Məhkəmə qərarları › İş №1(100)-49/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-49/2024

06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-49/2024 06.05.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X2 və Əliyev Nicat Şirzad oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, onların müdafiəçiləri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhəri 1 saylı Vəkil Burosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1968-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə F.Əmirov küçəsinin kəsişməsində yerləşən “EMON” oteldə yaşamış, məhkumluğu olmayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə, xx.xx.1979-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 3 ünvanda yaşamış, əvvəllər məhkum olunmuş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla silah qismində istifadə edilən əşya ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə basqın edib quldurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olab bir qrup şəxs halında 19 mart 2022-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 yaşadıqları ünvan 4 ünvanının yaxınlığına ona məxsus Təqsirləndirilən şəxs2 idarə etdiyi “Hyundai Sonata” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobillə gedərək avtomobili təxminən 1-2 kilometr aralıda saxladıqdan sonra piyada hərəkət edərək qeyd edilən ünvana gəldikdən sonra həmin mənzilə qapının açıq olmasından istifadə edərək qanunsuz daxil olub, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 5 nömrəli şəhadətnamə əsasında ona məxsus əlində olan 20264104 nömrəli, 12 kalibrli, odlu yivsiz, texniki cəhətdən saz olan “Churchill” modelli tüfəngi nümayiş etdirərək hücuma məruz qalmış Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 sağlamlıqlarına xəsarət yetirməklə hədələyərək həyat və sağlamlıqları üçün təhlükəli zorakılıq tətbiq etmək hədəsi ilə basqın etmiş, həmin vaxt Təqsirləndirilən şəxs2 müqavimət göstərmək istəyən Zərərçəkmiş şəxs3 boyun nahiyəsindən tutub yıxaraq zor tətbiq etmiş, daha sonra Zərərçəkmiş şəxs3 kömək etmək istəyən Zərərçəkmiş şəxs2 qarşı istintaq zamanı müəyyən edilməmiş əlində olan bıçağı silah qismində tətbiq edərək bıçağın tiyəsi ilə zərbələr vuraraq sonuncuya sağ əlin üst səthinin səthi yaraları ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən, sol qulaq seyvanının, sağ əlin ovuc səthinin yaraları ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, bundan sonra həyətdən evin içərisinə daxil olub müqavimət göstərmək istəyən Zərərçəkmiş şəxs1 həmin bıçaqla zərbələr vuraraq alt dodağın səthi yarası ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən, sağ said nahiyəsinin və sağ əlin üst səthinin yaraları ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə quldurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla silah qismində istifadə edilən əşya ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə basqın edib quldurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olab bir qrup şəxs halında 19 mart 2022-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 yaşadıqları ünvan 4 ünvanının yaxınlığına Təqsirləndirilən şəxs1 məxsus onun idarə etdiyi “Hyundai Sonata” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobillə gedərək avtomobili təxminən 1-2 kilometr aralıda saxladıqdan sonra piyada hərəkət edərək qeyd edilən ünvana gəldikdən sonra həmin mənzilə qapının açıq olmasından istifadə edərək qanunsuz daxil olub, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 5 nömrəli şəhadətnamə əsasında özünə məxsus əlində olan 20264104 nömrəli, 12 kalibrli, odlu yivsiz, texniki cəhətdən saz olan “Churchill” modelli tüfəngi nümayiş etdirərək hücuma məruz qalmış Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 sağlamlıqlarına xəsarət yetirməklə hədələyərək həyat və sağlamlıqları üçün təhlükəli zorakılıq tətbiq etmək hədəsi ilə basqın etmiş, həmin vaxt o, müqavimət göstərmək istəyən Zərərçəkmiş şəxs3 boyun nahiyəsindən tutub yıxaraq zor tətbiq etmiş, daha sonra Zərərçəkmiş şəxs3 kömək etmək istəyən Zərərçəkmiş şəxs2 qarşı istintaq zamanı müəyyən edilməmiş əlində olan bıçağı silah qismində tətbiq edərək bıçağın tiyəsi ilə zərbələr vuraraq sonuncuya sağ əlin üst səthinin səthi yaraları ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən, sol qulaq seyvanının, sağ əlin ovuc səthinin yaraları ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, bundan sonra həyətdən evin içərisinə daxil olub müqavimət göstərmək istəyən Zərərçəkmiş şəxs1 həmin bıçaqla zərbələr vuraraq alt dodağın səthi yarası ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən, sağ said nahiyəsinin və sağ əlin üst səthinin yaraları ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə quldurluq etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onların Cinayət Məcəlləsinin qeyd edilən müvafiq maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona elan edilmiş ittihamı qəbul etmir. O, heç kimə qarşı quldurluq cinayət əməli törətməmişdir və həmin cinayət hadisəsi ilə onun heç bir əlaqəsi yoxdur. O, 19 mart 2022-ci il tarixdə “EMON” oteldə olarkən Təqsirləndirilən şəxs2 onun yanına gəlmişdir. O, sərxoş vəziyyətdə olduğu üçün Təqsirləndirilən şəxs2 özünə məxsus “Hyunday Sonata” markalı avtomobillə sonuncunun yaşadığı yerə qədər yox, “Dubay bazarı”nın yaxınlığına kimi aparmışdır. O, Eldar adlı şəxslə görüşməli idi. Seymura demişdir ki, “Dubay bazarı”na qədər onunla gedə bilər. Təqsirləndirilən şəxs2 “Dubay bazarı”nın yaxınlığında onun idarə etdiyi maşından düşmüşdür. O, həmin yerdə tanışı Eldar adlı şəxslə 5-10 dəqiqə söhbət etmiş, daha sonra oradan “EMON” otelə qayıtmışdır. 15-20 dəqiqədən sonra Təqsirləndirilən şəxs2 yenidən otelə onun yanına gəlmiş və sənədlərini onun maşınında unutduğunu demişdir. Sonra o, Seymuru “EMON” otelin işçisi Şahinlə birlikdə onun avtomobili ilə yaşadığı evə aparıb, daha sonra otelə geri qayıtmışdır. “EMON” oteldə olarkən gecə vaxtı yaşadığı otağın qapısı döyülmüş, qapını açan kimi mülki geyimdə olan şəxslər polis əməkdaşları olduqlarını bildirmişlər və onu döyməyə başlamışlar. Sonra onu polis şöbəsinə aparmışlar və orada ona qarşı polis əməkdaşları fiziki zorakılıq göstərmişlər. Ona qarşı göstərilən fiziki zorakılıqlar nəticəsində məcbur olub etirafedici ifadələr vermişdir. O, heç bir cinayət əməli törətməmişdir, ona görə də göstərdiklərinə əsasən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ilkin ibtidai istintaq mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı 04 may 2022-ci il tarixdə şübhəli şəxs kimi dindirilərkən, bundan başqa 06 may 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, o, ünvan 5 ünvanında qeydiyyatda olsa da, 03 mart 2022-ci il tarixdən Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Fikrət Əmirov küçəsinin kəsişməsində yerləşən “EMON” oteldə yaşamışdır. O, qeydiyyatda olduğu və əvvəlcədən yaşadığı evdən çıxıb “EMON” otelə gəlməyinə səbəb keçmiş arvadı ilə və ailəsi arasında yaranmış mübahisə olmuşdur. Təqsirləndirilən şəxs2 2022-ci ilin yanvar ayının sonlarından tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 xalası qızı Aksana ilə aralarında qeyri-rəsmi münasibətləri olmuşdur. Aksana ilə aralarında olan münasibətlə bağlı Seymur onunla görüşüb tanış olmaq istəmiş və aralarında bu səbəbdən münasibət yaranmışdır. Ona məxsus iki ədəd mülki ov silahları olmuş, həmin silahları da evdən çıxan zaman özü ilə götürüb “EMON” otelə gətirmiş və həmin silahları otelin anbarına saxlanca vermişdir. Seymurla tanış olduqdan sonra sonuncu tez-tez qaldığı oteldə yaşadığı otağa yanına gəlmiş və onlar teztez oturub çay içib söhbət etmişlər. Seymurla söbhət zamanı Seymur ona borcları olduğunu və pula ehtiyacı olduğunu bildirmişdir. 17 mart 2022-ci il tarixdə yaşadığı oteldə Seymurla oturub söbhət edən zaman Seymur quldurluqla 12 il həbsdə yatdığını və pul lazım olduğu üçün bir yer var, oradan pul götürmək istədiyini bildirmişdir. Seymur ona köməklik etməyini və qarşılığında əldə etdiyi puldan borclarını ödəmək üçün ona da verəcəyini demişdir. O, əvvəlcə Seymurun sözləri ilə razı olmaq istəmədiyindən ümumi sözlərlə Seymuru yola vermiş və fikirləşmişdir ki, Seymurun danışdıqları sadəcə söz olaraq qalacaqdır. xx.xx.2022-ci il tarixdə o, Bakı şəhərinə getmiş, Bakı şəhərində olan zaman Seymur ona zəng edib onunla görüşmək istədiyini demiş, o da Seymura ona Bakı şəhərində olduğunu, həmin gün axşam saatlarında qayıdacağını demişdir. 18 mart 2022-ci il tarixdə axşam saatlarında o, Bakı şəhərindən qaldığı otelə qayıtmış, həmin gün Seymur ona zəng etməmiş və otelə gəlməmişdir. 19 mart 2022-ci il tarixdə səhər saatlarında Seymur ona zəng edb otelə gəlmiş, onlar çay içib söhbət etmiş, Seymur günorta saatlarında dayısı oğlunun ad günü olduğunu deyib oraya getmişdir. Həmin gün saat 19- 20 radələrində Seymur yenidən otelə onun yanına gəlmiş və ona demişdir ki, “gedək orada pul var, həmin pulu götürüm, sonra sənə də kömək eliyərəm”. Seymur həmin vaxt özü ilə bir ədəd fəhlə əlcəyi və “skoç” gətirmiş, o, Seymura oradan götürəcəyi pulların ona kömək etməyəcəyini demişdir. Həmin vaxt Seymur ondan maska olub-olmadığını soruşmuş, o da çantasında olan iki ədəd təzə maska olduğunu deyib maskaları çıxarmışdır. Seymur da onun iki ədəd, yəni 12 kalibirli Çörçil və TG-2 sayqa silahının olduğunu əvvəldən bildiyindən ona silahı da götürməyini demişdir. O da Seymurun dediyinə görə otelin anbarında saxladığı Çörçil markalı silahı patronsuz özü ilə götürmüş, Seymur da ona məxsus “Hyundai Sonata” markalı, ** EM *** dövlət qeydiyyat nişanlı avtomobili oturub idarə etmişdir. Xeyli yol getdikdə dəmir yolunun altında xatırlamadığı yerdə Seymurun quldurluq etmək istədiyi evin yaxınlığından təxminən bir-iki kilometr aralıda maşını saxlamış, bundan sonra Seymur ona maskanı taxmağı demiş, Seymur özü isə burun və göz nahiyyələrinə skoç yapışdırmışdır. O da özünə məxsus olan əlcəyi əlinə taxıb başına maskanı əvvəlcə papaq kimi geyinib üz nahiyyəsini yuxarı qaldırmış, maşını orada saxlayıb piyada Seymurla pul götürəcəkləri evin yanına gəlmişlər. Həmin evin yanına çatdıqda maskanı aşağı salmış, əvvəlcə Seymur evin həyətinə daxil olmuş, o da Seymurun arxasınca evin həyətinə daxil olmuş, oradan Seymur evin qapısını açıb içəriyə girmiş, içəriyə girən kimi bir nəfər cavan oğlan qabağına çıxmışdır. Seymur da həmin oğlanı tutub yerə yıxmış və qışqırmışdır ki, “kimsə hanı, Famil hanı, pul ver onun borcu var”. Bu zaman yan otaqdan Xəyyam adında bir kök kişi çıxıb onun üzərinə gəlmiş, o, bunu görüb geriyə çəkilmişdir. Bundan sonra həmin şəxs Seymurun üzərinə tərəf getmiş və onlar tutaşmışlar. Bu zaman o, artıq qapının girişində olmuş, həmin vaxt bir yaşlı qadın yanından içəriyə keçib Seymurun üzərinə gedib evdəki adamlara kömək etmək istəmiş və sonra tüfəngin lüləsindən tutmuşdur. O, tüfəngi utub həmin şəxsin əlindən geriyə çəkmiş, o, evin pilləkənlərində olan zaman Xəyam Seymurun əlindən çıxıb çölə tərəf qaçmış, Seymur da sonuncunun arxasınca qaçmışdır. Daha sonra Seymur geriyə qayıdıb ona getməli olduqlarını demiş, onlar birlikdə gəldiyi marşrutla da ona məxsus avtomobilin yanına gedib otelə qayıtmışlar. Təqsirləndirilən şəxs1 əlavə suallara cavab olaraq bildirmişdir ki, 19 mart 2022-ci il tarixdə qeyd edilən hadisəni törətmək üçün evə daxil olan zaman Seymurun əlində bıçaq olmuş, həmin bıçağın əlamətlərini dəqiq bilməmiş, ancaq bıçağın tiyəsini görmüş, bıçağın tiyəsi parıldamış, Təqsirləndirilən şəxs2 həmin bıçaqla orada şəxslərə xəsarət yetirmiş, həmin hadisə haqqında heç kəsin heç bir məlumatı olmamış, onların oraya getməkdə Seymurun məqsədi pul ələ keçirmək olmuşdur, o, etdiyi əməldən peşman olmuşdur (iş vərəqə: cild 1, səh. 155-157, 194-196). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs1 təklif edilərkən o, ibtidai istintaq və məhkəmə istintaqı zamanı ziddiyyətli ifadələr verməsinin səbəbini onu saxlayan polis əməkdaşlarının ona fiziki təzyiqlər etməsi ilə əlaqədar olduğunu bildirmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 19 mart 2022-ci il tarixdə xalası oğlunun ad günündə olmuşdur. Təxminən saat səkkizdə Təqsirləndirilən şəxs1 ona zəng etmişdir ki, köhnə paltarını və yeməyini “EMON” otelə gətirsin. O, Yaşarın yaşadığı “EMON” otelə gəlmiş, paltarı və yeməyi Yaşara vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 içkili olmuşdur. O, Yaşara onu evə aparmasını demişdir. Yaşar özünə məxsus “Hyunday Sonata” markalı avtomobillə onu “Dubay bazarı”nın yaxınlığına kimi aparmışdır. Sonradan o, bilmişdir ki, onun sürücülük vəsiqəsi və digər əşyaları Yaşarın maşınında qalmışdır. O, sənədlərini götürmək üçün yenidən həmin otelin qabağına gəlmiş, Yaşar ilə orada görüşmüş və əşyalarını götürmüşdür. Təqsirləndirilən şəxs1 Şahin adlı şəxslə birlikdə onu yaşadığı evə düşürmüşlər. Bir gün sonra polis şöbəsindən gəlib demişlər ki, qonşuluqda cinayət hadisəsi baş verib, o, əvvəllər məhkum olunduğuna görə onu şöbəyə çağırırlar. O da polis şöbəsinə getmişdir. Polis şöbəsində onun əl izlərini götürmüşlər, başına papaq qoymuşlar ki, həmin papaq hadisə yerində düşüb. Daha sonra isə ona çıxıb gedə biləcəyini demişlər. Təxminən bir həftə sonra onu yenə də polis şöbəsinə çağırmışlar. Polis şöbəsində ona fiziki zorakılıq göstərilərək həmin cinayət hadisəsinin onun tərəfindən törədilməsini etiraf etməsinə məcbur edilmişdir. Təqsirləndirilən şəxs2 ifadəsinin davamında göstərmişdir ki, polis əməkdaşları Şahid1 adlı qanşusunu şahid kimi gətirib demişlər ki, “sən Qüdrətdən papaq istəmisən”, o isə demişdir ki, “mənim öz papağım var, mən niyə Qüdrətdən papaq istəyim”. Yəni, o, Şahid1 papaq götürməmişdir. Həmin cinayət hadisəsi onun tərəfindən törədilməyib, onun bu cinayət hadisəsi ilə heç bir əlaqəsi yoxdur. İfadəsində göstərdiklərinə əsasən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ilkin ibtidai istintaq mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı 04 may 2022-ci il tarixdə şübhəli şəxs kimi dindirilərkən müdafiəçisinin iştirakı ilə verdiyi və müdafiəçisinin imzası ilə təsdiq olunsa da, özünün imza etməkdən imtina etdiyi ifadəsində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Rasım oğlu və Zərərçəkmiş şəxs3 təxmınən 7-8 aydır ki tanıyır, həmin şəxslə yaşadığı evin qonşuluğundan ev alaraq həmin vaxt oraya köçmüşlər. Həmin şəxslər yaşadıqları evdə mağaza işlədirlər. O, həmin şəxslərin sələmə pul verdiklərini də eşitmişdir. Təqsirləndirilən şəxs1 isə 2022-ci ilin yanvar ayından tanımışdır. Yaşarın onun xalası qızı Aksana ilə münasibətləri olmuşdur. Buna görə də, o, Yaşarla tanış olub münasibət qurmuşdur. Yaşar öz ailəsi ilə aralarında olan münasibətin pisləşməsi səbəbindən Gəncə şəhərində yerləşən “EMON” oteldə qalmış, o da tez-tez Yaşarın yanına gedib-gəlmişdir. Təqsirləndirilən şəxs1la o, oturub söhbətlər edən zaman Yaşar ona çoxlu boclarının olmasını demiş, həmin vaxtlarda Yaşar pul axtarırmış. Onun da sosial vəziyyəti yaxşı olmadığına görə o da Yaşara pul olsaydı vəziyyətini düzəldəcəyini demişdir. 17 mart 2022-ci il tarixdə Yaşarla sonuncunun yaşadığı oteldə oturub söbhət edən zaman soyğunçuluqla 12 il türmədə yatdığını və bir yer var oradan pul götürmək istədiyini demiş, Təqsirləndirilən şəxs1 da özünə pul lazım olduğu üçün pul yeri bildiyi evdən pulları götürmək üçün maska və silahının olmasını ona demişdir. 18 mart 2022-ci il tarixdə o, Yaşara zəng edib yanına getmək istəyən zaman Yaşar Gəncə şəhərində olmadığını, axşam gələcəyini demişdir. 19 mart 2022-ci il tarixdə səhər saatlarında o, Yaşara zəng edb otelə getmiş və onlar çay içib söhbət etmiş, günorta saatlarında dayısı oğlu Ramin Qurbanovun ad günü olduğu üçün oraya getmişdir. Həmin gün, yəni 19 mart 2022-ci il tarixdə saat təxminən 20 radələrində yenidən otelə Yaşarın yanına qayıtmış, bundan sonra Yaşarla əvvəlcədən razılaşdıqları qaydada hazırlıq işlərini görmüş, Yaşar əl çantasından iki ədəd qara rəngli qar maskası çıxarmış, özü ilə də bir ədəd özünə məxsus silah götürmüşdür. O isə özü ilə bir ədəd skoç və fəhlə əlcəyi götürmüşdür. Bundan sonra onlar ikisi birlikdə Təqsirləndirilən şəxs1 məxsus avomobilə əyləşmiş, Yaşarın avtomobilini o, idarə etmişdir. O, avtomobili idarə edib Gəncə şəhərində “türklər qəsəbəsi” adlanan yerdə dəmir yolunun altında saxlamış, bundan sonra o, göz nahiyəsinə skoç çəkmiş, əlinə fəhlə əlcəyini geyinmişdir. Yaşar da əlinə özü ilə götürdüyü qara rəngli əlcəyi taxmış, başına isə qara rəngli maska geyinmişdir. O, maskanın üzərindən başına qara rəngli idman papağı taxmışdır. Onlar birlikdə piyada ünvan 7 ünvanının qarşısına gəlmiş, həmin evin yanına çatdıqda əvvəlcə o, evin həyətinə daxil olmuş, arxasınca evin həyətinə Yaşar da daxil olmuşdur. O, evin qapısını açıb içəriyə girmiş, içəriyə girən kimi Zərərçəkmiş şəxs3 onun qarşısına çıxmış, orada o, Ramalın yaxasından tutub dizi üstə yerə yıxmış, Yaşar da əlindəki silahla qışqıraraq “tərpənmə, çök aşağı” deyə qışqırmışdır. Bu zaman yan otaqdan Xəyyam da oraya gəlmiş, o, Xəyyamı qorxutmaq üçün bıçaqla Xəyyamın qulaq və baş nahiyyəsinə bir neçə bıçaq zərbəsi vurmuş, bu zaman Xəyyamın anası Xurşid də oraya gəlmiş, onlar Xurşidlə dartışan zaman onları qorxutmaq üçün bıçaqla Zərərçəkmiş şəxs1 da vurub qol nahiyəsindən və ağız nahiyyəsindən xəsarət yetirmişdir. Bu zaman Xəyyam əllərindən çıxıb həyətə qaçmağa başlamış, o da Xəyyamın arxasınca çıxdıqda Xəyyamın qışıqırdığını görüb geri qayıtmış və Yaşara getməli olduqlarını demişdir. Bundan sonra gəldikləri yol ilə geriyə qayıtmış, otelə çatdıqda o, başında olan papağını salıb itirdiyini bilmişdir. Təqsirləndirilən şəxs2 əlavə suala cavab olaraq bildirmişdir ki, 19 mart 2022-ci il tarixdə evə daxil olan zaman əlində olmuş bıçağı haraya qoyduğunu və bıçağın əlamətlərini xatırlamır, Təqsirləndirilən şəxs1la törətmiş olduğu hadisə haqqında heç kəsin heç bir məlumatı olmamış, həmin evə getməkdə məqsədləri pul ələ keçirmək olmuş və etdiyi əməldən peşman olmuşdur (iş vərəqə: cild 1, səh. 128-130) Daha sonra, Təqsirləndirilən şəxs2 12 may 2022-ci il tarixdə təqsirləndirilən şəxs kimi dindirilərkən özünü təqsirli bilmədiyini, ifadə verməkdən və suallara cavab verməkdən imtina etdiyini bildirmiş, yenə də həmin protokolu imza etməkdən imtina etmişdir (iş vərəqə: cild 1, səh. 232-233). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs2 təklif edilərkən o, ibtidai istintaq zamanı 04 may 2022-ci il tarixdə şübhəli şəxs kimi olan ifadəsini təsdiq etmədiyini, həmin ifadənin ona məxsus olmadığını, məhkəmə iclasında ifadəsində göstərdiklərinin doğru olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında yaşayır. Həmin evin altında yerləşən yardımçı tikilidə ərzaq mallar satırlar və oranı mağaza kimi işlədirlər. 19 mart 2022-ci il tarixdə, saat 21 radələrində həyətdəki mətbəxdə qab yuyarkən səs-küy eşitmiş və dərhal mətbəxdən həyətə çıxmışdır. O, evlərindən səs-küy gəldiyini eşitmişdir. Evlərinin qapısına çatdıqda görmüşdür ki, iki nəfər üzləri maskalı olan şəxslər oğlu Zərərçəkmiş şəxs2la və nəvəsi Zərərçəkmiş şəxs3la süpürləşirlər. Üzləri maskalı olan şəxslərin birinin əlində tüfəng, digərində isə bıçaq olmuşdur. Onların üzlərində papaq və maska olmuşdur. Əlində silahla daxil olmuş şəxsin əynində boz rəngli qış gödəkçəsi, başında qara rəngli maska və əynində qara rəngli şalvar olmuşdur. Əlində bıçaq olan şəxsin bütün geyimi qara olmaqla maskanın üzərindən eynək taxmışdır. Həmin şəxslər nəvəsi Zərərçəkmiş şəxs3 bir qədər balaca boylu olmuş, gözündə eynək olmayan əlində silah olan şəxsin gözləri açıq qəhvəyi rəngdə olmuşdur. Həmin şəxsin əlində olan silahın uzunluğu təxminən 50 santimetr olmuş, silah tünd qəhvəyi rəngdə ov tüfənginə oxşamışdır. Zərərçəkmiş şəxs1 ifadəsinin davamında göstərmişdir ki, oğlu və nəvəsinin həmin üzləri maskalı şəxslərlə süpürləşdiklərini, həmin şəxslərin əlində isə tüfəng və bıçaq olmasını gördükdə o, tüfəngdən tutub həmin şəxsin əlindən almaq istəmişdir. Həmin şəxslər onlara təslim olmalarını qışqıraraq, pulları verməyi tələb etmişlər. Əlində bıçaq olan şəxs iki dəfə onun sağ qolunun bilək nahiyyəsindən zərbə vurub qol nahiyəsini kəsmişdir. Bu vaxt oğlu Xəyyam həmin şəxslərin əlindən qaçıb həyətə çıxmış və kömək çağırmağa başlamışdır. Həmin şəxslər oğlu Xəyyamın artıq onların əlindən qaçıb çıxdığını görüb onun alt dodaq nahiyəsindən də bıçaq xəsarəti yetirib evdən qaçıb getmişlər. Həmin şəxslər tərəfindən onun bədəninin dodaq nahiyəsinə, sağ qolunun bilək hissəsinə xəsarətlər yetirilmiş, həmin vaxt onun sağ qulağından və sağ əlinin iç hissəsindən qan axdığını görmüşdür. Hadisədən sonra oğlu Zərərçəkmiş şəxs2 polisə zəng edib baş verənlər barədə məlumat vermişdir. Onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxslərlə barışmış və onlara yüngül cəza təyin edilməsini xahiş edir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında anası, bacıları və bacısı oğlu ilə birlikdə yaşayır. Həmin evin altında yerləşən yardımçı tikilidə ərzaq malları yığıb satırlar və oranı mağaza kimi işlədirlər. 19 mart 2022-ci il tarixdə saat 21 radələrində yataq otağında komputerdə videolara baxarkən səs-küy eşidib evin zalına gəldikdə bir nəfər üzü maskalı, əlində silah olan şəxsin bacısı oğlu Zərərçəkmiş şəxs3 yerə yıxıb dizi üstə çökməyini tələb etdiyini görmüşdür. O, dərhal həmin şəxsin əlində olan silahın lülə hissəsindən tutub aşağıya doğru itələmiş və silahı yerə qoymasını tələb etmişdir. Həmin şəxs ona da diz çökməsini tələb etmişdir. Bu vaxt həmin şəxsin arxasınca bir nəfər də üzü maskalı olan şəxs içəriyə daxil olmuşdur. Həmin şəxs maskanın üstündən qara rəngli eynək taxmışdır. Həmin şəxsin əlində tiyəsi parıldayan bıçaq olmuşdur. Əlində silah olan şəxsin əynində boz rəngli qış gödəkçəsi, başında qara rəngli maska və əynində qara rəngli şalvar olmuşdur. Əlində bıçaq olan şəxsin bütün geyimi qara olmaqla maskanın üzərindən eynək taxmışdı. Sonuncunun əlində olan bıçağın tiyəsi nazik ağ rəngdə olmuşdur. Digər şəxsin əlindəki silahın isə uzunluğu təxminən 50 santimetr olmuşdur. Həmin silah qəhvəyi rəngdə, təklüləli olmuş və ov tüfənginə oxşamışdır. Əlində bıçaq olan şəxs bıçaqla onun sağ əlinin içəri nahiyəsindən bir dəfə zərbə vurmuş və ondan diz çökməsini tələb etmişdir. Həmin şəxslərə mane olmaq üçün o, müqavimət göstərərək onlardan evlərini tərk etmələrini tələb etmişdir. Həmin şəxslər onun üzərinə qışqıraraq bıçaqla və silahla onu hədələyib onlara qulaq asmalı və tələblərini yerinə yetirməli olduğunu, evdə olan pulları gətirməyini tələb etmişlər. Onların tələblərini yerinə yetirmədiyinə görə əlində silah olan şəxslə yaxalaşdığı zaman digər şəxs əlində olan bıçağın tiyəsi ilə qulaq nahiyəsinə dörd-beş dəfə zərbələr vuraraq xəsarətlər yetirmişdir. Zərərçəkmiş şəxs2 ifadəsinin davamında daha sonra göstərmişdir ki, həmin vaxt anası Zərərçəkmiş şəxs1 həyətdə olmuş və səs-küyü eşidən kimi anası içəri daxil olarkən həmin şəxsləri görmüşdür. Anası da onlara müqavimət göstərmək istəmişdir. Həmin vaxt fürsətdən istifadə edib həyətə çıxıb qışqıraraq kömək çağırmaq istəmişdir. O, küçədə kömək çağırarkən həmin şəxslər evi tərk edərək qaçmışlar. Həmin şəxslər evin darvazasından çıxıb küçə ilə aşağı doğru qaçmışlar. Sonra o, evə qayıtmışdır. Həmin şəxslərin anası Xurşidin dodaq nahiyəsinə və sağ qolun bilək nahiyyəsinə xəsarətlər yetirdiyini görmüşdür. Həmin şəxslər getdikdən sonra o, gözündə eynək olan şəxsin başındakı papağının qapının arxasında düşdüyünü müəyyən etmişdir. Həmin şəxslər onun sol qulaq nahiyəsinə və sağ əlinin iç nahiyəsinə, anası Zərərçəkmiş şəxs1 isə dodağına və sağ əlin bilək nahiyəsinə kəsik xəsarətləri yetirmişdilər. Sonra o, polisə zəng edib baş verənlər barədə məlumat vermişdir. Hal-hazırda onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxslərlə barışmış və onlara yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında yaşayır. Həmin evin altında yerləşən yardımçı tikilidə ərzaq malları yığıb satırlar və oranı mağaza kimi işlədirlər. 19 mart 2022-ci il tarixdə saat 21 radələrində evlərində olmuş və zalda telefonla oynayırmış. Həmin vaxt o, ayaq səsləri eşidib qapını açıb baxmaq istəyərkən qapını çöldən gələn bir nəfər şəxs itələyib açmışdır. Həmin şəxs onun boyunundan tutub ona “diz çök” deyə qışqırmışdır. O da diz çökmüşdür. Bu vaxt səs-küyə dayısı Zərərçəkmiş şəxs2 digər otaqdan çıxıb onların yanına gəlmişdir. O, həmin şəxsin əlində silah olduğunu görmüşdür. Həmin şəxsin arxasınca isə bir nəfər şəxs də içəriyə daxil olmuş və əlində bıçaq olmuşdur. Həmin şəxslərin üzlərində papaqlı maska olmuşdur. Əlində silahla daxil olmuş şəxsin əynində boz rəngli qış gödəkçəsi, başında qara rəngli maska və əynində qara rəngli şalvar olmuşdur. Əlində bıçaq olan şəxsin bütün geyimi qara olmaqla maskanın üzərindən eynək də taxmışdı. Dayısı Xəyyam həmin şəxslərə müqavimət göstərməyə çalışmışdır. Zərərçəkmiş şəxs3 ifadəsinin davamında daha sonra göstərmişdir ki, həmin şəxslər əllərində olan bıçaq və silahla onlara müqavimət göstərərək diz çökmələrini və evdə olan pulları vermələrini tələb etmişlər. O, qorxduğu üçün qışqıraraq dayısına evdə olan pulları verməsini demiş, dayısı isə həmin şəxslərə müqavimət göstərmişdir. Həmin vaxt əlində bıçaq olan şəxs dayısının sol qulaq nahiyəsindən zərbələr endirməyə başlamışdır. Bu hadisələr baş verərkən nənəsi Zərərçəkmiş şəxs1 evin həyətindəki mətbəxdə olmuş, səsküyü eşidən kimi dərhal nənəsi də həyətdən oraya gəlmiş və həmin şəxsləri görmüşdür. Nənəsi həmin şəxslərə müqavimət göstərmək istəmişdir. Əlində bıçaq olan maskalı şəxs nənəsinin sağ qolunun bilək nahiyyəsindən vurub xəsarət yetirmişdir. Həmin vaxt dayısı Xəyyam həmin şəxslərin əlindən küçəyə qaçıb kömək çağırmağa başlamışdır. Həmin şəxslər dayısı Xəyyamın artıq qaçdığını görüb, nənəsinin dodağından bıçaqla vuraraq evdən qaçıb çıxmışlar. Sonra dayısı Zərərçəkmiş şəxs2 polisə zəng edib hadisə barədə məlumat vermişdir. O, təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 uşaqlıqdan tanıyır. Seymurla münasibəti hər zaman normal olmuş, onların heç bir düşmənçilik və ədavətləri olmamışdır. Həmçinin Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 da sonuncuların qonşuluqda işlətdikləri mağazadan tanımış, onlarla da münasibətləri normal olmuşdur. 18 mart 2022-ci il tarixdə yaşadığı evin qarşısında olan zaman təsadüfən Seymurla rastlaşmışdır. Təqsirləndirilən şəxs2 ona birlikdə çayçıya getməyi təklif etmişdir. O, etiraz etməmiş və Seymurla birlikdə çayçıya getmişdir. Həmin vaxt yolda Seymur ondan başında olan qara rəngli idman papağını istəmişdir. O, Seymurla razılaşaraq papağını Təqsirləndirilən şəxs2 vermişdir. O, Seymurun söhbətlərindən borcları olduğunu və borclarını vermək üçün pul axtardığını başa düşmüşdür. O, Seymurla birlikdə çayçıya getdikdən sonra, onlar geri qayıdarkən onun papağı Seymurda qalmışdır. Şahid1 ifadəsində daha sonra göstərmişdir ki, 20 mart 2022-ci il tarixdə onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2 evində quldurluq hadisəsinin olmasını eşitmişdir. Həmin hadisədən təxminən on gün müddət keçmişdi. Həmin vaxt Təqsirləndirilən şəxs2la təsadüfən görüşən zaman Seymurla hal-əhval tutarkən və haralarda olmasını soruşarkən, Seymur küçədə çoxlu polislərin olmasını, ona görə də gizləndiyini demişdir. O, Seymurdan papağını istədikda Seymur papağı itirdiyini demiş və onun papağını verməmişdir. Şahid1 həmçinin ifadəsində göstərmişdir ki, hazırki cinayət işi üzrə ifadə vermək üçün məhkəməyə gəlməmişdən bir neçə gün əvvəl 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 telefon vasitəsilə ona zəng edərək təsir göstərməyə çalışmış və məhkəmədə ifadə verərkən Təqsirləndirilən şəxs2 onun papağını istəməsi, onun Təqsirləndirilən şəxs2 papağını verməsi və onun papağının Seymurda qalması barədə məlumatları məhkəmədə danışmamağı və bu barədə qətiyyən məhkəməyə bildirməməyi demişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, “EMON” oteldə texniki işçi kimi işləsə də, oteldə bir çox işləri o, görmüşdür. O, Təqsirləndirilən şəxs1 uzun müddətdir tanıyır. Təqsirləndirilən şəxs1 “EMON” otelin sahibi Mətləb Nəcəfovun qohumu kimi tanımışdır. 03 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 gəlib oteldə qalmaq istədiyini demişdir. O, Təqsirləndirilən şəxs1 qalması üçün otaq vermişdir. Yaşar özü ilə iki ədəd silah gətirmiş və ondan həmin silahları anbara qoymasını xahiş etdiyindən o, həmin silahları anbara qoymuşdur. O, Təqsirləndirilən şəxs1 yanına tez-tez Seymur adlı şəxsin gəldiyini görmüş və Seymuru da tanımışdır. Seymur demək olar ki, hər gün Təqsirləndirilən şəxs1 yanına gəlmişdir. 19 mart 2022-ci il tarixdə Seymur günün birinci yarısı otelə gəlib-getmişdir. Həmin gün saat 20 radələrində Seymur yenidən Təqsirləndirilən şəxs1 yanına gəlmiş, sonra Seymur Yaşarın yanına çıxmış və müəyyən müddətdən sonra onunla birlikdə düşmüşdür. Təqsirləndirilən şəxs1 ona anbara qoyduğu silahların ikisini də götürmək istədiyini bildirmişdir. O da həmin silahları Təqsirləndirilən şəxs1 təhvil vermişdir. Yaşar Seymurla birlikdə silahları götürüb otelin həyətində olan Yaşarın maşınına qoymuş, sonra ikisi də birlikdə çıxıb getmişlər. Onların sonradan otelə nə vaxt qayıtdığını xatırlamır. Təxminən iki-üç gün sonra Təqsirləndirilən şəxs1 otelə gəlib silahları ona anbara qoymağı üçün təhvil vermişdir. O, həmin silahları götürüb yenidən anbara qoymuşdur. Məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, hal-hazırda Şəmkir Rayon Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. O, Gəncə şəhər Baş Polis İdarəsində işləyərkən daxil olmuş məlumat əsasında əməliyyat axtarış tədbirləri keçirilərək ilk öncə Təqsirləndirilən şəxs2 tərəflərindən yaşadığı küçədə saxlanılmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 ifadəsi əsasında Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-axtarış tədbiri keçirilmişdir. Təqsirləndirilən şəxs1 “Emon” oteldə tərəflərindən saxlanılaraq polis şöbəsinə aparılmışdır. O, hər iki təqsirləndirilən şəxsin tutulmasında iştirak etmişdir. Təqsirləndirilən şəxs1 tərəflərindən saxlanılan zaman onlarla getmək istəməyərək dartınırmış, bu zaman onu nizam-intizama dəvət etmişlər, daha sonra qolundan tutaraq avtomobilə əyləşdirib polis şöbəsinə aparmışlar. Onlar tərəfindən Təqsirləndirilən şəxs1 qarşı heç bir xəsarət yetirilməmişdir. Əməliyyat-axtarış tədbiri keçirilən zaman üç nəfər polis əməkdaşı ilə birlikdə olmuşlar. Təqsirləndirilən şəxs1 saxlanılarkən ilk öncə onlarla polis şöbəsinə getmək istəməmiş və dartınmışdır. Onlar Təqsirləndirilən şəxs1 nizam-intizama dəvət etmişlər, sonra qolundan tutub maşına əyləşdirmişlər. Təqsirləndirilən şəxslərə qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, əvvəllər Gəncə şəhərində 2 saylı İstintaq Təcridxanasında bir ilə yaxın Təqsirləndirilən şəxs1la birlikdə saxlanılmışdır. Təqsirləndirilən şəxs1 İstintaq Təcridxanasına gətirilərkən halsız vəziyyətdə idi. Əlləri-ayaqları əsirmiş. Daha sonra onlar söhbətləşmişlər, Təqsirləndirilən şəxs1 ona Gəncə şəhər Baş Polis İdarəsində polislər tərəfindən döyüldüyünü bildirmişdir. O, Təqsirləndirilən şəxs1 xəsarətlərin olmasını görməmişdir. Məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş Şahid4 Etibar oğlu ifadəsində göstərmişdir ki, o, hal-hazırda Göyçay Rayon Polis Şöbəsində müstəntiq vəzifəsində işləyir. Hazırki cinayət işinin ibtidai istintaqı onun tərəfindən aparılaraq yekunlaşmışdır. Xatırladığı qədər təqsirləndirilən şəxs Məmmədov X5 Təcridxanasında olarkən mütəmadi olaraq özünə xəsarətlər yetirirmiş və onunla görüş tələb edirmiş. Ola bilər ki, onun İstintaq Təcridxanasında müxtəlif tarixlərdə olmasının səbəbi Təqsirləndirilən şəxs2la görüşü ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs Məmmədov X5 araşdırmasından narazı olduğu üçün tez-tez özünə xəsarət yetirirmiş. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 19 mart 2022-ci il tarixli “hadisə yerinə baxış barədə protokol”dan görünür ki, hadisənin baş verdiyi zərərçəkmiş şəxslərin yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, hadisə yerinə baxış zamanı oradan bir ədəd kişi papağı götürülmüş, bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmişdir (iş vərəqə: cild 1, səh. 9-21). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 04 may 2022-ci il tarixli “baxış keçirilməsi və götürülməsi barədə protokol”dan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı “EMON” otelə baxış zamanı təqdim etdiyi iki ədəd ov silahı, silahın qundağı, 20 ədəd patron və 2 ədəd həmin silahlara aid şəhadətnamə müvafiq qərar əsasında protokol tərtib edilərək ondan götürülmüşdür. Həmin əşyalara baxış zamanı müəyyən edilmişdir ki, həmin silahlardan biri Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Churchil” markalı, 12 kalibrli üzərində 20264104 nömrəli ov silahıdır. Həmin silaha aid bir ədəd sökülü vəziyyətdə qundağı və 20 ədəd patronu vardır. Bundan başqa, bir ədəd xarici görünüşü avtomat kalaşnikov silahına bənzəyən, Rusiya istehsalı olan TG-2 markalı, üzərində 18420566 nömrəsi qeyd edilmiş ov silahıdır. Həmin silahlara aid iki ədəd şəhadətnamə vardır. Həmin silahlar sənədlərə əsasən Təqsirləndirilən şəxs1 məxsusdur. Baxış və götürmə zamanı Təqsirləndirilən şəxs1 19 mart 2022-ci il tarixdə hadisədən əvvəl təqdim etdiyi silahlardan “Churchil” markalı silahı qundaqsız və patronsuz vəziyyətdə hadisə yerinə apardığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 yaşadığı “EMON” otelin 415 saylı otağına və Təqsirləndirilən şəxs1 məxsus ağ rəngli “Hyundai Sonata” maralı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir, avtomobildə sübut əhəmiyyətli əşya aşkar edilməmişdir (iş vərəqə: cild 1, səh. 164-165). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 05 may 2022-ci il tarixli “tanınmaya təqdim etmə haqqında protokol”dan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 istintaqa təqdim etdiyi “Churchil” markalı, 12 kalibrli, üzərində 20264104 nömrəli silah Təqsirləndirilən şəxs2 tanınmaya təqdim edilmiş, Təqsirləndirilən şəxs2 həmin silahı üzərində olan taxta tutacağın qəhvəyi rəngə olmasından tanıyıb göstərərək bildirmişdir ki, 19 mart 2022-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs1la ünvan 8 ünvanında quldurluq hadisəsi törədərkən Təqsirləndirilən şəxs1 həmin silahı yaşadığı “EMON” oteldən götürüb onunla birlikdə hadisə yerinə aparmış və hadisə zamanı həmin silahla zərərçəkmiş şəxsləri hədələmişdir, həmin protokoldan görünür ki, həmin istintaq hərəkəti Təqsirləndirilən şəxs2 müdafiəçisinin iştirakı ilə keçirilmiş, Təqsirləndirilən şəxs2 həmin protokolu imza etməkdən imtina etsə də, həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 taxta tutacağı qəhvəyi rəngə olan silahı göstərərək tanıdığını bildirmişdir (iş vərəqə: cild 1, səh. 169-171). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 05 may 2022-ci il tarixli “tanınmaya təqdim etmə haqqında protokol”dan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yerindən, yəni ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən götürülmüş bir ədəd papaq Təqsirləndirilən şəxs1 tanınmaya təqdim edilmiş, Təqsirləndirilən şəxs1 həmin papağı üzərində tikiş zolaqlarının olmasından və bir qədər çox istifadə olunmasından tanıyıb göstərərək bildirmişdir ki, həmin papaq 19 mart 2022-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs2la ünvan 8 ünvanında quldurluq hadisəsi törədərkən Təqsirləndirilən şəxs2 zərəçəkmiş şəxslərlə süpürləşdiyi zaman hadisə yerində başından düşmüşdür (iş vərəqə: cild 1, səh. 172-174). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan cinayət işinin materiallarındakı məktublardan görünür ki, hadisə yerindən götürülmüş 01 ədəd papaq tədqiqat keçirilməsi və məlumat bankına daxil edilməsi üçün Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinə göndərilmiş, həmin idarədə aparılmış DNT tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, 01 ədəd papaq üzərində olan bioloji mənşəli materiallar qarışıq tipli olmaqla, kişi cinsindən olan iki müxtəlif naməlum şəxsə məxsusdur (iş vərəqə: cild 2, səh. 45, 98- 99). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-genetik ekspertizasının 09 iyul 2022-ci il tarixli, 22/481R nömrəli rəyindən görünür ki, təqdim edilmiş 01 (bir) ədəd qara rəngli papağın içəri səthində həm Təqsirləndirilən şəxs2 (xx/xx/1979 Gəncə ş.) və həm də Şahid1 (xx/xx/1990 Gəncə ş.) məxsus bioloji mənşəli materiallar mövcuddur (eyni yumurta əkizləri istisna olmaqla) (iş vərəqə: cild 1, səh. 310- 313). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 07 aprel 2022-ci il tarixli, 521 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol qulaq seyvanının, sağ əlin ovuc səthinin yaraları, sağ əlin üst səthinin səthi yaraları – kəsici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən sol qulaq seyvanının, sağ əlin ovuc səthinin yaraları ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir, sağ əlin üst səthinin səthi yaraları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (iş vərəqə: cild 1, səh. 88-89). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 07 aprel 2022-ci il tarixli, 522 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – alt dodağın səthi yarası – bərk küt əşyanın; sağ said nahiyəsinin və sağ əlin üst səthinin yaraları – kəsici-deşici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən sağ said nahiyəsinin və sağ əlin üst səthinin yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir; alt dodağın səthi yarası isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir (iş vərəqə: cild 1, səh. 90-91). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 07 aprel 2022-ci il tarixli, 523 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədənində xəsarət yoxdur (iş vərəqə: cild 1, səh. 92-93). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-ballistik ekspertizasının 08 iyul 2022-ci il tarixli, 22/472R nömrəli rəyindən görünür ki:

1. Tədqiqata təqdim edilmiş 01 ədəd 18420566 №-li silah, 366 TKM kalibrli olmaqla, zavod üsulu ilə Rusiya dövlətində 2018-ci İjevsk maşınqayırma zavodunda istehsal olunmuş Kalaşnikov konstruksiyalı TG-2 modelli sürgülü, öz-özünə dolan, odlu qismən yivli (paradoks tipli) ov karabinidir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan kustar üsulu ilə silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir.

2. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 366 TKM kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı TG-2 modelli karabinin komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır.

3. Təqdiqata təqdim edilmiş 01 ədəd 20264104 №-li silah Türkiyə Respublikasında AKKAR silah zavodunda istehsal olunmuş 12 kalibrli CHURCHİLL modelli çaxmaqsız, hamar tək lüləli, sürüşən lüləaltı yastıq vasitəsilə təkrar doldurulan pompalı tüfəngdir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan kustar üsulu ilə silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir.

4. Tədqiqata təqdim edilmiş 20 ədəd patron zavod üsulu ilə Türkiyə Respublikasında Gürel fişek sənaye zavodunda istehsal olunmuş 12x70 kalibrli ov patronlarıdır, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov sursatıdırlar. Həmin patronlar istifadə və atəş üçün yararlıdırlar.

5. Tədqiqata təqdim edilmiş 01 ədəd qəhvəyi rəngli taxta materialdan hazırlanmış qundağ zavod üsulu ilə istehsal olunmuş 12 kalibrli çaxmaqsız, hamar tək lüləli, sürüşən lüləaltı yastıq vasitəsilə təkrar doldurulan CHURCHİLL modelli pompalı tüfəngin bir hissəsidirqundağıdır və təyinatı üzrə istifadə üçün yararlıdır (iş vərəqə: cild 1, səh. 300-308). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər psixonevroloji dispanserinin arayışından görünür ki, Təqsirləndirilən şəxs1 dispanserdə qeydiyyatda deyil, Gəncə şəhər narkoloji dispanserinin arayışından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2016-cı il tarixdən “alkoqoldan asılılıq” diaqnozu ilə dispenserdə qeydiyyatdadır (iş vərəqə: cild 2, səh. 13-14). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər psixonevroloji dispanserinin və narkoloji dispanserinin arayışlarından görünür ki, Təqsirləndirilən şəxs2 həmin dispanserlərdə qeydiyyatda deyil (iş vərəqə: cild 2, səh. 11-12). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16 sentyabr 2022ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 iyul 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 29,178.2.2, 320.1-ci maddələri ilə 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 23 fevral 2015-ci ildə cəzasının sonu ilə azad olunmuşdur (iş vərəqə: cild 2, səh. 4-5). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16 sentyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər dəfələrlə məhkum olunmuş və həmin məhkumluqları ödənilmişdir. Həmin tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 sonuncu dəfə Rusiya Federasiyası Moskva şəhəri Federal Məhkəməsinin Nikulinsk Rayon Məhkəməsinin 22 oktyabr 2009-cu il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci maddəsinin 2-ci hissəsinin A.Q.D bəndi, 162-ci maddəsinin 3-cü hissəsi, 162-ci maddəsinin 2-ci hissəsi, 69-cu maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Kareliya Respublikası Seqejsk şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə cəzası 11 il 10 aya endirilmiş, bundan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə Rusiya Federasiyasının hökmü Azərbaycan Respublikasının ərazisində icraya qəbul olunmuş və əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.3.2, 181.3.2, 66.3-cü maddələrinə tövsif edilməklə 11 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, daha sonra Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.3.2-ci maddəsi Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4, 180.2.5-ci maddələrinə tövsif edilmiş, bundan sonra Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi Cinayət Məcəlləsinin 181.2.1 181.2.2, 181.2.4, 181.2.5-ci maddələrinə tövsif edilmiş və cəzası dəyişdirilmədən saxlanılmışdır, daha sonra isə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 05 ay 26 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir, xx.xx.2021-ci il tarixdə isə cəza müddəti başa çatmışdır (iş vərəqə: cild 2, səh. 6-9). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 14 dekabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, hadisə yerindən götürülmüş 01 ədəd papaq, Təqsirləndirilən şəxs1 götürülmüş 01 ədəd 18420566 №-li , 366 TKM kalibrli Kalaşnikov konstruksiyalı, TG-2 modelli ov karabini, 01 ədəd 20264104 №-li 12 kaibrli CHURCHİLL modelli pompalı tüfəng, 16 ədəd 12 kalibrli patronlar, həmin silahlara aid 2 ədəd şəhadətnamə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsində saxlanca təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs1 dindirilməsi, baxış və götürmə, ifadənin yerində yoxlanması istintaq hərəkətlərinin görüntülərini əks etdirən üç ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild 2, səh. 96-121). Cinayət işinin materiallarına əlavə edilmiş 04 may 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs1 04 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild 1, səh. 145). Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində əvvəli 04 may 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild 1, səh. 217-219). Cinayət işinin materiallarına əlavə edilmiş 04 may 2022-ci il tarixli “şübhəli şəxs qismində tanınma haqqında qərar”dan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tanınmış və başqa iş üzrə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada həbs olunması nəzərə alınmışdır (iş vərəqə: cild 1, səh. 107-108). Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində əvvəli 12 may 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild 1, səh. 247-249). Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 məhkəmə baxışı zamanı təqdim etdikləri ərizələrdən görünür ki, onların təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayətləri və tələbləri yoxdur, təqsirləndirilən şəxslərlə barışmışlar və sonunculara yüngül cəza təyin edilməsini xahiş edirlər (cinayət işinin materialları). Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verib, mötəbər və yekun nəticəyə gəlməyə imkan verən və iş üzrə kifayət edən sübutların həcmi ilə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla silah qismində istifadə edilən əşya ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə basqın edib quldurluq etmələri şahidlərin və zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkəti protokolları kimi mötəbər və təkzibedilməz sübutlarla, həmçinin təqsirləndirilən şəxslərin həmin cinayət əməlinin onlar tərəfindən törədilməsinə dəlalət edən işin faktiki halları ilə tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5ci maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri məhkəmə tərəfindən həmin maddələrlə tövsif edilməli və onlar Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinməlidirlər. Məhkəmənin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətin onlar tərəfindən törədilməsini, həmin cinayət hadisəsinin baş vermə faktı və hallarını, təqsirləndirilən şəxslərin həmin cinayət hadisəsi ilə əlaqəsini təsdiq edən və həmin halları sübuta yetirən kifayət qədər dəlillərə və işin faktiki hallarına əsaslanmaqla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinmələrinə dair ittiham hökmü çıxarılması qənaətinə gəlməsinə səbəb olan, onların təqsirliliyinin sübuta yetirilməsinə dair müəyyən etdiyi əsasları şərh etməmişdən öncə, təqsirləndirilən şəxslərin məhkəmə araşdırması zamanı özlərini təqsirli bilməmələri, həmin quldurluq cinayət əməlinin onlar tərəfindən törədilməməsi, həmçinin təqsirləndirilən şəxslərin polis əməkdaşları tərəfindən fiziki zorakılıqlara məruz qalaraq etirafedici ifadələr vermələrinə məcbur edilmələrinə dair göstərdikləri ilə bağlı məhkəmə araşdırmasının nəticələrinə uyğun olaraq məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən fiziki zorakılıqlara məruz qalaraq etirafedici ifadələr vermələrinə məcbur edilmələrinə dair məhkəmə baxışı zamanı ifadələrində göstərdiklərinin araşdırılmasından ötrü məhkəmənin sorğusu əsasında onların saxlanıldıqları Penitensiar Xidmətin 2 saylı istintaq Təcridxanasındakı şəxsi işlərindən barələrində olan tibbi kitabçaları əldə edilərək məhkəmədə tədqiq edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs2 barəsində olan tibbi kitabçanın surətindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 qarının sol yarısında bir ədəd deşilmiş yara aşkar olunmuşdur, Təqsirləndirilən şəxs2 deməsinə görə həmin yaranı istintaqa etiraz əlaməti olaraq özü etmişdir (cinayət işinin materialları). Təqsirləndirilən şəxs2 2 saylı istintaq Təcridxanasındakı şəxsi işindən əldə edilmiş müvafiq sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaqa etiraz əlaməti olaraq özü-özünə xəsarət yetirmiş, İstintaq Təcridxanasının rəisinə verdiyi izahatında ibtidai istintaqa etiraz əlaməti olaraq ülgüc qırığı ilə, sonra isə çarpayının məftili ilə özü-özünə xəsarət yetirdiyini bildirmişdir (cinayət işinin materialları). Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi qeyd edilən xüsusatlarla əlaqədar, yəni məhkəməyədək icraat zamanı onun polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalıb-qalmaması ilə bağlı qeyd edilən xüsusatlarla əlaqədar Gəncə Şəhər Prokurorluğunda aparılmış 362-C-22 saylı araşdırma materialı məhkəmənin sorğusu əsasında əldə edilərək məhkəmə baxışı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni məhkəməyədək icraat zamanı onun polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalıb-qalmaması ilə əlaqədar olaraq polis əməkdaşlarının izahatları alınmış və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması öz təsdiqini tapmadığından Gəncə Şəhər Prokurorluğunda toplanmış material əsasında cinayət hadisəsi müəyyən edilmədiyindən 23 iyun 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir, həmin qərardan təqsirləndirilən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında şikayət verilməmişdir (cinayət işinin materialları). Göründüyü kimi, Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər göstərilməsinə dair ifadəsində göstərdikləri cinayət işinin hər hansı materialları ilə öz təsdiqini tapmamış, onda müəyyən edilmiş yaranı isə özü-özünə yetirdiyi təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 da polis əməkdaşları tərəfindən fiziki zorakılıqlara məruz qalaraq cinayət işinin materialındakı etirafedici ifadəsinin fiziki zorakılıq nəticində verməsinə dair məhkəmə baxışı zamanı ifadələrində göstərdiklərinin araşdırılmasından ötrü məhkəmənin sorğusu əsasında onun saxlanıldığı Penitensiar Xidmətin 2 saylı istintaq Təcridxanasındakı şəxsi işindən barəsində olan tibbi kitabça əldə edilərək məhkəmədə tədqiq edilərkən, cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs1 barəsində olan tibbi kitabçanın surətindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 sol qulağında və alt dodağında bir ədəd çapıq, kürəkdə sol nahiyədə çəhrayı rəngli qançır, hər iki sarğıda və budda çəhrayı-göyümtül qançır aşkar edilmişdir, deməsinə görə həmin zədələri həbs vaxtı almışdır (cinayət işinin materialları). Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi qeyd edilən xüsusatlarla əlaqədar, yəni məhkəməyədək icraat zamanı onun polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalıb-qalmaması ilə bağlı qeyd edilən xüsusatlarla əlaqədar Gəncə Şəhər Prokurorluğunda aparılmış 310-C-22 saylı araşdırma materialı məhkəmənin sorğusu əsasında əldə edilərək məhkəmə baxışı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni məhkəməyədək icraat zamanı onun polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalıb-qalmaması ilə əlaqədar olaraq polis əməkdaşlarının izahatları alınmış və Təqsirləndirilən şəxs1 saxlanılmasında iştirak edən polis əməkdaşı izahatında Təqsirləndirilən şəxs1 “EMON” oteldə saxlanılan zaman polislərə qarşı ciddi müqavimət göstərdiyini, qaçmaq istədiyini və qəsdən sürtünərək bədənində xəsarət izləri qalmasına şərait yaratdığını və polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuz müdaxilə olunmadığını bildirmişdir. Həmin araşdırma materialından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində məhkəmə-tibbi ekspertizası təyin edilmiş və həmin ekspertizanın 02 iyun 2022 il tarixli, 868 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədənində müəyyən edilmiş xəsarətlər sol kürək, hər iki sarğı və hər iki bud nahiyələrinin qançırları xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu dərəcələri təyin edilmir. Həmin araşdırma materialından görünür ki, qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs1 qarşı polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi faktları müəyyən olunmadığından və Gəncə Şəhər Prokurorluğunda toplanmış material əsasında cinayət hadisəsi müəyyən edilmədiyindən 25 iyun 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir, həmin qərardan təqsirləndirilən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında şikayət verilməmişdir (cinayət işinin materialları). Bununla əlaqədar qeyd edilməlidir ki, cinayət işinin məhkəmə araşdırması zamanı müdafiə tərəfin vəsatəti ilə məhkəmənin qərarı əsasında məhkəmə-tibbi ekspertizasının 02 iyun 2022-ci il tarixli, 868 saylı rəyində göstərilmiş Təqsirləndirilən şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlərin yaranma mexanizmini, onların lokolizasiyası qiymətləndirilməklə dartınma, sürtünmə və ya küt alətlə yetirilməyə xarakterik olubolmamasını və sair halların müəyyən edilməsindən ötrü Təqsirləndirilən şəxs1 barəsində əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir, məhkəmə-tibbi ekspertizasının 03 oktyabr 2023-cü il tarixli, 1550 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər -sol kürək, hər iki sarğı və hər iki bud nahiyələrinin qançırları- bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir. Təqsirləndirilən şəxs1 bədənində müəyyən edilən yuxarıda göstərilən xəsarətlər dartılma, sürtünmə zamanı əmələ gəlməyə xarakterik deyildir. Təqsirləndirilən şəxs1 bədənində müəyyən edilən xəsarətlər- küt əşya ilə zərbə nəticəsində və ya bədəninin qeyd olunan nahiyələrinin müəyyən qüvvə ilə küt əşyaya dəyməsi nəticəsində əmələ gələ bilər. Xəsarətlərin qarşılıqlı dalaşma və ya özünü müdafiə zamanı əmələ gəlməsini müəyyən etmək məhkəmə-tibb ekspertizasının səlahiyyətlərinə aid deyil (cinayət işinin materialları). Beləliklə də, məhkəmə Təqsirləndirilən şəxs1 olmuş xəsarətlərlə bağlı bütün halları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmənin sorğusu əsasında 2 saylı İstintaq Təcridxanasından əldə edilmiş Təqsirləndirilən şəxs1 tibbi kitabçasını, Gəncə Şəhər Prokurorluğunda aparılmış 310-C-22 saylı araşdırma materialını, məhkəmənin qərarı əsasında təyin edilmiş əlavə məhkəmə-tibbi ekspertizasının 03 oktyabr 2023-cü il tarixli, 1550 saylı rəyini, həmçinin Təqsirləndirilən şəxs1 aşkar edilmiş xəsarətlərlə bağlı məhkəmə araşdırması zamanı onun saxlanılmasında iştirak edən polis əməkdaşının əlavə şahid qismində dindirilməsi zamanı ifadəsini Təqsirləndirilən şəxs1 məhkəmədə ilkin ibtidai istintaq zamanı şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilən zaman verdiyi etirafedici ifadələrini ona qarşı edilmiş fiziki zorakılıq nəticəsində verməsinə dair ifadələri ilə qarşılıqlı şəkildə tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair 04 may 2022-ci il və 06 may 2022-ci tarixli etirafedici ifadələri təqdim edilmiş sübutlar sırasından xaric edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 28-ci bəndində göstərilmişdir ki, “...Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir.” Odur ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 məhkəməyədək icraatda şübhəli və təqsirləndirilən şəxs qismində etirafedici ifadəsinin fiziki zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında iddiası üzrə qəti qənaətə gəlmək mümkün olmadığından və məhkəmə araşdırması zamanı yuxarıda göstərilənləri nəzərə alaraq, həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməli olduğuna dair tələbinə əsaslanaraq, məhkəmə Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi 04 may 2022-ci il və 06 may 2022-ci tarixli etirafedici ifadələrini (iş vərəqə: cild 1, səh. 155-157, 194-196) sübutlar sırasından xaric edir. Bundan başqa, göstərilənlərlə yanaşı məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini təqsirli bilməmələri, həmin quldurluq cinayət əməlinin onlar tərəfindən törədilməməsinə dair ifadələrində göstərdiklərini məhkəmə onların cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Təqsirləndirilən şəxslərin özlərini müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan və onların həmin cinayətlə bağlı təqsirliliklərini sübut etməkdə kifayət edən aşağıdakı mötəbər və təkzibedilməz sübutlarla, həmçinin cinayət işinin faktiki halları ilə tamamilə təkzib edilmişdir. Belə ki, cinayət işinin materialları və zərərçəkmiş şəxslərin verdikləri ifadələri ilə müəyyən olunur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 yaşadıqları ünvan 4 ünvanında quldurluq cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs2 başındakı papağı hadisənin baş verdiyi zərərçəkmiş şəxslərin göstərilən ünvanında düşüb qalmışdır. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 19 mart 2022-ci il tarixli “hadisə yerinə baxış barədə protokol”dan da görünür ki, hadisənin baş verdiyi zərərçəkmiş şəxslərin yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən hadisə yerinə baxış zamanı oradan bir ədəd kişi papağı götürülmüşdür (iş vərəqə: cild 1, səh. 9-21). Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 hadisədən əvvəl 18 mart 2022-ci il tarixdə təsadüfən Seymurla rastlaşarkən və onlar birlikdə çayçıya gedərkən Təqsirləndirilən şəxs2 Şahid1 başında olan qara rəngli idman papağını istəmiş, Şahid1 da razılaşaraq papağını Təqsirləndirilən şəxs2 vermiş və onun papağı Təqsirləndirilən şəxs2 qalmışdır. Cinayət işinin materiallarında olan məhkəmə-genetik ekspertizasının 09 iyul 2022-ci il tarixli, 22/481R nömrəli rəyi ilə də təsdiq edilir ki, təqdim edilmiş 01 (bir) ədəd qara rəngli papağın içəri səthində həm Təqsirləndirilən şəxs2 və həm də Şahid1 məxsus bioloji mənşəli materiallar mövcuddur (iş vərəqə: cild 1, səh. 310-313). Məhkəmə Təqsirləndirilən şəxs2 quldurluq cinayətini törədərkən hadisə yerində başında olan papağın düşməsi xüsusatı ilə əlaqədar onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə baxışı zamanı Şahid1 ifadəsində məhkəməyə gəlməmişdən bir neçə gün əvvəl 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 telefon vasitəsilə ona zəng edərək məhkəmədə ifadə verərkən Təqsirləndirilən şəxs2 onun papağını istəməsi, onun Təqsirləndirilən şəxs2 papağını verməsi və onun papağının Seymurda qalması barədə məlumatları məhkəmədə danışmamağını bildirməsi ilə bağlı təsir etməyə çalısmasına dair Şahid1 həmin ifadəsi ilə də Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətindən kənarda qalması üçün ifadəsində yalan məlumatlar verməsini bir daha təsdiq edir. Bundan başqa, Təqsirləndirilən şəxs2 cinayəti törədərkən hadisə yerində başından düşmüş həmin papaqla bağlı müxtəlif vaxtlarda müxtəlif cür məlumatlar vermiş, belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 ümumiyyətlə Şahid1 papaq götürmədiyini bildirmişdir, cinayət işinin materiallarında olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli qərarından görünür ki, məhkəmədə həbslə bağlı təqdimata baxılarkən Təqsirləndirilən şəxs2 həmin cinayət əməlinin Təqsirləndirilən şəxs1 tərəfindən törədildiyini, papağının isə cinayət hadisəsi baş verən gündən bir gün əvvəl Təqsirləndirilən şəxs1 yaşadığı yerdə unutduğunu bildirmişdir (iş vərəqə: cild 1, səh. 247- 249), həmçinin Gəncə şəhər Prokurorluğunda aparılmış 362-C-22 saylı araşdırma materialında olan Təqsirləndirilən şəxs2 verdiyi və özünün imzası ilə təsdiq etdiyi izahatından görünür ki, Təqsirləndirilən şəxs2 həmin cinayət əməlinin Təqsirləndirilən şəxs1 tərəfindən törədildiyini və onun papağının Təqsirləndirilən şəxs1 qalmasını, həmin papağı Təqsirləndirilən şəxs1 cinayəti törətdiyi yerdə salıb getməsini bildirmişdir (cinayət işinin materialları). Göründüyü kimi, Təqsirləndirilən şəxs2 hadisə yerində başından düşmüş həmin papaqla bağlı ayrı-ayrı vaxtlarda müxtəlif cür məlumatlar versə də, həm Şahid1 ifadəsi, həm məhkəmə-genetik ekspertizasının 09 iyul 2022-ci il tarixli, 22/481R nömrəli rəyi ilə, həm də cinayət işinin materiallarında olan yuxarıda sadalanmış digər sübutlarla Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq cinayət əməlini törədərkən başında olan həmin papağın hadisə yerində düşməsi birmənalı şəkildə təsdiq edilmişdir. Göstərilənlərdən başqa, məhkəmə cinayət işinin faktiki halları ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 həmin quldurluq cinayət əməlini törətmədiyini bildirsə də, cinayət işinin materiallarında olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli qərarından görünür ki, məhkəmədə həbslə bağlı təqdimata baxılarkən Təqsirləndirilən şəxs1 izahatında həqiqətən də başına maska taxaraq, özünə məxsus olan ov tüfəngi ilə Təqsirləndirilən şəxs2la birlikdə həmin zərərçəkmiş şəxslərin evinə basqın etdiklərini etiraf etmişdir (iş vərəqə: cild 1, səh. 217- 219). Təqsirləndirilən şəxs1 Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsində həbslə bağlı təqdimata baxılarkən ona hər hansı təsir və təzyiqlər olmadığı şəraitdə məhkəmədə həmin cinayət əməli ilə bağlı göstərdikləri cinayət işinin yuxarıda tədqiq edilmiş materialları ilə yanaşı, həmçinin cinayət işinin materiallarında olan 04 may 2022-ci il tarixli “baxış keçirilməsi və götürülməsi barədə protokol”dan da göründüyü kimi, həqiqətən də Təqsirləndirilən şəxs1 yaşadığı “EMON” otelə baxış zamanı izahatında göstərdiyi ov silahlarını, silahın qundağını və patronları təqdim etməsi ilə bir daha təsdiq edilmişdir (iş vərəqə: cild 1, səh. 164-165). Bununla yanaşı, məhkəmə araşdırması zamanı Şahid2 ifadəsi ilə də həqiqətən 19 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 otelə Təqsirləndirilən şəxs1 yanına gəldiyi, həmin gün oteldə anbara qoyduğu silahları Təqsirləndirilən şəxs1 təhvil verdiyi, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə silahları götürüb birlikdə çıxıb getmələri təsdiq edilmişdir. Göstərilənlərlə yanaşı, həmçinin qeyd edilməlidir ki, məhkəmə Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi 04 may 2022-ci il və 06 may 2022-ci tarixli etirafedici ifadələrini sübutlar sırasından xaric etsə də, cinayət işinin materiallarına əlavə edilmiş diskdə olan “ifadənin yerində yoxlanılması” istintaq hərəkətinin videoçəkilişi məhkəmə baxışı zamanı nümayiş etdirilərkən müəyyən olunur ki, həmin istintaq hərəkəti videoçəkiliş vasitəsilə və təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə keçirilmiş, istintaq hərəkətinin keçirilməsi zamanı cinayətprosessual qanunvericiliyin hər hansı tələblərinin pozulması, həmin istintaq hərəkətinin və bununla bağlı görüntünün əks olunduğu diskin mötəbər sübut kimi mümkünlüyünü şübhə altına alacaq hər hansı qanun pozuntularına yol verildiyi müəyyən edilmədiyindən, təqsirləndirilən şəxsin heç bir təsir, təzyiq olmadan, tam iradə sərbəstliyi əsasında həmin istintaq hərəkətinin keçirilməsi video görüntüyə baxış zamanı məhkəmədə təsdiq edilmişdir. Odur ki, yuxarıda göstərilən digər sübutlarla yanaşı, həmin istintaq hərəkətinə dair protokol da təqsirləndirilən şəxslərin qeyd edilən cinayət əməlini törətməkdə təqsirliliklərini sübut edən mötəbər sübut növü kimi qəbul olunur. Həmin istintaq hərəkəti zamanı təqsirləndirilən şəxs Hüseynov X4 Seymur İlham oğlu ilə birlikdə həmin quldurluq cinayət əməlini hansı şəkildə törətdiklərini tam təfərrüatı ilə göstərmişdir. Beləliklə də, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla silah qismində istifadə edilən əşya ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə basqın edib quldurluq cinayət əməlini törətmələri istintaq hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, şahid və zərərçəkmiş şəxslərin ifadələri, həmçinin cinayət işinin yuxarıda təsvir edilmiş faktiki halları ilə tamamilə sübuta yetirilmiş və həmin sübutlarla təqsirləndirilən şəxslərin inkaredici ifadələri tam olaraq təkzib edildiyindən, cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıdığından və heç bir mötəbər sübutla təsdiq olunmadığından onların həmin inkaredici ifadələri sübut növü kimi qəbul edilmir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il tarixli, 13 nömrəli Qərarının 7-ci bəndinin 2-ci cümləsində göstərilmişdir ki, “Quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır”. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək onlara cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və onların ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 iyul 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 29,178.2.2, 320.1-ci maddələri ilə 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və 23 fevral 2015-ci ildə cəzasının sonu ilə azad olunması ilə bağlı qeyd edir ki, onun həmin məhkumluğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs1 həmin məhkumluğu ödənilmiş və o, məhkum olunmayan şəxs hesab olunur. Bundan başqa, cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər dəfələrlə məhkum olunmuş və onun həmin məhkumluqları cinayət qanunvericiliyinin müddəalarına əsasən ödənilmişdir, Təqsirləndirilən şəxs2 sonuncu məhkumluğu ilə bağlı, yəni onun Rusiya Federasiyası Moskva şəhəri Federal Məhkəməsinin Nikulinsk Rayon Məhkəməsinin 22 oktyabr 2009-cu il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci maddəsinin 2-ci hissəsinin A.Q.D bəndi, 162-ci maddəsinin 3-cü hissəsi, 162-ci maddəsinin 2-ci hissəsi, 69-cu maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Kareliya Respublikası Seqejsk şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə cəzasının 11 il 10 aya endirilməsi, bundan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə Rusiya Federasiyasının həmin hökmünün Azərbaycan Respublikasının ərazisində icraya qəbul olunaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.3.2, 181.3.2, 66.3-cü maddələrinə tövsif edilməklə 11 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunması, daha sonra Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.3.2-ci maddəsi Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4, 180.2.5-ci maddələrinə tövsif edilməsi, bundan sonra Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi Cinayət Məcəlləsinin 181.2.1 181.2.2, 181.2.4, 181.2.5-ci maddələrinə tövsif edilməsi və cəzası dəyişdirilmədən saxlanılması, daha sonra isə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 05 ay 26 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, xx.xx.2021-ci il tarixdə isə cəza müddətinin başa çatması ilə əlaqədar göstərilməlidir ki, onun həmin məhkumluğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs2 həmin cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi 07 yanvar 2021-ci il tarixdən altı il keçmədiyindən onun həmin məhkumluğu ödənilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 həmin məhkumluğuna görə onun əməlində cinayətlərin təhlükəli residivi mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin yenidən qəsdən ağır cinayət törətməsi cinayətlərin təhlükəli residivini yaradır. Odur ki, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs2 yenidən qəsdən ağır cinayət törətdiyindən onun əməlində cinayətlərin təhlükəli residivi mövcuddur. Məhkəmə zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin təhlükəli residivinin olması Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 59.1.12ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halın olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Bununla yanaşı, Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin təhlükəli residivinin olması ilə əlaqədar Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə müəyyən edilmiş cəzasını ağırlaşdıran halın olmasına görə onun barəsində Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onların törətdikləri cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin təqsirləndirilən şəxslərin qəsdən ağır cinayət törətmələrini nəzərə alaraq, həm sosial ədalətin bərpası, həm də onların islah olunması, təqsirləndirilən şəxslərin özləri və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə onlara Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrinin sanksiyası daxilində, həmçinin Təqsirləndirilən şəxs2 münasibətdə cinayətlərin təhlükəli residivinə görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətlərinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxslərə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində, Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən isə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 04 may 2022-ci il tarixdən, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli isə həbs olunduğu 12 may 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən, Təqsirləndirilən şəxs2 isə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxslərə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Gəncə şəhər Baş Polis İdarəsində saxlanca verilmiş, hadisə yerindən götürülmüş bir ədəd papaq məhv edilməli, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 dindirilməsi, baxış və götürmə, ifadənin yerində yoxlanması istintaq hərəkətlərinin görüntülərini əks etdirən üç ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda, hökm qanuni qüvvəyə mindikdən sonra Gəncə şəhər Baş Polis İdarəsində saxlanca verilmiş maddi sübut qismində tanınmış 01 ədəd 18420566 №-li , 366 TKM kalibrli Kalaşnikov konstruksiyalı, TG-2 modelli ov karabini, 01 ədəd 20264104 №-li 12 kalibrli CHURCHİLL modelli pompalı tüfəng, 16 ədəd 12 kalibrli patronlar (həmin silahlara aid 2 ədəd şəhadətnamə ilə birlikdə) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xüsusi müsadirə cinayəthüquqi tədbiri ilə bağlı müddəaların təsbit edildiyi 99-1-ci maddəsində şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması müəyyən edilmişdir. İş üzrə məhkəmə məsrəfləri – 80,40 (səksən manat qırx qəpik) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökmetdi:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu 04 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli həbs olunduğu 12 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Gəncə şəhər Baş Polis İdarəsində saxlanca verilmiş hadisə yerindən götürülmüş bir ədəd papaq məhv edilsin, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 dindirilməsi, baxış və götürmə, ifadənin yerində yoxlanması istintaq hərəkətlərinin görüntülərini əks etdirən üç ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Eyni zamanda, hökm qanuni qüvvəyə mindikdən sonra Gəncə şəhər Baş Polis İdarəsində saxlanca verilmiş maddi sübut qismində tanınmış 01 ədəd 18420566 №-li , 366 TKM kalibrli Kalaşnikov konstruksiyalı, TG-2 modelli ov karabini, 01 ədəd 20264104 №-li 12 kalibrli CHURCHİLL modelli pompalı tüfəng, 16 ədəd 12 kalibrli patronlar (həmin silahlara aid 2 ədəd şəhadətnamə ilə birlikdə) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri – ekspertiza tədqiqatlarına sərf olunan 80,40 (səksən manat qırx qəpik) manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxslərə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Mikayıl Məmmədzadə Abdulla Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar