Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-49/2022 31.01.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Səmədov Xəqani Hacı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və X24 oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi–Göygöl Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Şəmkir rayonunun Düzqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Düzqışlaq kəndində qeydiyyatda olmaqla Şəmkir rayonu Təzəkənd kəndində yaşayan, barəsində barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və silah qismində istifadə edilən əşyanı tətbiq etməklə vətəndaşlar üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən təkrar qərəzli xuliqanlıq hərəkətləri etmiş və xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan sağlamlığın uzun müddətdə itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 06 iyun 2020-ci il tarixdə, saat 23 radələrində Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən Səbət adlı kafedə ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə davranış qaydalarını qərəzli surətdə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə həmyerlisi və tanışı Zərərçəkmiş şəxs ilə aralarında zarafat etməyə, eləcə də sonuncunun ünvanına nalayiq ifadələr işlətməsi zamanı yaranmış mübahisə zəminində onu nalayiq ifadələrlə təhqir etdikdən sonra yumruq və təpiklə vurmağa çalışmaqla qərəzli xuliqanlıq etmiş, bundan sonra Təqsirləndirilən şəxs xuliqanlıq hərəkətlərini davam etdirib qisas almaq niyyəti ilə heç bir əsaslı səbəb olmadan kafedə olan dəstəyinin uzunluğu 55 mm, dilimlərinin uzunluğu 110 mm və ümumi uzunluğu 165 mm olan zavod üsulu ilə hazırlanmış dilimlərinin ucları kafi itiliyə malik soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı qayçıdan silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan sağlamlığın uzun müddətdə itirilməsinə səbəb olan zor tətbiq edib döş qəfəsinin ön səthinin sol yarısının daxilə keçən, orqanları zədələməyən kəsilmiş deşilmiş bir ədəd yarası və qarının ön divarının sol qabırğaltı nahiyədən daxilə-qarm boşluğuna keçən, dalağı və köndələn çəmbər bağırsağı zədələyən, daxili qanaxmaya səbəb olmuş bir ədəd deşilmiş-kəsilmiş yaraları ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan və insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, dayısı X10 məxsus Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən kafeni işlədir. Kafedə ondan başqa Elşən adlı həmkəndlisi ofisiant işləyir. Zərərçəkmiş şəxs həmkəndli kimi tanıyır. Elşənlə aralarında heç bir düşmənçilik və ya ədavət yoxdur. 05 iyun 2020-ci il tarixdə saat 23 radələrində o, və Elşən kafedə olan vaxtı Şöhrət və Teymur kafeyə gəlmişlər. Şöhrət və Teymur masalardan birində əyləşib pivə sifariş vermiş, pivəni içmiş və kafedə pivə qurtarmış, Şöhrət və Teymur pivə qurtardığına görə Elşəndən araq verməsini istəmişlər. Elşən kafedə araq olmadığını bildirmiş və Şöhrət Elşəndən gedib araq almasının tələb etmişdir. Gecə olduğuna görə mağazalar bağlanmış, araq alınmadı deyə Teymur, Elşən ilə kobud formada danışaraq Elşəni təhqir etmiş, o, orada olsa da Teymur və Şöhrətin sərxoş olduğunu görüb müdaxilə etməmişdir. Təxminən yarım saatdan sonra Teymur və Elşən kafedən çıxıb getmişlər. 06 iyun 2020-ci il tarixdə saat 11 radələrində o, kafeyə gələndə Elşənin gəlmədiyini və kafenin bağlı olduğunu görüb, Elşənə zəng edərək nə üçün kafeni açmadığını soruşmuş, Elşən də Teymurun araq almamasına görə təhqir etməsi səbəbindən kafedə işləmək istəmədiyini bildirmiş, o, Elşənə heç nə deməmiş və telefonu söndürmüş, kafeni özü açmış, həmin günü o, həmkəndlisi Seymuru kafedə işləməsi üçün çağırmış və Seymur, gəlib ona köməklik etmişdir. Təxminən saat 17-18 radələrində Teymurun hərəkətinə əsəbiləşərək Teymura zəng edib kafeyə çağırmış, sonuncu tək kafeyə gəlmiş və o, Teymurdan bir gün əvvəl kafedə Elşənə qarşı işlətdiyi sözləri deyib, nə üçün belə etdiyini soruşmuş və dediyi sözlərə görə Elşənin işdən çıxdığını bildirmişdir. Teymur həmin vaxtı sərxoş olduğuna görə belə etdiyini deyib üzr istəmişdir. Aralarında heç bir narazılıq olmamış və Teymur kafedən çıxıb getmişdir. Saat 21:30 radələrində o, kafeyə gəlmiş, həmin vaxtı Şöhrət, Teymur və Rəşad kafedə birlikdə oturmuşdular. O, Rəşad, Şöhrət və Teymur masası ilə üzbəüz masada oturmuş, Şöhrət onunla lazımsız zarafatlar etməyə başlamış və söhbət əsnasında əsəbindən onun dili dolaşmış, Şöhrət bunu onda səhv kimi tutub kinayəli formada “dilin dolaşır sənin, çaşırsan” sözlərini demişdir. O, Şöhrətin bu sözlərinə əsəbləşmiş və “sən nə deyirsən” sözlərini demiş, aralarında buna görə sözlə mübahisə yaranmış və Şöhrət oturduğu yerdən durub onun üstünə gəlmiş, o da yerindən qalxmış və Şöhrətə tərəf getmiş, onlar kəllə-kəlləyə gəlmiş, ancaq bir-birini vurmamışlar. Teymur və Rəşad onları ayırmış, Şöhrəti kafenin arxa qapısında kimsə içəri girib çölə aparmış, Teymur və Rəşad kafenin qabaq qapısından çölə çıxmışlar. O, da stolların üzərindəki örtüyü kəsmək üçün istifadə etdiyi qayçını özü ilə götürüb cibinə qoyaraq kafedən çölə çıxaraq yolu keçib digər tərəfə getmiş, Şöhrət ilə aralarında sözlə mübahisə olmuş, Şöhrəti orada olan şəxslər tutmuş, həmin şəxslərə “məni buraxın” deyib həmin şəxslərin əlindən çıxaraq onun üstünə qaçmaqla vurmağa çalışmışdır. Həmin vaxtı o, cibindən qayçını çıxardıb Şöhrətin sinə nahiyəsindən bir dəfə zərbə endirmişdir. Həmin vaxt orada olan şəxslərdən eimsə Şöhrətə qarın nahiyəsindən qan axdığını demişdir. Həmin vaxtı onun atası Şahid5 orada olmuş və Şöhrətə etdiyi hərəkətlərə görə iradını bildirmişdir. Şöhrət isə köynəyindən tutub dartaraq çıxmışdır. Orada olan şəxslər tutub ayırmış və sonra Şöhrəti Teymur və Rəşad nömrəsini xatırlamadığı ağ rəngli VAZ 21074 markalı avtomobilə mindirib oradan aparmışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir, aralarında düşmənçilik və ya ədavət yoxdur. Zeynalov X12 tanışı və şərikidir, Elcan Səbuhi şərikli olaraq sonuncunun dayısı Familə məxsus Təzəkənd kəndində yerləşən kafeni işlədirlər. Şahid1 və Şahid2 onun tanışlarıdır. Ramilin əsl adı Ramil olsa da hamı onu Rəşad kimi tanıyır. Cəfərov X2 ofisiant işləyir. 05 iyun 2020-ci il tarixdə, saat 21 radələrində o, tanışı Teymurla birlikdə pivə içmək üçün Elcan və Səbuhinin şərikli olaraq işlətdikləri kafeyə getmişlər. Onlar pivə sifariş verib stollardan birində əyləşsələr də Elşən kobud formada pivə olmadığını Teymura bildirmişdir. Teymur isə əsəbiləşərək yavaş formada Elşənin sinəsinə bir dəfə yumruqla vurmuş, onlar orada oturmayıb kafedən çıxıb getmişlər. 06 iyun 2020-ci il tarixdə o, Şəmkir şəhərində “Qəsr” restoranında toy məclisinə getmiş, saat 17 radələrində Elcan ona zəng edib bir gün əvvəl Teymurun kafedə Elşəni vurmasına görə Səbuhinin tanışlarını yığdığını, Teymurla söhbət etmək istədiklərini bildirmiş, mübahisə baş verməsin deyə onun oraya gedərək həmin şəxsləri barışdırmağını xahiş etmişdir. O, toy məclisi qurtardıqdan sonra gələcəyini demişdir. O, saat 20 radələrində toydan çıxıb evə gedərkən Elcan ona yenidən zəng etdiyi üçün o, birbaşa kafeyə getmişdir. Həmin vaxt Azər, onun əmisi oğlu Sənan, Teymur və Rəşadın kafedə oturduqlarını görüb həmin şəxslərə yaxınlaşaraq birlikdə oturmuşdur. Həmin vaxi Səbuhi də kafedə olmuş, sonuncu tanışları Yusifin adını bilmədiyi oğlu və “Mütü” ləqəbli Mütəlliblə birlikdə oturmuşdur. O, Səbuhiyə iradını bildirmiş, nə üçün tanışlarını başına yığıb mübahisə yaratdığını soruşmuşdur. Səbuhi isə kobud formada ona yaxşı etdiyini deyib masadan durub onun üstünə tərəf gəlmiş, o, da ayağa qalxmış və onlar qabaq-qabağa gəlmişlər. Həmin vaxt orada olan şəxslər onları aralasalar da o, söhbət etmək istəyirsə çölə çıxamasını Səbuhiyə bildirmişdir. Bundan sonra o, kafenin arxa qapısından çölə çıxmış, Səbuhigil isə yolun digər tərəfinə keçmişlər. O, Səbui və Mütünün Rəşad və Teymurla sözlə mübahisə etdiklərini görüb həmin şəxslərə yaxınlaşanda görmüşdür ki, Səbuhi Teymura kəllə atsa da sonuncu kənara çəkildiyi üçün Səbuhinin baş zərbəsi Teymurun sinəsinə dəymişdir. Mübahisə zamanı Mütü Teymuru vurmaq istəyəndə o, Mütünü kənara çəkib yaxınlıqdakı nömrəsinə fikir vermədiyi VAZ-21074 markalı avtomobilə söykəmişdir ki dalaşmasın. Həmin vaxt Səbuhi arxadan gəlib əlində qayçı ilə onun sağ nahiyəsinə zərbə endirmişdir. Bundan sonra o, Mütünü buraxmışdır. Bundan bir neçə dəqiqə sonra Səbuhinin atası Elxan onların yanına gəlmişlər, Elxan nə üçün mübahisə etdiyini ondan soruşanda o, mübahisənin oğlu Səbuhi etdiyini bildirmişdir. Həmin vaxt Rəşad ona yaxınlaşaraq qarın nahiyəsindən qan axdığını bildirdiyi üçün onun özü də qarın nahiyəsindən qan axdığını görmüşdür. O, Səbuhi tərəfindən xəsarət aldığını bildiyi üçün sonuncunun atasının əynindəki köynəkdən tutub dartmışdır. Həmin vaxt Elcan ona yaxınlaşıb avtomobilə oturmağı bildirdiyi üçün o, əsəbindən Elcanı bir dəfə yumruqla vurub nə üçün onu mübahisəyə çağırdığını soruşmuşdur. Rəşad, bacısı oğlu Fərid və Teymur onu nömrəsini bilmədiyi VAZ-21074 markalı avtomobilə mindirərək Şəmkir şəhər təcili tibbi yardım məntəqəsinə aparmışlar, onlar içəriyə daxil olan vaxt bir nəfər qadın onu tutub hara girdiyini soruşduğu üçün o, həmin qadını itələmiş və xəsarət aldığı üçün tibbi yardım göstərmələrini söyləmişdir. Bundan sonra bir nəfər qadın əlində pambıq ilə onun yarasına yod vurmaq istəyəndə o, əsəbiləşib orada olan qadın həkimə təpiklə qolundan vurmuşdur. Daha sonra Rəşad və Teymur onu tutub avtomobilə mindirmişlər, o, Fərid və Rəşad onlarla gedən Vüsalın “Chevrolet” markalı avtomobili ilə Gəncə şəhər Mərkəzi Xəstəxanasına gəlmişlər, onu əməliyyat etmişlər və bir neçə gündən sonra evə buraxılmışdır. Səbuhi ilə onun arasında baş vermiş dava-dalaş 5-6 dəqiqəyə yaxın davam etmiş, hadisəni adlarını bilmədiyi kənar şəxslər də görmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Zərərçəkmiş şəxs tanıyır. Şöhrət onların həmkəndlisidir. Şöhrət ilə Səbuhinin arasında əvvllər heç bir narazılıq və ya ədavət olmamışdır. Səbuhi yaşadıqları yerə yaxınlıqda dəmir yolunun yanında yerləşən kafeni işlədir. 05 iyun 2020-ci il tarixdə saat 23 radələrində o, evdə olan zaman Səbuhi evə gəlmiş Səbuhi ona Şöhrət və Şöhrətin Teymurun kafeyə gəldiyini, sonradan Teymurun kafedə ofisiant işləyən Elşəni pivə verməıdiyinə görə şillə ilə vurduğunu bildirmişdir. O, Səbuhiyə Teymurun sərxoş olduğunu və buna görə fikir verməməsini, ola bilsin Teymurun sonradan gəlib ondan üzr istəyəcəyini demişdir. 06 iyun 2020-ci il tarixdə saat 22 radələrində dəmir yolunu keçib evə tərəf getmək istəyəndə oğlu Səbuhinin işlədiyi kafe tərəfdən səs gəldiyini eşidib o tərəfə baxanada kafenin qarşısından yolun digər tərəfində dəmir yoluna yaxınlıqda insanların toplaşdınığı görmüş, o, həmin yerə tərəf getmiş, o, oraya çatanda Şöhrəti və Səbuhini orada olan şəxslər ayırdığını görmüş, o, Teymurdan nə baş verdiyini soruşmuş, o, Şöhrətə təpinmiş və nə üçün belə etdiyini soruşmuş, o, çönəndə Şöhrət söyüş söyə-söyə ona yaxınlaşmış və köynəyini arxadan tutub dartaraq cırmış, o, Şöhrətə heç nə deməmiş, Şöhrəti orada olan şəxslər avtomobilə mindirib aparmışlar. O, Şöhrəti görəndə köynəyinin alt tərəfində qırımız rəngli qana bənzər ləkə olduğunu görmüş, evə çatanda Səbuhi evə gəlmiş, o, Səbuhidən nə baş verdiyini soruşmuş, X22 vurmasına görə həmin günü gəlib ondan üzr istədiyini demiş, daha sonra həmin günü mübahisə baş verməzdən əvvəl Şöhrətin, Teymur və Ramil ilə birlikdə kafeyə gəldiyini və Şöhrətin qəsdən sataşaraq mübahisə yaratdığını bildirmişdir. Səbuhi Şöhrətin qəsdən sataşmasına görə özündən asılı olmayaraq əsəbiləşərək mübahisə zamanı özünü müdafiə etməsi üçün kafedə olan masaların üzülüyünü kəsmək məqsədilə alınmış və həmin vaxtı masanın üzərində olan qayçını götürmüşdür. Mübahisə zamanı özünü müdafiə etmək üçün qayçıdan istifadə edəndə Şöhrətə xəsarət yetirmişdir. O, Səbuhidən həmin qayçını almış və özündə saxlamış, daha sonra isə polisə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanımır və heç bir münasibəti olmamışdır. 06 iyun 2020-ci il tarixdə o, təcili tibbi yardım stansiyasında növbədə olmuş, saat 23:10 radələrində 4 nəfər şəxs məntəqəyə daxil olmuşlar. Onlardan birinin adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs bədəninin sol tərəfindən yaralar olmuşdur. O, yarasını dəsmal ilə tutmuş, Şöhrət və onunla gələn digər şəxslər Şöhrətin bıçaqla vurulduğunu və ona yardım etmələrini bildirmişlər. O, yaxınlaşmış və Zərərçəkmiş şəxs yaralarına baxmış, bədənində 4 ədəd kiçik ölçülü kəsilmiş-deşilmiş yaralar olmuşdur. O, bədənində olan yaralar nəticəsində daxili qanaxma ola biləcəyini və əlində olan dəsmalın demək olar ki, tamamilə qan olmasnı nəzərə alıb cərahiyyə müdaxilə olunmalı olduğunu anlamışdır. O, Zərərçəkmiş şəxs və onunla gələn şəxslərə vaxt itirməmələrini və təcili olaraq Şəmkir rayonu Kür qəsəbəsində yerləşən xəstəxanaya cərahiyyə şöbəsinə getmələrini bildirmişlər. Onlar buna etiraz etməmişlər və Zərərçəkmiş şəxs oraya gedənə kimi yardım olunmasını istəmişlər. O, orada olan tibb bacısı X18 Məmmədovun yarasını yod ilə təmizləməsini və ona ağrı kəsici iynə vurmasını demişdir. Zərərçəkmiş şəxs buna etiraz edərək “sən yodu vurursan ki, qan içəri dolsun” məzmunlu sözlər demiş, o, çantanı götürmək üçün çevrilmiş, həmin vaxtı Zərərçəkmiş şəxs qəfildən təpiklə sol əlinə bir dəfə vurmuş, otaqdan çıxmış və səsə gəlmiş, o, otaqdan çıxıb baxanda Zərərçəkmiş şəxs təpiklə masanın üzərində olan təcili tibbi yardım çatnasını vuraraq yerə saldığını görmüşdür. Zərərçəkmiş şəxs məntəqədə olan şəxslərin ünvanına ucadan nalayiq ifadələr işlətməklə təhqir edib, tibb bacıları X6 və X7 təpiklə vurmağa cəhd göstərərək arxaları ilə bir qədər qaçıb sonra oradan gəldikləri avtmobillər ilə getmişlər. Həmin şəxslərdən yalnız Zərərçəkmiş şəxs şərxoş vəziyyətdə olmuş, həmin şəxslər VAZ 21074 markalı, **-BJ-*** və Chevrolet Cruz markalı, **- MD-*** dövlət qeydiyyat nişanlı avbtomobillərlə gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs onun dostudur və onlar təxminən 10 gün əvvəl Şəmkir rayonu, Təzəkənd kəndinə yerləşən Səbuhinin dayısı Familə məxsus obyektdə kafe açmışlar. Kafedə Şahid3 ofisiant kimi işləyir. Zərərçəkmiş şəxs, Şahid4 və Şahid1 onun həmkəndliləridir. O, Ramili Rəşad kimi tanıyır. Mütü ləqəbi ilə tanıdığı şəxs Səbuhinin qonşusudur. Səbuhi ilə Şöhrətin arasında heç bir ədavət və ya düşmənçilik yoxdur. 05 iyun 2020-ci il tarixdə, saat 22-23 radələrində o və Səbuhi kafedə olan vaxtı Teymur və Şöhrət sərxoş vəziyyətdə oraya gələrək pivə sifariş verib masalardan birində oturmuşlar. Onun kirvəsi Rəşad oraya gəlmiş və onu birlikdə Rəşidin işlətdiyi onların kafesindən 15-20 metr aralıda yerləşən kafeyə getmişlər. Orada oturub pivə içmişlər. Həmin vaxtı Elşən ona zəng edərək təcili kafeyə gəlməyini bildirmişdir. Sonra Elşən oradan getmiş, Teymur pivə istəmiş, o, Teymura pivə olmadığını bildirmiş, sonra isə kafedən getmişlər. O, Səbuhidən nə baş verdiyini soruşmuş, Səbuhi ona Teymur Elşəndən pivə istəyib və Elşən Teymurun kobud cavab verdiyinə görə Teymur vurmuş, bundan sonra onlar kafeni bağlamış və evə getmişlər. 06 iyun 2020-ci il tarixdə saat 21:30 radələrində o, və yeni işçiləri Seymur kafedə olan vaxtı Şöhrət, Rəşad və Teymur kafeəyə gələrək masalardan birində oturub pivə sifariş vermişlər. Pivələrini vermiş və təxminən 10 dəqiqədən sonra Səbuhi ilə tanışı Mütü kafeyə gəlmişlər. O, pəncərənin qarşısında oturmuş, Mütü ilə Şöhrət zarafat etmişlər. X23 nəsə demiş və bundan sonra aralarında sözlə mübahisə yaranmışdır. Onlar hər ikisi ayağa qalxıb bir-birinə tərəf getmişlər. Rəşad ayırmış, Şöhrət kafenin arxa qapısında çölə çıxmışlar. Onlar da qabaq qapıdan çölə çıxmış, o, kafenin işıqlarını keçirib qapıları bağlamış, Səbuhi, Teymur, Şöhrət və Rəşad yolun digər tərəfinə keçmişlər. Onlar bir-biri ilə sözlə mübahisə etmişlər. Yaranmış səs-küyə ətrfada olan insanlar oraya toplaşmışlar. Şöhrət ilə Səbuhini sakitləşdirmişlər. Onlar bir-biri ilə sakit formada söhbət etmək üçün kənara çəkilmişlər. Sonra Teymur, Rəşad və digələri olan tərəfə gəlmişlər. Onlara tərəf gedəndə mübahisə yenidən qızışmış və Səbuhi ilə Şöhrət qarşılıqlı olaraq bir-birini vurmuşlar. Orada olan şəxslər onları ayırmış, onlara yaxınlaşanda artıq bir-birini vurub ayrılmışdırlar. Səbuhinin atası Elxan oraya gələrək Şöhrətə kafedə mübahisə yaratmasına görə iradını bildirmişlər. Söhbət zamanı orada olan şxəslərdən biri Şöhrətə qarın nahiyəsindən qan axdığını demiş, o, qarının sol tərəfində paltarı qan olmuşdur. Şöhrət onu vuranı söyəndə Səbuhi ona etiraz etmiş, o, Şöhrəti Səbuhi vuraraq xəsarat yetirdiyini demiş, həmin vaxtı Şöhrəti xəstənxaya heç kim aparmamış, o, orada dayanmış VAZ 21074 markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Elşədən Şöhrəti xəstəxanaya aparmasını xahiş etmiş, o da etiraz etməmiş, o, Şöhrətə yaxınlaşaraq avtomobil Elşənin avtomobilinə minməyini bildirən zaman, Şöhrət heç bir səbəb olmadan yumruqla onun sağ gözündən bir dəfə vurmuşdur. Rəşad onları ayırmış və Şöhrəti avtomobilə qoyub xəstəxanaya aparmışlar. O, kafenin dəmir barmaqlıqlarını bağlamışvə kirvəsi Rəşada zəng edib onu aparmasını bildirmişdir. Rəşad gəlib onu evlərinə aparmış, Səbuhi mübahisə zamanı kafedə masaların üzlüyünü kəsmək üçün aldıqları qayçını götürərək Şöhrətə xəsarət yetirdiyi ona məlum olmuşdur. Mübahisədən sonra Səbuhi qayçını evlərinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır həmkəndliləridir. Səbuhi uzaqdan onun qohumudur. Münasibəti normaldır. Aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. 06 iyun 2020-ci il tarixdə saat 21 radələrində o, evdən çıxıb özünə məxsus VAZ 21074 markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Təzəkənd kəndində getmişdir. O, Səbuhinin işlətdiyi kafenin yanın çatanda kafenin qarşısında yolun əks tərəfində dəmir yoluna yaxınlıqda insanlar toplaşdığını görmüş, o, avtomobili həmin yerə yaxın yerdə saxlamış və nə baş verdiyini öyərnmək istəyəndə qohumu Şahid2 ona yaxınlaşaraq avtomobil lazım olduğunu bildirmişlər. O, avtomobilinin burada olduğunu demiş, bundan sonra Şöhrət, Ramil, Teymur və Şöhrətin qohumu Fərid avtomobilə oturmuşlar. O, avtomobili sürəndə Şöhrətin köynəyi qan olduğunu görmüşdür. O, nə baş verdiyini soruşdanda Səbuhi ilə aralarında olan mübahisə zamanı vurulduğunu bildirmiş, o, Şəmkir rayonu təcili tibbi yardıma aparmışlar. Avtomobildən düşmüşlər. O, avtomobili kənara vermiş, avtomobildən düşəndə Şöhrətin təcili tibbi yardım məntəqəsində həkimlər ilə mübahisə etdiyini eşitmiş, sonra Ramil ona avtomobili qabaq tərəfə sürməyini bildirmişdir. O, avtomobili qabaq tərəfə sürənə kimi Şöhrəti rayonun 2-ci küçəsində yerləşən klinikaya aparmışlar. Fərid və Ramnil Şöhrət ilə getmişdir. Teymur onunla birlikdə 2-ci küçəyə getmişdir. Onlar oraya çatanda klinika bağlıolduğunu bilmişlər. Onlara orada olan bir nəfər şəxs Şöhrəti Gəncə şəhərinə aparıldığını demişlər. Bundan sonra o, və Teymur kəndə qayıtmış, o, Teymurdan nə baş verdiyini soruşmuş, Şöhrət ilə Səbuhinin Təzəkənd kəndində yerləşən Səbuhinin işlədiyi kafedə mübahisə etdiklərini və sonradan Səbuhinin Şöhrəti kafenin qarşısında yolun digər tərəfində dəmir yoluna yaxınlıqda vuraraq xəsarət yetirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs, Şahid1 və Şahid2 onun həmkəndlisidir. O, Təqsirləndirilən şəxs kafesində ofisiant işləyir. Mütü ləqəbi ilə tanıdığı şəxs Səbuhinin bibisi oğludur. 05 iyun 2020ci il tarixdə saat 22 radələrində o, və Səbuhi kafedə olan vaxtı Teymur və Şöhrət oraya gələrək pivə sifariş verib masalardan birində oturmuşlar. O, bir neçə dəfə pivə vermiş və təkrar pivə istədikdə pivə qurtarmışdır. Teymur sərxoş olmuş və ondan onlar üçün araq almağını tələıb etmiş, buna görə aralarında sözlə mübahisə olmuş və sonra onlar kafedən getmişlər. O, Səbuhinin ona verdiyi maaş az olduğundan və iş gec qurtardığından orada işləməkdən imtina etmişdir. Bir gün sonra kafeyə getməmiş, Səbuhi ona zəng edərək nə üçün gəlmədiyini soruşmuşdur. Sonra onlar onunla kafedə görüşüb söhbət etmişlər. Teymur da oraya gəlmiş və onlar barışmışlar. Bundan sonra o, evdə olmuşdur. Səbuhi ilə Şöphətin mübahisəni kəndə olan şəxslərdən eşitmiş, bildiyinə görə Səbuhi kəsici deşici alətlə mübahisə zamanı Şöhrətə xəsarət yetirmişdir. Bundan başqa bü gün Səbuhinin atası ona zəng edərək hadisəyə görə bir neçə gün başlarının qarışıq olduğunu deyib ondan kafeni işlətməyini xahiş etmişdir. O da dediyini etmiş və kafeni gedib açmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 06 iyun 2020-ci il tarixdə saat 21 radələrində o, Səbuhinin işlətdiyi kafeyə getmiş, onlar orada olan vaxtı Səbuhi ona bir gün əvvəl Teymur və Şöhrətin kafeyə gəlib pivə içdiklərini, sonradan Teymurun pivə qurtardığına görə kafedə ofisiant işləyən Elşəni şillə ilə vurduğunu bildirmişlər. Bundan başqa Səbuhi Teymurun gəlib Elşəni vurmasına görə ondan üzr istəiyini də demişdir. Onlar kafedə oturub söhbət edən zaman Şöhrət, Ramil və Teymur kafeyə gəlib onların oturduqları masa ilə üzbəüz masada oturmuşlar. Şöhrət Səbuhi ilə zaraft edərək söz atamağa başlamış, Belə ki, Şöhrət onu qəsdən başqlarının yanında alçaltmış, ona “sən ağzının danışığını bilmirsən, dilin danışanda topuq vurur” məzmunlu sözlər demişdir. Səbuhi ona cavab qaytaranda Şöhrət, Səbuhini təhqir etmiş, buna görə onların arasında sözlə mübahisə baş vermişdir. O və orada olan şəxslər onların mübahisə etməsinə imkan verməmiş, sonra Şöhrəti çölə aparmışlar. O və Səbuhi onların arxası ilə getmiş, onlar kafenin qarşısında olan yolu keçib dəmir yolna yaxın yerə getmişlər. Səbuhi ilə Şöhrət söhbət etmişlər. Birdən nəısə baş vermiş və hamı bir-birini ayırmağa başlamışdır. Orada olanlar Şöhrəti və Səbuhini ayırmış, daha sonra onlar baxanda Şöhrətin əynində olan köynəyi qarın nahiyəsində qan olduğunu görmüş, Şöhrəti oradan tanışlarının avtomobili ilə xəstəxanaya aparmışlar. Ona sonradan mübahisə zamanı Səbuhi kafedən götürdüyü qayçı ilə Şöhrəti vurduğunu məlum olmuşdur. Bundan sonra onlar oradan evə getmiş, mübahisə zamanı Şöhrət Səbuhini təhqir edərək onu başqalarının yanında alçaltmaq istəmişdir. O, bunu əvvəllər bir neçə dəfə etmiş, bu dəfə artıq Səbuhi onun qəsdən dediyi sözlərə dözə bilməmiş məcbur qalıb onu vurmuşdur. Mübahisədən bir gün onra o, Şöhrət mübahisə zamanı Elcanı da yumruqla vurub xəsarət yetirdiyini bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 06 iyun 2020-ci il tarixdə saat 21 radələrində o, Teymur ilə birlikdə Səbuhinin kafesinə getmişlər. Yolda olanda onlar Şöhrət ilə telefonla danışmış və onunla birlikdə Səbuhinin kafesinə getmişlər. Onlar masada əyləşmiş və sifariş vermişlər. Sonra Səbuhi bibisi oğlu Mütü ilə kafeyə gəlib onun arxasında masada oturmuşlar. Onlar da özlərinə pivə sirafiş vermişlər. Birinci Mütü ilə Şöhrət zarafat etmişlər. Sonra Şöhrət ilə Səbuhi hər zaman olduğu kimi birbiri ilə zarafat etməyə başlamışlar. Zarafata görə onların arasında mübahisə yaranmış və hər ikisi masadan durub bir-birinin üstünə getmişlər. Onları ayırıb kafenin içərisində dalaşmağa qoymamış, Teymur, Şöhrəti tutub kafenin arxa qapısından çölə çıxarmış, sonra onlar kafenin qarşısında yolun digər tərəfində dayanıb sözlə mübahisə etmişlər. Onları sakitləşdirmiş və Səbuhi ilə Şöhrət onlardan uzaqlaşıb aralıda özləri söhbət etmişlər. 2-3 dəqiqə söhbət etdikdən sonra onlar onların yanına gəlmişlər. Ara sakitləşmiş, sonradan Mütü aranı qarışdırmış, belə ki, Mütü əynini soyunaraq o, Şöhrət və Teymur ilə dalaşmaq istədiyini demişdir. Mübahisə yenidən qızışmış, Səbuhi ilə Şöhrət qarşıqılqı olaraq bir-birini yumruq və təpiklə vurmuşlar. Sonra tutuşub birlikdə yerə yıxılaraq süpürləşmişlər. Səbuhi Şöhrətin üstündə olmuş və sağ əli ilə onun bədəninin sol tərəfində bir neçə dəfə vurmuş, onun əlində nəsə kiçik həcmli alət olmuş, lakin qaranlıq olduğundan o, onun əlində olanın nə olduğunu görə bilməmiş, o, Teymur və orada olan digər şəxslər onları ayırmışlar. Bundan sonra o, Şöhrətin qarın nahiyəsindən qan axır görmüşdür. Hamı qanı gördükdən sonra oradan dağılmış, Səbuhi bir başa kafeyə gedərək kafenin işıqlarını keçirib qapılarını bağlamışdır. Heç kim Şöhrəti xəstəxanaya aparmaq istəməmişdir. Sonradan o, adını xatırlamadığı VAZ 21074 markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə Şöhrəti xəstəxanaya aparmağı xahiş etmiş, ona etiraz etməmiş, onlar Şöhrəti avtomobilə mindirəndə Səbuhinin atası Elxan yanlarına gəlmiş, Şöhrətə yaxınlaşaraq mübahisə etdiyinə görə iradını bildirmiş, Şöhrət onun köynəyindən durub dartmış, o, Teymur və avtomobilin sürücüsü onları ayırmış, Şöhrəti avtomobilə mindirib Şəmkir rayonu Təclili tibbi yardıma aparşlar. Təcili yardımda Şöhrətə yardım etməmişlər və buna görə Şöhrət əsəbindən orada olan həkimin əlini təpiklə vuraraq onları təhqir etmişdir. O, arxalarıca gələn Vüsala zəng edib Şöhrəti özünə məxsus Chevrolet Cruz markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gəncə şəhərinə aparmasını demişdir. Vüsal oraya gəlmiş və onunla birlikdə Şöhrəti Gəncə şəhərinə aparmışlar. Teymur isə VAZ 2107 markalı avtomobilin sürücüsü ilə kəndə qayıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Onların arasında əvvəllər heç bir mübahisə və ya narazılıq olmamışdır. Səbuhi Şəmkir rayonu, Təzəkənd kəndinə yerləşən dayısı Familə məxsus obyekti işlədir. Mütü ləqəbi ilə tanıdığı şəxs Səbuhinin qonşusudur. 06 iyun 2020-ci il tarixdə, saat 21-22 radələrində o, çay içmək üçün Səbuhinin işlətidiyi kafeyə getmiş, həmin vaxtı Şöhrət, Rəşad, Teymur, Elbəyin adını bilmədiyi oğlu birlikdə otumuşdurlar. Şöhrət, Rəşad, Teymur pivə içirmişlər o, salamlaşmış və masalrında oturub çay sifariş vermişlər. Şöhrət, Rəşad, Teymur pivə içmişlər, o isə çay içmişdir. Onlar söhbət etmiş, Səbuhi isə Mütü ləqəbli tanışı və digər adını bilmədiyi tanışı ilə onlardan bir az aralıda olan masada oturmuşdular. Həmin vaxtı Səbuhi ilə Şöhrətin arasında sözlə mübahisə yaranmışdır. O, nədən danışdığını və mübahisənin nədən baş verdiyini bilməmişdir. Səbuhi olduğu masadan, Şöhrət də oturuduğu zasadan ayağa qalmış və bir-birinə yaxınlaşmış, sözlə mübahisə etmiş, o və orada olan şəxslər aralayıb sakitləşdirmişlər. Səbuhini və Şöhrəti orada olan şəxslər kafedən çıxamışlar. O da kafenin arxa qapısından çıxan zaman Şöhrət, Rəşad, Mütü ləqəbli şəxs, Teymur, Səbuhi və Elcan kafenin qarşısındakı yolun digər tərəfinə keçmişlər. Ətrafda olan şəxslər yanlarına getmiş, o, oradan uzaqlaşıb orada yerlşən “Şah qalası” çay evində işləyən oğlu Nəcməddini işdən götürüb mübahisəyə qarışmasın deyə evə aparmışdır. Özündə həmin günü kənddə çıxmamış, bir gün sonra kəndə gələndə Şöhrəti mübhisədən sonra xəstəxanaya apardıqlarını bilmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid10 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid10 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dayısıdır. Təqsirləndirilən şəxs həmkəndlisidir. Onunla heç bir münasibəti yoxdur. Dayısı Şöhrət ilə Səbuhinin arasında əvvəllər heç bir düşmənçilik və ya ədavət olmamışdır. 06 iyun 2020-ci il tarixdə, saat 22 radələrində o, evdən marketə telefonuma pul vurmaq üçün getmiş, o, marketdə telefonuna pul qoyduqdan sonra evə tərəf getmiş, yolda Səbuhinin işlətdiyi kafenin qarşısına çatanda yolun qarşı tərəfində dəmir yolna yaxınlıqda dayısı Şöhrət tanışları, Teymur və Ramil ilə dayandıqlarını görmüşdür. Həmin vaxtı orada adamlar olmuşdur. Dayısı Şöhrətin əynində olan köynəyin qarın nahiyəsi qan olmuşdur. Həmin vaxtı Ramil və Teymur dayısı Şöhrəti ağ rəngli nömrəsini xatırlamadığı Vaz 2107 markalı avtomobilə mindirmişlər. O, nə baş verdiyini bilməmiş və dayısı Şöhrətə görə narahat olaraq həmin avtomobilə minmiş, onlar Şəmkir şəhəri təcili tibbi yardıma getmişlər. Orada dayısı Şöhrət həkimlər ilə ona tibbi yardım göstərmədiklərinə görə mübahisə etmişlər. Sonra onlar oradan çıxmış və tanışı Vüsalın avtomobili ilə Gəncə şəhəri Beynəlxalq xəstəxanasına getmişlər. Dayısı Şöhrətə ilkin yardım göstərildikdən sonra mərkəzi xəstəxanasına getmişlər. Onlar yolda olanda ona dayısı Şöhrəti mübahisə zamanı Səbuhi qayçı ilə vuraraq xəsarət yetirdiyini bilmişlər. Onların arasında mübahisənin hansı səbəbdən baş verdiyini bilməmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid8 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid8 ibtidai istintaq orqanına verdiyi ifadəsində Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07.06.2020-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, həmin cinayət işi Şəmkir rayon X15 Bölməsinin müstəntiqi, polis kapitanı X21 tərəfindən 07 iyun 2020-ci tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07 iyun 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 iyun 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07 iyun 2020-ci il tarixli “götürmə və baxış keçirmə haqqında protokoldan və fotoşəkillərdən görünür ki, 07 iyun 2020-ci il tarixdə Şəmkir rayon X15 Bölməsinin müstəntiqi, polis kapitanı Rauf Sadıqov tərəfindən götürmə aparılması istintaq hərəkəti keçirilmiş, Gəncə şəhər Beynəlxalq Xəstəxanasının baş mühafizəçisi X4 təqdim etdiyi hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd açıq qəhvəyi rəngli köynək götürülmüş, bu barədə protokol tərtib olunmuş və götürülmüş paltarın fotoşəkilləri çəkilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 08 iyun 2020-ci il tarixli 4(076)-66/2020 saylı “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməsinə barədə” Şəmkir rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 07 iyun 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12 iyun 2020-ci il tarixli “götürmə və baxış keçirmə haqqında protokoldan və fotoşəkillərdən görünür ki, 12 iyun 2020-ci il tarixdə Şəmkir rayon X15 Bölməsinin müstəntiqi, polis kapitanı Rauf Sadıqov tərəfindən götürmə aparılması istintaq hərəkəti keçirilmiş, Şahid5 təqdim etdiyi müşahidə kamerası vasitəsilə qeydə alınmış hadisənin videogörüntüsü olan bir ədəd disk və bir ədəd qayçı götürülmüş, bu barədə protokol tərtib olunmuş və əyşanın fotoşəkilləri çəkilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 18.06.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə hər hansı məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs 10.06.2020-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona xəsarət yetirməsi ilə bağlı müalicə xərcləri tamami ilə ödənilmişdir, Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Şəmkir rayon Xəstəxanasının 16.06.2020-ci il tarixli 233 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Şəmkir rayon X1 narkoloji və psixiatrik kabinetində qeydiyyatda dayanmır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 19.06.2020-ci il tarixli 675 və 676 saylı arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu Təzəkənd kəndində daimi qeydiyyatdadır və həmin kənddə yaşayır, ailə tərkibi aşağıdakı kimidir: 27.06.1964-cü il təvəllüdlü atası Şahid5, 12.03.1970-ci il təvəllüdlü anası X11, 20.06.1989-cu il təvəllüdlü bacısı X13. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu Təzəkənd kəndində daimi qeydiyyatdadır və həmin kənddə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22 iyun 2020-ci il tarixli 4(076)-76/2020 saylı “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz barədə” Şəmkir rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Ev dustaqlığı qətimkan tədbirinin son müddəti 07 oktyabr 2020-ci il tarixədək müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs barəsində məhkəmə-tibb ekspertizası təyin edilərək 17.06.2020-ci il tarixli, 680 saylı rəy alınmışdır. Ekspert rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər – döş qəfəsinin ön səthinin sol yarısının daxilə keçən, orqanları zədələməyən bir ədəd deşilmiş-kəsilmiş yarası və qarının ön divarının sol qabırğaaltı nahiyədən daxiləqarın boşluğuna keçən, dalağı və köndələn çəmbər bağırsağı zədələyən, daxili qanaxmaya səbəb olmuş bir ədəd deşilmiş-kəsilmiş yarası (cəmi 2 ədəd) deşici-kəsici alətlə, ola bilsin ki, ekspertizaya təqdim edilmiş qayçı ilə, birləşmiş dilimlə, ya da ayrıca dilimlə yetirilmiş iki zərbə nəticəsində, eləcə də aralanmış dilimlə-dilimləri açılmış vəziyyətdə yetirilmiş bir zərbə nəticəsində törənmişdir, törənmə müddətləri 06 iyun 2020-ci il tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə bu xəsarətlər həm ayrı-ayrılıqda, həm də birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs barəsində ambulator məhkəmə-psixiatrik ekspertizası təyin edilərək 09 iyun 2020-ci il tarixli, 301 nömrəli rəy alınmışdır. Ekspertin rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zamanı öz hərəkətlərini ölçüb-biçmək, onlara rəhbərlik etmək iqtidarında olmuş, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR-nın CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, kompleks məhkəmə-trosoloji, soyuq silah və bioloji ekspertizası təyin edilərək rəy alınmışdır. Ekspertin 319/2020-MTKŞ saylı rəyinə əsasən ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsinin sol-orta nahiyəsində bir ədəd və köynəyin ön hissəsinin solaşağı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü küpü olan deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər. Bu zədələrin ekspertizaya təqdim edilmiş qayçının dilimləri açıq vəziyyətdə bir dilimi il əvə ya oxşar kostruktiv xüsusiyyətlərə malik digər alətin təsirindən törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsinin sol-orta nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin ön səthinin sol yarısında olan; köynəyin ön hissəsinin sol-aşağı nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin qarının ön divarının sol qabırğaaltı nahiyəsində olan eyni xarakterli xəsarətlərlə yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin öndən bağlandığı İİİ düymə nahiyəsində natamam, İİ düyməyə müvafiq ilgək nahiyəsində natamam, Vİİ düyməyə müvafiq ilgəyin kənarında isə tam məhdud cırılmalar aşkar olundu. Bu cırılmalar küt yaranma mexanizmə malikdir, köynəyin müvafiq nahiyələrinin hər-hansı gərilib-dartılması nəticəsində yaranmışlar. Ekspertizaya təqdim olunmuş qayçı zavod üsulu ilə hazırlanmış, təsərrüfat-məişət təyinatlı qayçıdır və soyuq silah hesab edilmir. Həmçinin ekspertin 509/2020-MTKBŞ saylı rəyinə əsasən Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi AB (İV) müəyyən edilmişdir. Ekspertizaya təqdim edilmiş bir ədəd qayçının üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə A və B antigenləri alındı. Belə olan halda bu qan ləkələri AB (İV) qruplu şəxs, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01.09.2020-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, 01 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Zərərçəkmiş şəxs ilə dalaşdığı yeri və sonuncuya əlindəki qayçı ilə xəsarət yetirdiyi yeri göstərmişdir. Bu barədə protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16.09.2020-ci il tarixli “zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, 16 sentyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs qayçı ilə ona xəsarət yetirdiyi yeri göstərmişdir. Bu barədə protokol tərtib olunmuş və Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, "xxxx" QSC-dən alınaraq cinayət işinə əlavə olunmuş 24.09.2020-ci il tarixli, İD-696/1 nömrəli məktubdan görünür ki, şərh olunan hadisənin baş verdiyi torpaq sahəsi dəmir yolunun mühafizə zolağına aid olduğu üçün həmin cinayət işi 12 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsilə ərazi aidiyyatı üzrə Nəqliyyatda Baş Polis İdarəsinə göndərilmiş, cinayət işinin istintaqı 27 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin NBPİ-nin İstintaq və Təhqiqat Şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis polkovnik-leytenantı Rauf Əhmədzadəyə həvalə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 oktyabr 2020-ci il tarixli 4(076)-97/2020 saylı Şəmkir rayon Məhkəməsinin qərarından görünür ki, 02 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbirinin müddəti 3 (üç) ay müddətinə, yəni 07 yanvar 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 14 noyabr 2020-ci il tarixli qərardan görünür ki, hadisənin baş verdiyi ərazi Nəqliyyatda Baş Polis İdarəsinin Gəncə stansiyasında X29 inzibati ərazisinə aid olduğu üçün həmin cinayət işi 14 noyabr 2020-ci il tarixdə ərazi aidiyyatı üzrə Nəqliyyatda Baş Polis İdarəsinin Gəncə stansiyasında xətt X15 qrupuna göndərilmiş, cinayət işinin istintaqı 18 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin NBPİ-nin DYNPİ-nin Gəncə stansiyasında xətt X15 qrupunun baş müstəntiqi, polis mayoru X9 həvalə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 30 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə Gəncə staniyasında XPŞ-nə çağırılmasına baxmayaraq heç bir üzürlü səbəb olmadan istintaqın çağırışlarına gəlməkdən qəsdən boyun qaçırdığına görə barəsində 30 dekabr 2020-ci il tarixdə axtarış elan edilmiş, cinayət işi üzrə icraat NBPİ-nin DYNPİ-nin Gəncə stansiyasında xətt X15 qrupunun baş müstəntiqi, polis mayoru Natiq Əliyarov tərəfindən həmin tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 fevral 2021-ci il tarixli qərardan görünür ki, Həmin cinayət işi Gəncə şəhər prokurorluğunda öyrənilərkən müəyyən edilmişdir ki, cinayət işinin istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, süründürməçiliyə yol verildiyinə görə Azərbaycan Respublikası DİNnin NBPİ-nin DYNPİ-nin Gəncə stansiyasında xətt X15 qrupunun baş müstəntiqi, polis mayoru X8 Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraatın dayandırılması barədə 30 dekabr 2020-ci il tarixli qərarı əsassız olduğu üçün Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri Azad Qarayev tərəfindən 04 fevral 2021-ci il tarixli qərarla ləğv edilmiş, obyektiv istintaqın aparılması zərurəti ilə əlaqədar olaraq cinayət işi Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərilərək istintaqın davam etdirilməsi 05 fevral 2021-ci il tarixdə mənə həvalə edildiyinə görə həmin tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə olan həmin cinayət işi icraatıma qəbul edilərək istintaqı davam etdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə stansiyasında X29 Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyyat-axtarış tədbirləri nəticəsində barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs 18 fevral 2021-ci il tarixdə saxlanılaraq istintaqa təqdim olunmuş, Təqsirləndirilən şəxs qətimkan tədbirinin tələblərini pozduğu üçün 18 fevral 2021-ci il tarixdə, saat 13:00-da tutularaq Gəncə şəhər BPİ-nin MSY-yə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 20 fevral 2021-ci il tarixli, 4(044)-32/2021 saylı Gəncə şəhər Nizami rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Gəncə şəhər Nizami Rayon Məhkəməsinə təqdimat verilməsindən ötrü Gəncə şəhər prokuroru qarşısında 20 fevral 2021-ci il tarixdə vəsatət qaldırılmış, vəsatət şəhər prokuroru tərəfindən təmin edilərək Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Məhkəməyə təqdim olunsa da Nizami Rayon Məhkəməsi tərəfindən «həbs qətimkan tədbirinin seçilməsindən imtina» barədə qərar qəbul edilərək şəhər prokurorunun təqdimatı təmin edilməmiş və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 20 fevral 2021-ci il tarixli qərardan görünür ki, 20 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04.04.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 126.1ci maddəsi ilə olan ********* nömrəli cinayət işi qeyd olunan Məcəllənin 126.2.4 və 221.3-cü maddələrinə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işinin istintaq materiallarından ayrı-ayrı şəxslərin ictimai qaydanı pozmaqla xuliqanlıq etməsi ilə bağlı Azərbaycan Respublikası CM-nin 221.1maddəsi üzrə material ayrılmaqla istintaqın ərazi aidiyyəti üzrə davam etdirilməsi üçün Şəmkir rayon Polis şöbəsinin, İstintaq bölməsinə göndərilmişdir. Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işinin istintaq materiallarından Zərərçəkmiş şəxs tibbi yardım göstərən həkimlərə zor tətbiq etməsi ilə bağlı Azərbaycan Respublikası CM-nin 315.1-maddəsi üzrə material ayrılmaqla istintaqın ərazi aidiyyəti üzrə davam etdirilməsi üçün Şəmkir rayon prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işi üzrə kafe sahibi olan X16 tərəfindən fiziki şəxs kimi əmək mühafizə qaydalarını pozulması ilə bağlı Azərbaycan Respublikası İXM-nin 198-ci maddəsi üzrə inzibati icraat açılması üçün toplanmış materialları Gəncə şəhər prokurorluğuna göndərilmişdir. Cinayət işinə əlavə edilmiş öz xüsusiyyətinə, əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd açıq qəhvəyi rəngli köynək, Şahid5 təqdim etdiyi bir ədəd qayçı iş üzrə mühüm əhəmiyyət kəsb etdiklərinə görə maddi sübut kimi tanınmış, eləcə də cinayət işinə əlavə edilmiş təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən 1 ədəd DVD disk, özünün etirafedici ifadələri, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər sənədləri işin obyektiv hallarına uyğun olduğu üçün sübut kimi tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs 28.01.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tamami ilə ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində onun xuliqanlıq niyyətilə zərərçəkmiş şəxs Ş. Məmmədovu vurmamasına dair xüsusatlarla bağlı qeyd etməyi zəruri hesab edir ki, sözügedən xüsusatlar işin faktiki hallarına uyğun deyil. Belə ki, qeyd olunan xüsusatlar ekspert rəyləri, zərərçəkmiş şəxs, şahid ifadələri, əməliyyat tapşırığına cavab və üzləşdirmə protokolları ilə və s. sübutlarla tam təkzib edilmişdir. Odur ki, Məhkəmə həmin xüsusatlara tənqidi yanaşaraq inandırıcı hesab etmir. Məhkəmə sözügedən xüsusatları Təqsirləndirilən şəxs məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadələr kimi qiymətləndirir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd olunan cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-ci maddələri ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsussilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o dərhal məhkəmə zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə razılıq əldə edərək barışmasını, ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdırıcı hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətnə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs 07.06.2020-ci il tarixdən 07.01.2021-ci il tarixədək, həmçinin 18.02.2021-ci il tarixdən 20.02.2021-ci il tarixədək bu iş üzrə cəmi 07 (yeddi) ay 02 (iki) gün həbsdə və ev dustaqlığında saxlandığı müddət, ona təyin olunan cəza müddətinə daxil edilməli, həmçinin qanunun həmin tələbinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 31.01.2022-ci il tarixdən hesablanmalıdır. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər Baş Polis İdarəsinin saxlama anbarına saxlanca verilmiş hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd açıq qəhvəyi rəngli köynək Şahid5 təqdim etdiyi bir ədəd qayçı qanuni sahiblərinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, cinayət işinə əlavə edilmiş müşahidə kamerası vasitəsilə qeydə alınmış hadisənin videogörüntüsü olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3ci maddələri ilə təqsirli bilinsin və ona CM-nin 126.2.4-cü maddəsi ilə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən cəzaları tamamilə toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 07.06.2020-ci il tarixdən 07.01.2021-ci il tarixədək, həmçinin 18.02.2021-ci il tarixdən 20.02.2021-ci il tarixədək bu iş üzrə cəmi 07 (yeddi) ay 02 (iki) gün həbsdə və ev dustaqlığında saxlandığı müddət, ona təyin olunan cəza müddətinə hesablamaqla, üzərində qəti olaraq 05 (beş) il 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından həbsə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin başlanğıcı 31 yanvar 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər Baş Polis İdarəsinin saxlama anbarına saxlanca verilmiş hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd açıq qəhvəyi rəngli köynək, Şahid5 təqdim etdiyi bir ədəd qayçı qanuni sahiblərinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, cinayət işinə əlavə edilmiş müşahidə kamerası vasitəsilə qeydə alınmış hadisənin videogörüntüsü olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-49/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-49/2022
31.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver