Məhkəmə qərarları › İş №1(100)-491/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-491/2025

30.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-491/2025 30.09.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi X10 (sədrlik edən), hakimlər Müslümov Bəhruz Firizman oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi – Quliyev Cahandar Elmar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında xx.xx.1974-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Goranboy rayonu, Borsunlu kəndində qeydiyyatda olmaqla, Samux rayonu, Tatlı kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə 2025-ci ilin təxminən fevral ayının ortalarında dəqiq günü istintaqa məlum olmayan tarixda saat 23 radələrində qızı, yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs birlikdə yaşadıqları Gəncə şəhər İnzibati ərazi Vahidinin ərazisi olan, keçmiş Samux rayonu Tatlı kəndində yerləşən X2 məxsus fermadakı fərdi yaşayış evininin yataq otağındakı çarpayıda köməksiz vəziyyətindən istifade edərək, Zərərçəkmiş şəxs etiraz etməsinə, durub onun yanından qaçmaq istəməsinə məhəl qoymayaraq əli ilə onun baş nahiyəsinə zərbə vuraraq, zor tətbiq etməklə, daha sonra Zərərçəkmiş şəxs ona belə etmə dedikdə sənin başını kəsərəm deyib zor tatbiq edəcəyi hədəsi ilə Zərərçəkmiş şəxs şalvarını, daha sonra alt paltarını soyundurub, əvvəl Zərərçəkmiş şəxs bədəninin bütün nahiyələrinə, həmçinin cinsiyyət orqanına əlini sürtüb, öz cinsiyyət orqanını gərgin vəziyyətə gətirərək Zərərçəkmiş şəxs arxa anus dəliyinə salıb anal dəlik sfinktorunun boşalması, şüavari büküşlərin hamarlaşması ila nəticələnən, daha sonra öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs əlinə verib oynatdırmaqla sperma ifraz edib cinsi ehtirasını təmin etməklə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o, təkrarən, 21 mart 2025-ci il tarixdə saat 23 radələrində sərxoş vəziyyətdə qızı, yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs birlikdə yaşadıqları Gəncə şəhər İnzibati ərazi Vahidinin ərazisi olan, keçmiş Samux rayonu Tatlı kəndində yerləşən X2 məxsus fermadakı fərdi yaşayış evininin yataq otağındakı çarpayıda köməksiz vəziyyətindən istifadə edərək, Zərərçəkmiş şəxs etiraz etməsinə, durub onun yanından qaçmaq istəməsinə məhəl qoymayaraq, Zərərçəkmiş şəxs ona belə etmə dedikdə sənin başının kəsərəm deyib zor tətbiq edəcəyi hədəsi ilə Zərərçəkmiş şəxs şalvarını, daha sonra alt paltarını soyundurub, əvvəl Zərərçəkmiş şəxs bədəninin bütün nahiyələrinə, həmçinin cinsiyyət orqanına əlini sürtüb, öz cinsiyyət orqanını gərgin vəziyyətə gətirərək Zərərçəkmiş şəxs arxa anus dəliyinə salıb anal dəlik sfinktorunun boşalması, şüavari büküşlərin hamarlaşması ilə nəticələnən, daha sonra öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs əlinə verib oynatdırmaqla sperma ifraz edib cinsi ehtirasını temin etməklə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmə hədəsi ilə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 150.2-1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Natavan qəsəbəsi 2 ünvanında ailəsi üçün ev tikdirmişdir. Bu hadisələr də buna görə olmuşdur. O, əvvəllər də evli olmuşdur, Nuranə onun ikinci evliliyindən dünyaya gəlib. Evi əvvəlki ailəsi üçün tikdirməmişdir, hazırkı ailəsi üçün tikdirmişdir. Tikdirdiyi evlə bağlı yoldaşı ilə müəyyən şeylərin üstündə davalar olub, hətta buna görə yoldaşını döymüşdür. Yoldaşı köçüb gedib həmin evdə yaşamaqlarını istəmiş, o, da oraya köçsələr işsiz qalacaqlarını demişdir. Bundan sonra yoldaşının ona qarşı münasibəti dəyişmiş, son zamanlar ona soyuq davranmağa başlamışdır. Yoldaşı Nuranəni öyrədib ona şər atmışdır. O, ailəsini zibilliklərdən dəmir yığaraq saxlamışdır. O, qızına qarşı əxlaqsız hərəkət etməmişdir. O, ailəsi ilə birlikdə fermada qalaraq çoban işləyirdi. Yoldaşı şadlıq sarayında qabyuyan işlədiyi üçün evə gec gəlirdi. Uşaqları həmişə yanında otururdub, uzanırdı. Yoldaşının ona şər atmasının səbəbini bilmir. Oğlu Surxay onun yanında çoban işləyirdi. Ondan şikayət etdiyi üçün həmin gün onu vurmuşdur. Oğlu həmişə onu görəndə qaçıb başqa otağa gedirdi, bir dəfə ondan onu görəndə qaçmasının səbəbini soruşmuş, o da telefonda oyun oynadığını demişdir. Oğlu elə bilirdi ki, o onu yanında çoban kimi işlətmək üçün hərbi xidmətə getməsinə mane olmuşdur. O, əsəbləşib oğlunu vurmuşdur. Buna görə ondan şikayət etmişdir. Qızı Nuranə başqa yerlərdə qalmamışdır, o onun kimləsə münasibətdə olmasından şübhələnməmiş, qızını məktəbə özü aparıb-gətirirdi. O, istintaq zamanı ekspertizanın rəyləri ilə tanış olmamışdır. Bir dəfə də yoldaşı Surxayın hərbi xidmətə getmək istədiyini deyəndə onun pəncəsinin düz olduğunu, buna görə hərbi xidmətə yararlı olmadığını bildirmişdir. Hadisə günü o, oğlunu vurmuş və oğlu evdən çıxıb harasa getmiş. O, iki dəfə Nuranəni onun arxasınca göndərmişdir. İstintaq zamanı müstəntiq onun ifadəsini ona oxumamışdır. İstintaq zamanı ona fiziki təsir olunub, polis əməkdaşları onu döymüşlər. Yoldaşı həmişə gecəni evdə olurdu. İki otaqlı evdə qalırdılar, yoldaşı ilə o, bir otaqda, uşaqları da başqa otaqda yatırdılar. Sadəcə kiçik qızı gecələri onunla yatırdı. Oğlunu vurduğu gün Nuranə ilə birlikdə yatmırdı, oturub televizora baxırmış. Surxayı vurandan sonra Surxay digər otağa gedib planşetini götürmüş, “məni niyə vurursan” demişdir, sonra evdən bayıra çıxmışdır. Surxay gec qayıdanda Nuranəni onun arxasınca göndərmiş, Nuranə də gəlib Surxayı səslədiyini, lakin cavab vermədiyini bildirmişdir. Sonra qaynıgilə gedib Surxayın onların evində olub-olmadığını soruşmuş, o da orada olmadığını bildirmişdir. Həmin vaxt hamı onun üzərinə gəlmiş, o da Surxayın atası olduğunu, onu vura biləcəyini bildirmişdir. O, Tovuz rayonunda olduğu vaxt yoldaşına iki dəfə 50 manat, birdəfə 100 manat kart vasitəsi ilə pul göndərmişdir. Yaşlı anasına o, baxır. Sonda məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə günü atası evə içkili gəlmişdir. Atası 10 yaşlı bacısını yatmağa göndərib onu yanına çağırmış, sonra da elə etməyə başlamışdır. Atası ona qarşı iki dəfə, fevral və mart aylarında əxlaqsız hərəkətlər etmişdir. Onun atası tez-tez sipirtli içki qəbul edirdi. Onlar başqa fermerə məxsus fermada qalıb onun mal-qarasına baxırdılar. Anası İmperial şadlıq sarayında qabyuyan kimi işlədiyi üçün evə gec gəlirmiş, buna görə hadisə barədə məlumatı olmamışdır. Onun bir qardaşı və bir bacısı var, bacısının 10, qardaşının da 18 yaşı var. İkinci dəfə hadisə vaxtı qardaşı evdə idi, atasının etdiyi hərəkəti görüb polisə şikayət etmişdir. O, qorxduğu üçün anasına hadisə barədə heç nə deməmişdir. Atası kiməsə desə onu öldürəcəyini bildirmişdir. Atası ona qarşı əxlaqsız hərkət edəndə onu da dediklərini etməyə məcbur etmişdir. Dediklərini etməyəndə başına əli ilə zərbələr vurmuşdur. O, qorxduğu üçün səsini çıxara bilməmişdir. İkinci dəfə qardaşı evdə telefonla oynayarkən həmin vaxt səs eşidib hadisə barədə bilmişdir. Atası həmin hərəkətləri edəndə ağrı hiss etməmişdir. Atasının etdiyi hərəkətlərdən sonra ifrazat görmüş, lakin onun nə olduğunu başa düşməmişdir. Atası ona qarşı əxlaqsız hərəkət edəndə ona etiraz etmişdir, lakin atası ona məhəl qoymamışdır. Hadisə ərəfəsində atası ilə anasının münasibətləri əvvəlki kimi idi, onların münasibətində dəyişiklik yox idi. Atası anasının işdən gec gəlməsinə narazılıq etməmişdir. Atası hərdən bir onlara ata kimi qayğı göstərmiş, belə bir şeyin olmasını gözləməmiş, anidən olmuşdur. Onun nənəsi hadisə vaxtı heç nə görməmiş, ümumiyyətlə nənəsi yeriyə bilmir. O, nənəsinə hadisə ilə bağlı heç nə deməmişdir. Hadisə günü atası qardaşını vurmamışdı, qardaşı atasının ona qarşı etdiyi əxlaqsız hərəkətləri görəndən sonra evdən çıxaraq qaçıb getmişdir. Surxay onları görəndə üstləri örtülü, lakin başları açıq olmuşdur. Surxay gedəndən sonra atası iki dəfə onu qardaşının arxasınca göndərmişdir. O, Surxayı tapa bilmədiyini deyəndə atası evdən bıçaq götürüb onu axtarmağa getmişdir. Atası onunla qeyri-təbii yolla cinsi əlaqədə olmayıb, ekspertizanın rəyində göstərilən halın, yəni onda boşalma olmasının səbəbini bilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin qanunu nümayəndəsi X4 şahid qismində dindirilmiş və o, ifadəsində göstərmişdir ki, o, evə görə övladının adını belə bir hadisədə hallandırmamışdır. Hadisə ilə bağlı heç nə bilməmiş, o, səhər saat 08-dən gecə saat 02-03-ə kimi işdə olur, demək olar ki, evdə olmur. Hadisə günü işdə olmuş, onunla birlikdə İmperial şadlıq sarayında işləyən bacısı yanına gəlib oğlu Surxayın evdən qaçdığını bildirmişdir. Səbəbini soruşanda bilmədiyini demişdir. Bundan sonra qardaşına zəng etmiş, o da Surxayın onların evində olduğunu, atasını tutdurmaq istədiyini bildirmişdir. Qardaşından nə baş verdiyini soruşanda ona hadisə barədə məlumat vermişdir. Hadisə barədə eşidən kimi işlədiyi yerdə huşunu itirmiş, iş yoldaşları ona köməklik edəndən sonra özünə gəlib evə gedəndə polis əməkdaşlarının gəldiklərini görmüşdür. Sonra Ceyhun ona zəng edib Surxayın harada olduğunu soruşmuş, oğlunu və onu öldürəcəyini bildirmişdir. Sonradan bilmişdir ki, Surxay qardaşıgilə gedəndən sonra Ceyhun əlində bıçaqla oraya gedib, qardaşı da Surxayın onun evində olmadığını bildirmişdir. Həmin vaxt qardaşı oğlu Ceyhunun əlindən bıçağı almaq istəyəndə bıçaq onun əlini kəsmişdir. O, hadisədən sonra qızı ilə hadisənin necə baş verməsi barədə danışmışdır. Belə ki, polis şöbəsində olanda Nuranənin halı pisləşmişdir. O, özünə gələndən sonra onu o evə aparmamağını, aparsa özünü öldürəcəyini bildirmiş, ondan səbəbini soruşanda polis əməkdaşlarının yanında hadisənin necə baş verdiyini əvvəldən danışmışdır. Ceyhun heç vaxt Nuranəyə harasa gedib-gəlməsinə görə qadağa qoymamışdır. Ümumiyyətlə Nuranə fermadan kənara çıxmamış, onu məktəbə də atası aparıb-gətirmişdir. O, 3-4 ildir ki, səhər tezdən işə gedib evə gecə qayıdır. Evlə bağlı mübahisələri sadəcə həmin evə köçmək istədiyini bildirdiyi üçün olub, uşaqlarının artıq fermada qalmasını istəməmişdir. Ceyhun ondan əvvəl də evli olub, Onlar 18-19 ildir ki, evlidirlər. X13 münasibətləri həmişə normal olubdur. Surxay hərbi xidmətə getməməsinin günahını atasında görməmiş və buna görə onunla mübahisə etməmiş, sadəcə hərbi xidmətə getmək istəmişdir. Lakin ayaq pəncəsinin altı düz olduğu üçün hərbi xidmətə aparmamışlar. Surxay hətta ərizə ilə müraciət edib hərbi xidmətə getmək istədiyini bildirmişdi. Surxay evdə onlardan onu hərbi xidmətə aparmaları üçün ərizə ilə müvafiq orqanlara müraciət etmələrini istəmişdir. Ceyhun 3-4 gündən bir sipirtli içki qəbul edir və sərxoş olanda da hamı ilə dalaşırdı. O, yoldaşının birinci dəfə Nuranəyə qarşı əxlaqsız hərəkət etdiyini bilsə buna göz yummazdı. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun atasıdır. O, fermada çoban işləyir. Hadisə günü işdən gəlib arxadakı otaqda yatmışdır. Həmin vaxt Ceyhunun bacısı Nuranəyə əxlaqsız təkliflər etdiyini eşidib oyanmışdır. Həmin vaxt atası bacısına “oynat” demiş, o da etmək istəmədiyini deyəndə məcbur edib “xoşuna gəldiyini de” deyirdi. Yerindən durarkən ayağını yerə möhkəm vurmuşdur ki, onun oyandığını bilsin. Sonra telefonunu götürüb tualetə gedirmiş kimi evdən çıxıb getmişdir. 15-20 metr gedəndən sonra zəng edib Ceyunun bacısına qarşı etdiyi əxlaqsız hərəkətlərlə bağlı şikayət etmiş, sonra da dayısıgilə gedib onun hərəkətləri barədə onlara bildirmişdir. O, hadisə vaxt qoyunları otarıb evə qayıtmış və atası Ceyhunun bacısına qarşı əxlaqsız təkliflər etdiyini eşitmişdir. Həmin vaxt dediklərini atası ucadan danışdığı üçün eşitmişdir. Nuray ağlayaraq eləmək istəmədiyini bildirmiş, atası da onu məcbur etmişdir. Həmin gün atası ilə aralarında heç bir mübahisə olmamışdır. Atası tez-tez sərxoş olurdu, hadisə günü də sərxoş olmuşdur. Atasını polisə şikayət edəndən sonra anasına zəng edib atasının hərəkətləri barədə demiş və onu şikayət etdiyini bildirmişdir. O, istintaq dövründə atasının əvvəllər də bir dəfə bacısına qarşı əxlaqsız hərəkət etdiyini bilmişdir. Onun hərbi xidmətə getməyi barədə atası ilə arasında mübahisə olmayıb, sadəcə ayağının altı düz olduğu üçün onu hərbi xidmətə aparmamışlar, o da atası ilə anasına hərbi komisarlığa gedib danışmalarını, ərizə yazmalarını, gedib xidmət etmək istədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, bayram günü bibisi oğlu Surxay onlara gələndə o, bayırda tonqalın kənarında idi. Həmin vaxt nə baş verdiyini bilməmişdir. Evə daxil olanda artıq hadisə barədə öyrənmişdir. Sonra Ceyhun gəlib Surxayı ona verməyini istəmiş, onlar də onun onlara gəlmədiyini bildirmişlər. Ceyhun özünə xəsarət yetirmək istəyəndə bıçağı əlindən alıb atmış, özünü də evdən bayıra çıxartmışdır. Sonra Ceyhunun mobil telefonuna zəng gəlmiş, danışa-danışa çıxıb getmişdir. Həmin gün bayram olduğu üçün o də içkili olmuş, X5rşı etdiyi hərəkətlər barədə danışsa da içkili olduğu üçün fikir verməmişdir. Ceyhun onlara gəlib Surxayı ona verməklərini istəyəndə onun içkili olduğunu görüb Surxaya xəsarət yetirəcəyindən qorxduğu üçün onlarda olmadığını deyib onu yola salmışdır. Surxayın onlarda olmadığını deyəndə Ceyhun əlindəki bıçaqla özünə xəsarət yetirəcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 21 mart 2025-ci il tarixdə bayram qeyd edərkən Surxay onlara gəlmiş, ondan nə baş verdiyini soruşanda heç nə deməmişdir. Bir neçə dəqiqə sonra Ceyhun içkili halda gəlib Surxayı soruşmuş, onlar də onun Surxaya nəsə edəcəyindən qorxub onlarda olmadığını bildirmişlər. Həmin vaxt Ceyhun bıçaq çıxarıb Surxayı verməsələr özünə xəsarət yetirəcəyini bildirmişdir. Bundan sonra oğlu Fəridlə birlikdə onu evdən çıxarıb yola salmışlar. Ondan sonra Surxay onlara Ceyhunun Nuranəyə qarşı etdiyi hərəkətləri üstüörtü şəkildə bildirmişdir. Hadisədən əvvəl Surxay onlara gəlməmişdi, demək olar ki, onlarla gediş-gəlişləri olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs anası Şahid1 idarəyə yaxınlaşaraq yoldaşının qızına qarşı zorakılıq hərəkətləri etdiyini bildirmişdir. Onlar Təqsirləndirilən şəxs yaşadığı fermaya getmişlər, lakin Ceyhun orda olmamışdır. Onlar onun Ağstafa rayonunda olduğunu müəyyən etmiş və oraya getmişlər, lakin onu orda tapa bilməmişlər.Onlar onunla telefon vasitəsi ilə əlaqə saxlamışlar, Ceyhun onlara bu cinayəti üzərinə götürməyəcəyini bildirmişdir. Daha sonra onlar onun Tovuz rayonunda olduğunu müəyyən etmiş və oraya getdikləri zaman Ceyhun onları gördüyü zaman əlində olan bıçaqla özünə xəsarət yetirmişdir. Onlar Ceyhunu xəstəxanaya, daha sonra isə idarəyə aparmışlar. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əşyaların (üzlüklərin, paltarların) götürülməsi haqqında)” 22 mart 2025-ci il tarixli qərardan görünür ki, hadisə yeri olan Samux rayonu, Tatlı kəndi ərazisində yerləşən fermada yaşayan Şahid2 yaşadığı evinə baxış keçirilməsi, Təqsirləndirilən şəxs yataq otağındakı çarpayı üzərindən yataq üzlükləri və hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan paltarların götürülməsi qərara alınmışdır. “Baxış və götürmə haqqında” 22 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ailəsi o cümlədən qızı xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə birlikdə yaşadıqları Samux rayonu Tatlı kəndində yerləşən, hazırda Gəncə şəhər inzibati ərazisinə daxil olan X2 məxsus fermadakı mənzilin yataq otağına Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmiş, Zərərçəkmiş şəxs ona qarşı atası Təqsirləndirilən şəxs zorakı yolla seksual xarakterli hərəkətlər etdiyi yeri, birlikdə uzandıqları Təqsirləndirilən şəxs yatdığı çarpayını göstərmiş, Təqsirləndirilən şəxs yatdığı çarpayının hadisə zamanı yəni, 21 mart 2025-ci il tarixdə saat 23 radələrində üzərində olmuş bir ədəd yorğan üzlüyü, bir ədəd döşək üzü va bir ədəd balınc üzü, həmçinin Zərərçəkmiş şəxs 21 mart 2025-ci il tarixdə saat 23 radəlarinda hadisə zamanı əynində olmuş bir ədəd ağ rəngli qış koftası,bir ədəd qara rəngli idman şalvarı və bir ədəd buzqalteri qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib olunmuş, fotoşəkillər çəkilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, **********07-12302 reyestr nömrəli, ********** qeydiyyat nömrəli torpaq sahəsi X3 mülkiyyətindədir. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 198 saylı rəyindən görünür ki, -Zərərçəkmiş şəxs qeyd edilən hadisə zamanı hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Onda hal-hazırda da hər hansı xəstəlik aşkar olunmur. -Zərərçəkmiş şəxs hadisə zamanı öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. O, hal-hazırda da öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. -Zərərçəkmiş şəxs hər hansı cinayət əməli şamil edilmədiyindən qoyulmuş sualın son hissəsinə (cinayət hadisəsini törədən zaman anlaqlı olmuşdurmu və ya hal-hazırda anlaqlıdırmı cavab vermək mümkün deyildir. -Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertdir. Zərərçəkmiş şəxs özündən uydurmağa meyilli deyildir. Zərərçəkmiş şəxs baş vermiş hadisə zamanı və hadisədən sonra qorxmuş və həyacanılı psixi-emosional halda olmuşdur. “Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya birliyi” publik hüquqi şəxsin 03 aprel 2025-ci il tarixli 324 nömrəli rəyindən görünür ki, 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən nəticəyə gəlirik;

1. Azyaşlı Zərərçəkmiş şəxs bədəni üzərində xəsarət müəyyən edilmədi.

2. Azyaşlı Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı hal-hazırda pozulmamışdır.

3. Azyaşİı Zərərçəkmiş şəxs anus dəliyi nahiyəsində müəyyən edilmiş anal dəlik sfinktorunun boşalması, şüavari büküşlərin hamarlaşması anal dəlik vasitəsi ilə qeyri-təbii yolla cinsi əlaqəni təsdiq edən əlamətlərdəndir. “Təqsirləndirlən şəxs qismində cəlb etmək haqqında” 14 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və iş üzrə icraatın dayandırılması haqqında” 14 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə Təqsirləndirilən şəxs tutulub istintaqa təqdim olunanadək iş üzrə icraat dayandırılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdərəsi tərəfindən Gəncə Şəhər Baş Polis İdarəsinə ünvanlanmış məktubdan görünür ki, araşdırma zərurəti ilə əlaqədar **********07-1302 reyestr nömrəsi ilə qeydiyyata alınmış torpaq sahəsinə dair məlumatların təqdim edilməsi məqsədilə mütəxəssisin iştirakı ilə baxış keçirilməsi ilə əlaqədar məktuba “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Bildiririk ki, Əməkdaşın iştirakı ilə torpaq sahəsinə naturada baxış keçirilmiş, torpaq sahəsinin koordinatları təsbit edilmişdir. Kameral araşdırma zamanı sözügedən torpaq sahəsinin baza məlumatlarına əsasən Gəncə şəhəri İnzibati Ərazi Vahidinin ərazisində yerləşdiyi müəyyən olunmuşdur. Məhkəmə-tibbi-bioloji ekspertizasının 10 aprel 2025-ci il tarixli, 10 nömrəli rəyindən görünür ki,

1. Təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus paltarlar(bir ədəd idman şalvarı, bir adad mayka-buzqalter, bir adad qış koftası üzərində spermaya oxşar ləkə aşkar olunmadı.

2. Təqdim olunmuş bir ədəd döşək üzü, bir ədəd yorğan üzlüyündən götürülmüş kəsiklərdə spermatozoidlər aşkar olunmadı.

3. Təqdim olunmuş iki ədəd balınc üzü üzərində spermaya oxşar ləkə aşkar olunmadı. “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Gəncə Şəhər BPİ-nin İTİ-nin qərarına əsasən xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikasının CM-nin 152-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində axtarışda olan Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə saat 17:00 radələrinə Tovuz rayonu ərazisində saxlanılaraq Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nə gətirilmiş və həmin tarixdə saat 18:30 radələrində Gəncə şəhər BPİ-nin İTİ-yə təhvil verilmişdir. “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 22 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. “Təqsirləndirilən şəxsin tutulması haqqında” 22 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 may saat 19:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olduğu üçün tutulmuşdur. “Üzləşdirmə haqqında” 23 may 2025-ci il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ilə təqirlədirilən Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir. “Üzləşdirmə haqqında” 23 may 2025-ci il tarixli protokoldan görünür ki, iş üzrə Şahid1 ilə təqirləndirilən şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Şahid1 ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir “Cinayət əməlinin tövsüf edilməsi haqqında” 23 may 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsindən məcəllənin 150.2.5 və 150.2-1.1-ci maddələrinə tövsüf edilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 23 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.2.5 və 150.2-1.1-ci maddələri ilə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə, yəni xx.xx.2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış 23 aprel 2025-ci il tarixli, 2347 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserde qeydiyyatda durmur. Gəncə şəhər Narkoloji Dispanserindən alınmış 28 aprel 2025-ci il tarixli, 3097 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. “Materialın cinayət işinə birləşdirilməsi haqqında” 27 may 2025-ci il tarixli qərardan görünür ki, Tovuz rayon X8 Bölməsində toplanmış Goranboy rayonu Borsunlu kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs xəsarət alaraq Tovuz rayon Mərkəzi xəstəxanasına daxil olması faktı ilə bağlı toplanmış HK-1/1406 nömrəli, 22 may 2025-ci il tarixli material icraatda olan Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işinə birləşdirilmişdir. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 12 aprel 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaq aparılmışdır. Məhkəmə-tibbi ekspertizasının 23 may 2025-ci il tarixli, 506 nömrəli rəyindən görünür ki, 1974-cii il təvəllüdlü vat. Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsinə və təqdim olunan tibbi sənədlərə əsasən nəticəyə gəlirik; 1.vat. Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət — qarın nahiyəsinin kəsilmiş yarası-kəsici alətin təsiri nəticəsində əmələ galmişdir,əmələ gəlmə müddəti qararın təsviri hissəsində göstərilən tarixə yani, xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi tayin edilmir. Kompleks-məhkəmə-psixiatrik-psixoloji ekspertizasının 20 iyun 2025-ci il tarixli, 388 nömrəli rəyindən görünür ki, -Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, pisixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəlyindən əziyyət çəkmir. -Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman hər hansı bir ruhi(psixi) xəstəlikdən əziyyət çəkməmişdir. O, həmin vaxt öz hərəkətlərini idarə etmək və bunun məsuliyyətini dərk etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hadisə zamanı öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu odarə edə bilmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs o an ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. -Təqsirləndirilən şəxs hazırda da hər hansı bir ruhi(psixi) xəstəlikdən və ya müvəqqəti ruhi (psixi) pozğunluqdan əziyyət çəkməməsi səbəbindən öz hərəkətlərini idarə etmək və bunun məsuliyyətini dərk etmək iqtidarındadır. -Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CMnin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür, onun barəisində hal-hazırda tibbi xarakterli məcburi müalicəyə ehtiyac yoxdur. Məhkəmə tibbi eksperizasının 19 iyun 2025-ci il tarixli 615 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsiyyət üzvündə cinsi əlaqəyə mane ola bilən hər hansı bir səbəb (patologiya, seformasiya, çapıq toxuması) aşkar edilmədi. Məhkəmə-lifli materialların ekspertizasının 07 iyul 2025-ci il tarixli 16/552 nömrəli rəyindən görünür ki, -Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus geyim əşyaları, yorğan üzlük, döşək üzlük, balınc üzlük səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. - X1 məxsus polverin və şalvarın üzərindən tapılmış yaşıl rəngli hamar kimyəvi poliester liflər cinsi əlamətlərinə görə 01 ədəd yorğan üzlüyünün tərkib liflərinə uyğun gəlirlər. - Zərərçəkmiş şəxs məxsus şalvarın üzərindən tapılmış qırmızı rəngli material olunmuş kimyəvi poliester liflər cinsi əlamətlərinə görə 01 ədəd döşək üzlüyün tərkib liflərinə uyğun gəlirlər. - Zərərçəkmiş şəxs məxsus polverin üzərindən tapılmış yaşıl rəngli material olunmuş kimyəvi poliester liflər cinsi əlamətlərinə görə 01 ədəd döşək üzüyün tərkib liflərinə uyğun gəlirlər. - Zərərçəkmiş şəxs məxsus buzqalterin üzərində döşək üzü, yorğan üzü, balınc üzlüklərinin tərkib liflərindən yoxdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gənca Ağır Cinayətlər Məhkəməsinin 06 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05 yanvar 2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur, məhkumluğu yoxdur. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 06 iyun 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək ona 01 il müddətinə azadlıqdan məhrutetmə cəzasına məhkum edilmişdir. Zərərçəkmiş şəxs qismində dindirilməsi barədə DVD diskə baxış keçirilmiş və diskə baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs hadisə ilə bağlı suallar verilmişdir. O, bildirmişdir ki, atası Təqsirləndirilən şəxs ona qarşı iki dəfə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Eyni zamanda o, bildirmişdir ki, atası onunla qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində dindirilmiş istintaq hərəkətlərininin görüntülərinin qeydə alındığı bir ədəd DVD disk, Təqsirləndirilən şəxs yatdığı çarpayının hadisə zamanı üzərində olmuş bir ədəd yorğan üzlüyü, bir ədəd döşək üzü və bir ədəd balınc üzü, həmçinin Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd ağ rəngli qış koftası, bir ədəd qara rəngli idman şalvarı bir ədəd buzqalter iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və Gəncə Şəhər BPİ-nin maddi sübutların saxlanma anbarına saxlanca verilmişdir. Əməlin tövsifi və digər hüquqi məsələlər: Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunan ittiham üzrə özünü təqsirli bilməyərək, cinayət hadisəsini törətməməsi ilə bağlı ifadəsinə işin faktiki hallarına uyğun olmadığından, zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, üzləşdirmə protokolları, ekspertiza rəyləri ilə təkzib edildiyindən, həmin ifadələrə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin həmin ifadəsini məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirib inandırıcı hesab etmir. Belə ki, Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində atası Təqsirləndirilən şəxs ona qarşı əxlaqsız hərəkətlər etdiyini, eyni zamanda 23 may 2025-ci il tarixdə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs üzləşdirilməsi zamanı da Zərərçəkmiş şəxs ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha olanları təsdiq etmişdir. Bundan başqa məhkəmə istintaqı zamanı şahid kimi ifadəsi alınmış Zərərçəkmiş şəxs qardaşı Şahid2 hadisə vaxtı atası Ceyhunun bacısı Nuranəyə əxlaqsız təkliflər etdiyini eşitmişdiyini bildirmişdir. Odur ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi ilə bağlı xüsusatlar öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, üzləşdirmə protokollarını, istintaq hərəkəti protokollarını və digər sənədləri Azərbaycan Respublikasının CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 143- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 150.2-1.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmiş, həmçinin bu cinayətlərin törədilməsində o təqsirlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təkrarən yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə və belə zorun tətbiq etmək hədəsi ilə, zərərçəkmişin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətləri etməsi məhəkəmədə tam sübuta yetirilmişdir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs öz cinsiyyət orqanını gərgin vəziyyətə gətirərək Zərərçəkmiş şəxs arxa anus dəliyinə salıb anal dəlik sfinktorunun boşalması, şüavari büküşlərin hamarlaşması ilə nəticələnən, seksual xarakterli zorakılıq hərəkətləri etməsi ilə bağlı da ittiham elan edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 37-ci bəndində göstərilmişdir ki, “CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürül müş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır”. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittiham üzrə Təqsirləndirilən şəxs öz cinsiyyət orqanını gərgin vəziyyətə gətirərək Zərərçəkmiş şəxs arxa anus dəliyinə salıb anal dəlik sfinktorunun boşalması, şüavari büküşlərin hamarlaşması ila nəticələnən, seksual xarakterli zorakılıq hərəkətləri etməsi ilə bağlı ilə ona elan edilmiş ittihamdan çıxarılmalıdır. Belə ki, cinayət işinin materiallarına əsasən həmin epizodla bağlı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs ifadəsi və ekspert rəyləri tətqiq edilmişdir. Eyni zamanda məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs məhkəmə iclasında atası Təqsirləndirilən şəxs onunla qeyri-təbii yolla cinsi əlaqədə olmamasına dair ifadə vermişdir. Məhkəmə araşdırması zamanı cinayət işinin materialları tədqiq edilərkən müəyyən edilmişdir ki, “Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya birliyi” publik hüquqi şəxsin 03 aprel 2025-ci il tarixli 324 nömrəli rəyindən görünür ki:

1. Azyaşlı Zərərçəkmiş şəxs bədəni üzərində xəsarət müəyyən edilmədi.

2. Azyaşlı Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı hal-hazırda pozulmamışdır.

3. Azyaşİı Zərərçəkmiş şəxs anus dəliyi nahiyəsində müəyyən edilmiş anal dəlik sfinktorunun boşalması, şüavari büküşlərin hamarlaşması anal dəlik vasitəsi ilə qeyri-təbii yolla cinsi əlaqəni təsdiq edən əlamətlərdəndir. Məhkəmə baxışı zamanı “Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya birliyi” publik hüquqi şəxsin 03 aprel 2025-ci il tarixli 324 nömrəli rəyində göstərilən halların araşdırılması zamanı Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinin video görüntüsünün əks olunduğu disk nümayiş etdirilmiş və Zərərçəkmiş şəxs atası Təqsirləndirilən şəxs onunla qeyri-təbii yolla cinsi əlaqədə olmadığını bildirmişdir. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz cinsiyyət orqanını gərgin vəziyyətə gətirərək Zərərçəkmiş şəxs arxa anus dəliyinə salıb anal dəlik sfinktorunun boşalması, şüavari büküşlərin hamarlaşması ila nəticələnən, seksual xarakterli zorakılıq hərəkətləri etməsi ilə bağlı epizod təqsirləndirilən şəxsə elan edilmiş ittihamdan xaric edilib, bu barədə İbtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsif məsələsini də həll etmiş və belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.2-1.1 maddəsi ilə tövsif edilməli və o həmin maddə ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə bu nəticəyə gələrkən «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003cü il tarixli 04 saylı qərarının 1-ci bəndinin izahını da nəzərə alır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etsinlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə bu mənada törədilən cinayətin qurbanının azyaşlı uşaq olmasını, baş vermiş hadisə nəticəsində iş üzrə zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs mənəvi və psixoloji sarsıntılarına məruz qalmasını, təqsirləndirilən şəxsin hadisədən əvvəlki və sonrakı davranışlarını qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən etməmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsi 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal (əməlin təkrar və zərərçəkmiş şəxsin köməksiz vəziyyət olmaqla törədilməsi maddənin dispozisiyasında birbaşa ifadə olunduğundan) müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 150.2-1.1-ci maddəsinə görə yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etməyə görə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İşn faktiki hallarından da göründüyü kimi təqsirləndirilən şəxsin qeyd edilən cinayət əməlini Zərərçəkmiş şəxsnn atası olmaqla ailə münasibətlərinə əsasən bir valideyin kimi azyaşlılara qayğı göstərməli və tərbiyəsi ilə məşğul olmalı olduğu halda valideyin kimi onun köməksiz vəziyyətindən sui-istifadə edərək hazırki əməli törətməsi ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş əlavə cəzanın da təyin edilməsini zəruri edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli xüsusilə ağır cinayət hesab olunduğundan, o, Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbləri qaydasında təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu gündən, yəni 22 may 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübutlar –Gəncə Şəhər BPİ-nin saxlama anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs yatdığı çarpayının hadisə zamanı üzərində olmuş bir ədəd yorğan üzlüyü, bir ədəd döşək üzü və bir ədəd balmc üzü qanuni sahibinə qaytarılmalı , qəbul edilmədikdə məhv edilməli, həmçinin Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd ağ rəngli qış koftası, bir ədəd qara rəngli idman şalvarı və bir ədəd buzqalteri özünə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Zərərçəkmiş şəxs qismində dindirilməsi ətinin görüntülərinin qeydə alındığı bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəflərinə aid olan 60.80 (altmış manat səksən qəpik) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə, məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi 12 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 12 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə Reginal Vəkil Bürosunun hesabına 132 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəm

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 150.2-1.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətə övladını tərbiyə etmək hüququndan məhrum edilməklə 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun şübһəli şəxs qismində tutulduğu 22 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə Şəhər BPİ-nin saxlama anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs yatdığı çarpayının hadisə zamanı üzərində olmuş bir ədəd yorğan üzlüyü, bir ədəd döşək üzü və bir ədəd balmc üzü qanuni sahibinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, həmçinin Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd ağ rəngli qış koftası, bir ədəd qara rəngli idman şalvarı və bir ədəd buzqalteri özünə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Zərərçəkmiş şəxs qismində dindirilməsinin görüntülərinin qeydə alındığı bir ədəd DVD diskin iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəflərinə aid olan 60.80 (altmış manat səksən qəpik) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına 132 manat məbləğində pul köçürülsün.İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar