Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-49/2023 14.06.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və X2 ibarət tərkibdə, X6, X9, X3 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafıəçilər – Tovuz rayon Vəkil Bürosunun vəkili X4, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1981-cü il tarixdə Tovruz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, Tovruz şəhəri, Semzavod qəsəbəsi, Korpus 7, mənzil 19 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs”qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 1 ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,896 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində, 9 ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,679 qram, 0,551 qram, 0,505 qram, 0,556 qram, 0,577 qram, 0,451 qram, 0,443 qram, 0,433 qram, 0441 qram, ümumi təmiz çəkisi 4,636 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 10 ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 1,414 qram, 1,436 qram, 0,461 qram, 0,434 qram, 0,502 qram, 0,484 qram, 0,173 qram, 0.168 qram, 0,158 qram, 0,161 qram. ümumi təmiz çəkisi 5,391 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 1 ədəd açıq şəkildə təmiz çəkisi 0,358 qram xaşxaş bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə tiryəki, 5 ədəd 0.2 qram çəkidə narkotik vasitə metadonu, əldə edib yaşadığı Tovuz şəhəri, Şemzavod qəsəbəsi, Korpus 7, mənzil 19-da saxlamış və daşımış, Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 14 sentyabr 2021-ci il tarixdə saat 11 radələrində ünvan 1 ünvanında yerləşən Tovuz rayon Polis Şöbəsinə gətirilmiş, üzərinə baxış zamani əynində olan şalvarın sol yan cibindən 1 ədəd 1 ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,896 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Tovuz şəhəri, Semzavod qəsəbəsi, Korpus 7, mənzil 19-a baxış zamanı isə evin zalından yataq dəstinin altından 9 ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrıayrılıqda təmiz çəkiləri 0,679 qram, 0,551 qram, 0.505 qram, 0,556 qram, 0,577 qram, 0,451 qram, 0,443 qram, 0,433 aram, 0.441 qram, ümumi təmiz çəkisi 4.636 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 10 ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəlləri 1,414 qram, 1,436 qram, 0,461 qram, 0,434 qram, 0,502 qram, 0,484 qram, 0,173 qram, 0.168 qram, 0,158 qram, 0,161 qram, ümumi təmiz çəkisi 5,391 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd açıq şəkildə təmiz çəkisi 0,358 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 5 ədəd 0,2 qram çəkidə külli miqdarda narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, O, öz dolanışığını, yəni maddi təminatımı suvaq ustası işləyib pul qazanaraq təmin etmişdir. Təxminən 6 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etmişdir. Həmin narkotik vasitələrdən heroin, psixotrop maddələrdən tramadol, preqabalin və metadondan istifadə etmişdir. İstifadə etdiyi metadonu Bakıda yaşayan tanışlarından almışdır. 14 sentyabr 2021-ci il tarixdə saat 11 radələrində o, Tovuz rayonu, Semzavod qəsəbəsində yaşadığı küçədə olarkən 3 nəfər mülki geyimdə olan polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmiş, onu Tovuz rayon polis şöbəsinə dəvət etmişlər. Tovuz rayon polis şöbəsində o, şübhəli şəxs qismində saxlanılmış, həmin vaxt Tovuz rayon polis şöbəsinin təhqiqatçısı Ruflan Əliyev ona vəkil İsa Hüseynovu hüquqlarını müdafiə etməsi üçün dəvət etmişdir. Vəkil İsa Hüseynov gəldikdən sonra onun üzərində şəxsi axtarış aparılmışdır. Üzərində şəxsi axtarış aparılmazdan əvvəl Tovuz rayon polis şöbəsinin əməkdaşları əynində olan şalvarının sol yan cibinə 1 bükümdə narkotik vasitə heroin qoymuşlar. Bundan sonra üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı əynində olan şalvarının sol yan cibidən 1 bükümdə narkotik vasitə olan heroin aşkar edilmişdir. Üzərində şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Yaşadığı evdən aşkar edilərək götürülmüş dərman vasitələri və tiryək ona məxsus olmuş, yerdə qalan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin ona məxsus olmamışdır. Ona polis əməkdaşları tərəfindən təzyiq göstərildiyi üçün o həmin şəkildə izahat vermiş, əslində isə onun üzərində narkotik vasitə olmamışdır. Evindən aşkar edilmiş dərman preparatları, metadonlar və 1 büküm tiryək ona məxsus olmuşdur. Qalan narkotik vasitə və psixotrop maddələr ona məxsus olmamışdır. Ona pulla narkotik vasitə satmamışdır. Əməlindən peşmandır, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1t Aslan qızı ifadəsində göstərmişdir ki, 14 sentyabr 2021-ci il tarixdə günorta saatlarında yaşadığı evdən ona zəng edib yaşadıqları evə polis gəldiyini bildirnişlər. O, yaşadığı evə getmişdir. O, evə çatdıqda evin həyətində Orxan adlı polis əməkdaşının oturub onu gözlədiyini görmüşdür. O, Orxana yaxınlaşıb salamlaşmış, nə üçün yaşadığı evin həyətinə gəldiyini soruşmuş, Orxan ona oğlu Samiri polis şöbəsinə apardıqlarını demişdir. Ona yaşadıqları evdə axtarış aparmağı bildirmişdir. O da Orxan adlı polis əməkdaşına evlərində istədiyi qədər axtarış apara biləcəyini bildirmişdir. O və Orxan söhbət edərkən əri Vilayət gəlmiş həmin vaxt evin yerləşdiyi küçədə başqa polis əməkdaşları da gözləmişlər. Orxan adlı polis əməkdaşı evdə axtarış aparılmalı olduğunu dedikdən sonra onun adından polis əməkdaşları ərizə yazıb ona imzalatmışlar. Bundan sonra video görüntü ilə yaşadıqları evə baxış keçirilmişdir. Baxış zamanı evin zalında olan yataq dəstinin altından polis əməkdaşları sellofan bükümdə narkotik vasitə aşkar etdiklərini bildirmişlər. Bundan başqa yataq otağına baxış keçirilmiş, yataq otağına baxış zamanı şkafın içərisində olan pencəyin cibindən tabletkalar və elektron tərəzi aşkar edilmişdir. Həmin qeyd etdiyi tabletkaları və elektron tərəzini polis əməkdaşları aşkar etmişlər. Yaşadığımız evdə narkotik vasitə və tərəzi olmamış, həmin narkotik vasitələri və tərəzini polis əməkdaşları yaşadıqları evə qoymuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Məmmədov X5 Minayə Aslan qızı ilə oxşar məzmunlu ifadə verərək ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, halhazırda Tovuz rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2021-ci il tarixdə ona Tovuz şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi və satması barədə məlumat daxil olmuşdur. Bundan sonra o raportla Tovuz RPŞ-nin rəhbərliyinə müraciət etmiş, Daha sonra Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi və ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi üçün digər polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Semzavod qəsəbəsinə getmişlər. Orada Təqsirləndirilən şəxs yaşadığı küçədə müəyyən edib onu Tovuz rayon polis şöbəsinə gətirmişlər. Tovuz rayon polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı Ruflan Əliyev tərəfindən şübhəli şəxs qismində saxlanılmış, Təqsirləndirilən şəxs öz istəyi ilə ona Tovuz rayon vəkil bürosunun vəkili X7 müdafiəçi qismində dəvət olunmuşdur. Müdafiəçi İsa Hüseynov gəldikdən sonra iki hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın iç sol yan cibindən 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 1 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin kütlənin narkotik vasitə heroin olduğunu bildirmiş və həmin heroini 1 ay bundan əvvəl Bakı şəhərində yolun kənarından tapdığını qeyd etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə zərfə qoyularaq qablaşdırılmış, bundan sonra təhqiqatçı X15 Hacıyevə yaşadığı evdə narkotik vasitə olub olmadığını soruşduqda, o yaşadığı evdə narkotik vasitə saxladığını bildirmiş və evdə axtarış aparılması ilə bağlı razılığının olması barədə ərizə vermişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə olub-olmadığını müəyyən etmək üçün onun yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evdə anası Şahid1 da razılıq ərizəsini aldıqdan sonra, Şahid1 və əri Şahid2 iştirakı ilə evə video görüntü ilə baxış keçirmişlər. Baxış zamanı evin zalında olan yataq dəstinin altından 9 ədəd selofan bükümdə olan ağ rəngli, kristal halında olan, ilkin görünüşdən psixotrop maddə hesab olunan metamfetaminə oxşar kütlələr, 10 ədəd selofan bükümdə olan qəhvəyi rəngli, ilkin görünüşdən narkotik vasitə olan heroinə oxşar kütlələr aşkar edilmişdir. Aşkar edilmiş 9 ədəd selofan bükümdə olan ağ rəngli, kristal halında olan kütlələr elektron tərəzidə çəkilmiş və həmin selofan büküm ilə birlikdə 4.9 qram olmuşdur. 10 ədəd selofan bükümdə olan tünd qəhvəyi rəngli kütlə, selofan bükümlər ilə birlikdə 5.94 qram olmuşdur. Aşkar edilmiş kütlələr bir ədəd kağız zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra evin girişindən sonra sağ tərəfdə yerləşən yataq otağına baxış keçirilmişdir. Həmin otaqda olan şkafın içərisindən bir ədəd elektron tərəzi aşkar edilmişdir. Aşkar edilmiş elektron tərəzi bir ədəd kağız zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra evin girişi ilə üzbəüz olan yataq otağına baxış keçirilmiş, baxış zamanı yataq otağına girişdən sol tərəfdə yerləşən şkafın içərisinə baxış zamanı, şkafın içərisində olan qara rəngli qış pencəyinin sol iç yan cibindən 5 ədəd üzərində “metadon40” sözləri yazılmış tabletka, 1 ədəd qızılı rəngli siqaret falqasına bükülmüş tabletka, 1 ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş qırmızı rəngli yarıya bölünmüş tabletka, bir ədəd üzərində “Hidroksit” sözləri yazılmış tabletka və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş qara rəngli kütlə elektron tərəzidə çəkilmiş və həmin kütlə 0.4 qram olmuşdur. Aşkar edilmiş tabletkalar, qara rəngli kütlə və elektron tərəzi bir ədəd kağız zərfə qoyulub qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid4 ilə oxşar məzmunlu ifadə verərək ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 14 sentyabr 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” porotokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Tovuz rayon məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbir seçilmiş və həbsetmənin əvvəli 14 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 15 sentyabr 2021-ci il tarixli 16/958 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə.” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,896 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar edilmiş kütlələr və 1 ədəd elektron tərəzi.” sözləri və imzalar olan kağız paketdəki; - 9 (doqquz ) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,679 qram, 0,551 qram, 0,505 qram, 0,556 qram, 0,577 qram, 0,451 qram, 0,443qram, 0,433 qram, 0,441 qram, ümumi təmiz çəkisi 4,636 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. 10 (on ) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 1,414qram, 1,436 qram, 0,461 qram, 0,434 qram, 0,502 qram, 0,484 qram, 0,173qram, 0.168 qram, 0,158 qram, 0,161 qram, ümumi təmiz çəkisi 5,391 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Bir ədəd "gümüşü” rəngli elektron tərəzi üzərində heroin izləri vardır. Bu iz mikroçəki təşkil etdiyindən, yəni tərəzinin ölçmə həddindən aşağı olduğundan izin miqdarı təyin olunmur. Tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar edilmiş kütlələr və tabletkalar. ” sözləri və imzalar olan kağız paketi açdıqda içərisində: - 1 (bir) ədəd açıq şəkildə təmiz çəkisi 0,358 qram maddə, xaşxaş bitkisindən kustar- üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Məhkəmə ekspertizası mərkəzinin X11nin labaratoriyasında texniki avadanlıq olmadığından, təqdim olunan dərman preparatlarının tədqiqatını aparmaq mümkün olmadı. Tədqiqata təqdim olunmuş üzərində “vət. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar edilmiş 1 ədəd elektron tərəzi” sözləri və imzalar olan kağız paketdəki, 1 ədəd “gümüşü” rəngli, elektron tərəzi üzərində heroin izləri vardır. Bu iz mikroçəki təşkil etdiyindən, yəni tərəzinin ölçmə həddədindən aşağı olduğundan izin miqdarı təyin olunmur. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorlarm” siyahısına əsaslanaraq yoxlanıldı və .müəyyən olundu ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorlaru” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən oldu ki, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” –in 1-ci siyahısının 1-ci bəndinə daxildir. Qeyd: Heroinin təmiz çəkiləri -0,896qr,( 1№) 5,391qr.(7 7-20№), tədqiqata sərf edildi 0,42 qr, qalıq- 0,876qr,(7/V°) 4,991qr(71-20№), Metamfetamin ümumi təmiz çəkiləri -4,636qr, tədqiqata cəmi sərf edildi- 0,45qram(hər ob.0,05qr), qalıq- 4.186qr , 10№ lı ob) Tiryək təmiz çəkiləri -0,358qr,(22/V°) tədqiqata sərf edildi 0,02 qr, qalıq- 0,338qr,(22A/) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 15 dekabr 2021-ci il tarixli 6/5441 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi TƏDQİQAT OBYEKTİ X11 N1” dairəvi möhür əksi “Ekspert Rəyi 16/958” yazı və imzalar olan paketdə 5 ədəd üzərində F/M40 yazılan qəhvəyi rəngli, dairəvi formalı həb sintetik narkotik vasitə-metadon olub, 5 ədəd həbin tərkibində metadonun təsiredici maddənin ümumi miqdarı 0,2 qramdır. (Həbin üzərində olan göstəriciyə əsasən bir ədəd həbdə metadonun təsir maddəsinin miqdarı 0,04 qramdır). 1 ədəd konvalyut kəsiyində üzərində “Royal tramadol 225” yazılan qırmızı rəngli, dairəvi formalı həb, 1 ədəd 14 qırmızı rəngli, dairəvi formalı həb güclü təsir edən maddə tramadol olub 1 ədəd bütöv və 1 ədəd 14 ədəd həbin tərkibində tramadolun təsir maddəsinin ümumi miqdarı 0,3375 qram (Həbin üzərində olan göstəriciyə əsasən bir ədəd həbdə tramadolun təsir maddəsinin miqdarı 0,225 qramdır). Bir ədəd ağ rəngli kapsul güclü təsir edən maddə preqabalin olub, 1 ədəd kapsulda preqabalin təsir maddəsinin miqdarı 0,15 qramdır. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ), Tramadol və Preqabalin 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Qeyd: Tramadolun ümumi sayı -1 ədəd bütöv 1 ədəd 1/z ədəd tədqiqata sərf edilən miqdar-1 ədəd bütöv və 1 ədəd % həb, qalıq -1/2 ədəd həb 1 ədəd % ədəd Metadon 40 həbi 5 ədəd, tədqiqata sərf edildi 1 ədəd, qalıq 4 ədəd Ağ kapsul 1 kapsul, tədqiqata sərf edildi 1/2 ədəd, qalıq 1/2 ədəd İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş narkoloji ekspertizasının 13 noyabr 2021-ci il tarixli 1372 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən, preqobalin və tramadoldan suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində məlumat uçot kartotekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “sübutların qiymətləndirləməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 240.1-ci maddəsi və satış alaməti ilə bağlı 234.4.3-cü maddəsinin tərkibi olmadığından həmin hissəsdə ona ittiham elan edilməmişdir. Həmçinin həmin qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 5,867 qram narkotik vasitə heroin, 4,186 qram psixotrop maddə metamfetamin, 0,338 qram narkotik vasitə tiryək, 4 ədəd narkotik vasitə olan metadon həbləri, ¾ ədəd və ½ ədəd güclü təsir edən maddə taramadol, ½ ədəd gücül təsir edən maddə preqabalin, 1 ədəd elektron tərəzi və 1 ədəd disk cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Tovruz RPŞ-nin maddi sübutların saxlanma otağına verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ondan aşkar olunan narkotik vasitələri öz istifadəsi üçün əldə etməsi, heç kimə satmaması ilə bağlı verdiyi ifadəsinə işin faktiki hallarına uyğun olmadığından həmin ifadələrə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin həmin ifadəsini məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 5,867 qram narkotik vasitə heroin, 4,186 qram psixotrop maddə metamfetamin, 0,338 qram narkotik vasitə tiryək, 4 ədəd narkotik vasitə olan metadon həbləri, 1 ədəd elektron tərəzi aşkar edilərək götürülməsi məhkəmədə tam sübuta yetirilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinin izahını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 5,867 qram narkotik vasitə heroin, 4,186 qram psixotrop maddə metamfetamin, 0,338 qram narkotik vasitə tiryək, 4 ədəd narkotik vasitə olan metadon həbləri, 1 ədəd elektron tərəzi qanunsuz olaraq əldə edib, daşıyıb saxlaması sonuncu tərəfindən həmin narkotik vasitənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi və saxlanmasına dəlalət edir. Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasıının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımaldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinidn 59.2-ci maddəsinə müvafiq olaraq cəzasnı yüngülləşdirən hallar kmi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan qaydada cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 14 sentyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Tovuz RPŞ-də saxlanılan təqsirləndirilən şəxs 5,867 qram narkotik vasitə heroin, 4,186 qram psixotrop maddə metamfetamin, 0,338 qram narkotik vasitə tiryək, 4 ədəd narkotik vasitə olan metadon həbləri, ¾ ədəd və ½ ədəd güclü təsir edən maddə taramadol, ½ ədəd gücül təsir edən maddə preqabalin, 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhv edilməsi Tovuz RPŞ-də və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 121 manat 10 qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 14 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınıb Tovuz RPŞ-də saxlanılan təqsirləndirilən şəxs 5,867 qram narkotik vasitə heroin, 4,186 qram psixotrop maddə metamfetamin, 0,338 qram narkotik vasitə tiryək, 4 ədəd narkotik vasitə olan metadon həbləri, ¾ ədəd və ½ ədəd güclü təsir edən maddə taramadol, ½ ədəd gücül təsir edən maddə preqabalin, 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhv edilməsi Tovuz RPŞ-də və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə 121 manat 10 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-49/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-49/2023
14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver