Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-498/2025 08.01.2026 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İbişov İlkin İlqar oğlu (sədrlik edən), hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1965-ci ildə Şəmkir rayonu, Qaracəmirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Şəmkir rayonu, Qaracəmirli kəndində qeydiyyatda olmaqla yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyənetdi Təqsirləndirilən şəxs alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi digər mexaniki nəqliyyat vasitəsi olan traktorla yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan və yol nəqliyyat hadisəsi yerindən qaçma cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 21 iyun 2024-cü il tarixdə, saat 14 radələrində Şəmkir rayonu, Təzəkənd-Qaracəmirli avtomobil yolunun Şəmkir rayonu, Qaracəmirli kəndi ərazisindən keçən nizamlanmayan yol ayrıcında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə riayət etməli olduğu halda, yəni hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqollu maddələrin istifadə edilməsi nəticəsində nəqliyyat vasitəsini idarə etməməli olduğu halda, Qanunun qeyd edilən tələblərinə riayət etməyərək alkoqollu içkilərin qəbulu nəticəsində 0,7 promill alkoqol sərxoşluğu halında “Yol hərəkəti haqqinda” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan, həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin tələblərini pozaraq nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə, faktiki olaraq özünü sahibliyində olmaqla A № 087979 nömrəli texniki pasporta əsasən X8 adına olan, 02-00 dövlət qeydiyyat nömrəli, digər mexaniki nəqliyyat vasitəsi olan “Belarus” markalı traktorla Şəmkir rayonu, Təzəkənd kəndi istiqamətində hərəkətdə olub yolu sola tərəf istiqamətə dönərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin tələblərinə riayət etməli olduğu halda, yəni relssiz nəqliyyat vasitəsinin sürücüsü sola və dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməli olduğu halda, Qanunun qeyd edilən tələblərinə riayət etməyərək qarşıdan əks istiqamətində öz hərəkət zolağı ilə hərəkət edən X9 idarə etdiyi “VAZ-2106” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanı avtomobilin yaxınlaşması şəraitində yol ayrıcında dönmə əməliyyatı aparmaqla idarə etdiyi traktoru avtomobil yolunun sol hərəkət hissəsinə, qarşı hərəkət zolağına çıxararaq “VAZ-2106” markalı avtomobilin sürücüsü Səxavət Alıyevin hərəkəti üçün təhlükəli şərait yaratmış, onun hərəkətinə üstünlük verməyərək dönmə əməliyyatı etməklə törətmiş olduğu yol-nəqliyyat hadisəsi nəticəsində ehtiyatsızlıqdan X12 alın nahiyəsinin, burunun sağ yan səthinin, çənəaltı nahiyəinin əzilmiş yaraları, kəllə əsası sümüklərinin sınıqları, beyinin yumşaq qişasına qansızmalar, beyin toxumasının əzilməsi, döş qəfəsinin və qarın nahiyəsinin sıyrıqları, sağ tərəfi İİİ-İV- V-Vİ-Vİİ-Vİİİ qabırğaların yerini dəyişmiş sınıqları, sağ tərəfli hemotraks, sağ ağciyərin əzilmiş yarası, sağ bazu sümüyünün açıq, çoxqəlpəli, yerini dəyişmiş sınıqları, sol bazu nahiyəsinin bayır səthinin və hər iki diz oynağının ön səthinin sıyrıqları və onun ölümünə səbəb olan avtomobil qəzası zamanı aldığı ağır kəllə-beyin travması nəticəsində baş beyin toxumasının əzilməsi ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə ehtiyatsızlıqdan X9 ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozma və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə riayət etməli olduğu halda, yəni yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməli, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərərçəkəni həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı, zərərçəkəni öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməli, hadisə haqqında Azərbaycan Respublikasının daxili işlər orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının daxili işlər orqanının əməkdaşlarının gəlməsini gözləməli olduğu halda, Qanunun qeyd edilən tələblərinə əməl etməyərək yol nəqliyyat hadisəsi yerindən qaçmaqla sərxoş halda idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan və yol nəqliyyat hadisəsi yerindən qaçma cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, evdən çıxdıqdan sonra yolu dönmək istəyərkən, toy avtomobillərinin gəldiyini görərək dayanmış ki, onlar keçdikdən sonra yoluna davam etsin. Həmçinin həmin vaxt qarşıdan “Vaz-2106” markalı avtomobil gəlmiş, yolu dönən zaman arxadan avtomobilin gəlib-gəlmədiyini yoxlamaq üçün geriyə baxmış, həmin vaxt toqquşma baş vermişdir. Daha sonra traktordan düşərək digər avtomobili ayıraraq kənara qoymuşlar. Ətrafda olan şəxslər ona “burada nəyə görə durubsan, çıx get” demiş, o da evə getmiş, bir müddət sonra polis əməkdaşları onun yaşadığı mənzilə gəlmişlər. Əlavə olaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, hadisə vaxtı içkili olmuş, təqribən 2 qədəh spirtli içki qəbul etmişdir. Olduğu istiqamətdən sol tərəfə dönərək əsas yola çıxmaq isdəyərkən, digər nəqliyyat vasitələrinə yol vermiş, arxaya dönüb baxarkən təxminən 20-25 metr uzaqlıqdan avtomobil gəlmiş və həmin zaman qəza baş vermişdir. Avtoqəzanın baş verdiyi avtomobilin yoluna çıxmamış, körpüdə həmin avtomobil onun yoluna çıxmışdır. Avtomobilin gəldiyini görmüş, arxaya baxdığı an qəza baş vermişdir. Spirtli içki qəbul etməsəydi, qəzanın qarşısını alıbalmayacağını bilmir, həmin vaxt toy karvanında olan şəxslər yaralılara kömək etmişlər. Hadisə vaxtı traktorda qızı olmuş, hadisədən sonra o başqa avtomobil ilə evə getmişdir. Yoldan keçən şəxslər təcili tibbi yardım avtomobili çağırmış, ona yaralanan şəxslərin kəndin adamı olduğunu söyləmiş və problem yaratmadan çıxıb getməyini bildirmişlər. Traktoru digər avtomobildən aralayaraq mərhumu avtomobildən çıxarmış, traktoru 5-10 metr arxaya çəkərək hadisə yerində qoymuşdur. Hadisə yerində olan şəxslər onu tanımış, çünki kənddə həmin traktoru yalnız o idarə etmiş, həmçinin polis onu yaşadığı mənzildən aparmışdır. Hadisə zamanı yolu tam dönməmiş, sola dönən zaman idarə etdiyi traktor sol istiqamətə cüzi olaraq əyilmişdir. Yol səthi asfalt olmuş, zolaq nişanlanması olmamış və yolun kimə məxsus olduğunu bilmir. Hadisə yerində təxminən 15-20 nəfər şəxs olmuş, mərhumu avtomobildən çıxaran zaman artıq öldüyünü müşahidə etmişdir. Təcili tibbi yardıma və mərhumun atasına ətrafda olan şəxslər zəng etmişlər. Zərərçəkmişə hər-hansı maddi ziyanla bağlı ödəniş etməmiş, lakin barışıq əldə etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş, X10 ifadəsində göstərmişdir ki, hadisə günü oğlu səhər saatlarında bazara yollanmış, qayıtdıqdan sonra avtomobil ustasının yanına gedəcəyini bildirmişdir. Saat təxminən 14:00- 15:00 radələrində, 4-5 nəfər şəxs qapıdan çağıraraq oğlunuz traktora dəyib, burnu qanayıb” demişlər. Bundan sonra həyat yoldaşını oyadaraq taksi çağırmış və hadisə yerinə getmişlər. Hadisə yerinə çatan zaman, orada təqribən 100-ə yaxın adam olmuş, oğlunun avtomobili yolun sol hissəsində pis vəziyyətdə olmuşdur. Orada oğlunun təcili tibbi yardım vasitəsi ilə aparıldığını söyləsələrdə, sonradan başqa nəqliyyat vasitəsi ilə aparıldığı məlum olmuşdur. Daha sonra oğlunu aparan şəxsləri meyidxananın qarşısında qarşısında görmüş, həmin şəxslər ona oğlunun avtomobilinin evə qayıdan zaman Şəmşədin idarə etdiyi traktor ilə toqquşduğunu bildirmişlər. Əlavə olaraq zərərçəkmiş şəxsin hüquqi varisi X10 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, hadisə yerində polislər olmuş, orada Şəmşədin idarə etdiyi traktor qırıq vəziyyətdə olmuşdur. Sonuncunun idarə etdiyi traktorun yerinin dəyişibdəyişmədiyinə fikir verməmiş, həmçinin Şəmşədi hadisə yerində görməmişdir. Hadisəni Şəmşədin törətdiyini ona kənd camaatı evə qayıdan zaman bildirmişlər. Təqsirləndirilən şəxslə barışıb, heç bir şikayət və tələbi yoxdur Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid2 ifadəsində bildirmişdir ki, hadisə günü Şəmkir rayonu ərazisində xidmətdə olmuş, növbətçi hissədən, Şəmkir rayonu, Qaracəmirli yolu istiqamətində qəza baş verdiyi bildirilmişdir. Hadisə yerinə çatan zaman artıq təhqiqat bölməsi orada olmuş, həmçinin məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi traktor Qaracəmirli kənd istiqamətindən Təzəkənd istiqamətinə, mərhumun idarə etdiyi “VAZ-2106” markalı avtomobil isə Təzəkənd istiqamətindən Qaracəmirli kəndi istiqamətində hərəkətdə olmuş, Təqsirləndirilən şəxs idarə etdiyi traktor öz yolu ilə gəlib sola, sahəyə dönmək istəyən zaman “VAZ-2106” markalı avtomobil ilə toqquşmuşdur. Təcili tibbi yardım əməkdaşları “VAZ-2106” markalı avtomobilin sürücüsünü Mərkəzi Xəstəxanaya aparmış, traktorun sürücüsü Təqsirləndirilən şəxs isə onlar hadisə yerinə çatan zaman orada olmamışdır. Əlavə olaraq zərərçəkmiş Şahid2 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, onlar hadisə yerinə çatan zaman təhqiqat bölməsinin əməkdaşları artıq orada olmuş, cinayət işinin istintaqı Şəmkir rayon polis şöbəsinin istintaq bölməsi tərəfindən aparılmışdır. Avtonəqliyyat hadisəsinin baş verdiyi yer onların xidməti ərazisi olmuş, yüngül qəza halları onlar tərəfindən, xəsarət və ölümlə nəticələnən avtonəqliyyat hadisələri isə istintaq və təhqiqat orqanları tərəfindən araşdırılır. Hadisə yerinə nəzər salan zaman ilkin olaraq günahın Təqsirləndirilən şəxs olduğu məlum olmuş, traktor yolun kənarında olmuşdur. Həmin vaxt sonuncu hadisə yerində olmamış, o Şəmkir rayon Polis şöbəsinin əməkdaşları tərəfindən sonradan saxlanılmışdır. Həmçinin hadisə yerinə çoxlu vətəndaşlar toplaşmış, həmçinin “Vaz-2106” markalı avtomobilin spidometrinə baxmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X13 ifadəsində bildirmişdir ki, növbətçi hissədən qəza barəsində məlumat daxil olmuş, hadisə yerinə yollandıqdan sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi traktor kənd istiqamətindən rayon istiqamətinə, “VAZ-2106” markalı avtomobil isə rayon istiqamətindən kənd istiqamətində hərəkətdə olarkən, traktor əks yola çıxaraq “VAZ-2106” markalı avtomobillə toqquşmuşdur. Əlavə olaraq şahid X13 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, avtoqəza Qaracəmirli yolunda baş vermiş, onlar hadisə yerinə çatan zaman vətəndaşlar orada olmuş, lakin traktorun sürücüsü orada olmamışdır. Hadisə yerində olarkən traktor və “VAZ-2106” markalı avtomobilin harada dayandığını dəqiq xatırlamasa da, onlar bir-birinə yaxın olmuşlar. Hadisə yerinə çatdıqdan az sonra təcili tibbi yardım gəlmiş, traktorun sürücüsünün kimliyi ona növbətçi hissədə məlum olmuşdur. Hadisə baş verən yolun eni təxminən 4-4,5 metr olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid6 ifadəsində bildirmişdir ki, hadisə baş verən gün Şəmkir rayon Polis şöbəsinin, Kür polis bölməsində istintaq qrupunun rəhbəri olmuş, məlumat daxil olduqdan sonra digər polis əməkdaşları ilə birlikdə hadisə yerinə yollanmışlar. Hadisə yerinə çatdıqları zaman, traktor və “VAZ-2106” markalı avtomobilin toqquşduğu məlum olmuş, xatırladığı qədər “VAZ-2106” markalı avtomobilin sürücüsü xəstəxanaya çatdırılmışdır. Təqsirləndirilən şəxs hadisə yerində olmamış, daha sonra Kür Polis bölməsinin əməkdaşları sonuncunun evinə yollanıb hadisə yerinə gətirmişlər. Əlavə olaraq Şahid6 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, xatırladığına görə toqquşmadan sonra traktor Qaracəmirli istiqamətində yolun hərəkət hissəsində, “VAZ-2106” markalı avtomobili isə yolun kənarında dayanmışdır. Traktor hadisə yerində olsa da, sürücü həmin vaxt hadisə yerində olmamışdır. Hadisə zamanı traktor torpaq yoldan asfalt yola doğru irəliləmiş, “VAZ-2106” markalı avtomobil isə Qaracəmirli kəndi istiqamətində irəliləyirmiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid3 ifadəsində bildirmişdir ki, qəzanın necə baş verməsi barədə məlumatı olmamış, sadəcə Təqsirləndirilən şəxs idarə etdiyi traktoru o satmışdır. Əlavə olaraq Şahid3 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi traktor köhnə olmuş, həmçinin traktor başqa adamın adına qeydiyyatda olmuş və etibarnamə verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid4 ifadəsində bildirmişdir ki, Şəmkir rayonu, Təzəkənd ərazisində qəza baş verməsi barədə məlumat daxil olduqdan sonra, müstəntiq ilə birgə hadisə yerinə yollanmışlar. Hadisə yerində traktorla “VAZ-2106” markalı avtomobilin toqquşduğu və “VAZ-2106” markalı avtomobilinin sürücüsünün həlak olduğu məlum olmuşdur. Həmin vaxt traktorun sürücüsü evində olmuş, daha sonra onu evindən hadisə yerinə gətirmişlər. Əlavə olaraq Şahid4 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, traktor yolun ortasında, toqquşma yerində olmuşdur. Hadisə yerində olan zaman, traktoru Təqsirləndirilən şəxs idarə etdiyi məlum olmuş,lakin sonuncu hadisə yerində olmamışdır. Həmçinin sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs traktoru içkili vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid5 Yalçın oğlu ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixində Şəmkir rayon polis şöbəsinə Qaracəmirli kəndi ərazisində avtoqəza baş verməsi barədə məlumat daxil olduqdan sonra hadisə yerinə yollanmışlar. Hadisə yerində olan zaman traktorla “VAZ-2106” markalı avtomobilin toqquşduğu və traktoru Təqsirləndirilən şəxs idarə etdiyi məlum olmuşdur. Bundan sonra Şahid4 adlı polis əməkdaşı ilə birgə Təqsirləndirilən şəxs yaşadığı ünvana yollanmış, həmin vaxt sonuncu həyətdə əyləşmişdir. Təqsirləndirilən şəxs nə üçün hadisə yerindən yayındığını soruşduqda, spirli içki qəbul etdiyini söyləmiş, daha sonra polis əməkdaşı ilə birlikdə hadisə yerinə gətirilmiş və iştirakı ilə hadisə yerinin müayinəsi həyata keçirilimişdir. Əlavə olaraq Şahid5 Yalçın oğlu məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, hadisə yerində olan zaman hər iki nəqliyyat vasitəsi yolun kənarında olmuşdur. Hadisə yerinin müayinəsi müstəntiq Natiq Şirinov tərəfindən aparılmış, o yalnız Təqsirləndirilən şəxs hadisə yerinə gətirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materiallardan görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Gəncə şəhər sakini X1 hüququ olmaqla, etibarnamə əsasında idarə etdiyi “VAZ 2106“ markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir rayonu, Qaracəmirli kənd yolunda hərəkətdə olan zaman həmin yolun əks hərəkət zolağında hərəkətdə olan Şəmkir rayonu, Qaracəmirli kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi “Belarus” markalı traktorla toqquşması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı “VAZ 2106“ markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X18 hadisə yerində ölməsi faktı ilə ilə bağlı Şəmkir rayon polis şöbəsinin İstintaq bölməsində toplanmış HK-1/1795 saylı ilkin yoxlama materialı olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 30 avqust 2024-cü il tarixli, “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb olunmalı olan şəxs müəyyən olunmadığına görə dayandırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 29 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə cinayət işi üzrə dayandırılmış icraat təzələnməklə istintaqı davam etdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 29 sentyabr 2024-cü il tarixli “polisin nəzarəti altına vermə” qətimkan tədbirin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 29 sentyabr 2024-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il il tarixli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxsin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya” birlliyi Publik Hüquqi şəxsin Şəmkir rayonu “MTE və PA” şöbəsindən daxil olmuş 21 iyun 2024-cü il tarixli 25 saylı rəyindən görünür ki, X3 meyitinin bədənində aşkar edilmiş xəsarətlər- alın nahiyəsinin, burunun sağ yan səthinin, çənəaltı nahiyənin əzilmiş yaraları, kəllə əsası sümüklərinin sınıqları, beyinin yumşaq qişasına qansızmalar, beyin toxumasının əzilməsi, döş qəfəsinin və qarının nahiyəsinin sıyrıqları, sağ tərəfli İİİ-İV-V-Vİ- Vİİ-Vİİİ qabırğaların yerini dəyişmiş sınıqları, sağ tərəfli hemotraks, sağ ağciyərin əzilmiş yarası, sağ bazu sümüyünün açıq, çoxqəlpəli, yerini dəyişmiş sınıqları, sol bazu nahiyəsinin bayır səthinin və hər iki diz oynağının ön səthinin sıyrıqları küt əşyaların təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 21 iyun 2024-cü il tarixli yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, həyatıdırlar. Ağırlıq dərəcəsinə görə bunlar həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdirlər. X3 ölümünə səbəb avtomobil qəzası zamanı aldığı ağır kəllə beyin travması nəticəsində baş beyin toxumasının əzilməsi olmuşdur. İlkin müayinə əlamətlərinin inkişafına əsasən onu demək olar ki, X9 ölümü meyitin müayinəyə başlanmasından 2-4 saat əvvəl baş vermişdir. X9 meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, baributur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu) fenotiazin, pirazolon, 1,4 benzidiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya” birlliyi Publik Hüquqi şəxsin Şəmkir rayonu “MTE və PA” şöbəsindən daxil olmuş 21 iyun 2024-cü il tarixli 108 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya” birlliyi Publik Hüquqi şəxsin Şəmkir rayonu “MTE və PA” şöbəsindən daxil olmuş 21 iyun 2024-cü il tarixli 109 nömrəli rəyindən görünür ki, X7 bədən səthində heç bir xəsarət və xəsarət izi aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin təkrar yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 18 iyul 2025-ci il tarixli 8/1378 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Belarus” markalı traktorun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs trakotru üzərində dövlət qeydiyyat nişanı olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti” haqqında Azərbaycan Respubliksı Qanununun 29-cu maddəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs traktoru sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti” haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs traktoru sərxoş vəziyyətdə idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti” haqqında Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən, onun hərəkətlərində “Yol hərəkəti” haqqında Azərbaycan Respubliksı Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur.
1. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, yəni hərəkət üçün təhlükə yaranan anda nəqliyyat vasitələri arasında 20-25 metr məsafə olması, 20-25 metr məsafədə “VAZ 2106” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən yolda icazə verilən sürətlə (60 km/saat) və 55 km/saat sürətlə hərəkət etməsində də toqquşma yerinə çatmadan dayandırması mümkün olmaması, yəni “VAZ 2106” markalı **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisədən əvvəl hərəkət sürətinin 140km/saat olması şəraitində də, onun hadisə baş verən sahədə icazə veriləndən artıq sürətlə hərəkətdə olması ilə hadisənin baş verməsi arasında səbəbli əlaqənin olmaması nəzərə alınmaqla “VAZ 2106” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X9 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Sürücü S.Alıyev avtomobili yaşayıış məntəqəsindən maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 140 km/saat sürətlə idarə etdiyi şəraitində, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur.
2. Toqquşma nəticəsində “VAZ 2106” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin məruz qaldığı güclü dinamiki zərbə nəticəsində “VAZ 2106” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürət ölçən cihazının şkalası yerini dəyişə bilmədiyindən hadisədən sonra şkalanın 140 km/saat sürət həddində qalması həmin “VAZ 2106” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisəyə qədər 140 km/saat sürətlə hərəkətdə olmasını əks etdirməyə bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X17 Hühqi şəxsdən daxil olmuş xx.xx.2025-ci tarixli 123 saylı rəydən görünür ki, təqirləndirilən şəxs Təqsirləndirilən şəxs Fidayl oğlu hər hansı psixi xəstəlik, psixi fəaliyyətin pozulması müvəqqəti pozulması və kəmağılıllıq, xəstəlik əlamətləri,Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş, hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, onun tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir rayon X15 Hüquqi şəxsin Konsultativ Poliklinikasından daxil olmuş sərxoşluq hallarının bütün növlərinin təyinin məqsədi ilə aparılan 486 nömrəli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs 0,7 promil sərxoşluğu olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Şəmkir rayon Xalq Məhkəməsinin xx.xx.1992-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 08 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş xx.xx.2025cü il tarixli 103 nömrəli məktubdan görünür ki, DİN-nin BDYPB-nin “X5 Reyestr”-nə əsasən məktubda qeyd edilən Təqsirləndirilən şəxs sürücülük vəsisəqəsi verilməmişdir. Həmin şəxsin adı sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Şəmkir rayon X25 Mərkəzindən daxil olmuş 18 fevral 2025-ci il tarixli3-22-3-57/2-13/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli ziyan aktından görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində mərhum X12 məxsus “VAZ 2106” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3811 (üç min səkkiz yüz on bir) manat maddi ziyan dəymişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, zərərçəkmiş şəxsin hüquqi varisi X6 25 sentyabr 2025-ci il tarixli ərizəsindən görünür ki, X2 Muradovla barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, AZE №12343996 Seriyalı şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X4 Muradovun qızıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, “VAZ 2106” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil və “MTZ 50” markalı, 02-00 dövlət qeydiyyat nişanlı traktor maddi sübut hesab edilərək saxlanılması üçün Şəmkir RPŞnin DYPB-nin avtomobil duracağına təhvil verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlirki, Təqsirləndirilən şəxs əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3 və 264cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Bu səbəbdən o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 263-1.3 və 264-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin, əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məһkəmə təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən һallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar mövcud olduğundan, eləcə də əməlində cəzasını ağırlaşdıran hal olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsi tətbiq edilməklə ona təyin ediləcək cəzanın müddəti və ya həcmi 8 ilin dörddə üçündən, yəni 6 ildən çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi həmin cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Eyni zamanda Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan ilə əvəz edilməli və “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, həm də birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1 maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun tutulduğu xx.xx.2026-cı il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1, 56.1.2-ci maddələrinə əsasən eһtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs da törətdiyi cinayət eһtiyatsızlıqdan törədilmiş cinayət olduğundan və o, 5 ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunacağından həmin cəzasını Azərbaycan Respublikası CM-nin 56.1, 56.1.2-ci maddələrinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bununla bərabər Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 263-1.3 və 264-cü maddələrinin sanksiyasında həmçinin təyin olunması məcburi olan əlavə cəza - nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası da nəzərdə tutulmuşdur. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası ilə bərabər həmçinin əlavə cəza qismində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası da təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi hüquqazidd əməllərlə (hərəkətlərlə) Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki müstəqil cinayət törətmişdir. O, həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası CM-in 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinin tələbinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Odur ki, Qanunun göstərilən tələbləri baxımından Təqsirləndirilən şəxs təyin ediləcək əsas və əlavə cəzaları toplamaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu CM-nin müvafiq maddəsinin sanksiyasında əlavə cəza kimi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmənin müddəti yuxarı həddlərdə təyin olunmalıdır. Belə ki, məhkəmə onun gələcəkdə bu növ cinayətləri bir daha törətməməsi üçün bu yolla islah olunacağını daha səmərəli və məqsədyönlü hesab edir. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsinə əsasən isə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzaları çəkməlidir, belə ki, onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə, eləcə də barəsində hər hansı tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 132-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut hesab edilən və Şəmkir RPŞ-nin DYPB-nin avtomobil duracağına təhvil verilmiş “VAZ 2106” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil və “MTZ 50” markalı, 02-00 dövlət qeydiyyat nişanlı traktor qanuni sahiblərinə qaytarılmalıdır. Bundan əlavə cinayət işinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 25 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına müdafiəçi üçün 275 (iki yüz yetmiş beş) manat məbləğində pul köçürülməlidir. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-ci maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi təqsirləndirilən şəxsin üzərinə qoyulmalıdır. Odur ki, 128 (yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə,
h ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CM-in 263-1.3-cü maddəsi ilə 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 264-cü maddəsi ilə isə 01 (üç) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaqla, ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin, «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 08 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin olunan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza, ona təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Şəmkir RPŞ-nin DYPB-nin avtomobil duracağına təhvil verilmiş “VAZ 2106” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil və “MTZ 50” markalı, 02-00 dövlət qeydiyyat nişanlı traktor qanuni sahiblərinə qaytarılsın. Təqsirləndirilən şəxs göstərilmiş 25 (iyirmi beş) iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə Regional vəkil Bürosunun hesabına 275 (iki yüz yetmiş beş) manat məbləğində pul köçürülsün. İş üzrə məhkəmə məsrəfi – 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.