Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-493/2023 11.12.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X9 və X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Şəmkir rayonunda, anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, Şəmkir rayonu, Təzəkənd kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayının əvvəlində istintaqa dəqiq məlum olmayan tarixdə Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən yarımtikilidə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin İİİ siyahısı” ilə müəyyən edilmiş tərkibində narkotik maddələr olan, çətənə (kannabis) bitkilərinin toxumlarını qanunsuz olaraq torpaqda əkib aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etmiş, daxil olmuş əməliyyat məlumatı əsasında 27 iyul 2023-cü il tarixdə saat 19 radələrində Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin evə baxış keçirilərkən evin həyətyanı torpaq sahəsindən 3 ədəd, yaşayış binası ilə üzbəüz yerləşən yarımtikilidən isə 18 ədəd olmaqla, ümumilikdə 21 (iyirmi bir) ədəd, yəni külli miqdarda əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) kolları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə olan marixuanadan istifadə edir. 2023-cü ilin fevral ayında yaşadığı Təzəkənd kəndi ərazisindən keçən su kanalının kənarında olan zaman həmin su kanalında yabanı halda bitmiş çətənə kollarını görmüş və narkotik vasitə marixunadan istifadə etdiyi üçün həmin yabanı halda bitmiş çətənə kollarının üzərində olan toxumlarını yığaraq gələcəkdə əkib sonra istifadə etmək üçün özündə saxlamışdır. Həmin toxumları heç kim görmədən evə gətirmiş və evin dam örtüyünün alt hissəsində gizlətmişdir. 2023-cü ilin aprel ayında həmin çətənə toxumlarını götürüb evin həyətyanı sahəsində və fərdi yaşayış evlərinin qarşısında yerləşən yarımtikilidə əkmiş, sonra həmin toxumlara qulluq etmiş və toxumlar bitməyə başlamışdır. xx.xx.2023-cü il tarixdə yaşadığı evdə olarkən polis əməkdaşları onun yaşayış evinə və həyətyanı sahəsinə baxış keçirilməsini bildirmişlər. O, polis əməkdaşlarına etiraz etməmiş və bu barədə ərizə yazaraq etiraz etmədiyini bildirmişdir. Bundan sonra polis əməkdaşlarının və polis əməkdaları tərəfindən dəvət edilmiş aqronomun iştirakı ilə yaşadığı Şəmkir rayonu Təzəkənd kəndində fərdi yaşayış evinə və həyətyanı sahəsinə baxış keçirilmiş, polis əməkdaşları və aqronumun iştirakı ilə baxış keçirilən zaman evinin həyətyanı sahəsindən 3 (üç) ədəd və evinin qarşısında yerləşən yarımtikilidən isə 18 (on səkkiz) ədəd xüsusi qulluq etiyi narkotik tərkibli çətənə kolları aşkar edilmişdir. Həmin çətənə kolları polis əməkdaşları tərəfindən bir-bir kökündən çıxarılmış və videoçəkilişlə çəkilmiş və qablaşdırlaraq götürülmüşdür. Bütün bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 27 iyul 2023-cü il tarixdə mənə Şəmkir rayonu,Təzəkənd kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkiləri kultivasiya etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə rəhbərliyə raportla müraciət etdikdən sonra rəhbərliyin göstərişi ilə saat təxminən 19 radələrində Şəmkir RPŞ-nin Kür PB-nin əməkdaşları ilə Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs yaşdığı evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə kollarının əkib-becərməsində şübhəli olduğunu deyib onun yaşadığı evin həyətyanı məhləsinə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs isə yaşadığı evin həyətyanı sahəsinə tərəflərindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş, bunun ardınca həmin ünvana mütəxəssisaqronom dəvət edilmiş, bundan sonra isə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə videoçəkilişlə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs isə ərizə ilə müraciət edərək yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş, bundan sonra yuxarıda adlarını çəkdiyi polis əməkdaşlarının və mütəxəssisaqronomun iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə tərəflərindən baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən yarımtikilidən 18 ədəd narkoik tərkibli çətənə kolları aşkar olunmuş, onun ardınca həyətyanı sahəyə baxış keçirilmiş və baxış zamanı həyətyanı sahədən 03 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilmiş, bu vaxt Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən yarımtikilidən aşkar edilmiş 18 ədəd və evin həyətyanı sahəsindən aşkar edilmiş 03 ədəd narkotik tərkibli çətənə kollarını təxminən 2023-cü ilin aprel ayının əvvələrində əkdiyini və bundan sonra mütəmadi olaraq qulluq göstərdiyini bildirmişdir. Bundan sonra mütəxəssis aşkar edilmiş yaş halda olan çətənə kollarına xüsusi qaydada qulluq olunduğunu bildirmişdir. Bundan sonra aşkar edilərək götürülmüş narkotik tərkibli çətənə kolları yaş halda 21 ədəd çətənə kolları qablaşdırılaraq götürülmüşdür. Bunun ardınca isə Təqsirləndirilən şəxs fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı onun evindən heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, X8 və Şahid4 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, rəsmi olaraq heç yerdə işləmir, evdar qadındır. Təqsirləndirilən şəxs onun oğludur. Emin həyat yoldaşı və bir azyaşlı övladı ilə onun yanında yaşayırlar Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulmamışdan əvvəl heç bir yerdə işləməmiş, fərdi işlə məşğul olmuşdur. 27 iyul 2023-cü il tarixdə saat 19 radələrində evdə olan zaman polis əməkdaşlarının Təqsirləndirilən şəxslə birlikdə onların evin həyətində olduqlarını görüb gəlini ilə birlikdə evin həyətinə çıxmışlar. Həmin vaxt polis əməkdaşları oğlu Təqsirləndirilən şəxs evin həyətində narkotik tərkibli çətənə kollarının əkilməsində şübhəli olduğunu bildirib evin həyətinə baxış keçirəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs və onlar evin həyətinə, evə baxış keçirilməsinə heç bir etirazlarının olmadığını bildirmişlər. Həmin vaxt onlar iştirakları polis əməkdaşları evin həyətinə baxış keçirən zaman evin qarşısında olan yarımtikilidə 18 ədəd narkotik tərkibli çətənə kolları aşkar etmişlər. Sonra polis əməkdaşları tərəfindən evin həyətinə baxış keçirilən zaman evin həyətyanı sahəsindən 3 (üç) ədəd narkotik tərkibli çətənə kolları aşkar etmişlər. Polis əməkdaşları tərəfindən aşkar edilmiş 21 ədəd narkotik tərkibli çətənə kolları polis əməkdaşı tərəfindən aqronomun iştirakı ilə videogörüntü vasitəsi ilə sənədləşdirilərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə kollarını evin həyətində əkməsi barədə heç bir məlumatı olmamışdır. xx.xx.2023-cü il tarixli «Raportan» görünür ki, Təqsirləndirilən şəxs X2 dövriyyəsi və əkib becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu Təzəkənd kəndində yerləşən fərdi yaşıyış evinə baxış keçirilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 5(076)-190/2023 saylı qərarından görünür ki, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarın Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə dair hissəsi qanuni hesab edilmişdir. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayon Təzəkənd kəndində yerləşən fərdi yaşayış evinə və həmin evin həyatyanı sahəsinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən və diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayon Təzəkənd kəndində yerləşən fərdi yaşayış evinin həyatyanı sahəsinə baxış keçirilmiş və baxış zamanı fərdi yaşayış evinin həyətyanı sahəsindən 03 (üç) ədəd və həmin həyətyanı sahədə olan yarımtikilidən isə 18 (on səkkiz) ədəd çətənə (kannabis) bitkilərinin aşkar edilərək götürülmüşdür. Şəmkir rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, tapşırıqla əlaqədar Şəmkir rayon polis şöbəsinin Kür PB-nin əməkdaşları tərəfindən bir sıra əməliyyat tədbirləri həyata keçirilmişdir. Tapşırıqda qeyd olunanlarla bağlı olaraq Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Təzəkənd kəndi ərazisindən keçən su kanalının kənarından narkotik tərkibli çətənə kollarının toxumlarını yığaraq öz fərdi yaşayış evinin həyətində və həyətdə yerləşən yarımtikilidə əkərək öz şəxsi istifadəsi üçün qulluq etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin alqısatqısı ilə məşğul olmamış və hazırda olmur. Qeyd olunan istiqamətdə tədbirlərinin davam etdirildiyini, müsbət nəticə əldə olunarsa əlavə məlumat veriləcəyi göstərilmişdir. «Şəxsi axtarış və götürmə haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin ondan hər hansı qanunsuz əşya və predmet aşkar olunmamışdır. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 16/757 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində“ Təqsirləndirilən şəxs yaşadığı evin qarşısından yarımtikilidən və həyətyanı sahədən aşkar olunmuş 21 ədəd çətənə kollar” adlar və imzalar olan baş-başa keçirilmiş sintetik kisədəki 21(iyirmi bir) ədəd ümumi təmiz çəkisi 6550 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) X6 rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 575 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar olunmur. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1537 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 27 iyul 2023-cü ildən hesablanmışdır. Şəmkir rayon Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon Təzəkənd kəndində yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarekterizə olunur. AA ******* saylı “Şəxsiyyət vəsiqəsinin” surətindən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə anadan olmuşdur. 1065 saylı vəsiqənin surətindən görünür ki, X3 Əfqanıstan müharibəsi iştirakçısıdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından məlum olur ki, Təqsirləndirilən şəxs məhkumğu yoxdur. “Sübutların qiymətləndirilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu,Təzəkənd kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən 03 (üç) ədəd və həmin həyətyanı sahədə olan yarımtikilidən isə 18 ədəd çətənə (kannabis) bitkiləri iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Şəmkir RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir.Eləcə də Təqsirləndirilən şəxs yaşadığı evinə və evinin həyətyanı sahəsinə baxış keçirilən zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materialların əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində əkdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X4 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsinə, yetişdirilməsinə və ya toplanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, atasının Əfqanıstan müharibəsi iştirakçısı olmasını, əməlindən səmimi peşman olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəliliyini, cəzasını yüngülləşdirən halların olmasını cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasının aşağı hədlərində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab etməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edirki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Şəmkir Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs Şəmkir rayonu,Təzəkənd kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən 03 (üç) ədəd və həmin həyətyanı sahədə olan yarımtikilidən isə 18 ədəd çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X2 X4 üzrə Dövlət Komissiyasının Daimi X11 Qrupu tərəfindən həyata keçirilməlidir. Eləcə də Təqsirləndirilən şəxs yaşadığı evinə və evinin həyətyanı sahəsinə baxış keçirilən zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materialların əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat, 40 (qırx)qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu 27 iyul 2023-cü il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilən və Şəmkir Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs Şəmkir rayonu,Təzəkənd kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən 03 (üç) ədəd və həmin həyətyanı sahədə olan yarımtikilidən isə 18 ədəd çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X2 X4 üzrə Dövlət Komissiyasının Daimi X11 Qrupu tərəfindən həyata keçirilsin. Eləcə də Təqsirləndirilən şəxs yaşadığı evinə və evinin həyətyanı sahəsinə baxış keçirilən zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materialların əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat, 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-493/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-493/2023
11.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver