keçirildikdən sonra meyitini kənd qəbiristanlığında dəfn etmişlər. O, xəstəxanada olarkən məlum olmuşdur ki, oğlu Əli idarə etdiyi "VAZ-21065" markalı avtomobili ilə Bakı-Qazax avtomobil yolunun Qazax rayonu istiqamətində hərəkətdə olarkən Tovuz rayon polis şöbəsində işləyən Zərərçəkmiş şəxs1 idarə etdiyi "VAZ-21214" markalı avtomobili ilə yolun Qazax istiqamətindən Bakı istiqamətinə dönən zaman Qazax istiqamətindən gələn sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2107” markalı avtomobili ilə "VAZ-21214" markalı avtomobilin arxa sol yan hissəsi ilə toqquşmuş, bundan sonra VAZ-2107 markalı avtomobil idarəetmədən çıxaraq göyə sıçrayıb sağ yanıüstə oğlunun idarə etdiyi "VAZ-21065" markalı avtomobilin damının üzərinə düşmüş, oğlunun idarə etdiyi avtomobilin dam hissəsi tam şəkildə qoparaq arxaya doğru yığılmışdır. Hadisədən sonra "VAZ-21214" markalı avtomobilin sürücü Zərərçəkmiş şəxs1 oğlu Əliyə hər hansı bir yardım göstərmədən və müvafiq hakimiyyət orqanlarına xəbər vermədən avtomobilin qeydiyyat nişanlarını sökmüş və şəxsi əşyalarını (toy şəkilləri, gödəkçəsi) avtomobildən götürərək yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Baş vermiş hadisə zamanı oğlu Əli Verdiyevin ölməsi ilə əlaqədar hadisənin günahkarı olan avtomobilin hər iki sürücüsü, yəni Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X12 həmçinin ifadəsində göstərmişdir ki, hadisədən sonra oğlu Əlini Şəmkir RMX-na çatdıran tanımadığı kənar şəxslərdən eşitmişdir ki, "VAZ-21214" markalı avtomobilin sürücüsü hadisədən dərhal sonra kiməsə zəng vurmuş, oğlu Əliyə hər hansı yardım göstərməmiş, avtomobilin dövlət qeydiyyat nişanlarını sökmüş və onun çağırışı ilə hadisə yerinə gələn “Mercedes” markalı avtomobili ilə çıxıb getmişdir. Bundan başqa, hadisədən sonra aldığı məlumatlara əsasən sürücü Zərərçəkmiş şəxs1 hadisə günü Gəncə şəhərində keçirilən toy məclisində iştirak edərək, orada spirtli içkilər qəbul etmiş və avtomobili sərxoş halda idarə etmişdir. X4 idarə etdiyi ona məxsus "VAZ-21065" markalı **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yararsız hala düşməsində avtomobilə görə ona 2230 (iki min iki yüz otuz) manat məbləğində maddi zərər dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, DSX-nin X13 Diviziyasının 10-cu Sərhəd zastavasının rəisi vəzifəsində işləyir. 09.11.2019-cu il tarixdən 03.12.2019-cu il tarixədək məzuniyyətə buraxılmışdır. Məzuniyyəti yaşadığı Şəmkir rayonu Dəllər-Cırdaxan kəndində ailə üzvləri ilə birgə keçirmişdir. X17 onun sinif yoldaşı olmuşdur. 28.11.2019- cu il tarixdə dostu Əli Verdiyev ilə birlikdə onun idarə etdiyi "VAZ-21065" markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib Şəmkir şəhərində yerləşən “Məkan” çay evinə çay içməyə getmişlər. Çay içdikdən sonra Yunis adlı tanışları Əli Verdiyevə zəng edib avtomobili ilə Bakı-Qazax yolunun Şəmkir rayonu Dəllər qəsəbəsi ərazisindən keçən “dörd yol” adlanan yerə gəlməsini bildirmişdir. Onda Əli ilə avtomobilə əyləşib Dörd yol dairəsinə Yunisin yanına getmişlər və avtobusla Yunisə gələn bağlamaları götürüb bir neçəsini Əli Verdiyevin idarə etdiyi avtomobilin arxa yük yerinə, bir hissəsini isə Yunisin avtomobilinə yığmışlar. Sonra o, yenə Əli Verdiyevin idarə etdiyi VAZ-21065 markalı avtomobilin sağ ön oturacağına əyləşmiş və onlar yaşadıqları Şəmkir rayonu Dəllər-Cırdaxan kəndinə getmək üçün Bakı-Qazax- Gürcüstan sərhəd yolu ilə Qazax istiqamətində hərəkətə başlamışlar, həmin yolun Şəmkir rayonu Dəllər qəsəbəsi ərazisindən keçən hissəsinə çatdıqda nəsə səs eşitmiş və gözünü açanda sərnişini olduğu "VAZ-21065" markalı avtomobilin yolun Bakı istiqamətindəki hərəkət zolağının kənarında dayanmasını avtomobilin dam hissəsinin əzilib qoparaq arxaya doğru yığılmasını, sürücü Əli Verdiyevin isə arxaya doğru uzanıqlı olmasını və onun baş nahiyəsindən çoxlu qanın axmasını görmüş, avtomobildən yerə düşmüş, sonra hadisəni görüb dayanmış şəxslərin və arxasınca gələn Yunisin köməyi ilə Əlini avtomobildən çıxarıb orada dayanmış olan "Mercedes-Benz" markalı avtomobilə qoyub Şəmkir MRX-na aparmışlar və xəstəxanada bilmişlər ki Əli Verdiyev almış olduğu xəsarətlərdən ölmüşdür. Lakin hadisənin necə və hansı şəraitdə baş verməsini xəsarət aldığı üçün xatırlamır. Ona görə də hadisənin necə baş verməsi barədə nəsə deyə bilmir. Sonradan ona məlum olmuşdur ki, sərnişini olduğu avtomobilə "VAZ-21074" markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobil dəyib, lakin necə dəyməsini xatırlamır, ondan əvvəl isə "VAZ 21074" markalı avtomobil "VAZ 21214" markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Hadisədən əvvəl də sərnişini olduğu VAZ-21065 markalı avtomobil Qazax istiqamətində hərəkətə olmuşdur. Əli Verdiyev avtomobili təxminən 80-90 km/saat sürətlə idarə etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, birgə nigahlarından 2 övladları vardır. Eldənizin özünə məxsus olan "VAZ 21074" markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 28.11.2020-ci il tarixdə axşam saatlarında ailəsi ilə birlikdə Şəmkir şəhərinə getmək üçün Eldənizin idarə etdiyi avtomobilə əyləşmişlər. O, avtomobildə qabaq sağda, oğlu Nurlan avtomobildə arxa sağd, qızı Aytac isə arxa solda əyləşmişdir. Bundan sonra Elldəlniz sükan arxasına keçərək avtomobili idarə etmiş, yaşadıqları evdən Şəmkir-Zəyəm avtomobil yoluna çıxaraq Şəmkir şəhər istiqamətində hərəkətdə olmuşlar. Həmin yolla hərəkətdə olan zaman Bakı-Qazax yoluna yaxınlaşarkən, Eldəniz yolun sol tərəfinə baxmış, yolun boş olduğunu görüb dayanmadan və gözləmədən gəldiyi kimi də baş yola daxil olub sağa istiqamətlənərək Bakı şəhər istiqamətində hərəkətinə davam etmişdir. Onlar baş yola çıxdıqdan sonra təxminən 100-120 metr məsafə qətt etdikdən sonra qəfildən yolun sol kənarından "VAZ 21214" markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobil manevr edib Bakı istiqamətində olan hərəkət zolağına daxil Bakı şəhər istiqamətini yönələn zaman o, qışqırmışdır. Eldəniz bunu görüb toqquşmadan yayınmaq üçün sükanı sola burmuş, lakin buna baxmayaraq avtomobilin ön sağ hissəsi "VAZ 21214" markalı avtomobilin arxa sol tərəfinə çırpılmış, avtomobil idarə etmədən çıxan zaman o, avtomobildən yerə yıxılıb huşunu itirmişdir. Ayılanda isə avtomobilin aşdığını görüb avtomobilə tərəf qaçmış, oğlu Nurlanın yerə uzandığını görmüşdür. Hadisə zamanı ətrafa toplaşan şəxslər digər ailə üzvləri avtomobildən çıxardıqdan sonra onları Şəmkir RMX-na aparmışlar. Oğlu Nurlanın vəziyyəti pis olduğundan X16 Beynəlxalq Xəstəxanasına aparmışdır. Hadisədən 3-4 gün sonra o, xəstəxanada olarkən ona məlum olmuşdur ki, onların avtomobili "VAZ 21214" markalı avtomobillə toqquşduqdan sonraavtomobilləri idarəetmədən çıxaraq əks istiqamətdən gələn "VAZ 21065" markalı avtpoobillə toqquşmuş və həmin avtomobilin sürücüsü X17 aldığı xəsarətlərdən ölmüşdür. O, sərnişini olduğu avtomobilin "VAZ 21065" markalı avtomobilə necə və hansı şəraitdə dəyməsini xatırlamır. "VAZ 21214" markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 xəsarət almış şəxslərə kömək etmək və onları xəstəxanaya çatdırmaq əvəzinə hadisə yerindən və qaçmamışdan əvvəl hadisə yerində idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanını sökmüşdür. Hadisədən sonra aldığı məlumatdan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 hadisə günü Şəmkir rayonunun Kür qəsəbəsində iş yoldaşının toyunda iştirak etmiş və hadisə zamanı sərxoş vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs2 həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs avtomobili 100 km/saat sürətlə idarə etmişdir. Yol nəqliyyat hadisəsi baş verməzdən əvvəl Təqsirləndirilən şəxs spirtli içki olan bir "bokal" pivə içmiş, hadisə zamanı Eldəniz sərxoş vəziyyətdə olmuşdur. Eldəniz idarə etdiyi avtomobillə ikinci dərəcəli yoldan baş yola çıxıb bakı şəhər istiqamətindəki əsas hərəkət zolağının üzərində hərəkət etdiyi zaman "VAZ 21214" markalı avtomobil qəfildən yolun sol tərəfindən manevr edib qarşılarına çıxan zman aralarında təxminən 20-25 metr məsafə olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 ifadələrində Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək oxşar məzmunda ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Ağstafa şəhəri Ü.Hacıbəyov küçəsi ev 9-da yaşayır. Hazırda DİN-nin Qazax RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi vəzifəsində işləyir, polis baş leytenantıdır. Zərərçəkmiş şəxs1 dostudur, aralarında normal münasibətləri vardır, hər hansı bir qohumluq əlaqələri yoxdur. 28.11.2019-cu il tarixdə şəxsi işi ilə əlaqədar olaraq Gəncə şəhərində olarkən orada Toğrul ilə görüşmüşdür. Bir qədər şəhərdə olandan sonra yaşadıqları rayona qayıtmaq qərarına gəlmişlər. O, Toğrula məxsus "VAZ-21214" markalı 10-DB-lll dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ oturacağına əyləşəndən sonra Toğrul avtomobili idarə edib Gəncə şəhərində Bakı-Qazax yoluna çıxaraq Qazax istiqamətində hərəkətə başlamışlar. Təxminən saat 21:45 radələrində onlar, həmin yolun Şəmkir rayonu Dəllər qəsəbəsi ərazisindən keçəndə Şəmkir şəhərində yaşayan dostları Şahid2 Toğrula zəng etdiyi üçün Toğrul telefonla danışmaq məqsədi ilə həmin yerdə olan körpüyə çatmamış avtomobili yolun sağ kənarında saxlayıb danışmağa başlamışdır. Telefonla danışıq zamanı Nurtac onları Şəmkir şəhərində çay içməyə dəvət etmişdir. Onlar dəvəti qəbul edəndən sonra Toğrul avtomobili geri döndərmək üçün avtomobili təxminən 20-30 metr irəliyə doğru hərəkət etdirib yolun boş olduğunu, yəni arxadan və qabaqdan nəqliyyat vasitələrinin gəlmədiyini görüb sola dönmə xarici işıq siqnalını yandırıb Qazax istiqamətindən Bakı, yəni Şəmkir şəhəri istiqamətinə döndərib Bakı istiqamətində hərəkətə başlamışdır. Hərəkətdə olarkən təxminən 80-90 metr məsafə qət etmişlər, bir anda arxadan gələn nəqliyyat vasitəsi sərnişini olduğu avtomobilin arxa hissəsindən vuranda Toğrulun idarə etdiyi avtomobil idarəetmədən çıxaraq yerindən fırlanıb yolun sağ kənarında dayanmışdır. O, avtomobildən düşəndən sonra sol tərəf qapı sıxışdığı üçün Toğrul sağ tərəfdən yerə düşmüşdür. Onlar yerə düşəndə yolun sağ kənarında ağ rəngli, lakin dam hissəsi əzilmiş formada "VAZ-21065" markalı avtomobilin, yolun əks istiqamətindəki ehtiyat hissənin kənarında isə "VAZ-21074" markalı avtomobilin düşdüyünü görmüşlər. Bu zaman hadisə yerində dayanan digər avtomobillərin sürücüləri hadisə vaxtı "VAZ-21065" və "VAZ- 21074" markalı avtomobildə olan xəsarət almış şəxsləri öz avtomobilləri ilə xəstəxanaya aparmışlar. Hadisə zamanı Toğrul şokda olduğu üçün özü-özünə qışqırdığını görüb dostu Nurtaca zəng vurub köməyə çağırmışdır. Bundan bir neçə dəqiqə sonra Şahid2 gəlmiş gəlib Toğrula su vermişdir, avtomobildə Toğrula aid olan sənəd, geyim əşyalarımı götürmüşdür. Onlar Toğrulun həyəcanlı olduğumu görüb Şəmkir şəhəri X22 stansiyasına aparmışlar. TTYSda olarkən həkimlər Toğrula sakitləşdirici iynə vurmuşlar. Bundan sonra hadisə yerini müayinə etmiş polis əməkdaşı gəlmiş Toğrulu həkim narkoloq müayinəsi aparıb sərxoşluq müayinəsindən keçirmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, sərnişini olduğu avtomobil ilə Bakı istiqamətində hərəkətdə olarkən "VAZ-2107" markalı avtomobil yolun sağ kənarında olan ikinci dərəcəli yoldan çıxaraq ön hissəsi ilə onların avtomobilinin arxa sol hissəsindən vurduqdan sonra sürəti böyük olduğundan idarəetmədən çıxaraq əks istiqamətdən gələn "VAZ-21065" markalı avtomobilin dam hissəsinə düşmüş, nəticədə "VAZ-21065" markalı avtomobilin sürücüsü, adını sonradan bildiyi X17 almış olduğu xəsarətlərdən ölmüşdür. VAZ- 2107 markalı avtomobilin haradan gəldiyini, sərnişini olduğu avtomobil ilə toqquşduqdan sonra əks istiqamətdən gələn VAZ- 2106 markalı avtomobil ilə necə və hansı şəraitdə toqquşduğunu görməmişdir. Şahid1 həmçinin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ümumiyyətlə spirtli içki qəbul edən deyil, həmin günü də heç bir spirtli içki qəbul etməmişdir. Hadisə zamanı xəsarət almamışdır. Torul Əsgərovun hadisə yerinə qədər təxminən 50-60 km/saat sürətlə idarə etdiyini bildirmişdir. "VAZ-21214" markalı avtomobil ilə Qazax istiqamətində hərəkətdə olarkən Şəmkir rayonu Dəllər qəsəbəsi ərazisindən keçəndə Şəmkir şəhərində yaşayan dostu Şahid2 Toğrula zəng etdiyi üçün Toğrul telefonla danışmaq məqsədi ilə həmin yerdə olan körpüyə çatmamış avtomobili yolun sağ kənarında saxlayıb danışmağa başlamış. Telefonla danışdıqdan sonra Şəmkir şəhərinə qayıtmaq məqsədi ilə Toğrul avtomobili geri döndərmək üçün avtomobili təxminən 20-30 metr irəliyə doğru hərəkət etdirərək yolun boş olduğunu, yəni arxadan və qabaqdan nəqliyyat vasitələrinin gəlmədiyini görüb sola dönmə xarici işıq siqnalını yandırıb Qazax istiqamətindən Bakı, yəni Şəmkir şəhəri istiqamətinə döndərib Bakı istiqamətində hərəkətə başlamışdır. Onlar hərəkətdə olarkən təxminən 80-90 metr məsafə qət etmişlər, bir anda arxadan gələn nəqliyyat vasitəsi sərnişini olduğu avtomobilin arxa hissəsindən vuranda olduğu avtomobil idarəetmədən çıxaraq yerindən fırlanıb yolun sağ kənarında dayanmışdır. Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobili, VAZ- 21074 markalı avtomobilin qarşısında sola doğru manevr etdirməmişdir. O, Təqsirləndirilən şəxs dedikləri ilə razı deyil. Eldəniz özünü müdafiə etmək məqsədi ilə yalan ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2012ci ildən DİO-da, 2017-ci ildən hazıradək Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı rütbəsindədir. Tovuz rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 onun dostudur. 28 noyabr 2019-cu il tarixdə Bakı-Qazax-Gürcüstan yolunun Dəllər qəsəbəsi ərazisindən keçən hissədə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı bildirmişdir ki, 28 noyabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 ona zəng edərək dostu və eyni zamanda kurs yoldaşı olan Şahid3 Gəncə şəhərində “İmperial” şadlıq sarayında təşkil olunmuş toy məclisində iştirak edibetməyəcəyini soruşanda ona bildirmişdir ki, işlərinin çoxluğu ilə əlaqədar toy məclisinə gedə bilməyəcək. Həmin gün axşam saatlarında istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək onun haləhvalını tutaraq harada olmasını soruşmuşdur. Zərərçəkmiş şəxs1 ona Gəncə şəhərindən dostu Şahid1 ilə birlikdə idarə etdiyi avtomobili ilə gəldiyini, Şəmkir rayonundan keçdiyini söyləmişdir. O, Toğrulu Şəmkir şəhərində çay içməyə təklif etmişdir. Toğrul da onun təklifini qəbul edib Şəmkir şəhərinə gələcəyini bildirmişdir. Təxminən 10-15 dəqiqədən sonra Şahid1 özünün istifadəsində olan xatırlamadığı mobil nömrədən ona zəng edərək avtoqəzaya düşdüklərini, Bakı-Qazax yolunun Dəllər qəsəbəsi ərazisindən keçən hissəsində olduqlarını bildirmişdir. O, xəbəri eşidən kimi idarə etdiyi “Wolsvagen” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə qeyd olunan yerə getmiş və hadisə yerinə çatanda görmüşdür ki, Zərərçəkmiş şəxs1 idarə etdiyi "VAZ 21214" markalı avtomobil Bakı-Qazax yolunun Şəmkir şəhəri istiqamətindəki yolun yardımçı hərəkət zolağının üzərində dayanmışdır. "VAZ 21214" markalı avtomobilin yaxınlığında sonradan adını bildiyi X11 idarə etdiyi “VAZ-21065” markalı avtomobilin dayandığını, həmin avtomobilin dam hissəsinin tam şəkildə qoparaq arxaya doğru yığılmasını görmüşdür. O, hadisə yerinə gələnə kimi “VAZ-21065” markalı avtomobilin sürücüsü Əli Verdiyev tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparılmışdır. Bundan başqa, "VAZ 21214" markalı avtomobildən xeyli aralı məsafədə uzaqda “VAZ 21074” markalı avtomobilin damı üstə aşmış vəziyyətdə görmüşdür. O, dərhal Zərərçəkmiş şəxs1 yaxınlaşıb onun qəzadan sonra hadisənin şokunda olmasını görüb ona su vermiş, daha sonra Toğrulun avtomobilində olan sənəd, geyim əşyalarını və toy şəkillərini götürüb onu Şəmkir rayon X22 məntəqəsinə aparmışdır. TTYS-da olarkən həkimlər Toğrula sakitləşdirici iynə vurmuşlar. Toğrul hadisədən sonra şokda olmaqla özünü itirmiş, danışa bilməmiş, onu sakitləşdirməyə çalışmışdır. Bundan sonra hadisə yerini müayinə etmiş Nemət adlı təhqiqatçı gəlib Toğrulu həkim narkoloqa aparıb onu sərxoşluq müayinəsindən keçirtmişdir. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 idarə etdiyi "VAZ 21214" markalı, 10-DB-lll dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı istiqamətində hərəkətdə olarkən sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21074” markalı avtomobil yolun sağ kənarında olan ikinci dərəli yoldan çıxaraq ön hissəsi ilə "VAZ 21214" markalı avtomobilin arxa sol hissəsindən vurduqdan sonra sürəti yüksək olduğundan idarəetmədən çıxaraq əks istiqamətdən gələn VAZ-21065 markalı avtomobilin dam hissəsinə düşməsi nəticəsində avtomobilin sürücüsü Əli Verdiyev aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Şahid2 həmçinin ifadəsində göstərmişdir ki, qəza baş verən gün Zərərçəkmiş şəxs1 atasının topuğu sındığı üçün onun ailə üzvləri Bakı şəhərində olmuşlar. Toğrul da ailə üzvlərinin törətdiyi yol-nəqliyyat hadisəsi haqqında məlumat alıb gecə ilə geri qayıtmalarının istəmədiyi üçün ondan avtomobilin dövlət qeydiyyat nişanlarının sökülməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 peşəkar idmançıdır, idmanın sərbəst güləş növü ilə məşğul olmaqla sağlam həyat tərzi keçirir və pis vərdişlərdən uzaq bir insandır. Toğrul ümumiyyətlə spirtli içki qəbul edən deyil. Hadisə günü də Toğrul alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 2012-ci ildən DİO-da, 2018-ci ildən hazıradək Xocalı rayon polis şöbəsinin İstintaq qrupunda müstəntiq vəzifəsində işləyir, polis baş leytenantı rütbəsindədir. Tovuz rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən X15 onun yaxın dostudur. 28 noyabr 2019-cu il tarixdə Bakı-Qazax-Gürcustan yolunun Dəllər qəsəbəsi ərazisindən keçən hissədə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı bildirmişdir ki, 28 noyabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 onun Gəncə şəhərində “İmperial” təşkil olunmuş toy məclisində iştirak etmişdir. Zərərçəkmiş şəxs1 saat 17 radələrində şadlıq sarayında olmuş, təxminən 3-4 saat məclisdə iştirak etdikdən sonra onunla sağollaşaraq məclisi tərk etmişdir. Ona verilən sualların mahiyyətinə dair göstərmişdir ki, Torğul Əsgərovun toy məclisində spirtli içki qəbul etməməsinə tam əmindir. Belə ki, məclisdə iştirak edən zaman onun əyləşdiyi masaya yaxınlaşarkən hal-əhval tutub onunla və digər tələbə yoldaşları ilə birlikdə spirtli içki qəbul etməsini təklif edərkən o, ümumiyyətlə, spirtli içki qəbul etmədiyini bildirib bu təklifdən imtina etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid4 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid4 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, X5 həmkəndlisi və eyni zamanda dostu olmuşdur. 28.11.2019-cu il tarixdə təxminən saat 21:15 radələrində Bakı şəhərindən avtobusla gələn yükünü qarşılamaq üçün dostu Şahid5 ilə birgə özünə məxsus olan VAZ-21014 markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı-Qazax yolunun Şəmkir şəhəri ərazisindən keçən hissəsində yerləşən 4 yol adlanan yerə getmiş və yolda olarkən dostu Əli Verdiyevə zəng edib harada olmasını soruşmuşdur. Əli, Şəmkir şəhərində olduğunu bildirəndə ondan 4 yola adlanan yerə gəlməsini xahiş etmişdir. O, 4 yol adlanan yerə çatanda Əli, idarə etdiyi "VAZ-21065" markalı avtomobili ilə yanma gəlmişdir. Həmin vaxt digər dostu Zərərçəkmiş şəxs5 da Əlinin yanında olmuşdur. Avtobus gələndən sonra o, yükün çox olduğunu görüb yarısını öz avtomobilinə, yarısını isə Əlinin avtomobilinə yüklədikdən sonra Əli ondan əvvəl avtomobilinin sükanı arxasına keçib yaşadıqları kənd istiqamətində, yəni Qazax istiqamətində hərəkətə başlamışdır. Bundan təxminən 1 dəqiqə sonra avtomobilinə əyləşib həmin istiqamətdə hərəkətə başlamışdır. O, təxminən 2 km məsafə qət etmişdir ki, 1 nəfər səxsin yola qaçdığını, yolun sağ kənarına isə VAZ-2107 markalı avtomobilin aşdığını görüb avtomobili saxlamışdır. Onlar avtomobildən düşəndən sonra Təhmin yolun sol tərəfinə qaçanda həmin yerə tərəf boylanmış və orada göy rəngli "VAZ-21214" markalı avtomobilin dayandığını və Əli Verdiyevə məxsus "VAZ-21065" markalı avtomobilin dam hissəsinin əzilmiş formada olduğunu görüb həmin yerə qaçmış və avtomobilə çatanda dostu Zərərçəkmiş şəxs5 yaralı vəziyyətdə olduğunu görüb ondan Əlinin harada olmasını soruşmuşdur. Yusif də Əlinin avtomobilin salonunda olduğunu deyəndə avtomobilin sol tərəfinə keçmiş və Əlinin huşsuz vəziyyətdə olduğunu görmüşdür. O, əli ilə Əlinin nəbzini yoxlayanda nəbzin vurmadığını görüb X22a zəng vurmuşdur. Lakin ətrafa toplaşan şəxslər X22ın gec gələcəyini bildirəndən sonra onlar Əlini avtomobildən çıxarıb digər avtomobil ilə Şəmkir MRX-na aparmışlar, lakin xəstəxanaya çatanda həkimlər Əliyə baxıb onun öldüyünü bildirmişlər. Ona verilən sualların mahiyyətinə dair göstərmişdir ki, hadisənin necə və hansı şəraitdə baş verdiyini görməmişdir. Belə ki, onlar 4 yol adlanan yerdə olarkən Əli idarə etdiyi avtomobil ilə ondan təxminən 1 dəqiqə əvvəl hərəkətə başladığı üçün aralarında məsafə yaranmışdır. Buna görə də o, qeyd edilən hadisənin necə və hansı şəraitdə baş verdiyini görməmişdir. Sadəcə olaraq deyilənlərə görə "VAZ 21214" markalı avtomobil baş yol ilə geriyə doğru dönən zaman "VAZ-21074" markalı avtomobil Şəmkir-Zəyəm yolundan, yəni ikinci dərəcəli yoldan baş yola çıxaraq həmin "VAZ 21214" markalı avtomobilin arxa hissəsi ilə toqquşandan sonra idarəetmədən çıxaraq əks istiqamətdən gələn Əli Verdiyevin idarə etdiyi "VAZ-21065" markalı avtomobil ilə toqquşmuşdur. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid5 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid5 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Şəmkir Dəllər-Cırdaxan kəndində yaşayır, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir. X5 həmkəndlisi və eyni zamanda dostu olmuşdur. 28.11.2019-cu il tarixdə təxminən saat 21:15 radələrində dostu Şahid4 Bakı şəhərindən avtobusla gələn yükünü qarşılamaq üçün Yunis ilə birgə onun VAZ-21014 markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı-Qazax yolunun Şəmkir şəhəri ərazisindən keçən hissəsində yerləşən 4 yol adlanan yerə getmişlər və yolda olarkən dostu Əli Verdiyevə zəng edib harada olmasını soruşmuşlar. Əli Şəmkir şəhərində olduğunu bildirəndə, 4 yol adlanan yerə gəlməsini xahiş etmişlər. Onlar 4 yol adlanan yerə çatan zaman Əli idarə etdiyi "VAZ-21065" markalı avtomobili ilə gəlmişdir. Həmin vaxt digər dostu Zərərçəkmiş şəxs5 da Əlinin yanında olmuşdur. Avtobus gələndən sonra yük çox olduğundan Yunis yükün yarısını öz avtomobilinə, yarısını isə Əlinin avtomobilinə yüklədikdən sonra Əli, onlardan əvvəl avtomobilin sükanı arxasına keçib yaşadıqları kənd istiqamətində, yəni Qazax istiqamətində hərəkətə başlamışlar. Bundan təxminən 1 dəqiqə sonra onlar da öz avtomobillərinə əyləşib həmin istiqamətdə hərəkətə başlamışlar. Onlar təxminən 2 km məsafə qət etmişlər ki, 1 nəfər şəxsin yola qaçdığını, yolun sağ kənarına isə "VAZ-21074" markalı avtomobilin aşdığını görmüşlər, avtomobili saxlamışlar. O, avtomobildən düşəndən sonra yolun sol tərəfində göy rəngli "VAZ 21214" markalı avtomobilin dayandığını və Əli Verdiyevə məxsus "VAZ-21065" markalı avtomobilin dam hissəsinin əzilmiş formada olduğunu görüb həmin yerə qaçmışdır. Avtomobilə çatanda dostu Zərərçəkmiş şəxs5 yaralı, Əlinin isə huşsuz vəziyyətdə olduğunu görmüşdür. Onlar bunu görüb X22a zəng etmişlər. Lakin ətrafa toplaşan şəxslər X22ın gec gələcəyini bildirəndən sonra onlar Əlini avtomobildən çıxarıb digər avtomobil ilə Şəmkir MRX-na aparmışlar, lakin xəstəxanaya çatanda həkimlər Əliyə baxıb öldüyünü bildirmişlər. Ona verilən sualların mahiyyətinə dair göstərmişdir ki, hadisənin necə və hansı şəraitdə baş verdiyini görməmiş. Onlar 4 yol adlanan yerdə olarkən Əli idarə etdiyi avtomobillə onlardan təxminən 1 dəqiqə əvvəl hərəkətə başladığı üçün aralarında məsafə yaranmışdır. Buna görə də o, qeyd edilən hadisənin necə və hansı şəraitdə baş verdiyini görməmişdir. Sadəcə olaraq deyilənlərə görə NİVA markalı avtomobil baş yol ilə geriyə doğru dönən zaman VAZ-2107 markalı avtomobil Şəmkir-Zəyəm yolundan, yəni ikinci dərəcəli yoldan baş yola çıxaraq həmin NİVA markalı avtomobilin arxa hissəsi ilə toqquşandan sonra idarəetmədən çıxaraq əks istiqamətdən gələn Əli Verdiyevin idarə etdiyi "VAZ-21065" markalı avtomobillə toqquşmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 28 noyabr 2019-cu il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı-Qazax- Gürcustan sərhəddi yolunun Şəmkir rayonu Dəllər qəsəbəsi ərazisindən keçən 403-cü kilometrliyində baş vermişdir. Hadisə gecə vaxtı baş vermiş, hadisə baş vermiş yol işıqlandırılmır. Hadisə yerində yolun hərəkət hissəsi asfaltbeton örtüklü, düz, üfüqi və hamar olmaqla hadisə baş verən vaxtda quru vəziyyətdə olmuşdur. Hadisə yerində yol iki hərəkət istiqamətindən ibarətdir. Hərəkət istiqamətlərinə yardımçı hərəkət zolaqları birləşir. Əsas hərəkət zolaqlarını və yardımçı hərəkət zolaqlarını biri-birindən qırıq-qırıq xətt ayırır .Hadisə yerində yolun ümumi eni 16 metr, hər iki yol çiyinin eni isə 3 metrdir. Hadisə yerində yolun Bakı istiqamətində Şəmkir rayonu Zəyəm qəsəbəsinə, Qazax istiqamətində isə Dəllər qəsəbəsinə ayrılan asfalt örtüklü yolayrıcıları vardır. Yolun hər iki istiqamətində Baş yol (2.1) və sürət həddi 90 km-saat göstərən yol nişanları vardır. Burada "VAZ 21074" markalı **-DU-***, "VAZ 21214" markalı **-DB-*** və "VAZ-21065" markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillər toqquşmuşdur. Hadisə yerinə baxış zamanı toqquşma yerləri müəyyən edilmişdir. "VAZ 21074" markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə "VAZ 21214" markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolun Bakı istiqamətindəki əsas hərəkət zolağının üzərində sağdan sola doğru 7,7 metr məsafədə toqquşmuş, həmin yerdə asfaltın üzərində sürtünmə izi vardır. "VAZ 21074" markalı avtomobil "VAZ 21214" markalı avtomobil ilə Bakı istiqamətindəki əsas hərəkət zolağının üzərində toqquşduqdan sonra sola doğru yönəlib Qazax istiqamətindəki hərəkət zolağının üzərində qarşıdan gələn "VAZ-21065" markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qazax istiqamətindəki əsas hərəkət zolağının üzərində sağdan sola doğru 8 metr məsafədə toqquşmuşdur, həmin yerdə asfaltın üzərində sürtünmə izi qalmışdır. "VAZ 21074" markalı avtomobilin "VAZ 21214" markalı avtomobil ilə Bakı istiqamətindəki hərəkət zolağının üzərində olan toqquşma yeri ilə Qazax istiqamətindəki hərəkət zolağının üzərində "VAZ-21065" markalı avtomobil ilə toqquşma yerinin arasında 17 metr məsafə vardır. "VAZ 21074" markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobil Şəmkir rayonu Zəyəm qəsəbəsinə ayrılan yolayrıcından Bakı-Qazax yoluna daxil olub Bakı istiqamətindəki əsas hərəkət zolağının üzərində "VAZ 21214" markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşana qədər 136 metr məsafə qət etmişdir. Toqquşmadan sonra "VAZ 21074" markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobil Qazax istiqamətindəki yardımçı hərəkət zolağının üzərində, "VAZ-21065" markalı avtomobil ilə toqquşma yerindən 35 metr aralı məsafədə damı üstə aşmış, əsasən ön sağ, dam və sağ yan hissəsi əzilmişdir. "VAZ 21214" markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmadan sonra yolun Bakı istiqamətindəki yardımçı hərəkət zolağının üzərində üzü yolun sağ ehtiyat hissəsinə doğru dayanmış, sol arxa yan hissəsi əzilmişdir. "VAZ-21065" markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil isə yolun Bakı istiqamətindəki hərəkət zolağının kənarındakı ehtiyat hissənin üzərində üzü Bakı istiqamətində dayanmış, qismən ön sol hissəsi əzilmiş, dam hissəsi ön tərəfdən qoparaq arxaya doğru qatlanmışdır. Hadisə yerində şinlərin izləri yoxdur, lakin Bakı və Qazax istiqamətindəki hərəkət zolağının üzərində sürtünmə izləri vardır və oraya şüşə və avtomobillərin sınmış hissəcikləri tökülmüşdür. Hadisə yerində avtomobillərin təkərindən qalma tormoz izi aşkar edilməmişdir. Bakı istiqamətindəki hərəkət zolağının üzərində olan toqquşma yerinə və avtomobillərin üzərində olan zədələrə görə "VAZ 21074" markalı avtomobil və "VAZ 21214" markalı avtomobil toqquşan zaman üzü Bakı istiqamətində toqquşmuşlar. Qazax istiqamətində hərəkət zolağının üzərində olan toqquşma yerinə görə isə toqquşmadan əvvəl "VAZ-21065" markalı avtomobil Qazax istiqamətində hərəkətdə olmuşdur. Baxış zaman müəyyən edilmişdir ki, hadisədən əvvəl Təqsirləndirilən şəxs idarə etdiyi "VAZ 21074" markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şəmkir rayonu Zəyəm qəsəbəsinə ayrılan yolayrıcından Bakı-Qazax yoluna, yəni baş yola daxil olaraq Bakı istiqamətində hərəkətdə olmuş, Zərərçəkmiş şəxs1 idarə etdiyi "VAZ 21214" markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Qazax istiqamətində hərəkətdə olaraq sola doğru manevr edib üzü Bakı istiqamətində hərəkətə başlamış, X17 isə idarə etdiyi "VAZ-21065" markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qazax istiqamətində hərəkətdə olmuşdur. Hadisə yerində 90 km/saat sürət məhdudiyyət nişanı vardır. Hadisə yerinin sxemi və fotoşəkilləri çəkilərək protokol tərtib edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 29 noyabr 2019-cu il tarixli 4316/2019 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 29 noyabr 2019-cu il tarixli avtomobilə baxış keçiriməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, istintaq zamanı hadisənin iştirakçıları olan "VAZ 21214" markalı 10-DB-11 dövlət qeydiyyat nişanlı, "VAZ 21074" markalı **-DU-*** dövlət qeydiyyat nişanlı və "VAZ 21065" markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillərə baxış keçirilmiş, baxış zamanı avtomobillərin fotoşəkilləri çəkilmiş və baxışın aparılması barədə protokol tərtib edilmidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 30 noyabr 2019-cu il tarixli aktdan görünür ki, hadisə zamanı "VAZ-21214" markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2680 (iki min altı yüz səksən) manat ziyan dəymişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-trasoloji ekspertizasının 03.02.2020-ci il tarixli, 31818 nömrəli rəyindən görünür ki, nəqliyyat vasitələri ilkin kontakt anında VAZ-21074 markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qanadı ilə VAZ 21214 markalı, ** DB *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qanad arasında toqquşma təxminən 5-10 dərəcə bucaq altında baş vermişdir. Nəqliyyat vasitələri ilkin kontakt anında VAZ-21074 markalı ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qanadı ilə "VAZ-21214" markalı ** DB *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qanadı arasında toqquşma təxminən 5-10 dərəcə bucaq altında baş verməsi ilə istintaq tərəfindən qərarda göstərilmiş hadisə mexanizmi bir-birləri ilə ziddiyyət təşkil etmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi ekspertizasının 15.12.2019-cu il tarixli, 43 №-li rəyi ilə müəyyən olunmuşdur ki, X1 meyitinin bədənində aşkar edilmiş xəsarətlər - alın nahiyəsinin mərkəzi hissəsinin əzilmişsoyulmuş yarası, alın nahiyəsinin sağ yarısının və sol qaş nahiyəsinin əzilmiş yaraları, burun və üz nahiyəsinin çoxsaylı əzilmiş- didilmiş yaraları, alın, burun, almacıq və əng sümüklərinin, kəllə əsasının sınıqları beyinin yumşaq qişasına qansızmalar, beyin toxumasının əzilməsi, sol bazu sümüyünün orta üçdə birinin, sol said sümüklərinin aşağı üçdə birinin qapalı yerini dəyişmiş sınıqları, sol əlin arxa səthinin sıyrığı KÜT əşyaların təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 28 noyabr 2019-cu il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, həyatıdırlar. Ağırlıq dərəcəsinə görə bunlar həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdirlər. - X1 ölümünə səbəb avtomobil qəzası zamanı aldığı ağır kəllə-beyin travması nəticəsində baş beyin toxumasının əzilməsi olmuşdur. İlkin meyit əlamətlərinin inkişafına əsasən onu demək olur ki, X11 ölümü meyitin müayinəyə başlanmasından 10-12 saat əvvəl baş vermişdir. - X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddə aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının Zəyəm qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10.03.2020-ci il tarixli 360 nömrəli arayışıdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu Zəyəm qəsəbəsi İƏD üzrə nümayəndəliyinin ev təsərrüfatbaşına kitabında qeydiyyatda durur və həmin qəsəbədə yaşayır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının Zəyəm qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10.03.2020-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11.03.2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06.03.2020-ci il tarixli ərizəsinə əlavə olunan 1 ədəd DVD diskdəki videokamera görüntülərinə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, həmin disk ağ rəngli kağız materialdan olan zərfin içərisindədir. Diski zərfdən çıxardıqdan sonra görünür ki, bir ədəd ağ rəngli dairəvi formalı diskin üzərində “ARİTA” yazısı qeyd olunmuşdur. Həmin disk “Dell” markalı kompüter “cidirom” adlanan bölməsinə daxil edilmiş, kompüterdə “kompüter” bələdçi proqramı vasitəsilə daxil olduqda (E:) diskinin “DVD R” adı altında olan bölmədə diskin içərisində DVD formatlı 2 ədəd fayl müəyyən edilmişdir. 1-ci video görüntü 10 saniyə, 2-ci video görüntü 15 saniyədən ibarətdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin görüntülər kamera qurğusuna malik olan aparatla kənardan çəkilmişdir. DVD diskdəki olan videogörüntülərə baxış zamanı hadisə yerini, yol-nəqliyyat hadisənini hansı şəraitdə baş verməsini, yol-nəqliyyat hadisəsinin mexanizmini və hansı avtomobillərin toqquşmasını, avtomobillərin hərəkət istiqamətlərini və avtomobillərin markasını müəyyən etmək mümkün olmamışdır. Təqdim olunan DVD diskdəki videogörüntülər hadisənin aydın şəkildə hansı şəraitdə baş verməsini müşahidə etmək mümkün olmamışdır. Baxış zamanı iş üçün əhəmiyyətli olan hər hansı hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi ekspertizasının 04.12.2019-cu il tarixli, 1442 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər - sağ təpə nahiyəsinin dərialtı hematoması, alt çənə nahiyəsinin əzilmiş yarası, 6-cı döş fəqərəsinin cisminin sağ küncünün minimal yerini dəyişmiş sınığı, sağ dirsək oynağının, sol baldırın yuxarı üçdə birinin qançırları küt əşyaların təsirindən törənmişlər, yol- nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, törənmə müddətləri 28 noyabr 2019-cu il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi ekspertizasının 04.12.2019-cu il tarixli, 1443 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədən səthində aşkar edilmiş xəsarət - sol diz oynağının ön səthinin qançırı küt əşyaların təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, törənmə müddəti 28 noyabr 2019-cu il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi ekspertizasının 12.12.2019-cu il tarixli, 1459 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 bədən səthində aşkar edilmiş xəsarətlər - başın tüklü hissəsində sol təpə nahiyəsinin əzilmiş yarası, sol alın-təpə nahiyəsinin dərialtı hematoması, alın nahiyəsinin sol yarısının əzilmiş yarası, hər iki gözaltı nahiyənin qançırları, sol gözün ağlı qişasına qansızma, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, döş qəfəsinin qapalı küt travması, hər iki ağ ciyərin yuxarı payının əzilməsi və suplevral qanaması, sağ baldırın yuxarı və orta üçdə birinin əzilmiş yaraları küt əşyaların təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, törənmə müddətləri 28 noyabr 2019-cu il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi ekspertizasının 30.11.2019-cu il tarixli, 1432 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 bədən səthində aşkar edilmiş xəsarətlər - alın nahiyəsinin sol yarısının əzilmiş yarası, sol gözətrafı yumşaq toxumaların hematoması, sol almacıq nahiyəsinin, sol qulaq seyvanının və sol dodaq büküşünün sıyrıqları küt əşyaların təsirindən törənmişlər, yolnəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, törənmə müddətləri 28 noyabr 2019-cu il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Tovuz RQİ və TBŞ şöbəsinin 11.03.2020-ci il tarixli 16/728 nömrəli məktubundan görünür ki, sürücü Təqsirləndirilən şəxs adına 21.10.2013cü il tarixdən 21.10.2023-cü il tarixədək AE-303440 nömrəli "BC" dərəcəli sürücülük vəsiqəsi verilmiş və o, sürücülük hüququndan məhrum edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17.03.2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, İstintaq zamanı iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs ifadələri arasında olan ziddiyyətlərə aydınlıq gətirmək məqsədilə tərəflər arasında üzləşmə keçirilmişdir. Aparılmış üzləşmə zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi Toğrulun təqsirin üzündən olmuşdur. Belə ki, 28.11.2019-cu il tarixdə saat 21 radələrində ailə üzvləri ilə birlikdə Şəmkir şəhərinə getmək üçün özünə məxsus VAZ- 21074 markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir-Zəyəm avtomobil yoluna çıxaraq Şəmkir şəhəri istiqamətində hərəkət etmişdir. Həmin yol ilə hərəkətdə olarkən Bakı- Qazax yoluna yaxınlaşanda o, yolun sol tərəfinə baxıb yolun boş olduğunu görüb buna əmin olduqdan sonra dayanmadan və gözləmədən getdiyi sürətlə yardımçı yola daxil olub sağa istiqamətlənərək Şəmkir şəhəri istiqamətində hərəkətinə davam etdirmişdir. O, yola çıxandan sonra təxminən 100-120 metr məsafə qət etmiş, qəflətən yolun sol kənarından Toğrulun idarə etdiyi "VAZ-21214" markalı, 10-DB-lll dövlət qeydiyyat nişanlı avtomobilin manevr edib Bakı istiqamətindəki yolun yardımçı hərəkət zolağına daxil olub üzü Bakı istiqamətinə yönələn zaman qarşısına çıxmışdır. Toğrul avtomobili qəflətən qarşısına sürdüyü üçün onun üçün qəza şəraiti yaratmışdır. O, bunu görüb Toğrulun avtomobili ilə toqquşmadan yayınmaq üçün sükanı sola burub avtomobili sola istiqamətləndirmiş, lakin aralarında məsafə az olduğundan avtomobilin ön sağ hissəsi Toğrulun avtomobilin arxa sol tərəfinə dəyəndə avtomobili idarəetmədən çıxaraq aşmışdır. Sonra ona məlum olmuşdur ki, hadisə vaxtı idarə etdiyi avtomobil ilə "VAZ 21214" markalı avtomobillə toqquşandan sonra avtomobili idarəetmədən çıxaraq əks istiqamətdən gələn "VAZ-21065" markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. "VAZ 21214" markalı avtomobil geriyə dönmə əməliyyatı aparan anda onun avtomobili Bakı istiqamətindəki yardımçı zolağının üzərində tam olmamış, yəni avtomobili sağ tərəfi yolun yardımçı hissəsinə, sol tərəfi isə yolun əsas hərəkət zolağına düşmüşdür. O, Toğrulun hadisə vaxtı hadisə yerindən qaçdığını görməmişdir. "VAZ 21214" markalı avtomobil geriyə dönmə əməliyyatı aparan anda onun avtomobillə həmin avtomobil arasında təxminən 20-25 metr məsafə olmuşdur. Aparılmış üzləşmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, VAZ 21074 markalı avtomobilin qarşısında sola doğru manevr etməmişdir. 28.11.2019-cu il tarixdə təxminən saat 21:45 radələrində o, idarə etdiyi VAZ- 21214 markalı, 10-DB-lll dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax yolu ilə Qazax rayonu istiqamətində hərəkətdə olarkən Şəmkir rayonu Dəllər qəsəbəsi ərazisindən keçəndə həmin yerdə olan körpüyə çatmamış Şəmkir şəhərinə geri qayıtmaq üçün yolun boş olduğunu, yəni arxadan və qabaqdan nəqliyyat vasitələrinin gəlmədiyini görüb sola dönmə xarici işıq siqnalını yandırıb Qazax istiqamətindən Bakı, yəni Şəmkir şəhəri istiqamətinə dönüb Bakı istiqamətində hərəkətə başlamışdır. Hərəkətdə olarkən təxminən 100 metr məsafə qət etmiş ki, bir anda arxadan güclü işıq gəldiyini hiss edəndə qəflətən avtomobilin arxa hissəsindən toqquşma baş vermişdir. Toqquşma baş verəndə idarə etdiyi avtomobili toqquşmanın təsirindən sağa yönəlib dayanmışdır. Hadisə zamanı sol qapı sıxıldığı üçün açılmadığından yanında olan dostu Şahid1 sağ qapını açmış, hər ikisi həmin qapıdan yerə düşmüşlər. Onlar yerə düşəndə yolun sağ kənarında dam hissəsi əzilmiş formada ağ rəngli "VAZ-21065" markalı avtomobilin, yolun əks istiqamətindəki ehtiyat hissənin kənarında isə "VAZ-21074" markalı avtomobilin düşdüyünü görmüşdür. Qəzadan sonra o, avtomobildən düşəndə hadisə yerində zərər çəkənlərdən heç birini görməmişdir. O, hadisə yerindən gedənə kimi hadisə nəticəsində xəsarət almış şəxsləri kənar şəxslər xəstəxanaya aparmışlar. O, hadisə yerindən qaçmamışdır. Qəzadan sonra hadisənin şokunda olmuş, TTYS-na müraciət etdikdən sonra həkim ona sakitləşdirici iynə vurmuşdur. Hadisə vaxtı alkoqol sərxoşluğu vəziyyətində olmamış, o, ümumiyyətlə spirtli içki qəbul edən deyil. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17.03.2020-ci il tarixli zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsinin yerində yoxlanılması zamanı müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsindən əvvəl o, əli ilə göstərdiyi yerin, yəni idarə etdiyi "VAZ-21214" markalı avtomobili yolun Qazax istiqamətindəki yol çiyinin üzərində saxladığı yerdən sola döndərib Şəmkir şəhəri istiqamətində hərəkətə gətirərək qeyd edilən toqquşmaya kimi neçə metr məsafə qət etməsi istifadəmdə olan 50 metrliklik kriminalistik metr ilə ölçülmüşdür. Zərərçəkmiş şəxs1 dediklərinə əsasən müvafiq ölçmə aparılmış və müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 idarə etdiyi "VAZ- 21214" markalı avtomobili Bakı-Qazax yolunun Şəmkir rayonu Dəllər qəsəbəsi ərazisindən keçən 403-cü km-də qarşıda olan körpüyə çatmağa (82 metr) məsafə qalmış yolun Qazax istiqamətindəki yol çiyinin üzərində saxladığı yerdən hərəkətə gətirərək geriyə döndərib 9,5 metr məsafə qət etdikdən sonra yolun Bakı istiqamətindəki əsas hərəkət zolağının üzərinə çıxaraq üzü Şəmkir şəhəri istiqamətində hərəkətə başladıqdan sonra qeyd edilən VAZ-21074 markalı avtomobil onun idarə etdiyi avtomobili ilə toqquşana kimi idarə etdiyi VAZ- 21214 markalı avtomobili 123 metr məsafə qət etmişdir. "VAZ-21214" markalı avtomobili sola dönüb Bakı istiqamətinə düzəlib hərəkət edərkən VAZ-21074 markalı avtomobil ikinci dərəcəli yoldan baş yola daxil olmamışdır. Bundan əlavə, toqquşma yerindən Şəmkir-Zəyəm yolunun, yəni ikinci dərəcəli yolun Bakı-Qazax yoluna birləşdiyi yerə qədər ölçmə aparılmış və müəyyən edilmişdir ki, Şəmkir-Zəyəm yolunun Bakı-Qazax yoluna birləşdiyi yerdən həmin toqquşma yerinə qədər 138 metr məsafə vardır. Bu barədə protokol tərtib edilərək, sxem və fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 24.03.2020-ci il tarixli zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsindən əvvəl o, əli ilə ikinci dərəcəli yolu, yəni Şəmkir-Zəyəm avtomobil yolunu göstərərək idarə etdiyi "VAZ-21074" markalı avtomobili ilə həmin ikinci dərəcəli yoldan Bakı-Qazax yolunun Bakı istiqamətindəki yardımçı hərəkət zolağına çıxdıqdan sonra yolun əks istiqamətini göstərib qeyd edilən "VAZ-21214" markalı avtomobilin həmin istiqamətdən gəldiyini və gəldiyi yerdə geri qayıtmaq məqsədilə sola doğru manevr edib onun qarşısına çıxdığı yeri və bununla da idarə etdiyi avtomobili ilə həmin "VAZ-21214" markalı avtomobilin toqquşduğu yeri göstərmişdir. Bundan sonra, onun göstərdiklərinə əsasən istifadəmdə olan 50 metrlik kriminalistik metr ilə müvafiq ölçmə aparılmış və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21074 markalı avtomobili ilə ikinci dərəcəli yoldan Bakı-Qazax yoluna çıxdıqdan sonra yolun Bakı istiqamətindəki yardımçı hərəkət zolağına daxil olub Bakı istiqamətində hərəkətinə davam edəndə əks istiqamətdən gələn "VAZ-21214" markalı avtomobil yolun sol tərəfindən sola doğru manevr edərək onun qarşısına çıxan zaman hərəkəti üçün təhlükə yarandığı anda arada 36 metr məsafə olmuş və yolun Bakı istiqamətindəki yardımçı hərəkət zolağının üzərində sağdan sola doğru 4 metr məsafədə idarə etdiyi avtomobilin ön sağ hissəsi ilə "VAZ-21214" markalı avtomobilin arxa sol hissəsi toqquşmuşdur. Bundan əlavə, toqquşma yerindən Şəmkir-Zəyəm yolunun Bakı-Qazax yolun birləşdiyi yerə qədər ölçmə aparılmış və müəyyən edilmişdir ki, həmin məsafə 149 metr təşkil edir. Bu barədə protokol tərtib edilərək, sxem və fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 mart 2020-ci il tarixli aktdan görünür ki, hadisə zamanı "VAZ-21065" markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2230 (iki min iki yüz otuz) manat ziyan dəymişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 18.03.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 18.05.2020-ci il tarixli, 8/384 №-li rəyindən görünür ki, 1-2. İstintaq tərəfindən təqdim olunan məlumatlara görə VAZ-21074 markalı ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VAZ-21074 markalı avtomobili sərxoş vəziyyətdə və 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 90 km/saata qədər məhdudlaşdırılmış yolda 100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 09.07.2020-ci il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 istifadəsində olmuş 050 *** ** ** mobil telefon nömrəsinə 27.11.2019-cu il tarixdən 29.11.2019cu il tarixə qədər daxil, xaric olmuş zənglərin çapı, daxil və xaric olmuş mesajların “CD” diskdə olan yazısına baxış keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, 27.11.2019-cu il tarixdən 29.11.2019-cu il tarixədək olan müddət ərzində daxil olmuş və xaric olmuş zənglər, zənglərin tarixi, zənglərin danışıq müddətləri, zəng edənin və zəngi qəbul edənin antena dairəsi cədvəldə 6 sütunda göstərilmişdir. Birinci sütunda zəng edən nömrə, ikinci sütunda zəngi qəbul edən nömrə, üçüncü sütunda zəngin tarixi saatı, dördüncü sütunda danışığın müddəti saniyə ilə, beşinci sütunda zəng edən nömrənin CELL İD-si və altıncı sütunda zənglərin antena dairəsi göstərilmişdir. İş üçün əhəmiyyət kəsb edən danışıqlara baxış zamanı müəyyən edildi ki, iş üzrə zərər çəkmiş Zərərçəkmiş şəxs1 istifadəsində olmuş 050 *** ** ** mobil telefon nömrəsindən şahid qismində dindirilmiş Şahid2 istifadəsində olmuş 077 *** ** ** mobil telefon nömrəsinə 28 noyabr 2019-cu il tarixdə saat 13:09-da zəng olmuş həmin zəng zamanı 35 saniyə ərzində Tovuz rayonu ATS antena dairəsində, 077 *** ** ** mobil telefon nömrəsindən 050 *** ** ** mobil telefon nömrəsinə 28 noyabr 2019-cu il tarixdə saat 14:24-də zəng olmuş həmin zəng zamanı 76 saniyə ərzində Tovuz rayonu Qovlar antena dairəsində, 050 *** ** ** mobil telefon nömrəsindən 077 *** ** ** mobil telefon nömrəsinə 28 noyabr 2019cu il tarixdə saat 15:36-da zəng olmuş həmin zəng zamanı 18 saniyə ərzində Tovuz rayonu Qovlar antena dairəsində, 077 *** ** ** mobil telefon nömrəsindən 050 *** ** ** mobil telefon nömrəsinə 28 noyabr 2019-cu il tarixdə saat 15:52-də zəng olmuş həmin zəng zamanı 2 saniyə ərzində Şəmkir rayonu Zəyəm antena dairəsində, 077 *** ** ** mobil telefon nömrəsindən 050 *** ** ** mobil telefon nömrəsinə 28 noyabr 2019-cu il tarixdə saat 16:50-də zəng olmuş həmin zəng zamanı 16 saniyə ərzində Gəncə antena dairəsində, 077 *** ** ** mobil telefon nömrəsindən 050 *** ** ** mobil telefon nömrəsinə 28 noyabr 2019-cu il tarixdə saat 21:45-də zəng olmuş həmin zəng zamanı 17 saniyə ərzində Şəmkir rayonu antena dairəsində danışıq olmuşdur. Bundan başqa Zərərçəkmiş şəxs1 istifadəsində olmuş 050 *** ** ** mobil telefon nömrəsindən şahid qismində dindirilmiş Şahid2 istifadəsində olmuş 077 *** ** ** mobil telefon nömrəsinə 29 noyabr 2019-cu il tarixdə saat 00:30-da zəng olmuş həmin zəng zamanı 41 saniyə ərzində Tovuz rayonu, Aşağı Quşçu kəndi antena dairəsində danışıq olmuşdur. Bundan başqa zərər çəkmiş Zərərçəkmiş şəxs1 istifadəsində olmuş 050 *** ** ** mobil telefon nömrəsindən şahid qismində dindirilmiş Şahid1 istifadəsində olmuş 070 *** ** ** mobil telefon nömrəsinə 29 noyabr 2019-cu il tarixdə saat 00:34-də zəng olmuş həmin zəng zamanı 109 saniyə ərzində Tovuz rayonu, Aşağı Quşçu kəndi antena dairəsində danışıq olmuşdur. Bundan başqa zərər çəkmiş Zərərçəkmiş şəxs1 istifadəsində olmuş 050 *** ** ** mobil telefon nömrəsindən şahid qismində dindirilmiş Şahid2 istifadəsində olmuş 077 *** ** ** mobil telefon nömrəsinə 29 noyabr 2019-cu il tarixdə saat 09:32-də zəng olmuş həmin zəng zamanı 54 saniyə ərzində Tovuz rayonu, Qovlar antena dairəsində, 050 *** ** ** mobil telefon nömrəsindən 077 *** ** ** mobil telefon nömrəsinə 29 noyabr 2019-cu il tarixdə saat 10:19-da zəng olmuş həmin zəng zamanı 12 saniyə ərzində Tovuz rayonu, Qovlar antena dairəsində, 077 *** ** ** mobil telefon nömrəsindən 050 *** ** ** mobil telefon nömrəsinə 29 noyabr 2019cu il tarixdə saat 10:37-də zəng olmuş həmin zəng zamanı 25 saniyə ərzində Tovuz rayonu, Qovlar antena dairəsində, Bundan başqa şahid qismində dindirilmiş Şahid1 istifadəsində olmuş 070 *** ** ** mobil telefon nömrəsindən zərər çəkmiş Zərərçəkmiş şəxs1 istifadəsində olmuş 050 *** ** ** mobil telefon nömrəsinə 29 noyabr 2019-cu il tarixdə saat 12:24-də zəng olmuş həmin zəng zamanı 105 saniyə ərzində Şəmkir rayonu Aqropak ərazisi antena dairəsində danışıq olmuşdur. İş üçün əhəmiyyət kəsb edən məlumatlara baxış keçirildikdən sonra CD diskdə olan yazılar kompüter vasitəsilə “Canon MF-4410” markalı printerlə A-4 formatlı ümumilikdə 15 vərəqə çap edilib çıxarılaraq, 050 *** ** ** mobil telefon nömrəsindən 077 *** ** ** mobil telefonuna xaric olan zəng cədvəldə ümumi sarı rənglə, 077 *** ** ** mobil telefon nömrəsindən 050 *** ** ** mobil telefonuna xaric olan zəng cədvəldə ümumi narıncı rənglə, 050 *** ** ** mobil telefon nömrəsindən 070 *** ** ** mobil telefona xaric olan zəng cədvəldə ümumi yaşıl rənglə, 070 *** ** ** mobil telefon nömrəsindən 050 *** ** ** mobil telefona xaric olan zəng cədvəldə ümumi qırmızı rənglə işarələnərək, siyahı protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 14.08.2020-ci il tarixli avtomobilin maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, “VAZ 21074” minik markalı **-DU-*** dövlət qeydiyyat nişanlı, "VAZ 21214" minik markalı **- DB-*** dövlət qeydiyyat nişanlı və "VAZ-21065" minik markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut hesab edilmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, 18 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməklə, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17.08.2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 264 və 143-cü maddələri ilə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 məhkəməyə təqdim etdikləri ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124- 137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlirki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu səbəbdən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263-1.3-cü maddəsinin sanksiyasında 5 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məһkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 ona qarşı şikayət və tələbinin olmamasını, onlarla barışmasını CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən һallar kimi nəzərə alır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi həmin cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı hədlərində cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə zalından həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, həm də birinci instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni 23.07.2021-ci il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət də ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1, 56.1.2-ci maddələrinə əsasən eһtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs da törətdiyi cinayət eһtiyatsızlıqdan törədilmiş cinayət olduğundan və o, 5 ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunacağından həmin cəzasını Azərbaycan Respublikası CM-nin 56.1, 56.1.2-ci maddələrinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bununla bərabər Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında həmçinin təyin olunması məcburi olan əlavə cəza-beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası da nəzərdə tutulmuşdur. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası ilə bərabər həmçinin əlavə cəza qismində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası da təyin edilməlidir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu CM-nin müvafiq maddəsinin sanksiyasında əlavə cəza kimi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmənin müddəti yuxarı həddə təyin olunmalıdır. Belə ki, məhkəmə onun gələcəkdə bu növ cinayətləri bir daha törətməməsi üçün bu yolla islah olunacağını daha səmərəli və məqsədyönlü hesab edir. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsinə əsasən isə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzalarını çəkməlidir, belə ki, onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə, eləcə də barəsində hər hansı tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 132-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Şəmkir rayon polis şöbəsinin cərimə meydançasında saxlanılan “VAZ 21074” minik markalı **-DU-*** dövlət qeydiyyat nişanlı, "VAZ 21214" minik markalı **-DB-*** dövlət qeydiyyat nişanlı və "VAZ-21065" minik markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillər qanuni sahiblərinə qaytarılmalıdır. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə 300 manat məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-ci maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən X3 maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi təqsirləndirilən şəxsin üzərinə qoyulmalıdır. Odur ki, 300 manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxsin hüquqi varisi X12 tərəfindən verilmiş mülki iddialar baxılmamış saxlanılmalı və mülki iddia qaldırmış zərərçəkmiş şəxsə və zərərçəkmiş şəxsin hüquqi varisinə mülki-mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinsin və 05 (beş) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə ona 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əsas cəza kimi təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 23 iyul 2021-ci il tarixdən hesablansın, əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzasının icrası isə əsas cəzanın çəkilib qurtarmasından sonra başlansın. İş üzrə məhkəmə məsrəfi olan 300 manat məbləğində ekspertiza xərcinin dəyəri təqsirləndirilən Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub və Şəmkir rayon polis şöbəsinin cərimə meydançasında saxlanılan “VAZ 21074” minik markalı **-DU-*** dövlət qeydiyyat nişanlı, "VAZ 21214" minik markalı **-DB-*** dövlət qeydiyyat nişanlı və "VAZ- 21065" minik markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillər qanuni sahiblərinə qaytarılsın. İş üzrə Zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxsin hüquqi varisi X12 tərəfindən verilmiş mülki iddialar baxılmamış saxlanılsın və onlara mülki-mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elmin Rüstəmov (sədrlik edən) Faiq Mahmhdov Xəqani Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar