Məhkəmə qərarları › İş №1(100)-490/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-490/2023

25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-490/2023 25.10.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl oğlu və X1 ibarət tərkibdə, X4 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1959-cu il tarixdə Gəncə şəhərində anadan оlmuş, Аzərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Göygöl rayonu, Nadil kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə toxumlarını 2023-cü ilin may ayının əvvəllərində dəqiq günü məlum olmayan tarixdə yaşadığı və mühafizəçisi işlədiyi Göygöl rayonu Nadil kəndinin inzibati ərazisində yerləşən “Nadil bar” adlanan kafenin həyətyanı sahəsində torpağa basdırıb, qanunla əkilib becərilərək yetişdirilməsi qadağan edilmiş tərkibində narkotik maddələr olan külli miqdar hesab edilən, 50 (əlli) ədəd, ümumi təmiz çəkisi 1300 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini, qanunsuz olaraq əkib aqrotexniki qaydada qulluq göstərməklə yetişdirərək kultivatsiya etmmiş, 11 iyun 2023-cü il tarixdə saat 16:00-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun mühafizəçi işlədiyi Göygöl rayonu Nadil kəndinin inzibati ərazisində yerləşən “Nadil bar” adlanan kafenin həyətyanı sahəsində qanunsuz əkib becərərək kultivatsiya etdiyi külli miqdar hesab edilən, 50 (əlli) ədəd, ümumi təmiz çəkisi 1300 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 237.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Göygöl rayonu Nadil kəndində yerləşən Nadil barda mühafizəçi kimi işləyir, eyni zamanda orada qalır. Narkotik vasitə olan marixuanadan istifadə etdiyindən yaşadığı evin həyətyanı sahəsində yabanı halda bitmiş çətənə kolarından 2 ədəd götürüb şəxsi istifadəsi üçün dibçəkdə əkib qulluq etmişdir. 11 iyun 2023-cü il tarixdə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman polis əməkdaşları tərəfindən aşkar olunmuş 50 ədəd narkotik tərkibli çətənə kolundan yalnız dibçəkdə olan 2 ədəd çətənə kolunu o əkmiş, qalanları isə yabanı halda bitmişlər və hazırda da həmin ərazidə yabanı halda yetişmiş çətənə kolları vardır. Bundan başqa o, ifadəsində yaşadığı evin bağından aşkar olunmuş çətənə kollarından birinin dibindən əl qumbarası aşkar olunduğundan və polis əməkdaşlarının aşkar olunmuş qumbaranın ona məxsus olmasını yazacaqlarını deyərək təzyiq etdiklərindən qorxub ibtidai istintaq zamanı etirafedici ifadə verərək aşkar olunmu 50 ədəd narkotik tərkibli çətənə bitkisinin onun tərəfindən əkilib yetişdirildiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsindən görünür ki, o ibtidai istintaq zamanı verdiyi ifadəsində uzun müddətdir ki, narkotik vasitə olan marixuanadan istifadə etdiyini, bu səbəbdən də təxminən 2023-cü may ayının əvvəllərində istifadə etdiyi narkotik vasitənin toxumlarından 50 ədəd narkotik tərkibli çətənə bitkisi əkərək qulluq etməyə başladığını bildirmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar habelə sair iş materialları ilə aşağıda şərh olunan sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 11 iyun 2023-cü il tarixdə “Şeşən” ləqəbli Əhmədağa adlı şəxsin narkotik vasitələrin kultivasiyası ilə məşğul olması ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş tədbirlər nəticəsində “Şeşən” ləqəbli Əhmədağa adlı şəxsin şəxsiyyəti və narkotik tərkibli bitkiləri əkdiyi Göygöl rayonu Nadil kəndində yerləşən ev müəyyən olunaraq baxış keçirmək üçün həmin evə getmişlər. Evin qarşısında Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə kollarının kultivasiyasında şübhəli olduğunu bildirərək dəvət olunmuş aqronomun iştirakı ilə videoçəkilişlə həmin əraziyə baxış keçirilmiş, baxış zamanı hasarın dibindən Əhmədağanın əkib becərdiyi çətənə kolları aşkar edilərək götürülmüşdür. Bundan başqa o, ifadəsində aşkar olunmuş çətənə kollarından iki ədədinin həyətin girişindəki dibçəkdə yetişdirildiyini, digərlərinin isə hasarın kənarında açılmış şırımlarda bir cərgədə əkildiyini, dibindəki torpağın rütubətli olduğunu, eyni zamanda bitkilətin yanında vedrədə gübrə olduğunu bildirmişdir. Həmçinin bitkilərin birinin dibindən korroziyaya uğramış bir ədəd F-1 əl qumbarası da aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş çətənə kollarını şəxsi istifadəsi üçün əkdiyini, əl qumbarasından isə məlumatının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 və Şahid6 Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 11 iyun 2023-cü il tarixdə BNMİ-nin X6 Şöbəsi tərəfindən aqronom-mütəxəssis qismində dəvət olunmuşdur. Göygöl rayonu, Nadil kəndində yerləşən evin həyətyanı sahəsinə baxış zamanı hasarın dibi boyunca cərgə ilə əkilimiş kannabis kolları aşkar olunmuş, o, aşkar olunmuş kollaraq baxaraq onların dibindəki torpağın rütubətli olduğunu, aqrotexniki qaydada qulluq edilərək yetişdirildiyini bildirmişdir. O, ifadəsində yabanı halda bitmiş kannabis bitkisi ilə xüsusi qulluq edilərək yetişdirilmiş kannabis bitkisinin kankret əlamətlərlə fərqləndiyini, kannabis bitkisinin hədsiz dərəcədə su buxarlandırdığından yabanı halda rütubətin çox olduğu yerlərdə, adətən çay vadilərində bitdiyini, həmin ərazidə yabanı halda bitməsinin mümkün olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 11 iyun 2023-cü il tarixdə təxminən saat 13 radələrində dayısı Əhmədağa ilə birlikdə qaldığı Şahid2 məxsus Göygöl rayonu, Nadil kəndində yerləşən “Nadil bar” adlanan yerin qarşısında olan zaman 4 nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşaraq bu ünvanda Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə əkdiyini bildirib aqranomun iştirakı ilə həmin yerə baxış keçirmişlər. Baxış zamanı bağdan 48 ədəd, həyətdəki dibçəkdən 2 ədəd çətənə kolu, evdən isə 3 ədəd elektron tərəzi və 1 ədəd kibrit qutusunda toxumlar aşkar edilmişdir. Həmçinin bağdan 1 ədəd əl qumbarasına oxşar əşya da tapılmışdır. Onun aşkar olunmuş çətənə kollarından xəbəri olmamış, həmin bitkilərin nakotik tərkibli çətənə kolları olduğunu bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 11 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs mühafizəçisi olduğu ona məxsus olan Göygöl rayonu Nadil kəndində yerləşən Nadil bar adlanan əraziyə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs evin bağ sahəsində əkdiyi 48 ədəd çətənə kolu, həyətdə əkdiyi 1 ədəd dibçəkdə olan 2 ədəd çətənə ştili, evin içərisindən 3 ədəd elektron tərəzi və 1 ədəd kibrit qutusunda çətənə toxumları aşkar edilərək götürülmüşdür. Bağa baxış zamanı əlavə olaraq yerdən 1 ədəd əl qumbarasına bənzər əşya da tapılmışdır. Bundan başqa o, ifadəsində ona məxsus olan həyətyanı sahədən aşkar olunmuş çətənə kollarından məlumatının olmadığını, həmin yerə tez-tez getmədiyini bildirmişdir. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 16/613 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şahid2 yaşadığı evinin həyətindən 2 ədəd, torpaq sahəsindən isə 48 ədəd olmaqla aşkar edilmiş çətənə koluna bənzər kollar. Həmin kolları Təqsirləndirilən şəxs özünün əkdiyini bildirmişdir” yazı və imzalar olan 1 ədəd sintetik kisədəki, ümumi sayı 50 ədəd, ümumi təmiz çəkisi 1300 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən təqdim olunmuş çətənə(kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur. Tədqiqata təqdim olunmuş üzərində “Şahid2 məxsus, Şahid1 və Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı evdən aşkar edilmiş, 1 ədəd kibrit qutusunda toxumlar, 3 ədəd elektron tərəzi” yazı və imzalar olan kağız paketdəki, 3 ədəd elektron tərəzinin üzərində narkotik vasitə və psixotrop maddə izləri yoxdur. Həmin kağız paketdəki 1 ədəd kibrit qutusundakı 49 ədəd bitki toxumları narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları olub, tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur. Məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli rəydən görünür ki, Şahid2 məxsus evin həyətyanı torpaq sahəsində Təqsirləndirilən şəxs tərəfindən əkilmiş 50 ədəd bitki narkotik xassəli çətənə bitkisidir və həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Belə ki, həmin bitkilərin ətrafındakı torpaq sahəsi yumşaldılaraq bitkilər açılmış şırımlar vasitəsilə suvarılmış və alaq otlarından təmizlənmişdir. Həmin bitki kollarının ən hündürünün təxminən 100 sm, ən alçağının isə 29 sm olması müəyyən olunmuşdur. Məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Göygöl rayonu Nadil kəndi ərazisində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən Təqsirləndirilən şəxs evin həyətyanı torpaq sahəsində təxminən 1-2 ay əvvəl şəxsi istifadəsi üçün narkotik tərkibli çətənə kolları əkibbecərdiyini bildirmiş və həmin kolları könüllü təqdim etmişdir. Baxış zamanı evin həyətindəki dibçəkdən iki ədəd, həyətyanı sahədən isə 48 ədəd olmaqla ümumilikdə 50 ədəd olduğu, həmin bitkiləri suvarıldığı, dibindəki torpaq örtüyünün rütubətli olduğu və alaq otlarından təmizlənərək qulluq edildiyi müəyyən edilmiş, aşkar olunmuş bitkilər çəkilərək 1 kq 300 qram olması müəyyən edilmişdir. Eyni zamanda həmin kollardan birinin dibindən 01 ədəd əl qumbarasına bənzər prediment, evdən isə 3 ədəd elektron tərəzi, 1 ədəd kibrit qutusundakı çətənə toxumları aşkar olunaraq götürülmüşdür. Məhkəmədə tədqiq edilən Kriminalistik tədqiqatlar idarəsinin xx.xx.2023-cü il tarixli, 23/647R saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı F-1 əl qumbarasının gövdəsidir, natamam döyüş sursatıdır. MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunur, tamlığı pozulmadığı üçün təyinatı üzrə istifadəyə yararlıdır. Məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, Göygöl rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(066)-43/2023 saylı qərarı ilə barəsində 04 (dörd) müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmış, Göygöl rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(066)-68/2023 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon Xalq Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmü ilə CM-nin 17,143.4, 106.2, 105 və 28-ci maddələri ilə təqsirli bilinib 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.1996-cı il tarixində vaxtından əvvəl şərti azad edilmiş, Gəncə şəhər Kəpəz rayon Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə CM-nin 226.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.1999-cu il tarixində vaxtından əvvəl şərti azad edilmişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 1328 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə kannabinoidən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. 3-cü qram əlil olduğu üçün məcbui müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilən Gəncə şəhəri Psixonevroloji Dispanserinin xx.xx.2023-cü il tarxili 4604 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş, ümumi təmiz çəkisi 1300 qram olan 50 ədəd çətənə bitkiləri və 01 ədəd kibrit qutusundakı 49 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumları iş üzrə maddi sübut qismində tanınaraq Göygöl RPŞ-nin məsul saxlancına verilmişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarxili raportdan görünür ki, müdafiə təyinatlı F-1 tipli əl qumbarasının gövdəsi saxlanılması üçün Göygöl RPŞ-ə təhvil verilmişdir. Məhkəmə, cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, narkotik vasitə olan marixuanadan istifadə etdiyini bildirsə də, müvəqqəti yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş çətənə kollarını onun əkmədiyini, həmin kolların yabanı halda bitdiyini, aşkar olunmuş kollardan yalnız dibçəkdə əkilmiş iki ədəd kolu özünün əkdiyini bildirmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin qeyd olunan ifadəsinə tənqidi yanaşaraq, həmin ifadənin onun öz hüquqlarından istifadə edərək özünü müdafiə etmək və ağır cinayətin məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirir və onun ifadəsini özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və işin faktiki halları ilə uyğun gəlmədiyindən inandırıcı hesab etmir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində əkdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İİİ siyahısnda Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin adı və miqdarı göstərilmişdir. Həmin qanunan əsasən Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər-çətənə növlü bitkilər- küllü miqdar 16 ədəd nəzərdə tutulmuşdur. Ona görə də Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində əkdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin sayı küllü miqdar kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124–136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət təqibi orqanı Təqsirləndirilən şəxs əməlini CM-nin 237.2.3-cü maddəsi ilə düzgün tövsif etmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan qanunla müəyyən edilən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilməlidir. Cinayət işinin materillarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində saxlanılmış, Göygöl rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində 04 (dörd) müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərari ilə barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı 11 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Göygöl RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş, ümumi təmiz çəkisi 1300 qram olan 50 ədəd çətənə bitkiləri və 01 ədəd kibrit qutusundakı 49 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumları məhv edilməli, 01 ədəd F-1 əl qumbarasının gövdəsi xüsusi müsadirə edilərək Azərbaycan Resublikası Daxili İşlər Nazirliyinin silah sürsat anbarına təhvil verilməlidir. Həmçinin, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 60 manat 80 qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3 cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 11 iyun 2023-cü il tarixdən hesablansın, Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbi qaydasında ərazi nakroloji dispanserində qeydiyyatda alınsın. İş üzrə maddi sübut kimi tanınıb Göygöl RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş, ümumi təmiz çəkisi 1300 qram olan 50 ədəd çətənə bitkiləri və 01 ədəd kibrit qutusundakı 49 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumları məhv edilsin, 01 ədəd F-1 əl qumbarasının gövdəsi xüsusi müsadirə edilərək Azərbaycan Resublikası Daxili İşlər Nazirliyinin silah sürsat anbarına təhvil verilsin. Ekspertiza tədqiqatları zamanı sərf edilmiş 60 manat 80 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar