Məhkəmə qərarları › İş №1(100)-492/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-492/2022

08.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-492/2022 08.12.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və X2 ibarət tərkibdə Məhkəmə iclasının katibi: X8 oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bərdə rayonu Mirzalıbəyli kəndində anadan оlmuş, Аzərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Mirzalıbəyli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayında Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən özünə məxsus fərdi yaşayış evində və qonşuluqda yerləşən atası X3 fərdi yaşayış evinin həyətində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Аzərbaycan Respublikasının Qanununun İİİ siyahısınа əsasən külli miqdarda, yəni 26 (iyirmi altı) ədəd ümumi təmiz çəkisi 36600 qram оlan əkilib-yetişdirilməsi və toplanması qadağan olunan narkotik tərkibli çətənə (kannabis) bitkisini qanunsuz olaraq əkib, yetişdirməklə kultivasiya etmiş, 26 iyul 2022-ci il tarixdə saat 19:20 radələrində Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinə baxış keçirilən zaman 16 ədəd, X12a məxsus fərdi yaşayış evinə baxış keçirilən zaman isə 10 ədəd onun tərəfindən kultivasiya edilmiş, ümumilikdə 26 (iyirmi altı) ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ittiham olunduğu maddə ilə təqsirli bilərək ifadəsində göstərdi ki, Bərdə rayonu Mirzalıbəyli kəndində ailə üzvlərilə birgə yaşayır. X10 bir məhlədə yaşasada evləri ayrı-ayrıdır. X12 anası ilə yaşayır, o, isə öz ailə üzvlərilə birgə ayrı yaşayır. Tutulmamışdan təxminən bir neçə ay qabaqdan narkotik vasitə hesab edilən marixuana istifadə edir. Təxminən 2-3 ay əvvəl Bərdə rayonu Mirzalıbəyli kəndi ərazisindən keçən su kanalının kənarından kibrit qutusunda marixuana toxumu tapmış və həmin qutunu cibinə qoyaraq öz yaşadığı evə gətirmiş, bundan sonra həmin toxumlardan bir neçə ədədini öz yaşadığı evə aparmış, həmin narkotik vasitəni əkibbecərdikdən sonra öz şəxsi istifadəsi üçün saxlamaq niyyətində olmuş, buna görədə öz yaşadığı evin həyətində 16 ədəd marixuana kolu X12un həyətində isə 10 ədəd çətənə kolu əkib becərməyə başlamışdır. O, həmin kolları su vasitəsi ilə becərmiş və ara sıra gedib nəzarət etmişdir. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində öz yaşadığı evdə olarkən polis əməkdaşları X12un yaşadığı evin qarşısına gələrək onu çağırmışlar və o, atası Zahidlə birgə evin qarşısına çıxmışdır. Həmin vaxt polis əməkdaşları ona yaşadığı evin həyətində narkotik vasitə əkib-əkmədiyini soruşmuş və həyətinə baxış keçirmək istədiklərini bildirmişlər. O, buna etirazı olmadığını bildirmiş və şifahi sorğu zamanı yaşadığı evin həyətində narkotik vasitə əkdiyini səmimi etiraf etmiş və həmin narkotik vasitənin yerini göstərə biləcəyini bildirmişdir. Bundan sonra onun iştirakıyla polis əməkdaşları həyətə daxil olmuş və onlar əvvəlcə X12un yaşadığı evin həyətində olan məhləyə daxil olmuş və o, həmin məhlədə qarğıdalıların arasında əkmiş olduğu 10 ədəd çətənə kollarını polis əməkdaşlarına göstərmiş və bundan sonra polis əməkdaşları həmin kolları kökündən çıxardaraq evin qarşısında olan həyətə yığmışlar. Daha sonra ondan başqa yerdə narkotik vasitə əkib-əkmədiyimi soruşmuşlar. O, öz yaşadığı evin həyətində də çətənə kolları əkdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə öz yaşadığı evin həyətinə getmiş və evinin həyətyanı sahəsində əkmiş olduğu 16 ədəd kolu göstərərək həmin kolları əkib-becərdiyini bildirmişdir. Bundan sonra həmin marixuana kollarına onun iştirakı ilə baxış keçirilmiş və sayılmış, həmin vaxt əkib becərdiyi kolların ümumi sayının 26 ədəd olduğu müəyyən olunmuş, daha sonra həmin kollar qablaşdırılaraq götürülmüşdür. O, tutduğu əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Bərdə RPŞ-nin CAB-nın əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. 26 iyul 2022-ci il tarixdə polis şöbəsinə Bərdə rayonu Mirzalıbəyli kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməkdə şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, ona görə də həmin tarixdə tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar polis şöbəsinin rəisi tərəfindən təsdiqləndi. Həmin gün saat 19 radələrində o, Bərdə rayon polis şöbəsinin əməkdaşları Şahid3, Şahid5, Şahid4 və təhqiqatçı Orxan Məmmədov ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən ünvana yollanmışlar. Baxış keçirilməsində iştirak edərək rəy bildirməsi üçün mütəxəssis qismində aqronom da dəvət edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin darvazası qarşısına gəldikdən sonra sonuncu çölə çağırılmış və evinin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi ilə bağlı məlumat əldə edildiyi, buna görə də həyətyanı sahəyə baxış keçirilməli olduğu izah edilmişdir. Həmin vaxt onunla birlikdə atası X6 da onların yanına gəlmiş və baxış keçirilməsində iştirak etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs həyətyanı sahədə narkotik tərkibli bitkilər əkib-becərdiyini səmimi şəkildə etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və Zahid Yusibovdan videoçəkilişdən istifadə edilməklə baxış keçirilməsinə hər hansı etirazı olub-olmaması soruşulmuş, onlar ərizə yazıb imzamaqla buna heç bir etirazı olmadığını bildirmişlər. Bundan sonra polis əməkdaşları və aqronomla birlikdə Zahid Yusibova məxsus evin həyətyani sahəsinə daxil olaraq həyətin ortasında qarğıdan çəkilmiş hasarın qapısından keçərək Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsinə daxil olmuşlar. Təqsirləndirilən şəxs X12un da həyətyani sahəsində narkotik tərkibli çətənə bitkilərini əkibbecərdiyini bildirmiş, polis əməkdaşlarına qarğı hasarı keçdikdən sonra sağ hissədə olan qarğıdalı bitkiləri əkilmiş yerdə narkotik tərkibli bitkiləri göstərmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin kolları göstərərək onları təxminən 2-3 ay əvvəl əkdiyini qeyd etmişdir. Ardınca aqronom bitkilərə baxış keçirib hər birinə ayrı-ayrılıqda aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Daha sonra kolları bir-bir gövdələrindən tutub çıxarılmış və sayılaraq 10 ədəd olduqları müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs öz yaşadığı evin həyətində də narkotik tərkibli çətənə bitkisi əkdiyini bildirmişdir. Ardınca Şamilin yaşadığı evin həyətinə girmişlər. Həyətə girən zaman Təqsirləndirilən şəxs sağ tərəfdə olan qarğıdan hasarlanmış ərazidə narkotik tərkibli çətənə bitkiləri olduğunu bildirmişdir. Həmin ərazidə də 16 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilmişdir. Aqronom bitkilərə baxış keçirib hər birinə ayrı-ayrılıqda aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Ardınca narkotik tərkibli çətənə kolları birbir gövdələrindən tutub çıxarılmışdır. Bütün kollar ekspertiza tədqiqatına göndəriləcəkləri bildirilərək qablaşdırılıb götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs tərəflərindən Bərdə rayon polis şöbəsinə gətirilmiş və şübhəli şəxs qismində tutularaq onun və digər polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış, onun üzərindən heç bir qanunsuz əşya və predmet aşkarlanmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid6, Şahid4 və Şahid5 Şahid2 verdiyi ifadəsinə oxşar məzmunlu ifadələr verərək onun ifadəsində göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirdi ki, 2020-ci ilin fevral ayından Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) X4 Mərkəzində aparıcı aqronom işləyir. Vəzifəsi Bərdə rayonu ərazisində bitkiçiliklə bağlı xəstəliklərin öyrənilməsi, aşkara çıxarılması və zərərsizləşdirilməsinin təşkil edilməsindən ibarətdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 26 iyul 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinin əməkdaşları onunla əlaqə saxlayıb Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi şübhəsi olduğunu bildirərək onu şəxsin yaşadığı ünvana baxış keçirilməsi məqsədilə dəvət etdilər. O, baxış keçirilməsində aqronom kimi iştirak etmişdir. Həmin gün saat 19 radələrində onun və Bərdə rayon polis şöbəsinin əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən ünvana yollanmışlar. Polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs evinin darvazası qarşısına gəldikdən sonra sonuncu çölə çağırılmış, Təqsirləndirilən şəxs və X12 evin darvazası qarşısına çıxanda həmin şəxsə yaşadığı ünvanda narkotik tərkibli bitkilər əkib-becərməsi ilə bağlı məlumat əldə edildiyi, buna görə də evə baxış keçirilməli olduğu bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərdiyini etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və X12dan həyətyanı sahəyə videoçəkilişdən istifadə edilməklə baxış keçirilməsinə hər hansı etirazı olub-olmaması soruşmuş, onlarda buna heç bir etirazı olmadıqlarını demişlər. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Zahid Yusibovun evinin həyətyanı sahəsinə daxil olmuş, Təqsirləndirilən şəxs polis əməkdaşlarına atasının yaşadığı evin həyətində də qarğıdalı bitkilərinin arasında narkotik tərkibli bitkilər əkib-becərdiyini və qulluq etdiyini demiş, ardınca o, bitkilərə baxış keçirib hər birinə ayrı-ayrılıqda aqrotexniki qaydada qulluq edildiyini bildirmiş, bundan sonra həmin həyətdən digər həyətə qarğı hasardan keçmişlər, orda da Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilər əkdiyini bildirmişdir. Ardınca o, həmin bitkilərə də baxış keçirib hər birinə ayrı-ayrılıqda aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Daha sonra kollar polis əməkdaşları tərəfindən bir-bir gövdələrindən tutub çıxarılmış və sayılaraq 10 və 16 ədəd olmaqla cəmi 26 ədəd narkotik tərkibli çətənə kolu olduqları müəyyən edilmişdir. Kollar sayıldıqdan sonra ekspertiza tədqiqatına göndəriləcəkləri bildirilərək qablaşdırılıb götürülmüşdür. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, eləcə də iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış 26 iyul 2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə kollarının əkib becərməsi, saxlaması barədə məlumat vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış 26 iyul 2022-ci il tarixli “baxış keçirilməsi barədə” protokoldan və DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə və X12un fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman 26 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. 34 Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış 28 iyul 2022-ci il tarixli “əməliyyat axtarış tədbirinin qanuniliyinin yoxlanılması barədə” qərardan görünür ki, Bərdə rayon RPŞ CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən qəbul edilmiş 26 iyul 2022-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış 26 iyul 2022-ci il tarixli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) X4 Mərkəzinin aparıcı aqronomu Şahid7 rəyindən görünür ki, Bərdə rayonu Mirzalıbəyli kəndində yaşamış Təqsirləndirilən şəxs məxsus evin həyətyanı sahəsinə baxış keçirilən zaman həyətdə əkilmiş 26 ədəd narko xassəli bitkilərə aid olan çətənə kolu aşkar edilmişdir. Həmin kollarına baxış keçirilən zaman müəyyən edilmişdir ki, əkilmiş 26 ədəd çətənə koluna aqrotexniki qaydada qulluq olunmuş və becərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Ədliyyəy Nazirliyinin Məhkəmə Ekspertiza X5 bölməsinin 27 iyul 2022-ci il tarixli, 16/890 saylı məhkəmə-bioloji ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Bərdə rayonu Mirzalıbəyli kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş 26 ədəd çətənə kolları.......” yazıları və imzalar olan 1(bir) ədəd göy rəngli çadır bağlamada, ümumi sayı 26 (iyirmi altı) ədəd ümumi təmiz çəkisi 36600 qram bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aparıcı aqronom (mütəxəssis) Şahid7 rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 5 noyabr 2022-ci il tarixli 1670 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nazirliyi Bərdə rayon polis şöbəsinin 26 sentyabr 2022-ci il tarixli ********* nömrəli məktubundan görünür ki, Bərdə rayonu Mirzalıbəyli kəndində yaşamış Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkisinin kollarını əkib-becərməklə kultivasiyası ilə məşğul olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 5 noyabr 2022-ci il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə və X12un həyətyanı sahəsinə baxış keçirilərkən götürülmüş ümumi təmiz çəkisi ekspert tədqiqindən sonra qalan 36599,48 qram olan 26 ədəd ədəd narkotik tərkibli çətənə bitkisi maddi sübüt kimi tanınaraq Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanca verilmiş, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yeni-Əyricə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 28 iyul 2022-ci il tarixli 549 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Mirzəbəyli kəndində və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı var. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş 9 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış 26 iyul 2022-ci il tarixli «cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» protokoldan və Bərdə rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə 26 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, göstərilən sübut növlərinə əsasən hesab edir ki, məhkəmədə Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda çətənə (kannabis) bitkiləri kultivasiya etmə cinayətini törətməsi özünün həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı tam etirafedici ifadələri, şahidlərin ifadələri və cinayət işinin materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərini rəhbər tutmaqla bir-biri ilə və ayrı-ayrılıqda, məcmu halda müqayisəli şəkildə araşdıraraq məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin tam etirafedici ifadəlləri, şahidlərin ifadələrini, məhkəmə istintaqı zamanı tədqiq olumuş istintaq hərəkətlərinin protokollarını, maddi sübutları, eləcə də məhkəmə ekspertiza rəylərini, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməklə həmin ifadələri, istintaq hərəkətlərinin protokollarını, maddi sübutları və ekspertiza rəylərini təqsirləndirilən şəxsin əməlinin cinayət tərkibini yaratması, cinayətin törədilməsində iştirakını, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən sübut növləri kimi qəbul edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il 2 №-li qərarının 19-cu bəndinin tövsiyyələrində qeyd olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 fevral 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu yabanı bitkilərin toplanmasının kultivasiyaya aid edilib-edilməməsi məsələsi ilə əlaqədar qeyd edir ki, elmi mənasına görə “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. Beləliklə, məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll edərkən hesab edir ki, məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin dizpozisiya şərtləri ilə uyğun gəlir. Buna görə də, təqsirləndirilən şəxsin əməli həmin maddə ilə düzgün tövsif edildiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 azyaşlı uşağının olmasını, CM-nin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlindən peşman olmasını, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilirki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, yuxarıda şərh edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu vaxtdan yəni, 26 iyul 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CPM-nın 132-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olaraq Bərdə RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə və X12un həyətyanı sahəsinə baxış keçirilərkən götürülmüş ekspert tədqiqindən sonra qalıq çəkisi 36599,48 qram olan 26 ədəd narkotik tərkibli çətənə bitkisi məhv edilməli, 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfi olan 32,40 (otuz iki manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesi zamanı müdafiə etməyə görə müdafiəçinin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 26 iyul 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbir təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olaraq Bərdə RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə və X12un həyətyanı sahəsinə baxış keçirilərkən götürülmüş ekspert tədqiqindən sonra qalıq çəkisi 36599,48 qram olan 26 ədəd narkotik tərkibli çətənə bitkisi məhv edilsin, 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar