Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-491/2022 13.12.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), X4 və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, Məmmədov Orxan Elxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X7, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs10, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri X5 və X3 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2, 228.1, 229.1, 234.4.2 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2, 228.1, 229.1, 234.4.2 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin məhkəmə baxışı Gəncə Ağır Cinayətlər Məhkəməsinə aiddir. İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti və özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 10 avqust 2020-ci il tarixdə, saat 21 radələrində Gəncə şəhərində yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" stansiyasından həmin QSC-nin İnfrastruktur Departamentinin 6 nömrəli Gəncə Yol sahəsinin balansındakı istifadəyə yarım yararlı hesab edilən dəmir yolunun üstü quruluşu materialları olan 7,01 manat dəyərində 1 ədəd D-65 markalı rels altlığını, ümumilikdə 12 manat 54 qəpik dəyərində 53 ədəd yol mıxını, ümumilikdə 42 manat 42 qəpik dəyərində 50 ədəd sıxac boltunu, ümumilikdə 48 manat 37 qəpik dəyərində 40 ədəd PK-tipli klemanı, ümumilikdə "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 6 nömrəli Gəncə Yol sahəsinin 110.34 manat dəyərində əmlakını gizli olaraq dəmir yolu xətlərinə münasibətdə talayıb oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti və özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə təkrar 17 oktyabr 2020-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs9 məxsus Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən 1 saylı yaşayış binasının 29 saylı mənzilinin həmin vaxt açıq vəziyyətdə olan pəncərəsindən qanunsuz olaraq içəri daxil olub qonaq otağından 600 manat dəyərində 88 diaqonallı 1 ədəd “LG” markalı televizoru gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti və özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə təkrar 16 noyabr 2020-ci il tarixdə, saat 14 radələrində Gəncə şəhərində yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" stansiyasının cüt boğazından həmin QSC-nin İnfrastruktur Departamentinin 6 nömrəli Gəncə Yol sahəsinin balansındakı istifadəyə yararlı hesab edilən dəmir yolunun üstü quruluşu materialları olmaqla yoldəyişən qurğunun komplekt hissələri olan 75 manat dəyərində 1 ədəd konturu, ümumilikdə 30 manat dəyərində 6 ədəd yoldəyişən başmağı, ümumilikdə 9 manat dəyərində 9 ədəd muftanı, ümumilikdə "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 6 nömrəli Gəncə Yol sahəsinin 114 manat dəyərində əmlakını gizli olaraq dəmir yolu xətlərinə münasibətdə talayıb oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti və özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə təkrar 14 dekabr 2020-ci il tarixdə, saat 06 radələrində Zərərçəkmiş şəxs7 məxsus Gəncə şəhəri, Azərbaycan küçəsi, 13-cü döngədə yerləşən 11 saylı fərdi yaşayış evinin həmin vaxt açıq vəziyyətdə olan qapısından qanunsuz olaraq içəri daxil olub dəhlizdə enerji qidalandırıcısına qoşulu vəziyyətdə olan Zərərçəkmiş şəxs7 məxsus 260 manat dəyərində 1 ədəd “Samsung Galaxy A10” markalı və Zərərçəkmiş şəxs8 məxsus 450 manat dəyərində 1 ədəd “Samsung Galaxy A20 S” markalı mobil telefonu gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 365,52 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı, eləcə də odlu silah olan 1 ədəd 16 kalibrli, “ИЖКБ” modelli, atəş açmaq üçün yararlı, hamarlüləli (yivsiz) təklüləli odlu ov tüfəngini və 3 ədəd patronu qanunsuz olaraq əldə edib narkotik vasitə olan qurudulmuş marixuananın 365 qram çəkidə olan hissəsini satış məqsədi ilə yaşadığı Gəncə şəhəri, Azərbaycan küçəsi, 9-cu döngədə yerləşən 55 nömrəli fərdi yaşayış evinin yataq otağında olan çarpayının döşəyinin altında saxlamış, qalan 0,520 qram çəkidə olan hissəsini eyni məqsəd ilə əynində olan şalvarın sol yan cibində siqaret falqasına bükülmüş halda saxlayaraq daşımış, həmçinin ov tüfənginin lüləsini və qundağını istintaqa məlum olmayan tarixdə və alətlə kustar üsulla kəsməklə konstruktiv dəyişikliklərə məruz qoyub qundağını dəstək formasına uyğunlaşdırıb ilkin təyinatını dəyişərək qanunsuz olaraq hazırladıqdan sonra üzərində saxlayaraq daşımış və gəzdirmiş, Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyat-axtarış tədbirləri nəticəsində xx.xx.2021-ci il tarixdə, saat 16 radələrində Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Sovxoz Nizami dairəsi” adlanan yerdə saxlanılıb Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin inzibati binasına gətirilib üzərinə baxış keçirilərkən əynində olan şalvarın sol yan cibindən siqaret falqasına bükülü vəziyyətdə olmaqla satış məqsədi ilə əldə edib saxladığı 0,520 qram təmiz çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, əynindəki şalvarın bel hissəsindən odlu silah olan 1 ədəd 16 kalibrli, “ИЖКБ” modelli, patronluğunun uzunluğu 70 mm olan, zavod üsulu ilə istehsal edilmiş, lüləaltı yatağı və lüləsi üzərində olan, zavod işarələri silinmiş, yalnız silahın ayrıcısı üzərində “..126” rəqəmləri olan, konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı dəstək formasına uyğunlaşdırılmış, ilkin təyinatı dəyişdirilmiş, atəş açmaq üçün yararlı, hamarlüləli (yivsiz) təklüləli odlu ov tüfənginin kəsiyi, əynindəki idman gödəkçəsinin sol yan cibindən zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz hamarlüləli odlu ov tüfəngləri üçün döyüş sursatı hesab edilən, istifadəyə yararlı 3 ədəd patron, eləcə də həmin tarixdə, saat 19 radələrində yaşadığı Gəncə şəhəri, Azərbaycan küçəsi, 9-cu döngədə yerləşən 55 nömrəli evinə baxış keçirilərkən evin yataq otağındakı çarpayı döşəyinin altından satış məqsədi ilə əldə edib saxladığı çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, tərkibin görə üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuana ilə eynilik təşkil edən 365 qram təmiz çəkidə qurudulmuş marixuana, eləcə də evin həyətyanı sahəsində olan dam örtüyünün altından ağ rəngli sellofan torbanın içərisində olmaqla qeyd edilən ov tüfənginə aid lülənin və qundağın kəsilmiş hissələri aşkar edilərək götürülmüşdür. Bundan başqa o, tamah niyyəti və özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə təkrar xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə, saat 02 radələrində Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 məxsus Gəncə şəhəri, E.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evinə pəncərəsinin dəmir barmaqlıqlarını aralayıb evin plastmast pəncərəsinə mexaniki təsir etməklə açaraq qanunsuz olaraq daxil olub evin zalında divara asılmış Zərərçəkmiş şəxs3 məxsus 120 manat dəyərində “Fantom Cc-3500” markalı 1 ədəd tozsoranı, 850 manat dəyərində 109 diaqonallı 1 ədəd “Vetsa” markalı LCD televizoru, üzərində gül və dəvə təsvirləri olan, dəvə yunundan hazırlanmış, iki nəfərlik, Türkiyə istehsalı olan 150 manat dəyərində 1 ədəd ədyalı, 2 ədəd meyvə qabı, 2 ədəd qənd qabı və 1 ədəd güldandan ibarət 300 manat dəyərində “Karaca” markalı billur dəsti, 6 ədəd şərab piyaləsi və 1 ədəd sürahidən ibarət, üzərində sadə qaşları olan 250 manat dəyərində “Karaca” markalı billur dəsti, 6 ədəd şərab piyaləsi və 1 ədəd sürahidən ibarət, üzərində sadə qaşları olan 150 manat dəyərində “Karaca” markalı sadə dəsti, 6 ədəd şərab piyaləsindən ibarət badam formalı, üzərində sadə qaşları olan 200 manat dəyərində “Karaca” markalı billur dəsti, 2 ədəd əl-üz və 4 ədəd bədən dəsmalından ibarət 60 manat dəyərində “Qalaksi” markalı dəsmal dəstini, ümumilikdə isə Zərərçəkmiş şəxs3 məxsus 2080 manat dəyərində əmlakını, həmçinin Zərərçəkmiş şəxs2 məxsus 165 manat dəyərində 1 ədəd “Marcus” markalı su motorunu, 50 manat dəyərində “TP LİNK” markalı 1 ədəd modem aparatını, 50 manat dəyərində tək nəfərlik “Tac” markalı 1 ədəd yun ədyalı, 45 manat dəyərində ağ rəngli, toxunmalı, iki nəfərlik “Qalaksi” markalı 1 ədəd yataq dəstini, 45 manat dəyərində ağ rəngli, güllü, “Qalaksi” markalı 1 ədəd yataq dəstini, 60 manat dəyərində qəhvəyi rəngli, üzərində zolaq təsvirləri olan iki nəfərlik, sintetik materiallı “Qalaksi” markalı 1 ədəd ədyalı, ümumilikdə isə Zərərçəkmiş şəxs2 məxsus 415 manat dəyərində əmlakı vahid niyyətlə gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti və özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə təkrar 22 mart 2021-ci il tarixdə, saat 23 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs10 məxsus fərdi yaşayış evinə hasardan aşmaqla qanunsuz olaraq daxil olub divara çəkilmiş vəziyyətdə olmaqla ümumilikdə 380 manat dəyərində, 400 metr uzunluqda və 2.5 mm ölçüdə 4 top mis elektrik naqilini, 70 manat dəyərində, 100 metr uzunluqda və 1.5 mm ölçüdə 1 top mis elektrik naqilini, 120 manat dəyərində, 100 metr uzunluqda və 4 mm ölçüdə 1 top mis elektrik naqilini, 35 manat dəyərində, 100 metr uzunluqda 1 top mis anten naqilini, ümumilikdə 17.50 manat dəyərində 70 ədəd elektrik birləşdirici qutunu, ümumilikdə 30 manat dəyərində 30 qutu naqil bərkidici mıxı, ümumilikdə 35 manat dəyərində 10 ədəd işıq açarını, ümumilikdə isə zərərçəkmiş şəxsin 687.5 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrar istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə külli miqdarda, yəni 8282.64 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib narkotik vasitə olan qurudulmuş marixuananın 8270 qram çəkidə olan hissəsini satış məqsədi ilə yaşadığı Gəncə şəhəri, Azərbaycan küçəsi, 9-cu döngədə yerləşən 55 nömrəli fərdi yaşayış evinin yataq otağında olan paltar dolabında saxlamış, qalan 12.64 qram çəkidə olan hissəsini eyni məqsəd ilə üzərində saxlayaraq daşımış, Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin və Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən 20 saylı tam orta məktəbin yaxınlığında saxlanılıb Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış keçirilərkən əynində olan gödəkçənin sol iç cibindən 1 ədəd “Palmall” markalı siqaret qutusunda olmaqla təkrar satış məqsədi ilə əldə edib saxladığı 12.64 qram təmiz çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, eləcə də həmin tarixdə, saat 17 radələrində yaşadığı Gəncə şəhəri, Azərbaycan küçəsi, 9-cu döngədə yerləşən 55 nömrəli evinə baxış keçirilərkən evin yataq otağındakı paltar dolabından təkrar satış məqsədi ilə əldə edib 1 ədəd sintetik kisədə saxladığı çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 8270 qram təmiz çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 tamah niyyəti və özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 2020-ci ilin dekabr ayının sonlarında, günü istintaq məlum olmayan tarixdə, gecə saatlarında Zərərçəkmiş şəxs6 məxsus Gəncə şəhəri, Şıx Zamanlı qəsəbəsində yerləşən yarımtikili fərdi yaşayış evinin hasarından aşaraq həyətinə qanunsuz daxil olub evin həyətindən 140 manat dəyərində 1 ədəd qaynaq aparatını, 50 manat dəyərində “Aqidel” markalı 1 ədəd su motorunu, 30 manat dəyərində, 2x4 ölçüdə olmaqla 30 metr uzunluğunda mis elektrik naqillərini, ümumilikdə zərərçəkmiş şəxsin 220 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti və özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə təkrar 05 yanvar 2021-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs5 məxsus Gəncə şəhəri, Azərbaycan küçəsində yerləşən yarımtikili fərdi yaşayış evinin hasarından aşaraq həyətinə qanunsuz daxil olub əvvəlcədən özü ilə gətirdiyi istintaqa məlum olmayan vintaçandan istifadə etməklə evin plastik pəncərəsini aralayıb açaraq evə qanunsuz daxil olub oradan 85 manat dəyərində, 4x4 ölçüdə olmaqla 50 metr uzunluqda mis elektrik naqillərini və 98 manat dəyərində 28 ədəd elektrik yuvalarını, ümumilikdə zərərçəkmiş şəxsin 183 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti və özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə təkrar xx.xx.2021-ci il tarixdə, saat 18 radələrində Zərərçəkmiş şəxs4 məxsus Gəncə şəhəri, Şıxzamanlı qəsəbəsində yerləşən fərdi yaşayış evinə daş hasardan aşaraq qanunsuz olaraq həyətyanı sahəsinə daxil olub evin pəncərəsini açma yolu ilə evə qanunsuz daxil olub oradan ümumilikdə 1050 manat dəyərində 1 ədəd “Acer” markalı notebooku və çantasını, 150 manat dəyərində 1 ədəd “Rado” markalı kişi qol saatını, 90 manat dəyərində 1 ədəd “Casio” markalı kişi qol saatını və 80 manat dəyərində 1 ədəd “Marcos” markalı su mühərrikini, ümumilikdə zərərçəkmiş şəxsin 1370 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti və özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə təkrar xx.xx.2021-ci il tarixdə, saat 14 radələrində Zərərçəkmiş şəxs4 məxsus Gəncə şəhəri, Şıxzamanlı qəsəbəsində yerləşən fərdi yaşayış evinə daş hasardan aşaraq qanunsuz olaraq həyətyanı sahəsinə daxil olub evin pəncərəsini açma yolu ilə evə qanunsuz daxil olub oradan 700 manat dəyərində 109 dioqanallı 1 ədəd “Artel” markalı televizoru gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti və özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə təkrar təkrar 07 fevral 2021-ci il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs1 məxsus Gəncə şəhəri, Tereşkova küçəsində yerləşən fərdi yaşayış evinə pəncərəsini qırıb açaraq qanunsuz daxil olub evin birinci mərtəbəsində yerləşən otaqdakı elektrik sobasının içərisindən 4 qram çəkidə və 583 əyarlıq olmaqla 250 manat dəyərində 1 cüt qızıl sırğanı, otaqda olan dolabın içərisindən 20 manat dəyərində 1 kq çəkidə “Servelat” markalı kolbasanı, 10 manat dəyərində və 0.5 kq çəkidə “snıckers” markalı şokoladları, 10 manat dəyərində və 0.5 kq çəkidə “mars” markalı şokoladları, 35 manat dəyərində, 2x1.5 ölçüdə olmaqla 70 metr uzunluqda 1 top mis elektrik naqilini, ümumilikdə zərərçəkmiş şəxsin 325 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti və özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə təkrar 12 fevral 2021-ci il və 13 fevral 2021-ci il tarixlərdə, saat 02 radələrində Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 məxsus Gəncə şəhəri, E.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evinə pəncərəsinin dəmir barmaqlıqlarını aralayıb evin plastmast pəncərəsinə mexaniki təsir etməklə açaraq qanunsuz olaraq daxil olub evin zalında divara asılmış Zərərçəkmiş şəxs3 məxsus 120 manat dəyərində “Fantom Cc-3500” markalı 1 ədəd tozsoranı, 850 manat dəyərində 109 diaqonallı 1 ədəd “Vetsa” markalı LCD televizoru, üzərində gül və dəvə təsvirləri olan, dəvə yunundan hazırlanmış, iki nəfərlik, Türkiyə istehsalı olan 150 manat dəyərində 1 ədəd ədyalı, 2 ədəd meyvə qabı, 2 ədəd qənd qabı və 1 ədəd güldandan ibarət 300 manat dəyərində “Karaca” markalı billur dəsti, 6 ədəd şərab piyaləsi və 1 ədəd sürahidən ibarət, üzərində sadə qaşları olan 250 manat dəyərində “Karaca” markalı billur dəsti, 6 ədəd şərab piyaləsi və 1 ədəd sürahidən ibarət, üzərində sadə qaşları olan 150 manat dəyərində “Karaca” markalı sadə dəsti, 6 ədəd şərab piyaləsindən ibarət badam formalı, üzərində sadə qaşları olan 200 manat dəyərində “Karaca” markalı billur dəsti, 2 ədəd əl-üz və 4 ədəd bədən dəsmalından ibarət 60 manat dəyərində “Qalaksi” markalı dəsmal dəstini, ümumilikdə isə Zərərçəkmiş şəxs3 məxsus 2080 manat dəyərində əmlakını, həmçinin Zərərçəkmiş şəxs2 məxsus 165 manat dəyərində 1 ədəd “Marcus” markalı su motorunu, 50 manat dəyərində “TP LİNK” markalı 1 ədəd modem aparatını, 50 manat dəyərində tək nəfərlik “Tac” markalı 1 ədəd yun ədyalı, 45 manat dəyərində ağ rəngli, toxunmalı, iki nəfərlik “Qalaksi” markalı 1 ədəd yataq dəstini, 45 manat dəyərində ağ rəngli, güllü, “Qalaksi” markalı 1 ədəd yataq dəstini, 60 manat dəyərində qəhvəyi rəngli, üzərində zolaq təsvirləri olan iki nəfərlik, sintetik materiallı “Qalaksi” markalı 1 ədəd ədyalı, ümumilikdə isə Zərərçəkmiş şəxs2 məxsus 415 manat dəyərində əmlakı vahid niyyətlə gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən külli miqdarda, yəni ümumi təmiz çəkisi 105.22 qram olan narkotik vasitə heroini satışı məqsədi ilə qanunsuz olaraq əldə edib 1.572 qram çəkidə olan hissəsini satış məqsədi ilə üzərində daşıyaraq, 103.630 qram çəkidə olan hissəsini isə yaşadığı evin yaxınlığında, yəni Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan küçəsində yerləşən X1 məxsus nömrəsiz yarımtikili fərdi yaşayış evində gizlədərək eyni məqsəd ilə saxlamış, 12 yanvar 2022-ci il tarixdə, saat 17:50-də Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə yaşadığı evin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər Kəpəz RPİ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən 1 ədəd şəffaf sellofana bükülü vəziyyətdə olmaqla satış məqsədi ilə əldə edib daşıyaraq saxladığı 1.572 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, daha sonra həmin əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Gəncə şəhəri, Azərbaycan küçəsində yolun hərəkət hissəsinin sağ tərəfində yerləşən X1 məxsus yarımtikili evə baxış keçirən zaman satış məqsədi ilə qanunsuz olaraq əldə edib orada olan daşın altına gizlədərək saxladığı şəffaf sellofan torbada olmaqla külli miqdarda, yəni 103,630 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumilikdə isə 105.22 qram təmiz çəkidə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materialları öyrənilərkən iş üzrə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, CPM-in 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair həmin Məcəllənin 286-cı maddəsinin tələblərinin pozulması müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli 78 nömrəli vəkil orderindən və həmin tarixli “şübhəli şəxsə müdafiəçi təqdim edilməsi haqqında” protokoldan görünür ki, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X10 şübhəli şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində təqdim edildiyi halda, xx.xx.2021-ci il tarixli 779 nömrəli vəkil orderindən və həmin tarixli “vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında” protokoldan müəyyən olunmuşdur ki, müdafiəçi X10 şübhəli şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində təqdim edilmişdir. Bundan başqa iş materiallarında olan xx.xx.2021-ci il tarixli 2410 nömrəli vəkil orderindən və həmin tarixli “şübhəli şəxsə müdafiəçi təqdim edilməsi haqqında” protokoldan görünür ki, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X8 şübhəli şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində təqdim edilmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2021-ci il tarixli 374 nömrəli vəkil orderindən və həmin tarixli “vəkilin təqsirləndirilən şəxsə təqdim edilməsi haqqında” protokoldan görünür ki, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X10 Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində təqdim edilmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2021-ci il tarixli 1687 nömrəli vəkil orderindən və həmin tarixli “vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında” protokoldan görünür ki, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X8 şübhəli şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində təqdim edilmişdir. Bundan başqa iş materiallarında olan 14 iyul 2021-ci il tarixli “etiraz edilə bilən şəxslərin soyadları və bu şəxslər barədə digər məlumatların təqsirləndirilə şəxsə bildirilməsinə dair” və həmin tarixli “təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasından əvvəl məhkəməyə təqdim edilən materiallarla tanış etmək haqqında” protokollardan görünür ki, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X8 Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində iştirak etmişdir. Həmçinin iş materiallarında olan “təqsirləndirilən şəxsi və müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” 17 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 16.50-dən saat 18.00-dək olan müddət ərzində müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X8 ilə birlikdə ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında cinayət işinin materialları ilə tanış edilmişlər. Həmçinin qeyd edilən protokolda, o cümlədən təqsirləndirilən şəxsi və müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” 27 oktyabr 2022-ci il tarixli Təqsirləndirilən şəxs2 cinayət işinin materialları ilə tanış etməyə dair protokolda müdafiəçinin səlahiyyətini təsdiq edən sənəd barədə məlumat öz əksini tapmamışdır. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Gəncə şəhəri 1 saylı Vəkil Bürosu tərəfindən Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş 25 oktyabr 2022-ci il tarixli 78 nömrəli məktub və həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Vəkillər X2 14 oktyabr 2022-ci il tarixli 16 saylı iclas protokolundan olan çıxarışdan müəyyən olunmuşdur ki, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X6 Vəkillər Kollegiyası üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi və iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək vəkillik fəaliyyətinin dayandırılması qərara alınmışdır. Göründüyü kimi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X8 iş üzrə ayrı-ayrı vaxtlarda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində iştirak etmiş, bundan başqa Azərbaycan Respublikası Vəkillər X2 14 oktyabr 2022-ci il tarixli qərarı ilə vəkillik fəaliyyəti dayandırıldığı halda 17 oktyabr 2022-ci il tarixdə cinayət işinin materialları ilə tanış edilmişdir. Cinayət işi üzrə 02 noyabr 2022-ci il tarixdə tərtib edilmiş ittiham aktı 03 noyabr 2022-ci il tarixdə Gəncə şəhər prokuroru tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 19.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Həmin Məcəllənin 91.5.22-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq hüququ vardır. Həmin Məcəllənin 92.1-ci maddəsinə əsasən cinayət prosesində müdafiəçi qismində yalnız Azərbaycan Respublikasının ərazisində vəkillik fəaliyyətini həyata keçirmək hüququna malik olan vəkil iştirak edə bilər. Müdafiəçi şübhəli və ya təqsirləndirilən şəxsin şəxsiyyəti və onun iştirakı ilə baxılan cinayət işinin xarakteri ilə eyniləşdirilə bilməz. CPM-in 286.1-ci maddəsinə əsasən müstəntiq tanış etmənin tarixini, vaxtını və yerini, öz soyadını, adını və vəzifəsini, işlə tanış olan şəxslərin soyadlarını və adlarını, müdafiəçinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər barədə məlumatları göstərməklə cinayət işinin materialları ilə tanış etmə haqqında protokol tərtib edir. CPM-nin 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi üçün əsasdır. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2022-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin eyni tarixli qərarı ilə 04 ay müddətinə, yəni 09 may 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, Gəncə şəhər Məhkəməsinin 08 oktyabr 2022-ci il tarixli qərarı ilə həbsdə saxlama müddəti 1 ay müddətinə, yəni 09 noyabr 2022-ci il tarixədək uzadılmışdır. Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2022-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin eyni tarixli qərarı ilə barəsində 04 ay müddətinə, yəni 12 may 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, Gəncə şəhər Məhkəməsinin 08 oktyabr 2022-ci il tarixli qərarı ilə həbsdə saxlama müddəti 1 ay müddətinə, yəni 09 noyabr 2022-ci il tarixədək uzadılmış, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 20 (iyirmi) gün müddətə uzadılmalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299- 301, 303 və 306.1-ci maddələrini rəhbər tutub məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2, 228.1, 229.1, 234.4.2 və 234.4.3-cü maddələrilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələrilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı qərarın təsviri hissəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “həbs” növündə qətimkan tədbirinin müddəti 20 (iyirmi) gün müddətə uzadılsın. Qərarın surəti təqsirləndirilən şəxsə, müdafiəçiyə və dövlət ittihamçısına göndərilsin.
Məhkəmə qərarları › İş №1(100)-491/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-491/2022
13.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver